Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3502/2024 06.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “qərarın gömrük dəyərinin artırılması hissəsində ləğv edilməsi” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Apellyasiya Şurasına qarşı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Apellyasiya Şikayətinin 01 sentyabr 2023-cü il tarixli 052 №-li qərarının və gömrük dəyərinin Bakı Baş Gömrük İdarəsi tərəfindən əsassız olaraq 4 683.17 manat məbləğində artırılması hissəsində ləğv edilməsinə dair qərar qəbul edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Çin Xalq Respublikasının rezidenti olan "Mingyu imp and Exp.co.LTD" şirkəti ilə aramızda - "xxxx" MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli "MNY0025" nömrəli müqaviləyə əsasən xx.xx.2023-cü il tarixli "MNX2078" nömrəli invoys sənədi əsasında tərəfimizdən **********6436 sorğu nömrəli gömrük bəyannaməsi ilə öikə ərazisinə idxal olunan '"uşaq üşün üç təkərli velosipedlər" adlı malların gömrük dəyərinin düzgünlüyü yoxlanılmış və gömrük bəyannaməsində bəyan olunan malların - uşaq velosipedlərin yükü üzrə keçirilən fiziki yoxlama nəticəsində gömrük dəyərində şübhələr yarandığından gömrük orqanının vəzifəli şəxsi şübhələri əsaslandıraraq gömrük dəyərinə müvafiq düzəlişlərin edilməsi məqsədi ilə bizə elektron formada bildiriş və GDD********** nömrəli xx.xx.2023-cü il tarixli GDD təqdim edilmişdir. Məlum olmuşdur ki, Bakı Baş Gömrük İdarəsinin həmin gömrük bəyannaməsi üzrə 1953.01 AZN idxal gömrük rüsumu, 2683.16 AZN əlavə dəyər vergisi, 35 AZN xidmət haqqı olmaqla ümumilikdə, 4683.17 AZN əlavə ödəniləcək gömrük ödənişləri yaranmışdır. Gömrük dəyərinin heç bir əsas olmadan göstərikən məbləğdə artırılması ilə razılaşa bilmərik. Belə ki, yuxarıda qeyd edilən malların - uşaq velosipedlərinin Çində olan analoji dəyəri alibaba.com saytı üzərindən tərəfimizdən araşdırılmış və Çin şirkəti tərəfindən təqdim olunan invoys dəyəri ilə eyni olduğu müəyyən edildiyi üçün müvafiq apellyasiya şikayəti ilə 29 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Apellyasiya Şurasına müraciət etməli olduq. X2 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin şikayətinə baxaraq, özünün 01 sentyabr 2023-cü il tarixli 052 №-li qərarı ilə şikayəti təmin etməmişdir. Həmin qərarla razılaşmaq olmaz. Belə ki, "Gömrük tarifi haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində gömrük ərazisinə gətirilən malların gömrük dəyərinin müəyyən edilməsi üçün bir neçə üsul nəzərdə tutulmişdur ki, həmin üsullardan biri də malların sövdələşmə qiyməti hesab edilir. Hesab edirik ki, Bakı Baş Gömrük idarəsi tərəfimizdən idxal olunan malların gömrük dəyərini müəyyən edərkən, malların sövdələşmə qiymətini əsassız olaraq nəzərə almadan, malların gömrük dəyərinin müəyyən edilməsinə həmin maddənin 12.1.6-cı maddəsində nəzərdə tutulan ehtiyat üsulunu tətbiq etmiş və əsasız olaraq belə qərar qəbul edilmişdir ki, bizim əlavə olaraq 4 683.17 AZN məbləğində gömrük ödənişimiz yaranmışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Apeiiyasiva Şurasının 01 sentyabr 2023-cü ii tarixli 052 №-ii qərarı ləğv edilməklə, gömrük dəyəri əsasız olaraq artırıldığı hissədə ləğv edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Apellyasiya Şurası əsl cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə əvəz edilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Çin Xalq Respublikasının rezidenti olan ' Mıngyu imp and Exp.co.LTD” şirkəti ilə iddiaçı arasında 27 aprel 2021-ci il tarixli müqavilə imzalanmışdır. 27 mart 2023-cü il tarixdə **********6436 sorğu nömrəli gömrük bəyannaməsi ilə uşaq üçün üç təkərli velosipedlər idxal edilmişdir. Gömrük orqanı həmin malların gömrük dəyərinə düzəlişlərin edilməsi məqsədi ilə iddiaçıya elektron formada bildiriş və 5 iyun 2023-cü il tarixli GDD təqdim etmişdir. Bakı Baş Gömrük İdarəsinin qeyd olunan bildirişində iddiaçının idxal etdiyi mallar üzrə 1953.01 manat idxal gömrük rüsumu, 2683 16 manat əlavə dəyər vergisi, 35 manat xidmət haqqı olmaqla ümumilikdə, 4683.17 manat əlavə gömrük ödənişləri yarandığı qeyd edilmişdir. İşin hallarından müəyyən edilir k. Çın Xaiq Respublikasından 12DS351C/12DS9610 nömrəli nəqliyyat vasitəsi ilə MNX2078 nömrəli 27 mart 2023-cü ıl tarixli ınvoys sənədi əsasında idxal olunan uşaq üçün üç təkərli velosipedlər və onların ehtıyyat hissələri yüku 1 iyun 2023-cu il tarixli **********6436 sorğu nömrəli gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük İdarəsinə bəyan olunmuşdur. Həmin malların xassələrinin, mənşəyinin, vəziyyətinin, miqdarının və dəyərinin gömrük bəyannaməsində göstərilən məlumatlarla uyğunluğunu müəyyən etmək məqsədi ilə 3 iyun 2023-cü il tarixində **********6436 sorğu nömrəli gömrük bəyannaməsi fiziki yoxlamaya göndərilmişdir. Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən malların gömrük dəyərinin müəyyən edilməsi (gömrük dəyərləndirilməsi) beynəlxalq təcrübədə qəbul edilmiş ümumi prinsiplərə (1994-cü il tarixli Tariflər və Ticarət üzrə Baş Sazişin (GATT) Vİİ maddəsinə GATT- in Vİİ maddəsinin Tətbiq edilməsinə dair Razılaşmaya və onun əlavələrinə) əsaslanır. Gömrük tarifinin tətbiqi məqsədilə malların gömrük dəyərləndirilməsi qaydaları Gömrük Məcəlləsinə uyğun olaraq “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 12- cı maddəsində qeyd olunan üsullarla müəyyən edilir. Qeyd edilən normaya əsasən iddiaçının təqdim etdiyi 1 iyun 2023-cü il tarixdə **********6436 sorğu nömrəli gömrük bəyannaməsində göstərilən məlumatların yoxlanılması zamanı bəyan olunan malların gömrük dəyərinə düzəliş edilməsinə dair 5 iyun 2023-cü il tarixli bildirişlə iddiaçıya göndərilmiş və bəyannamədə müvafiq düzəlişlərin aparılması üçün bəyannaməçiyə geri qaytarılmışdır. İddiaçı tərəfindən 7 iyun 2023-cü il tarixdə 16 nömrəli məktubla Bakı Baş Gömrük İdarəsinə müraciət edilmiş və Bakı Baş Gömrük İdarəsinin 22 iyun 2023-cü-il tarixli 1400-011/0xx-xx/006410 nömrəli məktubla iddiaçıya cavab verilmişdir. İddiaçı Bakı Baş Gömrük idarəsinin cavab məktubu ilə razılaşmayaraq 29 iyun 2023- cü il tarixdə Dövlət Gömrük Komitəsinin Apellyasiya Şurasına şikayət məkubu ünvanlamışdır. İddiaçının şikayətinə Dövlət Gömrük Komitəsinin Apellyasiya Şurasının iclasında iddiaçının nümayəndəsinin iştirakı ilə 1 sentyabr 2023-cü il tarixdə baxılmış və iddiaçının şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 9.0.3-cü maddəsində gömrük orqanlarına təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin düzgünlüyünü araşdırmaq gömrük orqanının hüququdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi. 12-ci maddə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə. onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7-ci maddə - tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 64.1-ci maddə - sədrlik edən hakim mübahisə ilə bağlı işin həm faktiki, həm də huquqı tərəflərini proses iştirakçıları ilə müzakirə etməyə borcludur. 68.2-ci maddə - məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələbinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edilməlidir. Göründüyü kimi iddiaçının idxal etdiyi mallarla digər idxal olunmuş eyni və ya eyni cinsli malların gömrük dəyəri arasında fərqlər müəyyən edilmiş və həmin malların gömrük dəyərinə düzəliş edilməsi zərurəti yaranmışdır. İddiaçı gömrük orqanı tərəfindən müəyyən edilmiş gömrük dəyərinə düzəliş edilməsi faktını təkzib edən dəlilləri Dövlət Gömrük Komitəsinin Apellyasiya Şurasına ünvanladığı şikayətin, həmçinin Bakı İnzibati Məhkəməsinə ünvaladığı iddia ərizəsində sübutlar təqdim edilməmiş, iddiaçının iddia ərizəsi iddiaçının şəxsi mülahizəsinə əsaslanmaqla, hər hansı əsaslı şübhə yaratmayan sübutla təsdiq edilmir. Bu səbəbdən də iddiaçının Dövlət Gömrük Komitəsinə qarşı olan iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi iddiaya dair yazılı münasibət ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 9.0.3-cü maddəsində göstərilir ki, gömrük orqanlarına təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin düzgünlüyünü araşdırmaq gömrük orqanının hüququdur. Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən malların gömrük dəyərinin müəyyən edilməsi (gömrük dəyərləndirilməsi) beynəlxalq təcrübədə qəbul edilmiş ümumi prinsiplərə (1994-cü il tarixli Tariflər və Ticarət üzrə Baş Sazişin (GATT) Vİİ maddəsinə, GATT-ın Vİİ maddəsinin Tətbiq edilməsinə dair Razılaşmaya və onun əlavələrinə) əsaslanır. Gömrük tarifinin tətbiqi məqsədilə malların gömrük dəyərləndirilməsi qaydaları Gömrük Məcəlləsinə uyğun olaraq "Gömrük tarifi haqqında" Azərbaycan Respublikası Qanununun 12- ci maddəsində qeyd olunan üsullarla müəyyən edilir. Qeyd edilən normaya əsasən iddiaçının təqdim etdiyi xx.xx.2023-cü il tarixdə **********6436 sorğu nömrəli gömrük bəyannaməsində göstərilən məlumatların yoxlanılması zamanı bəyan olunan malların gömrük dəyərinə düzəliş edilməsinə dair xx.xx.2023-cü ildə GDD********** saylı Bildiriş iddiaçıya göndərilmiş və bəyannamədə müvafiq düzəlişlərin aparılması üçün bəyannaməçiyə geri qaytarılmışdır. "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə 16 nömrəli məktubla Bakı Baş Gömrük İdarəsinə müraciət edilmiş və Bakı Baş Gömrük İdarəsinin xx.xx.2023-cü-il tarixli 1400-011/0xxxx/006410 nömrəli məktubla "xxxx" MMC-yə cavab verilmişdir. İddiaçı Bakı Baş Gömrük idarəsinin cavab məktubu ilə razılaşmayaraq xx.xx.2023-cü il tarixdə Dövlət Gömrük Komitəsinin Apellyasiya Şurasına şikayət məkubu ünvanlamışdır. 01,09.2023-cü il tarixdə Dövlət Gömrük Komitəsinin Apellyasiya Şurasının iclasında "AZQLOBAL İNTERNATİONAL” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Səfa Sadıxovun iştirakı ilə baxılmışdır. İddiaçının şikayəti təmin edilməmişdir. İddiaçının idxal etdiyi mallarla digər idxal olunmuş eyni və ya eyni cinsli malların gömrük dəyəri arasında fərqlər müəyyən edildiyindən malların gömrük dəyərinə düzəliş edilməsinə dair xx.xx.2023-cü ildə GDD********** saylı Bildiriş iddiaçıya göndərilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 73.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 8-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının iqtisadi və milli təhlükəsizliyini təmin etmək; gömrük nəzarətini və rəsmiləşdirilməsinı həyata keçirmək və təkmilləşdirmək; gömrük rüsumlarını, müvafiq vergiləri və digər gömrük ödənişlərini almaq gömrük orqanının yuxarıdakılarla məhdudlaşmayan vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Apellyasiya Şurasının 052 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Q.N.Əliyevin xx.xx.2023-cü il tarixli 21 nömrəli şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən İddiaçınə ünvanlanmış 1400-011/0xx-xx/006410 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, Çin Xalq Respublikasından 12D89510/12D89610 nömrəli nəqliyyat vasitəsində, MNX2078 nömrəli xx.xx.2023-cü il tarixli invoys sənədi əsasında ünvanına idxal olunan “uşaq üçün üç təkərli velosipedlər və onların ehtıyyat hissələri” yükü xx.xx.2023-cü il tarixli **********6436 sorğu nömrəli gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük İdarəsinə bəyan olunmuşdur. Həmin malların xassələrinin, mənşəyinin, vəziyyətinin, miqdarının və dəyərinin gömrük bəyannaməsində göstərilən məlumatlarla uyğunluğunu müəyyən etmək məqsədi ilə 03 iyun 2023-cü il tarixində **********6436 sorğu nömrəli gömrük bəyannaməsi fiziki yoxlamaya göndərilmişdir. Belə ki, sözügedən gömrük bəyannaməsində bəyan olunan “uşaq üçün üç təkərli velosipedlər və onların ehtiyyat hissələri” yükü üzrə keçirilən fiziki yoxlama nəticəsində gömrük dəyərində şübhələr yarandığından, gömrük orqanının vəzifəli şəxsi şübhələri əsaslandıraraq gömrük dəyərinə müvafiq düzəlişlərin edilməsi məqsədi ilə bəyannaməçiyə elektron formada bildiriş və GDD********** nömrəli xx.xx.2023-cü tarixli GDD təqdim edilmişdir. Nəticədə sözügedən gömrük bəyannaməsi üzrə 1953.01 AZN idxal gömrük rüsumu, 2695.16 AZN əlavə dəyər vergisi. 35.00 AZN xidmət haqqı olmaqla ümumilikdə 4683.17 AZN əlavə ödəniləcək gömrük ödənişləri yaranmışdır. Gömrük orqanı tərəfindən verilmiş GDD göndərildiyi tarixdən 5 (beş) iş günü müddətində bəyannaməçi tərəfindən təsdiqlənə və ya müvafiq əsaslar göstərilməklə imtina oluna bilər, eyni zamanda bəyanaməçi gömrük orqanının təklif etdiyi gömrük dəyəri ilə razılaşmadığı təqdirdə təqdim olunan gömrük bəyannaməsində hesablanmış gömrük ödənişlərinin ödənilməsi şərti ilə təminatdan istifadə etməklə bəyan edilmiş malların buraxılması tələbi ilə gömrük orqanına müraciət edə bilər. Bəyannaməçinin gömrük orqanının müəyyən etdiyi gömrük dəyəri ilə razılaşmadığı, eləcə də təminatdan istifadə etmədiyi hallarda malların buraxılışı həyata keçirilmir. Bəyannaməçi ona təqdim edilmiş bildiriş və GDD-də göstərilən gömrük dəyərinə təklif olunan düzəlişlə razılaşmadıqda yuxarı gömrük orqanına və ya məhkəməyə müraciət etmək hüququ vardır. Əlavə xərclərin yaranmasının qarşısının alınması məqəsədi ilə 12D89510/12D89610 nömrəli nəqliyyat vasitəsində daşınan "xxxx" MMC-yə məxsus malların gömrük nəzarəti altında “İpək Yolu” gömrük postunda boşaldıldıqdan sonra sözügedən nəqliyyat vasitəsini gömrük ərazisindən çıxarda bilər. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Bakı Baş Gömrük İdarəsinə ünvanlanmış 154000/TF-368 saylı xx.xx.2023-cü il tarixli gömrük qarantiyası barədə məktubda bildirilmişdir ki, Yazıb Sizə bildiririk ki, xx.xx.2023-cü il tarixində İddiaçı MMC-yə (VÖEN **********) **********6436 saylı Gömrük Bəyannaməsi ilə Bakı Baş Gömrük İdarəsinə daxil olmuş Çin istehsalı 2055 ədəd 69,80 kubluq, 8010 kq çəkidə uşaqlar üçün üçtəkərli velosipedlərin gömrük dəyərinin artırılması ilə bağlı yazılı bildiriş verilmişdir. Yaranmış vəziyyətlə əlaqədar Bakı Baş Gömrük İdarəsilə aramızdakı mübahisəli məsələ öz həllini tapana qədər yükü bank qarantiyası ilə sərbəst dövriyyə buraxmağa köməklik göstərməyinizi Sizdən xahiş etmişdik. Bank qarantiyasının müddətinin bitməsinə 10 gün qalmışa qədər məsələ öz həllini tapmaz və gömrük orqanı 1953.01 AZN idxal gömrük rüsumu, 2695.16 AZN əlavə dəyər vergisi, 35.00 AZN xidmət haqqı olmaqla ümumilikdə 4683.17 AZN əlavə ödəniləcək gömrük ödənişlərini bankdan əldə edə bilməzsə, biz yaranmış gömrük borcunu tamamilə ödəyəcəyimizə yazılı öhdəlik veririk. **********6436 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsinin 33-cü qrafasında yükün xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu 1 950300 1000, 31-ci qrafasında “uşaq üçün üçtəkərli velosipedlər volu ******* tricycle yer sayı 415 ədəd sayı 2055 kub 69,80 Çin istehsalı 8010,00 kq”, 22-ci qrafasında ümumi invoys dəyəri 14177,75 olmaqla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən bəyan edilmişdir. Sifarişçi İddiaçı və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış xidmət göstərilməsi haqqında N:203 saylı xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı tapşırığı ilə idxal, ixrac, tranzit və digər gömrük prosedurları altında onun adından və öz adından rəsmiləşdirilməsi tələb olunan malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı “Qiymətlərin razılaşdırılması protokolu”nda sadalanan xidmətlərin göstərilməsi müəyyən edilmişdir. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etmiş, iddiaçı iştirak etməmişdir (nümayəndəsinin iştirakını təmin etməmişdir). Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfi dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 saylı qərarına əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır.(1.1) İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir.(1.2) Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3) Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir.(1.4) Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.(2.1) İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.(2.2) Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.(2.3) İşin materialları ilə müəyyən edilir ki, iddiaçı faktiki olaraq hüquqi marağı artıq ödənilmiş 4683,17 manat məbləğində gömrük ödənişinin geri qaytarılması barədə Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən qərarın və rəyin tərtib edilməsinə yönəlmişdir. Məhkəmə qeyd edir ki, iddia formal tələblərə cavab vermir və düzgün cavabdehə qarşı qaldırılmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə (Məhkəmənin yardım etmək vəzifəsi) əsasən iddiaçıya hüquqi yardım göstərərək iddia ərizəsində cavabdeh qismində Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi göstərilməklə iddia tələbinin “artıq ödənilmiş gömrük ödənişinin geri qaytarılması barədə qərarın və rəyin tərtib edilməsi” kimi dəqiqləşdirilməsi barədə ərizənin məhkəməyə təqdim edilməsi üçün müddət müəyyən edilmiş, lakin iddiaçı tərəfindən qeyd edilən çatışmazlıqlar aradan qaldırılmamışdır. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən hüquqi müdafiə vasitəsi izah olunduğundan hazırkı tələblərlə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-3502/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3502/2024
06.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver