Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3497/2023 19.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanova Fəridə Sultan qızının katibliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə qarşı X18. X10, X11, X22, X6, X23, X14,X33, X34, X2, X27, X19 məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb edilməklə “iddiaçıya məxsus olan Bakı şəhəri, Nəsimi rayonu,Ak.Mirqasımov küçəsi 23 saylı evdən X18. X10, X11, X22, X6, X23, X14,X33, X34, X2, X27, X7 qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında məhkəmə binasında baxaraq, MÜƏYYƏN ETDİ: I. Mübahisənin predmeti
1. İddiaçı cavabdeh Bakı şəhər Nəsimi rayon Polis İdarəsinə qarşı “iddiaçıya məxsus olan Bakı şəhəri, Nəsimi rayonu,Ak.Mirqasımov küçəsi 23 saylı evdən X18. X10, X11, X22, X6, X23, X14,X33, X34, X2, X27, X7 qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, AK.Mirqasımov küçəsi 23 saylı ev iddiaçının şəxsi mülkiyyətində və istifadəsindədir. Həmin mənzildə formal olaraq X18, X24, X11, X22, X6, X23, X14, X33, X34, X3, X35, X19 qeydiyyatdadırlar. İddiaçı mülkiyyətçi kimi öz hüquqlarını həyata keçirə bilmir. Qeyd edilən şəxslərin qeydiyyatdan çıxarılması barədə Nəsimi rayon Polis İdarəsinə müraciət etmiş, 04 oktyabr 2022-ci il tarixdə müraciətinə cavab olaraq bildirilmişdir, şəxslərin qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qeydiyyatdan çıxarılması qətnaməsi əsasında həyata keçirilir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
3. Üçüncü şəxslər X18 və X20 iddia ərizəsinə etiraz təqdim edərək bildirmişlər ki, onlar iddiaçının övladlarıdırlar və həmin mənzilə istifadə hüquqları var. İddiaçı kompensasiya ödəməklə onları qeydiyyatdan çıxara bilərdi. Bundan başqa həmin mənzilə dair istifadə hüquqları olduğuna görə, qaldırılan iddia inzibati məhkəmə icraatına aid deyildir. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişlər.
4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş iddiaya dair etirazın təqdim edilməsi haqqında məhkəmə sərəncamı cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi tərəfindən icra edilməmiş, iddiaya dair etiraz məhkəməyə təqdim edilməmişdir.
II. İddianın növü və mümkünlüyü
5. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
6. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş, cavabdehdən imtina məktubu alınmış, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
7. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş tərəflər məhkəmə bахışınа öz nümаyəndələrini göndərməmişdirlər. Cavabdeh məhkəməyə müraciət edərək onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Оdur ki, məhkəmə işə tərəflərin iştirаkı оlmаdаn bахmışdır.
İş materiallarında olan sənədlər
AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1948-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. 08 iyul 2011-ci il tarixli X17 Müqaviləsinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, M.Qasımov küçəsi, ev 23-də qeydiyyatda olanlar – X18, X23, X8 və X28 və ünvan 1 ünvanında qeydiyyata olan X9 tərəfindən həmin müqavilə aşağıdakı məzmunda bağlanılmışdır: A.Y.Tarverdiyev, Ə.Y.Tarverdiyev, İ.Y.Tarverdiyeva və R.Y.Nəsirli, Bakı şəhəri 13-cü DNK tərəfindən xx.xx.2011-ci il tarixdə qeydiyyatdan keçmiş 2V-170 saylı vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2010-cu il tarixdə vəfat etmiş X4 miras qalmış – iki otaqdan ibarət, yaşayış sahəsi 39,50 kv.m ümumi sahəsi 56,90 kv.m olan Bakı şəhəri, Nəsimi rayonu, M.Qasımov küçəsində yerləşən 23 nömrəli evdən hər birinə məxsus 1/5 hissədən ibarət vərəsəlik paylarını anaları İddiaçı bağışlamışlar. İddiaçı 1 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisinə ünvanladığı xx.xx.2020-ci il tarixli, **********626 nömrəli ərizəsinə əsasən bildirmişdir ki, "xxxx" MMCnin, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Feyzulla Qasımzadə, Mirəli Qaşqay və AK.Mirəsədulla Mirqasımov küçələrinin kəsişməsində məhəllədə inşa edəcəyi 2 saylı binanın, 1 saylı girişi, 9-cu mərtəbəsindəki, ümumi sahəsi 190.7 kv/m olan 4 otaqlı (tam təmirli) mənzilə dair onunla "xxxx" MMC arasında bağlanılmış xx.xx.2019-cu il tarixli müqavilənin ləğv edilməsi və X12 adına rəsmiləşdirilməsinə razıdır və heç bir etirazı yoxdur. Gələcəkdə "xxxx" MMC-yə mənzil sahəsi ilə heç bir maddi tələbi və iddiası olmayacaq. 04 aprel 2018-ci il tarixli müqavilənin surətinə əsasən, birinci tərəf "xxxx" MMC, ikinci tərəf İddiaçı, "xxxx" MMC tərəfindən Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin 27 yanvar 2017-ci il tarixli 18 saylı Sərəncamına və həmin sərəncama qismən dəyişiklik edilməsi barədə Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyətinin 01 dekabr 2017-ci il tarixli 319 saylı Sərəncamına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Feyzulla Qasımzadə, Mirəli Qaşqay və X31 küçələrinin kəsişməsindəki məhəllədə tikiləcək çoxmərtəbəli yaşayış binasının inşa edildiyi ərazidə yerləşən, İddiaçı mülkiyyətində olan mənzilin əvəzinə yeni tikilən yaşayış binasında mənzil verilməsi şərti ilə boşaldılaraq sökülməsi və müvafiq dövlət qeydiyyatının ləğv edilməsi barədə razılığıa gəlinib. Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” 45735184 nömrəli xx.xx.2022-ci il tarixli arayışına əsasən, ünvan 3 ünvanında qeydiyyatdadırlar – X18 (xx.xx.1977-ci il təvəllüd), X24 (xx.xx.2014-cü il təvəllüd), X11 (xx.xx.2010-cu il təvəllüd), X12 (xx.xx.1982-ci il təvəllüd), X22 (xx.xx.1964-cü il təvəllüd),X6 (xx.xx.2016-cı il təvəllüd), X14 (xx.xx.2011-ci il təvəllüd), X23 (xx.xx.1979-cu il təvəllüd), X33 (xx.xx.1991-ci il təvəllüd), X34 (xx.xx.1999-cu il təvəllüd), X1 (xx.xx.1985-ci il təvəllüd), X36 (xx.xx.1971-ci il təvəllüd), X19 (xx.xx.1974-cü il təvəllüd). 08 iyul 2011-ci il tarixli, AN-İ ******* nömrəli “Qanun üzrə vərəsəlik haqqında şəhadətnamə”nin surətinə əsasən, 22 aprel 2010-cu il taixdə vəfat etmiş X5 vərəsələri bunlardır – Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Vazeh küçəsi, ev 6, mən 11-də qeydiyyatda olan arvadı – İddiaçı, Bakı şəhəri, Nəsimi rayonu, M.Qasımov küçəsi, ev 23-də qeydiyyatda olanlar: oğlu – X18, oğlu – X23, qızı – X8 və qızı – X36.Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri, Tİ və MHQİ tərəfindən xx.xx.1996-cı il tarixdə verilmiş 638 R/K, səhifə 95806, 30/95806 qeydiyyat nömrəsi olan qeydiyyat vəsiqəsinə əsasən, iki otaqdan ibarət, yaşayış sahəsi 39,50 kv.m ümumi sahəsi 56,90 kv.m olan Bakı şəhəri, Nəsimi rayonu, M.Qasımov küçəsində yerləşən 23 nömrəli evdə yerləşən mənzildən ibarətdir. Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli məktubuna əsasən bildirilmişdir ki, Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Qanunun 9-cu maddəsinin tələblərinə əsasən, müraciətdə göstərilən şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qeydiyyatdan çıxarılmas barədə qətnaməsi əsasında həyata keçirilir. Məhkəmə orqanlarına müraciət etmək hüququ var. Üçüncü şəxslər tərəfindən məhkəməyə təqdim edilmiş: Azərbaycan Respublikası Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Birliyi 13 saylı Mənzil Kommunal İstismar Sahəsinin 65 nömrəli, 23 fevral 2023-cü il tarixli arayışına əsasən, X36 M.Qasımov küçəsi, 23 nömrəli binada yaşayır. xx.xx.1992-ci ildən bu günə kimi yuxarıda qeyd olunan ünvanda qeydiyyatdadır. Ev pilot layihə çərçivəsində 2018-ci ilin iyul ayında sökülüb, yerində yüksək mərtəbəli bina tikilib. Azərbaycan Respublikası Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Birliyi 13 saylı Mənzil Kommunal İstismar Sahəsinin 64 nömrəli, 23 fevral 2023-cü il tarixli arayışına əsasən göstərilmişdir ki, X23 M.Qasımov küçəsi, 23 nömrəli binada yaşayır. xx.xx.1992-ci ildən bu günə kimi yuxarıda qeyd olunan ünvanda qeydiyyatdadır. Ev pilot layihə çərçivəsində 2018-ci ilin iyul ayında sökülüb, yerində yüksək mərtəbəli bina tikilib. Azərbaycan Respublikası Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Birliyi 13 saylı Mənzil Kommunal İstismar Sahəsinin 63 nömrəli, 23 fevral 2023-cü il tarixli arayışına əsasən göstərilmişdir ki, X18 M.Qasımov küçəsi, 23 nömrəli binada qeydiyyatdadır. xx.xx.1992-ci ildən bu günə kimi yuxarıda qeyd olunan ünvanda qeydiyyatdadır. Ev pilot layihə çərçivəsində 2018-ci ilin iyul ayında sökülüb, yerində yüksək mərtəbəli bina tikilib. Məhkəmə sorğusu əsasında Dövlət Notariat Arxivi xx.xx.2023-cü il tarixli, 3-16-5/6- 11-974/23 nömrəli məktubu ilə məhkəməyə Bakı şəhəri 13 dövlət notariat ofisində 08 iyul 2011-ci il tarixdə 2V-170 reyestr nömrəsi ilə verilmiş vərəsəlik hüququ haqqında şəhadətnaməyə dair notariat işinin surətini göndərmişdir. Məhkəmə sorğusu əsasında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli “Məlumatın verilməsi barədə” məktubu ilə bildirilmişdir ki, X18. X10, X11, X22, X6, X23, X14,X33, X34, X2, X27, X7 ünvan 5 ünvanında istifadə hüquqlarının dövlət reyestrində qeydiyyatda alınması ilə bağlı məlumat aşkar edilməmişdir. İİİ. Məhkəmənin mövqeyi
8. Məhkəmə, iddia ərizəsini, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək, hеsаb еdir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
9. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
10. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
11. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.1-ci maddəsinin tələbinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir.
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 178.1-ci maddəsinə uyğun olaraq, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Həmin Məcəllənin 178.2-ci maddəsinə əsasən, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Həmin Məcəllənin 27.3-cü maddəsinə əsasən əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir.
13. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır.Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. Həmin Qanunun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.
14. Yаşаyış yеri və оlduğu yеr üzrə qеydiyyаt hаqqındа” Аzərbаycаn Rеspublikаsının Qаnunundа şəxsin (şəхslərin) yаşаyış yеri üzrə qеydiyyаtdаn çıхаrılmаsının əsаslаrı dəqiq göstərilmişdir.
15. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən;2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında;5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında;6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.
16. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.
17. İş materiallarından göründüyü kimi üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını tələb edən iddiaçı “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsində olan hər hansı bir səbəb göstərməmişdir.
18. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. İş materiallarından müəyyən olunur ki. iddiaçının qeydiyyatdan çıxarılmasını tələb etdiyi şəxslər onun ailə üzvləridir.
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir: “Bu hüquqi mövqelərə əsaslanaraq qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 8 oktyabr tarixli Qərarı). Bu məqsədlərə nail olmaq üçün yaşayış sahəsinin mülkiyyətçisi və onun ailə üzvləri arasında həmin yaşayış sahəsinə dair qarşılıqlı hüquq və vəzifələrin həcmini müəyyən edən hüquqi əsasları, o cümlədən ailə üzvlərinin yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması əsaslarını müəyyən etmək vacibdir.
20. Üçüncü şəxslərin məhkəməyə təqdim etdiyi iddiaya dair etirazlarından və izahatlarından müəyyən olunur ki, onların yaşamağa və qeydiyyata alınmasına dair başqa mənzilləri yoxdur. Qeydiyyatda olduğları mənzil isə bağışlama müqaviləsi əsasında vərəsəlik paylarından imtina edərək, analarına yəni, iddiaçıya bağışlamışlar.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
22. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhər Nəsimi rayon Polis İdarəsinə qarşı “iddiaçıya məxsus olan Bakı şəhəri, Nəsimi rayonu,Ak.Mirqasımov küçəsi 23 saylı evdən X18, X10, X11, X22, X6, X23, X14,X33, X34, X2, X27, X7 qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddiası təmin edilməməlidir.
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
24. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq
QƏRARA ALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova