Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3487/2021 18.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı və vəkil X2 cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddiaçının aldığı təhsilin qanuni hesab edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mənim müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi imtahanına buraxılmağı öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1993-cü il tarixdə Neftçala rayonu, Mirqurbanlı kənd tam orta məktəbini bitirib “Günəş Assosiasiyası və X5 X7” daxil olmuşdur. 1995-ci il tarixdə bu Kolleci orta ixtisas təhsilli “İbtidai sinif pedaqoqikası və metodikası” ixtisası üzrə tam kursu bitirmiş və Dövlət imtahan komissiyasının 28.06.1995ci il tarixli qərarı ilə ona, ibtidai sinif müəllimi ixtisasının verilməsi haqqında AH seriyalı, 000211 nömrəli, 203 nömrə ilə qeyd edilmiş diplom verilmişdir. 1996-cı ilin tədris dövrünün başlanılması ilə o E.Həbibov adına 4 saylı Neftçala şəhər tam orta məktəbində əmək fəaliyyətinə başlammışdır. 2012-ci ilin iyulunda Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təşkil edilmiş, 2012-2013-cü tədris ilində V sinifdə dərs deyəcək müəllimlər üçün ümumi orta təhsil kurikulumu üzrə təlim proqramı (İİ modul, 60 saat), 2015-ci ilin avqustunda "xxxx" MMC tərəfindən keçirilməsi ümumi orta təhsil səviyyəsi üzrə yeni kurikulumlarının tətbiqi üzrə təlim proqramı (İİ modul, 60 saat) və Azərbaycan Müəllimlər İnstitutu tərəfindən 01.12.2015-24.12.2015-ci il tarixi iləri arasında keçirilmiş, 126 saatlıq “İbtidai sinif müəllimlərinin ixtisasartırma proqramı” üzrə təlim proqramlarında iştirak edib sertifikatlar almışdır. Əmək fəaliyyəti dövründə 2016-cı ilin dekabrınadək təhsili və diplomumla bağlı heç bir problem olmamış, Azərbaycan Respublikası Nazirliyi, Neftçala rayon Təhsil Şöbəsi, eləcə də əmək fəaliyyəti göstərdiyi E.Həbibov adma 4 saylı Neftçala şəhər tam orta məktəbin rəhbərliyi tərəfindən ona nə yazılı, nə şifahi heç bir irad bildirilməmişdir. 2016-cı ilin dekabrında keçirilmiş ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarını diaqnostik qiymətləndirilməsinə bu səbəblə buraxılmamışdır ki, guya diplomu dövlət nümunəli deyildir. Lakin həmin vaxtı çoxsaylı müraciətlər etdiyi üçün ona bu barədə köməklik göstəriləcəyi bildirildi. Lakin heç bir köməklik göstərilmədi, əksinə 22 iyun 2018-ci il tarixdə keçirilməsi nəzərdə tutulmuş müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində iştirak etmək üçün müraciət etdikdə yenə də 2016-cı ildə deyilmiş “diplomun dövlət nümunəli deyilmiş” sözləri deyilərək imtahana buraxılmamışdır. O ərizə ilə Neftçala rayon RTŞ-nin rəhbərliyinə müraciət edərək köməlik göstərilməsini xahiş etmiş, Neftaçala rayon Təhsil şöbəsinin müdiri Cənab Ə.Kərimovun imzası ilə təsdiq edilmiş, 22.06.2018-ci il tarixli 127 nömrəli cavab məktubunda da diplomun guya dövlət nümunəli olmadığı və bu səbəbdən Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin diaqnostik qiymətləndirilməsinə buraxılmağı qeyd edilmişdir. 1995-ci ildə o Kollecdə təhsilini başa vurarkən qüvvədə olmuş “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun (07.10.1992-ci il; №-324) 8-ci maddəsində göstərilir ki, təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsini bitirmələri, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir. Təhsil sənədi müvafiq əmək fəaliyyətinə başlamaq və növbəti pillədən olan hökümət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsili Nazirliyi verir. İddiaçıya verilmiş diplomun bu gün guya dövlət nümunəli olmaması üçün əsas, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli, 82 №-li qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası” mən diplom alandan 14 il sonra qəbul edilmişdir. Belə olduğu halda 14 il əvvəl verilmiş diplomun, 14 il sonra qəbul edilmiş qanunla dövlət nümunəli, hesab edilməməsi nə qədər qanuna müvafiqdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi iddiaya dair yazılı etirazını məhkəməyə təqdim edərək, iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iş üzrə İddiaçı Təhsil Nazirliyinə qarşı “diaqnostik qiymətləndirmə imtahanına buraxılması öhdəliyinin Təhsil Naziriynə həvalə edilməsi barədə” qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbindən göründüyü kimi, iş üzrə iddiaçı X1 X6 təhsil almış və ona ibtidai təhsilin pedoqokiası və metodikası ixtisası üzrə diplom verilmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, ona məxsus diplomun hüquqi əsası yoxdur və həmin diplom dövlət nümunəli sənəd deyil. Hesab edir ki, Təhsil Nazirliyinin iddiaçını diaqnostik qiymətləndirməyə buraxmamaqla heç bir qaunun pozuntusuna yol verməmişdir. Belə ki, 07 oktyabr 1992-ci il tarixli “Azərbaycan Respublikasının Təhsil Qanun”unun 2-ci maddəsinə əsasən, dövlətin təhsil siyasətinin əsas prinsiplərindən biri, hüquqi baxımdan hamının dövlət standartı çərçivəsində təhsil almaq imkanına malik olması öz əksini tapmışdır. Həmin Qanunun 8-ci maddəsinə görə, “təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsini bitirmələri, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir. Təhsil sənədi müvafiq əmək fəaliyyətinə başlamaq və növbəti pillədən olan təhsil müəssisəsinə daxil olmaq üçün əsas sənəddir. Təhsil sənədinin nümunəsini hökümət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsili Nazirliyi verir”. Həmin dövrdə qüvvədə olan normativ-hüquqi aktlardan göründüyü kimi, təhsil müəssisəsi məzunlara verdiyi diplomların nümunələri Nazirlər Kabineti tərəfindən təsdiq edilməli olduğu halda, müəssisə bunu özü etmiş və Təhsil Nazirliyi tərəfindən dövlət nümunəli sənəd Kollecə təqdim olunmamışdır. İddiaçı tərəfindən təqdim olunmuş diplomun sürətindən görünür ki, təhsil müəssisəsi məzunlara diplomları verərkən, həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Təhsil Qanununun 8-ci maddəsinin tələblərinə əməl etməmiş və bununla da məzunların hüquqlarını kobud şəkildə pozmuşdur. Bu Qanunun 13-cü maddəsində qeyd edilir ki, “təhsil müəssisələri müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçdikdən sonra hüquqi şəxs statusu alır. Təhsil müəssisələrinin müvafiq tipi haqqında Əsasnaməni Azərbaycan Respublikası höküməti təsdiq edir. Bu əsasnamələrə müvafiq olaraq təhsil müəssisəsi tərəfindən onun fəaliyyətini tənzimləyən nizamnamələr hazırlanır. Nizamnaməni təhsil müəssisəsinin təsisçiləri təsdiq edir". Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.1993-cü il tarixli 60 nömrəli Qərarı ilə təsdiq edilmiş “X13 Komissiyası haqqında” Əsasnaməyə əsasən Ekspert Komisiyyası təhsil müəssisəsinin fəaliyyəti üçün zəruri olan sənədləri və maddi- texniki bazasını yoxlayır. Yoxlamaların nəticəsi üzrə Ekspert Komissiyasının əsaslandırılmış qərarı çıxarılır və Təhsil Nazirliyinə təqdim olunur. Xalq Təhsili Nazirliyinin səlahiyyətinə müvafiq tədris müəssisələri üzrə müsbət qərarı olduqda bu tədris və ya tərbiyə müəssisəsi Dövlət reyestrinə daxil edlir və müvafiq sertifikat verilir. Təhsil müəssisəsi ilə bağlı müsbət qərar qəbul edildikdən sonra Təhsil Nazirliyi Nazirlər Kabineti qarşısında vəsatət qaldırır. Nazirlər Kabinetinin qərarından sonra bu tədris müəssisələri qeydə alınmış hesab olunur, mövcud qaydada Dövlət reyestrinə daxil edilir və hansı mütəxəssislərin hazırlanacağını əks etdirən sertifikat verilir. İddiaçı tərəfindən təqdim olunmuş sənədlərdən göründüyü kimi, Kollec dövlət reyestrinə daxil edilməmiş və fəaliyyət göstərməsi üçün sertifikat almamışdır. Təhsil müəssisələri hüquqi şəxs kimi, ədliyyə orqanlarında dövlət qeydiyyatına alınırlar. Digər tərəfdən 1990-cı illərdən sonra dövlət qeydiyyatından keçən təhsil müəssisələrinin qeydiyyat sənədləri Ədliyyə Nazirliyində reyestrə daxil edilmiş və hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ali və orta ixtisas məktəblərinə tələbə qəbulunun təkmilləşdirilməsi tədbirləri haqqında” 29.07.1993-cü il tarixli 413 nömrəli Qərarının 7-ci bəndinə əsasən, dövlət qeydiyyatından keçib sertifikat almamış özəl təhsil müəssisələrinin fəaliyyəti qeyri-qanuni və bu tədris müəssisələrinin verdiyi təhsil sənədləri etibarsız sayılır. Qeyd olunan qanunvericilik normalarından göründüyü kimi, Kollec fəaliyyət göstərərkən, onun fəaliyyət göstərməsi üçün əsas olan hüquq normalarına əməl etməmiş və bunun nəticəsi olaraq orada aparılan təhsilin hüquqi əsası olmamışdır. Belə ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, hüquqi şəxslərin dövlət qeydiyyatı-Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurumların,habelə xaric hüquqi şəxslərin Azərbaycan Respublikasının ərazisində yaratdıqları nümayəndəlik və ya filialların hüquq qabiliyyətinin təsdiq edilməsi, hüquqi statusunun müəyyənləşdirilməsi və onlar barəsində məlumatların (qeydlərin) hüquqi şəxslərin dövlət reystrinə daxil edilməsidir”. Qanunun bu normasından göründüyü kimi, yuxarıda qeyd edilən təhsil müəssisəsi dövlət qeydiyyatına alınmadığından onun hüquqi statusu olmamış və habelə bunun məntiqi nəticəsi olaraq hüquq qabiliyyətinə malik olmamışlar. Ona görə də, həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərini pozmaqla fəaliyyət göstərən təhsil müəssisəsinin vermiş olduğu hər hansı təhsil sahəsi üzrə diplom Təhsil Nazirliyi tərəfindən dövlət nümunəli sənəd kimi tanına bilməz. Qeyd olunanlardan göründüyü kimi, AR Təhsil Nazirliyində qeyd edilən Kollecin fəaliyyəti barədə hər hansı bir məlumat mövcud deyil. Ona görə də, hesab edirlər ki, qanunsuz fəaliyyət göstərən təhsil müəssisəsində təhsil alma faktının məhkəmə qaydasında müəyyən edilməsi yuxarıda qeyd edilən normativ hüquqi aktlara ziddiyyət təşkil edir. Eyni zamanda cavabdeh bildirir ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamının icrası ilə bağlı ölkədə fəaliyyət göstərən ümumitəhsilmüəssisələrinin pedoqoji kollektivinin bilik və bacarıqlarının qiymətləndirilməsi başa çatdığından, gələcəkdə müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin keçirilməsi nəzərdə tutulmamışdır. Yuxarıda qeyd olunanlara əsasən hesab edirik ki, gələcəkdə diaqnostik qiymətləndirilmənin keçirilməsi nəzərdə tutulmadığından iddia tələbi qeyrimümkün hesab edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazda qeyd olunanlara uyğun məzmunda izahat verərək iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. - İşdə olan AH seriyalı № 000211 nömrəli, 203 qeydiyyat nömrəli, 28 iyun 1995-ci il tarixli diplomun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı “Günəş Assosiasiyası və X5 X9”nin ibtidai sinif pedaqogikası və metodikası ixtisası üzrə tam kursu bitirmiş, Dövlət İmtahan Komissiyasının 28 iyun 1995-ci il tarixli (qərarı) ilə ona ibtidai sinif müəllimi ixtisası verilmişdir. İşdə olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Neftçala rayon Təhsil Şöbəsi tərəfindən İddiaçı ünvanlanan Neftçala Rayon Təhsil Şöbəsi tərəfindən iddiaçının 22 iyun 2018-ci il tarixdə müəllimlərin diaqnostik qiymətləndirmə imtahanına buraxılmağa köməklik göstərilməsi barədə ərizəsi araşdırılmış və cavab olaraq bildirilmişdir ki ki, 1995-ci ildə “Günəş” assosiasiyasının və X3 X8 bitirməyi barədə verdiyi diplom dövlət nümunəli olmadığı üçün iddiaçı Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin diaqnostik qiymətləndirilməsinə buraxılmamışdır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Təhsil Nazirliyi X13 Komissiyasının 02 iyun 1993-cü il tarixli 14/6 saylı qərarının (protokolla birlikdə) təsdiq edilmiş surətinin, eləcə də həmin qərarın ləğv edilməsi və ya etibarsızlığı barədə məlumatın verilməsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialından tələb edilmiş, souncu tərəfindən sorğuya baxılması Azərbaycan Respublikası Təhsil Nazirliyinə ünvanlanmış, lakin sorğuya cavab məhkəməyə təqdim edilməmişdir. Məhkəmə işin sadalanan halları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır: 07 oktyabr 1992-ci il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasının Təhsil Qanunu”nun 2-ci maddəsinə əsasən, dövlətin təhsil siyasətinin əsas prinsiplərindən biri, hüquqi baxımdan hamının dövlət standartı çərçivəsində təhsil almaq imkanına malik olması öz əksini tapmışdır. Həmin Qanunun 8-ci maddəsinə əsasən, “təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsini bitirmələri, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir. Təhsil sənədi müvafiq əmək fəaliyyətinə başlamaq və növbəti pillədən olan təhsil müəssisəinə daxil olmaq üçün əsas sənəddir. Təhsil sənədinin nümunəsini hökümət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsili Nazirliyi verir”. Həmin dövrdə qüvvədə olan normativ-hüquqi aktlardan göründüyü kimi, təhsil müəssisəsi məzunlara verdiyi diplomların nümunələri Nazirlər Kabineti tərəfindən təsdiq edilməli olduğu halda, müəsissə bunu özü etmiş və Təhsil Nazirliyi tərəfindən dövlət nümunəli sənəd Kollecə təqdim olunmamışdır. Yuxarıda sadalanan qanunvericiliyin normalarından göründüyü kimi təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir. Həmçinin diplom blankı mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Hazırki mübahisədə iddiaçının ali və orta ixttisas təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün müraciət etmədiyi və X10 (ləğv edilmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) tərəfindən heç bir təhsil müəssisəsinə qəbul olmadığı halda ona “Günəş Assosiasiyası və X5 X9” tərəfindən Dövlət Attestasiya Komissiyasının 28 iyun 1995-ci il tarixli qərarı ilə “ibtidai sinif müəllimi” istiqaməti üzrə bakalavr dərəcəsi verilməsi ilə bağlı verilmiş ali təhsil haqqında AH seriyalı № 000211 nömrəli, 203 qeydiyyat nömrəli, 28 iyun 1995-ci il tarixli diplom blankının hüquqi əsasının olmadığına dəlalət edir. Məhkəmə iddiaçının iddia ərizəsində qeyd etdiyi 2012-ci ilin iyulunda Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təşkil edilmiş, 2012-2013-cü tədris ilində V sinifdə dərs deyəcək müəllimlər üçün ümumi orta təhsil kurikulumu üzrə təlim proqramı (İİ modul, 60 saat), 2015-ci ilin avqustunda "xxxx" MMC tərəfindən keçirilməsi ümumi orta təhsil səviyyəsi üzrə yeni kurikulumlarının tətbiqi üzrə təlim proqramı (İİ modul, 60 saat) və Azərbaycan Müəllimlər İnstitutu tərəfindən 01.12.2015-24.12.2015-ci il tarixi iləri arasında keçirilmiş, 126 saatlıq “İbtidai sinif müəllimlərinin ixtisasartırma proqramı” üzrə təlim proqramlarında iştirak edib sertifikatlar almasına dair arqumentinə münasibət bildirərək qeyd edir ki, iddiaçının ali təhsil haqqında olan diplomunun hüquqi əsası olmadığı əsası ilə məhkəmə hesab edir ki, verilən sertifikatların da əhəmiyyəti, hüquqi qüvvəyə malik sənəd olaraq qiymətləndirilməsi yolverilməzdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, həmin diplom blankının hüquqi əsasının olmamasına görə iddiaçının diaqnostik qiymətləndirilməsi imtahanı nəcitələrinin ləğv edilməsi barədə cavabdehin hərəkətləri qanuni olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllə Məcəllənin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbinin əsası kimi istinad edilən hallar məhkəmə araşdırması zamanı sübut edilmədiyindən, bununla da, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan tərəflərə təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) tərəflər apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-3487/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3487/2021
18.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver