Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3490/2024 16.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Məcidova (Məmmədova) Vüsalə Gülağa qızı və İddiaçı2 cavabdeh Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinə qarşı “pasport qeydiyyatına alınma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinə qarşı “pasport qeydiyyatına alınma” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı ş, M.Ə.Rəsulzadə qəs, Z.Qəmbərov küç, 3184/87 məhəllədə yerləşən 3 nömrəli evin 50 saylı mənzili X1 verilmişdir. Ailə üzvləri iddiaçılardır. Həmin mənzildə iddiaçılar yaşamaqdadır. Qeydiyyata alınmaları barədə müraciət edilmiş, lakin müraciətin təminindən əsassız olaraq imtina edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan: Sərəncamdan görünür ki, Bakı ş, M.Ə.Rəsulzadə qəs, Z.Qəmbərov küç, 3184/87 məhəllədə yerləşən 3 nömrəli evin 50 saylı mənzili G.Məmmədova və iddiaçılara ayrılmışdır. Ölüm haqqında şəhadətnamədən görünür ki, G.Məmmədov vəfat etmişdir. 1 saylı Bakı Ərazi İdarəsinin məktubunda qeyd edilmişdir ki, mənzilə X2 adına mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Həmin sənədə dair qovluqda olan materiallardan görünür ki, adıçəkilən mənzil Bakı ş, M.Ə.Rəsulzadə qəs, Z.Qəmbərov küç, 3 nömrəli evin 50 saylı mənzili olmaqla 5-ci blok, 5-ci mərtəbə 3 otaqlı 37,04 kv.m ölçüdə olan mənzil olmuşdur. 72 saylı Mənzil-Kommunal İstismar Sahəsinin arayışından görünür ki, Z.Qəmbərov küçəsi, ev 3, mənzil 50 ünvanda məcburi köçkün düşmüş şəxslər məskunlaşmışdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun: Sözügedən Qanunun 2-ci maddəsinə əsasən 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi (1) icarə və kirayə müqaviləsi (2) üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla (3) daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür; Qanunun 5-ci maddəsinin 1-ci və 2-ci abzasına əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Qanunun 8-ci maddəsinin 1-ci bəndinə əsasən bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə, müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina edir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün üç əsas ola bilər və təqdim edilən sənədlər onlara müvafiq olaraq nəzərdə tutulmuşdurlar: -yaşayış sahəsinə hüquq şəxsin mülkiyyəti kimi yarandıqda - mülkiyyət hüququnu təsdiq edən sənəd (1); -yaşayış sahəsinə hüquq icarə və ya kirayə müqaviləsi əsasında yarandıqda - icarə və ya kirayə müqaviləsi (2); -yaşayış sahəsinə hüquq qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yarandıqda - bu hüququn yaranmasına əsas olmuş sənədlər (3). Lakin eyni zamanda yuxarıda göstərilmiş 5-ci maddədə yaşayış yeri üzrə qeydiyyat üçün təqdim edilən sənəd kimi yaşayış sahəsinə köçmək üçün əsas verən sadalanan sənədlərin digər alternativ variantı kimi “vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi” ifadəsi işlədilmişdir ki, bu ifadə yaşayış sahəsinə köçmək üçün 2-ci maddədə nəzərdə tutulmuş əsasın olmadığı halda, lakin buna hüququ çatan şəxsin ərizəsi əsasında qeydiyyata alınma prosedurunun mümkünlüyünü müəyyən etmişdir. Sadalanmış maddələrin təhlili nəticəsində müəyyən olunur ki, qanunvericilik şəxsin qeydiyyatının aparılmasını konkret olaraq şərtləndirmişdir ki, bu zaman dəyərləndirmə məhz yaşayış sahəsinə köçmək üçün hüquqi əsas, yəni şəxsin həmin sahə ilə bağlı hansısa hüququ mövcud olması və ya bu yaşayış sahəsini verən şəxsin iradə ifadəsi olması istiqamətində aparılır. İmtinanın məzmunundan isə görünür ki, cavabdeh həmin imtina əsası kimi yaşayış sahəsinə köçmək üçün əsas verən sənədin təqdim edilmədiyinə istinad etmiş, qeyd olunan səbəbdən də iddiaçının qeydiyyata alınmasından imtina etmişdir. Göründüyü kimi iş üzrə müəyyən edilməli olan hal öhdəliyin icrası növündə iddia tələbi üzrə imtinada istinad edən faktiki şərtin, yəni iddiaçıların yaşayış sahəsinə qeydiyyata alınma hüququ verən sənədə istinadın qanuni olub-olmamasıdır. Məhkəmə də, hesab edir ki, iddiaçılar məhz adıçəkilən sənədə malik şəxslərdir. Belə ki, iş materiallarında olan sərəncamdan görünür ki, Bakı ş, M.Ə.Rəsulzadə qəs, Z.Qəmbərov küç, 3184/87 məhəllədə yerləşən 3 nömrəli evin 50 saylı mənzilə dair Binəqədi Rayon İcra Hakimiyyətinin sərəncamı əsasında mənzilin ayrılması qərara alınmış, həmin sərəncamda hazırkı iş üzrə iddiaçıların adları da qeyd edilmişdir. Məhkəmə hesab edir ki, adıçəkilən sərəncam mülkiyyət hüququnun dövlət qeydiyyatına dair çıxarışı əvəz etməsə belə, yaşayış yeri üzrə qeydiyyatın məqsədləri baxımından hüquqmüəyyənedici sənəd hesab edilir. Eyni zamanda, məhkəmə əmlak orqanının sorğuya cavab məktubu əsasında mənzilə digər şəxs X2 mülkiyyət hüquqlarının dövlət qeydiyyatının aparılmış olması ilə əlaqədar də araşdırma aparmış və müəyyən etmişdir ki, adıçəkilən mənzillər fərqli olmaqla cavabdehin sorğu zamanı 3184/87 məhəllə ifadəsini nəzərə almaması ilə əlaqədar yaranmışdır. Belə ki, iş materiallarında olan sərəncamdan göründüyü kimi, qeydiyyata alınması tələb olunan mənzil 3184/87 məhəllədə yerləşən 3 otaqlı, 40 kv.m ölçüdə olan mənzildir. X2 mülkiyyətində olan mənzil isə Bakı ş, M.Ə.Rəsulzadə qəs, Z.Qəmbərov küç, yerləşən 3 nömrəli evin 50 saylı 3184/87 məhəllə ilə əlaqəsi olmayan 37,04 kv.m ölçüdə olan tamamilə fərqli olan mənzildir. Nəzərə alınmalıdır ki, hazırda qeydiyyata alınması tələb edilən mənzil məhz ünvan rekvizitində 3184/87 məhəllə məhəllə göstərilməli olan, sərəncamda da həmin ünvanın əks olunduğu mənzillə bağlıdır ki, Bakı ş, M.Ə.Rəsulzadə qəs, Z.Qəmbərov küç, yerləşən 3 nömrəli evin 50 ünvanında yerləşən mənzilin iddiaçıların istifadəsində olan mənzilə hər hansı əlaqəsi yoxdur. Odur ki, adıçəkilən mülkiyyətçinin razılığının tələb edilməsindən söhbət gedə bilməz. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı Məcidova (Məmmədova) Vüsalə Gülağa qızı və İddiaçı2 Bakı ş, M.Ə.Rəsulzadə qəs, Z.Qəmbərov küç, 3184/87 məhəllədə yerləşən 3 nömrəli evin 50 saylı ünvanda yerləşən sahəsinə yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-3490/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3490/2024
16.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver