Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3507/2021 04.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Miminat Tacıb qızı Hacıbəyоvanın sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasına qarşı “hazırkı səhhətinin nəzərə alınaraq həkim komissiyasının qərarının ləğv edilməsi və lazım olarsa yenidən həkim tibb komissiyasına göndərilməsi” barədə iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baхaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasına qarşı hazırkı səhhətinin nəzərə alınaraq həkim komissiyasının qərarının ləğv edilməsi və lazım olarsa yenidən həkim tibb komissiyasına göndərilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı 26 aprel 2021-ci il tarixli ərizə ilə müraciət edərək,mübahisə həll edildiyi üçün işə xitam verilməsini xahiş etmişdir. Göründüyü kimi iddiaçı mübahisə həll olduğundan məhkəmədə işə baxılmasını istəmir və iddiadan imtina edir. Azərbaycan Rеspublikasının İnzibati-Prоsеssual Məcəlləsinin 55-ci maddəsində göstərilmişdir: ”55.1. Məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.2. Şifahi məhkəmə baxışında tərəflərin çıxışlarından sonra iddiadan imtina edilməsinə yalnız cavabdehin razılığı ilə yol verilir. 55.3. Məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. 55.4. İddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. 55.5. İddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz.” Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasına qarşı “hazırkı səhhətinin nəzərə alınaraq həkim komissiyasının qərarının ləğv edilməsi və lazım olarsa yenidən həkim tibb komissiyasına göndərilməsi” barədə iddia ərizəsi üzrə iddiadan imtina qəbul edilərək, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 55-ci, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasına qarşı “hazırkı səhhətinin nəzərə alınaraq həkim komissiyasının qərarının ləğv edilməsi və lazım olarsa yenidən həkim tibb komissiyasına göndərilməsi” barədə iddia üzrə iş üzrə icraata xitam verilsin. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-3507/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3507/2021
04.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver