Məhkəmə qərarları › İş №2-1(112)-3506/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3506/2024

15.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3506/2024 15.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi X7 kаtibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Hacibaba oğlunun cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı “iddiaçının ünvan 1 ünvanına qeydiyyata alınması və ona yeni şəxsiyyət vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İ. Mübahisənin predmeti

1. İddiaçı Hacibaba oğlu cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı “iddiaçının ünvan 1 ünvanına qeydiyyata alınması və ona yeni şəxsiyyət vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1980-ci ildə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Səfxani küçəsi ev 9B-də anadan olmaqla hal-hazıra kimi də faktiki olaraq orada yaşasa da, ona şəxsiyyət vəsiqəsi veriləndə, sonradan şəxsiyyət vəsiqəsi dəyişdirəndə qeydiyyat ünvanı ona məlum olmayan səbəbdən ev B əvəzinə səhvən 9A kimi qeydə alınmışdır. Həmin ünvanda qeydiyyatda olan anası X15 xx.xx.2010-cu ildə, atası X8 xx.xx.2022-ci ildə vəfat etmişlər. Hazırda həmin evdə faktiki olaraq iddiaçı, həyat yoldaşı və 4 uşağı yaşasa da, qeydiyyat ünvanının səhv yazılması səbəbindən nə özü, nə də uşaqları ünvana qeydiyyata düşə və onlardan miras qalan əmlakı rəsmi olaraq qəbul edə bilmirlər. İddiaçının qeydiyatda olduğu Nardaran qəsəbəsi, Səfxani küçəsi ev 9 A saylı ünvanda olan ev isə AR DİN-nin Yaşayış yeri üzrə qeydiyyat haqqında verdiyi ******* № li arayışa əsasən X10 və digər şəxslərə məxsusdur. Həmin şəxslərlə heç bir qohumluq münasibəti yoxdur və o,bir gün də olsa həmin ünvanda yaşmamışdır. Ona görə də qeyd etdiyi yanlışlığın - şəxsiyyət vəsiqəsində olan səhvin düzəldilərək iddiaçının faktiki yaşadığı ünvana qeydə almaqla yeni şəxsiyyət vəsiqəsi verilməsinə göstəriş verməsi barədə Sabunçu RPİ-nə yazdığı 16 oktyabr 2023-cü il tarixli ərizənin təmin olunmasından Sabunçu RPİ-dən daxi olmuş xx.xx.2023-cü il tarixli,49/2-42337/11 saylı cavab məktubu ilə imtina olunmuşdur. Bakı şəhəri, 15 sayl Vəkil Bürosunun sorğusuna Sabunçu RİHB-nin Nardaran qəsəbə inzibati ərazisi üzrə nümayəndəsinin verdiyi 30 oktyabr 2023-cü il tarixli № 5-18-6/2-1061/23 saylı məktubda onun 1980-ci ildə doğulduğu ildən indiyə kimi xx.xx.2022-ci ildə vəfat etmiş atası X3 məxsus Nardaran qəsəbəsi Səfxani küçəsi ev 9 В ünvanında yaşamışdır. Qeyd edilən Səfxani küç. 9A saylı ünvan Məlikovlar ailəsinə məxsusdur, onlar həmin ünvanda qeydiyyatdadırar və faktiki yaşayırlar. İddiaçı cavabdeh inzibati orqanın imtinasını əsassız hesab edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

3. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdehdən iddiaya dair etirazın bildirilməsi tələb edilsə də sərəncam icra edilməmiş, iddiaya etiraz təqdim edilməmişdir.

İİ. İddianın növü və mümkünlüyü

4. İnzibati Prosessual Məcəlləsinə əsasən:

- 2.2.3-cü bəndinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1. öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

5. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

6. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, məhkəməyə müraciət edərək onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Odur ki, məhkəmə işə cavabdehin iştirаkı оlmаdаn bахmışdır.

7. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək, iddia tələbinin təmin edilməsini xahiş etdi.

8. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində göstərilən məzmunda çıxış edərək, iddia tələbinin təmin edilməsini xahiş etdi.

9. Məhkəmə iclasına şahid qismində dəvət edilmiş Şahid öz izahatında məhkəməyə iddiaçının qardaşı olduğunu, həmin ünvanda yaşadığını bildirərək, qardaşının da həmin ünvana qeydiyyata alınması barədə öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi.

10. Məhkəmə məhkəmədə iştirak edən şəxslərin izahat və çıxışlarını dinləyərək, məhkəmə iclasında tədqiq olunmuş sübutları tam və hərtərəfli araşdırdıqdan sonra qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir.

İş materiallarında olan

AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, iddiaçı xx.xx.1980-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. Bakı şəhəri Sabunçu rayonu Qeydiyyat Şöbəsinin 07 iyun 2023-cü il tarixli, 3-16-5/8-15- 1233/2023 saylı arayışında qeyd edilmişdir ki, X11 və X9 xx.xx.1969-cu il tarixdə nikah bağlamışlar, X11 xx.xx.2022-ci ildə, X9 isə xx.xx.2010-cu ildə vəfat etmişdir. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Nardaran qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 30 oktyabr 2023-cü il tarixli, 5-18-6/2-1061/23 saylı, 30 oktyabr 2023-cü il tarixli iddiaçının nümayəndəsi və vəkilinə ünvanladığı məktubunda bildirilmişdir ki, qəsəbə sakini 07.1980-ci il təvəllüdlü İddiaçı doğulduğu ildən indiyə kimi atası xx.xx.2022-ci ildə vəfat etmiş X16öluna məxsus Nardaran qəsəbəsi Səfxanı küçəsi 9B ünvanında yaşamışdır. Qeyd edilən Səfxanı küçəsi 9A saylı ünvan Məlikovlar ailəsinə məxsusdur, onlar həmin ünvanda qeydiyyatdadırlar və faktiki yaşayırlar. İddiaçı ilə Məlikovların qohumluq əlaqəsi yoxdur. “Yaşayış yeri üzrə qeydiyyat haqqında” Daxili İşlər Nazirliyinin ******* nömrəli, xx.xx.2023 tarixli arayışına əsasən, ünvan 2 ünvanında qeydiyyatdadırlar - X12, X4 və digər şəxslər. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Nardaran qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin iddiaçının nümayəndəsi və vəkilinə ünvanladığı 22 dekabr 2023-cü il tarixli, 5-18-6/2-1100/23 saylı məktubunda bildirilmişdir ki, qəsəbə sakini xx.xx.1980-cı il təvəllüdlü İddiaçı doğulduğu ildən indiyə kimi xx.xx.2022-ci ildə vəfat etmiş atası X3 məxsus Nardaran qəsəbəsi Səfxanı küçəsi 9 В ünvanında yaşamış və halhazırda ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Atasının vəfatından sonra ünvana faktiki sahiblik edir. Adları qeyd qeyd olunan X6i və X1 ünvanda qeydiyyatdadırlar Ancaq həmin ünvanda yaşamırlar. X5 ailə qurması ilə əlaqədar olaraq 1995 -ci ildən qəsəbənin X26 küçəsində yaşayır. X2 ailə qurması ilə bağlı 1994-cü ildən qəsəbənin ünvan 3 ünvanda yaşayır. Şahid ailəsi birlikdə 2000-ci ildən qəsəbənin Zahid Xəlilov küçəsində yaşayır. Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 49/2-Q-42337/11 saylı məktubuna əsasən bildirilmişdir ki, iddiaçı xx.xx.2004-cü il tarixdə Sabunçu RPİ-nin Q və ŞVŞ tərəfindən AZE 02835914 saylı, bundan sonra xx.xx.2009-cu il tarixdə 25 yaş ilə əlaqədar AZE 07118751 saylı və xx.xx.2012-ci il tarixdə subaylıqdan evliliyə məlumat dəyişikliyi ilə bağlı AZE 09585606 saylı şəxsiyyət vəsiqəsi ilə təmin olunmuş, hər 3 şəxsiyyət vəsiqəsində ünvan Nardaran qəsəbəsi Səfxani küçəsi ev 9 A kimi qeyd olunub. İddiaçı xx.xx.2005-ci il tarixdə Sabunçu RPİ-nin 14-cü PB-dən AZE 711728 saylı arayış tipli forma 9 almış, bu onun şəxsiyyətini təsdiq edən ilk sənəd olub. Orada da ünvan Nardaran qəsəbəsi Səfxani küçəsi ev 9 A kimi qeyd olunub. Ərizədə göstərilən Nardaran qəsəbəsi Səfxani küçəsi ev 9 B-yə qeydiyyatının dəyişilməsi üçün yaşayış sahəsinə köçməyə əsas verən sənədlərin (order, mülkiyyət hüququnun qeydiyyat vəsiqəsi və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan başqa sənədlər) tərəfinizdən RPİ-nin QMB-nə təqdim olunması vacibdir. Lakin, göstərilən sənədlər Sabunçu RPİ-nin QMB-nə təqdim olunmadığından göstərilən ünvana qeydiyyata alınma imkan xaricindədir.

İİİ. Məhkəmənin mövqeyi

11. Məhkəmə aşağıda göstərilənlərə görə iddiaçının iddiasını əsaslı hesab edir.

12. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən:

- 1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. - 2. Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür . -5. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir:1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir.

13. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin və «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsiyyət vəsiqəsinin təsviri»nin müddəalarının şərh olunması barədə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında hesab edilmişdir ki, Azərbaycan Respublikasında yaşayan bütün şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi barədə qanunun tələbi mütləq yerinə yetirilməlidir.

14. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunmuşdur ki, göstərilən normaların məzmunundan belə nəticəyə gəlmək olar ki, hər bir şəxsin yaşadığı yer üzrə qeydiyyata alınması qanunvericiliyin tələbidir və bu tələb şəxslə dövlət arasındakı qarşılıqlı öhdəliklərin icrasına lazımi şərait yaradılmasına xidmət edir. Bu tələbin icra edilməməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun güddüyü məqsədə zidd olmaqla seçki və sosial təminat hüquqlarının realizəsi, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s. kimi məsələlərdə çətinliklər yarada bilər. Məhz bunun qarşısının alınması məqsədi ilə qanunverici Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsində yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulmasını inzibati xəta kimi müəyyən edərək inzibati məsuliyyət nəzərdə tutmuşdur.

15. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı mübahisəli ünvana qeydiyyata alınması barədə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciətinə inzibati icraat haqqında qanunun tələblərinə əməl etmədən, iddiaçının müraciətini araşdırmadan imtina etmişdir. Belə ki, iddiaçının qardaşı mübahisəli evdə qeydiyyatdadır və o iddiaçının həmin ünvana qeydiyyata alınmasına etiraz etmir. Bundan əlavə yuxarıda təsvir edilən arayışlardan da, iddiaçının mübahisəli mənzildə yaşadığı təsdiq olunur. Cavabdeh isə qeyd edilənləri nəzərə almaqdan imtina etmişdir.

16. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin xx.xx.1996-cı il tarixli 493 nömrəli Fərmanın:

- 2.3-cü bəndinə görə həmin Qanunun 8-ci maddəsində, 9-cu maddəsinin birinci hissəsinin birinci abzasında və 1-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər.

17. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununa əsasən: - 2.0.2.inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; - 2.0.6.inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; - 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. - 19.1.inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. - 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. - 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən iddiaçının ərizəsi əsasında inzibati icraat aparılmamış, əhəmiyyət kəsb edən faktiki hallar araşdırılmadan iddiaçıya məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir.

18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən:

- 68.1.məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

19. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı Hacibaba oğlunun ünvan 1 ünvanına qeydiyyata alınması və ona yeni şəxsiyyət vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Bakı şəhər Sabunçu rayon Polis İdarəsinə həvalə edilməlidir.

20. Аzərbаycаn Rеspublikаsı İPM-nin 110.1-ci mаddəsinə əsаsən prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir.

21. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar.

22. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 34, 62, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı Hacibaba oğlunun ünvan 1 ünvanında qeydiyyata alınması və ona yeni şəxsiyyət vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar