Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-349/2021 12.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “sökülmüş mənzilin əvəzinə yeni mənzil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ağahüseyn Rəsulzadə küçəsi, döngə 3, 2 saylı evin, 17 saylı mənzilinin Bakı şəhəri Cavabdeh tərəfindən özbaşına sökülməsi ilə əlaqədar ona sökülmüş mənzili əvəzinə 103,27 kv.m ölçüdə mənzil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və mülkiyyətində olan mənzilin söküntüsü ilə əlaqədar ona vurulmuş maddi ziyana görə 40.000 manat, mənəvi zərərə görə 20.000 manat, cəmi 60.000 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ağahüseyn Rəsulzadə küçəsi, döngə 3, 2 sayl evin, 17 saylı mənzili xüsusi mülkiyyətində olmuşdur. Həmin mənzil Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində xx xxxx 2016-cı ildə onun adına hüquqi qeydiyyatdan keçərək çıxarış verilmişdir. Göstərilən mənzil sahəsi reyestrdən çıxarışa əsasən 49,0 kvadratmetr olmuşdur. Sabunçu rayon 69 saylı MKİS-nin tərtib etdiyi planeskizə görə Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ağahüseyn Rəsulzadə küçəsi, döngə 3, 2 sayl evin, 17 saylı mənzili sənədə əsasən 49 kv.m, faktiki sahəsi isə 103,27 kv.m-dir. Xüsusi mülkiyyətində olan həmin mənzil sahəsini xx xxxxxxx 2019-cu ildə Cavabdeh tərəfindən onun razılığı olmadan sökülərək yerlə yeksən edilmişdir. Söküntüdən əvvəl o, ailəsi ilə birlikdə həmin mənzildə yaşayırdılar. Cavabdeh tərəfin gətirdiyi bir qrup şəxs onları zorla mülkiyyətlərində olan mənzildən əşyaları ilə birlikdə küçəyə ataraq söküntünü həyata keçirmişlər. Bu hərəkətləri ilə Cavabdeh Başçısı əsl məmur özbaşınalığına yol vermişdir. Söküntü videolentə alınmış və şəkilləri çəkilmişdir. Qeyd edilən binanı sökməkdə məqsəd həmin binanın yerində Cavabdeh Başçısı tərəfindən yeni çoxmərtəbəli evin tikilməsindən ibarətdir. Söküntüdən əvvəl Cavabdeh tərəfindən ona mənzilinin hər kvadratmetrinə 1000 manat pul təklif edilmişdir. Təklif olunan həmin pula həmin ərazidə həmin mənzilə bərabər təmirili mənzil almaq mümkün deyildir. Ona görə də mülkiyyətində olan mənzilin söküntüsü ilə əlaqədar ona cavabdeh tərəfindən mənzilinin əvvəlki ölçüsündə 103,27 kv.m yeni mənzil verilməlidir. Cavabdehin bu qanunsuz hərəkəti nəticəsində ona həmçinin maddi və mənəvi ziyan da dəymişdir. Əşyalarını dağıdaraq çölə atmışlar. Bu qanunsuz hərəkətlərlə ona 40.000 manat məbləğində maddi və 20.000 manat məbləğində mənəvi ziyan dəymiş və onun mülkiyyət hüququ kobud şəkildə pozulmuşdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək izahatında bildirdi ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının sərəncamına əsasən Sabunçu rayonu ərazisində yerləşən 8 qəzalı binanın sakinlərinin təhlükəsizliyini təmin etmək məqsədilə sakinlərin köçürülməsi və həmin şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması üçün hər kv.m üçün 1000 (bir min) manat kompensasiya verilməsi nəzərdə tutulmuşdur. Həmin qəzalı binalardan biri də Sabunçu qəsəbəsi, Rəsulzadə küçəsi, dalan 3-də yerləşən 47 mənzilli, 2 mərtəbəli, 3 girişli 2 saylı evdir. X1 məxsus 17 saylı mənzilin ümumi sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx xxxx 2016-cı il tarixli çıxarışa əsasən 49 kv.m olduğu üçün hesablanmış kompensasiya məbləği 49000 (qırx doqquz min) min manat təşkil edir. O, Cavabdehnə müraciət edərək hesablanmış kompensasiya məbləğini əldə edə bilər. Lakin Cavabdeh ilə İddiaçı arasında «Çoxmənzilli yaşayış binasında mənzil sahəsinin verilməsi barədə» xx xxxxx 2020-ci il tarixli 95 saylı müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən tərəflər Fövqəladə Hallar Nazirliyinin rəyi əsasında qəzalı vəziyyətdə hesab edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Rəsulzadə küçəsi, dalan 3, 2 saylı binada İddiaçı məxsus 17 mənzilin əvəzinə dövlət vəsaiti hesabına ünvan 1 ünvanda inşa ediləcək çoxmənzilli yaşayış binasının 2-ci giriş, 3-cü mərtəbəsində sahəsi 75.37 kv.m olan 3 otaqlı tam təmirli 21 saylı mənzilin İddiaçı verilməsi və yeni mənzil inşa edilənədək İddiaçı kirayəyə köçürülməsi və hər ay 250 manat kiaryə haqqının onun bank hesabına ödənilməsi barədə razılığa gəlmişlər. İddiaçıya 49 kv.m əvəzinə 75.37 kv.m mənzil veriləcəkdir. Cavabdeh tərəfindən iddiaçının mülkiyyət hüquqları pozulmamış, iddiaçıya maddi və mənəvi ziyan vurulmamışdır. Maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə əlaqədar məhkəmədə iddia qaldırılmamışdan əvvəl iddiaçı tərəfindən onlara müraciət də edilməmişdir. İddia tələbi tamamilə əsasızdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-349/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “sökülmüş mənzilin əvəzinə yeni mənzil verilməsi, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” hissəsində mümkün sayılmamışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ağahüseyn Rəsulzadə küçəsi, döngə 3, 2 saylı evin 17 saylı mənzilinə İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016-cı il tarixdə 478 nömrəli reyestr kitabının 44121 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mənzilin ümumi sahəsi 49.0 kv.m təşkil edir. İş materiallarında olan Bakı şəhər Sabunçu Rayonu İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Birliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu və xx.xx.2019, xx.xx.2019 və xx.xx.2019-cu il tarixli məktublarda qeyd edilir: Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Bakı şəhərində qəzalı vəziyyətdə olan çoxmənzilli yaşayış binalarında yaşayan sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə həmin qəzalı binalarda yaşayan sakinlərə müvafiq pul vəsaiti (kompensasiya) verilməklə köçürülmələri həyata keçirilir. Sizin də yaşadığınız Sabunçu qəsəbəsi, Rəsul-zadə küçəsi, döngə 3, 2 saylı bina qəzalı vəziyyətdə olduğundan həmin binada yaşayan sakinlərə hüquq müəyyənedici sənədlər əsasında ümumi sahəsi 30 m2-ə qədər olanlara-30.000 manat, ümumi sahəsi 30 m2-dən yuxarı hər 1 m2 üçün isə 1000 manat pul vəsaiti (kompensasiya) verilməsi müəyyən edilmişdir. Konkret olaraq Sizin yaşadığınız və mülkiyyətinizdə olan Sabunçu qəsəbəsi, Rəsulzadə küçəsi dalan 3, 2 saylı evin 17-ci mənzilinin ümumi sahəsi Bakı Şəhər İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Qeydiyyat vəsiqəsinə əsasən 49.0 m2-dir. Buna görə də Sizə 1000x49.0=49.000 manat kompensasiya verilməsi nəzərdə tutulmuşdur. Digər tərəfdən onu da nəzərinizə çatdırırıq ki, verilməsi nəzərdə tutulmuş pul vəsaitini (kompensasiya) almaqdan imtina etdiyiniz halda Sizə söküləcək evin yerində inşa olunacaq yeni müasir tipli binadan əvvəlki mənzilinizin ümumi sahəsinə 25 faiz əlavə hesablanmaqla yeni tam təmirli mənzil verilməsi də təklif olunur. İş materiallarında olan Cavabdeh ilə İddiaçı arasında imzalanmış «Çoxmənzilli yaşayış binasında mənzil sahəsinin verilməsi barədə» xx xxxxx 2020-ci il tarixli 95 saylı müqavilənin təsdiq edilmiş surətindən görünür ki, tərəflər Fövqəladə Hallar Nazirliyinin rəyi əsasında qəzalı vəziyyətdə hesab edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Rəsulzadə küçəsi, dalan 3, 2 saylı binada İddiaçı məxsus 17 mənzilin əvəzinə dövlət vəsaiti hesabına ünvan 1 ünvanda inşa ediləcək çoxmənzilli yaşayış binasının 2-ci giriş, 3-cü mərtəbəsində sahəsi 75.37 kv.m olan 3 otaqlı tam təmirli 21 saylı mənzilin İddiaçı verilməsi və yeni mənzil inşa edilənədək İddiaçı kirayəyə köçürülməsi və hər ay 250 manat kiaryə haqqının onun bank hesabına ödənilməsi barədə razılığa gəlmişlər. Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2019-cu il tarixli 113 saylı sərəncamına əsasən Azərbaycan Respublikası Prezidentinin müvafiq tapşırığından irəli gələn məsələlərin icrası ilə bağlı Prezidentin köməkçisinin xx.xx.2019-cu il tarixli, 7/1417 saylı məktubunu nəzərə alaraq, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Sabunçu rayonu, Zabrat qəsəbəsi, N. Nərimanov küçəsi 6 saylı, Sabunçu qəsəbəsi, A.Əsədullayev küçəsi 27 saylı, Sabunçu qəsəbəsi, A.Rəsulzadə küçəsi, dalan 3, bina 2 saylı, Bakıxanov qəsəbəsi, B.Bünyadov kuçəsı 7A saylı, Sabunçu qəsəbəsi, 2 Aprel küçəsi. 8A və 18 saylı, ünvan 2 ünvanlarda yerləşən və qəzalı vəziyyətdə olan binalarda yaşayan ailələrə ayrılan birdəfəlik maddi yardımın öz təyinatı üzrə istifadə olunmasını təmin etmək məqsədilə Rayon İcra Hakimiyyətinin müvafiq komissiyasının yaradılması tapşırılmışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cu il tarixli 294 saylı sərəncamına əsasən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq rəyləri əsasında qəza vəziyyətdə hesab olunmuş, hal-hazırda yaşayışa yararsız olan 8 çoxmənzıllı yaşayış binalarının sökülməsi səbəbindən həmin binalarda yaşayan sakinlərin köçürülməsi üçün yeni yaşayış binalarının tikintisi məqsədilə ünvan 3 ünvanda 0.70 ha, ünvan 4üçəsi, 27 saylı ünvanda 0.14 ha, M.Ə.Rəsulzadə küçəsi, dalan 3, 2 saylı ünvanda 0.35 ha torpaq sahələri Bakı şəhəri Cavabdeh daimi istifadəsinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ-İV hissələrinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 152.7-ci maddəsinə əsasən istifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır; 169.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər; 169.2-ci maddəsinə əsasən hər bir daşınmaz əmlak mülkiyyətçisi, əgər quyuların qazılması, drenaj, qaz və başqa boruların, habelə yerüstü və yeraltı elektrik xətlərinin çəkilməsi onun torpaq sahəsindən istifadə edilmədən qətiyyən mümkün deyildirsə və ya hədsiz yüksək məsrəflər hesabına mümkündürsə, bununla əlaqədar dəyən zərərin əvəzinin qabaqcadan tam ödənilməsi şərti ilə həmin tədbirlərin həyata keçirilməsinə icazə verməlidir; 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Məhkəmə tərəfindən müəyyən edildi ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin rəyi əsasında iddiaçının mənzilinin də yerləşdiyi Bakı şəhəri, Sabunçu rayonu, Rəsulzadə küçəsi, döngə 3, 2 saylı bina qəza vəziyyətdə hesab olunmuş, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cu il tarixli 294 saylı sərəncamına əsasən hal-hazırda yaşayışa yararsız olan 8 çoxmənzilli yaşayış binasında yaşayan sakinlərin köçürülməsi üçün yeni yaşayış binalarının tikintisi məqsədilə torpaq sahələri Bakı şəhəri Cavabdeh daimi istifadəsinə verilmişdir. Bundan sonra Cavabdeh ilə İddiaçı arasında imzalanmış «Çoxmənzilli yaşayış binasında mənzil sahəsinin verilməsi barədə» xx xxxxx 2020-ci il tarixli 95 saylı müqaviləyə əsasən tərəflər Fövqəladə Hallar Nazirliyinin rəyi əsasında qəzalı vəziyyətdə hesab edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Rəsulzadə küçəsi, dalan 3, 2 saylı binada İddiaçı məxsus 17 mənzilin əvəzinə dövlət vəsaiti hesabına ünvan 1 ünvanda inşa ediləcək çoxmənzilli yaşayış binasının 2-ci giriş, 3cü mərtəbəsində sahəsi 75.37 kv.m olan 3 otaqlı tam təmirli 21 saylı mənzilin İddiaçı verilməsi və yeni mənzil inşa edilənədək İddiaçı kirayəyə köçürülməsi və hər ay 250 manat kiaryə haqqının onun bank hesabına ödənilməsi barədə razılığa gəlmişlər. Hazırda iddiaçı onun mənzili faktiki olaraq 103.27 kv.m olduğu üçün ona 103.27 kv.m mənzilin verilməsini tələb edir. Lakin məhkəmə tərəfindən araşdırılmış sübutlarla müəyyən edildi ki, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ağahüseyn Rəsulzadə küçəsi, döngə 3, 2 saylı evin 17 saylı mənzilinin ümumi sahəsi 49.0 kv.m təşkil edir. Göründüyü kimi, iddiaçıya məxsus mənzilin ümumi sahəsi daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən 49.0 kv.m olduğu halda ona inşa ediləcək çoxmənzilli yaşayış binasında sahəsi 75.37 kv.m olan 3 otaqlı tam təmirli mənzilin verilməsi barədə tərəflər aralarında razılığa gəlmişlər və bu barədə onlar arasında müqavilə imzalanmışdır. İddiaçı cavabdeh tərəfindən mülkiyyət hüquqlarının pozulmasını bildirsə də, bununla əlaqədar sübutları məhkməyə təqdim edə bilmədi. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “sökülmüş mənzilin əvəzinə yeni mənzil verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər.. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-349/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-349/2021
12.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver