Məhkəmə qərarları › İş №2-1(112)-3483/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3483/2025

18.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3483/2025 18.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəməyə müraciət edərək, X11 Qurğusu Zavodunda xx.xx.1986-cı il tarixdə 3-cü kateqoriyalı texnikmühəndis, xx.xx.1989-cu il tarixdə həmin zavodda 2-ci kateqoriyalı istehsalın hazırlanması üzrə mühəndis, xx.xx.1991-ci il tarixdən xx.xx.1995-ci il tarixə kimi 3-cü kteqoriya əməyin mühafizəsi üzrə mühəndis xx.xx.1998-ci il tarixdən xx.xx.2005-ci il tarixə kimi Elektrik quraşdırma sahəsinə sahə ustası, xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixə kimi “X5” İrlandiya Respublikasının Bakı Nümayəndəliyinə Elektrik, xx.xx.2008-ci ildən xx.xx.2010cu il tarixə kimi Caspian Marine Services (UK) LTD şirkətində Texnik, xx.xx.2011-ci il tarixdən xx.xx.2011-ci il tarixə kimi X6 Limited Şirkətinin AR Filialına Təmir Heyətinə Texnik Peşəsi, xx.xx.2011-ci il tarixdən xx.xx.2012-ci il tarixə kimi Xəzər GLX MMC Gəmi Təmiri Müəssisəsində 6-cı dərəcəli elektrik, xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixə kimi “Petroleun Services Group SA“ Şirkətinə Azr.Respub.Filialına elektrik peşəsinə işlədiyi illəri iş stajına daxil etməklə iddiaçının güzəştli şərtlərlə pensiyaya çıxmağı vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

2. Məhkəmənin qərardadı ilə iddiaçının vəkilinin ərizəsi əsasında iddia tələbi “iddiaçının 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1985-ci il tarixdə X11 Qurğusu Zavodunda 4-cü kateqoriya tənzimləyici işləmiş, xx.xx.1986-cı il tarixdə isə həmin zavodda 3-cü kateqoriyalı texnik-mühəndis kimi köçürülmüş, xx.xx.1989-cu il tarixdə həmin zavodda 2-ci kateqoriyalı istehsalın hazırlanması üzrə mühəndis kimi köçürülmüş, xx.xx.1991-ci il tarixdə 3-cü kateqoriya əməyin mühafizəsi üzrə mühəndis kimi həmin zavodda xx.xx.1995ci il tarixə kimi işləmiş, xx.xx.1997-ci il tarixdə “Xəzərdənizneft donaması” İdarəsinin gəmi təmiri zavodunda Elektrikquraşdırma sahəsinə 2-ci dərəcəli cihazların quraşdırıcısı qəbul edilmiş, xx.xx.1998-ci il tarixdə Elektrik quraşdırma sahəsinə sahə ustası keçirilmiş və orada xx.xx.2005-ci il tarixə kimi işləmişdir. xx.xx.2005-ci il tarixdə “X5” İrlandiya Respublikasının Bakı Nümayəndəliyinə Elektrik vəzifəsinə təyin olunmuş və xx.xx.2006-cı il tarixə kimi orada işləmişdir. xx.xx.2008-ci ildə Caspian Marine Services (UK) LTD Şirkətində Texnik vəzifəsinə təyin olunmuş, xx.xx.2010-cu il tarixə kimi orada işləmişdir. xx.xx.2011-ci il tarixdə X6 Limited Şirkətinin AR Filialına Təmir Heyətinə Texnik Peşəsi üzrə işə qəbul olmuş və orada xx.xx.2011-ci il tarixə kimi işləmişdir. xx.xx.2011-ci il tarixdə Xəzər GLX MMC Gəmi Təmiri Müəssisəsində 6-cı dərəcəli elektrik vəzifəsinə işə qəbul olmuş, xx.xx.2012-ci il tarixə kimi orada işləmişdir. xx.xx.2012-ci il tarixdə “Petroleun Services Group SA“ Şirkətinə Azr.Respub.Filialına elektrik peşəsinə işə qəbul olmuş və xx.xx.2013-cü il tarixə kimi orada işləmişdir. xx.xx.2013-cü il tarixdən”Socar AQS” MMC-yə X7 işə qəbul olmuş və xx.xx.2014-cü ilə kimi orada işləmişdir. xx.xx.2015-ci il tarixdə “Socar AQC”-yə mühəndis-elektrik vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2018-ci il tarixdə dənizdə mühəndis - elektrik vəzifəsinə keçirilmiş və hazirda da orada işləyir və hamısı əmək kitabçasında qeyd olunmuşdur. İddiaçı güzəştli şərtlərlə təqaüdə çıxmaq istəyir. X8 imtina olunaraq bildirmişlər ki, “təqdim etdiyiniz “Caspian Marine Services Limited” şirkətinin sizə dair 6 mart 2023-cü il tarixli 002 nömrəli arayışında xx.xx.2008-xx.xx.2010cu il tarixləri arasındakı dövr ərzində texnik, “Xəzər” GLX-nin 2 mart 2023-cü il tarixli 03 nömrəli arayışında xx.xx.2011- xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində elektrik, "xxxx" MMC-nin 15 mart 2023- cü il tarixli AQS-037/23 nömrəli arayışında isə xx.xx.2015ci il tarixindən bugünədək mühəndis-elektrik vəzifələrində işlədiyiniz qeyd olunmuşdur. İşlədiyiniz texnik və elektrik vəzifələri sözügedən arayışda istinad olunan yuxarıda qeyd olunan gəmi elektrik radio quraşdırıcıları, gəmi elektrik quraşdırıcıları vəzifələrinə, mühəndis-elektrik vəzifəsi isə buruqlara xidmət üzrə elektrik montyoru vəzifəsinə aid deyil. Bu səbəbdən də sizin güzəştli iş stajınız 12 il 6 aydan az (3 il 7 ay 11 gün (xx.xx.1985xx.xx.1986-cı il, xx.xx.1997-xx.xx.1998-ci il və xx.xx.2013-xx.xx.2014-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.” Hesab edir ki, ona haqsızlıq olunaraq ədalətsiz qanuna müvafiq olmayan, hüquqlarını tapdalayaraq imtina verilmişdir. Qanunun geriyə qüvvəsi vətəndaşın vəziyyətinin yaxşılaşdırılması halında olur. Lakin pis vəziyyətə salacağı halda deyil. Belə ki, “Socar AQC”-dən xx.xx.2023-cü il tarixli AQS-037/23 saylı məktubundan məlum olur ki, İddiaçı həqiqətən xx.xx.2013-cü il tarixindən xx.xx.2014-cü il tarixinə kimi və xx.xx.2015-ci il tarixindən bugünə kimi "xxxx" MMC-də dəniz şəraitində Bulla yatağının 18 saylı platformasında neft quyularının qazılması zamanı Dənizdə mühəndis-elektrik onlara öz əmək funksiyalarının icrasını həyata keçirmişdir. İşçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10.1-ci maddəsinin a) yarımbəndində “fəhlələr” siyahısında göstərilmiş “buruqlara xidmət üzrə elektrik montyorları peşəsi ilə "xxxx" MMC-də Dənizdə mühəndis-elektrik vəzifəsinin adlan fərqli olsa da əmək funksiyaları eynilik təşkil edir. "xxxx" MMC-nin 02 mart 2023-cü il tarixli, 03 saylı güzəştli arayışından məlum olur ki, "xxxx" MMC-də elektrik peşəsində işləmiş İddiaçı üçün tərtib edilmişdir. İddiaçı “Xəzər GLX" MMC-dəki əmək fəaliyyəti aşağıdakı şəkildə səciyyələnmişdir: xx.xx.2011 - elektrik peşəsinə qəbul edilib - xx.xx.2011-ci il tarixli 30-K saylı əmr. xx.xx.2012 - ARƏM-nin 68-ci maddəsinin 2 “a” bəndinə əsasən - öz xahişi ilə əmək müqaviləsinə xitam verilib xx.xx.2012-ci il tarixli 33-K saylı əmr. X9 xx.xx.2023-cü il tarixli 002 saylı Hazırkı arayışı ilə təsdiq edirlər ki, bizdə olan məlumatlara əsasən İddiaçı (AZE ********) həqiqətən xx.xx.2008-ci ildən 3L12.2010-cu ilədək “Caspian Marine Services (UK)” şirkətinin Azərbaycan Respublikasındakı Filialında Texnik peşəsində çalışmışdır. Həmçinin təsdiq edilir ki, İddiaçı xx.xx.2011-ci il tarixindən xx.xx.2011-ci il tarixinədək “Caspian Marine Services Limited” şirkətinin Azərbaycan Respublikasındakı Filialında Texnik peşəsində çalışmışdır. İddiaçı “Caspian Marine Services Limited” şirkətinin Azərbaycan Respublikasındakı Filialında çalışdığı dövr ərzində şirkətin gəmilərinin elektrik avadanlıqlarının təmiri və quraşdırıcısı işlərini yerinə yetirmişdir. xx.xx.2008-ci ildən xx.xx.2011-ci ilə kimi olan iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin siyahısı” 11-ci maddəsinin 11.6 yarımbəndinə əsasən (qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri) güzəştli şərtlərlə təqaüd təyin edilməsinə hüquq verir. Bütün bu sübutlar iddiaçının güzəştli iş stajının mövcud olduğunu və güzəştli əsaslarla pensiyaya çıxmağına əsas verir. Yuxarıda göstərilən müddət ərzində İddiaçı qəmi elektrik radio quraşdırıcısı, tənzimləyicisi və sazlayıcısı kimi gəmilərdə əmək şəraiti ağır və zərərli olan işləri yerinə yetirmişdir. Ümumilikdə iş stajı 1 il 0 ay 14 gündür. Göstərilən iş yeri, peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının 11.6. yanmbölmasinə əsasən güzəştli sayılır və "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanunun 9.1 maddəsinin tələblərinə uyğun pensiya almaq hüququ verir. Ona görə də iddiaçı məcbur qalıb hüquqlarının dövlət tərəfindən bərpa olunması üçün məhkəməyə müraciət etmişdir.

4. Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubunda bildirilmişdir ki, ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativhüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X10 qərarlarını, X10 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) qazma bəndində (10.1), buruqlara xidmət üzrə elektrik montyorları vəzifəsi, metal emalı bölməsinin (11) qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri bəndində (11.6) gəmi elektrik radio quraşdırıcıları, gəmi elektrik quraşdırıcıları vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyiniz “Caspian Marine Services Limited” şirkətinin sizə dair 6 mart 2023-cü il tarixli 002 nömrəli arayışında xx.xx.2008-xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində texnik, “Xəzər” GLX-nin 2 mart 2023-cü il tarixli 03 nömrəli arayışında xx.xx.2011-xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində elektrik, "xxxx" MMC-nin 15 mart 2023-cü il tarixli AQS-037/23 nömrəli arayışında isə xx.xx.2015-ci il tarixindən bugünədək mühəndis-elektrik vəzifələrində işlədiyiniz qeyd olunmuşdur. İşlədiyiniz texnik və elektrik vəzifələri sözügedən arayışda istinad olunan yuxarıda qeyd olunan gəmi elektrik radio quraşdırıcıları, gəmi elektrik quraşdırıcıları vəzifələrinə, mühəndis-elektrik vəzifəsi isə buruqlara xidmət üzrə elektrik montyoru vəzifəsinə aid deyil. Bu səbəbdən də sizin güzəştli iş stajınız 12 il 6 aydan az (3 il 7 ay 11 gün (xx.xx.1985-xx.xx.1986-cı il, xx.xx.1997- xx.xx.1998-ci il və xx.xx.2013-xx.xx.2014-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır.”

5. Cavabdeh iddia tələbinə dair etirazı onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) qazma bəndində (10.1), buruqlara xidmət üzrə elektrik montyorları vəzifəsi, metal emalı bölməsinin (11) qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri bəndində (11.6) gəmi elektrik radio quraşdırıcıları, gəmi elektrik quraşdırıcıları vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının “Caspian Marine Services Limited” şirkətinin ona dair 6 mart 2023-cü il tarixli 002 nömrəli arayışında xx.xx.2008-31 12.2010-cu il tarixləri arasındakı dövr ərzində texnik, “Xəzər” GLX-nin 2 mart 2023-cü il tarixli 03 nömrəli arayışında xx.xx.2011-xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində elektrik, "xxxx" MMC-nin 15 mart 2023-cü il tarixli AQS-037/23 nömrəli arayışında isə xx.xx.2015-ci il tarixdən bugünədək mühəndis-elektrik vəzifələrində işlədiyi qeyd olunmuşdur, işlədiyi texnik və elektrik vəzifələri sözügedən arayışda istinad olunan yuxarıda qeyd olunan gəmi elektrik radio quraşdırıcıları, gəmi elektrik quraşdırıcıları vəzifələrinə, mühəndis-elektrik vəzifəsi isə buruqlara xidmət üzrə elektrik montyoru vəzifəsinə aid deyil. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az (3 il 7 ay 11 gün (xx.xx.1985-xx.xx.1986-cı il, xx.xx.1997-xx.xx.1998-ci il və xx.xx.2013-xx.xx.2014-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Odur ki, iddia tələbinin rədd edilməsi xahiş edilir.

6. Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyi X2 Zavodunun şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair arayışında qeyd olunur ki, İddiaçı “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) – maşınların, mexanizmlərin saxlanması üzrə işçi vəzifəsində işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta (əmək) stajı 1 il, 1 ay, 23 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri daimi kimyəvi turşulardan, qələvilərdən, qalaydan istifadə olunan sahələrdə elektrik avadanlıqlarının təmirindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 12-ci bəndi, 45-ci yarımbəndindəki vəzifə koduna uyğundur.

7. "xxxx" QSC “Bibiheybət” Gəmi Təmir Zavodunun xx.xx.2023-cü il tarixli A-26 saylı şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair arayışında qeyd olunur ki, İddiaçı güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən elektrik quraşdırma sahəsində radioelektron avadanlıqarın və cihazların quraşdırıcısı cəzifəsində “Bibiheybət” Gəmi təmiri zavodunda xx.xx.1997-ci il tarixdən 71 nömrəli əmr xx.xx.1998-ci il tarixədək 24 nömrəli əmr işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta stajı 9 ay təşkil edir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri gəmidə elektrik avadanlıqları və kobel yolların sökülməsi və yenidən çəkilməsi, radiotexniki vasitələrinin təmiri, radioqəbuledici, radioötürücü aparatlarının təmiri ilə məşğul olmaqdan ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 11-ci bəndi, 11.6-cı yarımbəndindəki vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir.

8. “Caspian Marine Services Limited” şirkətinin xx.xx.2023-cü il tarixli 002 nömrəli arayışında qeyd olunur ki, İddiaçı (AZE ********) həqiqətən xx.xx.2008-ci ildən xx.xx.2010-cu ilədək “Caspian Marine Services (UK)” şirkətinin Azərbaycan Respublikasındakı Filialında Texnik peşəsində çalışmışdır. Həmçinin təsdiq edirik ki, İddiaçı xx.xx.2011-ci il tarixindən xx.xx.2011-ci il tarixinədək “Caspian Marine Services Limited” şirkətinin Azərbaycan Respublikasındakı Filialında Texnik peşəsində çalışmışdır. İddiaçı “Caspian Marine Services Limited” şirkətinin Azərbaycan Respublikasındakı Filialında çalışdığı dövr ərzində şirkətin gəmilərinin elektrik avadanlıqlarının təmiri və quraşdırıcısı işlərini yerinə yetirmişdir. xx.xx.2008-ci ildən xx.xx.2011-ci ilə kimi olan iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin siyahısı” 11-ci maddəsinin 11.6 yarımbəndinə əsasən (qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri) güzəştli şərtlərlə təqaüd təyin edilməsinə hüquq verir.

9. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunur ki, İddiaçı həqiqətən xx.xx.2013-cü il tarixindən xx.xx.2014-cü il tarixinə kimi və xx.xx.2015-ci il tarixindən bugünə kimi ‘‘SOCAR AQŞ” MMC-də dəniz şəraitində Bulla yatağının 18 saylı platformasında neft quyularının qazılması zamanı Dənizdə mühəndis-elektrik olaraq öz əmək funksiyalarının icrasını həyata keçirmişdir. İşçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10.1-ci maddəsinin a) yarımbəndində “fəhlələr” siyahısında göstərilmiş “buruqlara xidmət üzrə elektrik montyorları” peşəsi ilə "xxxx" MMC-də Dənizdə mühəndis-elektrik vəzifəsinin adları fərqli olsa da əmək funksiyaları eynilik təşkil edir.

10. Məhkəmənin sorğusuna əsasən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin təqdim etdiyi xx.xx.2024-cü il tarixli 150-1 saylı şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair arayışında qeyd edilmişdir ki, İddiaçı Azərbaycan Respublikasının əmək pensiyaları qanunvericiliyə uyğun olaraq, güzəştli şərtlə yaşa görə pensiya hüququ verən 6-cı dərəcəli elektrik vəzifəsində "XƏZƏR GLX” MMC qəmi təmiri müəssisəsində (xx.xx.2019-cu il tarixdən etibarən "xxxx" QSC) xx.xx.2011-ci ildə 6-cı dərəcəli elektrik vəzifəsinə qəbul edilib - xx.xx.2011-cı il tarixli 30-K saylı əmr, xx.xx.2012-ci ildə ARƏM-nin 68-ci maddəsinin 2 “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə ilə əmək müqaviləsinə xitam verilib -xx.xx.2012-ci il tarixli 33-K saylı əmr. İşlədiyi vəzifə üzrə sosial sığorta ( və ya iş) stajı 1 il 0 ay 14 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: Müxtəlif elektro-montaj işləri, elektrik mühərriklərinin, transformatorların və s. avadanlıqlarının dolaqlarının dəyişdirilməsindən ibarət olmaqla, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 11.6. (bəndinə/yarımbəndində) və (və ya ) a vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir.

11. Məhkəmənin sorğusuna əsasən "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli arayışında qeyd edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində xx.xx.2013-cü il tarixindən hazırkı tarixədək neft və qazın hasilatı ilə bağlı sahələrdə mühəndis-elektrik vəzifəsində işləyən İddiaçı əmək funksiyaları (mühəndis-elektrik vəzifəsinin vəzifə təlimatı arayışa əlavə edilir.) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10.1-ci maddəsinin a) yarımbəndində “fəhlələr” siyahısında göstərilmiş “buruqlara xidmət üzrə elektrik montyorları” peşəsi ilə uyğunluq təşkil edir və cəmiyyətdə güzəştli şərtlərlə pensiya hüququ verən mühəndis-elektrik vəzifəsi üzrə iş stajı 11 il, 0 ay, 12 gün təşkil edir.

12. Məhkəmənin iclasında iştirak edən iddiaçı və onun vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdilər.

13. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmamasını xahiş etdi. II. İddianın növü və mümkünlüyü

14. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

15. Belə ki, əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).

16. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).

17. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Məcəllənin 31.1-1-ci maddəsinə əsasən, bu Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.

19. Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı).

20. Odur ki, bu qəbildən olan nəzəri baxımdan iddia məcburetmə iddiası kimi qəbul edilərsə, iddiaçının fundamental konstitusyon hüququ iddia müddəti ilə əsassız olaraq məhdudlaşdırılmış olar. Bu isə dövlətin ali məqsədi ilə uzlaşa bilməz və qarşıya qoyulmuş məqsədlərə uyğun hesab edilə bilməz. Digər tərəfdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsi əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyin edilməsini nəzərdə tutur. Bu hərəkətin lazımi qaydada həyata keçirilməməsi öhdəliyin icrası haqqında iddia kimi nəzərdən keçirilməlidir.

21. İddiaçının güzəştli şərtlərlə pensiya təyin edilməsinə dair müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2023-cü il tarixli məktubla imtina edilmişdir.

22. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 şəxsinin İdarə Heyətinin 23 iyul 2020-ci il tarixli **********1 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı haqqında Əsasnaməsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra-Filial) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 20-ci maddələrində nəzərdə tutulan şəxslərin pensiyalarının təyin edilməsini, hərbi qulluqçuların və Qanunun 3.3-cü maddəsinə uyğun olaraq hərbi qulluqçulara bərabər tutulan xüsusi rütbəli şəxslərin dövlət sosial sığorta sistemində fərdi uçotunu və onlara məcburi dövlət sosial sığorta haqqı hesabına müavinətlərin hesablanıb ödənilməsini, habelə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxil olan ödənişlərin uçotunun aparılması mərkəzləşdirilmiş qaydada həyata keçirən ixtisaslaşdırılmış struktur qurumudur. Əsasnamənin 1.6-cı bəndinə əsasən Filial Bakı şəhərində yerləşir. Beləliklə, filial inzibati orqandır.

23. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

24. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

25. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

26. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.

27. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

28. İddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür, əmək fəaliyyətinə xx.xx.1985-ci il tarixdə başlamışdır.

29. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının ümumi iş stajı ilə bağlı mübahisə yoxdur.

30. Cavabdeh iddiaçının güzəştli iş stajının 3 il 7 ay 11 gün mövcud olduğunu əsas gətirmişdir. Belə ki, cavabdeh tərəfindən xx.xx.1985-xx.xx.1986-cı il, xx.xx.1997-xx.xx.1998-ci il və xx.xx.2013-xx.xx.2014-cü il tarixləri arasındakı dövrlər tarixlərdə güzəştli əmək şəraitində işlədiyi 3 il 7 ay 11 gün müddəti güzəştli iş stajına daxil edilmiş, xx.xx.2008-xx.xx.2011-ci il, xx.xx.2011-xx.xx.2012-ci il tarixləri arasında və xx.xx.2015-ci il tarixdən bugünədək işlədiyi dövr güzəştli iş stajına əlavə edilməmişdir.

31. İddiaçının iş stajına münasibətdə məhkəmə qeyd edir: İT-İ ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı - X11 Qurğusu Zavodunda xx.xx.1985-ci il tarixdə 4-cü kateqoriya tənzimləyici, xx.xx.1986-cı il tarixdən 3-cü kateqoriyalı texnik-mühəndis, xx.xx.1989-cu il tarixdən 2-ci kateqoriyalı istehsalın hazırlanması üzrə mühəndis, xx.xx.1991-ci il tarixdən 3-cü kateqoriya əməyin mühafizəsi üzrə mühəndis vəzifəsində işləmiş, xx.xx.1995-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. - “Xəzərdənizneft donaması” İdarəsinin gəmi təmiri zavodunda xx.xx.1997-ci il tarixdən Elektrikquraşdırma sahəsində 2-ci dərəcəli cihazların quraşdırıcısı, xx.xx.1998-ci il tarixdən Elektrik quraşdırma sahəsində sahə ustası vəzifəsində işləmiş, xx.xx.2005-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. - “X5” İrlandiya Respublikasının Bakı Nümayəndəliyində xx.xx.2005-ci il tarixdən elektrik vəzifəsində işləmiş, xx.xx.2006-cı il tarixdə müqaviləsinin başa çatması ilə əlaqədar işdən azad edilmişdir. - Caspian Marine Services (UK) LTD Şirkətində xx.xx.2008-ci il tarixdən texnik vəzifəsində işləmiş, xx.xx.2010-cu il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. X6 Limited Şirkətinin AR Filialına Təmir Heyətində xx.xx.2011-ci il tarixdən texnik vəzifəsində işləmiş, xx.xx.2011-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. - "xxxx" MMC Gəmi Təmiri Müəssisəsində xx.xx.2011-ci il tarixdən 6-cı dərəcəli elektrik vəzifəsində işləmiş, xx.xx.2012-ci il tarixdə öz xahişi ilə əmək müqaviləsinə xitam verilmişdir. - “Petroleun Services Group SA“ Şirkətinin Azr.Respub. Filialında xx.xx.2012-ci il tarixdən elektrik vəzifəsində işləmiş, xx.xx.2013-cü il tarixdə əmək müqaviləsi öz xahişi ilə ləğv edilmişdir. - "xxxx" MMC-də xx.xx.2013-cü il tarixdən qazma elektrik vəzifəsində işləmiş, xx.xx.2014cü il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. "xxxx" MMC-də xx.xx.2015-ci il tarixdən mühəndis-elektrik vəzifəsində işləmiş, xx.xx.2018-ci il tarixdə dənizdə mühəndis - elektrik vəzifəsinə keçirilmişdir.

32. Göründüyü kimi iddiaçının əmək kitabçasında əks olunan və işəgötürən müəssisə - Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyi X2 Zavodu və "xxxx" QSC “Bibiheybət” Gəmi Təmir Zavodunun arayışlarında güzəştli peşə hesab edilən vəzifələr üzrə işlədiyi dövrlər cavabdeh tərəfindən onun güzəştli iş stajına daxil edilmişdir. Eyni zamanda "xxxx" MMC-də xx.xx.2013-cü il tarixindən xx.xx.2014-cü il tarixinə kimi işlədiyi dövr də nəzərə alınmışdır.

33. Cavabdeh tərəfindən isə iddiaçının mübahisələndirilən (xx.xx.2008-xx.xx.2010-cu il, xx.xx.2011-xx.xx.2012-ci il, xx.xx.2015-xx.xx.2023) illərdə işlədiyi vəzifələrin güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən siyahıda nəzərdə tutulmadığı və çalışdığı vəzifələrin işəgötünənin arayışında istinad olunan neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) qazma bəndində (10.1), buruqlara xidmət üzrə elektrik montyorları vəzifəsi, metal emalı bölməsinin (11) qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri bəndində (11.6) gəmi elektrik radio quraşdırıcıları, gəmi elektrik quraşdırıcıları vəzifəsinə aid olmamasını əsas gətirilmişdir.

34. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdeh izibati orqan iddiaçının "xxxx" MMC-də xx.xx.2013-xx.xx.2014-cü illərdə çalışdığı qazma-elektrik vəzifəsini güzəştli peşə hesab etməsinə baxmayaraq, xx.xx.2015-ci ildən bəri həmin müəssisədə işlədiyi mühəndiselektrik vəzifəsini güzəştli pensiya hüququ verən peşələrin siyahısına aid etməməkdə haqlı olmamışdır. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur.

35. Belə ki, inzibati orqan peşəsi və vəzifəsi ilə bağlı, xüsusilə də peşənin adı və aid olduğu fəaliyyət sahəsi ilə bağlı məlumatların sadəcə olaraq ifadə tərzinə istinad etməklə kifayətlənməməli, həm də həmin peşə və ya vəzifə üzrə şəxsin icra etdiyi əmək funksiyalarının və gördüyü işlərin məzmununu, peşə və vəzifənin xarakterini və bunun üzərindən onların fəaliyyət sahəsi baxımından universal keyfiyyətə malik ola biləcəyini də araşdırmağa və nəzərə almağa borcludur.

36. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, işəgötürən hüquqi şəxs - "xxxx" MMC tərəfindən təqdim edilən vəzifə təlimatlarından bəlli olur ki, iddiaçının Socar AQŞ-də xx.xx.2015-ci il tarixdən işlədiyi mühəndis-elektrik və xx.xx.2018-ci il tarixdən işlədiyi dənizdə mühəndis-elektrik vəzifəsi - Müəssisə tərəfindən aparılan əməliyyatlar üzrə təhkim olunduğu əsas iş sahəsində, o cümlədən zəruri hallarda gəmilərdə, vaqonlarda, sahildə və müəssisənin fəaliyyət göstərdiyi bütün sahələrdə əmək funksiyalarım təhlükəsiz şəkildə icra etmək; Bütun elektrik avadanlığının mütəmadi olaraq texniki xidmətini və təmirini prosedur və standartlara uyğun həyata keçirmək; Nasazlıqlan araşdırmaq və buna uyğun hesabatlar təqdim etmək; Elektrik avadanlıqlannın izolyasiya müqavimətinin və torpaqlama müqavimətinin vaxtında yerinə yetirilməsindən əmin olub, lazımi protokolların tərtib olunmasım təmin etmək; Dənizdə elektron avadanlıqların texniki tələblərinə uyğun olaraq, həmin avadanlıqlarda vaxtında plan, profilaktik baxış və plan-profilaktik təmir işlərini təşkil etmək; Anbara daxil olan, buruqlardan gələn və təmirdən qayıdan elektrik avadanlıqlarının texniki vəziyyətini müəyyən etmak üçün yoxlama işlərini aparmaq; Texniki xidmət və təmir işlərini qazma əməliyyatlarına təsirini azaldacaq şəkildə planlaşdırmaq və kompüterləşdirilmiş texniki qulluq sistemi tərəfindən müəyyən edilmiş texniki qulluq tapşırıqlarını yerinə yetirmək; Elektrik avadanlıqlarının qeyri-düzgün sifarişi haqqında Baş Qazma Energetikinə məlumat vermək; Cavabdeh olduqları təchizatın təmin edilməsi məqsədi ilə hissələr, alətlər, ehtiyatlar haqqında hesabat vermək; Paylayıcı şitlərin iş rejiminin seçilməsi, onlarda nasazlığın təyin olunması və qısa texnoloji müddətdə təmir olunub texniki tələblərə uyğun olaraq normal iş rejiminin bərpa olunması işini təşkil etmək; Ehtiyac olunan təchizat və ya sistemlərin təhlükəsizliyini artırmaq, qazma performansını təkmilləşdirmək və ya qayda-qanunla müəyyən edilmiş normalara uyğunlaşdırmaq məqsədi ilə sistemlərə və ya təchizatda dəyişikliklər etməyi məsləhət görmək; Qazma bucurqadı və rotorun qoşulma avtomatikasının texniki mühafizəsini təmin etmək; Platformada elektron avtodriller qurğusuna qulluq etmək, onlarda texniki nasazlığın təyin olunub aradan qaldırılması işini təşkil etmək; Mövcud olan texniki sənədlərdən səmərəli istifadə olunmasını, qorunub saxlanmasını təmin etmək; Dənizdə elektron avadanlığının unikallığını və mürəkkəbliyini nəzərə alaraq işçilərin texniki bitik səviyyəsinin qaldırılması və vaxtaşırı yoxlanılması, texniki savadlı kadrların yetişdirilməsi işinə kömək etmək; Texniki qəzaların vaxtında araşdınlması və onların səbəblərinin təyin olunmasına kömək etmək; Elektron avadanlığının işini təkmilləşdirən yeni texniki nailiyyətlərin heyata keçirilməsinə kömək etmək ilə əhatələnən işlərdir və güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətlərə sahibdir.

37. İddiaçının həmin vəzifələrinin başlıca məqsədinin “Bütün elektrik avadanlıqlannın düzgün istismarını və təmirini həyata keçirmək, planlı texniki xidmət işlərini keyfiyyətli aparmaq; bütün elektrikli təchizatiann qorunması, təmiri və baxımı, həmin təchizatın SOCAR AQŞ əməliyyatları zamanı operativliyinin davamlılığının təmin olunması üzrə məsuliyyət daşımaq” olduğu müəyyən olunur.

38. Göründüyü kimi, iddiaçının işlədiyi mühəndis-elektrik vəzifəsinin əmək funksiyaları, eləcə də texniki nəzəri bilikləri qazma-elektrik vəzifəsinin əmək funksiyaları, texniki nəzəri bilikləri ilə eynilik təşkil etdiyindən (həmin halı "xxxx" MMC-nin arayışı təsdiq edir) ona bərabər tutularaq güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə iş stajı olmuşdur.

39. Belə ki, iddiaçının xx.xx.2015-ci il tarixdən hazırkı vaxtadək "xxxx" MMC-də işlədiyi mühəndis-elektrik vəzifəsi - 1 №-li Siyahının X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsindəki 11000000 şifrəli “1. Qazma” yarımbölməsində şifrə 1100000a—19838 ilə göstərilmiş “buruqlara xidmət üzrə elektrik montyorları” peşəsinə, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 saylı qərarının “10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı” bölməsinin “10.1. Qazma” yarımbölməsində a) fəhlələr: “buruqlara xidmət üzrə elektrik montyorları” vəzifəsinə uyğun gəlməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrdir.

40. Məhkəmə iddiaçının mübahisələndirilən - xx.xx.2008-xx.xx.2011 və xx.xx.2011-xx.xx.2012ci illərdə işlədiyi vəzifələrə münasibətdə aşağıdakıları qeyd edir:

41. İşəgötürən hüquqi şəxs “Caspian Marine Services Limited” şirkəti tərəfindən təqdim edilən arayışdan bəlli olur ki, iddiaçı xx.xx.2008-ci ildən xx.xx.2010-cu ilədək “Caspian Marine Services (UK)” şirkətinin Azərbaycan Respublikasındakı Filialında Texnik peşəsində, xx.xx.2011-ci il tarixindən xx.xx.2011-ci il tarixinədək “Caspian Marine Services Limited” şirkətinin Azərbaycan Respublikasındakı Filialında Texnik peşəsində çalışmışdır. Onun “Caspian Marine Services Limited” şirkətinin Azərbaycan Respublikasındakı Filialında çalışdığı dövr ərzində başlıca xidməti - şirkətin gəmilərinin elektrik avadanlıqlarının təmiri və quraşdırıcısı işlərini yerinə yetirmək olmuşdur.

42. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilən arayışdan görünür ki, iddiaçı xx.xx.2011-xx.xx.2012-ci il tarixlərdə 6-cı dərəcəli elektrik vəzifəsində çalışmışdır. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri - müxtəlif elektro-montaj işləri, elektrik mühərriklərinin, transformatorların və s. avadanlıqlarının dolaqlarının dəyişdirilməsindən ibarət olmuşdur.

43. Göründüyü kimi iddiaçının xx.xx.2008-xx.xx.2011-ci il və xx.xx.2011-xx.xx.2012-ci il tarixlərində çalışdığı texnik və elektrik vəzifələri güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşədə iş stajı olmuşdur.

44. Belə ki, iddiaçının xx.xx.2008-xx.xx.2011-ci illərdə işlədiyi texnik vəzifəsi və xx.xx.2011xx.xx.2012-ci il işlədiyi elektrik vəzifəsi - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısın” XİV. Metal emalı” bölməsindəki 21503000 şifrəli “3. Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri” yarımbölməsində 2150300a—1753a şifrə ilə göstərilmiş “gəmi elektrik radio quraşdırıcıları, gəmi elektrik quraşdırıcıları” peşəsinə, eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 saylı qərarının “11. Metal emalı” bölməsinin “11.6. Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri” yarımbölməsində a) fəhlələr: “gəmi elektrik radio quraşdırıcıları, gəmi elektrik quraşdırıcıları” vəzifəsinə uyğun gəlməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrdir.

45. Beləliklə, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən peşədə qanunvericiliklə tələb olunan 12 il 6 ay müddətindən çox müddətdə işləməsi İT-İ ******* nömrəli əmək kitabçası, işəgötürən müəssisə - “Caspian Marine Services Limited” şirkəti, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti və "xxxx" MMC-nin arayışları ilə təsdiqlənir.

46. Nəticə etibarı ilə iddiaçının xx.xx.2008-xx.xx.2011-ci il, xx.xx.2011-xx.xx.2012-ci il və xx.xx.2015-xx.xx.2023-cü il tarixlərdə işlədiyi müddət nəzərə alındığı təqdirdə, ən azı 25 il ümumi və 12 il 6 ay güzəştli iş stajı mövcuddur.

47. İddiaçı xx.xx.1963-cü i il təvəllüdlüdür və 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququna malikdir.

48. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

49. 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddə qeyd edilən yeni redaksiyada verilmişdir.

50. Qanunun 7-ci maddəsində isə qeyd olunur ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

51. Məhkəmə hesab edir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

52. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

53. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

54. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

55. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia təmin edilsin. İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar