Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3483/2020 28.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, cavabdehin nümayəndəsi və vəkili Əhmədov Cavid Nazim oğlunun (Bakı şəhərində qeydiyyatdadr, ixtisası hüquqşünas,vəkil) iştirakı ilə, iddiаçı Əskərova Sevil Mirzağa qızının cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması” barədə iddia tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq müəyyən etdi: İddiaçı Əskərova Sevil Mirzağa qızı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşıiddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsinı xahiş etmişdir. İddiaçı öz tələbini onunla əsaslandırmışdır ki, o,xx.xx.1960-сı ildə anadan olmuş, 1978-ci ildən əmək fəaliyyətinə başlamış, 1978-ci ildən 2001-ci ilədək “Qafqazenerjitəmir” Səhmdar Cəmiyyətində işləmişdir. İddiaçı güzəştli şərtlərlə pensiya təyin olunması üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh onun müraciətinin təmin edilməsindən imtina edərək bildirmişdir ki, iddiaçının işlədiyi həmin müəssisə 1994-cü ildən “xxxx” Azərbaycan- X6 Müəssisəsi adlandırılmışdır. İddiaçı 1978-ci ildən əmək fəaliyyətinə başladığı üçün və qanunun tələblərinə əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün 15 il iş stajı tələb olunduğu üçün 1993-cü ildən onun pensiya hüququ yaranmışdır.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı ilə bağlı təqdim etdiyi iddiaya dair etirazında cavabdeh göstərmişdir ki, iddiaçı xx.xx.1978-ci ildən xx.xx.2001-ci ilədək “Qafqazenerjitəmir” müəssisəsində işləmişdir. xx.xx.2001-ci ildə onun əmək kitabçasında olan işdən azad olunması haqqında qeyd “Qafqazenerjitəmir”in möhürü ilə təsdiqlənmişdir. Lakin araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, ”xxxx” Dövlət Şirkətinin xx.xx.1994cü il tarixli, 61 nömrəli əmrinə əsasən “Qafqazenerjitəmir” müəssisəsi xx.xx.1994-cü ildən etibarən “xxxx” Azərbaycan-X6 Müəssisəsi adlandırılmışdır. Belə olan halda iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb edilən əmək stajı yoxdur.Cavabdeh göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cаvаbdеhin nümayəndəsi və vəkili Əhmədov Cavid Nazim oğlu iddiaya etirazda göstərilən məzmunda çıxış edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmişdir. Məhkəmə iddia ərizəsini və təqdim edilmiş sənədləri nəzərdən keçirərək, cavabdehin vəkil və nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. İş materiallarına əlavə edilmiş: AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır və xx.xx.1960-cı ildə anadan olmuşdur. xx.xx.1978-ci il tarixli əmək kitabçasına əsasən X2 xx.xx.1978-ci ildən xx.xx.2001-ci ilədək “Qafqazenerjitəmir” SC-nin Bakı sahəsində fəhlə işləmişdir. “Nikah haqqında şəhadətnamə”nin surətinə əsasən iddiaçı, X1 ilə nikaha daxil olduqdan sonra ərinin soyadını götürmüşdür. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X4 İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli, **********8 nömrəli məktubunda göstərilmişdir ki, idarəyə təqdim edilmiş xx.xx.1978-ci il tarixli əmək kitabçasında xx.xx.1978-xx.xx.1978-ci il tarixləri arasındakı dövr ərzində iddiaçının “Qafqazenerjitəmir” müəssisəsində işlədiyi qeyd olunmuşdur. Buna baxmayaraq xx.xx.2001-ci il tarixində işdən azad olunmaqla bağlı qeyd “Qafqazenerjitəmir”in möhürü ilə təsdiqlənmişdir. İdarə tərəfindən qeyd olunan dövrdə əmək stajının dəqiqləşdirilməsi məqsədilə araşdırma aparılaraq müəyyən olunmuşdur ki, ”xxxx” Dövlət Şirkətinin xx.xx.1994-cü il tarixli, 61 nömrəli əmrinə əsasən “Qafqazenerjitəmir” müəssisəsi xx.xx.1994-cü ildən etibarən “xxxx” Azərbaycan-X6 Müəssisəsi adlandırılmışdır. Qeyd olunan ziddiyətli məlumatlara əsasən güzəştli şərtlərlə yaşa gösrə əmək pensiyasının təyinatı mümkün hesab edilmir.Həmin məktubdan göründüyü kimi iddiaçı cavabdehə pensiya təyin edilməsi üçün xx.xx.2019-cu ildə müraciət etmişdir. “Qafqazenerjitəmir” Səhmdar Cəmiyyətinin Əsgərova (Zeynalova) Sevil Mirzağa qızının adına verdiyi xx.xx.2001-ci il tarixli,136 nömrəli güzəştli arayışda göstərilmişdir ki, o həqiqətən də xx.xx.1978-ci il tarixli, 88 nömrəli əmr ilə “Qafqazenerjitəmir” İdarəsinə bakların daxilinin kimyəvi maddələrdən təmizlənməsi işinə qəbul olunmuşdur. xx.xx.2001-ci il tarixli, 124 nömrəli əmr ilə öz ərizəsinə əsasən işdən azad edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarına əsasən güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli siyahısnın XXXİİİ bölməsinə (ümumi peşələr 12100000—1753B) uyğun olaraq güzəştli şərtlərlə pensiya hüququna malikdir. “Qafqazenerjitəmir” SC-nin xx.xx.2001-ci il tarixli əmək haqqı haqqında arayışında iddiaçının “Qafqazenerjitəmir” SC-də işlədiyi dövrdə pensiya hesablanması üçün aldığı əmək haqqı göstərilmişdir. Azərbaycan Respublikası İqtisadiyyət Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2020-ci il tarixli, **********714500 nömrəli məktubunda göstərilmişdir ki, İdarədə olan reyestrdə “Qafqazenerjitəmir” Səhmdar Cəmiyyəti adlı kommersiya qurumu aşkar edilməmişdir. “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2020-ci il tarixli, 01/1-05-1437 nömrəli məktubunda göstərilmişdir ki, “Qafqazenerjitəmir” SC (Qafqazenerqoremont” Trest) birbaşa keçmiş SSRİ Energetika Nazirliyinin tabeliyində olmuş və ümumiyyətlə “xxxx” ASC-nın tabeliyinə və tərkibinə daxil olmamışdır. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1960-cı ildir, iddiaçı xx.xx.2019-cu ildə cavabdehə müraciət edərək iddiaçının xx.xx.1978-xx.xx.2001-ci il tarixlərdə “Qafqazenerjitəmir” müəssisəsində çənlərin daxilinin kimyəvi maddələrdən təmizlənməsi peşəsində fəhlə işlədiyi illərin sosial sığorta stajı kimi nəzərə alınaraq 2000-2001-ci illərin əmək haqqı arayışına əsasən iddiaçının hüququnun yarandığı 45 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etsə də müraciəti təyin edilməmişdir. Cavabdeh imtinasını iddiaçının güzəştli şərtlərlə pensiya almaq hüququ verən sığorta stajının olmaması ilə əsaslandırmışdır.Odur ki, məhkəmə hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddia ərizəsindən göründüyü kimi iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi barədə inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoymağını xahiş edir. Hazırkı iddia məcburetmə haqqında iddiadır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İddiaçının iddia ərizəsində göstərdiyi iş stajı əmək kitabçası, “Qafqazenerjitəmir” müəssisəsinin xx.xx.2001-ci il tarixli, 136 nömrəli güzəştli arayışı, əmək haqqı haqqında arayışlarla təsdiq edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən təqdim olunan sənədlərdəki məlumatların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Cavabdeh tərəfindən iddiaçının təqdim etdiyi sənədlərdəki məlumatların həqiqətə uyğun olmadığı və ya saxta olması sübuta yetirilməmişdir. Belə olan halda iddiaçının əmək fəaliyyəti ilə bağlı bütün şübhələr iddiaçının xeyrinə şərh olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən isə iddiaçıdan həmin əmək kitabçasının mötəbərliyini təsdiq edən əlavə sənəd və ya məlumat tələb edilməsi qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 1.1-ci bəndinə əsasən isə əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmişdir “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi» Qaydalarının 3.1-ci bəndinə də göstərilmişdir: Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı;.. Həmin Qaydaların 3.2-ci bəndində göstərilmişdir: 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir:3.2.1. əmək kitabçası; “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Lakin cavabdeh tərəfindən iddiaçının əmək kitabçaçında göstərilən müddətdə işləməməsi barədə heç bir sübut məhkəməyə təqdim edilməmidir. Cavabdehin ”xxxx” Dövlət Şirkətinin xx.xx.1994-cü il tarixli, 61 nömrəli əmrinə əsasən “Qafqazenerjitəmir” müəssisəsi xx.xx.1994-cü ildən etibarən “xxxx” Azərbaycan-X6 Müəssisəsi adlandırılması barədə bildirdiklərinə gəldikdə isə belə bir məktub məhkəməyə təqdim edilməmişdir və “xxxx” Açıq Səhmdar Cəmiyyətinin məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli, 01/1-05-1437 nömrəli məktubunda göstərilmişdir ki, “Qafqazenerjitəmir” SC (Qafqazenerqoremont” Trest) birbaşa keçmiş SSRİ Energetika Nazirliyinin tabeliyində olmuş və ümumiyyətlə “xxxx” ASC-nın tabeliyinə və tərkibinə daxil olmamışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minməmişdən əvvəl qüvvədə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yxxxxltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə:kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa;qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa.b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə:kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa;qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinə edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. İddiaçının «Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi günə xx.xx.2006-cı il tarixə qədər ümumi iş stajı 20 (iyirmi) ildən çox olmuşdur. İşin faktiki hallarına əsasən iddiaçı həmin müddətin hamısını Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 1 nömrəli siyahısında (XXİİİ. Ümumi peşələr- 12100000—1753b kodu üzrə rezervuarların, bakların, sisternlərin, gəmi tankların bölmələrinin neft məhsullarından və kimyəvi maddələrdən daxili təmizlənməsi ilə məşğul olan fəhlələr), nəzərdə tutulan peşədə işlədiyi üçün onun 47 yaşının tamam olduğu tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ olmuşdur. Lakin iddiaçı cavabdehin xx.xx.2019-cu il tarixli məktubuna əsasən pensiya təyin edilməsi üçün xx.xx.2019-cu ildə cavabdehə müraciət etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun “32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Göründüyü kimi qeyd edilən qanun normasına görə iddiaçının almaq hüququ olduğu pensiya iddiaçıya yalnız müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün təyin edilərək ödənilə bilər. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi qismən əsaslı olduğu üçün iddiaçı Əskərova Sevil Mirzağa qızına pensiya təyin edən orqana müraciət etdiyi xx.xx.2019-cu ildən üç il əvvəlki tarixdən,yəni xx.xx.2016-cı ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində iddia tələbi təmin edilməli, iddia qalan hissədə əsassız olduğu üçün rədd edilməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İPM-nin 2, 33, 68, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı Əskərova Sevil Mirzağa qızına xx.xx.2016-cı ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-3483/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3483/2020
28.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver