Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3493/2025 20.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X7 Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Zeynalova Leyla Afiq qızının katibliyi, İddiaçı Səttər oğlunun iştirakı ilə, İddiaçı Səttər oğlunun cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya müharibə veteranı adının verilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və ya Daxili İşlər Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı N2 aprel N992-ci ildə könüllü olaraq N nömrəli hərbi hissənin artelerya divizyonuna tuşlayıcı vəzifəsinə təyin olunmuşdur. Hərbi hissənin dislokasiya yeri Fizuli rayonu olmuşdur. xx.xx.N992-ci ilə qədər həmin hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. xx.xx.N992-ci ildə hərbi hissənin siyahısından çıxarılmaqla ehtiyata buraxılmışdır. xx.xx.N992-ci ildə təkrar ölkənin çətin vəziyyətdə olmasını nəzərə alaraq, N saylı hərbi hissəyə müraciət etmiş və həmin tarixdən N saylı hərbi hissəyə tuşlayıcı təyin olunmuş, bütün növ təminatla təmin olunmaqla, hərbi hissənin siyahısına daxil edilmişdir. xx.xx.N992-ci il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi məqsədilə Ağdərə rayonuna ezam olunmuş, xx.xx.N992-ci il tarixə qədər Ağdərə rayonunda döyüş əməliyyatlarında iştirak etmişdir. xx.xx.N992-ci il tarixdə ehtiyata buraxılmışdır. xx.xx.N992-ci ildə Daxili İşlər Nazirliyinin Astara Gömrük polisi bölməsinə polis nəfəri kimi qəbul olunmuş, 03 yanvar tarixində polis əməkdaşı kimi təkrar döyüş bölgəsi olan Ağdərə rayonuna ezam olunmuşdur. xx.xx.N993-cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə güllə yarası almışdır. Yaralandıqdan sonra Gəncə şəhərində yerləşən hərbi hospitala gətirilmişdir. Gəncə şəhərində yerləşən Daxili İşlər Nazirliyinin Bakı şəhərində yerləşən hospitala köçürülmüşdür. xx.xx.N993-cü ilə qədər həmin hospitalda müalicə almış, xx.xx.N993-cü ilədə ştatların ixtisarına görə DİN orqanlarından buraxılmışdır. xx.xx.N994-cü il tarixdə təkrar N saylı hərbi hissənin kiçik gizir rütbəsində baş texnik vəzifəsinə təyin olunmuşdur. xx.xx.N994-cü ildə döyüş əməliyyatlarında iştirak etmək üçün Göranboya ezam olmuş və döyüş əməliyyatlarında iştirak etmişdir. xx.xx.N995-ci ildə şəxsi heyyəti siyahısında çıxarılmış və ehtiyata buraxılmışdır. Qeyd olunanları nəzərə alaraq iddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Cavabdeh məhkəməyə ünvanladığı etiraz məktubunda qeyd etmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivin xx.xx.2024-cü il tarixli 3N70 nömrəli arxiv məktubundan da göründüyü kimi iddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli NN5 nömrəli əmri ilə şəxsi heyətin siyahısına, bütün növ təminatlarla salınmagla tuşlayıcı vəzifəsinə təyin olunmuşdur. Lakin iddiaçının döyüş əməliyyatlarında iştirakına dair məlumatlar aşkar olunmamışdır. Belə ki, qeyd olunan arxiv məktubunda iddiaçının xx.xx.N992-ci il tarixdən xx.xx.N992-ci il tarixədək Ağdərə rayonuna ezamiyyətdə olması qeyd olunsa da onun ezam olunduğu hərbi hissə və ezam olunma məgsədi arxiv arayışında öz əksini tapmamış və belə olan halda iddiaçının Ağdərə döyüş əməliyyatları bölgəsinə ezam olunması döyüş əməliyyatlarında iştirak etməsinə əsas deyildir. Bu qanunun tələblərindən görünür ki, həmin şəxslərə o şərtlə müharibə veteranı adı və vəsiqəsi verilir ki, onlar döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş olsunlar. Arxiv arayışından da göründüyü kimi iddiaçının ezam olunduğu hərbi hissə və ezam olunma səbəbi barədə (döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə bağlı) sübut yoxdur. Bu da iddiaçının döyüş əməliyyatlarında iştirakına sübut kimi əsas ola bilməz. Cavabdeh etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-3493/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı Səttər oğlunun iddianın dəqiqləşdirilməsi barədə ərizəsi təmin edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi cavabdehlər siyahısından çıxarılmış və iddia tələbi dəqiqləşdirilmiş şəkildə “müharibə veteranı adının verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması” kimi icraata qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası məcburetmə haqqında iddia (İPM-in 2.2.2 və 33.N-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi Həkim Komissiyasının 38 saylı qərarına əsasən N969-cu il təvəllüdlü X3 ”Sol bud sümüyünün yuxarı 3/N nahiyəsinin yumşaq toxumalarını dəlib keçən odlu silah yaralanması” diaqnozu hərbi travmadır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 60N nömrəli, xx.xx.2024-cü il tarixli məktubuna əsasən müqavilə yolu ilə gəlmiş, tuşlayıcı, çavuş X4 N №-li hərbi hissə komandirinin N sentyabr N992-ci il tarixli NN5 №-li əmrilə (əsas: §4, sıra-N; qeyd: əmrdə adı “Mədət”, hərbi rütbəsi “çavuş” yazılmışdır) şəxsi heyətin siyahısına daxii edilərək, bütün növ təminatlarla təmin edilmişdir. N №-li hərbi hissə komandirinin N sentyabr N992ci il tarixli NN8 №-li əmrilə (əsas: §2, sıra-7; qeyd: əmrdə adı “Mədət”, hərbi rütbəsi “çavuş” yazılmışdır) tuşlayıcı, çavuş X4 xx.xx.N992-ci il tarixdən Ağdərə rayonuna ezamiyyətə getmiş hesab edilərək, qazan təminatından çıxarılmışdır. N №-li hərbi hissə komandirinin N oktyabr N992-ci il tarixli N52 №-li əmrilə (əsas: §2, sıra-4; qeyd: əmrdə adı “Mədət”, hərbi rütbəsi, “çavuş” yazılmışdır) tuşlayıcı, çavuş X4 xx.xx.N992-ci il tarixdən Ağdərə döyüş əməliyyatları bölgəsindən ezamiyyətdən qayıtmış hesab edilərək, qazan təminatına qoyulmuşdur. Müqaviləni pozduğuna görə ehtiyata tərxis olunmuş, tuşlayıcı, çavuş İddiaçı N №-li hərbi hissə komandirinin N noyabr N992-ci il tarixli N8N №-li əmrilə (əsas: §2, sıra-N, səh.-30; qeyd: əmrdə hərbi rütbəsi “çavuş” yazılmışdır) xx.xx.N992-ci il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq, qeydiyyata düşmək üçün Xətai RHK-na göndərilmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.N994-cü il tarixli müvafiq əmrinə əsasən, kiçik gizir X5 N №-li hərbi hissə komandirinin N8 mart N994-cü il tarixli 49 №-li əmrilə (əsas: §N, bənd-3, səh.- 30; qeyd: əmrdə adı “Mədət”, atasının adı “Səftər”, hərbi rütbəsi “kiçik gizir” yazılmışdır) xx.xx.N994- cü il tarixdən şəxsi heyətin siyahısına daxil edilərək, N6-cı batareyanın “baş texniki” vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin N9 iyul N994-cü il tarixli N50 №-li əmrilə (əsas: §2, sıra-5, səh.-36; qeyd: əmrdə adı “Mədət”, atasının adı “Səfər”, hərbi rütbəsi “gizir” yazılmış, vəzifəsi göstərilməyib) 6-cı Haubitsa artilleriya divizionunun N6-cı batareyasının hərbi qulluqçusu, gizir X6 qazan təminatından çıxarılaraq, ərzaq attestatı ilə təmin edilmişdir. N №-li hərbi hissə komandirinin 2N oktyabr N994-cü il tarixli 24N №-li əmrilə (əsas: §N, bənd-5, sıra-N2, səh.-20; qeyd: əmrdə adı “Mədət”, hərbi rütbəsi “gizir” yazılmış, vəzifəsi göstərilməyib) gizir X4 xx.xx.N994-cü il tarixdən Bakı şəhərinə daimi dislokasiya yerinə getmiş hesab edilərək, qazan təminatından çıxarılmışdır. Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.N995-ci il tarixli müvafiq əmrinə əsasən, kiçik gizir X5 N Nə-li hərbi hissə komandirinin N iyun N995-ci il tarixli N65 №-li əmrilə (əsas: §NN, sıra-N6, səh.-N4; qeyd: əmrdə adı “Mədət”, atasının adı “Səftər”, hərbi rütbəsi “kiçik gizir” yazılmış, vəzifəsi göstərilməyib, adının qarşısında “xx.xx.N995” yazılmışdır) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin arayışına əsasən noyabr N992-ci ildən mart N994cü ilədək xidməti olmadığına görə və xx.xx.N992-ci il tarixdə müqavilə şərtlərini pozduğu üçün ehtiyata buraxılmağını nəzərə alaraq ona “Müharibə Veteram” adının və vəsiqəsinin verilməsindən imtina olunur. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, müqavilə yolu ilə gəlmiş, çavuş X4 N №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli NN5 №-li əmrilə (əsas: §-4, sıra-N,əmrdə adı “Mədət”, hərbi rütbəsi “çavuş” yazılmışdır) şəxsi heyətin siyahısına, bütün növ təminatlara salınaraq tuşlayıcı vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli NN8 №-li əmrində (əsas: §2, sıra-7, əmrdə adı “Mədət”, hərbi rütbəsi “çavuş” yazılmışdır) xx.xx.N992-ci il tarixdən Ağdərə rayonuna ezamiyyətə getmiş hesab edilərək, qazan təminatından çıxarılmış hərbi qulluqçuların siyahısında, tuşlayıcı vəzifəsində, çavuş X3 adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli N52 №-li əmrilə (əsas: §2, sıra-4, əmrdə adı “Mədət”, hərbi rütbəsi, “çavuş” yazılmışdır) Ağdərə döyüş əməliyyatları bölgəsindən, ezamiyyətdən qayıtmış hesab edilərək, xx.xx.N992-ci il tarixdən qazan təminatına qoyulan hərbi qulluqçuların siyahısında, tuşlayıcı vəzifəsində, çavuş X3 adı qeyd olunmuşdur. Tuşlayıcı, çavuş İddiaçı müqavilə şərtlərini pozduğuna görə, ehtiyata tərxis olunduğundan, N №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli N8N №-li əmrilə (əsas: §-2, sıra-N, səh-30, əmrdə hərbi rütbəsi “çavuş” yazılmışdır) xx.xx.N992-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq, qeydiyyata düşmək üçün Xətai RHK-na göndərilmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.N994-cü il tarixli 068 gm №-li əmrində (əsas: səh-2N5, sıra-N, əmrdə atasının adı “Səttər” yazılmışdır) xx.xx.N969-cu il təvəllüdlü, N993-cü il tarixdə Azərbaycan Texniki Universitetini bitirmiş, ehtiyatda olan kiçik çavuş İddiaçı Səttər oğluna “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, “kiçik gizir” hərbi rütbəsinin verilməsi və N №-li hərbi hissədə X2 Haubitsalı Artilleriya batareyasının baş texniki vəzifəsinə təyin olunması qeyd edilmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.N994-cü il tarixli 068 gm №-li əmrinə əsasən, kiçik gizir X5 N6-cı batareyanın “baş texniki” vəzifəsinə təyin olunduğundan N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 49 Nə-li əmrilə (əsas: §-N, bənd-3, səh-30, əmrdə adı “Mədət”, atasının adı “Səftər”, hərbi rütbəsi “kiçik gizir” yazılmışdır, əmr olduğu kimi köçürülmüşdür) xx.xx.N994-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınaraq işinin və vəzifəsinin qəbuluna buraxılmışdır. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N50 №-li əmrilə (əsas: §-2, sıra-5, səh-36, əmrdə adı “Mədət”, atasının adı “Səfər”, hərbi rütbəsi “gizir” yazılmış, vəzifəsi qeyd olunmamışdır, əsas kimi “Raport” göstərilmişdir, qazan təminatından çıxarılma səbəbi göstərilməmişdir, əmr olduğu kimi köçürülmüşdür) 6-cı QADN N6-cı batareyasının hərbi qulluqçusu, gizir X6 qazan təminatından çıxarılaraq, ərzaq attestatı ilə təmin edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 24N №-li əmrilə (əsas: §-N, bənd-5, sıra-N2, səh-20, əmrdə adı “Mədət”, hərbi rütbəsi “gizir” yazılmış, vəzifəsi göstərilməmişdir) gizir X4 xx.xx.N994-cü il tarixdən Bakı şəhərinə daimi dislokasiya yerinə getmiş hesab edilərək, qazan təminatından çıxarılmışdır. Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.N995-ci il tarixli 092 gm №-li əmrinə əsasən, kiçik gizir X5 N №-li hərbi hissə komandirinin xx.xx.N995-ci il tarixli N65 №-li əmrilə (əsas: §NN, sıra-N6, səh- N4, əmrdə adı “Mədət”, atasının adı “Səftər”, hərbi rütbəsi “kiçik gizir” yazılmış, vəzifəsi göstərilməmişdir, adının qarşısında “xx.xx.N995” yazılmışdır, əmr olduğu kimi köçürülmüşdür) hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N №-li hərbi hissənin xx.xx.N993-cü il tarixdən xx.xx.N994-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat qeyd edilmişdir. Məhkəmə hesab edir ki, mübahisənin qanuni və əsaslı həllinə nail olmaq üçün işə aşağıdakı qanunvericilik aktları tətbiq olunmalıdır. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin (bundan sonraƏsasnamə) N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən müharibə veteranı adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Bundan əlavə, Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.N998-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş “Müharibə veteranı”, “Silahlı Qüvvələr veteranı” və “Əmək veteranı” adlarının verilməsinin qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimat”ın N.6-cı bəndinə əsasən N988-ci il fevralın N-dən N99N-ci il oktyabrın 9-dək erməni milliyyətçi quldur dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - keçmiş DQMV ərazisində ... aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə ... - N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə “Müharibə veteranı” adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili işlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarə etmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. Məhkəmə qeyd edir ki, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Başqa sözlə, şəxsin hərbi hissədə hərbi xidmətdə olması və ya hərbi xidmət keçməsi faktı onun qanunla müəyyən edilmiş qaydada həm hərbi xidmətə qəbul edilməsini, həm də qanunla müəyyən edilmiş qaydada hərbi xidmətdən tərxis olunmasını ehtiva edir. Eyni zamanda, yuxarıda istinad edilən normaların müddəalarına görə, “Müharibə veteranı” adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müvafiq orqanlar tərəfindən verilmiş arayış, hərbi bilet (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda) və ya əmrlərdən çıxarışlar əsasında verilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materialları ilə də müəyyən edilir ki, iddiaçının tələbi ona müharibə veteranı və vəsiqəsi verilməsi barədə olmaqla məcburetmə haqqında iddiadır. Belə ki, iddiaçı irəli sürdüyü iddia vasitəsi ilə AR İPM-nin 33.N-ci maddəsinə əsasən iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə edir. Qeyd olunan iddia növü ilə bağlı isə inzibati prosessual qanunvericilik sübutetmə vəzifəsinin yerinə yetirilməsi baxımından digər iddia növlərinə münasibətdə fərqli qayda müəyyən etmişdir. AR İPM-nin N4.3-cü maddəsindən də göründüyü kimi inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi digər iddia növlərindən fərqli olaraq iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hüquqi perspektiv baxımından nəzərə alınmalıdır ki, iddiaçı xidmət etdiyi və ya ezam olunduğu hərbi hissənin, eləcə də həmin hərbi hissənin tərkibində onun döyüş əməliyyatlarında iştirakı, eləcə də qanunla müəyyən olunmuş qaydada ehtiyata buraxıldığı və cavabdehin ona münasibətdə iddia olunan məzmunda öhdəlik daşıdığı da sübut edilməli və bununla bağlı müvafiq sənədlər təqdim olunmalıdır. Hazırkı mübahisə kontekstində “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün tətbiq edilən normativ-hüquqi aktlarla müəyyən edilmiş dispozitiv tələblərin iddiaçı tərəfindən təmin edildiyi iş materialları ilə təsdiqini tapmır. Belə ki, nə iddiaçının təqdim etdiyi sübutlar, nə də məhkəmə araşdırması çərçivəsində əldə olunmuş dəlillər onun N992-ci ilin noyabr ayından N994-cü ilin mart ayınadək fasiləsiz və döyüş əməliyyatlarına cəlb edilməklə hərbi xidmətdə olduğunu təsdiqləyən hüquqi əsas yaradır. İş materiallarından aydın olur ki, iddiaçı xx.xx.N992-ci il tarixində müqavilə öhdəliklərini pozduğuna görə hərbi hissənin şəxsi heyət tərkibindən xaric edilmiş, yalnız xx.xx.N994-cü il tarixində N nömrəli hərbi hissənin X2 XN baş texniki vəzifəyə təyin olunmuşdur. Digər tərəfdən, N nömrəli hərbi hissənin döyüş əməliyyatlarında iştirak etməsi yalnız xx.xx.N993-cü il tarixdən xx.xx.N994-cü il tarixədək olan dövrü əhatə etmişdir. İddiaçının hərbi xidmətinin isə məhz N994-cü ilin fevral ayından etibarən həmin hərbi hissədə bərpa olunduğu nəzərə alınarsa, onun bu dövrdə birbaşa döyüş əməliyyatlarında iştirakı və ya döyüş bölgələrinə ezam olunması ilə bağlı konkret sübutlara əsaslanan hüquqi fakt müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının qeyd edilən hərbi hissədə xidmət keçməsi faktı mübahisəsiz olsa da, həmin hərbi hissənin döyüş əməliyyatlarında iştirak etdiyi dövrün yalnız müəyyən bir hissəsində onun bu hərbi hissədə xidmət etməsi, lakin məhz bu müddət ərzində bilavasitə döyüş əməliyyatlarında iştirak etməsi və ya döyüş bölgələrinə ezam olunması barədə hüquqi əhəmiyyət kəsb edən təkzibedilməz dəlillərin mövcud olmaması, həmçinin müqavilə öhdəliklərini pozması əsası ilə hərbi hissənin şəxsi heyətindən çıxarılması onun “Müharibə veteranı” adını və vəsiqəsini almaq hüququnun yaranmasını istisna edir. Bununla əlaqədar olaraq, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının ona müharibə veteranı statusunun verilməsinin təsdiqinə dair irəli sürdüyü iddia tələbinin təmin olunmasını istisna edən şərtlər iş materialları ilə müəyyən edilir. Hazırki işdə isə iddiaçı arzuladığı aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Belə olan halda cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Odur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.N-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in NN0.N-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.N.N2-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 8N və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Səttər oğlunun cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iddia təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X8.
Məhkəmə qərarları › İş №2-1(112)-3493/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3493/2025
20.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver