Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3508/2024 10.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı “X15 LTD’’ şirkətinin Azərbaycan Respublikasındakı filialının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binаsındа аçıq şifahi məhkəmə baxışı iclаsındа bахаrаq, müəyyən etdi: İddiaçı “X15 LTD’’ şirkətinin Azərbaycan Respublikasındakı filialı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən keçirilmiş kameral vergi yoxlaması nəticəsində qəbul edilmiş 28 fevral 2023-cü il tarixli, **********666900 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırmışdır ki, Filial tərəfindən 15 dekabr 2021-ci il tarixində Kürsəngi və X16 daxil olduğu Blokun Bərpası, Kəşfiyyatı, İşlənməsi və X25 Sazişinin (bundan sonra “HPBS”) 15.9-cu maddəsinə uyğun olaraq bəyannamə (xüsusi məqsədli hesabat) təqdim edilərək 19 noyabr 2021-ci il tarixində Filiala məxsus payların təqdim edilməsindən zərər göstərilərək ödənilməli mənfəət vergisi olmadığı qeyd olunmuşdur. Həmçinin, Filial tərəfindən təqdim edilmiş bəyannamədə iştirak payının satışından gəlir 6481,0 min ABŞ dolları göstərilməsinə baxmayaraq, gəlirdən çıxılmalara sazişin bağlandığı tarixdən (15 dekabr 1998-ci il) 19 noyabr 2021-ci il tarixinədək yığılmış neft-qaz xərclərində şirkətin payı cəmi 385964.0 min ABŞ dolları, yığılmış və neft-qaz xərclərinə aid edilməmiş xərclərdə iştirak payı üzrə 284,0 min ABŞ dolları qeyd olunaraq 379 767,0 min ABŞ dolları zərər göstərilmişdir. MGBİ Qərarına əsasən, HPBS-in 15.9-cu maddəsinə uyğun olaraq X27-Qaz Əməliyyatları üzrə məsrəflərin HPBS-də iştirak payının X13 X32 X19 hesablaması məqsədi üçün çıxılan məsrəflər kimi nəzərə alınmaması əsas gətirilərək, vergi orqanı tərəfindən Şirkətə əsassız olaraq 904 479,76 ABŞ Dolları məbləğində mənfəət vergisi hesablanmışdır. MGBİ Qərarına cavab olaraq, HPBS-nin tələblərinə uyğun olmayaraq onun 15.9-cu maddəsi əsas göstərilməklə X27-Qaz Əməliyyatları üzrə məsrəflərin HPBS-də iştirak payının X13 X32 X19 hesablaması məqsədi üçün çıxılan məsrəflər kimi nəzərə alınaraq Vergi Orqanı tərəfindən Filiala hesablanmış 904 479,76 ABŞ Dolları məbləğində mənfəət vergisi ilə bağlı 27 mart 2023cü il tarixdə Filial tərəfindən Dövlət Vergi Xidmətinin X9 Baş İdarəsinə (bundan sonra “İŞBBİ”) **********721900 nömrəli etiraz məktubu təqdim edilmişdir. 27 mart 2023-cü il tarixində Filial tərəfindən kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin ləğv edilməsi barədə İŞBBİ-yə ünvanlanmış inzibati şikayətə münasibətdə Dövlət Vergi Xidməti İnzibati şikayətin təmin edilməməsi haqqında 25 iyun 2023-cü il tarixli, **********717700 nömrəli Qərar qəbul etmişdir. 24 iyul 2023-cü il tarixində Filial tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına (bundan sonra - Apellyasiya Şurası) Dövlət Vergi Xidməti tərəfindən qəbul edilmiş 25 iyun 2023- cü il tarixli, **********717700 saylı “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərara dair şikayət təqdim edilmişdir. Apellyasiya Şurasının 59 nömrəli Qərarı 9 oktyabr 2023-cü il tarixində İddiaçıya təqdim olunmuşdur. Göründüyü kimi, İddiaçının inzibati aktdan şikayətinə yuxarı şikayət instansiyası və daha sonra Apellyasiya Şurası tərəfindən baxılaraq 8 sentyabr 2023-cü il tarixində qərar qəbul edildiyindən və Filiala poçt vasitəsilə 9 oktyabr 2023-cü il tarixində təqdim olunduğundan qanunla nəzərdə tutulmuş 30 günlük şikayət vermə müddəti ötürülməmişdir. 15 mart 2022-ci il tarixində Şirkət tərəfindən təqdim olunmuş İştirak payının verilməsi ilə bağlı Mənfəət vergisi bəyannaməsinə MGBİ tərəfindən 28 fevral 2023-cü il tarixində əlavə vergi hesablanması ilə bağlı göndərilmiş MGBİ Qərarı, yuxarıda qeyd olunan müddətləri nəzərə aldıqda, müvafiq bəyannamənin kameral vergi yoxlanılması üçün nəzərdə tutulmuş maksimum 60 iş günü müddətini ötürərək, kameral vergi yoxlaması nəticəsində əlavə vergi hesablanması, vergi ödəyicisinin hüquqlarını kobud surətdə pozmuşdur. HPBS- nin 15.3 (d) (i) maddəsində qeyd olunan təqvim ili üçün Mənfəət vergisinə dair bəyannamə təqdim edilməsi və mənfəət vergisinin müvafiq şəkildə ödənilməsi həmin təqvim ili üçün mənfəət vergisi haqqında bəyannamənin verildiyi tarixdən 60 ay keçəndən sonra həmin təqvim ili üçün mənfəət vergisinə dair bütün öhdəliklərin tam və qəti nizama salınması hesab edilməsi, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra, "VM") 85.4-cü maddəsində qeyd olunan Vergi Orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 36 ay ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq və verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malik olması ilə analoji olaraq müqayisə edilə bilər. Heç bir halda bu vaxt müddəti yoxlamanın özünün müddəti kimi deyil, əksinə vergi yoxlaması zamanı nəzərdən keçirilə bilən müddət kimi nəzərə alınmalıdır, yəni VM və HPBS çərçivəsində Vergi Orqanlarına vergi ödəyicisi tərəfindən Mənfəət vergi bəyannaməsi təqdim edildikdən sonra əvvəlki 36 və 60 ay dövrünü əhatə edən müddəti yoxlamaq hüququnun verilməsi nəzərdə tutulur. Qeyd olunan müddət Vergi Orqanlarına vergi yoxlaması aparmaq üçün nəzərdə tutulan müddət ilə qarışdırılmamalıdır. HPBS-də bununla bağlı heç bir tənzimləmə nəzərdə tutulmadığı üçün VM-nə istinad edilməlidir. Əlavə olaraq, baxmayaraq ki, HPBSdə Vergi qoyulması 15-ci maddə altında nəzərdə tutulur, "Mənfəət vergisi" və "İştirak payının verilməsi ilə bağlı Mənfəət vergisi" HPBS-də tamamilə müxtəlif iki vergi növü olmaqla, müvafiq iki fərqli hesabatlar şəkildə Vergi Orqanlarına təqdim edilməlidir. Qərarda da qeyd olunduğu kimi, HPBS-də 60 aylıq dövr yalnız Mənfəət vergisi üçün nəzərdə tutulmuş və bu dövrə İştirak payının verilməsi ilə bağlı Mənfəət vergisinin əhatə olunduğu 15.9-cu maddə heç bir halda istinad etmir. Nəticə etibarilə, İştirak payının verilməsi ilə bağlı Mənfəət vergisinin təqdim edilməsindən sonra növbəti 60 ay müddətində istənilən vaxt Filial tərəfindən bəyannamədə əks olunan məlumatlarının Vergi Orqanları tərəfindən kameral vergi yoxlamasına cəlb edilməsi qanuna müvafiq deyildir. Bundan əlavə, HPBSnin 15.9-cu maddəsində Neft-Qaz Əməliyyatları ilə bağlı Ödənilmiş Məsrəflərin HPBS-də iştirak payının X13 X32 X19 hesablaması məqsədləri üçün çıxılan məsrəflər kimi nəzərə alınmaması ilə bağlı heç bir tələb qeyd edilməmişdir. X1 tərifini müəyyən etmək üçün HPBS-nin 1-ci Əlavəsinə istinad etmək lazımdır. HPBS-nin 1-ci Əlavəsinə əsasən, X5 Əməliyyat Məsrəfləri və Əsaslı Məsrəflərin məcmusu olmaqla, Neft-Qaz Əməliyyatları üçün Podratçının çəkdiyi bütün məsrəfləri əhatə edir. X3 sadalanlar (lakin bununla məhdudlaşmayaraq) daxildir: (i) HPBS-də dəqiq şəkildə X5 kimi göstərilən məbləğlər (ii) Mühasibat uçotunun aparılması qaydasına müvafiq surətdə X7 lazımi şəkildə köçürülmüş məbləğlər. “Kumulyativ Neft-Qaz Məsrəfləri” ifadəsində istifadə edilən “kumulyativ” termini HPBS-də ayrıca müəyyən edilməsə də, Neft-Qaz Məsrəflərinin müəyyən müddət ərzində tədricən artdığını göstərmək üçün istifadə edilən maliyyə termini olduğu üçün o, heç bir qeyri-müəyyənliyə səbəb olmamalıdır. HPBS-nin 3-cü Əlavəsinin 2-ci bölməsinə daxil olan Podratçı tərəflər üçün “Məsrəflər və Xərclər” altında “bu Sazişin şərtlərinə və Neft-Qaz Əməliyyatlarının icrası üçün lazımi şərtlərə əməl etmək məqsədilə Podratçı Neft-Qaz Əməliyyatlarının aparılması üçün çəkilmiş məsrəflərin hamısını X7 daxil edir" qeyd edilmişdir. Müvafiq bölmənin tərkibində Məsrəflərin Ödənilməsinə aid edilən bütün xərclər daxil olmaqla hesaba daxil edilən məsrəflərin siyahısı var. Məsrəflərin Ödənilməsi daha geniş termin kimi təsvir edilməklə, özündə həm “Ödəniləsi Məsrəflər - gələcəkdə ödənilməli olan məsrəflər”, həm də “Ödənilmiş Məsrəflər - bundan əvvəl ödənilmiş məsrəflər”i birləşdirir. Beləliklə, Məsrəflərin Ödənilməsi özündə yalnız Ödəniləsi Məsrəfləri deyil, həm də Ödənilmiş Məsrəfləri də ehtiva edir. Nəticə etibarilə, Ödənilmiş Məsrəflər daxil olmaqla, bütün kumulyativ Neft-Qaz Məsrəfləri iştirak payının X13 X32 X19 məqsədləri üçün çıxılan məsrəflər kimi nəzərə alınmalıdır. Həmçinin qeyd etmək istərdik ki, HPBS-nin 15.2-ci maddəsinə əsasən, Podratçı Tərəf fəaliyyət növünün Azərbaycan Respublikasında və ya onun hüdudlarından kənarda həyata keçirilməsindən asılı olmayaraq HPBS ilə bağlı Kontrakt sahəsinin reabilitasiyası, kəşfiyyatı, işlənməsi və hasilatına aid bilavasitə Podratçı tərəfin apardığı və ya Əməliyyat Şirkəti vasitəsilə aparılan Neft-Qaz Əməliyyatlarının bütün növləri və bütün digər fəaliyyət növlərini özündə ehtiva edən X2 Vergisi üçün ayrıca məsuliyyət daşıyır. Qeyd olunan fəaliyyətlər nəticəsində əldə edilən və Məsrəflərin Ödənilməsi məqsədləri üçün istifadə edilən gəlir HPBS-nin 15.2-ci maddəsinə uyğun olaraq artıq vergiyə cəlb edildiyini nəzərə alaraq, iştirak payının Daimi Ötürülməsi zamanı bu cür xərclərin Vergi Çıxılmaları məqsədləri üçün nəzərə alınmaması son nəticədə eyni gəlirə münasibətdə iqtisadi cəhətdən ikiqat vergitutma effektinə səbəb olacaqdır. Bu səbəbdəndir ki, HPBS iştirak payının Daimi Ötürülməsi halında Məsrəflərin Ödənilməsi kateqoriyasına (hansı ki həm Ödəniləsi Məsrəflər, həm də Ödənilmiş Məsrəfləri özündə birləşdirir) aid olan bütün xərclərin çıxılmasına icazə verir. HPBS müddəalarının bu cür qurulmasının məntiqi ondan ibarətdir ki, HPBS-dən ayrılan Podratçı Tərəfə əlavə vergilərə məruz qalmadan öz kapitalını (yəni, investisiyasını) geri ala bilmək imkanı təmin edilsin. Vurğulamaq lazımdır ki, HPBS-nin 15.2 (k) maddəsinə əsasən təqvim ili ərzində Podratçı tərəfin Mənfəət vergisi məqsədləri üçün nəzərdə tutulan çıxılmalara Karbohidrogen fəaliyyəti ilə əlaqədar olan Podratçı tərəfin bilavasitə özünün və ya Əməliyyat Şirkəti vasitəsilə Azərbaycan Respublikası və ya başqa yerdə çəkdiyi bütün xərclər aiddir. Bununla bağlı HPBS-də qeyd olunan 15.2 (k) maddəsi altında mənfəət vergisi məqsədləri üçün çıxılmalan özündə əks etdirən amma bununla məhdudlaşmayan siyahı verilmişdir. Lakin, iştirak payının X13 X32 X19 məqsədləri üçün çıxılmalar isə HPBS-nin 15.9 (a) (iii) maddəsində əks olunmuşdur. Xüsusilə, əvəzi ödənilə edilə bilən və əvəzi ödənilməyən xərclərin, habelə bu investisiya ilə bağlı digər xərclərin çıxılmasına icazə verilməlidir. Beləliklə, Mənfəət vergisi və iştirak payının X13 X32 X19 məqsədləri üçün vergitutma bazası və uyğun olaraq gəlirdən çıxılan məsrəflər tamamilə fərqlidir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında göstərmişdir ki, Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli **********599000 və xx.xx.2022-ci il tarixli **********485700 nömrəli xidməti məktublarına əsasən aparılan araşdırılma zamanı xx.xx.1998-ci il tarixdə bağlanmış “Kürsəngi və “X16 daxil olduğu blokun reabilitasiyası, kəşfiyyatı, işlənməsi və X25 haqqında Saziş” üzrə “CNPC İnternational (KURA) LTD" (VÖEN: **********) şirkətinə məxsus iştirak payın (25%) xx.xx.2021-ci il tarixdən etibarən "xxxx" MMC-yə (VÖEN: **********) müqavilə əsasında keçdiyi müəyyən edilmişdir. “CNPC İnternational (KURA) LTD” tərəfindən xx.xx.2021-ci il tarixində Sazişin 15.9-cu maddəsinə uyğun olaraq Mənfəət vergisi bəyannaməsi üzrə Xüsusi Məqsədli Hesabat təqdim edilərək xx.xx.2021-ci il tarixinə şirkətə məxsus iştirak payının təqdim edilməsindən zərər göstərilərək ödənilməli mənfəət vergisi olmadığı qeyd olunmuşdur. Baş İdarə tərəfindən aparılan araşdırılma zamanı “CNPC İnternational (KURA) LTD” tərəfindən təqdim edilmiş bəyannamədə iştirak payının satışından gəlir 6 481,0 min ABŞ dolları, gəlirdən çıxılmalara sazişin bağlandığı tarixdən (xx.xx.1998-ci il) xx.xx.2021-ci il tarixinədək yığılmış neft-qaz xərclərində şirkətin payı cəmi 385 964,0 min ABŞ dolları, yığılmış və neft-qaz xərclərinə aid edilməmiş xərclərdə iştirak payı üzrə 284,0 min ABŞ dolları qeyd olunaraq 379 767,0 min ABŞ dolları zərər göstərilmişdir. Vergi ödəyicisi tərəfindən əvvəlki illərdə çəkilmiş neftqaz xərcləri müvafiq olaraq əvvəlki illərin mənfəət vergisi bəyannamələrində xərclərə aid edildiyini nəzərə alaraq, iştirak payının təqdim edilməsi ilə bağlı təqdim edilən mənfəət vergisi bəyannaməsində həmin xərclərin yenidən çıxılmalara aid edilməsi eyni xərclərin təkrar xərclərə aid edilərək mənfəət vergisinin azaldılmış nəticədə zərər göstərilərək mənfəət vergisi hesablanmaması nəticəsində kənarlaşma yaranmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (VÖEN **********) xx.xx.2022-ci il tarixli **********358600 nömrəli məktubla xx.xx.2021-ci il tarixdə imzalanmış alqı-satqı müqaviləsinə əsasən“CNPC İnternational (KURA) LTD” Sazişdəki iştirak payının (25%) "xxxx" MMC-yə satmağa razılaşmış, tərəflər razılaşıb və etiraf edirlər ki, xx.xx.2021 -ci il tarixindən qüvvəyə minən Tamamlanma tarixində bütün qanuni hüquq və öhdəliklər “CNPC İnternational (KURA) LTD” şirkətindən "xxxx" MMC-yə keçməli olduğu bildirilmişdir. Müəyyən edilmiş kənarlaşmalar barədə vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixli **********698000 14.10 2022-ci il tarixli **********481100 nömrəli izahat məktubları təqdim edilmiş, lakin izahat məktublarında təqdim edilmiş bəyannamənin Sazişin 15.9-cu maddəsinə uyğun olaraq tərtib edilmədiyi müəyyən edilmişdir. Nəticədə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 109-cu maddələrinə əsasən İştirak payının ötürülməsi ilə bağlı mənfəət vergisi bəyannaməsi üzrə xüsusi məqsədli hesabat üzrə 904 479,76 ABŞ dolları əlavə vergi məbləği hesablanaraq, aparılmış hesablama ilə bağlı vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********666900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə Qərar” göndərilmişdir. İştirak payının verilməsi ilə bağlı Mənfəət vergisi bəyannaməsi xx.xx.2022-ci İİ tarixində təqdim edilməsinə baxmayaraq KVY qərarının 60 iş günü müddətini ötürməklə çıxarılması ilə bağlı qeyd edilir ki, vergi ilə bağlı qaydaların müəyyən edilməsi “Azərbaycan Respublikasında Kürsəngi və X16 daxil olduğu blokun reabilitasiyası, kəşfiyyatı, işlənməsi və X25 haqqında Saziş”inə əsasən aparılmalıdır. Bu Sazişin 15.3 (d)(ii) bəndinə əsasən “Vergi orqanı hər bir Podratçı tərəfin hər Təqvim ili üçün mənfəət vergisinə dair bəyannamələrini yoxlamaq səlahiyyətinə malikdir. Yoxlama bitdikdən sonra Vergi orqanı təklif olunan hər hansı düzəlişi Podratçı tərəf ilə müzakirə edir və lazım gələrsə mənfəət vergisi çərçivəsində əlavə ödəniləsi məbləğ haqqında bildiriş məktubu və ya artıq ödənilmiş məbləğlərin qaytarılması haqqında bildiriş məktubu verir”. Bununla yanaşı Sazişin 15.3 (d)(i) maddəsində “Təqvim ili üçün mənfəət vergisinə dair bəyannamə təqdim edilməsi və mənfəət vergisinin müvafiq şəkildə ödənilməsi həmin Təqvim ili üçün mənfəət vergisi haqqında bəyannamənin verildiyi tarixdən altmış (60) ay keçəndən sonra həmin təqvim ili üçün mənfəət vergisinə dair bütün öhdəliklərin tam və qəti nizama salınması hesab edildiyi” müəyyən olunub. Vergi Məcəlləsinin 2.5-cimaddəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə vergilər haqqında bu Məcəllə ilə və ona müvafiq olaraq qəbul edilmiş normativ hüquqi aktlarla nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə, həmin beynəlxalq müqavilələrin müddəaları tətbiq edilir. Bundan başqa, Sazişin 15.9 (a) bəndinə əsasən iştirak payı təqdim edilərkən xalis gəlir ümumi gəlir, hüquq və öhdəliklərin ötürülməsinin qüvvəyə mindiyi tarixə kumulyativ neft-qaz məsrəflərində X21 payının hissəsi, podratçı tərəfin həyata keçirdiyi və bu sazişə əsasən X3 aid olmayan sərmayələrin (kumulyativ məsrəflər) qalıq dəyəri və hüquq və öhdəliklərin bu cür verilməsi zamanı çəkilən məsrəflər arasındakı fərqdir və xalis gəlirə sazişdə nəzərdə tutulmuş 32% dərəcə tədbiq edilməklə mənfəət vergisi hesablanır. Eyni zamanda sazişin 15.9 (a)(ii) bəndinə əsasən qalıq dəyər Sazişə əsasən məsrəfləri ödənilməyən hər hansı sərmayənin (kumulyativ məsrəflər) amortizasiya edilməmiş balansı deməkdir. Beləliklə, xx.xx.1998-ci il tarixdə bağlanmış “Kürsəngi və X16 daxil olduğu blokun reabilitasiyası, kəşfiyyatı, işlənməsi və X25 haqqında Sazişin 15.3 (d)(i) maddəsində Təqvim ili üçün mənfəət vergisinə dair bəyannamə təqdim edilməsi və mənfəət vergisinin müvafiq şəkildə ödənilməsi həmin təqvim ili üçün mənfəət vergisi haqqında bəyannamənin verildiyi tarixdən altmış (60) ay keçəndən sonra həmin təqvim ili üçün mənfəət vergisinə dair bütün öhdəliklərin tam və qəti nizama salınması hesab edilməli, vergi ödəyicisi tərəfindən əvvəlki illərdə çəkilmiş neft-qaz xərcləri müvafiq olaraq əvvəlki illərin mənfəət vergisi bəyannamələrində xərclərə aid edilməli, iştirak payının təqdim edilməsi ilə bağlı təqdim edilən mənfəət vergisi bəyannaməsində həmin xərclərin yenidən çıxılmalara aid edilməməli, vergi ödəyicisi yalnız iştirak payını təqdim etdiyi ilin əvvəlindən iştirak payını təqdim edildiyi tarixədək çəkilmiş xərcləri və əvvəlki illərdə çəkilmiş lakin xərclərə aid edilməmiş xərclərin qalıq dəyərini çıxılmalara aid edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi məhkəməyə təqdim etdiyi iddiaya uyğun çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək, onun təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin məlumatından görünür ki, "X33 Si İnternəşnl (Kura) Limited" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı xx.xx.2005-ci il tarixdə qeydiyyata alınmış, Filial daha sonra adını “X15 LTD’’ şirkətinin Azərbaycan Respublikasındakı filialı kimi dəyişdirmişdir. Azərbaycan Respublikası Prezidentinin «Kürsəngi» və «Qarabağlı» neft yataqları daxil olduğu blokun kəşfiyyatı və işlənməsi haqqında» 1998-ci il 17 aprel tarixli, 784 saylı sərəncamına uyğun olaraq, 1998-ci il dekabrın 15-də Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti («ARDNŞ») ilə Frontera Resorses Azərbaycan Korporeyşn («Frontera»), Delta (Hess (k&k) limited ("xxxx") və ARDNŞ-nin Ortaq Neft Şirkəti («ONŞ») arasında saziş imzalanmışdır. İş materiallarından məlum olur ki, iddiaçı həmin Saziş üzrə 25% iştirak payına malik olmuşdur. İşdən görünür ki, xx.xx.1998-ci il tarixdə bağlanmış “Kürsəngi və “X16 daxil olduğu blokun reabilitasiyası, kəşfiyyatı, işlənməsi və X25 haqqında Saziş” üzrə “CNPC İnternational (KURA) LTD” (VÖEN: **********) şirkətinə məxsus iştirak payı (25%) müqavilə əsasında xx.xx.2021-ci il tarixdən etibarən "xxxx" MMC-yə (VÖEN: **********) keçmişdir. İşdə olan 2021-ci il üzrə mənfəət vergisi bəyannaməsindın görünür ki, iddiaçı 2021-ci il üzrə mənfəət vergisi bəyannaməsi təqdim etmiş, vergiyə cəlb edilən mənfəəti 0,00 manat kimi göstərmişdir. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********666900 nömrəli xx.xx.2023-cü il tarixli qərarından görünür ki, cavabdeh İştirak payının ötürülməsi ilə bağlı Mənfəət vergisi bəyannaməsi üzrə xüsusi məqsədli hesabat üzrə iddiaçıya 904 479,76 ABŞ dolları əlavə mənfəət vergisi hesablamışdır. Qərar bununla əsaslandırılmışdır ki, Sazişin 15.9-cu maddəsində X27-Qaz əməliyyatları üzrə məsrəflərin, iştirak payının satışı ilə bağlı mənfəət vergisi hesablanarkən xərclərə aid edilməsi nəzərdə tutulmadığından, ümumi gəlir (6481 min ABŞ Dolları) və 15.9(a)(iii)(aa) (3370,5 min ABŞ Dolları) və 15.9(a)(iii)(bb) (284 min ABŞ Dolları) bəndlərinə əsasən xərc məbləğləri nəticəsində yaranmış Xalis gəlir məbləği (6481- 3654,5= 2826,5 min ABŞ Dolları) müəyyən edilərək, xx.xx.2022-ci il tarixdə təqdim edilmiş hesabat üzrə 904 479,76 (2 826 499,25x32%) ABŞ Dolları məbləğində mənfəət vergisi hesablandı. İş materiallarından görünür ki, iddiaçı bu qərardan narazı qalaraq yuxarı vergi orqanı olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə inzibati şikayət vermiş, Xidmət xx.xx.2023-cü il tarixli, **********717700 nömrəli qərarla, "X33 Si İnternəşnl (Kura) Limited" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2023cü il tarixli inzibati şikayətini təmin etməmişdir. Qərar bununla əsaslandırılmışdır ki, “Uçot-baza məlumatlarına əsasən Filialın xx.xx.2005-ci il tarixdən vergi ödəyicisi kimi dövlət qeydiyyatına alındığı, əsas fəaliyyət növünün “xam neftin hasilatı”ndan ibarət olduğu, xx.xx.2022-ci il tarixdə ƏDV məqsədləri üçün qeydiyyata alındığı, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 548,42 kv.m. olan “Ofis” adlı təsərrüfat subyektinin xx.xx.2022-ci il tarixdən vergi orqanında qeydiyyata alındığı müəyyən edilmişdir. Kameral vergi yoxlaması ilə aparılmış araşdırma zamanı Filial tərəfindən təqdim edilmiş “İştirak payının ötürülməsi ilə bağlı mənfəət vergisi bəyannaməsi üzrə xüsusi məqsədli hesabatf’nda yığılmış neft-qaz xərcləri üzrə 385 964,00 min ABŞ dollarının qeyd edilməsi vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Qeyd edilən kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə “Bəyannamə göstəricilərinə dair açıqlamanın təqdim edilməsi barədə” 21,04.2022-ci il tarixli **********807700 nömrəli məktub göndərilmiş, vergi ödəyicisi tərəfindən göndərilmiş məktuba əsaslandırılmış cavab verilmədiyi üçün “İştirak payının ötürülməsi ilə bağlı mənfəət vergisi bəyannaməsi üzrə xüsusi məqsədli hesabatı” üzrə 904 479,76 ABŞ dolları hesablanaraq, xx.xx.2023-cü il tarixli **********666900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar qəbul olunmuş və Filiala ünvanlanmışdır... Aparılan araşdırma zamanı “Kürsəngi” və “Qarabağlı” Neft yataqlarının daxil olduğu blokun reabilitasiyası, kəşfiyyatı, işlənməsi və X25 haqqında sazişin 2002-ci ildən etibarən səhmdarlarından olan "X33 Si İnternəşnl (Kura) Limited" Şirkətinin Azərbaycan Respublikasındakı Filialına (VÖEN: **********) və “Foçnmeyt Əsets Limited" Şirkətinin Filialına (VÖEN: **********) məxsus payların xx.xx.2021-ci il tarixdən etibarən "xxxx" MMCyə (VÖEN: **********) müqavilə əsasında keçdiyi müəyyən edilmişdir. “X33 Si İnternəşnl (Kura) Limited" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən xx.xx.2021-ci il tarixində Sazişin 15.9-cu maddəsinə uyğun olaraq bəyannamə (xüsusi məqsədli hesabat) təqdim edərək xx.xx.2021-ci il tarixinə şirkətə məxsus payların təqdim edilməsindən zərər göstərilərək ödənilməli mənfəət vergisi olmadığı qeyd olunmuşdur. “X33 Si İnternəşnl (Kura) Limited" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən təqdim edilmiş bəyannamədə iştirak payının satışından gəlir 6 481,0 min ABŞ dolları göstərilməsinə baxmayaraq, gəlirdən çıxılmalara sazişin bağlandığı tarixdən(xx.xx.1998-ci il) 19.11,2021-ci il tarixinədək yığılmış neft-qaz xərclərində şirkətin payı cəmi 385 964,0 min ABŞ dolları, yığılmış və neft-qaz xərclərinə aid edilməmiş xərclərdə iştirak payı üzrə 284,0 min ABŞ dolları qeyd olunaraq 379 767,0 min ABŞ dolları zərər göstərilmişdir... xx.xx.1998-ci il tarixdə bağlanmış “Kürsəngi və X16 daxil olduğu blokun reabilitasiyası, kəşfiyyatı, işlənməsi və X25 haqqında Saziş”in 15.3 (d)(i) maddəsində Təqvim ili üçün mənfəət vergisinə dair bəyannamə təqdim edilməsi və mənfəət vergisinin müvafiq şəkildə ödənilməsi həmin təqvim ili üçün mənfəət vergisi haqqında bəyannamənin verildiyi tarixdən altmış (60) ay keçəndən sonra həmin təqvim ili üçün mənfəət vergisinə dair bütün öhdəliklərin tam və qəti nizama salınması hesab edildiyini, vergi ödəyicisi tərəfindən əvvəlki illərdə çəkilmiş neft-qaz xərcləri müvafiq olaraq əvvəlki illərin mənfəət vergisi bəyannamələrində xərclərə aid edildiyini, iştirak payının təqdim edilməsi ilə bağlı təqdim edilən mənfəət vergisi bəyannaməsində həmin xərclərin yenidən çıxılmalara aid edilməsi eyni xərclərin təkrar xərclərə aid edilərək mənfəət vergisi azaldılmış nəticədə zərər göstərilərək mənfəət vergisi hesablanmadığını, vergi ödəyicisi yalnız iştirak payını təqdim etdiyi ilin əvvəlindən iştirak payını təqdim edildiyi tarixədək çəkilmiş xərcləri və əvvəlki illərdə çəkilmiş lakin xərclərə aid edilməmiş xərclərin qalıq dəyərini çıxılmalara aid edilməli olduğunu nəzərə alaraq, mövcud vəziyyətdə Filialın xx.xx.2023-cü il tarixli inzibati şikayəti təmin edilməməlidir.” İddiaçı bu qərarla da razılaşmayaraq həmin qərardan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına şikayət vermiş, Apellyasiya Şurasının xx.xx.2023-cü il tarixli 59 saylı qərarı ilə "CNPC İnternational (Kura) Limited" Şirkətinin Azərbaycan Respublikasındakı filialının inzibati şikayəti təmin edilməmiş və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin ‘Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" 28 fevral 2023-cü il tarixli **********666900 nömrəli və X9 baş idarəsinin ‘İnzibati şikayətin təmin edilməməsi haqqında” 25 iyun 2023-cü il tarixli **********717700 nömrəli qərarları dəyişdirilmədən saxlanılmışdır. İddiaçı hazırda cavabdehin ona əlavə mənfəət vergisi hesablanması barədə xx.xx.2023-cü il tarixli qərarını mübahisələndirir. İddiaçı bu zaman iki əsas hala istinad edir:
1. qərarın kameral vergi yoxlanılması üçün nəzərdə tutulmuş maksimum 60 iş günü müddətinin ötürülməsi ilə qəbul edilməsi;
2. ödənilmiş Məsrəflər də daxil olmaqla, bütün kumulyativ Neft-Qaz Məsrəflərinin iştirak payının X13 X32 X19 məqsədləri üçün çıxılan məsrəflər kimi nəzərə alınmaması. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 2.4-cü maddəsinə əsasən aşağıdakılar istisna olunmaqla, vergi qanunvericiliyindən başqa digər qanunvericilik aktlarına vergitutma və vergi nəzarəti məsələləri daxil edilə bilməz: 2.4.6. X25 haqqında, əsas boru kəməri haqqında və digər bu qəbildən olan sazişlərdə və ya qanunlarda nəzərdə tutulan müddəalar. VM-n 2.5-ci maddəsinə görə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə vergilər haqqında bu Məcəllə ilə və ona müvafiq olaraq qəbul edilmiş normativ hüquqi aktlarla nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə, həmin beynəlxalq müqavilələrin müddəaları tətbiq edilir. VM-in 2.7-ci maddəsinə görə bu Məcəllə qüvvəyə minənədək və ya o, qüvvəyə mindikdən sonra qanunla təsdiq olunmuş X25 haqqında, əsas boru kəməri haqqında və digər bu qəbildən olan sazişlərdə və ya qanunlarda, o cümlədən neft və qaz haqqında, ixrac məqsədli neft-qaz fəaliyyəti və xüsusi iqtisadi zonalar haqqında qanunlarda bu Məcəllədə və vergilər haqqında digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə, həmin sazişlərin və ya qanunların müddəaları tətbiq edilir. İşdə olan “Azərbaycan Respublikasında Kürsəngi və X16 daxil olduğu blokun reabilitasiyası, kəşfiyyatı, işlənməsi və X25 haqqında Saziş”ə əsasən: - Maddə 15.1 (a) Bu Saziş üzrə Podratçının öhdəlikləri şərti kimi, Mənfəət vergisinə dair bu 15-ci Maddədə göstərilən öhdəlik istisna edilməklə, X4 Fəaliyyəti ilə əlaqədar meydana çıxan və ya ona bilavasitə, yaxud dolayısı ilə aid olan hər hansı xarakterli heç bir Vergi tutulmur. (v) “X20" - bu Saziş imzalanan vaxt Azərbaycan Rcspııbliksmda tətbiq edilən və bu Sazişin müddəti ərzində qüvvədə qalan otuz iki (32) faiz X20 deməkdir. - maddə 15.2. (a) X31 bu Saziş imzalanan vaxt Azərbaycan Respublikasında ümumiyyətlə tətbiq olunan və qüvvədə olan 24 dekabr 1996-ci il tarixli Müəssisə və X12 haqqında qanuna müvafiq surətdə, bu Sazişin müddəalarından irəli gələn dəyişikliklər nəzərə alınmaqla öz X2 Vergisi üçün ayrıca məs’uliyyət daşıyır ("Mənfəət Vergisi"). Azərbaycan Respublikasının daxili qanunvericiliyi ilə bu Saziş arasında hər hansı ziddiyət yarandıqda, Sazişin müddəaları üstün tutulur. X31 özünün Azərbaycan Respublikasında Karbohidrogen Fəaliyyətinə aid olmayan təsərrüfat fəaliyyətinə görə Azərbaycan Respublikasında tətbiq edilən qanunlara və reqlamentlərə uyğun şəkildə Mənfəət Vergisi ödəmək üçün məs’uliyyət daşıyır. - maddə 15.9. İştirak payının verilməsi ilə bağlı Mənfəət vergisi Hər hansı X21 payının bütünlükdə, yaxud onun bir hissəsinin Üçüncü tərəfə Satılması, yaxud daimi hüquq və öhdəliklərin verilməsindən alınan Xalis Gəlirlə bağlı hər hansı iştirak payının verilməsi ilə alınan mənfəətdən vergi faizi aşağıdakılar əsasında müəyyən edilir və ödənilir: (a) Bu 15.9 Maddəsinə münasibətdə aşağıdakı anlayışların mənası aşağıdakı kimidir: (i) “Ümumi Gəlir” öz hüquqlarının başqasına verən Podratçı Tərəfin bu Sazişə uyğun olaraq İştirak Payının hər hansı bir hissəsinin başqasına verilməsi üçün aldığı ümumi haqq deməkdir. (ii) “Qalıq Dəyər” bu Sazişə əsasən Məsrəfləri Ödənilməyən hər hansı sərmayənin (kumulyativ məsrəflər) amortizasiya edilməmiş balansı deməkdir. (iii) “Xalis Gəlir” Ümumi Gəlir və aşağıdakılardan ibarət olan Vergi çıxılmalarının ümumi məbləği arasındakı fərq deməkdir: (aa) hüquq və öhdəliklərin ötürülməsinin qüvvəyə mindiyi tarixə çəkilmiş kumulyativ Neft-Qaz məsrəflərində X21 Payının hissəsi, (bb) hüquq və öhdəliklərini başqasına verən Podratçı Tərəfin həyata keçirdiyi və bu Sazişə əsasən X3 aid olmayan sərmayələrin (kumulyativ məsrəflər) Qalıq dəyəri; (cc) hüquq və öhdəliklərin bu cür verilməsi zamanı çəkilən məsrəflər. (b) Hüquq və öhdəliklərin ötürülməsindən alınan əldə olunan Xalis Gəlirə 15.1 (c) (v) bəndində müəyyən olunan X20 tətbiq tətbiq edilir. Ümumi Gəlir əldə edilərkən hüquq və öhdəlikləri verən X28 Gəliri hesablayır və yuxanda göstərilən Vergi Dərəcəsini ona tətbiq edir. (c) 15.9 (a) (iii) (aa) bəndində göstərilən məbləğlər Əməliyyat Şirkətinin qanuni fəaliyyat göstərən auditoru tərəfindən təsdiq edilir, 15.9(a)(iii)(bb) bəndlərində göstərilən məbləğlər isə məsrəfləri çəkən Podratçı Tərəfin və ya X22 şirkətinin qanuni fəaliyyət göstərən auditoru tərəfindən edilir. İş materiallarından görünür ki, iştirak payının verilməsi ilə bağlı Ümumi Gəlir ******* ABŞ dolları, yığılmış Neft-Qaz məsrəflərinə aid edilməmiş xərclər 284000 ABŞ dolları təşkil etmişdir. Bu rəqəmlər tərəflər arasında mübahisə doğurmamışdır. İşin mübahisəli halı kumulyativ Neft-Qaz məsrəflərində X21 Payının hissəsi ilə bağlı olmuşdur. İşdə olan “Səlyan Oyl Limited” şirkəti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixində başa çatan il üzrə Əməliyyat və əsaslı məsrəflər üzrə xüsusi məqsədli hesabatdan görünür ki, xx.xx.1998-ci il tarixindən (başlanğıc) xx.xx.2020-ci il tarixinədək olan dövr üzrə kumulyativ əsaslı məsrəflər ******* ABŞ dolları (50 % paya münasibətdə), əməliyyat məsrəfləri isə ******* (50 % paya münasibətdə) olmuşdur. Cavabdeh bu hesabata istinad edərək əvəzi ödənilməmiş əməliyyat məsrəfləri – 550000 ABŞ dolları, əvəzi ödənilməmiş əsaslı məsrəflər ******* ABŞ dolları olmaqla, kumulyativ Neft-Qaz məsrəflərində X21 Payının ümumilikdə 33705000 ABŞ dolları olmasını əsas götürərək həmin xərci ümumi gəlirdən çıxmışdır. İddiaçı isə çəkilmiş kumulyativ Neft-Qaz məsrəflərində X21 Payı dedikdə, təkcə ödənilməmiş deyil, həmçinin ödənilmiş məsrəflərin də nəzərdə tutulduğunu iddia edərək, yığılmış neft-qaz xərclərini ********* ABŞ dolları müəyyən etmişdir. Məhkəmə iddiaçının bu mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, Sazişin 13.3-cü maddəsinə əsasən: (a) Podratçı Kontrakt reabilitasiya sahəsi ilə bağlı X1 aşağıdakı qaydada əvəzini almaq hüququna malikdir: (i) birinci növbədə Ümumi hasilat həcmindən bütün Əməliyyat məsrəflərinin əvəzi ödənilir; (ii) sonra Podratçının Əməliyyat məsrəflərinin əvəzi ödənilməsi üçün lazım olan Xam neft və Sərbəst təbii qaz çıxıldıqdan sonra Ümumi hasilat həcmində qalan Xam neftin əlli (50) faizindən və Sərbəst təbii qazın əlli (50) faizindən çox olmayan həcmindən bütün Əsaslı məsrəflərin əvəzi ödənilir (“Əsaslı məsrəflərin ödənilməsi üçün Karbohidrogenlər”). (f) Podratçının Neft-qaz əməliyyatlarına çəkdiyi və Əvəzi ödənilməli olan, lakin əvvəlki Təqvim rübündə əvəzi ödənilməmiş kumulyativ məsrəfləri sonrakı Təqvim rüblərində keçirmək hüququ daim təmin edilir. Həmçinin Sazişin 13.3-cü maddəsinə əsasən: (a) Podratçı Kontrakt kəşfiyyat sahəsi ilə bağlı X1 aşağıdakı qaydada əvəzini almaq hüququna malikdir: (i) birinci növbədə Ümumi hasilat həcmindən bütün Əməliyyat məsrəflərinin əvəzi ödənilir; (ii) sonra Podratçının Əməliyyat məsrəflərinin ödənilməsi üçün lazım olan Xam neft və Sərbəst təbii qaz həcmləri çıxıldıqdan sonra Ümumi hasilat həcmində qalan Xam neftin əlli (50) faizindən və Sərbəst təbii qazın əlli (50) faizindən çox olmayan həcmindən ildə iyirmi (20) faiz dərəcə ilə amortizasiyası ilə bütün Əsaslı məsrəflərin əvəzi ödənilir (“Əsaslı məsrəflərin ödənilməsi üçün Karbohidrogenlər”). (f) Podratçının Neft-qaz əməliyyatlarına çəkdiyi və Əvəzi ödənilməli olan, lakin əvvəlki Təqvim rübündə əvəzi ödənilməmiş kumulyativ məsrəfləri sonrakı Təqvim rüblərində keçirmək hüququ daim təmin edilir. Sazişin 15.2. (m) maddəsinə əsasən X23 Qoyulan Mənfəətini və ya X24 hesablamaq məqsədləri üçün həmin X11 Fəaliyyəti ilə əlaqədar olaraq Qüwəyəminmə tarixinədək çəkdiyi bütün məsrəflər (o cümlədən, lakin bunlarla məhdudlaşdılmadan Azərbaycan Respublikasında və ya digər yerlərdə texniki işlə bağlı çəkilən müstəqim, yaxud dolayı məsrəflər, habelə Podratçı Tərəfin Azərbaycan Respublikasındakı nümayəndəlik ofislərinin məsrəfləri) həmin tarixə çəkilən məsrəflər hesab edilir. Yuxanda deyilənlərə baxmayaraq bu Saziş barəsində danışıqlara, yardımçı tibbi, mədəni və xeyriyyəçilik fəaliyyətinə Saziş bağlananadək çəkilən müstəqim və ya dolayı məsrəflər həmin X23 Qoyulan Mənfəəti və ya X29 hesablanarkən nəzərə alınmır. Beləliklə, istinad olunan normalardan görünür ki, Podratçı Əməliyyat məsrəflərinin əvəzinin ödənilməsi, həmçinin çəkdiyi məsrəflərin mənfəətdən çıxılması hüququna malikdir. İş materiallarındakı 2021-ci il tarixədək illər üzrə olan mənfəət vergisi bəyannamələrindən görünür ki, iddiaçı hər bir il üzrə kontrakt sahəsində kəşfiyyat və qiymətləndirməyə çəkilən xərcləri, hasilata çəkilən xərcləri ümumi xərclərə aid etmiş, nəticədə həmin xərclər çıxılmaqla karbohidrogenlərin təqdim edilməsindən əldə etdiyi mənfəətə vergi tətbiq etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən əvvəlki illərdə çəkilmiş neft-qaz xərcləri müvafiq olaraq əvvəlki illərin mənfəət vergisi bəyannamələrində xərclərə aid edildiyindən, iştirak payının təqdim edilməsi ilə bağlı təqdim edilən mənfəət vergisi bəyannaməsində həmin xərclərin yenidən çıxılmalara aid edilməsi eyni xərclərin təkrar xərclərə aid edilməsinə gətirib çıxarır. Buna görə də nə qədər ki, həmin xərclər artıq bəyan olunmuşdur, iddiaçı yalnız iştirak payını təqdim etdiyi ilin əvvəlindən iştirak payını təqdim edildiyi tarixədək çəkilmiş xərcləri və əvvəlki illərdə çəkilmiş, lakin xərclərə aid edilməmiş xərclərin qalıq dəyərini çıxılmalara aid etmək hüququna malikdir. Sazişin 15.2. (o) maddəsində də göstərilmişdir ki, hər hansı Podratçı Tərəf özünün Sazişdə iştirak payını tamamilə və ya qismən başqasına verdiyi halda onun müvəkkili əgər cari Təqvim ili üçün X30 varsa, həmin zərərin hamısına və ya iştirak payını qismən verdikdə X26 proporsional hissəsinə həmin Təqvim ili üçün çıxılmalar kimi baxa bilməsini iştirak payını verən Podratçı Tərəfin həll etmək ixtiyarı var. Göründüyü kimi, Saziş yalnız zərər olduğu halda onun təqvim ili üçün çıxılmalar kimi nəzərə tutulmasını müəyyən etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı xx.xx.1998-ci il tarixindən (başlanğıc) xx.xx.2020-ci il tarixinədək olan bütün, yəni həmin ödənilmiş, həm də ödənilməmiş məsrəfləri xərcə aid etməkdə haqlı olmamışdır. Cavabdehin kameral vergi yoxlamasının keçirilməsi ilə bağlı müddətə əməl etməməsi məsələsinə gəldikdə, məhkəmə qeyd edir ki, Saziş qəbul edildiyi dövrdə Azərbaycan Respublikasının Vergi Məcəlləsi qüvvəyə minməmiş, həmin dövrdə “Müəssisələrin və X12 haqqında” 1996-cı il 24 dekabr tarixli Qanun qüvvədə olmuşdur. Lakin nə həmin Qanunda, nə də Sazişdə kameral vergi yoxlamasının keçirilməsi ilə bağlı hər hansı bir müddət müəyyən edilmişdir. Mübahisəli qərarın qəbul edildiyi dövrdə qüvvədə olan Vergi Məcəlləsinə gəldikdə isə, həmin Məcəllənin 85.4-cü maddəsinə görə vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Bundan əlavə, Vergi Məcəlləsinin 70.3-vü maddəsinə əsasən vergi hesablamalarına dair sənədlərin və ya vergi qanunvericiliyinə əsasən tərtib edilən digər sənədlərin heç biri, aşağıdakılara əməl edildiyi halda, etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz: 70.3.1. onlar öz məzmununa və mahiyyətinə görə vergi qanunvericiliyinə uyğun gəlirsə; və 70.3.2. vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə. Həmçinin, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarının pozulduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Normanın mənasına görə formal (prosessual) hüquqi tələblərin pozulmasına görə inzibati akt o zaman ləğv olunur ki, həmin pozuntu qərara təsir etsin, yəni müddəaya riayət edilmiş olacağı təqdirdə oxşar deyil, fərqli qərar qəbul edilsin. Hazırkı halda cavabdeh orqan maddi hüquq normalarını düzgün tətbiq etdiyindən məhkəmə hesab edir ki, onun formal tələblərə əməl etməməsi qərarın ləğvi üçün əsas ola bilməz. Məhkəmə bu zaman onu da nəzərə alır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 73-cü maddəsində təsbit olunmuş vergi ödəmək vəzifəsi dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Vergiləri ödəmək (o cümlədən qanunvericiliklə müəyyən edilmiş müvafiq vaxtda və miqdarda) hər bir şəxsin konstitusiya vəzifələrindən biridir. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada dövlətin xəzinəsinə müəyyən pul məbləği şəklində ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur. Əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olar. Vergi ödəyicisinin bu vəzifəsində cəmiyyətin bütün üzvlərinin ictimai maraqları öz əksini tapmışdır. Buna görə dövlət yalnız vergi ödəyicilərinin deyil, həmçinin cəmiyyətin digər üzvlərinin də hüquq və qanuni mənafelərinin qorunması məqsədilə vergi hüquq münasibətlərini tənzimləmək sahəsində qanuni tədbirlər görmək hüququna və vəzifəsinə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 2011-ci il tarixli, 7 dekabr 2011-ci il tarixli, 12 mart 2012-ci il tarixli, 9 sentyabr 2013-cü il tarixli Qərarları). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 14.3-cü, 23.1-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 73.1-ci, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə
qərara aldı:
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim: Səlma Salahova