Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3487/2020 27.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, iddiaçı-İddiaçı, cavabdeh-Azərbaycan Respublikası Əmək və X2 Nazirliyinin tabeliyində Dövlət X6 X3 üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyinin tabeliyində Dövlət X6 X3 üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X6 X3 idarəsinə (hazırda Azərbaycan Respublikası Əmək və X2 Nazirliyinin tabeliyində Dövlət X6 X3 üzrə Mərkəzi Filialı və bundan sonra mətndə DSMF X3 üzrə Mərkəzi Filialı) qarşı pensiyanın yenidən hesablanması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2018-ci il tarixdən “hərbi travmadır, xidməti vəzifəsini yerinə yetirərkən almışdır” səbəbli əlaqəsi üzrə təyin olunmuş əmək pensiyasının xx.xx.2006-cı il tarixdən tətbiq edilməklə xx.xx.2018-ci il tarixədək yenidən hesablanıb yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh DSMF X3 üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü madəsinə əsasən məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona hərbi qulluqçu kimi təyin edilmiş pensiyanın xx.xx.2006-cı il tarixdən yenidən hesablanması və həmin vaxtdan xx.xx.2015-ci il tarixədək ona ödənilməmiş pensiya fərqinin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh DSMF X3 üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, xx xxxx 2018-ci il və xx.xx.2018-ci il tarixlərdə yazılı ərizə ilə Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X7 Hərbi Qulluqçular və X4 İş İdarəsinə müraciət edərək müharibə əlili kimi pensiyasının yenidən hesablanması, eləcə də, “ümumi xəstəlik” səbəbi kimi təyin edilərək ödənilmiş pensiya məbləği ilə “müharibə əlili kimi təyin edilməli olan pensiya məbləği fərqinin (xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək) hesablanaraq ona ödənilməsinin təmin edilməsini xahiş etmişdir. DSMF X3 üzrə Mərkəzi Filialı tərəfindən müraciətinə cavab olaraq bildirilmişdir ki, “o, xx.xx.2018-ci il tarixdə ərizə ilə müraciət edərək əlilliyə görə pensiya təyin edilməsini xahiş etmiş, ona xx.xx.2018-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən hal-hazırda vəzifə maaşı- 325,00 manat, rütbə maaşı- 80.00 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası- 64,00 manat olmaqla təminat xərcliyi 469,00 manat təşkil edir. Ona 2-ci qrup Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış əlilliyə görə təminat xərcliyinin 80 faizi, yəni 375,20 manat məbləğində pensiya düzgün hesablanmış və ödənilir. “Əmək pensiyaları haqqqında” Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qanuna dəyişiklik 2017-ci il iyulun 1-dən qüvvəyə minmişdir. Pensiyası qanuna müvafiq olaraq xx.xx.2015-ci il tarixdən yenidən hesablanmış və pensiya fərqi pensiyanın üzərinə əlavə olunmaqla ödənilir”. xx.xx.2018-ci il tarixdə DSMF X3 üzrə Mərkəzi Filialına ünvanlandığı ərizədə pensiyanın yenidən hesablanması, 01,01.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixinədək ödənilməyən pensiya məbləği fərqinin hesablanaraq ona ödənilməsini xahiş etmiş və niyə ona ödənilməli olan pensiya fərqinin məhz xx.xx.2006-cı il tarixdən hesablanıb ödənilməsini də əsaslandırmışdır O, məhz 1994-cü ilin fevral ayında Azərbaycan Respublikasının müdafiəsi zamanı güllə yarası alaraq yaralanmışdır. Bu səbəbdən də xx.xx.1994-cü il tarixdən 2-ci qrup Qarabağ müharibəsi əlili olmağı haqqında qərar qəbul edilmişdir. “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 4.26-cı bəndinə əsasən əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Buna görə də, o, müharibə əlili kimi pensiya qanunvericiliyində təsbit olunmuş pensiya hüququnun yarandığı gündən-yəni xx.xx.1994ci il tarixdən başlayaraq hesablanmalı və həmin gündən xx.xx.2018-ci il tarixədək (pensiyasının yenidən hesablanması üçün təqdim etdiyi günə qədər) ödənilməli olan, lakin ödənilməmiş pensiya məbləği ilə müharibə əlili kimi təyin edilməli olan pensiya məbləğ fərqi hesablanaraq ona ödənilməlidir. Əslində o, DSMF X3 üzrə Mərkəzi Filialına müraciət edəndə pensiyanın yenidən hesablanması, “ümumi əlil” kimi təyin edilmiş və ona ödənilmiş pensiya məbləği ilə, “müharibə əlili” kimi ödənilməli olan, lakin ödənilməmiş pensiya məbləğ fərqinin ödənilməsini xahiş etmişdir. Ərizəsinə əlavə etdiyi sənədlərdən də görünür ki, onun pensiya hüququ yarandığı gün xx.xx.1994-cü ildir. Onun almadığı pensiya məbləği həmin vaxtdan hesablanmalı və almadığı pensiya məbləği fərqi həmin tarixdən (pensiya hüququnun yarandığı gündən) ödənilməlidir. Hansı ki, ərizəsində bu haqda qeyd etmişdir. Amma, qəbul edilmiş qaydaları nəzərə alaraq, ona vaxtında ödənilməyən pensiya məbləği fərqinin xx.xx.1994-cü il tarixdən deyil, qanunun qəbul edildiyi xx.xx.2006-cı il tarixdən verilməsini xahiş etmişdir. O, hüququnun yarandığı gündən-yəni xx.xx.1994-cü il tarixdən pensiya məbləği alır, lakin aldığı pensiya məbləği təyin edilib hesablansa da, fakt odur ki, müddətdən artiq xidmət edən (MAXE) hərbi qulluqçu statusu kimi ona pensiya hesablanarkən, hərbi qulluqçuların “Təminat xərcliyi” nəzərə alınmamışdır. Ona görə də DSMF X3 üzrə Mərkəzi Filialına məktub yazaraq ona “hərbi qulluqçu kimi almalı olduğu, lakin almadığı pensiya məbləği fərqinin yenidən hesablanması və ona ödənilməsini ” xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2020-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh DSMF X3 üzrə Mərkəzi Filialı məhkəməyə təqdim etdiyi xx.xx.2020-ci il tarixli **********9 №li iddiaya dair yazılı etirazında göstərmişdir ki, iddiaçı tərəfindən verilmiş iddia əsassızdır. “Əmək pensiyaları haqqında” Qanununda (bundan sonra - ƏPQ) əmək pensiyasının təyin edilməsi müddətləri konkret olaraq göstərilmişdir. ƏPQ-nin 32.1- 1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məlumat vərəqəsi tərtib edilərək xx.xx.2018-ci il tarixdə idarəyə göndərilmiş və yuxarıda qeyd edilmiş qanuna əsasən son 3 il nəzərə alınmaqla pensiya fərqi xx.xx.2015-ci il tarixdən hissə-hissə ödənilməsi qərara alınmış və İdarə tərəfindən iddiaçıya pensiya ödənişi qanunvericiliyin müvafiq bəndinə uyğun olaraq ödənilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı-İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabehin nümayəndəsi X5 etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabehin nümayəndəsinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan iddiaçıya məxsus AZE seriyalı 15258776 №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1965-ci ildə Salyan rayonu, Nəvahi kəndində doğulmuş, Hacıqabul rayonu, Nəvahi kəndində qeydiyyatdadır. İddiaçıya DSMF Hacıqabul rayon şöbəsinin xx.xx.1995-ci il tarixli 768 №li qərarına əsasən 2-ci qrup əlilliyə görə xx.xx.2018-ci il tarixədək 204,76 manat hesabı ilə pensiya ödənilmişdir (DSMF Hacıqabul rayon şöbəsinin xx.xx.2018-ci il tarixli məktubu 040394 №li uçot vərəqəsi) İddiaçının pensiyaçının 040394 №-li uçot vərəqindən və DSMF Hacıqabul rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 77/162 saylı arayışdan görünür ki, İddiaçı İİ qrup (Azərbaycan Respublikasının müdafiəsi zamanı) əlilliyə görə xx.xx.1994-cü ildən pensiya təyin edilmiş, hazırda aylıq pensiya məbləği 194,31 manat təşkil edir. Onun xx.xx.2006-cı ildən xx.xx.2018-ci ilədək hesablanmış əmək pensiyası 2006-cı il üzrə 639,51 manat, 2007-ci il üzrə 822,82 manat, 2008-ci il üzrə 1019,64 manat, 2009-cu il üzrə 1204,32 manat, 2010-cu il üzrə 1239,56 manat, 2011-ci il üzrə 1786,32 manat, 2012ci il üzrə 1838,76 manat, 2013-cü il üzrə 1912,68 manat, 2014-cü il üzrə 2062,08 manat, 2015-ci il üzrə 2071,52 manat, 2016-cı il üzrə 2223,64 manat, 2017-ci il üzrə 2331,72 manat və 2018-ci il üzrə 194,31 manat təşkil etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçının adına xx.xx.2018ci il tarixli MN-10315 №li məlumat vərəqi tərtib edilərək DSMF-yə göndərilmişdir. DSMF-nin HQXRSİİ rayon/şəhər şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 18/1254 saylı xx.xx.2018-ci il tarixli qərarı ilə İddiaçı Azərbaycan Respublikasının Müdafiəsi zamanı İİ qrup əlilliyə görə xx.xx.2018-ci ildən xx.xx.2021-ci il tarixədək 351,20 manat pensiya təyin edilmişdir. İddiaçının pensiyasının yenidən hesablanması ilə əlaqədar tərtib olunmuş 18/1254 saylı uçot vərəqindən görünür ki, İddiaçı 325 manat vəzifə maaşı, 80 manat rütbə maaşı, 64 manat ərzaq təminatı, 375 manat təminat xərcliyi hesablanmış, ona xx.xx.2015-ci ildən xx.xx.2016-cı ilədək 331,20 manat, xx.xx.2016-cı ildən xx.xx.2018-ci ilədək 351,20 manat pensiya təyin edilmişdir. Əmək və X2 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli **********6 saylı arayışdan görünür ki, Hacıqabul rayon sakini İddiaçı əlilliyin ilkin təyinatı əlillik diaqnozu, əlillik dərəcəsi, əlillik səbəbi, əlilliyin müddəti ilə bağlı arayışın verilməsi ilə bağlı ərizəsi baxılmaq üçün Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə göndərilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən göstərilən məsələ araşdırılmışdır. Tibbiekspert sənədlərindən məlum olmuşdur ki, İddiaçı ilk dəfə xx.xx.1994-cü il tarixdə “sağ bazu sümüyünün odlu güllə yaralanmasından sonrakı çoxqəlpəli, qeyri-düzgün bitişmiş sınığı, içəri-önə qabaran qövsvarı deformasiyası, dirsək, bazu oynağının kontrakturası, mil sinirinin zədələnməsindən sonrakı vəziyyət.Xroniki osteomielit, vaxtaşırı fəaliyyətdə olan sviş yolu ilə. Sağ yuxarı ətrafın funksiya pozğunluğu” diaqnozu ilə müayinədən keçmiş və “Azərbaycan Respublikasının Müdafiəsi ilə əlaqədar” səbəbi ilə bir il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.Növbəti illərdə təkrar müayinələr zamanı ikinci dərəcə əlilliyi saxlanılmış xx.xx.1999-cu il tarixdə təkrar müayinə zamanı bir il müddətinə “Azərbaycan. Respublikasının Müdafiəsi ilə əlaqədar” səbəbi ilə üçüncü dərəcə əlillik təyin edilmişdir. Sonrakı illərdə üçüncü dərəcə əlilliyi saxlanılmış, xx.xx.2010-cu il tarixdə təkrar müayinə zamanı “Azərbaycan Respublikasının Müdafiəsi ilə əlaqədar” səbəbi ilə bir il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Növbəti illərdə təkrar müayinələr zamanı ikinci dərəcə əlilliyi saxlanılmış,hal hazırda xx.xx.2021-ci il tarixə kimi “Azərbaycan Respublikasının Müdafiəsi ilə əlaqədar” səbəbi ilə beş il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. İş materiallarından görünür ki, iddiaçı hazırki tələblə bağlı cavabdehə ərizə ilə müraciət etmiş, cavabdeh xx.xx.2018-ci il tarixli **********6 №-li məktubla imtina etmişdir. Cavabdeh imtinanı onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2018-ci il tarixdə ərizə ilə müraciət edərək əlilliyə görə pensiya təyin edilməsini xahiş etmiş, ona xx.xx.2018-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən hal-hazırda vəzifə maaşı- 325,00 manat, rütbə maaşı- 80.00 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası- 64,00 manat olmaqla təminat xərcliyi 469,00 manat təşkil edir. Ona 2-ci qrup Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış əlilliyə görə təminat xərcliyinin 80 faizi, yəni 375,20 manat məbləğində pensiya düzgün hesablanmış və ödənilir. “Əmək pensiyaları haqqqında” Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qanuna dəyişiklik 2017-ci il iyulun 1-dən qüvvəyə minmişdir. Pensiyası qanuna müvafiq olaraq xx.xx.2015-ci il tarixdən yenidən hesablanmış və pensiya fərqi pensiyanın üzərinə əlavə olunmaqla ödənilir. Məhkəməyə təqdim edilmiş DSMF-nin X3 üzrə Mərkəzi Filialının xx.xx.2020-ci il tarixli **********1 saylı arayışından görünür ki, İddiaçı 2-ci qrup əlilliyə görə (Azərbaycan Respublikasının müdafiəsi zamanı) xx.xx.2021-ci il tarixədək 472,80 manat pensiya alır. Hazırda iddiaçı ona hərbi qulluqçu kimi təyin edilmiş pensiyanın xx.xx.2006-cı il tarixdən yenidən hesablanması və həmin vaxtdan xx.xx.2015-ci il tarixədək ona ödənilməmiş pensiya fərqinin ödənilməsini istəyir. Aşağıda qeyd olunan əsaslara görə məhkəmə iddianın əsaslı olmadığı nəticəsinə gəlmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 4.1-cü maddəsinə əsasən bu qanuna uyğun olaraq əmək pensiyalarının aşağıdakı növləri müəyyən edilmişdir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. 11.2. hərbi qulluqçular (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) sırasından olan əlillər aşağıdakı kateqoriyalara bölünürlər: 11.2.1 müharibə əlilləri - əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində üz verərsə; 11.2.2 hərbi qulluqçular sırasından digər əlillər—əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə bağlı olmayan bədbəxt hadisə nəticəsində alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində üz verərsə xx.xx.2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası Hərbi qulluqçulara (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra 3 aydan gec olmayaraq üz verdikdə, yaxud əlillik bu müddətdən sonra, lakin xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya), xəstəlik nəticəsində üz verdikdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanı ilə 2007-ci il 01 yanvar tarixdən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların həyata keçirilməsi Azərbaycan Respublikasının Dövlət X8 həvalə edilmiş və həmin tarixdən hərbi qulluqçu statusuna malik olan şəxslərin pensiyaları “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının xx xxxxxx 2006-cı il tarixli 184-İİİQD nömrəli Qanununun və həmin Qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2006-cı il tarixli 499 nömrəli Fərmanının 6-cı bəndinə müvafiq olaraq xx.xx.2007-ci il tarixdən qüvvəyə minmiş və hal-hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlarda nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından,xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı pensiyasının yenidən hesablanması ilə bağlı cavabdeh orqana xx.xx.2018-ci il tarixdə müraciət etmiş, cavabdeh orqan tərəfindən müraciət edilən dövrdən əvvəlki üç il üzrə pensiya məbləği məlumat vərəqəsinə əsasən yenidən hesablanaraq xx.xx.2015-ci ildən xx.xx.2018-ci ilədək hazırki vaxtadək tam şəkildə iddiaçıya ödənilmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair xx.xx.2020-ci il tarixli qərardadından da görünür ki, məhkəmə belə nəticəyə gəlmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində məhkəmə vasitəsi ilə verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-3487/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3487/2020
27.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver