Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3498/2020 19.03.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçınin cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (3-cü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsi) “qərarın icra edilməsi” tələbi barədə inzibati mübahisəyə dair iş üzrə iddianın baxılmadan geri qaytarılması haqqında ərizəyə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (3-cü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə xx.xx.2019-cu il və xx.xx.2020-ei il tarixlərdə etdiyi müraciətlərə cavab verilməməkdə ifadə olunun hərəkətsizliyin qanunsuz hesab edilməsi, müraciətlərə cavab vermək vəzifəsinin cavabdehə həvalə edilməsi, Nəsimi rayon Məhkəməsinin 2-1249/1996 saylı 23 dekabr 1996-cı il tarixli qətnaməsinə Nəsimi rayon Məhkəməsi tərəfindən xx.xx.2019-cu il tarixli qərardadla izah verildiyi halda, həmin icra sənədinin icra edilməməsində ifadə olunan hərəkətsizlik qanunsuz hesab edilməsi və icra sənədinin icrasından imtina edilməsi kimi qiymətləndirilməsi, həmin hərəkətsizlik nəticəsində iddiaçıya vurulmaqda olan zərərin əvəzi olaraq cavabdehdən onun hesabına ağlabatan məbləğdə kompensasiyanın tutulması barədə qərar qəbul edilməsi, Nəsimi rayon Məhkəməsinin 2-1249/1996 saylı 23 dekabr 1996-cı il tarixli qətnaməsinin icra edilməsindən imtina edildiyi üçün təqsirkar şəxslər borclular X2 və ailə üzvləri olan oğlu X3, oğlu X4, qızı X1, arvadı Əliyeva Ellada Hicran qızının barəsində xüsusi qərar qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixə təyin edilmiş məhkəmə iclasında İddiaçı məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçını dinləyib, ərizənin əsaslarını və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalı və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2, 80-cı, Mülki Prosessual Məcəlləsinin 170.1, 170.3-cü maddələrinə əsasən, QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (3-cü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsi) “qərarın icra edilməsi” tələbi barədə inzibati mübahisəyə dair iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işə baxılmadan iddiaçıya geri qaytarılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim edildiyi andan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə tərəflər Bakı Apelyasiya Məhkəməsinə şikayət verə bilərlər. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-3498/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3498/2020
19.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver