Məhkəmə qərarları › İş №2-1(112)-3498/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3498/2022

19.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3498/2022 19.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçı (Daşkəsən rayonunda qeydiyyatdadır, orta təhsilli, işləmir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin xx.xx.2021-ci il tarixli imtinasının əsassız hesab edilərək əlilliyin bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ilkin olaraq Gəncə İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia qaldıraraq “əmək pensiyasını bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının daha sonra təqdim etdiyi iddia tələbinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin xx.xx.2021-ci il tarixli imtinasının əsassız hesab edilərək əlilliyin bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” kimi dəqiqləşdirilməsinə dair ərizəsi Gəncə İnzibati Məhkəməsinin qərardadı ilə icraata qəbul olunmuşdur. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1593/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadına əsasən inzibati iş cavabdehin yerləşdiyi yer üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 11 avqust 2008-ci ildə işlədiyi Daşkəsən rayon Telekommunikasiya qovşağında iş vaxtı dirək aşması nəticəsində kəlləbeyin travması almışdır. Aldığı travma nəticəsində Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Komissiyasının rəyi ilə “Dəqiqləşməmiş emsefotapiya, keçirilmiş kəllə-beyin travmasının davamlı qalığı, postravmatik serebral araxnoidit, kəllə daxili hipotenziya ensefolpatiya İİ-İİİ mərhələ” diaqnozu əsasında İİ dərəcəli əmək qabiliyyətsiz əlillik dərəcəsi verilmişdir. 2012ci ildən dacamlı olaraq əmək pensiyası almışdır. Cavabdeh tərəfindən keçirilmiş təkrar qiymətləndirmədən sonra 01 yanvar 2021-ci il tarixdən pensiya təminatı dayandırılmışdır. Bu haqda dəfələrlə müraciət etməsinə baxmayaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən heç bir cavab verilməmişdir. Təkrar qiymətləndirmənin nəticəsi olaraq ona sms vasitəsilə bildirilmişdir ki, əlavə müalicəyə ehtiyacı olması səbəbindən əlillik dərəcəsinin müddəti dayandırılmışdır. İddiaçı Daşkəsən rayonunda yaşayır, nə Daşkəsən rayonunda, nə də X3 müalicəsi üçün fərqli işlər görülmür, əvvəl olduğu kimi ona qeydiyyatda olduğu dispanserdən psixotrop dərmanlar verilir. Hesab edir ki, aldığı zədə müalicə ilə səkkiz ildə sağalmamışdırsa, bundan sonra da sağalması mümkün deyil. İddiaçıya verilən psixotrop dərmanlar sadəcə onun səhhətində baş verən ağırlaşmaların şiddətlənməsinin qarşısını almağa xidmət edir. Qeyd edir ki, onun hər bir halda pensiyadan başqa gəlirləri yoxdur, xəstə olmasaydı, işləyərdi. Ancaq o, bu gün səhhəti ilə bağlı olaraq işləyə bilmir. Tələb edir ki, pensiya verilməsi davam etdirilməklə bərabər müalicə edilsin və sağaldığı andan pensiyası dayandırılsın. Bildirir ki, xəstə ola-ola pensiyasının kəsilməsi tam olaraq qanunsuzdur. İddiaçı cavabdehin imtinasını əsassız və qanunsuz hesab edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamını icra edərək cavabdeh iddiaya dair etirazını təqdim edərək göstərmişdir ki, İddiaçı əlillik vəziyyətinə Daşkəsən Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2011-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Əmək zədəsi; X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G90 - Vegetativ sinir sisteminin pozğunluqları => G90.8 - Vegetativ [avtonom] sinir sisteminin digər pozğunlu...; Diaqnozun mətni: Keçirilmiş QKBT davamlı qalığı, zədədən sonrakı serebral araxnoidit.Kəllədaxili hipertenziya. Ensefalopatiya İİİ mər. Vegetativ damar paroksizmaları və qıcolma tutmaları ilə. Asteno-nevrotik sindrom.L3 fəqərəsinin travmadan sonrakı kompressiyası. Kökcük ağrıları ilə; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: 2.3 Keçirilmiş QKBT davamlı qalığı, zədədən sonrakı serebral araxnoidit. Kəllədaxili hipertenziya. Ensefalopatiya İİİ mər. Vegetativ damar paroksizmaları və qıcolma ...” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Daşkəsən Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Əmək zədəsi; X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G90 - Vegetativ sinir sisteminin pozğunluqları => G90.8 - Vegetativ [avtonom] sinir sisteminin digər pozğunlu...; Diaqnozun mətni: Keçirilmiş QKBT davamlı qalığı, zədədən sonrakı serebral araxnoidit. Kəllədaxili hipertenziya. Ensefalopatiya İİİ mər. Vegetativ damar paroksizmaları və qıcolma tutmaları ilə. Asteno-nevrotik sindrom. L3 fəqərəsinin travmadan sonrakı kompressiyası. Kökcük ağrıları ilə.; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.3 Keçirilmiş QKBT davamlı qalığı, zədədən sonrakı serebral araxnoidit. Kəllədaxili hipertenziya. Ensefalopatiya İİİ mər. Vegetativ damar paroksizmaları və qıcolma...” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : əmək zədəsi; X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G90 - Vegetativ sinir sisteminin pozğunluqları => G90.8 - Vegetativ [avtonom] sinir sisteminin digər pozğunlu...; Diaqnozun mətni: Keçirilmiş QKBT davamlı qalığı,zədədən sonrakı serebral araxnoidit.Kəllədaxili hipertenziya.Ensefalopatiya İİİ mər. Vegetativ damar paroksizmaları və qıcolma tutmaları ilə. Asteno-nevrotik sindrom. L3 fəqərəsinin travmadan sonrakı kompressiyası. Kökcük ağrıları ilə.; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.3 Keçirilmiş QKBT davamlı qalığı.zədədən sonrakı serebral araxnoidit.Kəllədaxili hipertenziya. Ensefalopatiya İİİ mər. Vegetativ damar paroksizmaları və qıcolma..." səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Daşkəsən Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2020-ci il tarixli göndəriş əsasında baxılmış və “X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G92 - Toksiki ensefalopatiya; Diaqnozun mətni: Dəqiqləşdirilməmiş ensefalopatiya. Keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalığı. Postravmatik serebral aroxnoidit. Kəllə daxili hipertenziya Ensefalpatiya ll-lll mərhələ Ağırlaşma G40.3 Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, Vegetodamar paroksizmaları tez-tez baş verən qıcolma tutmaıarı (ayda 5-6 dəfə).; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Əsas diaqnozun ağırlaşmalarını təsdiq edən instrumental müayinələr dəqiqləşdirilsın və atraflı qeyd olunsun” səbəbi ilə imtina verilmişdir. Daşkəsən Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G93 - Baş beynin digər zədələnmələri => G93.4 - Dəqiqləşdirilməmiş ensefalopatiya; Diaqnozun mətni: Keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalığı. Postravmatik serebral aroxnoidit.Kəllə daxili hipertenziya. Ensefalopatiya ll-lll mərhələ. Vegetodamar paroksizmaları tez- tez baş verən qıcolma tutmaları (ayda 5-6 dəfə). Onurğanın bel fəqərəsinin travmasından sonrakı L3 kompresiyası daima kökcük ağrı sindromu ilə. Asteno-nevrotik sindrom.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb. Baş beynin instrumental müayinə nəticəsi ilə əsas xəstəliyin ağırlaşması arasında uyğunsuzluq.Əlavə ixtisaslaşmış müayinə tövsiyə olunur” səbəbi ilə imtina verilmişdir. Daşkəsən Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G40-G47 - Epizodik və paroksizmal pozğunluqlar => G40 - Epilepsiya => G40.3 - Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar; Diaqnozun mətni: Dəqiqləşdirilməmiş ensefalopatiya, Keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalığı. Postravmatik serebral aroxnoidit. Kəllə daxili hipertenziya Ensefalpatiya ll-lll mərhələ Dəqiqləşdirilməmiş şəxsiyyət pozğunluğu, Şəxsiyyətin psixoorqanik tipli dəyişməsi Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, Vegato damar paraksizmalar tez-tez baş verən qıcolma tutmaları ilə(ayda 5-6 dəfə) Dəqiqləşdirilməmiş travma, Onurğanın bel fəqərəsinin travmadan sonrakı L3 kopresiyası daimi kökcük ağrı sindromu Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları, Kəllə beyin travmasının daimi qalq əlamətləri depressiv paronoid sindrom. Vegetativ sinir sisteminin somatoform disfunksiyası, Asteno nevrotik sindrom; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əsas diaqnoz və ağırlaşmaları instrumental müayinə metodları ilə öz təsdiqini tapmır. Əlavə ixtisaslaşmış müayinə tövsiyə olunur” səbəbi ilə imtina verilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmişdir. Оdur ki, məhkəmə işə cavabdehin iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının izahat və çıxışlarını dinləyib, iddia ərizəsini nəzərdən keçirərək, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi əsassızdır. İş materiallarında olan: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, əlillik vəziyyətinin Daşkəsən Rayon Mərkəzi Xəstəxanasının göndərişi əsasında xx.xx.2021-ci ildə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması (Səbəb-Əsas diaqnoz və ağırlaşmaları instrumental müayinə metodları ilə öz təsdiqini tapmır. Əlavə ixtisaslaşmış müayinə tövsiyə olunur) barədə qərar verilmişdir. İddiaçı ixtisaslaşmış dövlət səhiyyə müəssisəsi tərəfindən əstaflı müayinəmüalicə aldıqdan sonra göndəriş (forma 088) rəsmiləşdirildiyi halda, əlillik vəziyyəti qiymətləndirilib, müvafiq qərar veriləcəkdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, əlillik vəziyyətinin qiymətləndirilməsi üçün Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə iddiaçıya dair göndəriş daxil olmuşdur. Qiymətləndirilmə mövcud qanunvericiliyə uyğun olaraq aparılacaqdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, əlillik vəziyyətinin qiymətləndirilməsi üçün Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə iddiaçıya dair göndəriş daxil olmuşdur. Qiymətləndirilmə mövcud qanunvericiliyə uyğun olaraq aparılacaqdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatına əsasən, xx.xx.2021-ci il tarixdə qiymətləndirmə aparılmış və iddiaçıya “Dəqiqləşdirilməmiş ensefalopatiya, keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalığı. Postravmatik serebral aroxnoidit. Kəllə daxili hipertenziya Ensefalpatiya ll-lll mərhələ Dəqiqləşdirilməmiş şəxsiyyət pozğunluğu, Şəxsiyyətin psixoorqanik tipli dəyişməsi Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, Vegato damar paraksizmalar tez-tez baş verən qıcolma tutmaları ilə(ayda 5-6 dəfə) Dəqiqləşdirilməmiş travma, Onurğanın bel fəqərəsinin travmadan sonrakı L3 kompressiyası daimi kökcük ağrı sindromu Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları, Kəllə beyin travmasının daimi qalıq əlamətləri depressiv paronoid sindrom. Vegetativ sinir sisteminin somatoform disfunksiyası, Asteno nevrotik sindrom” diaqnozu qoyulmuşdur. Əlavə müalicəyə ehtiyacın olması səbəbindən əlillik təyin olunmasından imtina edilmişdir. Belə ki, əsas diaqnoz və ağırlaşmaları instrumental müayinə metodları ilə öz təsdiqini tapmır. Əlavə ixtisaslaşmış müayinə tövsiyə olunur. 26 saylı Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2016-cı il tarixli müayinəyə dair məlumatına əsasən, xx.xx.2016-cı il tarixdə qiymətləndirmə aparılmış və iddiaçıya əmək zədəsi səbəbi ilə “Keçirilmiş QKBT davamlı qalığı, zədədən sonrakı serebral araxnoidit.Kəllədaxili hipertenziya. Ensefalopatiya İİİ mər. Vegetativ damar paroksizmaları və qıcolma tutmaları ilə. Asteno-nevrotik sindrom. L3 fəqərəsinin travmadan sonrakı kompressiyası. Kökcük ağrıları ilə” diaqnozu qoyulmuşdur. əmək qabiliyyətinin itirilməsi halı 80% müəyyən olunmuşdur. Gəncə şəhər Psixiatrik Xəstəxanası tərəfindən Daşkəsən rayon Mərkəzi Xəstəxanasına göndərilən xx.xx.2021-ci il tarixli ambulator kitabdan çıxarışa əsasən iddiaçının əsas xəstəliyi Kəllə beyin travmasının davamlı qalıq əlamətləri, depressiv paranoid, xəstəliyin ağırlaşması halı isə sindrom şəxsiyyətin psixoorqanik tipli dəyişməsi olaraq qeyd olunmuşdur. Daşkəsən rayon Mərkəzi Xəstəxanasının ambulator kitabdan çıxarışına əsasən stasionara qəbul – xx.xx.2020-ci il, çıxış – xx.xx.2020-ci il tarixləri qeyd olunmaqla iddiaçıya “Postravmatik Ensefalpatiya ll mərhələ kəllə daxili hipertenziya ilə müşayiət olunan tez-tez qıcolma tutmaları (ayda 7-8 dəfə) Vegato damar paraksizmalar kəskin ifadəli Asteno-nevrotik sindrom. Boyun fəqərələrinin travmadan sonrakı kompressiyası” tam diaqnozu qoyulmuşdur. Abbas Səhhət adına Xəstəxananın xx.xx.2020-ci il tarixli ambulator kitabdan çıxarışına əsasən iddiaçıya “Postravmatik Ensefalpatiya ll mərhələ kəllə daxili hipertenziya ilə müşayiət olunan tez-tez qıcolma tutmaları (ayda 7-8 dəfə) Vegato damar paraksizmalar kəskin ifadəli Asteno-nevrotik sindrom. Boyun fəqərələrinin travmadan sonrakı kompressiyası” tam diaqnozu qoyulmuşdur. Daşkəsən rayon Mərkəzi Xəstəxanasının ambulator kitabdan çıxarışına əsasən stasionara qəbul – xx.xx.2019-cu il, çıxış – xx.xx.2019-cu il tarixləri qeyd olunmaqla iddiaçıya “Keçirilmiş KBT qalıq əlamətləri, xr serebral araxnoidit. Kəllə daxili hipertenziya. Ensefalopatiya İİİ mərhələ. epileptik sindrom tez-tez qıcolma tutmaları ilə (ayda 6-7 dəfə). Bel fəqərələrinin travmadan sonrakı kompressiyası. Davamlı kökcük ağrı sindromu” tam diaqnozu qoyulmuşdur. Daşkəsən rayon Mərkəzi Xəstəxanasının ambulator kitabdan çıxarışına əsasən stasionara qəbul – xx.xx.2018-ci il, çıxış – xx.xx.2019-cu il tarixləri qeyd olunmaqla iddiaçıya “Keçirilmiş qapalı kəllə-beyin zədəsinin qalıq əlamətləri, xr serebral araxnoidit. Kəllə daxili hipertenziya. Ensefalopatiya İİİ mərhələ. epileptik sindrom tez-tez qıcolma tutmaları ilə (ayda 4-6 dəfə). Bel fəqərələrinin L3 travmadan sonrakı kompressiyası kökcük ağrı sindromu ilə” tam diaqnozu qoyulmuşdur. Daşkəsən rayon Mərkəzi Xəstəxanasının ambulator kitabdan çıxarışına əsasən stasionara qəbul – xx.xx.2015-ci il, çıxış – xx.xx.2015-ci il tarixləri qeyd olunmaqla iddiaçıya “Keçirilmiş KBT qalıq əlamətləri, xr serebral araxnoidit. Kəllə daxili hipertenziya. Ensefalopatiya İİİ mərhələ. tez-tez təkrarlanan qıcolma tutmaları. Bel fəqərələrinin L3 travmadan sonrakı kompressiyası kökcük ağrı sindromu ilə” tam diaqnozu qoyulmuşdur. Daşkəsən rayon Mərkəzi Xəstəxanasının ambulator kitabdan çıxarışına əsasən stasionara qəbul – xx.xx.2014-cü il, çıxış – xx.xx.2014-cü il tarixləri qeyd olunmaqla iddiaçıya “Keçirilmiş KBT qalıq əlamətləri, xr serebral araxnoidit. Kəllə daxili hipertenziya. Ensefalopatiya İİİ mərhələ. tez-tez təkrarlanan qıcolmalarla L3 fəqərələrinin travmadan sonrakı kompressiyası davamlı kökcük ağrı sindromu” tam diaqnozu qoyulmuşdur. Daşkəsən rayon Mərkəzi Xəstəxanasının ambulator kitabdan çıxarışına əsasən stasionara qəbul – xx.xx.2011-ci il, çıxış – xx.xx.2011-ci il tarixləri qeyd olunmaqla iddiaçıya “Keçirilmiş qapalı kəllə-beyin zədəsinin davamlı qalığı, zədədən sonrakı serebral araxnoidit. Kəllə daxili hipertenziya. Ensefalopatiya İİ-İİİ mərhələ. Vegetodamar paroksizmaları qıcolma tutmaları ilə Asteno-nevrotik sindrom.L3 fəqərəsinin travmadan sonrakı kompressiyası. Kökcük ağrıları ilə” tam diaqnozu qoyulmuşdur. Daşkəsən rayon Mərkəzi Xəstəxanasının ambulator kitabdan çıxarışına əsasən stasionara qəbul – xx.xx.2011-ci il, çıxış – xx.xx.2011-ci il tarixləri qeyd olunmaqla iddiaçıya “Keçirilmiş qapalı kəllə-beyin zədəsinin davamlı qalığı, zədədən sonrakı serebral araxnoidit. Kəllə daxili hipertenziya. Ensefalopatiya İİ-İİİ mərhələ. Vegetodamar paroksizmaları qıcolma tutmaları ilə Asteno-nevrotik sindrom. Bel fəqərəsinin L3 travmadan sonrakı kompressiyası. Kökcük ağrıları ilə” tam diaqnozu qoyulmuşdur. Daşkəsən rayon Mərkəzi Xəstəxanasının ambulator kitabdan çıxarışına əsasən stasionara qəbul – xx.xx.2011-ci il, çıxış – xx.xx.2011-ci il tarixləri qeyd olunmaqla iddiaçıya “Keçirilmiş qapalı kəllə-beyin zədəsinin davamlı qalığı, zədədən sonrakı serebral araxnoidit. Kəllə daxili hipertenziya. Ensefalopatiya İİ-İİİ mərhələ. Vegetodamar paroksizmaları qıcolma tutmaları ilə Asteno-nevrotik sindrom. Bel fəqərəsinin L3 travmadan sonrakı kompressiyası. Kökcük ağrıları ilə” tam diaqnozu qoyulmuşdur. Daşkəsən rayon Mərkəzi Xəstəxanasının ambulator kitabdan çıxarışına əsasən stasionara qəbul – xx.xx.2011-ci il, çıxış – xx.xx.2011-ci il tarixləri qeyd olunmaqla iddiaçıya “Keçirilmiş qapalı kəllə-beyin zədəsinin davamlı qalığı, zədədən sonrakı serebral araxnoidit. Kəllə daxili hipertenziya. Ensefalopatiya İİ-İİİ mərhələ. Vegetodamar paroksizmaları qıcolma tutmaları ilə Asteno-nevrotik sindrom. Bel fəqərəsinin L3 travmadan sonrakı kompressiyası. Kökcük ağrıları ilə” tam diaqnozu qoyulmuşdur. Cavabdeh etirazını təsdiq edən sübut qismində alt sistemdən çıxarışların, TSEK müayinələrinə dair məlumatların surətlərini məhkəməyə təqdim etmişdir. xx.xx.2021-ci il tarixli TSEK Müayinələrinin qiymətləndirmə nəticələrində qeyd olunmuşdur: “X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G40-G47 - Epizodik və paroksizmal pozğunluqlar => G40 - Epilepsiya => G40.3 - Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar; Diaqnozun mətni: Dəqiqləşdirilməmiş ensefalopatiya, Keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalığı. Postravmatik serebral aroxnoidit. Kəllə daxili hipertenziya Ensefalpatiya ll-lll mərhələ Dəqiqləşdirilməmiş şəxsiyyət pozğunluğu, Şəxsiyyətin psixoorqanik tipli dəyişməsi Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, Vegato damar paraksizmalar tez-tez baş verən qıcolma tutmaları ilə(ayda 5-6 dəfə) Dəqiqləşdirilməmiş travma, Onurğanın bel fəqərəsinin travmadan sonrakı L3 kopresiyası daimi kökcük ağrı sindromu Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları, Kəllə beyin travmasının daimi qalq əlamətləri depressiv paronoid sindrom. Vegetativ sinir sisteminin somatoform disfunksiyası, Asteno nevrotik sindrom; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əsas diaqnoz və ağırlaşmaları instrumental müayinə metodları ilə öz təsdiqini tapmır. Əlavə ixtisaslaşmış müayinə tövsiyə olunur.” xx.xx.2020-ci il tarixli TSEK Müayinələrinin qiymətləndirmə nəticələrində qeyd olunmuşdur: “X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G92 - Toksiki ensefalopatiya; Diaqnozun mətni: Dəqiqləşdirilməmiş ensefalopatiya. Keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalığı. Postravmatik serebral aroxnoidit. Kəllə daxili hipertenziya Ensefalpatiya ll-lll mərhələ Ağırlaşma G40.3 Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, Vegetodamar paroksizmaları tez-tez baş verən qıcolma tutmaları (ayda 5-6 dəfə).; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Əsas diaqnozun ağırlaşmalarını təsdiq edən instrumental müayinələr dəqiqləşdirilsın və atraflı qeyd olunsun.” xx.xx.2021-ci il tarixli TSEK Müayinələrinin qiymətləndirmə nəticələrində qeyd olunmuşdur: “X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G93 – Baş beynin digər zədələnmələri => G93.4 – Dəqiqləşdirilməmiş ensefalopatiya; Diaqnozun mətni: Dəqiqləşdirilməmiş ensefalopatiya. Keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalığı. Postravmatik serebral aroxnoidit. Kəllə daxili hipertenziya Ensefalpatiya ll-lll mərhələ Vegetodamar paroksizmaları tez-tez baş verən qıcolma tutmaları (ayda 5-6 dəfə). Onurğanın bel fəqərəsinin travmasından sonrakı L3 kompressiyası daima kökcük ağrı sindromu ilə. Asteno-nevrotik sindrom.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Baş beynin instrumental müayinə nəticəsi ilə əsas xəstəliyin ağırlaşması arasında uyğunsuzluq. Əlavə ixtisaslaşmış müayinə tövsiyə olunur.” xx.xx.2016-cı il tarixli TSEK müayinələrinin qiymətləndirmə nəticələrində qeyd olunmuşdur: “Səbəbi : əmək zədəsi; X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G90 - Vegetativ sinir sisteminin pozğunluqları => G90.8 - Vegetativ [avtonom] sinir sisteminin digər pozğunlu...; Diaqnozun mətni: Keçirilmiş QKBT davamlı qalığı,zədədən sonrakı serebral araxnoidit.Kəllədaxili hipertenziya.Ensefalopatiya İİİ mər. Vegetativ damar paroksizmaları və qıcolma tutmaları ilə. Asteno-nevrotik sindrom. L3 fəqərəsinin travmadan sonrakı kompressiyası. Kökcük ağrıları ilə.; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.3 Keçirilmiş QKBT davamlı qalığı.zədədən sonrakı serebral araxnoidit.Kəllədaxili hipertenziya. Ensefalopatiya İİİ mər. Vegetativ damar paroksizmaları və qıcolma..." səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. xx.xx.2014-cı il tarixli TSEK müayinələrinin qiymətləndirmə nəticələrində qeyd olunmuşdur: “Səbəbi : əmək zədəsi; X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G90 - Vegetativ sinir sisteminin pozğunluqları => G90.8 - Vegetativ [avtonom] sinir sisteminin digər pozğunlu...; Diaqnozun mətni: Keçirilmiş QKBT davamlı qalığı,zədədən sonrakı serebral araxnoidit.Kəllədaxili hipertenziya.Ensefalopatiya İİİ mər. Vegetativ damar paroksizmaları və qıcolma tutmaları ilə. Asteno-nevrotik sindrom. L3 fəqərəsinin travmadan sonrakı kompressiyası. Kökcük ağrıları ilə.; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.3 Keçirilmiş QKBT davamlı qalığı.zədədən sonrakı serebral araxnoidit.Kəllədaxili hipertenziya. Ensefalopatiya İİİ mər. Vegetativ damar paroksizmaları və qıcolma..." səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. xx.xx.2011-ci il tarixli TSEK Müayinələrinin qiymətləndirmə nəticələrində qeyd olunmuşdur: “Səbəbi : Əmək zədəsi; X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G90 - Vegetativ sinir sisteminin pozğunluqları => G90.8 - Vegetativ [avtonom] sinir sisteminin digər pozğunlu...; Diaqnozun mətni: Keçirilmiş QKBT davamlı qalığı, zədədən sonrakı serebral araxnoidit.Kəllədaxili hipertenziya. Ensefalopatiya İİİ mər. Vegetativ damar paroksizmaları və qıcolma tutmaları ilə. Astenonevrotik sindrom.L3 fəqərəsinin travmadan sonrakı kompressiyası. Kökcük ağrıları ilə; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: 2.3 Keçirilmiş QKBT davamlı qalığı, zədədən sonrakı serebral araxnoidit. Kəllədaxili hipertenziya. Ensefalopatiya İİİ mər. Vegetativ damar paroksizmaları və qıcolma ...” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. İddiaçının xəstəliyinə dair elektron çıxarışda qeyd olunmuşdur ki, iddiaçının xəstəliyinin başlanma tarixi - xx.xx.2011-ci ildir, xəstəliyin gedişi – xronikidir, ambulator tibbi yardım – xəstəyə iki dəfə natamam imtina verilib. İmtinadan sonra xəstə Gəncə psixiatriya Xəstəxanasında təkrar müalicə olduqdan sonra yenidən form 88 sistemə vurulub. Xəstə daima Daşkəsən MRX-da, X4 adına Xəstəxanada ambulator və stasionar müalicələrdə olmasına baxmayaraq, daima baş ağrılarından, ağrıların gün ərzində bir neçə dəfə təkrarlanmasından, əllərində titrəmədən, yuxusuzluqdan, bel oma nahiyəsində hərəkət məhdudluğundan, tez-tez huşun itməsi, dişlərin kuilidləşməsi, bəbəklərin genəlməsi, ətrafında tonik-klonik qıcolma tutmalarından əziyyət çəkir. Daima nevropatoloqun nəzarətindədir. Müalicələri Depogin, Kobomezapin, Aktovagin və s. olmuşdur. Stasionar müalicə aldığı müəssisələr – Daşkəsən Rayon Mərkəzi Xəstəxanasında xx.xx.2020xx.xx.2020-ci il, xx.xx.2011-xx.xx.2011-ci il, xx.xx.2011-xx.xx.2011-ci il, xx.xx.2018xx.xx.2018-ci il, xx.xx.2018-xx.xx.2019-cu il, xx.xx.2011-xx.xx.2011-cı il, xx.xx.2014xx.xx.2014-cü il, xx.xx.2011-xx.xx.2011-ci il tarixlərdə, X4 adına 1 nömrəli Şəhər Xəstəxanasında xx.xx.2011-ci il-xx.xx.2011-ci il, xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə, Gəncə Psixiatriya xəstəxanasında xx.xx.2021-xx.xx.2021-ci il tarixdə stasionar müalicə olunmuşdur. İddiaçı mövcud olan xəstəliklər və qüsurların müəyyən edilməsi, onda olan xəstəlik və qüsurlar ona hər hansı əlillik dərəcəsi verilməsinə əsas olub-olmasını müəyyən edilməsi üçün xüsusi elmi bilik tələb olunduğundan, iş üzrə məhkəmənin 01 fevral 2022-ci il tarixli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1. xx.xx.1971-ci il təvəllüdlü İddiaçı müayinəsi zamanı onda hal-hazırda hansı xəstəlik və qüsurlar aşkar olunur? 2. Bu xəstəlik və qüsurlar ona hər hansı qrup əlillik dərəcəsi verilməsinə əsasdırmı? Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 T 150/2022 nömrəli, xx.xx.2022-ci il tarixli ekspert rəyinin nəticə hissəsində göstərilmişdir: “İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyasi tərəfindən qiymətləndirilməsi ilə bağlı xx.xx.2021 -ci il 0250003AAGJU №- li, TQS 088 saylı formada şəxsin səhhətini əks etdirən xəstəliklərdə onun xx.xx.2021-ci il tarixdə əyani müayinəsi zamanı əllilik dərəcəsinə uyğun patofunksional dəyişikliklər aşkar edilmədiyindən ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarının hərhansı bir meyarlarını aid etmək mümkün olmadı. Əmək zədəsi ilə əlaqədar isə zədəyə görə faiz ödəməsinin təyin edilməsinin dəqiqləşdirilməsi üçün Mərkəzi TSEK-ə müvafiq komissiyaya müraciət etməsi tövsiyə olunur." Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.5-ci maddəsinə əsasən inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən isə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən, əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq; Həmin Qanunun 1.0.17-ci maddəsinə uyğun olaraq, əlilliyin müəyyən edilməsi şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsi. Həmin Qanunun 3-cü maddəsində göstərilmişdir: “3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir; 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1-ci maddəsinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Həmin Qaydanın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Həmin Qaydanın 1.3-cü bəndinə əsasən TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. Həmin Qaydanın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Həmin Qaydanın 1.5-ci bəndinə əsasən şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən:1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7.terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. Həmin Qaydanın 1.6-cı bəndinə əsasən əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Həmin Qaydanın 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1dək əlilliyi olan şəxs hesab edilir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Həmin Qaydanın 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. İşin faktiki hallarına əsasən iddiaçının əlilliyinin müəyyən olunması haqqında qərar qəbul edilməsindən cavabdeh tərəfindən imtina edilmişdir, həmin imtinanın tamamilə əsaslı olması isə iş üzrə təyin edilmiş məhkəmə tibbi ekspertizasının rəyi ilə təsdiqlənir. Belə ki, məhkəmə tibbi ekspertizasının rəyinə əsasən iddiaçının adına tərtib edilmiş göndərişdəki qeyd edilmiş səhhətini əks etdirən xəstəliklərdə onun xx.xx.2021-ci il tarixdə əyani müayinəsi zamanı əllilik dərəcəsinə uyğun patofunksional dəyişikliklər aşkar edilmədiyindən ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarının hər-hansı bir meyarlarını aid etmək mümkün olmadı. Belə olan halda iddiaçının əlilliyinin müəyyən edilməsindən imtina edilməsi ilə əlaqədar cavabdeh Azərbaycan Respublikasının Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hərəkətlərində qanun pozuntusuna yol verilmədiyi üçün iddiaçının iddia tələbinin hüquqi əsası yoxdur. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 58.1-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən şifаhi məhkəmə iclаsındа аrаşdırılır. Həmin Məcəllənin 58.7-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən tаm və hərtərəfli аrаşdırıldıqdаn sоnrа qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci mаddəsinə əsаsən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin xx.xx.2021-ci il tarixli imtinasının əsassız hesab edilərək əlilliyin bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 68, 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar