Məhkəmə qərarları › İş №2-1(112)-3514/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3514/2021

14.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3514/2021 14.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Tərəflərin iştirakları olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında şifahi açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı N2-ci ildə Abşeron rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. N və N saylı hərbi hissələrdə hərbi xidmət keçmişdir. N saylı hərbi hissənin tərkibində Ağdamın Üçoğlan kəndi, Tərtərin Suqovuşan, Talış, Çaylı kəndlərində gedən döyüşlərdə və Füzuli rayonu ərazisində gedən döyüşlərdə yaxından iştirak etmişdir. N saylı hərbi hissənin tərkibində döyüşlər zamanı N4cü ildə güllə yarası almış və Gəncə şəhər Mərkəzi Xəstəxanasında müalicə olunmuşdur. Bütün bunlarla bağlı veteran vəsiqəsi almaq üçün o, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinə sənədlərini göndərmiş, ona Qarabağ veteranı vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddia ərizəsinə qarşı yazılı etirazını məhkəməyə təqdim edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etiraza görə, iddia ərizəsi əsassızdır, aşağıdakı səbəblərə görə təmin oluna bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən “N88-ci il fevralın 1-dən N4-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, şəxşi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanların təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Müdafiə nazirinin xx.xx.N8-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı», «Silahlı qüvvələr veteranı», və «Əmək veteranı» adlarının verilməsi qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrində tətbiq edilməsi qaydalarına dair Təlimatının 1.6-cı bəndindən görünür ki, “Müharibə veteranı” adı və vəsiqəsi almaq üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrlərində hərbi hissənin səxsi heyətinin siyahısından çıxarılması barədə məlumat mütləq təqdim edilməlidir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli 216 №-li qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı», «Silahlı qüvvələr veteranı», və «Əmək veteranı» adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci bəndinə olunmuş qeydində göstərilib ki, Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatların aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə “Müharibə veteranı” adı verilə bilməz. Araşdırmanın nəticəsində müəyyən olundu ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 13 mart 2020-ci il tarixli 9/2-3404 nömrəli arayışına əsasən İddiaçı N4-cu ilin mart ayından sonra xidməti barədə məlumat aşkar edilməmişdir. Həmçinin iddiaçının döyüş əməliyyatları aparılan zaman qanuni əsaslarla tərxis olunması barədə məlumat olmadığından ona ‘‘Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. İstər arxiv arayışlarında, istərsə də iş materiallarında olan digər sənədlərdə iddiaçının qanuni əsaslarla ehtiyata buraxılması barədə hər hansı bir sübut yoxdur. Həmçinin formalaşmış məhkəmə təcrübəsinə istinad edərək qeyd olunmuşdur ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 26 avqust 2020-ci il tarixli 2-1(102)-1618/2020 nömrəli qərarı ilə də iddiaçıların qanuni əsaslarla hərbi xidmətdən tərxis olunması aidiyyəti dövlət orqanının arayışı və əmri ilə birgə təsdiq olunmaması səbəbi ilə onların kassasiya şikayətləri təmin edilməmişdir. Göstərilənlərə əsasən hesab edir ki, İddiaçı müharibə veteranı adı və vəsiqəsi verilməsindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi əsaslı və qanuni olaraq imtina etmişdir. Hazırlıq icraatı mərhələsində məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında tərəflərin iştirakları olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 324 saylı, 01 sentyabr 2020-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Binəqədi RHK tərəfindən N3-cü ildə hərbi xidmətə çağırılmış, Tərtər hərbi prokurorluğunun xx.xx.2020-ci il tarixli, NHPN4N nömrəli məktubuna əsasən barəsində heç bir təqsirləndirici materialın və cinayət işinin olmadığı qeyd edilmiş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən aldığı və xx.xx.N4-cü ildən xx.xx.N4-cü ilə kimi Akademik Z.Məmmədov adına Gəncə şəhər X9 Xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma – diaqnoz: “Sağ baldırın orta 1/3-nin dəlib keçən güllə yarası” “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi şəhadətləndirilmişdir. İşdə olan Azərbaycan Respublikasının Prokurorluğu Tərtər Hərbi Prokurorluğu tərəfindən verilmiş 20 may 2020-ci il tarixli, NHPN4N saylı məktubdan görünür ki, NN1-ci il təvəllüdlü İddiaçı barəsində Tərtər hərbi prokurorluğunda heç bir təqsirləndirici material və ya cinayət işi olmamışdır. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəz Arxivi tərəfindən verilmiş 13 mart 2020-ci il tarixli, 9/2-3404 saylı arxiv arayışından görünür ki, N saylı hərbi hissə komandirinin N iyul N3-cü il tarixli, 46 saylı əmrilə (əsas: § 1, sıra-13, səh- 55, əmrdə soyadı Nurlazadə, adı isə Feruz yazılmışdır) X3 şəxsi heyətin siyahısına, bütün növ təminatlara salınmışdır. Hərbi hissəyə yenidən qayıtmış sıravi X4 N saylı hərbi hissə komandirinin N sentyabr N3-cü il tarixli, 226 saylı əmrilə (əsas: § 4, sıra-8, səh-23, əmrdə soyadı Nurlazadə, adı isə Firuz yazılmışdır) bütün növ təminatlara salınaraq İ MAT-da tuşlayıcı vəzifəsinə təyin olunmuşdur. N saylı hərbi hissə komandirinin N sentyabr N3-cü il tarixli 35 saylı əmrində (əsas: sıra-86, səh-26, əmrdə adı Feruz yazılmışdır) avqust N3-cü il tarixi üçünb 3 qat pul zəminatı almış şəxsi heyətin siyahısında X1 adı qeyd olunmuşdur. N saylı hərbi hissə komandirinin N fevral N4-cü il tarixli 14 sasylı əmrində (əsas: yoxlama əmri, səh-11, əmrdə soyadı Nurladze, adı isə Firuz yazılmışdıpr) döyüş tapşırığını yerinə yetirmiş şəxsi heyətin siyahısında sıravi X2 adı qeyd edilmişdir. N saylı hərbi hissənin şəxsi heyətinin əllifba qeydiyyatı kitablarında, N4-cü il tarixli yaralananların qeydiyyatı kitablarında və komandirin mart N4-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti və yaralanması barədə məlumat aşkar edilməmişdir. İşdə olan iddiaçıya məxsus SX seriyalı ******* saylı hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.N3-cü il tarixdə N saylı hərbi hissədə hərbi xidmətə başlamış, xx.xx.N4-cü il tarixdə N saylı hərbi hissədə xidmət keçmişdir. Hərbi biletin xüsusi qeydlər hissəsindən görünür ki, Tərtər hərbi prokurorluğunun 20 may 2020-ci il tarixli, N/HP-N4N saylı məktubuna əsasən hərbi qeydiyyatı bərpa olunmuşdur. Azərbaycan Silahlı Qüvvələrindəki hərbi xidməti Müdafiə Nazirliyi Mərkəzi Arxiv İdarəsinin xx.xx.2020-ci il tarixli, 9/2-3404 saylı arayışına əsasən yazılmışdır. Məhkəmə araşdırması dövründə sorğu əsasında İddiaçı məhkumluğunun olubolmaması barədə məlumatın məhkəməyə təqdim edilməsi Səbail Rayon Polis İdarəsindən tələb olunmuşdur. Məhkəmə sorğusuna cavab olaraq Bakı şəhəri Səbail Rayon Polis İdarəsi tərəfindən 08 fevral 2021-ci il tarixdə verilmiş məhkumluq haqqında tələbnamə arayışdan görünür ki, İddiaçı məhkumluğu barədə Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyatsorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh inzibati orqana müraciət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 1/N-15482 saylı, 25 noyabr 2020-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının ərizəsinə cavab olaraq bildirilmişdir ki, ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2020-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Mərkəzi Arxivin 13 mart 2020-ci il tarixli 9/2- 3404 saylı arayışına əsasən N iyul N3-cü il tarixdənb N sentyabr N3-cü il tarixədək və 15 mart N4-cü il tarixdən (müalicədən sonra) hərbi xidmətini tam təsdiqləmədiyindən ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin normalarına əsasən hesab edir ki, cavabdeh orqanın imtinası əsaslıdır və iddiaçının hər hansı hüququnu pozmur. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun N-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N5-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən müharibə veteranı adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N88-ci il fevralın 1-dən N4-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar planları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Bundan əlavə, Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.N8-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı» və «Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimat»ın 1.6-cı bəndinə əsasən N88-ci il fevralın 1-dən N1-ci il oktyabrın 9-dək erməni milliyyətçi quldur dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - keçmiş DQMV ərazisində ... aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə ... - N1-ci il oktyabrın 9-dan N4-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili işlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarə etmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bu normanın tələbləri baxımından iddiaçı “Müharibə veteranı” statusunu almaq üçün onun hərbi xidmətdən qanuni əsaslarla tərxis olunduğunu sübut etməlidir. Çünki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (N oktyabr NN-ci il tarixli 3N8-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” sözləri hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir). “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən, hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Məhkəmə araşdırması dövründə İddiaçı hərbi xidmətə çağırılması və hərbi xidmətdən tərxis olunması barədə müvafiq əmrlər sorğu əsasında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsindən, hərbi xidməti barədə, həmçinin hərbi xidmətdən ethiyata buraxılmasının əsasları barədə sənədlər Azərbaycan Respublikası Müdafiə Nazirliyindən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsi tərəfindən verilmiş 0N aprel 2021-ci il tarixli, 422 saylı məktubundan görünür ki, xx xxxxxx NN1-ci il təvəllüdlü İddiaçı 12 noyabr N89-cu il tarixdən 16 dekabr N1-ci il tarixədək keçmiş Sovet ordu sıralarında, xx.xx.N3-cü il tarixdən 0N fevral N4-cü il tarixədək Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmət etmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş10 fevral 2021-ci il tarixli, 9/2-1006 saylı məktubdan görünür ki, N №-li hərbi hissə komandirinin N iyul N3-cü il tarixli 46 №-li əmrilə (əsas: §1, sıra-13, səh-55, əmrdə soyadı Nurlazadə, adı isə Feruz yazılmışdır) X3 şəxsi heyətin siyahısına, bütün növ təminatlara salınmışdır. Hərbi hissəyə yenidən qayıtmış sıravi X4 N №-li hərbi hissə komandirinin N sentyabr N3-cü il tarixli 226 №-li əmrilə (əsas: §4, sıra-8, səh-23, əmrdə soyadı Nurlazade, adı isə Firuz yazılmışdır) bütün növ təminatlara salınaraq İ MAT-da tuşlayıcı vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin N sentyabr N3-cü il tarixli 35 №-li əmrində (əsas: sıra-86, səh-26, əmrdə adı Feruz yazılmışdır) avqust N3-cü il tarixi üçün 3 (üç) qat pul zəminatı almış şəxsi heyətin siyahısında X1 adı qeyd edilmişdir. N №-li hərbi hissə komandirinin N fevral N4-cü il tarixli 14 №-li əmrində (əsas: yoxlama əmri, səh-11, əmrdə soyadı Nurladze, adı isə Firuz yazılmışdır) döyüş tapşırığını yerinə yetirmiş şəxsi heyətin siyahısında sıravi X2 adı qeyd edilmişdir. N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında, N4-cü il tarixli yaralananların qeydiyyatı kitablarında və komandirin mart-dekabr N4-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti, yaralanması, ehtiyata buraxılması barədə məlumat aşkar edilməmişdir. İş materiallarında olan arxiv arayışlardan göründüyü kimi iddiaçı N saylı hərbi hissə komandirinin N iyul N3-cü il tarixli 46 saylı əmrilə şəxsi heyətin siyahısına, bütün növ təminatlara salınsa da, lakin arxiv sənədlərində həmin dövrdən sonra N sentyabr N3-cü il tarixədək olan müddət ərzində onun hərbi xidməti barədə hər hansı məlumat aşkar edilməmişdir. Arxiv sənədlərində olan əmrlərinə əsasən iddiaçının N sentyabr N3-cü il tarixdən hərbi hissəyə yenidən qayıtması və N saylı hərbi hissə komandirinin həmin tarixli 226 saylı əmrilə bütün növ təminatlara salınması müəyyən edilir. Belə olan halda iddiaçının N iyul N3-cü il tarixdən N sentyabr N3-cü il tarixədək olan müddət ərzində hərbi xidməti barədə hər hansı məlumatın olması aşkar olunmur. Həmçinin Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 324 saylı, 01 sentyabr 2020-ci il tarixli qərarına əsasən iddiaçının xx.xx.N4-cü il tarixdən xx.xx.N4-cü il tarixədək Akademik Z.Məmmədov adına Gəncə şəhər X9 Xəstəxanasında müayinə və müalicədə olması müəyyən edilsə də, lakin müalicə olunduqdan sonrakı tarixdə hərbi xidməti barədə hər hansı məlumat arxiv sənədlərində aşkar edilməmiş, bununla da onun hərbi hissədən qanuni əsaslarla tərxis olunması və siyahılardan çıxarılması öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmənin mövqeyinə görə iddiaçının hərbi xidmətdə olduğu dövrdə N iyul N3-cü il tarixdən N sentyabr N3-cü il tarixədək olan müddət ərzində xidməti barədə, həmçinin onun hərbi hissədən qanuni əsaslarla tərxis olunması və siyahılardan çıxarılması barədə sübut olmadığından inzibati orqan tərəfindən iddiaçıya müharibə veteranı adının və vəsiqənin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, N5.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar