Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3496/2024 25.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə (zəruri cəlbetmə qaydasında üçüncü şəxs X3) qarşı “yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, 47/2-Ə-27646 nömrəli imtinası etibarsız hesab edilərək xx.xx.1986-cı il təvəllüdlü X2 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Səbail Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı və X3 xx.xx.2008-ci il tarixdə Səbail rayon Qeydiyyat Şöbəsində 257 №-li akt qeydi ilə rəsmi nikaha daxil olmuşlar. Tərəflərin birgə nikahından xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X5 adlı övladları dünyaya gəlmişdir. Xasiyyətlərinin uyğun gəlməməsi ailənin faktiki olaraq dağılmasına səbəb olmuşdur. Tərəflər arasında münasibətlər pozulduğuna görə onların nikahları yalnız formal xarakter daşıdığından nikahın pozulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-235/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı ilə X3 arasında Səbail rayon qeydiyyat şöbəsində 15 avqust 2008-ci il tarixdə bağlanmış və 257 №-li akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuşdur. Qətnamə qanuni qüvvəyə minmişdir. Artıq 1 ildən çoxdur ki, X3 ünvan 1 ünvanını tərk etmiş, ünvan 3l-hazırda da orada yaşayır. İddiaçının ailə üzvü olmayan X3 iddiaçı - İddiaçı məxsus olan ünvan 1 ünvanında qeydiyyatdadır. X2 iddiaçının razılığı və icazəsi olmadan ona məxsus olan ünvan 1 ünvanında pasport qeydiyyatında qalması mülkiyyətçi kimi iddiaçının konstutision hüquqlarına müdaxilə olmaqla bərabər zidddir. Ona görə də iddiaçı tərəfindən X1 ünvandan qeydiyyatdan çıxarılması barədə Bakı şəhər Səbail Rayon Polis İdarəsinə müraciət olunmuşdur. Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, 47/2-Ə-27646 nömrəli məktubu ilə imtina edilmişdir. Ona görə də iddiaçı məhkəməyəə müraciət etmək məcburiyyətində qalmışdır.
3. Cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən mənzildə qeydiyyatda olan X2 göstərilən ünvandan qeydiyyatdan çıxarılması ilə əlaqədar mövcud qanunvericiliyin tələbləri nəzərə alınaraq “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən məhkəmə orqanlarına müraciət etmək məqsədə müvafiqdir.
4. Məhkəmənin hazırki iş üzrə xx.xx.2023-cü il tarixli Qərardadı ilə X3 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
5. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli Arayışdan görünür ki, İddiaçı (xx.xx.1980-ci il təvəllüdlü), X3 (xx.xx.1986-cı il təvəllüdlü) ünvan 1 ünvanında qeydiyyatdadır.
6. Bakı şəhəri Səbail rayon Məhkəməsinin e-2(009)-235/2023 saylı, xx.xx.2023-cü il tarixli Qətnaməsi ilə İddiaçı ilə X4 arasında Səbail rayon qeydiyyat şöbəsində 15 avqust 2008-ci il tarixdə bağlanmış və 257 №-li akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuşdur. 16 dekabr 2009-cu il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X5 (anaları) X2 yanında saxlanılmışdır.
7. Səbail Rayon Məhkəməsinin 2(009)-235/2023 saylı, 15 avqust 2023-cü il tarixli Qətnamədən Çıxarışa əsasən iddia təmin edilmiş, İddiaçı ilə X4 arasında Səbail rayon qeydiyyat şöbəsində 15 avqust 2008-ci il tarixdə bağlanmış və 257 №-li akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuşdur. Qətnamə 30 sentyabr 2023-cü il tarixdə qanuni qüvvəsini almışdır.
8. Nikahın pozulması haqqında şəhadətnamədə qeyd olunmuşdur ki, İddiaçı və X3 arasındakı nikah Səbail Rayon Məhkəməsinin qətnaməsinə əsasən xx.xx.2023-cü il tarixdə pozulmuşdur.
9. İddiaçı tərəfindən məhkəməyə ünvanlanan ərizədə qeyd olunmuşdur ki, hazırki işin tam və hərtərəfli araşdırılması məqsədi ilə Bakı şəhəri Səbail rayon Polis İdarəsinə sorğu göndərilməli olduğu bildirilmişdir. Belə ki, iddiaçı tərəfindən 94/23 saylı, xx.xx.2023-cü il tarixli vəkil sorğusu ilə Bakı şəhəri Səbail rayon Polis İdarəsinə müraciət olunaraq, X2 ünvan 1 ünvanına qeydiyyata alınmasına əsas olmuş sənədlərin təsdiq edilmiş surətlərinin, o cümlədən buna dair məlumatın göndərilməsi xahiş edilmişdir. Hal-hazıradək heç bir cavab verilməmişdir. Odur ki, hazırda məhkəməyə sözügedən vəsatətlə müraciət etmək məcburiyyətində qalmışdır. AR İPM-nin 60-cı maddəsinə görə, İnzibati orqanlar məhkəmənin tələb etdiyi sənədləri və ya aktları, habelə zəruri məlumatları təqdim etməyə borcludurlar. AR İPM-nin 1.2-ci maddəsinə görə, Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. AR MPM-nin 78.2-ci maddəsinə görə, İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 10 faiz paya (səhmə) malik olan işdə iştirak edən şəxs vəsatətdə işdə iştirak edən digər şəxsdə (hüquqi şəxsdə və ya onun adından çıxış edən şəxsdə) olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.4-cü maddəsində nəzərdə tutulan hallarla bağlı bütün sənədlərin (konkret sənəd göstərilmədən) və ya məlumatların təqdim edilməsinin təmin olunmasını məhkəmədən tələb edə bilər. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Yuxarıda göstərilənləri əsas gətirərək, AR MPM-nin 78.2-ci maddəsini rəhbər tutaraq, hazırki tələb üzrə işin hallarının araşdırılması məqsədi ilə Bakı şəhəri Səbail rayon Polis İdarəsinə - X2 ünvan 1 ünvanına qeydiyyata alınmasına əsas olmuş sənədlərin təsdiq edilmiş surətlərinin, o cümlədən buna dair məlumatın məhkəməyə təqdim edilməsi barədə sorğu göndərilməsi xahiş edilmişdir.
10. Vəkil sorğusuna cavab olaraq Bakı şəhəri Səbail Rayon Polis İdarəsi tərəfindən ünvanlanan məktubda qeyd olunmuşdur ki, vətəndaş X2 ünvan 7 ünvanına qeydiyyata alınma əsasları saxlama müddəti bitdiyindən müvafiq qaydada məhv edilmişdir.
11. Cavabdeh Səbail Rayon Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanan məktubda səlahiyyətli nümayəndənin iştirakı olmadan keçirilməsini xahiş etmişdir
12. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi və evə dair daşınmaz əmlakın dövlət reyestrindən adına çıxarışın olmadığını bildirdi.
II. İddianın növü və mümkünlüyü
13. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.
14. Belə ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.
15. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, iddiaçının qeyd edilən fərdi yaşayış evinə dair hər hansı hüquqmüəyyənedici sənədi yoxdur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli Arayışa əsasən İddiaçı və üçüncü şəxs X3 ünvan 1 ünvanında qeydiyyatdadır. Nəticə etibarilə iddiaçı mənzildə yaşayış yeri üzrə qeydiyyatda olan üçüncü şəxslə eyni hüquqi vəziyyətdədir. Odur ki, məhkəmə qeyd edir ki, iddiaçının hazırkı tələbi irəli sürməyə hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacı yoxdur.
16. Məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyil. Odur ki, iddianın mümkün sayılmaması onun məhkəməyə çatımlılıq hüququnu pozmur və iddianın mümkün sayılmaması qarşıya qoyulan məqsədə (bərabərlik hüququnun təmin edilməsinə) uyğundur.
17. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
18. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva