Məhkəmə qərarları › İş №2-1(112)-3496/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3496/2020

14.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3496/2020 14.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X19 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı Bəhrəm qızının iştirakı ilə, İddiaçı Bəhrəm qızının cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı X12 üçüncü şəxs qismində cəlb edilməklə “3-cü şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” tələbinə dair iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı Bəhrəm qızı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı Bakı şəhəri Cavabdeh tərəfindən X5 yaşayış sahəsi kimi, ünvan 1 ünvanının tanınmasına dair qəbul etdiyi qərar etibarsız hesab olunmaqla qeydiyyatın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbayan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1032/2019 saylı 13 may 2019-cu il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 03 sentyabr 2019-cu il tarixli, 2-1(103)-2153/2019 saylı qərardadı ilə iddiaçının apelyasiya şikayətinin qismən təmin edilməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1032/2019 saylı 13 may 2019-cu il tarixli qərarın ləğv edilməsi, işin yenidən baxılması üçün məhkəməyə göndərilməsi qərara alınmışdır. Həmin qərardad onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehin qərarının etibarsız hesab edilməsini tələb etdiyi halda, birinci instansiya məhkəməsi zəruri sübutları tələb etməmiş və onları toplamamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 3272/2019 saylı, 11 dekabr 2019-cu il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 03 sentyabr 2019-cu il tarixli, 2-1(103)-2153/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmış, 3-cü şəxsin kassasiya şikayəti təmin edilməmişdir. Bir sıra prosessual hərəkətlər edildikdən sonra iş materialları Bakı İnzibati Məhkəməsinə daxil olmuşdur. İnzibati iş üzrə hazırlıq icraatının iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, ünvan 1 ünvanından X5 qeydiyyatdan çıxarılması öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3496/2020 saylı 19 may 2020-ci il tarixli qərardadı ilə iddia tərəfindən təqdim edilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən tikili özbaşına inşa edilmiş evdir. Valideyinlərinin vəfatından sonra qardaşı X13 ünvan 2 ünvanında 3 otaqlı mənzil alaraq ailə üzvləri ilə birgə həmin ünvana köçərək, hal-hazırda orada yaşayırlar. Hal-hazırda iddiaçının yaşadığı ünvanda yerləşən tikili iki ailənin, onun və qardaşı Bəxtiyarın istifadəsindədir. Elxan özünün himayəsində olan 1991-ci il təvəllüdlü qızı X4 yolla ona övladlığa verib. (övladlığa vermək məhkəmə vasitəsi ilə müəyyən edildiyi halda Cəmilənin ona övladlığa İcra Hakimiyyətinin sərəncamı ilə verilib) və 2007-ci ildə yaşadığı ünvan üzrə qeydiyyata salıb. İsmayılov Elxanın saxtakarlığının məqsədi, qızının vasitəsi ilə yaşadığı sahəyə daxil olub mənimsəmək olmuşdur. Özünə mülkiyyət hüququ ilə məxsus olan evinin olmasına baxmayaraq, Elxan məqsədli şəkildə hər gün onun ünvanına gəlib maneçilik törədir. O, etirazını bildirəndə isə məhkəməyə müracət edib qızı İsmayılova Cəmilənin qeydiyyatda olduğu lakin bu ünvanda heç vaxt yaşamadığı sahəyə onun yaşayış sahəsinə köçürülməyinə iddia qaldırmışdır. Birinci instansiya məhkəməsi bu iddianı rədd etsə də Elxan iddianı yuxarı instansiya məhkəməsində təmin edilməsinə bütün vasitələrdən istifadə edib nail olmuşdur. İddiaçı qeyd etmişdir ki, Bakı Apellyasiya məhkəməsi müəyyən etmişdir ki, Cəmilə İsmayılova onun yaşayış sahəsi üzrə ümumiyyətlə hər hansı bir hüquq qazanmamışdır. 18.01.2018-ci il icra protokoluna əsasən X12 onun ünvan 3 ünvanında yerləşən yaşayış sahəsinə köçürülüb. Lakin heç vaxt bu ünvan üzrə yaşamayan X1 sonra da gəlib bu ünvanda yaşamamışdır. 1991-ci ildən halhazırkı vaxtadək X5 daimi yaşayış yeri ünvan 4 ünvanında yerləşən mənzil olmuşdur. Bu fakt yaşayış ərazisi üzrə olan 140 saylı MKTİ-nin 04.01.2019-cu il tarixli 83 saylı rəsmi arayışı təsdiq edir.Beləliklə, X5 doğulduğu andan hal-hazırkı vaxtadək yaşadığı və olduğu yer Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən mənzildir. X12 yaşadığı ünvan üzrə vətəndaş hüquqlarını və azadlıqlarını həyata keçirir, dövlət və cəmiyyət qarşısında vəzifələrini icra edir. ”Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinin tələbinə əsasən Cəmilə İsmayılova 1991-ci ildə yaşadığı yaşayış sahəsi üzrə qeydiyyata düşməyə borcludur. Lakin, atası Elxanın məqsədyönlü əmələrinə görə heç vaxt yaşamadığı yaşayış sahəsi üzrə formal qeydiyyatını saxlamaq məcburiyyətindədir. Göstərilənlər onun yaşayış sahəsindən istifadəsini çətinləşdirməklə istifadə hüququnu pozur. İddiaçı qeyd etmişdir ki, X12 ailə üzvü kimi onun yaşayış sahəsində heç vaxt yaşamayıb və yaşamaq istəmir. Cavabdehin formal qeydiyyatı və otağına yığdığı istifadəsiz əşyalar mənzildə yaşamaq hüququnu pozur. Göstərilən dəlillərə əsasən X5 ünvan 1 ünvanı üzrə qeydiyyatı formal xarakter daşıdığından onun həmin ünvandan qeydiyyatdan çıxarılmasına dair qərar qəbul edilməlidir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh tərəfindən məhkəməyə ərizə ünvanlanaraq işə onların nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmiş, lakin üçüncü şəxsin səlahiyyətli nümayəndəsi məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş sənədlər: -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, İddiaçı 02 may 2005-ci il tarixdən Bakı şəhəri, Rəsulzadə qəsəbəsi, Z.Fərzəliyev küçəsi, keçid 1, ev 1-də qeydiyyatdadır. Həmin evdə digər şəxslər 12.11.1962-ci il təvəllüdlü X7, 17.06.1991-ci il təvəllüdlü X12 və 03.04.1990cı il təvəllüdlü İsmayıl-zadə Xırdaxanım Bəxtiyar qızı qeydiyyatdadır. -Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 346 nömrəli 23 aprel 1996-cı il tarixli sərəncamından görünür ki, X3 Minə Bəhrəm qızının övladlığına verilmiş, doğum haqqında şəhadətnaməsinin “ana” qrafasında düzəliş edilərək İddiaçı adı qeyd edilmişdir. -Azərbaycan Respubikası Daxii İşlər Nazirliyi Bakı şəhər Cavabdeh 19 yanvar 2019-cu il tarixli 059-1326İ-3219 saylı məktubundan görünür ki, iddiaçı Bakı şəhəri, ünvan 6 ünvanında qeydiyyatda olan X5 qeydiyyatdan çıxalması barədə müraciətinə orqan tərəfindən imtina edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2286/2016 saylı 01 mart 2016-cı il tarixli qərardadı ilə X5 İddiaçı qarşı “mənzilə köçürülmə” barədə ilkin, İddiaçı X9 qarşı “istifadə hüququnun itirilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 26 noyabr 2014-cü il tarixli qətnaməsinin icrasında geri dönüş olunmasına dair X12 tərəfindən verilmiş ərizəyə baxılmış, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 26 noyabr 2014-cü il tarixli 2(001)19/14 saylı qətnaməsinin icrasında geri dönüş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-725/2017 saylı 27 yanvar 2017-ci il tarixli qətnaməsindən görünür ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)- 9519/2014 saylı iş üzrə 26 noyabr 2014-cü il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə, yəni X5 İddiaçı qarşı mənzilə köçürülmə tələbinə dair iddiasının rədd olunması hissəsində ləğv edilməsi və həmin hissədə yeni qətnamə çıxarılması, X5 İddiaçı qarşı mənzilə köçürülmə tələbinə dair iddiasının təmin olunması, X12 ünvan 7 ünvanına köçürülməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 01 noyabr 2017-ci il tarixli 2(102)-7472/17 saylı qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 yanvar 2017-ci il tarixli, 2(103)-725/17 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı icra edilərək Binəqədi rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X10 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-725/2017 saylı 27.01.2017-ci il tarixli icra vərəqəsinə əsasən X5 ünvan 7 ünvanına köçürülməsi təmin edilmiş və onun mənzilə köçürülməsi barədə şahidlərin iştirakı ilə 18 yanvar 2018-ci il tarixli akt tərtib edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən evdə iddiaçı ilə yanaşı onun övladlığa götürdüyü X12, X7 və İsmayıl-zadə Xırdaxanım Bəxtiyar qızı qeydiyyatda olmaqla həmin ünvanda qeydiyyatdadırlar. Binəqədi rayon Məhkəməsində X3 Mina Bəhram qızına qarşı “mənzilə köçürülmə” barədə, İddiaçı isə X9 qarşı qarşılıqlı iddia qaldıraraq “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair ərizə ilə müraciət etmiş və həmin məhkəmənin 26.11.2014-cü il tarixli qətnaməsinə əsasən X5 mənzilə köçürülmə barədə iddiası rədd edilmiş, İddiaçı isə sonuncunun ünvan 1 ünvanında yerləşən evdən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə iddia tələbi təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2286/2016 saylı 01 mart 2016-cı il tarixli qərardadına əsasən Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 26 noyabr 2014-cü il tarixli 2(001)19/14 saylı qətnaməsinin icrasında geri dönüş edilmişdir ki, həmin qərardad X5 ünvan 1 ünvanına pasport qeydiyyatına alınması üçün əsas olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 725/2017 saylı 27 yanvar 2017-ci il tarixli qətnaməsindən göründüyü kimi Binəqədi rayon Məhkəməsinin 2(001)-9519/2014 saylı iş üzrə 26 noyabr 2014-cü il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə, yəni X5 İddiaçı qarşı mənzilə köçürülmə tələbinə dair iddiasının rədd olunması hissəsində ləğv edilmiş və X5 ünvan 7 ünvanına köçürülməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 01 noyabr 2017-ci il tarixli 2(102)-7472/17 saylı qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 yanvar 2017-ci il tarixli, 2(103)-725/17 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qanuni qüvvəsinin almış məhkəmə qətnaməsi icra edilərək X2 mübahisəli mənzilə köçürülməsi məhkəmənin icra sənədinə əsasən Binəqədi rayonu İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən təmin edilmiş və onun mənzilə köçürülməsi barədə akt tərtib edilmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” AR Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 9-cu maddəsinə əsasən müvafıq iсra hakimiyyəti orqanları tərəfındən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır. 1)yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafıq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2)başqa ölkədə yaşayış yeri seçdikdə - müvafıq icra hakimiyyəti orqanlarmın məlumatma əsasən; 3)azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4)öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktımın qeydə alınması haqqında müvafıq dövlət orqanının məlumatı əsasında; 5)yaşayış sahəsindən çıxarıldıqda və уa yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6)qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında; 7)əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarıldıqda - müvafıq icra hakimiyyəti orqanının məlumatı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14.06.1996-cı il tarixli 493 nömrəli Fərmanının 2.3cü bəndinə görə “ Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu bəndində nəzərdə tutulmuş “ müvafiq icra hakimiyyəti orqanı” səlahiyyətini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər. Azərbaycan Respublikasının 08.12.1999-cu il tarixli 773- İQ saylı Qanunu ilə təsbit edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında ” Azərbaycan Respublikasının Qanununun tətbiqi haqqında Əsasnamənin 10-cu bəndinə görə Azərbaycan 4 Respublikası müvafiq icra hakimiyyəti yalnız aşağıdakl hallarda şəxsi yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. a) Yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanının məlumatına əsasən; b) Başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanının məlumatına əsasən; v) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; q) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında; d) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; ə) əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası hüdudlarından kənar edildikdə - müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında. Həmin hüquq normasının məzmunundan da göründüyü kimi qanunverici şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas verən halların dəqiq siyahısını vermiş və həmin siyahı inzibati orqan tərəfindən geniş təfsir oluna, yəni uzadıla bilməz. İşin müəyyən edilmiş faktiki hallarına Qanunun, mübahisənin maddi hüquqi əsasını təşkil edən 9-cu maddəsinin tələbləri baxımından hüquqi qiymət verən Məhkəmə hesab edir ki, iş üzrə sözügedən norma ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticəsinə riayət olunmur. Belə ki, 9-cu maddənin mənasına görə cavabdeh yaşayış yeri üzrə qeydiyyatda olan hər hansı şəxsi (hazırkı işdə üçüncü şəxsləri) 1 və 2-ci bəndlərdə nəzərdə tutulan hallarda yalnız müvafiq icra hakimiyyəti orqanının rəsmi məlumatı, 3-6-cı bəndlərində təsbit olunan hallarda isə yalnız məhkəmə qərarı təqdim olunduqda yaşayış yeri üzrə qeydiyyatdan çıxara bilər. Qanunverici adıçəkilən normada qəti siyahı tərtib etmiş və inzibati orqana bu məsələnin həllində heç bir qiymətləndirmə sərbəstliyi tanımamışdır. Məhkəmə qeyd edir ki, üçüncü şəxs X12 məhkəmə qətnaməsi əsasında Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Fərzəliyev küçəsi, döngə 1-də, 1 nömrəli evə köçürülmüşdür. Məhkəmə həmçinin qeyd edir ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Fərzəliyev küçəsi, döngə 1-də, 1 nömrəli ev özbaşına tikili olduğundan və X5 həmin mənzilə köçdüyündən həmin mənzildə qeydiyyatda qalması iddiaçının mülkiyyət hüququnu məhdudlaşdıran hal kimi hesab edilə bilməz. Göstərilənləri nəzərə alaraq Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən 3-cü şəxsin sözügedən mənzildən qeydiyyatdan çıxarılmasından imtina edilməsi onun qanunsuz hərəkəti kimi qiymətləndirilə bilməz. Çünki iddiaçı tərəfindən həmin orqana 3-cü şəxsin qeydiyyatdan çıxarılmasına əsas verən (qanunla müəyyən edilmiş) sənədlər təqdim edilməmişdir. Beləliklə, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən üçüncü şəxsin qeydiyyatdan çıxarılmaması ilə bağlı hərəkətləri qanunazidd deyildir. Çünki cavabdeh vətəndaşların yaşayış yerləri üzrə qeydiyyatını aparmaqla öz fəaliyyətini yalnız qanunla müəyyən edilmiş qaydada qurmalı olan dövlət orqanıdır, yəni cavabdeh vətəndaşların yaşayış yeri üzrə qeydiyyatdan çıxma və qeydiyyata salınması ilə bağlı məsələləri hüquq çərçivəsində həll etməlidir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumihüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, Məhkəmə hesab edir ki, İddiaçı Bəhrəm qızı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı ünvan 1 ünvanından X5 qeydiyyatdan çıxarılması öhdəliyinin Cavabdeh üzərinə qoyulması tələbinə dair iddiası əsassızdır və rədd edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 14.3-cü, 23.1-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 73.1-ci, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı Bəhrəm qızının cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı X12 üçüncü şəxs qismində cəlb edilməklə “3-cü şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar