Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3513/2020 19.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi ilə, İddiaçının vəkili X4, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə qarşı “iddiaçıya məcburi köçkün statusunun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə qarşı “iddiaçıya məcburi köçkün statusunun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində göstərilmişdir ki, iddiaçı 1983-cü ildən etibarən işğal olunanadək Füzuli rayonunda ailəsi ilə bilrlikdə yaşamışdır. Füzuli rayonu işğal olduğuna görə məcburi olaraq evi və işi ataraq 1993-cü ilin avqust ayında Bakıya köçmüşdür, uzun müddət məcburi köçkün statusunu almaq üçün mübarizə aparmış lakin məcburi köçkün statusunu təsdiq edən sənədi ala bilməmişdir.Zəruri sənədləri və sübutları əldə etdikdən sonra xx.xx.2019-cu il tarixində rəsmi olaraq müraciət etmişdir. Müraciətinə Azərbaycan Respublikası DİN-nin xx.xx.2016-ci il tarixli, MAPS üzrə məlumat şöbəsinin arayışını xx.xx.2016-ci il tarixli 28/565 nömrəli yaşayış üzrə qeydiyyat haqqında arayışı, Füzuli rayon Dədəli kəndinin icra nümayəndəliyinin arayışı, Füzuli rayon Dədəli kəndinin sakinlərinin aktı əlavə edilmişdir. Lakin cavabdeh heç bir cavab verməmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək bildirmişdir k, iddiaçı xx.xx.2020-ci il tarixdə ərizə ilə Azərbaycan Respublikası Prezidentinin X1-prezidentinin Katibliyinə müraciət etmiş iddiaçının ərizəsi aidiyyətı üzrə baxılması üçün xx.xx.2020-ci il ytarixli məktubla Komitəyə göndərilmişdir. İddiaçı Komitəyə daxil olmuş ərizəsində məcburi köçkün statusunun verilməsi xahiş etmişdir. Təqdim edilmiş sənədlər mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, Komitənin Status sektorunda araşdırılmış və xx.xx.2020-ci il tarixli 01/8509 nömrəli məktubla cavab verilərək, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalarının 2.4.1-ci bəndində nəzərdə tutulan sənədlərin məcburi köçkün kimi müvəqqəti qeydiyyatda olduğu rayon icra hakimiyyətinin müvafiq şöbəsinə və ya Komitənin rayon sektoruna təqdim olunmasından sonra ona məcburi köçkün statusunun verilib verilməməsi məsələsinə qanunla nəzərdə tutulmuş qaydada baxılaçağı bildirilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, iddia ərizəsi mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia ərizəsinə əsasən iddiaçı onun məcburi köçkün statusunu təsdiq edən sənədinin verilməsini tələb edir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında ”Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin 3-cü bəndinə əsasən, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların 2.4-cü bəndinə əsasən, “məcburi köçkün” statusu və onun təsdiq edən vəsiqəni almaq niyyətində olan şəxs ərizə ilə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir:2.4.2. Rayonun işğal zamanı 18 yaşına (yetkinlik yaşına) çatmış və nikaha daxil olmamış qadınlar üçün:2.4.2.1. Ərizə forması;2.4.2.2. Şəxsiyyət vəsiqəsinin surəti (əsli ilə birlikdə);2.4.2.3. İşğal zamanı məcburi köçkün düşdüyü rayonda pasport qeydiyyatında olması barədə DİN-nin rayon şöbəsi tərəfindən verilmiş arayış;2.4.2.4. Məcburi köçkün düşməsi barədə işğal nəticəsində məcburən tərk etdiyi rayonun icra hakimiyyətinin başçısı və ya müavini tərəfindən verilmiş arayış;2.4.2.5. 2 ədəd 3x4 ölçüdə rəngli fotoşəkil. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir.İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 5.2-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Həmin qərarın 5.2-ci bəndinə əsasən bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. Lakin hazırda iddiaçı cavabdeh tərəfindən onun hüquqlarının pozulması, yəni iddiaçı tərəfindən qanunvericiliyə əsasən təqdim olunması zəruri olan sənədlərin ( məcburi köçkün düşməsi barədə işğal nəticəsində məcburən tərk etdiyi rayonunun icra hakimiyyətnin başçısı və ya müavini tərəfindən verilmiş arayış) mövcud olması və cavabdehə təqdim edilməsi barədə məlumatı məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə iddianın mümkünlük şərtlərini yoxlayaraq müəyyən etmişdir ki, cavabdeh tərəfindən iddiaçının hər hansı bir subyektiv hüquqlarının pozulması iddia ərizəsində əsaslandırılmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə qarşı “iddiaçıya məcburi köçkün statusunun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbi barədə iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci, 35-ci, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə qarşı “iddiaçıya məcburi köçkün statusunun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbi barədə iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmiqaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati-iqtisadi kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cə məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-3513/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3513/2020
19.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver