Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3485/2025 07.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın bərpası” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı oktyabr 2023-cü ildə dayandırılmış pensiya ödənişinin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1973-cü il təvəllüdlüdür. Hemofiliya xəstəsidir. Əvvəl ona ailə başçısını itirməyə görə pensiya təyin edilmiş, daha sonra isə hemofiliya xəstəsi kimi pensiya almışdır. İddiaçıya ömürlük müddətsiz əlillik təyin edilmişdir. Oktyabr 2023-cü il tarixdən ona məlum olmayan səbəbdən pensiyası dayandırılmışdır. Adından göründüyü kimi bu xəstəlik sonradan qazanıla bilən xəstəlik deyildir. xx.xx.1983-cü ildən hemofiliya xəstəsi kimi Respublika Klinik Xəstəxanasında dispanser uçotundadır. Azərbaycan Respublikası «TƏBİB» X17 «Akademik M.Ə.Mirqasımov adma Respublika Klinik Xəstəxanası» X17 tərəfindən verilən xx.xx.2024-cü il tarixli Arayışda « «Hemofiliya B» irsi ailəvi forma,ağır gedişli (XBT 10 D 67,registr kodu **********83,xx.xx.2024-cü il tarixli müayinə nəticəsi F-1X-O,4%) diaqnozu ilə xəstədir və xx.xx.1983cü ildən Respublika Klinik Xəstəxanasında X10 registrində dispanser qeydiyyatındadır. Müxtəlif növ qanaxma və qansızmalara mərkəzdə müvafiq ambulator və stasionar müalicələr almışdır» göstərilməsi bir daha mənim Hemofiliya xəstəsi olmağını təsdiq edir Hətta cavabdehin əməkdaşı Əlillik altsistemində məlumatlarının əks olunduğunu aşkarlamış və pensiyanın bərpası üçün problemin olmadığını bildirmiş, pensiyanın bərpa edilməsi üçün ona ərizə yazdırtdırmışdır. Lakin cavabdeh pensiyanı bərpa etməmiş və ondan heç bir əsas olmadan 18 yaşma çatanadək əlil olmağı ilə bağlı ilkin əlillik sənədini tələb edir. Cavabdehə onda olan Xəstəlik kartını, Hemofiliya Mərkəzinin vəsiqəsini təqdim etsə də bu onu qane etməmişdir. Ümumiyyətlə əlillik altsistemində məlumatları qeydə alınmış Hemofiliya diaqnozu ilə əlilliyi müəyyən olunmuş şəxsdən 18 yaşınadək əlilliyini təsdiq edən sənədin tələb olunması absurddur və onda arxiv sənədlərinin saxlanılmaması iddiaçının günahı deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləçdirilməsi barədə ərizə təqdim dərək ona təyin olunmuş ailə başçısını itirməyə görə pensiyanın dayandırıldığı noyabr 2023-cü il tarixdən bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edillmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, mərhum X1 xidmət etdiyi orqan tərəfindən 1 aprel 1996-cı il tarixindən X4, iddiaçıya və qardaşı X8 münasibətdə mərhum N.Əkbərovun ailə üzvü kimi ailə başçısını itirməyə görə pensiya təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq, 1 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən iddiaçıya və adıçəkilən şəxslərə qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq təminat xərcliyinin ümumilikdə 105 faizi (hər birinə 35 faiz olmaqla) miqdarında əmək pensiyası həmin tarixdən etibarən Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ödənilib. Vaxtilə qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinin “a” bəndinə əsasən 18 yaşına çatmamış və ya həmin yaşa çatanadək əlil olmuş 18 yaşından yuxarı uşaqlar, qardaşlar, bacılar və nəvələr, texniki-peşə, orta ixtisas məktəblərində və ali təhsil məktəblərində təhsil alanlar isə bu məktəbləri bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; həm də qardaşlar, bacılar və nəvələr əmək qabiliyyətli valideynləri olmadıqda pensiya almaq hüququna malikdirlər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 2006-cı il 28 noyabr tarixli 184- İİİQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericlik aktlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericlik aktlarının qüvvədən düşmüş hesab edilməsi haqqında” Azərbaycan Respublikasının 19 oktyabr 2007-ci il tarixli 462-İİİQD nömrəli Qanununun 17-ci bəndinin birinci abzasına əsasən “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanun qüvvədən düşmüşdür. “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra - Qanun) 14.1.1.2-ci maddəsinə əsasən, vəfat etmiş şəxsin 18 yaşına çatanadək əlilliyi 18 yaşından yuxarı əlilliyi olan övladlarının ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Araşdırma zamanı Mərkəzi Filiala təqdim edilmiş sənədlərdə iddiaçının (təvəllüd: xx.xx.1973-cü il) ilkin olaraq 28 oktyabr 1999-cu il tarixindən (ilkin əlilliyinin təyin edildiyi tarixdə yaşı 26 olub), Namiq Əkbərova isə (təvəllüd: xx.xx.1982- ci il) ilkin olaraq 4 mart 2005-ci il tarixindən (ilkin əlilliyi təyin edildiyi tarixdə yaşı 22 olub) uşaqlıqdan əlillik təyin edildiyi müəyyən olunub. Göründüyü kimi, iddiaçıya və N.Əkbərova əlillik 18 yaşına çatanadək deyil, 18 yaşından sonra təyin edilib. Bununla əlaqədar, iddiaçıya münasibətdə ödənilən ailə başçısını itirməyə görə pensiya ödənişi 1 noyabr 2023-cü il tarixindən, N.Əkbərova münasibətdə ödənilən ailə başçısını itirməyə görə pensiya ödənişi isə 1 mart 2024-cü il tarixindən dayandırılıb. Eyni zamanda bildiririk ki, Namiq Əkbərovun 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş şəxs olmağı barədə məlumatların “Əlillik” altsisteminə əlavə edilməsi ilə bağlı ona münasibətdə ödənilən ailə başçısını itirməyə görə əmək pensiyası cari ilin avqust ayında bərpa olub. İddiaçıya dair müvafiq məlumatların dəqiqləşdirilməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə sorğu verilib. Mərkəzi Filialın sorğusuna cavab olaraq, iddiaçıya dair tibbi-sosial ekspertiza sənədlərində uyğunsuzluqlar mövcud olduğu bildirilib. Bununla əlaqədar iddiaçıya dair tibbi sənədləri, həmçinin olduğu təqdirdə, əlillik səbəbini təsdiq edən müvafiq sənədlərin (18 yaşınadək əlilliyini təsdiq edən sənəd və s.) təqdim edilməsi qeyd olunub. Qeyd olunanları nəzərə alaraq, 18 yaşına çatanadək əlil olması ilə bağlı ilkin əlillik sənədinin (notarial qaydada təsdiq olunmuş) Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilməsi üçün Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim etməsi və ya birbaşa olaraq sözügedən Agentliyə təqdim etməsi xahiş olunmuşdur. Qeyd olunanları nəzərə alaraq, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda bidlirilmişdir ki, Mərkəzi Filialın arxivində və elektron informasiya bazalarında 18 yaşadək sağlamlıq imkanlarının məhdudluğuna dair hər hansı məlumat aşkar edilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X17 "Akademik M.Ə.Mirqasımov Adına Respublika Klinik Xəstəxanası" X15 xx.xx.2025-ci il tarixli məktubunda bildirilmişdir ki, İddiaçı “Hemofiliya B” ağır gedişli, irsi ailəvi forma (XBT 10 :D 67, registr kodu: **********83, xx.xx.2024 - cü il tarixli müayinə nəticəsi F Xİ- 0,4%) diaqnozu ilə xəstədir və xx.xx.1983-cü ildən Respublika Klinik Xəstəxanasında X11 registrında dispanser qeydiyyatındadır. Müxtəlif növ qanaxma və qansızmalarla mərkəzdə müvafiq ambulator və stasionar müalicələr almışdır. Təqdim edilmiş pensiya alt sistemindən çıxarışdan görünür ki, İddiaçı sonuncu dəfə xx.xx.2023-cü il tarixdə ilə başçısını itirməyə görə pensiya ödənilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Tibbi Sosial Ekepsrtiza və Reabilitasiya Agentliyinin xx.xx.2025-ci il tarixli məktubu ilə təqdim edilmiş Agentliyin xx.xx.2024-cü il tarixli 3-17-4/3-1-13365/2024 saylı qərarında qeyd edilmişdir ki, Bakı şəhər sakini xx.xx.1973-cü il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) - əlillik təyinatı ilə bağlı məlumatların əlillik altsisteminə daxil edilməsi ilə əlaqədar etdiyi müraciət əsasında müvafiq məlumatlar protokol məlumatları arasında tapılmadığından DTSERA-ya əyani komissiyaya dəvət edilərək həkim ekspertlər tərəfindən müayinə edilmişdir. Əlillik altsistemindən əldə edilmiş məlumatlardan müəyyən olmuşdur ki, vətəndaşın əlillik vəziyyəti "Hemofiliya "A" irsi ailəvi forma. Mədə bağırsaq qanaxması. Posthemorragik anemiya.” diaqnozu ilə qiymətləndirilərək xx.xx.1999-cu il tarixindən ümumi xəstəlik səbəbindən müddətsiz “təkrar” ikinci dərəcə əlillik təyin edilmişdir. Müayinəyə gələrkən şikayətlərinin ümümi zəiflikdən, ara-bir qarının nahiyəsində olan ağrılardan, bədəndə qansızmalardan, başgicəllənmələrdən olduğunu bildirmişdir. Obyektiv müayinə zamanı, düzgün bədən quruluşlu, dəri və görünən selikli qişalar adi rəngdə olmuşdur. Təqdim etdiyi arxiv sənədlərini təhlil edərkən vətəndaşın xx.xx.1996-cı il tarixindən xx.xx.1997-ci il tarixinədək bir il müddətinə uşaqlıqdan əlilliyi olan şəxs səbəbindən ikinci dərəcə “təkrar”, xx.xx.1997-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək bir il müddətinə uşaqlıqdan əlilliyi olan şəxs səbəbindən ikinci dərəcə “təkrar”, xx.xx.1998-ci il tarixindən xx.xx.1999-cu il tarixinədək bir il müddətinə uşaqlıqdan əlilliyi olan şəxs səbəbindən ikinci dərəcə “təkrar” əlillik təyinatlarını əks etdirən TSEK arayışı aşkar edilmişdir. Anamnestik məlumatlar və təqdim edilmiş sənədlərə əsasən, Tibbi sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, xx.xx.1996- xx.xx.1997-ci il tarixinədək ümumi xəstəlik (uşaqlıqdan əlilliyi olan şəxs) səbəbindən ikinci dərəcə “təkrar”, xx.xx.1997- xx.xx.1998-ci il tarixinədək ümumi xəstəlik (uşaqlıqdan əlilliyi olan şəxs) səbəbindən ikinci dərəcə “təkrar”, xx.xx.1998-xx.xx.1999-cu il tarixli ümumi xəstəlik (uşaqlıqdan əlilliyi olan şəxs) səbəbindən ikinci dərəcə “təkrar” əlillik təyinatı barədə məlumatlar X16 daxil edilsin və xx.xx.1999-cu il tarixindən ümumi xəstəlik səbəbindən müddətsiz “təkrar” ikinci dərəcə əlillik təyinatı barədə Qərar qüvvədə saxlanılması qərara alınmışdır. Məhkəmə sorğusuna əsasən DİN Maliyyə-Plan İdarəsinin xx.xx.2025-ci il tarixli məktubunda bildirilmişdir ki, mərhum vətəndaş X6 barəsində şəxxsi və pensiya işi DİNnin arxivinə təhvil verilməmişdir. İş materiallarına əlavə edilmiş 086855 nömrəli TSE Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 4 saylı Zona TSEK-in arayışına əsasən İddiaçınna təkrar uşaqlıqdan ikinci dərəcə müddətsiz əlillik təyin edilmişdir. Əsas 1889 nömrəli xx.xx.1999-cu il tarixli müayinə aktı. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, mərhum X1 xidmət etdiyi orqan tərəfindən 1 aprel 1996-cı il tarixindən X4, sizə özünüzə və qardaşınız X8 münasibətdə mərhum N.Əkbərovun ailə üzvü kimi ailə başçısını itirməyə görə pensiya təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 2006cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq, 1 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən sizə və adıçəkilən şəxslərə qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq təminat xərcliyinin ümumilikdə 105 faizi (hər birinizə 35 faiz olmaqla) miqdarında əmək pensiyası həmin tarixdən etibarən Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ödənilib. Vaxtilə qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinin “a” bəndinə əsasən 18 yaşına çatmamış və ya həmin yaşa çatanadək əlil olmuş 18 yaşından yuxarı uşaqlar, qardaşlar, bacılar və nəvələr, texniki-peşə, orta ixtisas məktəblərində və ali təhsil məktəblərində təhsil alanlar isə bu məktəbləri bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; həm də qardaşlar, bacılar və nəvələr əmək qabiliyyətli valideynləri olmadıqda pensiya almaq hüququna malikdirlər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 2006-cı il 28 noyabr tarixli 184-İİİQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericlik aktlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericlik aktlarının qüvvədən düşmüş hesab edilməsi haqqında” Azərbaycan Respublikasının 19 oktyabr 2007-ci il tarixli 462-İİİQD nömrəli Qanununun 17-ci bəndinin birinci abzasına əsasən “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanun qüvvədən düşmüşdür. “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra - Qanun) 14.1.1.2-ci maddəsinə əsasən, vəfat etmiş şəxsin 18 yaşına çatanadək əlilliyi 18 yaşından yuxarı əlilliyi olan övladlarının ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Araşdırma zamanı Mərkəzi Filiala təqdim edilmiş sənədlərdə sizə (təvəllüd: xx.xx.1973-cü il) ilkin olaraq 28 oktyabr 1999-cu il tarixindən (ilkin əlilliyiniz təyin edildiyi tarixdə yaşınız 26 olub), Namiq Əkbərova isə (təvəllüd: xx.xx.1982-ci il) ilkin olaraq 4 mart 2005-ci il tarixindən (ilkin əlilliyi təyin edildiyi tarixdə yaşı 22 olub) uşaqlıqdan əlillik təyin edildiyi müəyyən olunub. Göründüyü kimi, sizə və N.Əkbərova əlillik 18 yaşına çatanadək deyil, 18 yaşından sonra təyin edilib. Bununla əlaqədar, sizə münasibətdə ödənilən ailə başçısını itirməyə görə pensiya ödənişi 1 noyabr 2023-cü il tarixindən, N.Əkbərova münasibətdə ödənilən ailə başçısını itirməyə görə pensiya ödənişi isə 1 mart 2024-cü il tarixindən dayandırılıb. Eyni zamanda bildiririk ki, Namiq Əkbərovun 18 yaşına çatanadək əliliiyi müəyyən olunmuş şəxs olmağı barədə məlumatların “Əlillik” altsisteminə əlavə edilməsi ilə bağlı ona münasibətdə ödənilən ailə başçısını itirməyə görə əmək pensiyası cari ilin avqust ayında bərpa olub. Məlumat üçün bildiririk ki, sizə dair müvafiq məlumatların dəqiqləşdirilməsi üçün tərəfimizdən aidiyyəti üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə sorğu verilib. Sorğumuza cavab olaraq, sizə dair tibbi-sosial ekspertiza sənədlərində uyğunsuzluqlar mövcud olduğu bildirilib. Bununla əlaqədar sizə dair tibbi sənədləri, həmçinin olduğu təqdirdə, əlillik səbəbinizi təsdiq edən müvafiq sənədlərin (18 yaşınadək əlilliyini təsdiq edən sənəd və s.) tərəfimizdən təqdim edilməsi qeyd olunub. Qeyd olunanları nəzərə alaraq, 18 yaşına çatanadək əlil olmağınız ilə bağlı ilkin əlillik sənədinizin (notarial qaydada təsdiq olunmuş) Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilməsi üçün Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim etməyiniz və ya birbaşa olaraq sözügedən Agentliyə təqdim etməyiniz xahiş olunur. Beləliklə, işin hallarından müəyyən olunur ki, xx.xx.1996-cı il tarixindən X9, İddiaçı və X7 mərhum hərbi quluqçu N.Əkbərovun ailə üzvləri kimi ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş, mərhumun təninat xərcliyinin ümumilikdə 105% (hər birinə 35% olmaqla) pensiya təyin edilərək ödənilmişdir. İddiaaçı İddiaçı verilən ailə başçısını itirməyə görə pensiyanın ödənilməsi noyabr 2023-cü il tarixindən dayandırılmışdır. Hazırda cavabdeh tərəfindən ailə başçısını itirməyə görə pensiya yalnız X9 və X7 ödənilir Cavabdehin iddiaçının pensiya ödənişi dayandırması onunla əsaslandırmışdır ki, iddiaçının 18 yaşına çatanadək əlilliyi müəyyən edilməmiş, iddiaçıya əlillik 18 yaşına çatandan sonra xx.xx.1999-cu il tarixdə 26 yaşı olduğu vaxt təyin edilmişdir. Başqa sözlə, iddiaçının 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğunun olması müəyyən edilmədiyindən ona “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilə bilməz. Hazırkı iddiasında iddiaçı cavabdehin qeyd olunan imtinasını əsassız hesab edir və ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsini inzibati məhkəmə icraatında mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-nin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iş üzrə iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun olduğundan məhkəmə cavabdehin iddia müddətinin ötürülməsi ilə bağlı etiraz dəlilini əsassız hesab edir. Bu növ iddia üzrə ilkin müraciətə dair şərt ödənildiyindən məhkəmə iddianı mümkün hesab edir. İddia mahiyyət üzrə əsaslıdır. Belə ki, hüquq münasibətlərinin yarandığı dövr qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinin “a” bəndinə əsasən 18 yaşına çatmamış və ya həmin yaşa çatanadək əlil olmuş 18 yaşından yuxarı uşaqlar, qardaşlar, bacılar və nəvələr, texniki-peşə, orta ixtisas məktəblərində və ali təhsil məktəblərində təhsil alanlar isə bu məktəbləri bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; həm də qardaşlar, bacılar və nəvələr əmək qabiliyyətli valideynləri olmadıqda pensiya almaq hüququna malikdirlər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (xx.xx.2021ci il tarixdə inzibati orqana müraciət etdiyi vaxt xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş redaksiyası) 14.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: -14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: -14.1.1.1. 18 yaşına çatmamış; -14.1.1.2. 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; -14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; -14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ dərəcə əlilliyi olan şəxsdirsə; -14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. Həmin Qanunun 17.1-ci maddəsinə görə ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Beləliklə, sadalanan normalardan müəyyən olunur ki, vəfat etmiş şəxsin aşağıdakı övladlarına ailə başçısını itirməyə görə pensiya təyin olunur: -yaşı 18-dən aşağı olanlara, -yaşı 18-dən yuxarı olanlara münasibətdə: 1. 18 yaşından yuxarı əlilliyi olan şəxs, o halda ki həmin şəxsin həm də 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş olsun, 2. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar 23 yaşına çatanadək. - vəfat etmiş ailə başçısının ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda. Hazırkı iş üzrə iddiaçıya ailə başçısını itirməyə görrə pensiya təyin edilməsi ilə bağlı cavabdehin mübahisələndirdiyi hal iddiaçının 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu olmayan şəxs olmasının müəyyən olunmasıdır. Məhkəmə aşağıdakılara əsasən cavabdehin mövqeyi ilə razılaşmır. Məhkəmə iddiaçının 18 yaşı tamam olmazdan öncə sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi ilə bağlı qüvvədə olmuş normalara istinad edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 12 dekabr tarixli, 665 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının həkim-əmək ekspert komissiyaları barədə Əsasnamə”nin aşağıdakı bəndlərindən görünür ki: -1 Həkim-əmək ekspert komissiyaları Azərbaycan Respublikası sosial təminat Nazirliyi tabeliyində olur və onlara bilavasitə Naxçıvan Muxtar Respublikasının sosial təminat Nazirliyi və rayon (şəhər) sosial təminat şöbələri vasitəsi ilə rəhbərlik edilir. Həkim-əmək ekspert komissiyaları iki pilləli şəkildə təşkil olunur: Rayon (şəhər) həkim-əmək ekspert komissiyaları — ilkin pillə; Respublika həkim-əmək ekspertiza Mərkəzi, Respublika ixtisaslaşdırılmış ruhi xəstəliklər həkim-əmək ekspert komissiyası, Naxçıvan Respublika həkim-əmək ekspert komissiyası — ali pillə. -2. Həkim-əmək ekspert komissiyaları əlilliyin dərəcəsinin və müddətinin təyini zamanı, Respublika Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş «Əlilliyin müəyyən edilməsinin meyarlarına dair Əsasnaməyə» əsaslanırlar. Əlillik səbəbləri: ümumi xəstəlik, əmək zədəsi, peşə xəstəliyi, uşaqlıqdan əlillik, müharibə əlilliyi, hərbi xidmət dövrü ilə əlaqədar əlillik, Çernobıl AES-də qəza ilə bağlı əlillik, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlillik, vətəndaşlıq borcunun yerinə yetirilməsi ilə əlaqədar əlillik, milli münaqişə zəminində hadisələrlə əlaqədar əlillik, 1990-cı ilin yanvar hadisələri ilə əlaqədar əlillik. -4. Həkim-əmək ekspert komissiyalarının fəaliyyəti kollegial əsaslar üzərində qurulur. X5 ilə sıx əlaqələr şəraitində işləyirlər. - 20. Rayon (şəhər) həkim-əmək ekspert komissiyalarının vəzifələri: (....) -16 yaşadək xəstə uşaqların müavinət hüquqlarını mövcud qanunvericiliyə uyğun olaraq müəyyənləşdirmək.
22. Vətəndaşların komissiyalarda müayinəsi səhiyyə idarələrinin göndərişi əsasında icra edilir. Göndərişdə vətəndaşın səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliyi, kliniki proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşması və itirilməsi halı əsaslandırılır. Göndəriş səhiyyə idarəsinin nəzdində olan həkim-məsləhət komissiyasının sədr və üzvləri tərəfindən imzalanır və dəyirmi möhürlə təsdiq olunur. Göndəriş həkim-əmək ekspert komissiyasına həkim-məsləhət komissiyası tərəfindən göndərilir və ya təqdim edilir. Komissiyaya göndərişin forması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Sosial Təminat Nazirliyi ilə razılaşdırılaraq təsdiq edilir.
27. Həkim-əmək ekspert komissiyaları əlillik dərəcəsi təyin etmək üçün 16 yaşına çatmış və ondan yuxarı yaşlı şəxsləri qəbul edirlər. Bununla yanaşı, komissiyalar 16 yaşadək şəxsləri onların, hərəkət vasitələrinə və avtonəqliyyata ehtiyacını müəyyən etmək və sahə həkimlərinin göndərişinə əsasən əlillik əlaməti olan uşaqlara müavinət verilməsini təyin etmək məqsədilə onları müayinədən keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 19 avqust tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin aşağıdakı bəndlərindən görünür ki: -1.5. Tibbi-sosial ekspert komissiyaları əlillik dərəcələrinin (qrupunun), müddətini və səbəbini müəyyən edir. Şəxsin həyat fəaliyyətinin məhdudlaşması dərəcəsindən asılı olaraq “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamə əsasında İ, İİ və İİİ qrup əlillik təyin edilir və Uşaqların sağlamlıq məhdudluğunun müəyyən olunması meyarları”na əsasən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilir. Əlillik səbəbləri: ümumi xəstəlik, əmək zədəsi, peşə xəstəliyi, Çernobıl AES-də qəzanın ləğvi ilə bağlı əlillik, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlillik, 1990-cı ilin yanvar hadisələri ilə əlaqədar əlillik, hərbi xidmət dövrü ilə əlaqədar əlillik, hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlillik, müharibə əlilliyi, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik -3.1. İlkin TSEK-lərin vəzifələri. (...) sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların pensiya və ya sosial müavinət hüquqlarını mövcud qanunvericiliyə uyğun olaraq müəyyənləşdirir; (...) -4.1. Şəxsləri tibbi-sosial ekspert komissiyalarda müayinəsi səhiyyə idarələrinin göndərişi əsasında icra edilir. Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, kliniki proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşması və ya itirilməsi əsaslandırılır. Göndəriş səhiyyə idarəsinin nəzdində olan həkim-məsləhət komissiyasının sədri və üzvləri tərəfindən imzalanır və dairəvi möhürlə təsdiq olunur. Göndəriş tibbi-sosial ekspert komissiyasına həkim məsləhət komissiyası tərəfindən göndərilir və ya təqdim olunur. -4.6. Tibbi-sosial ekspert komissiyaları əlillik dərəcələri təyin etmək üçün 18 yaşa çatmış və ya ondan yuxarı yaşlı şəxsləri qəbul edirlər. Bununla yanaşı komissiyalar müalicə-profilaktika müəssisələrinin göndərişinə əsasən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara pensiya və ya sosial müavinət almaq hüququ verən tibbi göstərişləri və onların digər sosial yardıma olan ehtiyaclarını müəyyənləşdirmək məqsədi ilə onları da müayinədən keçirirlər. Sadalanan normalardan müəyyən olunur ki, uşaqların sağlamlıq məhdudluğunun müəyyən edilməsi üçün hər iki dövr qanunvericilik ilk növbədə uşağın səhhəti ilə bağlı ətraflı obyektiv məlumatları, qoyulmuş diaqnoz göstərilməklə səhiyyə idarələrinin tərkibində olmuş həkim-məsləhət komissiyası tərəfindən tibbi göndərişlərin tərtib və təsdiq olunaraq həkim-əmək ekspert komissiyalarına (tibbi-sosial ekspert komissiyası) göndərilməsini, eləcə də sahə həkimlərinin göndərişinə əsasən əlillik əlaməti olan uşaqlara müavinət verilməsini təyin etmək məqsədilə onların həkim-əmək ekspert komissiyalarına (tibbi-sosial ekspert komissiyası) müayinədən keçirilməsini nəzərdə tutmuşdur. İş üzrə Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən iddiaçı barəsində əldə edilmiş əlillik vəziyyəti ilə bağlı icraat materiallarından müəyyən olunur ki, iddiaçı barəsində xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək ümumi xəstəlik-uşaqlıqdan əlilliyi olan şəxs səbəbi ilə ikinci dərəcə təkrar əlillik təyin edilmiş və xx.xx.1999-cu il tarixdən müddətsiz ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Qeyd edilən məlumatlar əlillik təyinatı alt sisteminə TSERA-nın xx.xx.2024-cu il tarixli qərarı ilə daxil edilmişdir. Göründüyü kimi əlillik təyinatı alt sistemində iddiaçının əlillik vəziyyəti ilə bağlı ilkin qərar yoxdur. Əlillik təyinatı ən tezi xx.xx.1996-cı il tarixlidir ki, həmin tarixdə təyin edilmiş əlillik əlillik təyinatını aparan TSERA tərəfindən ilkin təyinat kimi deyil, təkrar təyinat kimi qeyd edilmişdir. Qeyd edilməlidir ki, iddiaçının təqdim etdiyi və ailə başçısını itirməyə görə pensiya işində yeganə sənəd 086855 nömrəli TSE Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 4 saylı Zona TSEK-in arayışıdır ki, həmin arayışda İddiaçı xx.xx.1999-cu il tarixli müayinə aktına əsasən uşaqlıqdan ikinci dərəcə müddətsiz əlillik təyin edildiyi qeyd edilmiş, həmin əlillik də ilkin deyil məhz təkrar təyinat kimi öz əksini tapmışdır. Beləliklə, iddiaçının 18 yaşına çatdıqdan sonra təyin edilmiş 2-ci dərəcə əlillik təyinatında əlilliyin səbəbinin “uşaqlıqdan əlil” kimi qeyd edilməsi, eləcə də 23 yaşı olduğu xx.xx.1996-cı il tarixdə ikinci dərəcə təyin edilmiş əlilliyinin təkrar əlillik təyinatı olması, iddiaçının təkrar əlillikdən əvvəlki-ilkin əlillik təyinatına dair sənədin aşkar olmaması və nəticə etibarı ilə iddiaçıya ilkin əlillik təyinatının 1996-cı ildən öncəyə təsadüf etməsi onu deməyə əsas verir ki, iddiaçı 18 yaşınadək sağlamlıq imkanları məhdud olmuş şəxs stastusunda olmaqla müvafiq sosial müavinətlərlə təmin olunmuşdur. Hazırkı halda əlillik təyinatını həyata keçirən Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyində, eləcə də hazırkı cavabdeh orqanda iddiaçının 1996-cu ildən əvvəl keçmiş dövr üzrə sağlamlıq imkanlarının məhdudluğu ilə bağlı arxiv sənədlərinin saxlanılmaması iddiaçının yetkinlik yaşına çatanadək sağlamlıq imkanının məhdudluğunun olmadığını deməyə əsas vermir. İİQ-nin 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Başqa sözlə, hazırkı halda iddiaçı barəsində mövcud olan tibbi sənədlər ona uşaqlıqdan əlil olmaqla sosial ekspert komissiyası tərəfindən uşaqlıqdan sağlamlıq imkanları məhdudluğu verildiyini təsdiq etmək üçün kifayət edir. Cavabdehin bu dəlili təkzib edən mötəbər sübut təqdim etmədiyinə qarşılıq olaraq əlillik vəziyyəti ilə bağlı həddən artıq sübutetmə yükü iddiaçının üzərinə qoyula bilməz. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, İddiaçı ailə başçısının itirilməsinə görə əmək pensiyasının ödənilməsi dayandırıldığı noyabr 2023-cü il tarixdən bərpa edilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
İddai tələbi təmin edilsin. İddiaçı noyabr 2023-cü il tarixdən ailə başçısının itirilməsinə görə əmək pensiyasının ödənilməsinin bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər.
Hakim Aygün Əhədova