Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3489/2025 15.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakları ilə , İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - Cavabdeh) qarşı iddia ərizəsi, daha sonra iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-448/2023 savlı qərarının icrasının nəticəsində mərhum həyat yoldaşı X1 16 sentyabr 2020-ci il tarixində yaşa görə əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanması sonucunda 297 manat 57 qəpik olan artım məbləğinin (fərq məbləğinin) mərhum həyat yoldaşı xx.xx.2021-ci il tarixində ona təyin olunmuş ailə başçısının itirilməsinə görə əmək pensiyasının sığorta hissəsinə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun artıq qüvvədən düşmüş 29.2 maddəsi nəzərə alınmadan təyinat tarixindən (yəni, xx.xx.2021-ci il tarixindən başlayaraq) əlavə edilərək, ailə başçısının itirilməsinə görə əmək pensiyamın yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, xx.xx.2023-cü ildə Dövlət Sosial Müdafiəsi Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına yazılı müraciət edərək, ailə başçısını itirməyə görə aldığı əmək pensiyasının sığorta hissəsinin mövcud qanunvericiliyin tətbiq edilməsi ilə yenidən hesablanmasını xahiş etmişdir. Həmin orqandan ona yazılı şəkildə bildirilmişdir ki, sözügedən məsələ ilə bağlı məhkəmə çəkişməsi davam etdiyindən yekun məhkəmə aktı qəbul olunduqdan sonra əmək pensiyasının yenidən hesablanması məsələsinə baxılacaqdır. Sözügedən məhkəmə çəkişməsində mülki qanunvericiliyə müvafiq olaraq, mərhum həyat yoldaşının yeganə hüquqi varisi qismində həqiqi iddiaçı kimi təmsil olunmuşdur. Sözügedən məhkəmə çəkişməsinin predmeti mərhum həyat yoldaşının 16 sentyabr 2020-ci il tarixində əmək pensiyasının sığorta hissəsinin pensiyaya çıxdıqdan sonra işləyib topladığı fərdi hesabın sığorta hissəsindəki pensiya sığorta kapitalının nəzərə alınması ilə yenidən hesablanması tələbi olmuşdur. Mərhum həyat yoldaşı X8 16 sentyabr 2020-ci ildən sonra da əmək fəaliyyətini davam etdirərək, fərdi hesabın sığorta hissəsində sığorta pensiya kapitalı toplamaqda davam etmişdir. AR ƏƏSMN tabeliyində DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına çoxsaylı yazışmaların məzmunundan aşkar şəkildə bəlli olur ki, mərhum həyat yoldaşı X2 pensiyaya çıxdıqdan sonra işləyib fərdi hesabın sığorta hissəsində topladığı sığorta pensiya kapitalı xx.xx.2021-ci ildə ona təyin olunmuş ailə başçısını itirməyə görə əmək pensiyasında heç bir şəkildə nəzərə alınmamışdır. Üstəlik, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-848/2023 saylı qərarın məzmundan da aşkar şəkildə bəlli olur ki, mərhum həyat yoldaşı X2 pensiyaya çıxdıqdan sonra işləyib fərdi hesabın sığorta hissəsində topladığı sığorta pensiya kapitalı heç özünün yaşa görə əmək pensiyasının hesablanmasında və ödənilməsində belə nəzərə alınmamışdır. Bakı İnzibati Məhkəməsi xx.xx.2023-cü il tarixli 2-1(112)-848/2023 saylı qərarı ilə mərhum həyat yoldaşının tam qanuni tələbini 4 illik mübahisələndirmədən sonra təmin etmişdir. Cavabdeh orqana Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2- 1(112)-848/2023 saylı qərarının icra edilməsi tələbi ilə dəfərlərlə yazılı və şifahi müraciətlərdən sonra mərhum həyat yoldaşı X2 yaşa görə əmək pensiyası 16 sentyabr 2020-ci il tarixli müraciəti əsas götürülərək, pensiyaya çıxdıqdan sonra işləyib fərdi hesabın sığorta hissəsində topladığı sığorta pensiya kapitalı nəzərə alınmaqla "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 2023-cü il 1 yanvar tarixindən qüvvəyə minmiş düzəlişlərin nəzərə alınması ilə yenidən hesablanılmış və yaşa görə əmək pensiyasında 297 manat 57 qəpik artım müəyyənləşmişdir. Mərhum həyat yoldaşı X2 16 sentyabr 2020-ci il tarixinə yaşa görə əmək pensiyasında artım nəticəsində yaranmış fərq məbləği vəfat etdiyi 16 sentyabr 2021-ci il tarixinədək ona verilməli olan, lakin alınmamış pensiya məbləği kimi müəyyənləşdirilərək, yeganə hüquqi varisi kimi ona ödənilməsinə yönəlik icra tədbirləri başlanmışdır. Qeyd etdiyi məsələlər yekunlaşdıqdan sonra xx.xx.2023-cü il tarixli müraciətinin hələ də baxılmamış qaldığını xatırlatmaq məqsədilə xx.xx.2023-cü il tarixində növbəti dəfə şifahi müraciət etmişdir. Cavabdeh orqanın vəzifəli şəxsi şifahi olaraq, ailə başçısını itirməyə görə əmək pensiyasının yenidən hesablandığını və heç bir artımın nəzərdə tutulmadığını bildirmişdir. Bu barədə yazılı bildirişin ona təqdim edilməsini tələb etdikdə isə məsələyə baxılacağını bildirilmiş və bir müddət daha gözləmək məsləhət görülmüşdür. Həmin gün müraciətdən iki saatdan çox vaxt keçmədən istifadəsində olan mobil nömrəyə ailə başçısını itirməyə görə əmək pensiyasının yenidən hesablanaraq, 1029 manat 37 qəpik müəyyənləşdiyi barədə sms bildirişi gəlmiş və nəticə olaraq, ailə başçısını itirməyə görə əmək pensiyasında cari ana heç bir artımın olmadığı barədə məlumatlandırılma edilmişdir. Həmin sms bildirişi "esosial" elektron portalında şəxsi kabinetdə də öz əksini tapmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-848/2023 saylı qərarının icrası nəticəsində mərhum həyat yoldaşı X2 16 sentyabr 2020-ci il tarixindən yaşa görə əmək pensiyasının sığorta hissəsində 297 manat 57 qəpik artım müəyyənləşdirilmişdir ki, bu halda belə, ən azından həmin fərq məbləği hazırda iddiaçıya verilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləğində təyinat anından nəzərə alınmaqla artımı ifadə etməli idi. Cavabdeh iddiaya yazılı etirazında iddia tələbinin təmin olunmamasını xahiş etmiş və göstərmişdir ki, iddiaçı Z.Ramazanovna 4 fevral 2025-ci il tarixdə Mərkəzi Filiala müraciət edərək ona təyin edilmiş ailə başçısının itirilməsinə görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Mərkəzi Filialın 25 fevral 2025-ci il tarixli 3-17-1/2-Ş- 46314/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, X9 xx.xx.2020-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı, həmçinin xx.xx.2020ci il tarixindən vəfat etdiyi xx.xx.2021-ci ıl tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı qanunvericiliyin tələblərinə uyğun qaydada İddiaçı əmək pensiyasının sığorta hissəsi hesablanarkən nəzərə alınmışdır. Z.X12 tərəfindən 1 noyabr 2021-ci il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 1 yanvar 2024-cü il tarixinədək qüvvədə olmuş 20.17.2-ci maddəsinin tələblərinə uyğun olaraq, mərhum eri X3 müvafiq təminat xərcliyinin 80 faizi miqdarında ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçı mərhum Şərafəddin Şərifova pensiya təyin edildikdən sonra işlədiyi müddət ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalına görə vaxtilə ona ödənilmiş əmək pensiyasının yenidən hesablanaraq müəyyən ediləcək fərq məbləğinin ödənilməsi üçün məhkəmədə iddia qaldırılmış, Bakı İnzibati Məhkəməsinin 29 mart 2023cü il tarixli 2-1(112)-848/2023 nömrəli qərarına əsasən Qanunun 37.3.1 -ci maddəsinə uyğun olaraq mərhum Şərafəddin Şərifova vaxtilə ödənilmiş əmək pensiyasının xx.xx.2020-xx.xx.2021-ci il tarixləri arasındakı dövr üzrə yenidən hesablanaraq müəyyən ediləcək fərq məbləğinin İddiaçı ödənilməsi öhdəliyi Mərkəzi Filiala həvalə edilmişdir. X9 xx.xx.2020-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı nəzərə alınmaqla vaxtilə ödənilmiş əmək pensiyası yenicən hesablanmış və ona ödənilməli olan 3570,88 manat fərq məbləği müəyyən edilmişdir. Həmin vəsait 2024-cü ilin sentyabr ayından etibarən hissə-hissə (hər ay 297,57 manat) İddiaçı pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülür. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işdə olan Əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında Dövlət Sosial Müdafisə Fonduna təqdim olunmuş 27963 nömrəli məlumat vərəqəsindən görünür ki, X8 xx.xx.2001-ci ildə öz arzusu ilə tərxis olunmuş, cəmi xidmət illəri 28 il 3 ay təşkil etmiş, vəzifə maaşı 72 manat, rütbə maaşı 48 manat, xidmət illərinə görə əlavə 25% olmaqla 30 manat, ərzaq payı 24.75 manat, məharət dərəcəsinə görə əlavə 35% olmaqla 25.20 manat, cəmi 199.95 manat qeyd olunmuşdur. Nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X8 ilə X7 xx.xx.1989-cu ildə nikah bağlamışlar. Nikahdan sonra arvada Şərifova soyadı verilmişdir. İşdə olan AZ-İİ № 220284 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2021-ci ildə ölmüşdür. Cavabdehin əmək pensiyasının təyin edilməsi haqqında **********4 nömrəli, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-848/2023 saylı qərarından görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 29-cu maddəsi tətbiq edilməməklə və 37.3.1-ci maddəsinə uyğun olaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış kapitalına əsasən X6 təyin olunmuş əmək pensiyasının yenidən hesablanaraq xx.xx.2020-ci ildən xx.xx.2021-ci il tarixədək ödənilməli olan fərq məbləğinin X4 ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. İşdən görünür ki, həmin qərar qanuni qüvvəsini almış, cavabdeh qərarın icarsı məqsədilə Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli qərar qəbul etmişdir. Həmin qərara əsasən X6 xx.xx.2001-ci ildə təyin olunmuş əmək pensiyası məhkəmə qərarına əsasən sığorta kapitalının hesablanması səbəbi ilə yenidən hesablanaraq xx.xx.2020-ci il tarixdən 958.90 manat müəyyən edilmişdir. Cavabdehin xx.xx.2025-ci il tarixli xidməti məktubundan görünür ki, İddiaçı Mərkəzi Filial tərəfindən 1 noyabr 2021-ci il tarixindən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 1 yanvar 2024-cü il tarixinədək qüvvədə olmuş 20.17.2-ci maddəsinin tələblərinə uyğun olaraq, mərhum X3 müvafiq təminat xərcliyinin 80 faizi miqdarında ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçı mərhum Şərafəddin Şərifova pensiya təyin edildikdən sonra işlədiyi müddət ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalına görə vaxtilə ona ödənilmiş əmək pensiyasının yenidən hesablanaraq müəyyən ediləcək fərq məbləğinin ödənilməsi üçün məhkəmədə iddia qaldırmışdır. Bakı İnzibati Məhkəməsinin 29 mart 2023-cü il tarixli 2-1(112)-848/2023 nömrəli qərarına əsasən Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq mərhum Şərafəddin Şərifova vaxtilə ödənilmiş əmək pensiyasının xx.xx.2020- xx.xx.2021-ci il tarixləri arasındakı dövr üzrə yenidən hesablanaraq müəyyən ediləcək fərq məbləğinin İddiaçı ödənilməsi Mərkəzi Filiala həvalə edilmişdir. Verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. X9 xx.xx.2020-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı nəzərə alınmaqla vaxtilə ödənilmiş əmək pensiyası yenidən hesablanmışdır. Nəticədə ödənilməli olan 3570,88 manat fərq məbləği müəyyən edilmişdir. Həmin vəsait 2024-cü ilin sentyabr ayından etibarən hissə-hissə (hər ay 297,57 manat) Zabitəxanım Şərifovanın pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülür. X9 xx.xx.2020-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı, həmçinin xx.xx.2020-ci il arixindən vəfat etdiyi xx.xx.2021-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı qanunvericiliyin tələblərinə uyğun qaydada Zabitxanımın Şərifovanın əmək pensiyasının sığorta hissəsi hesablanarkən nəzərə alınmışdır. X5 əmək pensiyasınn məbləği aşağıdakı tərkibdən ibarət olmaqla ümumilikdə 1112,75 manat müəyyən edilməklə müvafiq kart hesabına köçürülür: - sığorta hissəsi: 864,92 manat, qulluq stajına görə əlavə: 146,67 manat, maddi yardım: 101.16 manat. İddiaçı hazırda istifadə olunmamış kapitala görə vəfat etmiş Ş.Şərifovun əmək pensiyasının yenidən hesablanması nəticəsində onun pensiyasının 297,57 manat artmasına istinad edərək, aldığı ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin də eyni məbləğdə artırılmasını xahiş edir. Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanununa (bundan sonra – ƏPQ) əsasən: - maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; - maddə 1.0.5. təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. - maddə 4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. - maddə 4.4. Ailə başçısını itirməyə görə əmək pensiyası sığorta hissəsindən ibarətdir. - maddə 13.2. Əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 200-ə olan nisbəti şəklində müəyyənləşdirilir. - maddə 13.3. Əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/(TxK), burada: SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi şəxsi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; K - sığorta davamiyyəti əmsalıdır. - maddə 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə; 14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. - maddə 14.2. sığortaolunan qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildiyi halda, onun ailə üzvləri vəfat etmiş və ya həlak olmuş ailə başçısının ailə üzvləri ilə bərabər əsaslarla ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malikdirlər. - maddə 17.1. Ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. - maddə 17.2. Hərbi qulluqçuların, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ailə üzvlərinə ailə başçısını itirməyə görə əmək pensiyaları hərbi qulluqçunun xidmət müddətindən asılı olmayaraq təyin edilir. Bu zaman ailə başçısını itirməyə görə əmək pensiyası ailə başçısı xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, amma xidmət etdiyi dövrdə aldığı xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində vəfat edibsə təyin olunur. Həmin hərbi qulluqçular sırasından olan pensiyaçıların ailələrinə isə ailə başçısı pensiya aldığı dövrdə və ya pensiya ödənilməsinin kəsilməsindən 5 il keçənədək vəfat edibsə təyin olunur. Hərbi əməliyyatlar zamanı itkin düşmüş hərbi qulluqçuların ailə üzvləri cəbhədə həlak olanların ailə üzvlərinə bərabər tutulur - maddə 18.2. Ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər birinə düşən məbləği bu Qanunun 13.3-cü və 13.3-1-ci maddələrində nəzərdə tutulmuş əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin hesablanması mexanizminə uyğun olaraq hesablanmış məbləğin əmək qabiliyyəti olmayan ailə üzvlərinin sayına bölünməsi yolu ilə müəyyənləşdirilir. Əmək qabiliyyəti olmayan ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyalarının ailəyə düşən ümumi məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Ailə üzvlərindən biri (bu Qanunun 20.1.13-cü maddəsinə uyğun olaraq ailə başçısının qulluq stajına görə əlavə təyin olunmuş əri (arvadı) və övladları istisna olmaqla) öz seçimi ilə digər növ əmək pensiyasını, yaxud bu Qanunun 14.4-cü maddəsinə əsasən sosial müavinəti (ailə başçısını itirməyə görə müavinət istisna olmaqla) aldıqda ona ailə başçısının itirilməsinə görə düşən əmək pensiyasının məbləği digər ailə üzvləri arasında bölüşdürülməklə onların əmək pensiyasının məbləği yenidən hesablanır. - maddə 18.3. Vəfat etmiş ailə başçısı yaşa və ya əlilliyə görə əmək pensiyaçısı olmuşdursa, ailə üzvləri üçün ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin (bu Qanunun 29.1-ci maddəsi nəzərə alınmaqla) məbləği vəfat etmiş ailə başçısına təyin edilmiş yaşa və ya əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyətli olmayan ailə üzvlərinin sayına nisbəti şəklində müəyyənləşdirilir. Vəfat etmiş ailə başçısının vəfat etdiyi tarixə əmək pensiyasının yenidən hesablanmasında istifadə olunmamış pensiya kapitalı ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatı zamanı nəzərə alınır. - maddə 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.8. dövlət qulluqçusu və ya dövlət qulluqçusu kimi bu qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçularının ailə üzvləri istisna olmaqla); - maddə 20.13. Bu qanunun 20.1.8-ci və 20.1.10-cu maddələrində nəzərdə tutulmuş şəxslərə vəfat etmiş dövlət qulluqçusunun (bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulan şəxsin) qulluq stajına görə şərti əmək pensiyası və ya pensiyaçı kimi aldığı əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi miqdarının ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə bu qanunla təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə təyin edilir. -maddə 20.17. Bu qanunun 20.1.13-cü maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.17.2. hərbi xidmət vəzifələrinin (xidmət vəzifələrinin) yerinə yetirilməsi ilə bağlı olmayan bədbəxt hadisə zamanı alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya cəbhədə olmaqla, Azərbaycan Respublikasının müdafiəsi ilə və ya döyüş əməliyyatları aparan ölkələrdə beynəlmiləlçilik borcunu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində vəfat etmiş hərbi qulluqçuların və hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvlərinə—ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 35 faizi miqdarı ilə (ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla) müəyyənləşdirilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər. İstinad olunan normalardan görünür ki, ailə başçısını itirməyə görə əmək pensiyası sığorta hissəsindən ibarətdir və əgər vəfat etmiş şəxs həmin Qanunun 20-ci maddəsində nəzərə tutulan şəxslərin dairəsinə aiddirsə, sığorta hissəsinin üzərinə həmçinin vəfat edənin qulluq stajına görə əlavə gəlinir. Həmin əlavənin məbləği vəfat edənin təminat xərcliyinin 80 faizi ilə ƏPQ ilə müəyyən edilən əmək pensiyasının mələğinin fərqi qədərdir, hansı ki, hazırkı halda hər iki məbləği topladıqda (sığorta hissəsi və fərq) pensiyanın məbləği mərhum Ş.Şərifovun təminat xərcliyinin 80 faizi edir və həmin məbləğ iddiaçıya ödənilir. İşdən görünür ki, iddiaçı pensiyasının sığorta hissəsinin 297,57 manat artırılmasını xahiş edir. Bununla bağlı məhkəmə qeyd edir ki, ƏPQ-nin 18.3-cü maddəsinə əsasən vəfat etmiş ailə başçısının vəfat etdiyi tarixə əmək pensiyasının yenidən hesablanmasında istifadə olunmamış pensiya kapitalı ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatı zamanı nəzərə alınır. Göründüyü kimi, qanunverici vəfat etmiş ailə başçısının vəfat etdiyi tarixə əmək pensiyasının yenidən hesablanmasında o pensiya kapitalının nəzərə alınmasını birmənalı təsbit etmişdir, hansı ki, həmin pensiya kapitalı istifadə olunmamış olsun. İşdə olan Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-848/2023 saylı qərarından görünür ki, Ş.Şərifovun vəfat etdiyi xx.xx.2021-ci il tarixinədək işlədiyi dövr üzrə fərdi hesabında 30003,31 manat pensiya kapitalı qeydə alınmışdır. İddiaçı istifadə olunanmış həmin pensiya kapitalı əsasında ona təyin edilmiş ailə başısını itirməyə görə əmək pensiyasının yenidən hesablanmasını tələb etmək hüququ olduğu halda, o, mərhum Ş.Şərifovun pensiyasının yenidən hesablanmasını tələb etmiş, onun bu tələbi məhkəmənin yuxarıda istinad olunan qərarı ilə təmin edilmiş, qərar qanuni qüvvəsini alaraq icra edilmişdir. Belə olan halda aydın olur ki, iddiaçıya xx.xx.2021-ci il tarixə ailə başısını itirməyə görə pensiya təyin edilərkən mərhum Ş.Şərifovun istifadə edilməmiş pensiya kapitalı olmamışdır. İddiaçıya hesablanmış pensiya məbləği isə ƏPQ-yə əsasən təyin edildiyindən və yaşa görə əmək pensiyası ilə ailə başçısını itirməyə görə pensiyasnın hesablanması qaydası fərqli olduğundan, məhkəmə hesab edir ki, iddiaçının mərhum ərinin pensiyasının yenidən hesablanması nəticəsində artmış məbləğin ona təyin edilmiş ailə başçısını itirməyə görə əmək pensiyasının üzərinə əlavə edilməsini tələb etmək hüququ mövcud deyil. Beləliklə, göstərilənləri nəzərə alan məhkəmə hesab edir ki, iddiaçının tələbinin qanuni əsası olmadığından hazırkı məzmunda iddia təmin oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı halda iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlər mövcud olduğundan məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Qənbərova
Məhkəmə qərarları › İş №2-1(112)-3489/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3489/2025
15.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver