Məhkəmə qərarları › İş №2-1(112)-3491/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3491/2022

11.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3491/2022 11.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ iddiaçı Əlİddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “xidmət illərinə görə birdəfəlik müavinətin hesablanaraq ödənilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, iddiaçı Əlİddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “xidmət illərinə görə birdəfəlik müavinətin hesablanaraq ona ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “İddiaçının Azərbaycan Respublikası Cavabdeh X6 Xidməttinin Bakpı şəhər X6 İdarəsində 20 il iş stajı nəzərə alınaraq əmək haqqının 6 mislini təşkil edən 3870 (üç min səkkiz yüz yetmiş) manat məbləğində birdəfəlik müavinətin ona ödənilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 12 iyul 1999-cu ildə Bakı Yanğın texniki məktəbinə daxil olmuşdur. Təhsilini bitirdikdən sonra Azərbaycan Respublikası Cavabdeh Dövlət X3 Bakı şəhəri X6 İdarəsində Qaradağ rayon Dövlət yanğınsöndürən mühafizə hissəsində müxtəlif vəzifələrdə, o cümlədən işdən çıxarkən texnika üzrə rəis müavini işləmişdir. Azərbaycan Respublikası Cavabdeh 24 oktyabr 2019-cu il tarixli 2201 saylı əmri ilə öz ərizəsinə əsasən təqaüdə çıxmağı ilə əlaqədar fövqalədə hallar orqanlarında xidmətkeçməyimə xitam verilmişdir. Onun cavabdeh təşkilatda iş fəaliyəti 20 il hesablanmaqla təqaüdə çıxandan sonra onun kart hesabına 3870 manat birdəfəlik müavinət ödənişi keçirilmişdir. Bir neçə aydan sonra Qaradağ rayon Dövlət yanğınsöndürən mühafizə hissəsinin rəisi onu çağıraraq aldığı pulun geri qaytarılmasını tələb etmişdir. İddiaçı 3870 manat məbləğdən 3000 manatını kartdan çıxartdığını və kartda 870 manat qaldığını bildirmişdir. Bundan sonra rəis balansında 870 manat olan kartı ondan almışdır. Həmin puldan 3000 manatı çıxartmaqla kartda 870 manat qalmışdır, həmin 870 manat pulu kartdan götürmüşlər, 3000 manat pulu isə nağd şəkildə ondan almışdırlar. Azərbaycan Respublikası Fövqəladə Nazirliyinə ondan qanunsuz olaraq həmin pulun tutulması barədə müraciət etsə də bu günə kimi ona rəsmi olaraq cavab verilməmişdir. İddiaçı hesab edir ki, həmin pul ondan əsassız olaraq geri alınmışdır. Belə ki, müvafiq qanunvericiliyə əsasən pensiyaya çıxmağı ilə əlaqədar ona vəzifə və rütbə maaşının 6 misli məbləğində birdəfəlik müavinət verilməli idi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası 11 may 2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianı müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Y.Əliquliyeva iddiaya qarşı yazılı etirazına uyğun izahat verərək iddia tələbinin əsassız olduğunu və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının tələb etdiyi vəzifə və rütbə maaşının 6 misli məbləğində birdəfəlik müavinətin verilməsi “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 23.13-cü maddəsində nəzərdə tutulmaqla, əməkdaşın pensiyaya çıxması hallarına şamil edilir. Lakin həmin Qanunun 23.12-ci maddəsində qeyd olunur ki, “Yaş həddinə çatanadək fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrdə azı 35 il xidmət keçmiş əməkdaşlar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq pensiya hüququna malikdirlər və onların xidmət keçməsinə öz xahişləri ilə xitam verilə bilər”. İddiaçı isə, məhkəməyə təqdim etdiyi ərizədə pensiyaçı olduğunu bildirsə də, bu faktı təsdiqləyən heç bir sənəd əlavə etməmişdir. Bununla yanaşı, onun pensiyaçı olması təsdiqləndiyi halda belə, İddiaçı müvafiq müavinətin verilməsi mümkün deyildir. Belə ki, xidmətkeçməsinə xitam verilərkən onun 20 il 3 ay 12 gün (Bax: Kadrlar şöbəsinin arayışı) xidmət stajı olmuşdur ki, bu da “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 23.12-ci maddəsi ilə nəzərdə tutulmuş pensiyaya çıxma şərtlərinə uyğun deyildir. Müvafiq Qanunla tələb olunan 35 illik xidmət stajının olmadığı halda iddiaçının pensiyaya çıxması isə, onun digər əsaslarla pensiya hüququ əldə etməsinə dəlalət edir və ona sözü gedən müavinətin ödənilməsini qeyrimümkün edir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

- Azərbaycan Respublikası Cavabdeh xx.xx.2019-cu il tarixli 2201 nömrəli Əmrinə əsasən İddiaçı fövqəladə hallar orqanlarında xidmətkeçməsinə xitam verilmişdir. - Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Cavabdeh xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı hazırda Cavabdehdə işləmir. - Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Cavabdeh xx.xx.2020-ci il tarixli məktub ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Cavabdeh DYMX-nın Bakı şəhər Qaradağ rayon X6 Hissəsinin texnika üzrə rəis müavini vəzifəsində xidmət etmiş İddiaçı xidmətkeçməsinə nazirliyin 2201/ş nömrəli xx.xx.2019-cu il tarixli əmri ilə xitam verilmişdir. xx.xx.2019-cu il tarixdə isə, ona “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 23.13-cü maddəsi ilə nəzərdə tutulmuş vəzifə və rütbə maaşlarının 6 misli məbləğində 3867 manat birdəfəlik müavinət ödənilmişdir. Daha sonra müvafiq ödənişin həmin Qanunla nəzərdə tutulmuş əsaslar olmadan həyata keçirildiyi aşkar edilmiş və vətəndaş İddiaçı həmin məbləği dövlət büdcəsinə qaytarmaq təklif olunmuş, əks halda tərəfimizdən məhkəməyə müraciət olunacağı bildirilmişdir. İddiaçı bu təklifi könüllü qəbul etmiş və müvafiq məbləği xx.xx.2020-ci il tarixdə 1767 manat, xx.xx.2020-ci il tarixdə isə 2100 manat olmaqla geri qaytarmışdır. - İddiaçıya ünvanlanmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən bildirilmişdir ki, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" Qanunun 23.13-cü maddəsinə əsasən pensiyaya çıxması ilə bağlı fövqəladə hallar orqanlarında xidmət keçməsinə xitam verilmiş əməkdaşlara vəzilə və rütbə maaşlarının 6 misli məbləğində birdəfəlik müavinət verilir. Adıçəkilən Qanunun 5-cü maddəsi və onun tətbiqi barədə ölkə Prezidentinin 2010-cu il 13 avqust tarixli 314 nömrəli Fərmanının 2.4-cü və 2.6-cı bəndlərinə görə fövqəladə hallar orqanlarının əməkdaşları sırasına Azərbaycan Respublikasının Cavabdeh və Naxçıvan Muxtar Respublikasının Cavabdeh aparatlarında və onların strukturuna daxil olan qurumlarda qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən və xüsusi rütbələr verilməklə sıravi heyət, kiçik, orta, böyük və ali rəis heyəti vəzifələrində xidmət edən şəxslər, habelə Azərbaycan Respublikasının Cavabdeh təhsil müəssisələrinin xüsusi rütbəli müdavimləri daxildir. Eyni zamanda Nazirlər Kabinetinin 2011-ci il 4 may tarixli 67 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Fövqəladə hallar orqanları əməkdaşları üçün qanunvericiliklə müəyyən edilmiş bəzi ödənişlərin hesabİanması və ödənilməsi Qaydası"nın 1-ci hissəsinə müvafiq olaraq bu Qayda Azərbaycan Respublikası Cavabdeh xüsusi rütbəsi olan əməkdaşları üçün qanunvericiliklə müəyyənedilmişbəziödənişlərin (o cümlədən pensiyaya çıxması ilə əlaqədar xidmətinə xitam verilmiş əməkdaşlara birdəfəlik müavinətlərin) hesablanması"və ödənilməsi qaydasını müəyyən edir. - Azərbaycan Respublikası Cavabdeh xx.xx.2022-ci il tarixli etiraz məktubu.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş tərəfin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən) Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin edilməməlidir. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı fövqəladə hallar orqanlarında 20 il iş stajı nəzərə alınaraq əmək haqqının 6 mislini təşkil edən 3870 (üç min səkkiz yüz yetmiş) manat məbləğində birdəfəlik müavinətin ona ödənilməsinə tələb edir. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Qanunun: Maddə 1. Fövqəladə hallar orqanlarında xidmətkeçmə 1.1. Fövqəladə hallar orqanlarında xidmət müvafiq icra hakimiyyəti orqanının qanunvericilikdə nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. 1.2. Fövqəladə hallar orqanlarının hərbi qulluqçuları, xüsusi rütbəsi olan əməkdaşları və dövlət qulluqçuları xidmət (qulluq) keçərkən xidmət (qulluq) keçmənin bu Qanunun 2-ci maddəsi ilə müəyyən edilmiş hüquqi əsaslarına uyğun olaraq öz səlahiyyətləri daxilində fəaliyyət göstərirlər. Maddə 2. Fövqəladə hallar orqanlarında xidmətkeçmənin hüquqi əsasları 2.1. Fövqəladə hallar orqanlarında xidmətkeçmənin hüquqi əsaslarını Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və digər normativ hüquqi aktlar təşkil edir. 2.2. Fövqəladə hallar orqanlarında hərbi qulluqçuların, o cümlədən müddətli həqiqi hərbi xidmət keçənlərin xidmət keçməsi “Hərbi xidmət haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının qanunları, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələri və digər normativ hüquqi aktlarla tənzimlənir. 2.3. Əmək münasibətlərinə dair bu Qanunda nəzərdə tutulmayan məsələlər həmçinin xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrdə işləyən şəxslərin qulluq keçməsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir. Maddə 20. Xüsusi rütbələr 20.2. Fövqəladə hallar orqanlarının əməkdaşlarının xüsusi rütbələri Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının hərbi rütbələrinə bərabər tutulur. Maddə 23. Fövqəladə hallar orqanları əməkdaşlarının sosial müdafiəsi 23.13. Pensiyaya çıxması, struktur və ştat dəyişiklikləri, habelə bu Qanunun 23.9-cu maddəsində nəzərdə tutulmuş hallardan başqa, səhhəti və əlil olması ilə bağlı fövqəladə hallar orqanlarında xidmət keçməsinə xitam verilmiş əməkdaşlara vəzifə və rütbə maaşlarının 6 misli məbləğində birdəfəlik müavinət verilir. Maddə 24. Fövqəladə hallar orqanları əməkdaşlarının pensiya təminatı 24.1. Fövqəladə hallar orqanlarında xidmət keçən və xidmət keçmiş əməkdaşların, habelə onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Həmin qanunun 20.14.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin—50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə—55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin—2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla qulluq stajına görə əmək pensiyasına əlavələr ödənilir. “Dövlət qulluğu haqqında” Qanunun 33-cü maddəsinə əsasən dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda, ona qanunvericiliyə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilir və bu məbləğdən vergi tutulmur. Cavabdeh orqanın etiraz ərizəsində Əlİddiaçı imtina üçün göstərdiyi əsaslar aşağıdakılardan ibarətdir: İddiaçı isə, məhkəməyə təqdim etdiyi ərizədə pensiyaçı olduğunu bildirsə də, bu faktı təsdiqləyən heç bir sənəd əlavə etməmişdir. Bununla yanaşı, onun pensiyaçı olması təsdiqləndiyi halda belə, İddiaçı müvafiq müavinətin verilməsi mümkün deyildir. Belə ki, xidmətkeçməsinə xitam verilərkən onun 20 il 3 ay 12 gün (Bax: Kadrlar şöbəsinin arayışı) xidmət stajı olmuşdur ki, bu da “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 23.12-ci maddəsi ilə nəzərdə tutulmuş pensiyaya çıxma şərtlərinə uyğun deyildir. Müvafiq Qanunla tələb olunan 35 illik xidmət stajının olmadığı halda iddiaçının pensiyaya çıxması isə, onun digər əsaslarla pensiya hüququ əldə etməsinə dəlalət edir və ona sözü gedən müavinətin ödənilməsini qeyri-mümkün edir. Məhkəmə cavabdeh orqanın etirazında imtina üçün göstərdiyi dəlilləri razılaşmayaraq hesab edir ki, imtina üçün cavabdeh orqanın gətirdiyi dəlillər əsassızdır. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı müvafiq xidmət illərinə (20 ildən artıq) malik olduğundan Cavabdeh “Məlumat vərəqəsi” əsasında ““Əmək pensiyalarının təyin edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********4 nömrəli Qərarı ilə ona əmək pensiyasın təyin edilmişdir. Cavabdehin ikinci dəlili ilə bağlı məhkəmə qeyd edir ki, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Qanunun 23.13-cü maddəsində bu və ya digər əsaslardan asılı olmayaraq, pensiya çıxması ilə əlaqədar olaraq fövqəladə hallar orqanlarında xidmət keçməsinə xitam verilmiş əməkdaşlara vəzifə və rütbə maaşlarının 6 misli məbləğində birdəfəlik müavinət verilməsi nəzərdə tutulmuşdur. Yəni, fövqəladə hallar orqanlarında xidmət keçən şəxs təyin edilmə əsasından asılı olmayaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq pensiyaya çıxdıqda ona 6 misli müavinətin verilməsi nəzərdə tutulur. İddiaçı da müvafiq qanunun tələblərinə uyğun olaraq pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri) Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. (Konstitusiyanın 16-ci maddəsinin İ hissələri) İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi) Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. (Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissəsi) İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Azərbaycan Respublikası Cavabdeh X6 Xidmətinin Bakı şəhər X6 İdarəsində 20 il iş stajı nəzərə alınaraq əmək haqqının 6 mislini təşkil edən 3870 (üç min səkkiz yüz yetmiş) manat məbləğində birdəfəlik müavinətin ona ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Cavabdeh üzərinə qoyulmasına dair iddiası təmin edilməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı Azərbaycan Respublikası Cavabdeh X6 Xidmətinin Bakı şəhər X6 İdarəsində 20 il iş stajı nəzərə alınaraq əmək haqqının 6 mislini təşkil edən 3870 (üç min səkkiz yüz yetmiş) manat məbləğində birdəfəlik müavinətin ona ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Cavabdeh üzərinə qoyulsun. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar