Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3501/2020 13.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, cavabdeh-Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi yanında Dövlət X19 X12 idarəsinin nümayəndəsi-fərdi qaydada fəaliyyət göstərən vəkil X1 iştirakları ilə, iddiaçı-İddiaçı cavabdeh-Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi yanında Dövlət X19 X12 idarəsinə qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi yanında Dövlət X19 X12 idarəsinə (bundan sonra mətndə DSMF X12 idarəsi) qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona hüququnun yarandığı vaxtdan, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən əmək pensiyasının hesablanaraq, ödənilməsi vəzifəsinin cavabdeh DSMF X12 idarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, xx.xx.1962-ci ildə doğulmuşdur. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün DSMF X12 idarəsinə müraciət etmiş, lakin idarədən ona xx.xx.2019-cu il tarixli məktubla cavab verilərək, güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. Ümumi iş stajı 25 ildən artıq təşkil edir və işlədiyi dövrdə 12 il 06 ay güzəştli iş stajı yaranmışdır. İşlədiyi peşə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının” təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli qərarında öz əksini tapmışdır. Lakin DSMF-nun Xüsusi X5 güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasından imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2020-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqanın iddia ilə bağlı yazılı münasibəti (etiraz) məhkəməyə təqdim olunmamışdır. İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddiasını müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh inzibati orqanın nümayəndəsi və vəkili-X3 məhkəmə iclasında iddiaçının güzəştli şərtlərlə pensiya təyin edilməsi tələbinə dair iddiasının təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdeh inzibati orqanın nümayəndəsinin izahatlarını dinləyib, iddia ərizəsini və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; - iddiaçıya məxsus AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1962-ci ildə Sabirabad rayonu, Qaratoğay kəndində doğulmuşdur. - NZ seriyalı ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək həqiqi hərbi xidmət keçmişdir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli 324 №li arayışda göstərilmişdir ki, 1962-ci il təvəllüdlü İddiaçı xx.xx.1980-ci ildən xx.xx.1982-ci il tarixədək keçmiş Sovet ordusunda müddətli həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.1993cü il tarixdən xx.xx.1995-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində səfərbərliklə əlaqədar həqiqi hərbi xidmətdə olmuşdur. - Notarial qaydada təsdiq və tərcümə edilmiş İT-İ seriyalı ******* nömrəli xx.xx.1982ci il tarixli əmək kitabçasında qeyd olunmuş məlumatlara əsasən İddiaçı xx.xx.1982-ci ildə Əli-Bayramlı Qİİ-də 2-ci dərəcəli təmir üzrə elektrik montyoru vəzifəsinə qəbul edilmiş, xx.xx.1983-cü ildə 3-cü dərəcəli elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru keçirilmiş, xx.xx.1984-cü il tarixdə 3-cü dərəcəli neft və qaz istismar və kəşfiyyat quyularının qazılmasında qazımaçı köməkçisi vəzifəsinə keçirilmişdir. xx.xx.1984-cü ildə yükləyici vəzifəsinə keçirilmişdir. xx.xx.1985-ci ildə X2 İdarəsinin sərəncamına keçirilmişdir. xx.xx.1985-ci ildə X2 İdarəsinə 3-cü dərəcəli sürücü peşəsinə qəbul edilmişdir, xx.xx.1986-cı ildə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1986-cı ildə X8 İdarəsi Əli-Bayramlı Qİİ 3-cü dərəcəli sürücü vəzifəsinə keçirilmiş, xx.xx.1986-cı ildə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1986-cı ildə Şirvan NQÇİ-də 1 nömrəli Neft və qaz çıxarma sexində 2-ci dərəcəli elektrik avadanlıqlarının təmiri və onlara xidmət göstərilməsi üzrə elektrik montyoru vəzifəsinə qəbul edilmişdir. xx.xx.1989-cu il tarixdə həmin yerdə elektrik avadanlıqlarının təmiri və onlara xidmət göstərilməsi üzrə elektrik montyoru vəzifəsi üzrə 3-cü dərəcə verilmişdir. xx.xx.1996-cı ildə həmin sexdə 4-cü dərəcəli elektrik montyoru keçirilmişdir. xx.xx.1997-ci il tarixdə həmin sexdə 5-ci dərəcəli elektrik montyoru keçirilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.1997ci il tarixli 158 saylı əmri ilə “Şirvanneft” NQÇİ-i xx.xx.1997-ci il tarixdən ləğv olunmuş və onun bazasında “Şirvan-Oyl” Birgə MMM yaradılmışdır. xx.xx.1997-ci il tarixdə həmin sexdə işini davam etdirmişdir. xx.xx.2002-ci ildə həmin sexdə 4-cü dərəcə hazırlıq briqadası operatoru keçirilmişdir. xx.xx.2003-cü ildə həmin 1 saylı NQÇS-də 5-ci dərəcə verilmişdir. xx.xx.2005-ci ildə QƏYT sexinin yaradılması ilə əlaqədar 1-ci sahə üzrə 5-ci dərəcə hazırlıq briqadası operatoru keçirilmişdir. xx.xx.2009-cu ildə işdən azad olunmuşdur. xx.xx.2009-cu ildə “X13 Limited” şirkəti Quyuların əsaslı və yeraltı təmir sexinə 5-ci dərəcə hazırlıq briqadası operatoru qəbul edilmişdir. xx.xx.2019-cu ildə əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2019-cu ildə “X14” şirkəti Quyuların əsaslı və yeraltı təmirə hazırlanması sexində quyuların əsaslı və yeraltı təmirə hazırlanması üzrə operator işinə qəbul edilmişdir. xx.xx.2020-ci il tarixdə işdən azad edilmişdir. X11 Limited Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən verilmiş 39 №li xx xxxxxx 2020-ci il tarixli “güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr üzrə iş stajı haqqında arayış”da göstərilmişdir ki, İddiaçı Əli-Bayramlı Qİİ-də elektrik montyoru, elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru, neft və qaz istismar və kəşfiyyatı quyularının qazılmasında qazmaçı köməkçisi, “Şirvanneft” NQÇİ-də elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru, elektrik montyoru, “Şirvan OYL” BMMM-də elektrik montyoru, hazırlıq briqadası operatoru, “xxxxxxxxxx” Şirkətinin Azərbaycan Respublikasındakı Filialında Quyuların əsaslı və yeraltı təmiri sexində hazırlıq briqadası operatoru peşələrində işləmişdir. İddiaçı xx.xx.2006-cı il tarixinə ümumi əmək stajı 23 il, 01 ay, 04 gündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il 12 saylı Qərarının 10.1. bəndinin (Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı - Qazma) a) yarımbəndinə (fəhlələr) və 10.2 bəndinin (Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı -Neft, qaz və qaz kondensatının hasilatı) a) yarımbəndinə (fəhlələr) əsasən İddiaçı güzəştli şərtlərlə xx.xx.2006-cı il tarixinə 21 il 09 ay 04 gün is stajı var. İddiaçı güzəştli şərtlərlə əmək fəaliyyəti aşağıdakı kimidir: Əli-Bayramlı Qİİ-də: xx.xx.1982-ci il tarixli 129/k nömrəli əmrlə xx.xx.1982-ci il tarixdən təmir üzrə elektrik montyoru; xx.xx.1983-cü il tarixli 256/k nömrəli əmrlə xx.xx.1983-cü il tarixdən elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru; xx.xx.1984-cü il tarixli 08/k nömrəli əmrlə xx.xx.1984-cü il tarixdən xx.xx.1984-cü il tarixədək neft və qaz istismar və kəşfiyyatı quyularının qazılmasında qazmaçı köməkçisi. Şirvan NQÇİ-də: xx.xx.1986-cı il tarixli 104/k nömrəli əmrlə xx.xx.1986-cı il tarixdən xx.xx.1996-cı il tarixədək 1 nömrəli Neft və qaz çıxarma sexində elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru; xx.xx.1996-cı il tarixli 257 nömrəli əmrlə xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək elektrik montyoru. "Şirvan OYL ” BMMM-də: xx.xx.1997-ci il tarixli 158 nömrəli əmrlə xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək 1 nömrəli Neft və qaz çıxarma sexində elektrik montyoru; xx.xx.2002-ci il tarixli 86/k nömrəli əmrlə xx.xx.2002-ci il tarixdən xx.xx.2005-ci il tarixədək hazırlıq briqadası operatoru; xx.xx.2005-ci il tarixli 203/k-a nömrəli əmrlə xx.xx.2005-ci il tarixdən xx.xx.2009-ci il tarixədək QƏYT sexinin 1-ci sahəsində hazırlıq briqadası operatoru işləmişdir. “xxxxxxxxxx ” Şirkətinin Azərbaycan Respublikasındakı Filialında: xx.xx.2009-cu il tarixdən Quyuların əsaslı və yeraltı təmiri sexində hazırlıq briqadası operatoru peşəsində işləmişdir və xx.xx.2019-cu il tarixli 697/k nömrəli əmrlə xx.xx.2019-cu il tarixdən onunla bağlanmış müqaviləyə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69.3 maddəsmə əsasən xitam verilmişdir. SOCAR “X21” tresti tərəfindən verilmiş SOCAR **********80020115X00284 №li xx.xx.2019-cu il tarixli arxiv arayışında qeyd olunmuşdur ki, İddiaçı X9 İdarəsində və X2 İdarəsində işləmişdir. “Azneft” İB-nin xx.xx.2003-cü il tarixli, 8 saylı əmrinə əsasən X2 İdarəsi qazma sexi kimi X9 İdarəsinin tərkibinə verilmişdir. “Azneft” İB-nin xx.xx.2004-cü il tarixli, 244 saylı əmrinə əsasən X9 İdarəsi qazma sexi kimi X15 İşləri İdarəsinin tərkibinə verilmişdir. SOCAR-ın xx.xx.2007-ci il tarixli. 51 saylı və xx.xx.2007-ci il tarixli, 60 saylı əmrləri ilə “X21” tresti yaradılmışdır. Qobustan KQİİ yenidən təşkil edilərək hüuqi şəxs statusuna malik olmayan təşkilat kimi SOCAR-ın “X21” trestinin tabeliyinə veilmişdir. “X21” trestinin xx.xx.2012-ci il tarixli, 82 saylı əmrinə əsasən Qobustan KQİİ qazma sexi kimi xx.xx.2012-ci il tarixdən Abşeron Qİİ-in tərkibinə verilmişdir. SOCAR-ın xx.xx.2013-cü il tarixli, SOCAR/13-1000/01/SM-05-000034 saylı əmrinə əsasən “X21” trestinin X23 İdarəsi ləğv olunaraq trestin Abşeron İstehsalat bölümü kimi fəaliyyət göstərir. İddiaçı xx.xx.1982ci ildən xx.xx.1983-cü ilədək X9 İdarəsinə 2-ci dərəcəli təmir üzrə elektrik-montyoru peşəsinə işə qəbul edilib. xx.xx.1983-cü ildən xx.xx.1984-cü ilədək elektrik avadanlıqlarının təmiri üzrə 3-cü dərəcəli elektrik montyoru peşəsinə keçirilib. xx.xx.1984cü ildən xx.xx.1984-cü ilədək 3-cü dərəcəli qazmaçı-köməkçisi peşəsinə keçirilib. xx.xx.1984-cü ildən xx.xx.1985-ci ilədək yükəyici peşəsinə keçirilib. xx.xx.1985-ci ildə köçürülmə yolu ilə X2 İdarəsinə getdiyi üçün işdən azad edilib. xx.xx.1985-ci ildən xx.xx.1986-cı ilədək X2 İdarəsinə 3-cü dərəcəli sürücü peşəsinə qəbul edilib. xx.xx.1986cı ildə başqa işəgötürənlə ƏM-si bağladığı üçün işdən azad edilib. İddiaçının hazırkı tələblə cavabdeh orqana etdiyi müraciətə cavab olaraq, DSMF X20 İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli **********6 №li imtina məktubunda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən x xxxxxx 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. x xxxx 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 №-li siyahıya görə 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10), neft, qaz və qaz kondensatının hasilatı bəndində (10.2) neft və qaz kondensatının hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyorları texnoloji qurğuların təmiri üzrə çilingərlər vəzifəsi nəzərdə tutulmuşdur. İdarəyə təqdim edilmiş 21noyabr2019-cu il tarixli 39 nömrəli “X16 Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialının müraciətçiyə dair arayışında xx.xx.1996-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində Şirvan OYL BMMM-də neft-qazçıxarma sexində elektrik montyoru və hazırlıq briqadasının operatoru vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi həm işlədiyi sahə, həm də vəzifə yuxarıda qeyd olunan sahə və vəzifəyə uyğun deyil. Bu səbəbdən də güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Qeyd olunanlar nəzərə alınmaqla müraçiətçiyə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmamışdır. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada) 2.1.8-ci bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunla dəyişiklik edilənə qədər xx.xx.1997-ci il tarixədək qüvvədə olan redaksiyada 13-cü maddəsinin: a) bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarına 1 nömrəli əlavə kimi “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarına 2 nömrəli əlavə kimi “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. ““Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci maddəsi ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, 3 beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1dək hər il altı ay artırılmışdır. Qanunun İ bölməsinin 1, 3, 7, 15, 17, 21 və 23-cü maddələri x xxxxxx 1997-ci ildən, qalan maddələri isə x xxxxxx 1998-ci ildən qüvvəyə minmişdir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, kişi cinsindən şəxsin 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay, ümumi iş stajı minimum 25 il olmalı; 3) 12 il 6 ay xüsusi və 25 il ümumi iş stajı xx.xx.2006cı il tarixədək mövcud olmalıdır. “Ümumi iş stajı” anlayışı ilə bağlı xx xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda aşağıdakılar müəyyən olunmuşdur: - 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. - 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidentin mühafizə orqanlarında xidmət müddəti də daxil edilir. - 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə - Qanun) : - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 21.2.3-ci maddəsinə əsasən, müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddət sığortaolunanın sığorta stajına daxil edilir. Bununla bağlı olaraq məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. İş materiallarından və tərəflərin izahatlarından da göründüyü kimi, hazırki iddia ilə bağlı iddiaçının ümumi iş stajı işin mübahisələndirilməyən hallarındadır. Göründüyü kimi, iddiaçının hərbi xidmət dövrü də nəzərə alınmaqla, onun xx.xx.2006-cı il tarixədək 25 ildən artıq, yəni 25 (iyirmi beş) il, 2 (iki) ay 20 (iyirmi) gün ümumi iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. İş materiallarından görünür ki, cavabdeh orqan iddiaya dair imtina məktubunda və yazılı etirazında bildirmişdir ki, iddiaçının güzəştli şərtlərlə iş stajı 12 il 6 aydan az təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №li qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısı təsdiq edilmişdir. Qeyd olunan Siyahıda iddiaçının işlədiyi peşələr “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı” adlanan 10-cu bölməsinin, “ Qazma” adlanan 1-ci bəndinin a) yarımbəndində (fəhlələr:); “Neft, qaz və qaz kondensatının hasilatı” adlanan 2-ci bəndinin a) yarımbəndində (fəhlələr) nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajının, o cümlədən 12 il 6 aydan artıq, yəni 21 (iyirmi bir) il, 09 (doqquz) ay, 04 (dörd) gün güzəştli şərtlərlə iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmənin qənaətinə görə İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik və 12 il 6 ay xüsusi və 25 il ümumi iş stajı xx.xx.2006-cı il tarixədək mövcud olduğundan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci, 9.8-ci maddələrinə müvafiq olaraq ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanmalıdır. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 31.1-ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (AR İPM 14.3); “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur (AR İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı 57 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2019-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdeh DSMF X12 İdarəsinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 57 yaşı tamam olduğu, yəni xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üçün alınmamış əmək pensiyası məbləğinin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi yanında Dövlət X19 X12 İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-3501/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3501/2020
13.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver