Məhkəmə qərarları › İş №2-1(112)-3514/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3514/2023

06.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3514/2023 06.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X31 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X11, 3-cü şəxs X5 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı şəhadətnamənin etibarsız hesab edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əzizbəyov (Xəzər) rayon İcra Hakimiyyəti tərəfindən cizgi planın etibarsız və heç bir əsası olmadan, kötüyü bilinməyən və JN-28011D torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin qanunsuzluğundan istifadə edərək sözügedən sənədlərin etibarsız hesab olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1992-ci il tarixli, 615/38 nömrəli sərəncam əsasında keçmiş Əzizbəyov rayon İcra Hakimiyyəti tərəfindən torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi 4 tərəfli hasar daxilindədir və giriş qapısı da, dəmir böyük qapı olmaqla, bu günə kimi giriş-çıxış mövcudür. Əlavə olaraq bildirir ki, üzərində elektrik enerjisindən istifadə üçün elektrik sayğacı da, quraşdırılmışdır. Lakin, xx.xx.2022-ci ilin yanvar ayında X7 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Ərazi İdarəsi tərəfindən həmin torpaq sahəsinə çıxarış verilmişdir. Bakı şəhər Xəzər rayon Polis İdarəsinin 1-ci Polis İdarəsinin araşdırması zamanı xx.xx.2022-ci il tarixli, 056- 14798 nömrəli qərara əsasən müəyyən edilmişdir ki, Fazil Məmmədovun torpaq üzərində JN-28011D saylı şəhadətnamə əldə etdiyi zaman qeydiyyatdan keçməmiş etibarsız cizgi sxemi keçmiş Əzizbəyov rayonun adından istifadə edərək şəhadətnaməni əldə etmiş, həmin şəhadətnamə də, tədqiqat araşdırılması zamanı məlum olmuşdur ki, qonşular, yəni JN-22295D saylı şəhadətnamə sahibi X17 Azərbaycan Respublikasında aşkar olunmamış və həmin torpaq sahəsi məhv olmuş vəziyyətdədir. Əlavə olaraq JN-22301D saylı şəhadətnamə sahibi X12 etiraf edir ki, onun Mərdəkan qəsəbəsi ərazisində heç vaxt torpaq sahəsi olmamışdır. İşin araşdırılması gedişatı göstərmişdir ki, şəhadətnamə düzgün mövqe tutmur, o da, onun etibarsız olmasını təsdiq edir. Həmin sənədlərdən istifadə edərək Fazil Məmmədov daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3514/2023 saylı, 01 fevral 2023-cü il tarixli qərardadı ilə X13, Şəfəq Məmmədova, X14, X8 və X9 iş üzrə zəruri cəlbetmə qaydasında 3-cü şəxs qismində cəlb edilmişlər. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı Əzizbəyov (Xəzər) rayon İcra Hakimiyyəti tərəfindən cizgi planın etibarsız və heç bir əsası olmadan, kötüyü bilinməyən və JN- 28011D torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin qanunsuzluğundan istifadə edərək sözügedən sənədlərin etibarsız hesab olunmasına dair iddiası etirazla qarşılanır. İddiaçı JN-28011D, KOD 00300016 nömrəli şəhadətnamənin ləğvi tələbi ilə xx.xx.2021-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Bununla bağlı iddiaçıya xx.xx.2021-ci il tarixli, **********00 nömrəli məktub ünvanlanmışdır. Məlumat üçün bildirilmişdir ki, iddia tələbində qeyd olunan ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-28011D, KOD 00300016 saylı şəhadətnaməsi əsasında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 425E saylı, **********19 reyestr nömrəli bağ sahəsi daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmiş, hazırda bağ sahəsi X13, Məmmədova Şəfəq, X14, X8 və X2 birgə mülkiyyətindədir. Azərbaycan Respublikasinin Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək 615/8 saylı, xx.xx.1992-ci il tarixli sərəncama əsasən Bakı şəhəri, Mərdəkan qəsəbəsində ona ayrılmış torpaq sahəsi ilə üst-üstə düşən X7 Xəzər rayon (keçmiş Əzizbəyov) İcra Hakimiyyətinin adından qanunsuz verilmiş plan-sxemin və onun əsasında verilmiş şəhadətnamənin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən 3-cü şəxs X5 nümayəndəsi və vəkili iddiaya qarşı etiraz edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İşdə iştirak edən şəxslərə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər 3-cü şəxslər məhkləmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında digər 3-cü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin 2-1(112)-3514/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi “615/8 saylı, xx.xx.1992-ci il tarixli sərəncama əsasən Bakı şəhəri, Mərdəkan qəsəbəsində ona ayrılmış torpaq sahəsi ilə üst-üstə düşən X7 Xəzər rayon (keçmiş Əzizbəyov) İcra Hakimiyyətinin adından qanunsuz verilmiş plan-sxemin etibarsız hesab edilməsi” hissəsində mümkün sayılmamışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Xəzər rayon İcra Hakimiyyəti başçısının Mərdəkan qəsəbə İnzibait Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən ünvan 1 ünvanlanmış 154 nömrəli, xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, vəkil sorğusuna cavab olaraq bildirilmişdir ki, Xəzər (Əzizbəyov) RİHB-nın xx.xx.1994-cü il tarixli, 407/401 saylı sərəncamı ilə X7 Mərdəkan qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır. Lakin, F.İ.Məmmədova ayrılan torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı Mərdəkan qəsəbə nümayəndəliyində heç bir məlumat yoxdur. Bununla yanaşı olaraq bildirilmişdir ki, F.İ.Məmmədovun torpaq sahəsinin qəsəbənin hansı ərazisində yerləşməsi barədə məlumatları yoxdur. İddiaçı Xəzər (Əzizbəyov) RİHB-nın xx.xx.1992-ci il tarixli, 615/38 saylı sərəncamı ilə Mərdəkan qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün M-515 nömrəli sahədə 750 kv.m torpaq sahəsi ayrılmışdır. İddiaçı ona ayrılmış M-515 nömrəli sahənin cizgisinin və xəritədən çıxarışının verilməsi ilə bağlı 2019cu ilin iyul ayında Xəzər RİH-nə müraciət etmişdir. Tərəflərindən torpaq sahəsinə naturada baxış keçirilən zaman torpaq sahəsi hasara alınmış vəziyyətdə olmuşdur. Torpaq sahəsinə baxış keçirmək məqsədilə darvazanın qapısının açılması İddiaçı tərəfindən təmin edilmişdir. Bu səbəbdən İddiaçı Xəzər (Əzizbəyov) RİHB-nin xx.xx.1992-ci tarixli, 615/38 saylı sərəncamı ilə Mərdəkan qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün M-515 nömrəli sahənin cizgisi və xəritədən çıxarışı Mərdəkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində təsdiqlənərək təsərrüfat kitablarında xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. İşdə olan Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının 615/38 nömrəli xx.xx.1992-ci il tarixli sərəncamından görünür ki, Mərdəkan qəsəbəsi, Ərəblinski küçəsi, 6 nömrəli evdə yaşayan “Qaranquş” sanatoriyasında işləyən İddiaçı Mərdəkan qəsəbəsində M-515 nömrəli sahədə fərdi ev tikmək üçün 750 kv.m torpaq sahəsi ayrılmışdır. İşdə olan Bakı şəhər Xəzər rayon Polis İdarəsinin 1-ci Polis İdarəsinin xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanda yaşayan İddiaçı XƏzər RPİ-nin 1-ci PŞ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, X13 ona məxsus Xəzər rayonu, Mərdəkan qəsəbəsi, G.Həsənov küçəsində yerləşən M-515 saylı, 12 sot torpaq sahəsinə 28011D saylı saxta şəhadətnamə ilə saxta sənəd düzəldərək zəbt etmək istəyir. İddiaçı ərizənin sonunda X5 cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. İddiaçı müraciəti əsasında aparılmış araşdırma zamanı toplanmış material üzrə cinayət tərkibi yaradacaq hal müəyyən olunmadığı üçün Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, gələcəkdə bu barədə şikayəti və tələbi olduqları halda müraciət edən şəxsə Azərbaycan Respublikası MPM-nin 25-ci maddəsinə əsasən məhkkəmə orqanların müraciət etmələri izah olunmuşdur. İşdə olan cizgidən görünür ki, Mərdəkan qəsəbəsində X15 ayrılan 5/425 saylı sahənin sxemi və baş plandan çıxarışı Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının 407/401 saylı, xx.xx.1994-cü il tarixli sərəncamına əsasən Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının İ müavini və Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının Mərdəkan qəsəbəsi nümayəndəsi tərəfindən təsdiq edilmişdir. İşdə olan Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının Mərdəkan qəsəbə nümayəndəsi tərəfindən xx.xx.1993-cü il tarixli, 1427 nömrəli arayışdan görünür ki, İddiaçı Mərdəkan qəsəbəsində 515 nömrəli torpaq sahəsində tikdirdiyi qarajda kommersiya fəaliyəti ilə məşğul olmağa icazə verilmişdir. Qeyd edilmişdir ki, həmin qaraj kommersiya fəaliyyəti göstərmək üçün yararlı vəziyyətə salınmışdır. İşdə olan cizgidən görünür ki, Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının 615/38 saylı,xx.xx.1992-ci il tarixli sərəncamına əsasən Mərdəkan qəsəbəsində İddiaçı ayrılmış M-515 saylı sahənin cizgisi və xəritədən çıxarışı Xəzər rayon İcra Hakimiyyətinin rayon Təsərrüfat Şöbəsi və Xəzər rayon İcra Hakimiyyəti başçısının Mərdəkan qəsəbə nümayəndəsi tərəfindən xx.xx.2019-cu il tarixdə təsdiq edilmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********65 nömrəli məktubdan görünür ki, iddiaçıya bildirilmişdir ki, elektron kadastr məlumatına əsasən tərəfindən göstərilən torpaq sahəsi digər şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin qeyd edilən torpaq sahəsi mübahisəli olduğundan Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti başçısının Mərdəkan İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə sorğu verilmişdir. Sorğuya cavab olaraq bildirilmişdir ki, mübahisləli torpaq sahəsi Xəzər rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 615/38 saylı sərəncamı ilə həqiqətən Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ərəblinski küçəsi, ev 6 ünvanında qeydiyyatda olan İddiaçı fərdi yaşayış evi tikmək üçün ayrılmışdır. Yerində aparılan sorğu nəticəsində məlum olmuşdur ki, həmin zaman, yəni 1992-ci ildə İddiaçı qardaşı X16 və bacısı X3 da, həmin cərgədə, yan-yana olaraq torpaq sahələri ayrılmışdır. Lakin, onlar o cümlədən İddiaçı torpaq sahəsində uzun müddət heç bir tikinti işləri aparmamışdır. Bu səbəbdən İddiaçı tərəfindən nəzarətsiz qoyulan torpaq sahəsi növbəti illərdə Xəzər rayon İcra Hakimiyyəti tərəfindən yenidən müraciət etmiş vətəndaşlara ayrılmışdır. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli **********90 nömrəli məktubla Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, sahə 425 E ünvanında yerləşən torpaq sahəsinə dair müvafiq sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının 407/401 nömrəli, 10 may 1994-cü il tarixli sərəncamına əsasən Suraxanı rayonu, 5-ci Mədən, ev 1, mənzil 2-də yaşayan X7 Mərdəkan qəsəbəsində 5/425 nömrəli sahədə fərdi ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır. Mərdəkan qəsəbəsində X15 ayrılan 5/425 saylı sahənin sxemi və baş plandan çıxarışı Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının 407/401 saylı, xx.xx.1994-cü il tarixli sərəncamına əsasən Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının İ müavini və Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının Mərdəkan qəsəbəsi nümayəndəsi tərəfindən təsdiq edilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN-28011D KOD00300016 nömrəli şəhadətnaməyə əsasən Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının 10 may 1994-cü il tarixli 407/401 saylı əsrəncamı ilə fərdi yaşayış evi tikintisi üçün ayrılmış 0.12 ha torpaq sahəsi X5, Şəfəq Məmmədovanın, X2, X4 və X6 mülkiyyətinə verilmişdir. İşdə olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-82/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçı X13 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı onun mülkiyyətində olan Mərdəkan qəsəbəsi 5/425 nömrəli sahədə yerləşən 0.12 ha torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisi cəlb edilməklə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Xidmətin geodeziya işlərinin təşkili və geodeziya fəaliyyətinə dövlət nəzarət şöbəsinin mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, Əzizbəyov rayon icra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli 407/401 saylı sərəncamı əsasında JN-28011D KOD 00300016 nömrəli şəhadətnamə verilmişdir. Həmin şəhadətnamənin verilməsinə əsas olmuş sənədlər araşdırılmışdır və xx.xx.1994-cü il tarixli 407/401 saylı sərəncamın əlavəsi olan torpaq sahəsinin yerləşmə sxemi koordinata gətirilərək, koordinatda olan ortofoto üzərində yerləşdirilmiş və sxemi hazırlanmışdır. xx.xx.1994-cü il tarixli 407/401 saylı sərəncama əlavə olan yerləşmə sxemində miqyas, koordinat, hər hansı bir istinad nöqtəsində məsafə olmadığından eyni zamanda həmin sxemdən göründüyü kimi sxemin hazırlanması tarixindən uzun müddət keçdiyindən, həmin ərazidə çox saylı tikililər inşa edildiyindən ərazinin situasiyası dəyişildiyindən, xx.xx.1994-cü il tarixli 407/401 saylı sərəncamın əlavəsi olan torpaq sahəsinin yerləşmə sxeminin koordinatları müəyyən olunmuş torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini dəqiq müəyyən etmək mümkün olmamışdır. Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin elektron baza məlumatlarına, əsasən müəyyən olunmuşdur ki, naturada ölçülmüş torpaq sahəsinin koordinatları ilə Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli 407/401 saylı sərəncamı əsasında verilmiş JN-28011D KOD 00300016 nömrəli şəhadətnamənin bazada yerləşmə mövqeyinin koordinatları üst-üstə düşür. Əzizbəyov rayon icra Hakimiyyəti Başçısının xx.xx.1992-ci iİ tarixli 615/38 nömrəli sərəncamının 1992-ci ildə verilmiş torpaq sahəsinin yerləşmə sxemi təqdim edilməmişdir. Lakin Xəzər rayon İcra Hakimiyyəti Başçısının Mərdəkan qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2019-cu ildə təqdim edilmiş yerləşmə sxemində istinad nöqtəsindən məsafə göstərilmişdir və naturada koordinatları müəyyən edilmiş torpaq sahəsi ilə sxemdəki məsafələrə və cizgilərə əsasən təyin edilən torpaq sahəsi üst-üstə düşmür və sxemdə göstərilmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh İddiaçı iddia tələbinə etiraz edərək X5 iddia etdiyi torpaq sahəsinin əslində ona məxsus olmasını, həmin torpaq sahəsinin 1992-ci il tarixdə sərəncam əsasında ona ayrıldığını, orada kommersiya fəaliyyəti ilə məşğul olmaqla işıq, qaz və su xətlərinin çəkilməsinə dair müvafiq tədbirlər gördüyünü, daha sonra həmin torpaq sahəsinin naməlum səbəblərdən və ya saxta yolla iddiaçıya ayrılması barədə 1994-cü il tarixli sərəncam verildiyini, 2006-cı ildə isə kadastr xidmətinin nümayəndələri tərəfindən ölçə işlərinin faktiki olaraq cavabdehə məxsus torpaq sahəsinə aparılması səbəbindən koordinatların üst-üstə düşdüyünü, iddiaçının sərəncam verildiyi vaxtdan 25 il sonra ortalığa çıxdığını bildirmiş, lakin etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, işin tədqiq olunan hallarına əsasən qeyd olunan hallar öz təsdiqini tapmamışdır. Belə ki, Bakı şəhəri Xəzər rayon İHB-nın Mərdəkan İƏD üzrə nümayəndəliyi tərəfindən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin sorğusuna cavab olaraq Əzizbəyov rayon İHB-nin xx.xx.1992-ci il tarixli 615/38 saylı sərəncamı ilə İddiaçı, eyni zamanda, 1992-ci ildə cavabdehin qardaşı X16 və bacısı X3 da eyni cərgədə yan-yana olaraq torpaq sahələri ayrılsa da, sonuncular onlara ayrılmış torpaq sahəsində uzun müddət heç bir tikinti işləri aparmadıqlarından və torpaq sahələrinə nəzarət edilmədiyindən növbəti illərdə Xəzər rayon İH tərəfindən yenidən müraciət etmiş vətəndaşlara ayrıldığı bildirilmişdir. Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli məktubundan isə görünür ki, Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli 407/10 saylı sərəncamına əsasən cavabdehin qardaşı X10 adına Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 5/217 saylı sahədə 0,12 ha torpaq sahəsi ayrılmış, torpaq sahəsi xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Eyni zamanda, məktubda qeyd edilmişdir ki, cavabdehin bacısı X1 adına Bakı şəhərində qeydiyyatdan keçmiş torpaq sahəsi aşkar edilməmişdir. Bakı şəhəri Xəzər rayon İHB-nın Mərdəkan İƏD üzrə nümayəndəliyi tərəfindən Xəzər rayon İHB-nin xx.xx.1992-ci il tarixli 615/38 saylı sərəncamı ilə İddiaçı, eyni zamanda cavabdehin qardaşı X16 və bacısı X3 həmin cərgədə yan-yana olaraq torpaq sahələri ayrılması bildirilsə də, bununla bağlı cavabdeh tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmiş, nümayəndəliyin məktubunda göstərilən hallar məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə mütəxəssis və onun əsasında verilmiş ekspert rəylərinə hüquqi qiymət verərək qeyd etmişdir ki, həmin rəylər elmi metodlara tam uyğun və prosessual qaydalara riayət olunmaqla tərtib edilmişdir və işin məhkəmə araşdırması zamanı müəyyən olunmuş halları ilə üst-üstə düşür. Məhkəmə mütəxəssis və onun əsasında verilmiş eksert rəyini obyektiv, qərəzsiz və hərtərəfli olaraq qiymətləndirməklə, həmçinin iş üzrə müəyyən olunmuş halları da araşdırmaqla belə qənaətə gəlir ki, iddiaçıya 1200 kv.m ölçüdə torpaq sahəsinin ayrılması barədə Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 407/401 saylı sərəncamı əsasında müvafiq icra hakimiyyəti orqnaı tərəfindən torpağın mülkiyyətə verilməsinə dair JN-28011D KOD 00300016 nömrəli şəhatnamə mövcuddur və həmin şəhadəntnamə əsasında tərtib edilmiş torpaq sahəsinin cizgisi xx.xx.1994-cü il tarixli 407/401 saylı sərəncama əlavə edilmiş yerləşmə sxeminə əsasən verilmişdir. Qeyd olunan şəhadətnamə hazırki vaxtadək mübahisələndirilməmiş və qanunvericiliklə müəyyən edilmiş qaydada ləğv edilməmiş və ya etibarsız hesab olunmamışdır. Bundan başqa, Xəzər rayon İcra Hakimiyyəti başçısının Mərdəkan qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2019-cu ildə təqdim edilmiş yerləşmə sxeminin məhz 1992-ci ildə cavabdehə ayrılmış torpaq sahəsinə aid olması sübut edilmir. Eyni zamanda, cavabdeh tərəfindən mütəxəssislərə yerində göstərilmiş torpaq sahəsinin koordinatları sxemdə göstərilmiş torpaq sahəsi ilə üst-üstə düşmür. Beləliklə məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlmişdir ki, cavabdehin mübahisəli torpaq sahəsi üzərində hüququnun, ümumiyyətlə məhz həmin sahənin cavabdehə ayrılması məhkəmə tərəfindən müəyyən edilməmişdir. Ona görə də, iddia tələbi təmin edilərək, cavabdeh İddiaçı X5 mülkiyyətində olan Mərdəkan qəsəbəsi 5/425 nömrəli sahədə yerləşən 0.12 ha torpaq sahəsindən çıxarılmalı, həmin torpaq sahəsi iddiaçıya təhvil verilməlidir. İşdə olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6364/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, İddiaçı cavabdeh Bakı şəhər Xəzər Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs X13) iddia ərizəsi ilə müraciət edərək Xəzər (keçmiş Əzizbəyov) Rayon İcra Hakimiyyətinin 407/401 nömrəli xx.xx.1994-cü il tarixli Sərəncamının etibarsız hesab olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab etmişdir ki, inzibati aktların etibarsız sayılmasına dair əsaslar mövcud qanunvericilikdə konkret göstərildiyindən və iddiaçının hazırkı iddia ilə mübahisələndirdiyi X7 verilmiş 10 may 1994cü il tarixli sərəncamının qüvvədən düşmüş hesab edilməsi və hüquqi cəhətdən etibarlı hesab edilməməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 65ci maddəsində göstərilən tələblərdən heç biri mövcud olmadığından, hazırkı iddia tələbi əsassızdır. Göstərilənlər nəzərə alınaraq iddiaçının tələbi rədd edilmişdir. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən iddiaçının müraciətindən imtina edilmişdir. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. İddianın mahiyyətinə gəlincə, məhkəmə hesab edir ki, iddia mahiyyətcə əsassızdır. Belə ki, məhkəmə araşdırması zamanı işin halları və qüvvədə olan məhkəmə qərarları ilə müəyyən edilmişdir ki, iş üzrə mübahisəli JN-28011D KOD00300016 nömrəli şəhadətnamə xx.xx.1994-cü il tarilxi 407/401 saylı sərəncama əlavə edilmiş yerləşmə sxeminə əsasən verilmişdir. İddiaçıya Xəzər rayon İcra Hakimiyyəti başçısının Mərdəkan qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2019-cu ildə təqdim edilmiş yerləşmə sxeminin məhz 1992-ci ildə ona ayrılmış torpaq sahəsinə aid olması sübuta yetirilməmiş, eyni zamanda, iddiaçı tərəfindən mütəxəssilərə yerində göstərilmiş torpaq sahəsinin koordinatları sxemdə göstərilmiş torpaq sahəsi ilə üst-üstə düşməmişdir. İddiaçının 3-cü şəxslərin mülkiyyətində olan torpaq sahəsi üzərində hüququnun, ümumiyyətlə məhz həmin sahənin iddiaçıya ayrılması müəyyən edilmədiyindən, məhkəmə qərarına əsasən onun 3cü şəxslərin mülkiyyətində olan sahədən çıxarılması və torpaq sahəsinin 3-cü şəxs X7 təhvil verilməsi qət edilmişdir. Eləcə də, həmin qətnamə ilə müəyyən edilmişdir ki, Xəzər rayon İHB-nin Mərdəkan İƏD üzrə nümayəndəliyi tərəfindən Xəzər İHB-nin xx.xx.1992-ci il tarixli 615/38 saylı sərəncamı ilə İddiaçı, eyni zamanda cavabdehin qardaşı X16 və bacısı X3 həmin cərgədə yan-yana olaraq torpaq sahələri ayrılması bildirilsə də, bununla bağlı İddiaçı tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmiş, nümayəndəliyin məktubunda göstərilən hallar öz təsdiqini tapmamışdır. Eləcə də, iddiaçı tərəfindən hazırki şəhadətnamənin verilməsinə əsas olmuş 3-cü şəxs X7 torpaq sahəsi ayrılması barədə Xəzər (keçmiş Əzizbəyov) rayon İcra Hakimiyyətinin 407/401 nömrəli xx.xx.1994-cü il tarixli sərəncamının etibarsızlığı digər inzibati məhkəmə icraatında mübahisələndirilmiş, sözügedən sərəncamın qüvvədən düşmüş hesab edilməsi və hüquqi cəhətdən etibarlı hesab edilməməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 65-ci maddəsində göstərilən tələblərdən heç biri mövcud olmadığından, iddiaçının tələbi rədd edilmişdir. Göründüyü kimi, hazırki iş üzrə mübahisəli şəhadətnamənin verilməsinə əsas olmuş sərəncam da, hazırda qüvvədədir. Həmin sərəncam qanunvericiliklə müəyyən edilmiş qaydada ləğv edilməmiş və ya etibarsız hesab edilməmişdir. Beləliklə göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, inzibati aktların etibarsız sayılmasına dair əsaslar mövcud qanunvericilikdə konkret göstərildiyindən və iddiaçının hazırkı iddia ilə mübahisələndirdiyi X7 verilmiş şəhadətnamənin qüvvədən düşmüş hesab edilməsi və hüquqi cəhətdən etibarlı hesab edilməməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 65-ci maddəsində göstərilən tələblərdən heç biri mövcud olmadığından, hazırkı iddia tələbi əsassız hesab edilməklə təmin edilməməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” 1 saylı Protokolun (Paris, 20 mart 1952-ci il) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X21rşı” qərarının 139-cu bəndində göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsində “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqları və maraqla da, “mülkiyyət hüquqları” hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən marağın “hüquq” kimi tanınmaması, istərsə də, bu qanunla tərəfindən həmin marağın “mülkiyyət hüququ hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun 1-ci maddəsi baxımından müəyyən hallarda “mülkiyyət hesab edilməsinin qarşısını almır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsində göstərilən «mülkiyyət» və «əmlak» anlayışı iqtisadi maraq-ların geniş spektrini özündə ehtiva edir. Təşəkkül tapmış presedent hüququna əsasən 1-ci maddənin təsir dairə-sinə daşınar və daşınmaz əmlak, maddi və qeyri maddi maraqlar, məsələn, səhmlər, patentlər, iddia barədə arbitraj qərarı, pensiya hüququ, ev sahibinin icarə almaq hüququ, biznes fəaliyyətinin həyata keçirilməsi ilə bağlı iqtisadi maraqlar, hüquqi həllini gözləyən konkret situasiyaya müəyyən şərtlərin tətbiqinə ümid edilməsi və sair daxildir. Nəzərə almaq lazımdır ki, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqları-nın mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından «mülkiy-yət» anlayışı müstəqil məna daşıyır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) iddia inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinin 1-ci hissəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar