Məhkəmə qərarları › İş №2-1(112)-3508/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3508/2022

29.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3508/2022 29.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 oglunun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahələrinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq bu barədə texniki pasportun və çıxarışın verilməsi” barədə iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1 Ə Y Y Ə N E T D İ : İddiaçılar İddiaçı1 və İddiaçı2 oglu cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahələrinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq bu barədə texniki pasportun və çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İnzibati Prosessual Məcəllənin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçılar tərəfindən hazırki iddia tələbi ilə məhkəməyədək cavabdeh inzibati orqana müraciətini təsdiq edən sübutu və eləcə də, cavabdehin imtina məktubu iş materiallarına əlavə edilmədiyindən, habelə iddiaçıların diqqətinə çatdırılmaqla həmin sübutun təqdim edilməsi üçün sərəncam göndərilməsinə, habelə məhkəmə iclasında bununla baglı iddiaçıların nümayəndəsinə hüquqi yardım göstərilməsinə baxmayaraq sübut təqdim edilmədiyindən məhkəmə iclasında iddianın mümkünlüyü ilə əlaqədar məsələyə baxılmışdır. İş üzrə hazırlıq icraatı ilə bağlı təyin edilmiş məhkəmə iclasına iddiaçılar və cavabdehin nümayəndəsi gəlmədiyindən məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq iddiaçıların və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı səbəblərə görə iddia mümkün sayılmamalıdır. İş materiallarından məlum olur ki, iddiaçı tərəf hazırki iddia tələbində qaldırdığı məsələ barəsində, yəni qeyri-yaşayış sahələrinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq bu barədə texniki pasportun və çıxarışın verilməsi üçün məhkəməyədək cavabdeh inzibati orqana müraciət etsə də, faktiki daşınmaz əmlakı yaşayış sahəsi kimi istifadə etdiklərini üçün bu barədə müraciəti təsdiq edən sübutunu və ya cavabdehin imtina məktubunu məhkəməyə təqdim etməmiş, bu səbəbdən də, iddiaçıların hüquqlarının və qanunla qorunan maraqlarının cavabdeh tərəfindən hansı formada pozulduğunu müəyyən etmək mümkün olmamışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 9cu bəndində qeyd edilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Odur ki, işin yuxarıda qeyd edilən hallarına əsasən iddia mümkün sayılmadığından, iddiaçı tərəfə izah edilir ki, daşınmaz əmlak üzərində əmlak hüquqlarının qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etməli, xahişi təmin edilmədiyi təqdirdə pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəmədə yenidən iddia qaldırmaq hüquqlarından istifadə edə bilərlər. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3KİM: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar