Məhkəmə qərarları › İş №2-1(112)-3500/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3500/2020

23.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3500/2020 23.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Emin Etibar oğlu Eminzadənin katibliyi ilə tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “X3 işçinin işə qəbul edilməyi haqqında səhv məlumatın silinməsi vəzifəsinin üzərinə qoyulması dair” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1aq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı məhkəmədə iddia qaldıraraq, İddiaçı işə qəbul edilməyi haqqında X1 məlumatın silinməsi barədə cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzərinə öhdəlik qoyulması barədə məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. İnzibati Prosessual Məcəllənin45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə göndərilmiş, işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün məhkəmənin hazırlıq icraatına başlanmışdır. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1994-cü il tarixdə anadan olmuş, Bakı şəhərində yaşayır. 2015-ci ildə ailə qurmuş, hal-hazırda ailəlidir, heç yerdə işləmir. 2019-cu ilin dekabr ayında oğlan uşağı anadan olmuşdur. Uşağın doğulmasına görə dövlət tərəfindən verilən birdəfəlik müavinəti almaq məqsədilə 3 saylı Yasamal ASAN Xidmət Mərkəzində fəaliyyət göstərən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq şöbəsinə müraciət etmişdir. Həmin şöbədə Nazirliyin X3 işəgötürən barədə məlumatlar bölməsində onun "xxxx" MMC-də işləməyi haqqında məlumatın olması və mövcud qaydalara görə müavinətin yalnız işçinin maaş kartına köçürmək yolu ilə ödənilməyi mümkün olduğu bildirilmişdir. Lakin o, həmin şöbənin işçilərinə "xxxx" MMC adlı şirkəti tanımadığımı, heç bir zaman orada işləmədiyini və təbii ki, maaş kartı olmadığını bildirmişdir. Məsələnin aydınlaşdırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti 12 saylı region üzrə X5 müraciət etmiş və aşağıdakı məzmunda xx.xx.2020-ci il tarixli **********9 saylı cavab məktubu almışdır: "xxxx" MMC-nin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X3 işəgötürən barədə məlumatlar bölməsindəki telefon nömrələri işləmədiyindən əlaqə saxlamaq mümkün olmamışdır. Eyni zamanda sahibkar X6 EİS-də qeyd olunmuş qeydiyyat ünvanına xx.xx.2020-ci il tarixli rəsmi dəvət məktubu göndərilmişdir. Lakin, poçt həmin məktubu “imtina edilib” qeydi ilə geri qaytarılmışdır. Bildiririk ki, xx.xx.2021-ci il tarixədək “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2017-ci il tarixli 845-VQD nömrəli Qanununa əsasən qeyd olunan məsələnin tərəfimizdən yerində araşdırılması mümkün deyil. Bu səbəbdən müraciətinizdə qeyd etdiyiniz məsələnin həlli ilə əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnuz vardır.” Sözügedən məktubu xx.xx.2020-ci il tarixdə poçt vasitəsilə almışdır. Qeyd olunanları nəzərə alaraq hesab edir ki, onun işə qəbul edilmədiyi haqqında X1 məlumatın silinməsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin üzərinə öhdəlik kimi qoyulmalıdır. İddiaçı yuxarıda qeyd edilənlərə əsasən məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında” 19 iyun 2020-ci il tarixli məlumatında xüsusi karantin rejiminin sərtləşdirildiyi 2020-ci il 21 iyun saat 00:00dan 5 iyul saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun inzibati ərazisində fəaliyyət göstərən inzibati məhkəmələr üzrə Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 16-cı maddəsinin tələbləri nəzərə alınmaqla inzibati məhkəmə icraatı qaydasında baxılan işlərə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılması imkanlarından istifadəsinin davam etdirilməsi tövsiyə edilmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən tərəflərin iştirakı olmadan iş üzrə müvafiq qərardad qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı səbəblərə görə iddia mümkünsüz sayılmalıdır. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti 12 saylı region üzrə X4 iddiaçıya ünvalandıgı 20 yanvar 2020-ci il tarixli məktubdan görünür ki, iddiaçının məlumatı olmadan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən işə qəbul edilməyi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə etdiyi müraciətə baxılmışdır. Bununla əlaqədar bildirilmişdir ki, "xxxx" MMC-nin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X3 işəgötürən barədə məlumatlar bölməsindəki telefon nömrələri işləmədiyindən əlaqə saxlamaq mümkün olmamışdır. Eyni zamanda, sahibkar X6 EİS-də qeyd olunmuş qeydiyyat ünvanına 08 yanvar 2020-ci il tarixli rəsmi dəvət məktubu göndərilmişdir. Lakin, poçt həmin məktubu "imtina edilib" qeydi ilə geri qaytarmışdır. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli, 845-VQD nömrəli Qanununa əsasən qeyd olunan məsələnin tərəfimizdən yerində araşdırılması mümkün deyil. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. İşçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi yazılı formada bağlandıqda yaranır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə əmək müqaviləsi (kontraktı) dedikdə, işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə başa düşülür. Əmək Məcəlləsinin 287-ci maddəsində verilən anlayışa görə, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığı fərdi əmək mübahisələri sayılır. Həmin Məcəllənin 294-cü maddəsinin 1-ci hissəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. İddiaçının tələbi onun razılığı olmadan işə qəbul edilməyi ilə bağlı işəgötürən tərəfindən müvafiq sistemə daxil edilmiş məlumatın silinməsindən ibarət olduğundan, mübahisəyə xüsusi hüquq sahəsi sayılan əmək qanunvericiliyinin tələbləri tətbiq edilməklə baxılmalıdır. Göründüyü kimi, qeyd olunan mübahisə xüsusi hüquq sahəsinə aid məsələdir və əmək qanunvericilik normaları ilə tənzimlənir. Bundan əlavə, Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin X3 qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 iyun 2014-cü il tarixli, 183 saylı qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın 3.4-cü bəndinə əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Beləliklə, yuxarıda qeyd edilmiş qanunvericilik normalarına əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsinin işəgötürən tərəfindən təmin edilməli olduğu müəyyən edilir ki, həmin durumda da hazırkı iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müvafiq səlahiyyətlərə malik olmadığından hazırkı iddiaya münasibətdə məhkəmə tərəfindən cavabdeh kimi qəbul edilə bilməz. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 15.3-cü bəndində qeyd edilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prossessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İşin yuxarıda şərh edilən hallarına görə iddia mümkün sayılmadığından, iddiaçıya izah edilir ki, hazırki iddia tələbində qaldırdığı əmək münasibətlərindən yaranan məsələlər barəsində işəgötürənin olduğu yer üzrə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr qarşısında iddia qaldırmaq hüququndan istifadə edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3 HAKİM: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar