Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3503/2020 21.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X2 İdarəsinə (X2 üzrə Mərkəzi Filialı) qarşı “əmək pensiyasının yenidən hesablanması və yaranacaq pensiya fərqinin ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X2 İdarəsinə (X2 üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2007-ci il tarixdən tətbiq edilməklə əmək pensiyasının yenidən hesablanması və yaranacaq pensiya fərqinin ödənilməsinin cavabdehin üzərinə öhdəlik qovulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, 1992-ci ildə Respublikanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə ağır yaralanmışdır. Xəsarəti ağır olduğu üçün Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilərək hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsız sayılmışdır.1993-cü ildə Mingəçevir Tibbi sosial ekspert komissiyası tərəfindən onaikinci qrup müharibə əlilliyi təyin edilmişdir. Həmin ildən DSMF-nin Mingəçevir şəhər şöbəsi tərəfindən təyin olunmuş mülki pensiyanı alır.xx.xx.2007-ci ildən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanununun 12.2-ci maddəsinə əsasən (müddətli həqiqi hərbi qulluqçular istisna olmaqla) müharibə əlillərinə Müdafiə Nazirliyi tərəfindən “Məlumat vərəqinin” tərtib edilərək DSMF-nin X2 İdarəsinə göndərilməsi yolu ilə pensiya təyin olunmağa başladı. O, həmin dövrdən nə qədər mübarizə aparsa da, Müdafiə Nazirliyi tərəfindən ona hərbi qulluqçu kimi pensiya təyin olunmamışdır. Ədalət öz yerini 2019-cu ilin noyabr ayında tapmış və ona Müdafiə Nazirliyinin xətti ilə pensiya təyin olunmuşdur. Qanuna əsasən ona pensiya 2007-ci ilin yanvar ayının 1-dən təyin olunmalı idi.2017-ci ilin iyul ayının 1-nə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında”qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətdən asılı olmayaraq ödənilirdi. 2017-ci ilin iyul ayının 1-dən sonrakı dəyişikliyə əsasən müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ödənilir. 2017ci ilə kimi əlilliyə görə təyin olunmuş pensiyaçılara alınmamış pensiya məbləği birdəfəlik ödənilmişdir.2007-ci ildən keçmiş müddət üçün alınmamış əmək pensiyasının ödənilməməsi onun ailəsinin,əsasəndə onun xəstəliyinə, durumuna və sosial hüququnun qanunsuz pozulmasına səbəb olur.Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 oğlu iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarına” əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilir.Yuxarıda qeyd olunan Qaydaların 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən - “Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər.İddiaçının ərizəsində iddia etdiyi, 2007-ci il tarixdən pensiya fərqinin hesablanaraq ödənilməsi qeyd edilmişdir. İddiaçının adına əmək pensiyası təyin edilməsi üçün qulluq etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən “məlumat vərəqi” tərtib edilərək xx.xx.2019-cu il tarixdə İdarəyə göndərilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliklərə görə - həmin Qanunun 32.1-1 maddəsinə əsasən son 3 il nəzərə alınmaqla xx.xx.2016-cı il tarixdən ödənilməsinə qərar verilmişdir.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə Qanunun 32.1-1 maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu səbəbdən də tərəflərindən son 3 ilin ödənişi həyata keçirilmiş və iddiaçıya ödənilmişdir.Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan AZE seriyalı ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1965-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X2 İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli **********6 saylı imtina məktubunda qeyd edilir: Müraciətlərinizə baxaraq bildiririk ki, Siz xx xxxxxxx 2019-cu il tarixində İdarəyə hərbi qulluqçu kimi əlilliyə görə əmək pensiyası təyin olunması üçün müraciət etmisiniz. İdarənin sorğusuna əsasən Dövlət Sosial Müdafiə Fondunun Ağdam rayon şöbəsinin x xxxxxx 2019-cu il tarixli **********3 nömrəli məktubunda əmək pensiyanızın xx xxxxxx 2019-cu il tarixinədək ödənildiyi qeyd edilmişdir. Bununla əlaqədar Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən İdarəyə təqdim olunmuş x xxxxxxx 2019-cu il tarixli MN-12449 nömrəli məlumat vərəqəsinə uyğun olaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.1-ci maddəsinə əsasən Sizə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar" İİ qrup əlilliyə görə təminat xərcliyinizin (757,00 manat) 80 faizi - 605,60 manat məbləğində pensiya təyin edilmiş və keçmiş üç il müddət üçün yenidən hesablanmışdır.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.Qeyd olunanları nəzərə alaraq, əmək pensiyanız üzrə keçmiş üç il müddət üçün hesablanmış 9392,86 manat fərq məbləği cari ilin yanvar ayından etibarən həmin Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada hissə-hissə pensiyanızın üzərinə əlavə olunmaqla müvafiq kart hesabınıza köçürülür. İş materiallarında olan Azərbaycan Respublikası Mingəçevir şəhər DSMF-nin 16 saylı xx.xx.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı Azərbaycan Respublikasının müdafiəsi zamanı İİ-ci qrup əlilliyə görə xx.xx.1993-cü il tarixdən xx.xx.2019-cu il tarixədək 215,78 manat pensiya almışdır. İş materiallarında olan İddiaçı məxsus pensiya işində olan sənədlərdən görünür ki, xx xxxxxxx 2019-cu il tarixli MN-12449 nömrəli məlumat vərəqəsindən görünür ki, İddiaçı xx.xx.1992-ci il tarixdə «Hərbi Xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin «v» bəndinə əsasən (xəstəliyə görə) tərxis olunmuş, ona 555 manat vəzifə maaşı, 138 manat rütbə maaşı və 64 manat ərzaq payı əvəzində kompensasiya olmaqla, 757 manat məbləğində təminat xərcliyi hesablanmışdır. Həmin pensiya işində olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X2 İdarəsininxx.xx.2019-cu il tarixli Əmək pensiyasının təyin edilməsi haqqında Qərarına əsasən İddiaçı xx.xx.2019-cu il tarixdən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.16.1-ci maddəsinə əsasən əlilliyə görə 605,60 manat məbləğində əmək pensiyası təyin edilmişdir. Həmin pensiya işində olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X2 İdarəsininxx.xx.2019-cu il tarixli əmək pensiyasının yenidən hesablanması haqqında Qərarına əsasən İddiaçı xx.xx.2019-cu il tarixdən əlilliyə görə hazırkı pensiya məbləği 605,60 manat, təminat xərcliyindəki dəyişiklər: vəzifə maaşı 555 manat, rütbə maaş 138 manat, ərzaq payı 64 manat, təminat xərcliyinin cəmi 757 manat hesablanmışdır. Həmin pensiya işində olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naxirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar xx.xx.2003-cü il tarixdə müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. Həmin pensiya işində olan ƏƏSMN yanında DSMF-nin Mingəçevir şəhər şöbəsi tərəfindən ƏƏSMN yanında DSMF-nin X2 İdarəsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, İddiaçı pensiya işi X2 İdarəsinə göndərilmişdir və sonuncu dəvə ona xx.xx.2019-cu il daxil olmaqla pensiya ödənilmişdir. Həmin pensiya işində olan ƏƏSMN yanında DSMF-nin Mingəçevir şəhər şöbəsi Pensiyaçının uçot vərəqindən görünür ki, İddiaçı ilkin olaraq xx.xx.1993-cü il tarixdə ikinci qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 12.2-ci maddəsinə əsasən hərbi qulluqçulara, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından müharibə ilə əlaqədar İ dərəcə əlilliyi olan şəxslərə (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, lakin xidmət dövründə alınmış xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində üz verdikdə təyin edilir; 20.1, 20.1.12-ci maddəsinə əsasən Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: bu qanunun 12.2-ci maddəsində göstərilən hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 20.16-cı maddəsinə əsasən bu qanunun 20.1.12-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.16.1. müharibə ilə əlaqədar İ dərəcə əlilliyi olan şəxslərə (o cümlədən xidməti vəzifələri yerinə yetirərkən əlil olanlara) müvafiq təminat xərcliyinin - 100 faizi, müharibə ilə əlaqədar İİ dərəcə əlilliyi olan şəxslərə - 80 faizi, müharibə ilə əlaqədar İİİ dərəcə əlilliyi olan şəxslərə - 55 faizi; 20.16.2. İ dərəcə əlilliyi olan digər şəxslərə (o cümlədən xidməti vəzifələri yerinə yetirməklə bağlı olmayan əlilliyi olan şəxslərə) müvafiq təminat xərcliyinin - 60 faizi, İİ dərəcə əlilliyi olan şəxslərə - 55 faizi, İİİ dərəcə əlilliyi olan şəxslərə - 35 faizi miqdarı ilə müəyyənləşdirilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər; 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir; 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydası»nın: 3-cü bəndinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların və ya həmin şəxslər vəfat etdikdə, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir; 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı hərbi qulluqçu olmuşdur, o, xx.xx.1992-ci il tarixdə «Hərbi Xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin «v» bəndinə əsasən (xəstəliyə görə) tərxis olunmuş, DSMF-nin Mingəçevir şəhər şöbəsi tərəfindən ona ilkin olaraq xx.xx.1993-cü il tarixdə ikinci qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir və xx.xx.2019-cu il tarixədək həmin pensiyanı almışdır. xx xxxxxxx 2019-cu il tarixli Müdafiə Nazirliyi tərəfindən cavabdeh X2 İdarəsinə məlumat vərəqəsi göndərilmiş, xx.xx.2019-cu il tarixdə DSMF-nin Mingəçevir şəhər şöbəsi tərəfindən iddiaçının pensiya işi X2 İdarəsinə göndərilmişdir. Dövlət Sosial Müdafiə Fondunun X2 İdarəsininxx.xx.2019-cu il tarixli Əmək pensiyasının təyin edilməsi haqqında Qərarına əsasən İddiaçı xx.xx.2019-cu il tarixdən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.16.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası təyin edilmişdir, əmək pensiyası yenidən hesablanmış, həmçinin əvvəlki üç il üçün - xx.xx.2016-cı il tarixdən əmək pensiyası hesablanaraq ödənilmişdir. Hazırda iddiaçı Müdafiə Nazirliyi tərəfindən “Məlumat vərəqinin” tərtib edilərək DSMF-nin X2 İdarəsinə göndərilməsi yolu ilə pensiya təyin olunmağa başladığı xx.xx.2007-ci il tarixdən ona əmək pensiyasının yenidən hesablanmasını və yaranacaq fərqin ödənilməsini tələb edir. Lakin qanunvericiliyin tələblərindən də göründüyü kimi, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməlidir. Cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq qeyd olunan dövr üçün (əvvəlki üç il üçün) əmək pensiyası hesablanaraq ödənilmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli 03/2020 saylı Qərardadına əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X2 İdarəsinə (X2 üzrə Mərkəzi Filialı) qarşı “əmək pensiyasının yenidən hesablanması və yaranacaq pensiya fərqinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-3503/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3503/2020
21.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver