Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-351/2023 13.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, X10 qızının katibliyi, İddiaçının vəkili X3, İddiaçının nümayəndəsi X6, Cavabdehin nümayəndəsi X11 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “mənzillə təmin olunma və mənzil kirayəsi haqqının ödənilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Bakı şəhəri Cavabdehnə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qəzalı vəziyyətdə olduğuna görə sökülmüş Xəzər rayonu, Buzovna qəsəbəsi, 2143 saylı məhəllə, “Bakqazmaş" zavodunun yataqxanasının yerində inşa edilmiş yeni binada ona bir otaqlı mənzil verilməsi və ona digər sakinlərə ödənilmiş miqdarda, yəni sakinlərin köçürüldüyü vaxtdan hesablanmaqla mənzillə təmin olunanadək ötən müddətdə hər ay 250 manat olmaqla kirayə haqqı ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, 2002-ci ildən, “Bakqazmaş Zavod" İstehsalat Birliyində (hal-hazırda “Bakqazmaş" ASC) əmək fəaliyyətinə başlamışdır. İşlədiyi dövrdə həmin zavodun yataqxanasında mənzillə təmin olunmuş və həmin yataqxananın 14 saylı otağında ailə üzvləri ilə birlikdə, qeydiyyatda olmaqla, yataqxana sökülənədək yaşamışdır. Bina sökülərkən cavabdeh vəzifə səlahiyyətlərindən, qanundan sui-istifadə edərək Azərbaycan Respublikasının Konstitusiyasının bəzi müddəalarından, Azərbaycan Respublikasının Prezidentinin 699 saylı, xx.xx.2012-ci il tarixli Fərmanından, Nazirlər Kabinetinin 86 saylı, xx.xx.2016-cı il tarixli qərarından irəli gələn tələblərə riayət etməmiş və onun konstitusion hüquqlarını pozmuşdur. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin xx.xx.2019-cu il tarixli rəyinə əsasən Xəzər rayonu, Buzovna qəsəbəsi, 2143 saylı məhəllədə yerləşən yataqxana binasının texniki vəziyyətinin qəzalı olduğu müəyyən olunmuş, bu səbəbdən binanın istismarının dayandırılması və oradan sakinlərin çıxarılması tədbirlərinin yerinə yetirilməsi zəruri hesab edilmişdir, qəzalı vəziyyətdə olan binada yaşayan sakinlətin köçürülməsi Cavabdehnə tapşırılmış və onun tərəfindən həyata keçirilmişdir. Bina sökülmüşdür və hazırda onun yerində ‘‘Kristal Abşeron" MTK tərəfindən yeni bina inşa edilməkdədir. Qəzalı binanın sakinlərinin yeni binada mənzillərlə təmin olunması nəzərdə tutulmuş və bina istifadəyə verilənədək sakinlərin müvəqqəti kirayədə yaşaması üçün kirayə haqqı ödənilmişdir. Cavabdehin qəzalı binanın sakinlərinin onun yerində tikiləcək binada otaqların sayına müvafiq olaraq yeni mənzillərlə təmin olunacağına, bina istismara verilənədək sakinlərə kirayə haqqı ödəniləcəyinə dair verdiyi sözə etimad edərək, o, ailəsi ilə birlikdə mənzildən çıxmışdır. Lakin "xxxx" MTK tərəfindən yeni binanın tikintisi başa çatdırıldığına baxmayaraq o, mənzillə təmin olunmamış və ona kirayə yaşadığına görə kirayə haqqı ödənilməmişdir. Müxtəlif instansiyalara və cavabdehə dəfələrlə yazılı və şifahi müraciət etsə də, məsələ hazırkı vaxtadək həll olunmamışdır. Təqdim etdiyi yaşayış yeri üzrə qeydiyyat haqqında Arayışın surətindən görünür ki, 5 nəfərdən ibarət ailə üzvü ilə birlikdə xx.xx.2003-cü ildən "xxxx" zavodunun yataqxanasında qeydiyyatdadır. xx.xx.2016-cı il tarixli "xxxx" ASC-nin baş direktoru tərəfindən imzalanmış Arayışın surətindən görünür ki, 2015-ci il üçün mənzil kommunal xərclərinə görə borcları qalmamışdır. “Şəxsi hesab vərəqəsi”ndən görünür ki, o, 5 nəfər ailə üzvü ilə birlikdə xx.xx.2003-cü ildən Xəzər rayonu, Buzovna qəsəbəsi, "xxxx" zavodunun yataqxanasında qeydiyyatda olmaqla yaşamış, kommunal və kirayə xərcləri ödəmişdir. X1 və X12 onun yataqxana sökülənədək 14 saylı otaqda yaşadığını öz imzaları ilə təsdiq edirlər. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya münasibətində Buzovna qəsəbəsi, məhəllə 2143 ünvanında yerləşən (keçmiş Bakqazmaş zavodunun yataqxanası) yataqxana binasının Bakı Şəhər Mənzil-Kommunal Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olduğunu, həmin binaya dair Cavabdeh sərəncam vermək hüququnun olmadığını, habelə qəzalı binanın sökülüb yerində yeni binanın inşa edilməsinin Cavabdeh tərəfindən həyata keçirilmədiyini, həmçinin İddiaçı həmin yataqxanada qeydiyyatda olsa da, faktiki olaraq orada yaşamadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili R.Almuradov və nümayəndəsi M.Qasımova iddianı müdafiə etdilər və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazı müdafiə etdi və iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən aşağıdakı sənədlərdən görünür ki: - X17 Həmkarlar İttifaqı Respublika Komitəsi "xxxx" zavodu Həmkarlar təşkilatı və müdriyyətin birgə iclasının xx.xx.2001-ci il tarixli, 3 nömrəli protokolundan çıxarışdan görünür ki, 2001-ci il üçün ev növbəsinə dayanan ailələrin Siyahısının təsdiq edilməsinə razılıq verilmişdir. Həmin Siyahıda iddiaçının anası X15 7-ci sırada göstərilmişdir. - X17 Həmkarlar İttifaqı Respublika Komitəsi Müdriyyətin və həmkarlar təşkilatının birgə iclasının xx.xx.2003-cü il tarixli, 1 nömrəli protokolundan çıxarışdan görünür ki, zavodun işçisi İddiaçı ərizə ilə müdriyyətə müraciət edərək zavodun yataqxanasına qeydiyyata düşməsinə icazə verilməsini xahiş etmiş, ərizədə göstərildiyi kimi atasının ağır xəstə olması nəzərə alınaraq ona yataqxanada 1 otaq verilməsi, həmin otağa qeydiyyata düşmək üçün Əzizbəyov RPİ-nə müraciət edilməsi qərara alınmışdır. - AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1973-cü təvəllüdlü İddiaçı Bakı şəhəri, Buzovna qəsəbəsi, Bakqazmaş zavodu ünvanında qeydiyyatdadır. - Bakı şəhər Xəzər rayon Polis İdarəsinin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.2003-cü il tarixdən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Bakqazmaş zavodu ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Həyat yoldaşı X16 xx.xx.2003-cü il tarixdən, qızı X13 xx.xx.2015-ci il tarixdən, oğlu X18 xx.xx.2015-ci il tarixdən, oğlu X19 xx.xx.2016-cı il tarixdən həmin ünvanda qeydiyyatdadırlar. - Azərbaycan Respublikası "xxxx" ASC-nin 09 nömrəli, xx.xx.2022-ci il tarixli arayışına əsasən İddiaçı anası X15, həqiqətən «Bakqazapparat» zavodunda, sonradan "xxxx" zavodunda (hal-hazırda "xxxx" ASC 16 avqust 2004-ci il tarixli 136 к nömrəli əmrin əsasında) ev növbəsində dayanıb (xx.xx.1987-ci il protokol № 8; xx.xx.1988-ci il protokol № 12 - 11 nəfər (özü, əri, dörd öğul, iki qəlin, dörd nəvə). Arayış 03 nömrəli xx.xx.2001-ci il tarixli ev növbəsi siyahısına əsasən verilir. Təsdiq edib - Bakı səhəri Əzizbəyov rayon (Xəzər rayonu) İcra Hakimiyyəti protokol №489, xx.xx.2001-ci il. Bütün növbə sənədləri Cavabdehnə təqdim olunmuşdur. Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli, 584 saylı sərəncamına və Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2009-ci il tarixli 67 saylı sərəncamına əsasən "xxxx" ASC-nin balansında olmuş yaşayış binalar və yataqxana 15 aprel 2016-cı il tarixli akta əsasən 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin tabeçiliyində olan Xəzər rayonunda yerləşən 111 saylı MKİS-nin istismarına verilmişdir. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitunun Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 2143 saylı məhəllədə yerləşən 5 saylı yataqxanın texniki vəziyyəti haqqında xx.xx.2019-cu il tarixli rəyindən görünür ki, həmin bina qəzalı vəziyyətdə olduğu üçün sakinlərin təcili olaraq binadan köçürülməsi, bütün kommunikasiya xətlərinin kəsilməsi, binaya girişin qadağan edilməsi, binanın ətrafının çəpərlənməsi, binanın qəzalı vəziyyətdə olması barədə əlaqədar təşkilatların məlumatlandırılması tədbirlərinin həyata keçirilməsinin zəruriliyi barədə rəy verilmişdir. - Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərüfatı Departamentinin xx.xx.2022-ci il tarixli, 39 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin xx.xx.2019-cu il tarixli rəyinə əsasən, Xəzər rayonu, Buzovna qəsəbəsi, 2143 saylı məhəllədə yerləşən yataqxana binasının texniki vəziyyəti qəzalı olduğundan binanın istismarının dayandırılması və oradan sakinlərin çıxarılması tədbirlərinin yerinə yetirilməsi zəruri hesab edilmişdir. Lakin qəzalı vəziyyətdə olan binada yaşayan ailələrin köçürülməsi və binanın sökülməsi işləri Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən həyata keçirilmədiyindən qeyd edilən yataqxana binasının sökülməsi ilə bağlı tələb olunan sənəd və məlumatların məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. - 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 11 aprel 2022-ci il tarixli, 09 saylı məktubundan görünür ki, İddiaçı ailəsi ilə 2004-cü il tarixdən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Bakqazmaş zavodunun yataqxanasında (sakinlərin dediyinə görə) 1-ci mərtəbədə yaşayıb. Naməlum səbəblərdən mənzil uzun müddət sahibsiz qaldığından Xəzər Rayonu İcra Hakimiyyətinin göstərişi ilə həmin otaq internat evindən göndərilən X2 verilib. Bir müddət sonra vətəndaş İddiaçı otağını geri istədikdə, Bakqazmaş zavodunun rəhbərliyi tərəfindən ona yataqxananın girişindəki foyedə 1 otaq verilmişdir. 2019-cu ildə sözügedən yataqxana qəzalı vəziyyətdə olduğu üçün sökülüb, yerində yenidən müasir standartlara uyğun bina tikilib. Həmin mənzillər, yataqxanada faktiki yaşayan sakinlərə verilib. İddiaçı hazırda həmin yataqxanada qeydiyyatda olduğuna və yaşadığına istinad edərək, binanın sökülməsi ilə bağlı mənzillə təmin edilməsini, mənzillə təmin edilənədək isə kirayə haqqının ödənilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinə əsasən: - Maddə 48. Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. - Maddə 106. Fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər. Yataqxanalar xüsusi tikilmiş və ya həmin məqsədlər üçün yenidən qurulmuş yaşayış evlərində yerləşdirilir. Yataqxanalar orada qalan vətəndaşların yaşaması, məşğul olması və istirahəti üçün lazım olan mebellə, digər ev müxəlləfatı və mədəni-məişət predmetləri ilə komplektləşdirilir. SSR İttifaqı qanunvericiliyinə uyğun olaraq yataqxanalar haqqında nümunəvi əsasnaməni müvafiq həmkarlar ittifaqı və komsomol orqanları ilə razılaşdırmaqla Azərbaycan SSR Nazirlər Soveti, SSRİ nazirlikləri, dövlət komitələri və baş idarələri təsdiq edirlər. - Maddə 107. Yataqxanalarda mənzil sahəsi verilməsi və ondan istifadə qaydası SSR İttifaqı qanunvericiliyi, bu Mədəllə və Azərbaycan SSR-in digər qanunvericiliyi ilə müəyyən edilir. Yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Ətrafdakıları vərəmlə yoluxdurmaq təhlükəsi olan xəstələri yataqxanalarda yerləşdirmək qadağandır. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. Yataqxanada mənzil sahəsi tutmaq üçün order formasını Azərbaycan SSR Nazirlər Soveti müəyyən edir. Müddətli hərbi xidmətə. çağırılmaqla əlaqədar yataqxanadan getmiş şəxslər hərbi xidmətini başa vurduqdan sonra həmin müəssisəyə, idarəyə, təşkilata və ya məktəbə qayıtdıqda, yataqxanada onlara yenə də mənzil sahəsi verilməlidir. - Maddə 91. Yaşayış sahəsinin yerləşdiyi ev dövlət ehtiyacları və ya içtimai ehtiyaclar üçün torpaq sahəsinin alınması ilə əlaqədar sökülməli, habelə ev (yaşayış sahəsi) yenidən qurulub qeyri-yaşayış evinə çevrilməli olduqda, həmin evdən (yaşayış sahəsindən) çıxarılan vətəndaşlara başqa abad yaşayış sahəsi torpaq sahəsinin ayrıldığı və ya yenidən qurulmalı olan evin (yaşayış sahəsinin) verildiyi dövlət, kooperativ təşkilatı və ya digər ictimai təşkilat tərəfindən verilir. Eyni zamanda hazırda qüvvədə olan Mənzil Məcəlləsinə əsasən: - Maddə 101.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə həmin yaşayış sahəsinin məhv olması ilə əlaqədar və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar olduqda xitam verilir. - Maddə 101.2. Xidməti yaşayış sahəsinə və ya yataqxanada yaşayış sahəsinə mülkiyyət hüququnun başqasına keçməsi, habelə həmin yaşayış sahəsinin digər dövlət (bələdiyyə) orqanının təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə verilməsi həmin yaşayış sahəsinin kirayə müqaviləsinin xitamına səbəb olur. Bu müddəa yaşayış sahəsinin yeni mülkiyyətçisinin və ya təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə yaşayış sahəsi verilmiş dövlət (bələdiyyə) orqanının həmin xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi ilə əmək müqaviləsinin tərəfi olduğu hallara şamil edilmir. - Maddə 85. Sosial kirayə müqaviləsi ilə verilmiş yaşayış sahəsinin yerləşdiyi ev (bina) sökülməli olduqda, evin (binanın) sökülməsi barədə qərar qəbul etmiş kirayəyə verən tərəfindən yaşayış sahəsindən çıxarılan vətəndaşlara sosial kirayə müqavilələri ilə qabaqcadan digər abadlaşdırılmış yaşayış sahələri verilir. İstinad olunan normalardan görünür ki, yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə verilir. Bunun üçün müəssisə, idarə, təşkilat müdiriyyəti, həmkarlar ittifaqı komitəsi və komsomol komitəsi birgə qərar qəbul edir, daha sonra həmin qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. İşdən görünür ki, iddiaçı ona mübahisəli yataqxana binasında otaq verilməsi barədə xx.xx.2003-cü il tarixli müdriyyət və həmkarlar təşkilatının birgə iclas protokolunu təqdim etsə də, ona mənzil ayrılması barədə orderi təqdim etməmişdir. İş materiallarından iddiaçıya hansı nömrəli mənzilin ayrılması da müəyyən olunmur. Digər tərəfdən, Bakı şəhər İcra Hakimiyyətinin 584 saylı xx.xx.2008-ci il tarixli sərəncamı ilə qərara alınmışdır ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 sentyabr 2008-ci il tarixli, 200 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahı üzrə, özəlləşdirilən dövlət müəssisələrinin (birliklərinin) və ləğv olunan dövlət şirkətlərinin və konsernlərinin balansında olan sosial-mədəni və kommunal-məişət təyinatlı obyektlər (yaşayış binaları və yataqxanalarda yerləşən qeyri-yaşayış sahələri istisna olmaqla), bu sərəncamın 1 saylı əlavəsinə uyğun olaraq, qanunvericiliklə müəyyən edilmiş qaydada əvəzsiz olaraq Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına və xidmət dairəsinə qəbul edilsin. Bakı şəhər İcra Hakimiyyətinin 584 saylı xx.xx.2008-ci il tarixli sərəncamına əlavədən - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 2 sentyabr tarixli, 200 nömrəli qərarı ilə təsdiq edilmiş siyahı üzrə Bakı Şəhər İcra Hakimiyyətinin Mənziİ-Kommunal Təsərrüfatı Departamentinin balansına verilməsi nəzərdə tutulmuş, özəlləşdirilən dövlət müəssisələrinin (birliklərinin) və ləğv olunan dövlət şirkətlərinin və konsernlərinin balansında olan sosial-mədəni və kommunal-məişət təyinatlı obyektlərin siyahısından görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 2143-cü məhəllədə yerləşən beşmərtəbəli yataqxana binası 29 sıra nömrəsi ilə balansa verilmişdir. Mənzil Məcəlləsinin 101-ci maddəsinə əsasən yataqxanada yaşayış sahəsi digər dövlət (bələdiyyə) orqanının təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə verilməsi həmin yaşayış sahəsinin kirayə müqaviləsinin xitamına səbəb olur. Belə olan halda aydındır ki, iddiaçının mübahisəli yataqxanaya hüququna onun Bakı Şəhər İcra Hakimiyyətinin Mənziİ-Kommunal Təsərrüfatı Departamentinin balansına keçdiyi 2008-ci ildən xitam olunmuşdur. İddiaçının yeni mülkiyyətçi ilə hər hansı bir müqavilə bağlaması isə iş materialları ilə müəyyən olunmur. O da qeyd edilməlidir ki, işdə olan 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 11 aprel 2022-ci il tarixli, 09 saylı məktubundan görünür ki, sakinlərin dediyinə görə iddiaçı ailəsi ilə 2004-cü il tarixdən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Bakqazmaş zavodunun yataqxanasında 1-ci mərtəbədə yaşasa da, sonradan mənzil uzun müddət sahibsiz qalmış, iddiaçı həmin mənzildə yaşamamış, buna görə də Xəzər Rayonu İcra Hakimiyyətinin göstərişi ilə həmin otaq internat evindən göndərilən X2 verilmişdir. Məhkəmə qeyd edir ki, yuxarıda istinad olunan istər qüvvədən düşmüş, istərsə də qüvvədə olan müvafiq normalardan görünür ki, yaşayış sahəsi söküldükdə həmin yaşayış sahəsindən çıxarılan şəxsə digər abadlaşdırılmış yaşayış sahəsi verilir. Yəni şəxs ona verilən yaşayış sahəsində yaşamalı, sahənin sökülməsi ilə bağlı həmin yaşayış sahəsindən çıxarılmalı və yalnız bundan sonra yeni yaşayış sahəsi ilə təmin edilməlidir. Bu norma həmin sahədən çıxarılan və digər yaşayış sahəsi olmayan vətəndaşın konstitusion hüquq olan mənzil hüququnun təmin edilməsinə yönəlmişdir. Buna görə də istinad edilən norma, yaşayış sahəsində yaşamayan, sökülmə nəticəsində çıxarılmaya məruz qalmayan, yalnız formal qeydiyyata istinad edən şəxslərə münasibətdə tətbiq edilə bilməz. 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 11 aprel 2022-ci il tarixli, 09 saylı məktubundan da aydın olur ki, mübahisəli binanın sökülməsi nəticəsində mənzillə yataqxanada faktiki yaşayan sakinlər təmin edilmişlər. İddiaçının iddia ərizəsində istinad etdiyi xx.xx.2016-cı il tarixli "xxxx" ASC-nin Mənzil Kommunal Təsərrüfatının xx.xx.2016-ci il tarixli arayışına, qonşular X7 və X4 ərizəsinə gəldikdə, mübahisəli bina 2016-cı ildə ASC-nin balansında olmadığından, ərizədəki şəxslərin isə iddiaçının qonşusu olması təsdiq edilmədiyindən (bir halda ki, iddiaçıya hansı mənzilin verilməsi iş üzrə müəyyən edilmir) mötəbər sübut kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 2143-cü məhəllədə yerləşən yataqxana binasının mənzili üzərində mülkiyyət, sahiblik və istifadə hüququnu təsdiq edən mötəbər sübut təqdim etməmiş və həmin hallar məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. İddiaçının öz tələbinin əsası kimi istinad etdiyi hallar isə onun tələbinin təmin olunmasına əsas vermir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-351/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-351/2023
13.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver