Məhkəmə qərarları › İş №2-1(112)-3486/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3486/2025

11.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3486/2025 11.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı “diplom üzrə ixtisasın tanınması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Təhsildə X1rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Ukrayna Təhsil və Elm Nazirliyi tərəfindən tərəfindən təsdiq edilmiş Ukrayna Səhiyyə Nazirliyinin Odessa Milli Tibb Universitetinin əczaçılıq ixtisası üzrə C19 №003847 qeydiiyat nömrəli bakalavr diplomunun tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddaçı İddiaçı xx.xx.1995-ci ildə anadan olmuşdur. 2013 cü ildə orta məktəbi bitirib elə həmən ildə Ukrayna Səhiyyə Nazirliyinin Odessa Milli Tibb Universitetinin əczaçılıq ixtisasına qəbul olmuşdur. 2019 cu ildə həmin universiteti uğurla başa vurduqdan sonra Universitet tərəfindən ona C19 №003847 qeydiyyat nömrəli bakalavr diplomunu verilmişdir. Diplom və diplomun əlavəsi Ukrayna Təhsil və Elm Nazirliyi tərəfindən apostillə təsdiq edilmişdir. 2024-cü ildə diplomun ölkə ərazisində tanınmasının ixitisasın ekvivalentliyinin müəyyən edilməsi ilə bağlı Təhsildə Keyfiyyət Təminatı Agentliyinə elekton ərizə ilə müraciət etdi və elektron kabinetinə cavab olaraq Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən diplomun tanınmasından imtina edilmişdir. İmtinada qeyd edilmişdir ki, Azərbaycan Respublikasında qeyd olunan ixtisas üzrə ali bakalavriat və magistratura səviyyələri üzrə hazırlıq yalnız əyani təhsilalma formasında həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 3.10.2-ci yarımbəndinə əsasən ərizəçinin müraciət etdiyi kvalifikasiya ilə Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya arasında əhəmiyyətli fərq aşkar olunduqdan diplomun tanınmasından imtina edilmişdir. Bildirimək istəyirəm ki, mən universiteti 2019-cu ildə bitirmişəm və yuxarıda qeyd olunan Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydalan”nın mənə münasibətdə tətbiq edilməsi mənim hüquqi vəziyyətimi ağırlaşdırır. Qeyd olunanlara əsasən vətəndaşın hüquqi vəziyyəti yaxşılaşdırılmalı və qanunun geriyə qüvvəsi şamil olunmalıdır. Mən hər il universitetin sesiyalarında mütəmadi olaraq iştirak etmişəm və imtahanları uğurla başa vurmuşam. Bunu Ukrayna Təhsil və Elm Nazirliyi tərəfindən apostil ilə təsdiq olunmuş diploma əlavdə və Ukrayna Xalq Respublikasıma sərhəd keçmələrimdə orada olduğum müddəti aydın şəkildə görmək mümkündür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (bundan sonra-Agentlik) qarşı Ukraynada yerləşən Odessa Milli Tibb Universiteti tərəfindən verilmiş “Əczaçılıq” ixtisasının tanınması məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (bundan sonra - Agentlik) müraciət etmiş, aparılan icraat zamanı ərizəçinin əczaçılıq ixtisası üzrə bir sıra əsas ixtisas fənlərinin (Əczaçılıq toksikologiyası, Əczaçılıq kimyası, Əczaçılqı texnologiyası, Farmakoqnoziya) tədrisinin təşkilində praktik laboratoriya məşğələlərinin təşkili və nəzəri biliklərlə yanaşı sahə üzrə təcrübəvi biliklərin tədrisi, mənimsənilməsi üçün qiyabi təhsilalma formasında mövcud olan sessiya müddətlərinin həcminin kifayət olmadığı müəyyən edilmişdir. İddiaçının təhsil aldığı dövrdə qüvvədə olan Azərbaycan Repsublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları’nın 3.7-ci bəndinə əsasən, xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilməməsi kvalifikasiyanın tanınmasından imtina olunması üçün əsas kimi qeyd olunmuşdur. Məlum olduğu kimi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin mövqeyinə uyğun olaraq Azərbaycan Tibb Universitetində "Əczaçılıq'' ixtisasının qiyabi təhsilalma formasında tədrisi mövcud deyildir. İddiaçının xx.xx.2024-cü il tarixli müraciəti zamanı inzibati icraat Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydalan"na (bundan sonra - Qaydalar) əsasən aparılmışdır. Qaydaların 3.10.2-ci yarımbəndinə əsasən ərizəçinin müraciət etdiyi kvalifikasiya ilə Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya arasında əhəmiyyətli fərq aşkar olunduqda kvalifikasiyanın tanınmasından imtina edilir. Qaydaların 1.5.3-cü yarımbəndinə əsasən əhəmiyyətli fərq dedikdə xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının əsas elementləri (kvalifikasiyaların səviyyələri, təlimin həcmi və (və ya) yekun attestasiyanın nəticəsi, kvalifikasiyanın istiqaməti (profili) və təlimin nəticələri) ilə Azərbaycan Respublikasındakı uyğun kvalifikasiyanın əsas elementləri arasında ərizəçinin Azərbaycan Respublikasında təhsilini növbəti səviyyədə davam etdirməsi və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququnun yaranmasına kifayət etməyən həcmdə fərq nəzərdə tutulur. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanunun 45.2.6-cı yarımbəndinə əsasən iş üzrə inzibati icraatın ətraflı və obyektiv aparılması məqsədilə xarici dövlətlərdə ali təhsil müəssisələrində qiyabi təhsilalma formasında əldə olunmuş əczaçılıq İxtisası ilə Azərbaycan Respublikasında mövcud olan eyniadlı ixtisasın tədrisi, məzmunu, təlim nəticələri və profili arasında uyğunluğun müəyyən edilməsi üçün müvafiq səlahiyyətli quruma sorğu göndərilmiş, daxil olan rəsmi rəyə əsasən müəyyən olunmuşdur ki, Əczaçılıq İxtisası üzrə bir sıra əsas ixtisas fənlərinin (Əczaçılıq toksikologiyası, Əczaçılıq kimyası, Əczaçılgı texnologiyası, Farmakoqnoziya) tədrisinin təşkilində praktik laboratoriya məşğələlərinin təşkili və nəzəri biliklərlə yanaşı sahə üzrə təcrübəvi biliklərin tədrisi, mənimsənilməsi üçün qiyabi təhsilalma formasında mövcud olan sessiya müddətlərinin həcmi kifayət deyildir. Bütün bunları nəzərə alaraq cavabdeh orqan xx.xx.2024-cü il tarixində iddiaçının xaricdə əldə etmiş olduğu kvalifikasiyanın tanınmasından imtina etmişdir. Cavabdeh inzibati orqan tərəfindən tanınma üzrə inzibati icraatın aparılması zamanı Azerbaycan Respublikası "İnzibati İcraat haqqında” Qanunun 14.1-cl bəndinə uyğun olaraq diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində və ona verilmiş səlahiyyətlər daxilində çərçivəsində həyata keçirdiyindən və Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsinin 73.3.1 -ci yarımbəndinə uyğun olaraq inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildiyi üçün məhkəmə məcburetmə haqqında iddiaya dair iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Məhkəmə iclasında iştirak etmiş iddiaçınn vəkili və nümayəndəsi iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərələrin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli C19№003847 nömrəli Mütəxəssis Diplomundan görünür ki, İddiaçı 2019-cu ildə Odessa Milli Tibb Universitetinin tam kursunu bitirmişdir və proqram mövzusunun sahəsi “Əczaçılıq”, peşə ixtisası “Əczaçı” üzrə mütəxəssis dərəcəsinə layiq görülmüşdür. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xx.xx.2024-cü il tarixli 3-38-33/2-4187/24 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.1995-ci il təvəllüdlü İddiaçı 2013-2019-cu illər ərzində dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında aşağıdakı məlumatlar qeydə alınmışdır: xx.xx.2013-Çıxış-Ukrayna-xx.xx.2023-Giriş-Ukrayna xx.xx.2013-Çıxış-Ukrayna-xx.xx.2013-Giriş-Ukrayna xx.xx.2014-Çıxış-Ukrayna-xx.xx.2014-Giriş-Ukrayna xx.xx.2015-Çıxış-Ukrayna-xx.xx.2015-Giriş-Ukrayna xx.xx.2015-Çıxış-Ukrayna-xx.xx.2015-Giriş-Ukrayna xx.xx.2016-Çıxış-Ukrayna-xx.xx.2016-Giriş-Ukrayna xx.xx.2017-Çıxış-Ukrayna-xx.xx.2017-Giriş-Ukrayna xx.xx.2017-Çıxış-Ukrayna-xx.xx.2017-Giriş-Gürcüstan xx.xx.2017-Çıxış-İsrail-xx.xx.2018-Giriş-Türkiyə xx.xx.2018-Çıxış-Rusiya-xx.xx.2018-Giriş-İsrail xx.xx.2018-Çıxış-İsrail-xx.xx.2019-Giriş-Ukrayna xx.xx.2019-Çıxış-Gürcüstan-xx.xx.2019-Giriş-Gürcüstan xx.xx.2019-Çıxış-Türkiyə-xx.xx.2019-Giriş-Macarıstan İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli 3-28/2-4862/2024 nömrəli məktubunda göstərilmişdir ki, "Əczaçılıq" ixtisası üzrə ölkə xaricində qiyabi formada təhsil almış ərizəçilərin xarici dövlətlərdə əldə etdikləri ali təhsilə aid kvalifikasiyaların tanınmasının mümkünlüyünə münasibətin bildirilməsi barədə məktuba baxılmışdır. Bildiririk ki, "Əczaçılıq" ixtisası üzrə xarici ölkələrdə qiyabi formada təhsil almış ərizəçilərin ali təhsilə aid kvalifikasiyalarının tanınması məqsədəuyğun hesab edilmir. İş materiallarına əlavə edilmiş Əczaçılıq toksikologiyası və kimya kafedrasının Azərbaycan Tibb Universiteti Tədris Departamentinə ünvanladığı məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasında əczaçı kadırların hazırlanması “Dövlət standart”ı ilə tənzimlənir və Boloniya sistemi ilə təhsilə müvafiq olaraq pilləli təhsil (bakalavriat, magistratura, doktorantura) formasında həyala keçirilir. Dövlət standartına müvafiq olaraq ixtisas fənnlərin (Əczaçılıq toksikologiyası. Əczaçılıq kimyası, Əczaçılıq texnologiyası, Farmakoqnoziya və s.) tədrisi əyani təhsil formasında mütləqdir. Tələbənin peşəkar əczaçı kimi formalaşması üçün yuxarıda adları qeyd olunan fənnlərin tədrisi zamanı nəzəri olmaqla yanaşı, təcrübi biliklər də tələbələrə aşılanmalıdır. Bura bioloji fəal maddələrin bitki xammalı və bioloji materialdan alınması, müasir analitik üsullarla identifikasiyası, vəsfi və miqdari cəhətdən təyini və onların kimyəvi-toksikoloji analiz üsulları ilə tədqiqi, in vivo, in vitro \ə in silico üsullarla araşdırılması və s. tədqiqatlar aid edilir. Nəzərinizə çatdırırıq ki, bu proseslərin icra edilməsi üçün lazımi biliklərə tədris alanlar əyani formada təhsil zamanı yiyələnirlər. Qeyd etmək lazımdır ki, yüksək peşəkar kadrların hazırlığı zamanı ATU- nun Əczaçılıq fakültəsinin işçi-tədris planına müvafiq olaraq. Əczaçılıq toksikologiyası - İİİ kursun 1 və 11 semestri (müvafiq olaraq tədris müddətinin V və Vİ semestri) ümumi olaraq 30 həftə ərzində. Əczaçılıqda analitik cihazlar - İV kursun İ semestrində (Vİİ semestr) fənni isə 15 həftə ərzində tələbələr tərəfindən mənimsənilir. Qiyabi formada - qısa müddət ərzində (il ərzində iki dəfə, hər dəfə bir ay müddətində) təhsil sistemində isə bu cür bacarıq və vərdişlərin tələbələr tərəfindən yüksək səviyyədə mənimsənilməsi qeyri-mümkündür. Həmçinin, bakalavr pilləsində tələbələrin qiyabi formada təhsil alması gələcəkdə magistr pilləsində təhsilin davam etdirilməsi zamanı bir sıra çətinliklərə səbəb olur. Ümumiyyətlə, tibb sahəsində olduğu kimi əczaçılıqda da təhsilin qiyabi formada tədris olunması məqsədəuyğun hesab edilmir. Beləki, “Dövlət standartı'na müvafiq olaraq Boloniya sistemi üzrə planlaşdırılmış təhsilin qısa müddət ərzində (qiyabi) tədris olunması qeyri-mümkündür. Beləliklə: 1.Xarici ölkələrdə Əczaçılıq ixtisası üzrə həyata keçirilən qiyabi təhsilalma formasının tanınması məqsədəuyğun deyildir; 2.Qiyabi təhsil tələbələrdə təcrübi məşğələlər üçün aparılması zəruri olan bacarıqların formalaşmamasına səbəb olur; 3.Yuxarıda qeyd olunduğu kimi, bakalvr pilləsində təhsilin qiyabi formada keçirilməsi magistratura və doktorantura pillələrinin tədrisinə mənfi təsir göstərir ki, bu da gələcəkdə peşəkar əczaçıların hazırlanmasında maneələr yaradır. Məhkəmənin sorğusuna Azərbaycan Tibb Universiteti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli cavab məktubunda bidlirilmişdir ki, Azərbaycan Tibb Universitetində bütün ixtisaslar üzrə tədriq yalnız əyani formada aparılır. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin xx.xx.2024-cü il tarixli, NA0032158 nömrəli qərarından görünür ki, Tanınma üzrə icraat zamanı ərizəçinin xarici dövlətdə bakalavriat səviyyəsi üzrə Əczaçılıq ali təhsil ixtisasını qiyabi təhsilalma formasında əldə etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 1.5.3-cü yarımbəndinə əsasən əhəmiyyətli fərq dedikdə xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının əsas elementləri (kvalifikasiyaların səviyyələri, təlimin həcmi və (və ya) yekun attestasiyanın nəticəsi, kvalifikasiyanın istiqaməti (profili) və təlimin nəticələri) ilə Azərbaycan Respublikasındakı uyğun kvalifikasiyanın əsas elementləri arasında ərizəçinin Azərbaycan Respublikasında təhsilini növbəti səviyyədə davam etdirməsi və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququnun yaranmasına kifayət etməyən həcmdə fərq nəzərdə tutulur. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanunun 45.2.6-cı yarımbəndinə əsasən xarici dövlətlərdə ali təhsil müəssisələrində qiyabi təhsilalma formasındə əldə olunmuş əczaçılıq ixtisası ilə Azərbaycan Respublikasında mövcud olan eyniadlı ixtisasın tədrisi, məzmunu,təlim nəticələri və profili arasında uyğunluğun müəyyən edilməsi üçün müvafiq səlahiyyətli quruma sorğu göndərilmiş, daxil olan rəsmi rəyə əsasən əczaçılıq ixtisası üzrə bir sıra əsas ixtisas fənlərinin (Əczaçılıq toksikologiyası, Əczaçılıq kimyası, Əczaçılqı texnologiyası, Farmakoqnoziya) tədrisinin təşkilində praktik laboratoriya məşğələlərinin təşkili və nəzəri biliklərlə yanaşı sahə üzrə təcrübəvi biliklərin tədrisi, mənimsənilməsi üçün qiyabi təhsilalma formasında mövcud olan sessiya müddətlərinin həcmi kifayət deyildir. Həmçinin, Azərbaycan Respublikasında qeyd olunan ixtisas üzrə ali bakalavriat və magistratura səviyyələri üzrə hazırlıq yalnız əyani təhsilalma formasında təşkil edilməkdədir. Nəticə etibarilə, Azərbaycan Respublikasındakı uyğun kvalifikasiyanın məzmunu və istiqaməti (profili) arasında əhəmiyyətli fərqlər mövcuddur. Beləliklə, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydalan"nın 3.10.2-ci yarımbəndinə əsasən ərizəçinin müraciət etdiyi kvalifikasiya ilə Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya arasında əhəmiyyətli fərq aşkar olunduqda kvalifikasiyanın tanınmasından imtina edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq qərara alındı: Ərizəçinin xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilsin. Qərar məlumat üçün ərizəçiyə təqdim edilsin. Qərardan "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 73.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci bəndlərinə uyğun olaraq inzibati və ya məhkəmə qaydasında şikayət verilə bilər. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddianın mümkünlük şərtləri ödənilir. İddia mahiyyət üzrə əsassızdır. İşin hallarından görünür ki, iddiaçı 2013-2019-cu il tarixlərdə Ukrayna Səhiyyə Nazirliyinin Odessa Milli Tibb Universitetində Əczaçılıq ixtisası üzrə qiyabi təhsilalma forması üzrə təhsil almış, ona həmin universitet tərəfindən xx.xx.2019-cu il tarixli C19№003847 nömrəli bakalavr diplomu verilmişdir. İddiaçı aldığı ixtisas üzrə diplomun ölkə ərazisində tanınması ilə bağlı etdiyi müraciətə cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə cavab verilmiş və məktubda iddiaçının aldığı ixtisas üzrə qiyabi təhsilalma formasına yol verilmədiyi əsas gətirilərək müraciətin təminindən imtina verilmişdir. Hazırkı iddiasında iddiaçı tərəf əczaçılıq ixtisası üzrə bakalavr diplomunun kvalifikasiyaısnın tanınması barədə qərar qəbul edilməsini mübahisələndirir. Məhkəmə aşağıdakılara əsasən cavabdehin imtinasını əsaslı hesab edir. Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunun aşağıdakı maddələrinə əsasən: -13.1. Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən); 13.1.4. sərbəst (eksternat). -22.4. Magistratura təhsili ixtisaslaşmalar üzrə hər hansı ixtisas sahəsinin elmi tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsini nəzərdə tutur və məzunlara peşəkar fəaliyyətlə, elmi tədqiqat və elmi-pedaqoji işlərlə məşğul olmaq hüququ verir. Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. -29.0.21. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək; -44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin 2306 saylı 18 avqust 2023-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əsasən: - 1.1. Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27.4-cü və 29.0.21-ci maddələrinə əsasən hazırlanmışdır və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən edir. -1.2. Tanınma Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən həyata keçirilir. -1.3.Tanınma Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, bu Qaydalar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarları, həmçinin sərəncamları, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələbləri nəzərə alınmaqla həyata keçirilir. - 3. Ərizəçinin müraciətinə bu Qaydaların 2.4-cü bəndində qeyd edilən sənədlər TMİS-ə tələb olunan qaydada daxil edildiyi gündən etibarən ən geci 3 (üç) ay müddətində baxılır. İlk növbədə ərizəçinin təqdim etdiyi sənədlərin rəsmi məlumat mənbələri (Azərbaycan Respublikasının və xarici ölkələrin aidiyyəti dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatları və sistemləri, təhsil sənədlərinin tanınması üzrə beynəlxalq şəbəkə, xarici ölkələrin aidiyyəti dövlət orqanlarının informasiya sistemləri, xarici ölkələrin ali təhsil müəssisələrinin ali təhsilə dair məlumat bazaları və s.) vasitəsilə doğruluğu müəyyən edilir. Apostil reyestri mövcud olan ölkələr tərəfindən verilmiş apostil şəhadətnaməsinin (möhürünün) həqiqiliyi həmin reyestr vasitəsilə yoxlanılır. Ərizəçinin müraciətinə baxılması üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə uyğun olaraq aşağıdakı məlumatların yoxlanılması məqsədilə aidiyyəti dövlət orqanlarının (qurumlarının) informasiya sistemlərinə və ehtiyatlarına sorğular edilir: ərizəçinin fərdi məlumatlarındakı (adı, soyadı, atasının adı, yaşayış ünvanı, qeydiyyat ünvanı, vətəndaşlığı və s.) dəyişiklik; ərizəçinin təhsilalma tarixi; ərizəçinin hərbi mükəlləfiyyəti; ərizəçinin əmək fəaliyyəti; ərizəçinin sərhədkeçmə qeydiyyatı. -3.6. Agentlik tanınma üçün yerli və xarici müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb edə bilər. -3.8. Tanınma ilə bağlı Agentlik aşağıdakı qərarlardan birini qəbul edir: 3.8.1. ali təhsilə dair kvalifikasiyanın akademik və peşə tanınması; 3.8.2. ali təhsilə dair kvalifikasiyanın akademik tanınması (tam, qismən, şərti və ya alternativ tanınması); 3.8.3. ali təhsilə dair kvalifikasiyanın peşə tanınması; 3.8.4. ali təhsilə dair kvalifikasiyanın tanınmasından imtina edilməsi. -3.9. Bu Qaydaların 3.8.1 – 3.8.3-cü yarımbəndlərində nəzərdə tutulan qərarlar tanınma şəhadətnaməsi ilə rəsmiləşdirilir və həmin qərarın qəbul edildiyi tarixdən 3 (üç) gün müddətində ərizəçinin şəxsi kabinetinə göndərilir. -3.10. Aşağıdakı hallarda kvalifikasiyanın tanınmasından imtina edilir: 3.10.1. bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda; 3.10.2. ərizəçinin müraciət etdiyi kvalifikasiya ilə Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya arasında əhəmiyyətli fərq aşkar olunduqda və ya həmin kvalifikasiya Azərbaycan Respublikasında mövcud olmadıqda və qismən, şərti və ya alternativ tanınma mümkün olmadıqda; 3.10.3. peşə tanınmasına münasibətdə bu Qaydaların 6.2-ci bəndinə uyğun olaraq, ərizəçi sınaq imtahanında müvəffəqiyyət qazanmadıqda. -3.11. Tanınmadan imtina edildiyi halda bu barədə qərar səbəbləri göstərilməklə həmin qərarın qəbul edildiyi tarixdən 3 (üç) gün müddətində ərizəçinin şəxsi kabinetinə göndərilir. -4.1.Tanınma üzrə ümumi tələblər aşağıdakılardır: 4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; 4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; 4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; 4.1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta xtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması). Hazırkı iş üzr iddiaçı əczaçılıq ixtisası üzrə bakalavr təhsili almış, həmin ixtisas üzrə təhsil iddiaçıya qiyabi təhsil formasında tədris edilmişdir. Halbuki, əczaçılıq ixtisasının ölkə ərazisində olan ekvivalenti əczaçılıq fakültəsi olmaqla bu ixtisasda təhsilin qiyabi formada tədris olunması Boloniya sistemi üzrə planlaşdırılmış təhsilin qısa müddət ərzində tədris olunması qeyri-mümkündür. İstər inzibati orqanın icraat zamanı əldə etdiyi Səhiyyə Nazirliyindən verilmiş sorğuya cavabdan, istərsə də məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Tibb Universiteti tərəfindən verilmiş cavab məktubundan görünür ki, əczaçılıq ixtisası üzrə tədris yalnız əyani formada aparılır. Beləliklə, hazırkı iş üzrə iddiaçının təhsil aldığı ixtisasın ölkə ərazisində birbaşa ekvivalenti olan ixtisas üzrə qiyabi təhsilalma forması müəyyən olunmadığından, cavabdeh orqanın müraciətin təminindən imtinası qanunazidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Təhsildə X1rşı “diplom üzrə ixtisasın tanınması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar