Məhkəmə qərarları › İş №2-1(112)-3494/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3494/2022

19.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3494/2022 19.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi» dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, iddiaçı 1980-ci ildən dərzi peşəsində əmək fəaliyyətinə başlamışdır. Sonradan dərzi kimi işlədiyi müəssisə fəaliyyət göstərmədiyindən, 1 oktyabr 1992-ci il tarixdən Bakı Metropoliteninin Yol xidmətində gecə növbəsində xüsusilə zərərli əmək şəraitində yol montyoru peşəsində çalışmışdır. O, həmin vəzifədə 1 il 4 ay 15 gün çalışdıqdan sonra, 15 fevral 1994-cü il tarixdə başqa işə keçirilmişdir. Bundan sonra 15 fevral 1994-cü il tarixdən 18 iyul 2014cü il tarixədək 20 il 5 ay 4 gün müddətində xüsusilə zərərli əmək şəraitində defektoskop briqadasının operator köməkçisi vəzifəsində çalışmışdır. Sonradan 18 iyul 2014-cü il tarixdən 1 avqust 2015-ci il tarixədək 1 il 14 gün müddətində "xxxx" QSC-nin Yol xidmətinin Yolun vəziyyətinə və diaqnostikasına nəzarət hissəsində iş gecə tuneldə xüsusi zərərli əmək şəraitində olmaqla operator peşəsində işləmişdir. 1 avqust 2015-ci il tarixdən hal-hazıradək 5 il 8 ay 14 gün müddətində diaqnostika və metroloji təminat mərkəzinin defektoskopiya qrupunda iş gecə tunelində xüsusi zərərli əmək şəraitində olmaqla ultrasəsli defektoskop aparatının operatoru vəzifəsində çalışır. Göründüyü kimi, onun (iddiaçının) 41 ildən artıq iş stajı olsa da, tuneldə xüsusilə ağır və xüsusilə zərərli əmək şəraitində iş stajı 28 il 6 ay 17 gün təşkil edir. Bu qeyd edilənlər "xxxx" QSCnin 14 aprel 2021-ci il tarixli A/99 saylı arayışı ilə təsdiqlənir. İddiaçı 2021-ci ilin mart ayında ərizə ilə aidiyyəti üzrə DSMF-yə müraciət etsə də, onun həmin müraciətə rəsmi cavab verilmədiyindən, avqust ayında yenidən DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Həmin qurumdan ona təqdim edilən 6 avqust 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın nəqliyyat bölməsinin metropolitenlər bəndində yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr yarımbəndində metropoliten müəssisələrinin briqadirləri, drezinaların sürücüləri, drenajçılar, hidroqaldırıcıların maşinistləri, zumif aqreqatlarının maşinistləri, daxiliyanma mühərriki olan səyyar kompressorların maşinistləri, geodeziya-markşeyder işləri ilə məşğul olan mühəndislər, dəmiryol və metropolitendə bina, qurğu və texniki vasitələrin təmirinin keyfiyyətinə nəzarətlə məşğul olan mühəndislər və müfəttişlər (böyük müfəttişlər), bütün adlarda ustalar (böyük ustalar, ustaların köməkçiləri), qabarittədqiqat stansiyalarında məşğul olan texniklər elektrik mexanikləri peşələri qeyd edilmişdir, onun işlədiyi vəzifələr həmin Siyahının “21.Nəqliyyat” bölməsinin metropolitenlər bəndində nəzərdə tutulmamışdır. Bu səbəbdən də iddiaçının güzəştli iş stajının olmadığı göstərilmişdir. Lakin o, inzibati orqanın qeyd etdiyi xüsusatlarla razılaşmır və hesab edir ki, inzibati orqan bu hissədə düzgün nəticəyə gəlməmiş və qanunvericiliyin müddəalarına düzgün istinad etməmişdir. Belə ki, qeyd olunan Siyahının 21-ci bölməsində 21.5-ci bəndində “Metropolitenlər” yarımbəndinə nəzər saldıqda məlum olur ki, həmin yarımbənddə göstərilən peşələrin zərərli olmasını şərtləndirən əsas amil yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olunmasıdır. İddiaçının çalışdığı iş yeri ümumiyyətlə günün hansı hər hansı saatından asılı olmayaraq yeraltıdır, xüsusən də işlədiyi “defektoskop operatoru” vəzifəsi metropolitendə hərəkətin dayandıqdan sonra işə başlayan cihaza nəzarətdir bu onu deməyə əsas verir ki, onun vəzifəsi də zərərli sayılır. Lakin cavabdeh inzibati orqan onun işlədiyi “defektoskop operatoru” adlı vəzifənin həmin siyahıda öz əksini tapmadığını əsas gətirərək, imtna cavabı vermişdir. İnzibati orqan bu imtinanı verərkən nəzərə almamışdır ki, operator olaraq o, usta kateqoriyasına daxil olan peşədə çalışır və «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 21- ci “Nəqliyyat” adlı bəndinin 21.5 Metropolitenlər adlı yarımbəndinin 9cu vəzifəsinin adı bütün adlarda ustalar kimi qeyd edilmişdir. Qanunvericiliyin bütün adlarda ustalar ifadəsindən istifadəsi təsadüfi deyildir. Burada məqsəd müxtəlif adlarda adlanmasından asılı olmayaraq usta kateqoriyasına daxil olan şəxslər başa düşülür. Qeyd edilənlər onun işlədiyi vəzifənin öhdəliklərində öz təsdiqini tapır. Belə ki, vəzifə səlahiyyətlərinin əsasında gecə 00:00-dan sonra metro qatarlarının hərəkətinin dayanması ilə başlayır və o, defektoskop vasitəsi ilə dəmiryolu relslərində olan nasazlıqları aşkar edərək onların aradan qaldırılmasını təmin edir. Təəssüflər olsun ki, cavabdeh inzibati orqan onun vəzifəsinin nədən ibarət olmasını bilmədən tez-tələsik imtina verməklə öz vəzifələrini yerinə yetirməyə çalışmışdır. Nəticədə onun Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə qorunan hüquqları kobud şəkildə pozulmuşdur. Konstitusiyanın 38-ci maddəsinin tələblərinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «“Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Qanunun 4.1-ci bəndinə əsasən, bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunvericiliyin normalarından da görünür ki, cavabdeh inzibati orqan qanunvericiliyin tələblərini pozmuşdur. Göstərilənlərə və İPM-in 2.1, 2.2.2, 45 – 47-ci maddələrinə əsaslanaraq, ona (iddiaçıya) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının iddia ilə bağlı məhkəməyə ünvanlanmış 16 dekabr 2021-ci il tarixli məktubunda iddiaya etiraz olaraq qeyd olunur ki, İddiaçı iddia ərizəsində iddianın əsası kimi 1980-ci ildən dərzi atelyesində əmək fəaliyyətinə başlaması, 1 oktyabr 1992-ci il tarixdən "xxxx"nin Yol xidmətində gecə növbəsində xüsusilə zərərli əmək şəraitində yol montyoru peşəsində işləməsi, həmin vəzifədə 1 il 4 ay 15 gün çalışdıqdan sonra 15 fevral 1994-cü il tarixdə başqa işə keçirilməsi və bundan sonra 15 fevral 1994-cü il tarixdən 18 iyul 2014-cü il tarixədək 20 il 5 ay 4 gün müddətində xüsusilə zərərli əmək şəraitində defektoskop briqadasının operator köməkçisi vəzifəsində çalışması, 18 iyul 2014-cü il tarixdən 1 avqust 2015-ci il tarixədək 1 il 14 gün müddətində "xxxx" QSC-nin Yol xidmətinin Yolun vəziyyətinə və diaqnostikasına nəzarət hissəsində iş gecə tuneldə olmaqla xüsusi zərərli əmək şəraitində olmaqla operator peşəsində çalışması, 1 avqust 2015-ci il tarixdən hal-hazıradək 5 il 8 ay 14 gün müddətində diaqnostika və metroloji təminat mərkəzinin defektoskopiya qrupunda iş gecə tunelində xüsusi zərərli əmək şəraitində olmaqla ultrasəsli defektoskop aparatının operatoru vəzifəsində çalışmasını iddia etməklə hesab edir ki, 41 ildən artıq iş stajı olsa da tuneldə xüsusilə ağır və zərərli əmək şəraitində iş stajı 28 il 6 ay 17 gün təşkil edir. İddiaçı daha əvvəl 14 aprel 2021-ci il tarixli güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdeh 6 avqust 2021-ci il tarixli imtina məktubu ilə bildirmişdir ki, iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilmiş 20 sentyabr 1979-cu il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında və "xxxx" QSC-nin 14 aprel 2021-ci il tarixli A/99 nömrəli arayışında 1 oktyabr 1992-ci il tarixdən 15 fevral 1994-cü il tarixədək olan dövr ərzində "xxxx" QSC-nin Yol xidmətində yol montyoru, 15 fevral 1994-cü il tarixdən 18 iyul 2014-cü il tarixədək olan dövr ərzində defektoskop briqadasının operator köməkçisi, 18 iyul 2014-cü il tarixdən 1 avqust 2015-ci il tarixədək olan dövr ərzində operator və 1 avqust 2015-ci il tarixədən bugünədək ultrasəsli defektoskop aparatının operatoru vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, onun işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın “Nəqliyyat” (21) bölməsinin “Metropolitenlər” bəndində (21.5) nəzərdə tutulmamışdır. Bu səbəbdən də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Bundan narazı qalan İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Hesab olunur ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi təmin edilməməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sıqortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İstinad olunan normaların məzmunundan göründüyü kimi, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün aşağıdakı şərtlər vardır: 1) axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışmalı; 2) kişilər 60 yaşına, qadınlar 55 yaşına çatmalı; 3) kişilərin azı 25 il sığorta stajı olmaqla, bu müddətin azı 12 il 6 ayı həmin işlərdə, qadınların azı 20 il sığorta stajı olmaqla, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmalı; 4) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X3 qərarlarını, X3 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. «Əmək pensiyaları haqqında» Qanunun 45-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı gədər artırılır. “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin siyahısında şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışının əlavə edilməli olması göstərilmişdir. İş üzrə icraat materiallarına əlavə edilmiş İddiaçı məxsus şəxsiyyət vəsiqəsindən məlum olur ki, o, xx xxxx 1961-ci il tarixdə doğulmuşdur. İş üzrə icraat materiallarına əlavə edilmiş ******* nömrəli hərbi biletə əsasən iddiaçı 23 oktyabr 1979-cu il tarixdən 23 avqust 1980-ci il tarixədək hərbi xidmətdə olmuşdur. İş üzrə icraat materiallarına əlavə edilmiş 20 sentyabr 1979-cu il tarixli ИТ-1 ******* nömrəli əmək kitabçasında iddiaçının 19 sentyabr 1979-cu il tarixdən 15 oktyabr 1979-cu il tarixədək, 25 dekabr 1980-ci il tarixdən 29 sentyabr 1992-ci il tarixədək, 1 oktyabr 1992-ci il tarixdən hal-hazıradək işlədiyi qeyd olunmuşdur. İddiaçının müraciət ərizəsinə əlavə edilmiş "xxxx" QSC-nin 14 aprel 2021-ci il tarixli A/99 nömrəli arayışında onun 1 oktyabr 1992-ci il tarixdən 15 fevral 1992-ci il tarixədək "xxxx"nin Yol xidmətində daim gecə növbəsində xüsusilə zərəli əmək şəraitində yol montyoru peşəsində (29 sentyabr 1992-ci il tarixli 335/KŞ saylı əmr) çalışdığı, iş stajı 1 il 04 ay 15 gün olduğu, 15 fevral 1994-cü il tarixdən 18 iyul 2014-cü il tarixədək xüsusilə zərərli əmək şəraitində defektoskop briqadasının operator köməkçisi peşəsində (15 fevral 1994-cü il tarixli 52/KŞ saylı əmr) çalışdığı, iş stajı 20 il 05 ay 4 gün olduğu, 18 iyul 2014cü il tarixdən 1 avqust 2015-ci il tarixədək "xxxx" QSC-nın Yol xidmətinin Yolun vəziyyətinə və diaqnostikasına nəzarət hissəsində iş gecə tuneldə xüsusi zərərli əmək şəraitində olmaqla operator peşəsində (18 iyul 2014-cü il tarixli K-190 saylı əmr) çalışdığı, 1 il 14 gün olduğu, 1 avqust 2015-ci il tarixdən hal-hazıradək Diaqnostika və metroloji təminat mərkəzinin Defektoskopiya qrupunda iş gecə tuneldə xüsusi zərərli əmək şəraitində olmaqla ultrasəsli defektoskop aparatının operatoru peşəsində (13 avqust 2015-ci il tarixli Ş-4586 saylı əmr) işlədiyi, iş stajı 05 il 08 ay 14 gün olduğu, ümumilikdə tuneldə xüsusilə ağır və xüsusilə zərərli əmək şəraitində iş stajının 28 il 6 ay 17 gün təşkil etdiyi göstərilmişdir. Yuxanda qeyd olunan arayışda iddiaçının ağır və xüsusilə zərərli əmək şəraitində işlədiyi qeyd olunsa da, həmin arayışda iddiaçının işlədiyini iddia etdiyi vəzifələrin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş siyahının hansına aid olması, həmin vəzifələrin hansı kod altında göstərildiyi qeyd olunmamışdır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın “Nəqliyyat” bölməsinin (21) metropolitenlər bəndində (21.5) yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr yarımbəndində metropoliten müəssisələrinin briqadirləri, drezinaların sürücüləri, drenajçılar, hidroqaldırıcıların maşinistləri, zumif aqreqatlarının maşinistləri, daxiliyanma mühərriki olan səyyar kompressorların maşinistləri, geodeziya-markşeyder işləri ilə məşğul olan mühəndislər, dəmiryol və metropolitendə bina, qurğu və texniki vasitələrin təmirinin keyfiyyətinə nəzarətlə məşğul olan mühəndislər və müfəttişlər (böyük müfəttişlər), bütün adlarda ustalar (böyük ustalar, ustaların köməkçiləri), qabarit-tədqiqat stansiyalarında məşğul olan texniklər elektrik mexanikləri vəzifələri nəzərdə tutulmuşdur. Lakin iddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçası və arayışda iddiaçının 1 oktyabr 1992-ci il tarixdən 15 fevral 1994-cü il tarixədək olan dövr ərzində "xxxx" QSC-nin Yol xidmətində yol montyoru, 15 fevral 1994-cü il tarixdən 18 iyul 2014-cü il tarixədək olan dövr ərzində defektoskop briqadasının operator köməkçisi, 18 iyul 2014-cü il tarixdən 1 avqust 2015-ci il tarixədək olan dövr ərzində operator və 1 avqust 2015-ci il tarixdən bugünədək ultrasəsli defektoskop aparatının operatoru yol montyoru, defektoskop briqadasının operator köməkşisi, defektoskop aparatının operatoru, ultrasəsli defektoskop aparatının operatoru vəzifələrində işlədiyi müəyyən olunur. Həmin vəzifələr isə «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda göstərilməmişdir. Bu səbəbdən də işin faktiki halları ilə müəyyən olunur ki, iddiaçının güzəştli iş stajı yoxdur. Yuxarıda istinad olunmuş qanunvericilik aktlarının qarşılıqlı təhlilindən və iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən məlum olduğu kimi iddiaçı əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışdığını, bu səbəbdən də ona güzəştli şərtlərlə yaşa görə pensiyasının təyin edilməli olduğunu iddia etsə də işin faktiki hallan ilə iddiaçının işlədiyi vəzifələr istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısında nəzərdə tutulmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş, cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur. Göstərilənlərə və İPM-in 47-ci maddəsinə əsaslanaraq, İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 54.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsinin məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirilməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddia tələbinin dəqiqləşdirərək «iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının iddia ilə bağlı məhkəməyə ünvanlanmış 10 mart 2022-ci il tarixli məktubunda iddiaya qarşı etiraza əlavə olaraq bildirilir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa malikdirlər. Həmin Qanuna dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunun 1-ci bəndinə əsasən bu Qanunun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. İstinad olunan Qanunun müvafiq maddəsindən də məlum olur ki, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ var. İş üzrə icraat materiallarına əlavə edilmiş iddiaçıya məxsus şəxsiyyət vəsiqəsidən məlum olur ki, o, xx xxxx 1961-ci il tarixdə doğulmuşdur. 24 mart 2018-ci il tarixdə iddiaçının 57 yaşı tamam olmuşdur. İddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçası və “Bakı Metropoliteni" QSC-nin arayışından görünür ki, iddiaçının işlədiyi vəzifələr istinad olunan Siyahıda öz əksini tapmamış, iddiaçının işlədiyi müəssisə tərəfindən arayış verilməsinə baxmayaraq, həmin arayışda göstərilmiş iddiaçının işlədiyi vəzifələr ilə Siyahıda qeyd olunan vəzifələr arasında hər hansı uyğunluq mövcud deyildir. Yuxarıda qeyd olunan arayışda iddiaçının ağır və xüsusilə zərərli əmək şəraitində işlədiyi qeyd olunsa da, həmin arayışda iddiaçının işlədiyini iddia etdiyi vəzifələrin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş siyahının hansına aid olması, həmin vəzifələrin hansı kod altında göstərildiyi qeyd olunmamışdır. Həmçinin, iddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçası və “Bakı Metropoliteni" QSC-nin arayışından görünür ki, iddiaçının işlədiyi vəzifələr istinad olunan Siyahıda öz əksini tapmamış, iddiaçının işlədiyi müəssisə tərəfindən arayış verilməsinə baxmayaraq, həmin arayışda göstərilmiş iddiaçının işlədiyi vəzifələr ilə Siyahıda qeyd olunan vəzifələr arasında hər hansı uyğunluq mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nın “Nəqliyyat” bölməsinin (XXVİİİ) metropolitenlər bəndində yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr yarımbəndində metropoliten müəssisələrinin briqadirləri, drezinaların sürücüləri, drenajçılar, hidroqaldırıcıların maşinistləri, zumif aqreqatlarının maşinistləri, daxili yanma mühərriki olan səyyar kompressorların maşinistləri, geodeziya-markşeyder işləri ilə məşğul olan mühəndislər, dəmiryol və metropolitendə bina, qurğu və texniki vasitələrin təmirinin keyfiyyətinə nəzarətlə məşğul olan mühəndislər və müfəttişlər (böyük müfəttişlər), bütün adlarda ustalar (böyük ustalar, ustaların köməkçiləri), qabarit-tədqiqat stansiyalarında məşğul olan texniklər, elektrik mexanikləri vəzifələri nəzərdə tutulmuşdur. Lakin iddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçası və arayışda iddiaçının 1 oktyabr 1992-ci il tarixdən 15 fevral 1994-cü il tarixədək olan dövr ərzində "xxxx" QSC-nin Yol xidmətində yol montyoru, 15 fevral 1994-cü il tarixdən 18 iyul 2014-cü il tarixləri arasındakı dövr ərzində defektoskop briqadasının operator köməkçisi, 18 iyul 2014-cü il tarixdən 1 avqust 2015-ci il tarixədək olan dövr ərzində operator və 1 avqust 2015-ci il tarixdən bugünədək ultrasəsli defektoskop aparatının operatoru yol montyoru, defektoskop briqadasının operator köməkşisi, defektoskop aparatının operatoru, ultrasəsli defektoskop aparatının operatoru vəzifələrində işlədiyi müəyyən olunur. Həmin vəzifələr isə «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı»nda göstərilməmişdir. Bu səbəbdən də işin faktiki halları ilə müəyyən olunur ki, iddiaçının güzəştli iş stajı yoxdur. 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluqunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri giymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Ali Məhkəmə tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda geyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, apelyasiya instansiyası məhkəməsi iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 58.6-cı maddəsinə uyğun olaraq işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən etməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Qeyd olunmalıdır ki, sözügedən arayış güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə (hazırkı halda azı 12 il 6 ay) çalışmasını müəyyən etməyə imkan verməlidir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunla müəyyən olunmuş yaş həddinə 24 mart 2018-ci il tarixdə çatmışdır. Həmin dövrdə qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün əsas şərtlərdən biri kimi fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli olması qeyd olunmuşdur. Belə ki, həmin Qanunun 9.8-ci maddəsində güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edildiyi qeyd olunmuşdur. Lakin iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı qanunvericiliklə tələb olunan məbləğdən azdır. Yuxarıda istinad olunmuş qanunvericilik aktlarının qarşılıqlı təhlilindən və iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən məlum olduğu kimi iddiaçı əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışdığını, bu səbəbdən də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməli olduğunu iddia etsə də işin faktiki halları ilə iddiaçının işlədiyi vəzifələr istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısında nəzərdə tutulmadığından, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı kifayət qədər olmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş, cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur. Göstərilənlərə və İPM-in 47-ci maddəsinə əsaslanaraq, İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda və ona əlavədə göstərilənləri təsdiqlədiyini bildirdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 9.1-ci maddəsinin tələblərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. İşdə olan sənədlər (əmək kitabçası, diplom, arayışlar və s.) əsasında aparılan məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı xx xxxx 1961-ci il tarixdə doğulmuşdur. O, 1980-ci ildən əmək fəaliyyətinə başlamış, 1 oktyabr 1992-ci il tarixdən 15 fevral 1994-cü il tarixədək "xxxx"nin Yol xidmətində gecə növbəsində xüsusilə zərərli əmək şəraitində yol montyoru (1 il 4 ay 15 gün), 15 fevral 1994-cü il tarixdən 18 iyul 2014-cü il tarixədək defektoskop briqadasında operator köməkçisi (20 il 5 ay 4 gün), 18 iyul 2014-cü il tarixdən 1 avqust 2015-ci il tarixədək müddətində "xxxx" QSCnin Yol xidmətinin Yolun vəziyyətinə və diaqnostikasına nəzarət hissəsində operator (1 il 14 gün) vəzifələrində işləmişdir, 1 avqust 2015-ci il tarixdən hal-hazıradək (5 il 8 ay 14 gün) isə diaqnostika və metroloji təminat mərkəzinin defektoskopiya qrupunda ultrasəsli defektoskop aparatının operatoru vəzifəsində çalışır. O, 57 yaşdan güzəştli şərtlərlə yaşa əmək pensiyasının təyin olunması ilə bağlı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin cavabdeh məsələnin həllindən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının işlədiyi operator və operator köməkçisi peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 saylı siyahıda nəzərdə tutulmamışdır. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Nərimanov rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaçının müvafiq müraciəti üzrə qaldlırılan məsələnin həllindən imtina etdiyindən, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisəyə baxılması üçün İPM-in 8.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının yaşayış yeri (Bakı şəhərinin Nərimanov rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə aşağıdakıları diqqətə çəkir: «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqust ayının 1-dən başlayaraq 2000-ci ilin avqust ayının 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (Azərbaycan Respublikasının 1 fevral 1999cu il tarixli 618-İQ nömrəli Qanunu ilə təsdiq edilmişdir) 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» təsdiq edilmiş və müəyyən edilmişdir ki, «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Qərarla təsdiqlənmiş 2 nömrəli Siyahının “XXVİİİ. Nəqliyyat” bölməsinin “2. Metropolitenlər” bəndinin “a” yarımbəndinə “yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr” daxil edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 9 avqust 2006-cı il tarixli qərarı ilə təsdiq edilmiş (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 30 avqust 2006-cı il tarixdə qeydiyyata alınmışdır) «Fəhlə peşələri və işlərin vahid tarifixtisas sorğu kitabçası»nda “defeskopçu” cə “operator” bütün sahələr üçün ümumi olan fəhlə peşələrinə aid edilmişdir. Müvafiq sorğuya cavab olaraq "xxxx" QSC-nin məhkəməyə ünvanlanmış 12 aprel 2022-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - xx xxxx 1961-ci il tarixdə doğulmuş İddiaçı 1 oktyabr 1992-ci il tarixdən 15 fevral 1994-cü il tarixədək "xxxx"nin Yol xidmətində daim gecə növbəsində 24% xüsusi zərərli əmək şəraitində yol montyoru, 15 fevral 1994-cü il tarixdən 18 iyul 2014-cü il tarixədək 24% xüsusi zərərli əmək şəraitində defektoskop briqadasının operator köməkçisi, 18 iyul 2014-cü il tarixdən 1 avqust 2015ci il tarixədək "xxxx" QSC-nin Yol xidmətinin Yolun vəziyyətinə və diaqnostikasına nəzarət hissəsində iş gecə tuneldə 24% xüsusi zərərli əmək şəraitində olmaqla operator peşələrində çalışmışdır. 1 avqust 2015-ci il tarixdən hal-hazıradək Diaqnostika və metroloji təminat mərkəzinin Defektoskopiya qrupunda iş gecə tuneldə 24% xüsusi zərərli əmək şəraitində olmaqla ultrasəsli defektoskop aparatının operatoru peşəsində işləyir. 11 aprel 2022-ci il tarixə İddiaçı xüsusi zərərli əmək şəraitində əmək stajı 29 il 06 ay 14 gün təşkil edir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın “21.Nəqliyyat” bölməsinin 21.5.Metropolitenlər bəndi (yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr) ilə tənzimlənir ki, bu da qüvvədən düşmüş 21 iyun 1993-cü il tarixli 320 saylı qərarın 23000000 XXVİİİ. Nəqliyyat bölməsinin 23002000 2. Metropolitenlər bəndinin 2300200a a) yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr koduna aiddir. Qeyd: Gecə saatlarına görə (30 saatlıq 2 istirahət günü olan iş həftəsi, yalnız gecə vaxtı 5 gecə 2330-dan 0530-dək) İddiaçı əmək haqqına 40%, xüsusi zərərli iş şəraitində işlədiyinə görə 24% əlavə ödənc hesablanır, əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əsas əmək məzuniyyətinə əlavə 6 təqvim günü verilir. Yol montyoru peşəsinin əsas vəzifə və funksiyası metropolitenin istismarında olan yollarda aparılan cari və əsaslı təmir işlərinin (epür (fiqur proyeksiyalarının düz səth üzərində çertyoju) üzrə şpalların və əksqaçıcıların yerləşdirilməsi, relslərdə deşiklərin açılması və relslərin kəsilməsi, şpalların təmir edilməsi) yerinə yetirilməsi, yolun üst quruluşu elementlərinin yüklənməsi və boşaldılmasından ibarətdir. Defektoskop aparatının operatoru peşəsinin əsas vəzifə və funksiyası defektoskop arabası ilə relslərdə olan qüsurların aşkar olunması prosessinin aparılması, aşkar olunan qüsurların ətraflı araşdırılması və təsnifatının aparılması, onların qeydiyyatı və lazım gəldikdə qatarların hərəkət təhlükəsizliyini təmin etmək üçün tədbirlərin görülməsi, cihazlara və xarici baxışa əsasən defektoskop arabasının elementlərində olan çatışmazlıqların aşkar edilməsi, yoxlama dalanında arabanın axtarış sisteminin həssaslığının və iş qabiliyyətinin yoxlanması, sazlanması, tənzimlənməsi və s. ibarətdir. Xüsusi olaraq diqqətə çatdırılır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 1-ci bölməsinin 1.1.2-ci və 1.2-ci bəndlərində, 21-ci bölməsinin 21.1-ci və 21.5-ci bəndlərində, 29-cu və 35-ci bölmələrində metropolitenlə bağlı bəzi peşə və vəzifələrin sadalanmasına baxmayaraq qeyd edilən siyahıda Bakı Metropoliteninin fasiləsiz işinin təmin edilməsində, sərnişinlərin təhlükəsiz daşınmasında, metro tikililərinin, qurğularının, mexanizm və avadanlıqlarının cari saxlanmasında əsas aparıcı rol oynayan yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insan səhhətinə mənfi təsir göstərən amillərlə müşayiət olunan xüsusilə zərərli və ağır əmək şəraitli bir sıra peşə və vəzifələr öz əksini tapmamışdır. Odur ki, güzəştli şərtlərə görə əmək pensiyası hüququ qazanan, lakin sözü gedən siyahıda peşə və ya vəzifələrinin adı qeyd olunmayan metropoliten əməkdaşları öz hüquqlarını sübut və bərpa etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalırlar. Bu səbəbdən "xxxx" QSC-nin 16 iyul 2020-ci il tarixli 40N-10/2-153 saylı məktubu ilə Cəmiyyət üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda əks olunması zəruri olan bütün peşə və vəzifələrin adları cədvəl formasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahıya daxil edilməsi üçün peşə və vəzifələrin siyahısı, əmək şəraiti üzrə iş yerlərinin attestasiyasının nəticələn barədə tərtib olunmuş protokollar və qiymətləndirmə cədvəlləri də təqdim olunmuşdur. Bu günədək heç bir nəticə əldə edilməmişdir. «Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın “21.Nəqliyyat” bölməsinin 21.5. Metropolitenlər bəndi (yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr) altında mütəxəssis adları da yer almışdır ki, bu da uyğunsuzluq təşkil edir (təklif edilən cədvəldə fəhlə və mütəxəssis kateqoriyalara aid olan peşə və vəzifələr müvafiq olaraq a və b yarımbəndlər altında göstərilmişdir). Məhkəmə qeyd edir ki, İddiaçı 2006-cı ilin yanvar ayının 1-dək ümumilikdə 12 il 6 aydan artıq müddət işlədiyi “fefektoskop aparatının operatoru” və”operator köməkçisi” peşələrinin səciyyəvi əlamətləri, eləcə də vəzifə olaraq geçə saatlarında yerinə yetirilməsi, əmək haqqına əlavə məbləğin ödənilməsi və məzuniyyət müddətinə bir neçə gün əlavə edilməsi, habelə bu qəbildən olan peşələrin fəhlə peşəsinə aid edilməsi onların Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş 2 nömrəli Siyahının “XXVİİİ. Nəqliyyat” bölməsinin “2. Metropolitenlər” bəndinin “a” yarımbəndində nəzərdə tutulan fəhlə peşələri olmasını təsdiqləyir. İddiaçının 1992 – 1994-cü illərdə "xxxx"nin müvafiq strukturunda işlədiyi “yol montyoru” peşəsinin güzəştli şərtlərlə pensiya hüququ verən işlərə aid olmasını cavabdeh tərəf mübahisələndirmir və işin bu xüsusatı mübahisələndirilməyən hallarına aiddir. Nəzərə alınmalıdır ki, əmək pensiyaları haqqında qanunvericilik normalarına görə 2006-cı ilin 1 yanvar tarixinədək 25 il ümumi iş stajına, o cümlədən 12 il 6 ay Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda göstərilən vəzifələrdə (peşələrdə) iş stajına malik kişilərin 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. Hazırkı işin hallarına görə də İddiaçı münasibətdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın yaranması üzrə yuxarıda sadalanan bütün şərtlər – 57 yaşın tamam olması, 25 ildən artıq ümumi staj, 12 il 6 aydan artıq güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə stajın toplanması şərtləri ödənilir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranr və bu səbəbdən də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasından cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının imtinası qanuna ziddir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı 57 yaşdan (24 mart 2018-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar