Məhkəmə qərarları › İş №2-1(112)-3489/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3489/2023

25.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3489/2023 25.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “yararlılıq kateqoriyasının dəyişdirilməsi ” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X6 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı yararlılıq kateqoriyasının dəyişdirilməsi tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı cavabdehin 2002 saylı xx.xx.2022-ci il tarixli arayışının qanunsuz hesab edilərək, N saylı hərbi hissədən verilmiş xx.xx.2005-ci il tarixli xəstəlik epikrizi, MHHK-nın 44 saylı xx.xx.2015-ci il tarixli qərarı, Bakı Baş Səhiyyə İdarəsinin Klinik Tibbi Mərkəzinin 4786 nömrəli xx.xx.2015-ci il tarixli və həmin Mərkəzin 12082 nömrəli xx.xx.2015-ci il tarixli epikrizləri, eləcə də, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xxxxxxx0002 saylı xx.xx.2015-ci il tarixli qərarı əsasında İddiaçı hərbi xidmətdən ehtiyata buraxılma anı üçün yararlıqlıq kateqoriyasının müəyyən edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1779/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə hərbi xidmətdən ehtiyata buraxılma anı üçün yararlılıq kateqoriyasının müəyyən edilməsi öhdəliyi Mərkəzi Hərbi Həkim Komissiyasına həvalə edilmişdir. Qərarın icrası zamanı cavabdeh əvvəlcə heç bir qərar qəbul etmədən, cavab məktubu verməklə kifayətlənmiş, lakin təkrar məhkəmə iclası təyin olunaraq məhkəmə tərəfindən qərarın icrasını bir ay müddətində təmin edilmədiyi təqdirdə cavabdehə cərimə tətbiq ediləcəyi xəbərdarlığı verildikdən sonra cavabdeh yenidən hakimin xəbərdarlığını heçə sayaraq faktiki olaraq məhkəmə qərarını icra etməmiş, bir sədr və bir üzv olan komissiya tərkibli, MHHK-nın qərarını yox 2002 saylı xx.xx.2022-ci il tarixli arayışını vermişdir. Bu isə öz növbəsində gələcəkdə iddia qaldırılmamaqla bağlı vəzifə daşımamağı üçün, yəni qanunvericiliklə mümkün olan bütün hüquqi-müdafiə vasitələrindən istifadə etməmək kimi hərəkətsizlik məsuliyyəti daşımamağa görə hazırki iddianı irəli sürür. Belə ki, verilmiş arayış inzibati akt sayılmasa da, inzibati orqanın hərəkət və hərəkətsizliyini öhdəliyin icrası kimi iddia növlərindən istifadə etməklə tələb irəli sürülməsinə qanuni əsasları mümkün sayır. Ona görə hazırki iddianı irəli sürür.

3. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək “cavabdehin 2002 saylı xx.xx.2022-ci il tarixli arayışının 10-cu bəndində hərbi xidmətdən ehtiyata buraxılma anı üçün yararlıqlıq kateqoriyası kimi qeyd etdiyi “Hərbi xidmətə yararlıdır” qərarının “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin 2.6-cı maddəsinin “C” bəndinə uyğun “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararıldır” qərarı ilə əvəz olunması öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş, təqdim edilmiş sərəncamın icrası ilə əlaqədar olaraq iddia ərizəsinə qarşı etiraz təqdim edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Etiraza əsasən, İddiaçı eyni iddia tələbi ilə xx.xx.2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(112)- 1779/2022 nömrəli qərarı ilə onun iddiası təmin edilmişdir. Məhkəmənin həmin qərarı MN MHHK-sı tərəfindən xx.xx.2022-ci il tarixdə icra edilərək İddiaçı hərbi xidmətdən ehtiyata buraxılanadək mövcud olan tibbi sənədlər əsasında şəhadətləndirilmiş və ona xx.xx.2022-ci il tarixli 2002 nömrəli arayış təqdim edilmişdir. Həmin arayışda qeyd olunan xəstəlik diaqnozlarına əsasən E Hüseynov hərbi xidmətdən buraxılma anı üçün hərbi xidmətə yararlı hesab olunmuşdur. Hesab edirlərki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair Bakı inzibati Məhkəməsinin yuxarıda qeyd olunan qərarı qanuni qüvvəyə mindiyindən İddiaçı iddia tələbinə baxıla bilməz. Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi-həkim ekspertizasının keçirilməsi qaydaları haqqında Təlimatın 10-12-ci maddəsinə əsasən, MN MHHK-sı Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi-həkim ekspertizasına metodiki rəhbərliyi həyata keçirir. MN MHHK-sı xüsusi təyinatlı hərbi tibb müəssisəsidir. MN MHHK-sı xüsusi təyinatlı hərbi tibb müssisəsidir. MN MHHK-sı Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi-həkim ekspertizası üzrə ali orqandır.Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.1 maddəsinə əsasən, keçmiş hərbi qulluqçuların aldıqları xəsarətlərin, xəstəliklərin hərbi xidmətlə səbəb əlaqəsinin təyin edilməsi hərbi həkim komissiyalarına həvalə olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.1.-7.3. maddələrinə əsasən, hərbi həkim komissiyası hərbi xidmət keçmiş vətəndaşlarda xəsarətlərin səbəb əlaqəsini o halda qiyabi (sənədlər üzrə) müəyyən edir ki, əgər vətəndaş hərbi xidmətkeçmə dövründə müalicə almış olsun və hərbi həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət keçdiyi hərbi hissənin komandiri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Yuxarıda qeyd olunanlara görə hesab edirlər ki, iddiaçının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı tələbinin heç bır qanuni əsası yoxdur və bu səbəbdən də, məhkəmə tərəfindən onun iddiası mümkün sayılmamalıdır.

5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə və dəqiqləşmiş ərizəyə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1779/2022 saylı xx.xx.2022-ci il tarixli qərarının icrası ilə əlaqədar olaraq cavabdehin 2002 nömrəli xx.xx.2022-ci il tarixli arayışın 10-cu bəndinə əsasən “Xəstəliklər cədvəli”nin maddəsinin İİİ qrafasına və ƏTCyə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən Hərbi xidmətə yararlı hesab edilmişdir.

8. Məhkəmənin sorğularına əsasən “X4” publik hüquqi şəxsi və Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı tərəfindən təqdim edilmiş iddiaçının stasionar müayinə və müalicə olmasına dair təqdim edilmiş xəstəlik tarixlərindən çıxarış epikrizlərinə əsasən müəyyən edilmişdir ki: - iddiaçı xx.xx.2013-xx.xx.2013-cü il tarixləri arasında “Kəmərləyici dəmrov, kəskin mərhələ. Xroniki eritomatoz qastroduodenitin kəskinləşməsi. Düz bağırsağın xroniki arxa çatı Vertogen lumbalgiya natamam remisiya mərhələsində” diaqnozu ilə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında stasionar müayinə və müalicədə olmuşdur. Müalicədən sonra xəstənin vəziyyəti, aparılan müalicə kliniki sağalma ilə nəticələnmişdir. Xəstə yaşı vəziyyətdə öz hərbi hissəsinə yazılmışdır. - iddiaçı xx.xx.2015-xx.xx.2015-ci il tarixləri arasında “12 barmaq xora xəstəliyin kəskinləşmə mərhələsində (ganayıcı) diaqnozu ilə “X5”-də müalicədə olmuşdur. Müalicə bitdikdən sonra sahə həkimi və nevropatoloqun nəzarəti altında evə yazılmışdır. 9.İddiaçı tərəfindən iş materiallarına xx.xx.2005-ci il tarixli, xx.xx.2015xx.xx.2015-ci il tarixləri, xx.xx.2015-xx.xx.2015-ci il tarixlərinə dair xəstəlik vəziyyətindən çıxarış epikrizlər təqdim edilmişdir.

10. Cavabdeh 44 nömrəli xx.xx.2015-ci il tarixli qərarına əsasən Bakı şəhəri Suraxanı RHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı hərbi xidmət dövründə aldığı və xx.xx.2004-cü ildə N saylı hərbi hissədə müayinə və müalicə olunduğu travmanın nəticəsi - diaqnoz: <<Sol incik sümüyünün aşağı 1/3-nin zəif bitişmiş sınığının müalicəsindən sonrakı vəziyyət» (Azərbaycan Respublikası SHXÇDX-nin Bakı şəhər Səbail rayon idarəsinin xx.xx.2014- cü il tarixli 142 saylı göndərişi, arayışı, N saylı hərbi hissədən verilmiş xx.xx.2004-cü il tarixli 1172 saylı arayış, MN MHHK-nın həkim mütəxəssisi-cərrahın rəyi ilə təsdiq edilir) «TRAVMADİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR», xx.xx.2005-ci ildən xx.xx.2005-cü ilə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunduğu xəstəlik - diaqnoz: <<Xora xəstəliyi. 12 barmaq bağırsağın xroniki xorası (qanaxma ilə fəsadlaşma). Refluks ezofagit. Xroniki spastik kolit», xx.xx.2010-cu ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalın cərrahiyyə profilli hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmə zamanı təyin edilmiş xəstəliyin nəticəsi diaqnoz: «Hər iki aşağı ətrafın flebektomiya cərrahi əməliyyatından (xx.xx.2010) sonrakı qan dövranı və funksiyasının müvəqqəti pozulması ilə» və xx.xx.2013-cü ildən xx.xx.2013-cü ilə kimi SQ BKH-da müayinə və müalicə olunduğu xəstəlik- diaqnoz: <<Kəmərləyici dəmrov, kəskin mərhələ. Xroniki eritematoz qastroduodenitin kəskinləşməsi. Düz bağırsağın xroniki arxa çatı. Vertebrogen lümbalgiya, natamam remissiya mərhələsində» (N saylı hərbi hissədən verilmiş xx.xx.2010-cu il tarixli çıxarış epikrizi, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalından verilmiş xx.xx.2010-cu il tarixli 436 saylı arayışı, Silahlı Qüvvələrin Baş Klinik Hospitalından verilmiş xx.xx.2013-cü il tarixli çıxarış epikrizi, MN MHHK- nın həkim mütəxəssisi-terapevtin və cərrahın rəyləri ilə təsdiq edilir), «XƏSTƏLİKDİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR». Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.2. maddəsinin ç) bəndi MN MHHK-nın 38 nömrəli xx.xx.2015-ci il il tarixli protokolu.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

11. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb məcburetmə barədə iddia növünə aiddir. 12 İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

13. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

14. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

15. Məcburetmə barədə iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

16. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

17. Məhkəmə işin yuxarıda sadalanan halları ilə bağlı qanunvericiliyin aşağıda qeyd edilən normalarına istinad etməyi zəruri sayır.

18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 10. Hüquqi dövlətin ümumi prinsipləri 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. 10.3. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 20. İnzibati orqana müraciət etmək hüququ 20.1. Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. 20.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin: 1.1. Bu Əsasnamə «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin Fərmanına, «Hərbi vəzifə və hərbi xidmət haqqında» və «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə» Azərbaycan Respublikasının qanunlarına əsasən hazırlanmışdır və müvafiq olaraq hərbi-həkim ekspertizasının təşkili və aparılması qaydalarını, hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olan vətəndaşların sağlamlıq vəziyyətinə dair tələbləri müəyyən edir. 1.2. Hərbi-həkim ekspertizası sülh və müharibə dövrlərində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətində, Azərbaycan Ordusunda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə (bundan sonra — digər qoşunlar), , Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, və gömrük orqanlarında (bundan sonra — orqanlar) Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra — vətəndaşlar) sağlamlıq vəziyyətlərinə görə hərbi xidmətə və orqanlarda xidmətə yararlılıq kateqoriyasını, habelə vətəndaşların aldıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi toplanışla), orqanlarda xidmət keçməklə səbəb əlaqəsini (bundan sonra — xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi) təyin etmək məqsədi ilə keçirilir. 1.4. Hərbi-həkim komissiyalarına həvalə olunur: a) aşağıda göstərilən şəxslərin şəhadətləndirilməsinin təşkili və keçirilməsi: hərbi qulluqçuların; hərbi xidmət keçmiş vətəndaşların. d) vətəndaşların hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxıldıqları an üçün hərbi xidmətə yararlılıq kateqoriyasının təyin edilməsi; 1.5. Tibbi şəhadətləndirilmə dedikdə, hərbi xidmətə, ayrı-ayrı hərbi-uçot ixtisasları (ixtisaslar) üzrə təhsilə (xidmətə), orqanlarda xidmətə yararlılığın təyin edilməsi, bu Əsasnamədə nəzərdə tutulmuş digər məsələlərin yazılı qərar çıxarılmaqla həll edilməsi məqsədi ilə vətəndaşların şəhadətləndirilmə anında sağlamlıq vəziyyətinin və fiziki inkişafının öyrənilməsi və qiymətləndirilməsi başa düşülür. Hərbi xidmət dövründə xəsarət, xəstəlik almış hərbi qulluqçuların, hərbi toplanış, orqanlarda xidmət keçən vətəndaşların hərbi xidmətə yararlılıq kateqoriyasının müəyyən edilməsi üçün şəhadətləndirilməsi aydın həkim-ekspert nəticəsi olduqda keçirilir. 6.3. Hərbi xidmətə yararsız hesab edilmiş vətəndaşlar dövlət tibb müəssisələrində müayinə nəticəsində onlarda əvvəllər müəyyən edilmiş diaqnoz dəyişdirildiyi və ya onların sağlam hesab edildikləri halda təkrar şəhadətləndirilirlər. Səbəbindən və vaxtından asılı olmayaraq, hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılarkən, orqanlarda xidmətdən buraxılarkən şəhadətləndirilmə keçməmiş və ya buraxılma anında hərbi həkim komissiyasının onlar barəsində çıxardığı qərarla razılaşmayan vətəndaşlar, hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxılma anı üçün hərbi xidmətə (orqanlarda xidmətə) yararlılıq kateqoriyasının təyin edilməsi məqsədi ilə hərbi-həkim komissiyaları tərəfindən şəhadətləndirilirlər. Əsasnamədən, o cümlədən 6.3-cü bənddən də göründüyü kimi Səbəbindən və vaxtından asılı olmayaraq hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılarkən orqanlarda xidmətdən buraxılarkən şəhadətləndirilmə keçməmiş və ya buraxılma anında hərbi həkim komissiyasının onlar barəsində çıxardığı qərarla razılaşmayan vətəndaşlar, hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxılma anı üçün hərbi xidmətə (orqanlarda xidmətə) yararlılıq kateqoriyasının təyin edilməsi məqsədi ilə hərbi-həkim komissiyaları tərəfindən şəhadətləndirilirlər. 8.3. «Xəstəliklər cədvəli»ndə hərbi xidmətə yararlılığın aşağıdakı kateqoriyaları nəzərdə tutulmuşdur: ... «C» — sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır;

20. Beləliklə qanunvericiliyin yuxarıda sadalanan tələblərini işin faktiki hallarına tətbiqi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı xidmətdən buraxılma anında (xx.xx.2014-cü il tarixdə) həmin an üçün şəhadətləndirilməmiş, həmin an üçün yararlılıq kateqoriyası müəyyən edilməmişdir, sonradan inzibati məhkəməyə müraciəti nəticəsində məhkəmənin xx.xx.2022-ci il tarixli qərarının icrası ilə əlaqədar iddiaçı hərbi xidmətdən ehtiyata buraxılanadək mövcud olan tibbi sənədləri əsasında şəhadətətləndirilmiş və onun hərbi xidmətdən ehtiyata buraxılma anı üçün yararlılıq kateqoriyası “Hərbi xidmətə yararlı” müəyyən edilmişdir. İddiaçının tələbinin əsaslılığının hər tərəfli araşdırılması məqsədilə aidiyyəti orqanlara müraciət edilərək onun ehiyata buraxılma anınadək, yəni xx.xx.2014-cü il tarixədək olan tibbi sənədlərinin məhkəməyə təqdim edilməsi barədə sorğu göndərilmiş, daxil olmuş sorğuya cavab məktublarına əsasən iddiaçının ehtiyata buraxıldığı tarixə (xx.xx.2014-cü il) ən yaxın müddət üçün xəstəlik tarixindən çıxarışın (epikrizin) elə cavabdehin mübahisəli arayışında (qərarında) istinad edilmiş xx.xx.2013cü il tarixdən xx.xx.2013-cü il tarixədək SQ BKH-da müalicə alması barədə olan çıxarış (epikriz) olması müəyyən edilmişdir. Həmin epikrizdə qeyd edilmiş diaqnozun isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”-yə qoşma şəklində əlavə edilmiş “Xəstəliklər cədvəli”-nə əsasən iddiaçının hərbi xidmətə yararlılıq dərəcəsinin “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararıldır” kimi müəyyən edilməsi üçün əsas olması müəyyən edilməmişdir.

21. Beləliklə, məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqan tərəfindən iddiaçının pensiyasının hesablanması zamanı qanunvericiliyin tələblərinin pozulması halı aşkar edilmədiyindən iddia tələbi əsassız hesab edilməklə təmin edilməməlidir.

22. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

23. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir».

24. Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir.

25. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir.

27. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X2 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərəzsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir.

28. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiq olunması üçün” Ali Məhkəmə Plenumunun 30 mart 2006-cı il tarixli, 6 saylı qərarının 2-ci bəndinin 3-cü hissəsində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər.

29. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68).

30. Həmin Məhkəmənin «Qavazov Bolqarıstana qarşı» 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

31. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 32.Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

33. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

34. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

35. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar