Məhkəmə qərarları › İş №2-1(112)-35/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-35/2023

28.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-35/2023 28.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı üçüncü şəxs: "xxxx" MTK və Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi) “Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli 562 saylı sərəncamının ləğv edilməsinə” GİRİŞ HİSSƏ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Vəkil1, Üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı üçüncü şəxs: "xxxx" MTK və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi) “Bakı şəhəri İcra Hakimiyyəti xx.xx.2017-ci il tarixli 562 saylı sərəncamının ləğv edilməsinə” dair iddia tələbinin mümkünlüyü məsələsinə 28 fevral 2023-cü il tarixdə Bakı İnzibati Məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MTK tərəfindən Binəqədi rayonu, 9-cu mikrorayon, Cavadxan küçəsi, 3245-ci məhəllə, 0,36 torpaq sahəsində çoxmənzilli yaşayış binasının tikintisinin lahiyələndirilməsinə icazə verilməsinə dair Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli 222 saylı sərəncamının və Bakı şəhəri İcra Hakimiyyəti xx.xx.2017ci il tarixli 562 saylı sərəncamının ləğv edilməsinə dair qərar qəbul qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəmənin 2-1(112)-2883/2019-cu il tarixli xx.xx.2019-cu il tarixli qərardadı ilə "xxxx" MTK üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəmənin 2-1(112)-137/2020-ci il tarixli xx.xx.2020-ci il tarixli qərardadı ilə yerində müayinə təyin edilmişdir. Bakı İnzibati Məhkəmənin 2-1(112)-137/2020-ci il tarixli xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçı tərəfin xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuş iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəmənin 2-1(112)-137/2020-ci il tarixli xx.xx.2020-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyn edilmişdir. Bakı İnzibati Məhkəmənin 2-1(112)-194/2021-ci il tarixli xx.xx.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəmənin 2-1(112)-91/2022-ci il tarixli xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyn edilmişdir. Məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddiaçıya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq hüquqi yardım olunmuş və hazırki iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi və qanunvericiliyin müvafiq tələblərini (iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsini) izah etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə məhkəmə iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddianın mümkün sayılaraq təmin olunmasını xahiş etdmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin nümayəndəsi izahatında sərəncamın yalnız layihələndirmə üçün verilmiş sənəd olmasını və tikintiyə əsas olacaq bir sənədin mövcud olmadığını bildirərək, iddianın mümkün sayılmamasını xahiş etmişdir. Cavabdeh və digər üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış, lakin üzürlü səbəbləri bildirmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş tərəflərin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən) ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə tərəflərin izahatını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, hazırki iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7). Hazırkı iş üzrə müəyyən olunur ki, iddiaçının hüquqi marağı Orbita” MTK tərəfindən Binəqədi rayonu, 9-cu mikrorayon, Cavadxan küçəsi, 3245-ci məhəllə, 0,36 torpaq sahəsində çoxmənzilli yaşayış binasının tikintisinin lahiyələndirilməsinə icazə verilməsinə dair Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli 222 saylı sərəncamının və Bakı şəhəri İcra Hakimiyyəti xx.xx.2017-ci iltarixli 562 saylı sərəncamının ləğv edilməsindən ibarətdir. Bakı Şəhər İcra Hakimiyyəti başçısınn 222 saylı xx.xx.2013-cü il tarixli “Orbita Mənzil-Tikinti Kooperativinə çoxmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi haqqında” sərəncamı əsasında Orbita Mənzil-Tikinti Kooperativinin xx.xx.2013-cü il tarixli müraciəti nəzərə alınaraq, Binəqədi rayonu, 9-cu mikrorayon, Cavadxan küçəsi, 3245-ci məhəllə, 0,36 torpaq sahəsində çoxmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün həmin MTK-ya icazə verilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti başçısının “Orbita Mənzil-Tikinti Kooperativinə dair Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli, 222 saylı sərəncamında qismən dəyişiklik edilməsi haqqında” 562 saylı xx.xx.2017-ci il tarixli sərəncamı əsasında Orbita Mənzil-Tikinti Kooperativinin xx.xx.2017-ci il tarixli 222 saylı müraciəti nəzərə alınaraq, Binəqədi rayonu, 9-cu mikrorayon, Cavadxan küçəsi, 3245-ci məhəllədə yerləşən yaşayış binalarının tikintisinin lahiyələndirilməsi ilə əlaqədar "xxxx" MTK-ya dair Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 222 saylı sərəncamında 0,6 ha torpaq sahəsi, 0,36 ifadəsi “0,8460 ha” ifadəsi kimi oxunması qərara alınmışdır. İş materiallarında olan cavabdehin mübahisə predmeti olan xx.xx.2013-cü il tarixli, 222 saylı sərəncamından görünür ki, sərəncam “yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında” adlanır. Sərəncamın adından bəlli olduğu kimi, həmin sərəncamla "xxxx" Mənzil-Tikinti Kooperativinin xx.xx.2013-cü il tarixli müraciəti nəzərə alınaraq Binəqədi rayonu, 9-cu mikrorayon, Cavadxan küçəsi, 3245-ci məhəllədə yerləşən 0,36 ha torpaq sahəsində yaşayış binasının tikintisinin layihələndirilməsi üçün həmin MTK-ya icazə verilmişdir. Beləliklə məhkəmə qeyd edir ki, mübahisə predmeti olan sərəncam ərazinin tikinti üçün ayrılması və yaxud tikintiyə icazə verilməsi haqqında deyil, yalnız sözügedən ünvanda yerləşən 0,8460 ha torpaq sahəsində yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqındadır. Başqa sözlə, sözügedən sərəncam həmin ərazinin yaşayış binasının tikilməsi üçün ayrılması və yaxud tikilməsinə icazə verilməsini nəzərdə tutan inzibati akt deyil, sadəcə əsası digər inzibati aktlardan irəli gələn sərəncamdır ki, onun ləğvi belə ilkin inzibati aktların hüquqi statusuna heç bir təsiri yoxdur. Xüsusi olaraq qeyd edilməlidir ki, mübahisə predmeti olan sərəncam iddiaçıya heç bir aidiyyəti olmamaqla ümumiyyətlə iddiaçının hüquqlarına toxunmur. Hazırkı işin hallarından müəyyən olunur ki, mübahisələndirilən sərəncam nə tikiliyə icazə barədə məsələni, nə də onun geriyə dönüş qaydasında leqallaşdırılması ilə bağlı məsələni həll etməmişdir. Belə olan halda, sözügedən sərəncam yalnız hansısa inzibati icraatın başlanılmasının əsası kimi çıxış edə bilər. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinə əsasən inzibati-iqtisadi məhkəmə birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş inzibati və iqtisadi mübahisələrə dair işlərə baxır. Məhkəmə qeyd edir ki, iddiaçının hazırki iş üzrə iddia tələbi mülki-hüquqi xarakterlidir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələbinə görə işlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. Qeyd olunan daxili və beynəlxalq normaların mənasına görə, hər kəsin işinin qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən araşdırılması hüququ işə istənilən məhkəmə tərəfindən deyil, səlahiyyətləri qanunla əvvəlcədən müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən hərtərəfli və obyektiv baxılmasını nəzərdə tutur. İPM-in 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-nin 80.1-ci maddəsinə əsasən bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 35, 80 və 85.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar