Məhkəmə qərarları › İş №2-1(112)-3515/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3515/2020

09.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3515/2020 09.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi Məmmədova Hökümə Eyvaz qızının iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh1nə qarşı (üçüncü şəxslər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6) “qeydiyyatdan çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mükiyyətçisi olduğu ünvan 2, mənzil 80-dən Cavabdeh2 və onun ailə üzvləri Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qeydiyyatdan çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 cavbdehlər sırasından çıxarılaraq onların iş üzrə 3-cü şəxs kimi cəlb olunmaları və həmin şəxslərin ünvan 2, mənzil 80 ünvanından pasport qeydiyyatından çıxarılmaları vəzifəsinin Cavabdeh1nə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 cavabdehlər sırasından çıxarılmış və onlar üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Məmmədova Hökümə Eyvaz qızı izahat verərək bildirdi ki, ünvan 2, mənzil 80 ünvanında yerləşən mənzilin mülkiyyətçisi İddiaçıdur. Həmin mənzili xx xxxx 2013-cü il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən Cavabdeh2 almışdır. İddiaçıya həmin evə dair çıxarış verilmişdir. Üçüncü şəxslər bir il müddətində mənzildən qeydiyyatdan çıxmalı idilər. Lakin həmin vaxtdan 6 ildən artıq vaxt keçməsinə baxmayaraq, onlar həmin mənzildən qeydiyyatdan çıxmırlar. Bununla bağlı Cavabdeh1nə müraciət edilsə də, imtina edilmiş, məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh2 izahatında bildirdi ki, o, iddianı qəbul edir, cavabdehin mənzilindən qeydiyyatdan çıxarılmağa razıdır. Belə ki, onların yeni mənzillərinin çıxarışı olmadığı üçün ora qeydiyyata düşə bilmirlər, ona görə də iddiaçının mənzilindən qeydiyyatdan çıxa bilmirlər. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh3 izahatında bildirdi ki, o, iddianı qəbul edir, cavabdehin mənzilindən qeydiyyatdan çıxarılmağa razıdır. Belə ki, onların yeni mənzillərinin çıxarışı olmadığı üçün ora qeydiyyata düşə bilmirlər, ona görə də iddiaçının mənzilindən qeydiyyatdan çıxa bilmirlər. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh4 izahatında bildirdi ki, o, iddianı qəbul edir, cavabdehin mənzilindən qeydiyyatdan çıxarılmağa razıdır. Belə ki, onların yeni mənzillərinin çıxarışı olmadığı üçün ora qeydiyyata düşə bilmirlər, ona görə də iddiaçının mənzilindən qeydiyyatdan çıxa bilmirlər. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh6 izahatında bildirdi ki, o, iddianı qəbul edir, cavabdehin mənzilindən oğlu Cavabdeh5 ilə birlikdə qeydiyyatdan çıxarılmağa razıdır. Belə ki, onların yeni mənzillərinin çıxarışı olmadığı üçün ora qeydiyyata düşə bilmirlər, ona görə də iddiaçının mənzilindən qeydiyyatdan çıxa bilmirlər. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Cavabdehə və üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə baxışı iclasına gəlməmişlər. Cavabdeh və üçüncü şəxslər məhkəməyə məktub ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 2, mənzil 80 tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 896 nömrəli reyestr kitabının 83308 nömrəli vərəqində xx.xx.2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli “Elektron notariat” X1 çıxarışdan görünür ki, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh5 (xx.xx.2013-cü il təvəllüdlü) ünvan 2, mənzil 80 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan Bakı şəhəri X5 tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli 069-22362B-1219 saylı məktubunda qeyd edilir: Sizin ərizənizə Cavabdeh1 Qeydiyyat məsələləri bölməsində baxılmışdırr. Bildiririk ki, Bakı şəhəri, Müşfiqabad qəsəbəsindəki 5 nömrəli evin mülkiyyətçisi olduğunuz 80-ci mənzilində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh2 və onun ailə üzvləri - Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 ərizəniz əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərinə zidd olduğu üçün mümkün deyildir.Qeyd olunan iddianızla bağlı «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən aidiyyatı üzrə məhkəməyə müraciət edə bilərsiniz. İş materiallarında olan xx xxxx 2013-cü il tarixli AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh2 ünvan 2 ünvanında yerləşən 80 saylı mənzili İddiaçı satmışdır. İş materiallarında olan Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, X2 ərizələrinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, onlar qeydiyyatda olduqları ünvan 2, mənzil 80 ünvanında yerləşən mənzilin satılmasına razı olduqlarını bildirmişlər. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin məzmununa görə yaşayış yerini dəyişmiş, başqa ölkədə yaşayış yeri seçmiş, istifadə hüququna xitam verilmiş şəxs qeydiyyatdan çıxarılmalıdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri , sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Məhkəmə tərəfindən müəyyən edildi ki, ünvan 2ünvanında yerləşən 80 saylı mənzili iddiaçınınxüsusi mülkiyyətindədir. İddiaçı xx xxxx 2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən həmin mənzili üçüncü şəxs Cavabdeh2 almışdır. Mənzildə qeydiyyatda olan üçüncü şəxslər yaşayış yerini dəyişmələrinə baxmayaraq, mənzildən qeydiyyatdan çıxarılmamışlar. Üçüncü şəxslər iddiaçıya məxsus mənzildə formal qeydiyyatdadır. Onlar iddiaçıya məxsus olan mənzilin satılmasına etiraz etməmişlər. Cavabdeh5 xx.xx.2013-cü il təvəllüdlüdür. Üçüncü şəxslər hazırda faktiki olaraq həmin ünvanda yaşamır, daimi yaşamaq üçün başqa ünvana köçmüşlər. Onlar iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxmağa razıdırlar. Məhkəmə hesab edir ki, ünvan 2,ünvanında yerləşən 80 saylı mənzildə uzun müddət yaşamadıqları halda, üçüncü şəxslərin həmin ünvanda formal olaraq qeydiyyatda qalmaları iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələbindən göründüyü kimi, yaşayış yerini dəyişdirmiş şəxs yeni yaşayış yeri üzrə qeydiyyata alınmalı olduğundan, iş üzrə üçüncü şəxslərin həmin mənzildən qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsinə dair iddia tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58.1, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 5V saylı evin 80saylı mənzilindən Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh5 qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdeh1 üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar