Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3515/2021 26.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı «iddiaçıya dəymiş maddi və mənəvi ziyanın cavabdehdən tutulması» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.7-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı «iddiaçıya dəymiş maddi və mənəvi ziyanın cavabdehdən tutulması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçı (İddiaçı) 2 fevral 2015-ci il tarixdə Rusiya Federasiyasının Saratov şəhərində yerləşən "xxxx" ASC ilə şüşə lövhələrin alqı-satqısı barədə 031/339-01 saylı müqavilə bağlamış və bunun əsasında tam şəkildə pulu ödədikdən sonra “Saratovstroysteklo" ASC onun ünvanına bir vaqon şüşə lövhə göndərmişdir. 3 mart 2015-ci il tarixdə Biləcəri stansiyasından ***-***-**-** saylı telefondan ona məxsus ***-***-**-** saylı mobil telefona zəng edilmiş və bildirilmişdir ki, "xxxx" ASC tərəfindən onun (iddiaçının) ünvanına göndərilmiş şüşə lövhələrlə dolu olan 67283283 saylı vaqon Yalama stansiyasında saxlanılmış və sənədlər araşdırma məqsədi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəftndən götürülmüşdür. İddiaçı 04 mart 2015-ci il tarixdə Yalama stansiyasına getmiş və stansiya rəisi ilə görüş zamanı sonuncu ona bildirmişdir ki, 67283283 saylı vaqon artıq Biləcəri stansiyasındadır. Yalama stansiyasındakı gömrük postunun rəisi ilə görüş zamanı isə həmin şəxs ona bildirmişdir ki, “Saratovstroysteklo" ASC tərəfindən göndərilmiş şüşə lövhələrlə dolu 67283283 saylı vaqona aid olan sənədlər həqiqətən də gömrük əməkdaşları tərəfindən görürülmüş və araşdırma üçün Bakı Baş Gömrük İdarəsinə göndərilmişdir. Eyni zamanda, Yalama stansiyasındakı gömrük postunun rəisi ona ***-***- **-** saylı mobil telefon nömrəsini verərək bildirdi ki, bu telefonla əlaqə saxlayaraq araşdırmanın nəticəsini öyrənə bilər. İddiaçı həmin gün Bakıya gələrək həmin telefona zəng etmişdir. İddiaçı telefonda danışan şəxsin dəvəti ilə Bakı şəhərindəki ofisdə onunla görüşmüşdür. Görüş zamanı sözügedən şüşə lövhələrlə dolu olan vaqonun sənədləri barədə maraqlandıqda, özünü "xxxx" MMC-nin əməkdaşı kimi təqdim edən həmin şəxs (Vidadi) bildirmişdir ki, sənədlər ondadır və xahişi ilə yol sənədinin bir nüsxə ksereosurətini iddiaçıya vermişdir. İddiaçı həmin sənədin necə və nə məqsədlə ona gəlib çatmasını soruşduqda, həmin şəxs bildirmişdir ki, şüşə lövhələrin idxalı ilə artıq on bir ildir ki, onun da əməkdaşı olduğu "xxxx" MMC məşğuldur və başqa heç kəs bu işlə məşğul ola bilməz. Həmin ona bildirmişdir ki, "xxxx" ASC tərəfindən göndərilmiş 67283283 saylı vaqonda olan şüşənin hər tonuna görə ona 750 manat olmaqla 66 x 750 = 49.500 manat manat ödəyib vaqondakı şüşə lövhələri götürə bilər, gömrük rüsumu da həmin vəsaitlə ödəniləcəkdir. İddiaçı onun şərtlərini qəbul etməmiş və oradan Biləcəri stansiyasına getmişdir. Orada ona bildirilmişdir ki, ünvanına gəlmiş şüşə lövhələrlə dolu vaqon stansiyadadır. Lakin həmin vaqona aid heç bir sənəd yoxdur. İddiaçı Biləcəri stansiyasındakı gömrük postunun rəisinə yaxınlaşıb 67283283 saylı vaqona aid olan sənədlərlə maraqlanmışdır. Cavabında bildirilmişdir ki, Biləcəri stansiyasına belə bir vaqon gəlməmiş və heç bir sənəd də onlara təqdim olunmamışdır. Əgər belə bir vaqon mövcuddursa və Azərbaycana gəlibsə, gedib Bakı Baş Gömrük İdarəsindən məlumat ala bilər. Bundan sonra iddiaçı Bakı Baş Gömrük idarəsinə gedib sözügedən vaqonla maraqlanmış və orada bildirmişlər ki, vaqon hansı stansiyaya gəlibsə, sənədlər də həmin stansiyada olmalıdır. İddiaçı təkrarən Biləcəri stansiyasına gedərək 67283283 saylı vaqonu tapıb özü də onun yanında durmaqla vaqonun fotoşəklini çəkdirmişdir. Ertəsi gün həmin fotoları da Biləcəri stansiyasındakı gömrük postunun rəisinə göstərərək ünvanına gəlmiş 67283283 saylı vaqona aid olan sənədlərin ona verilməsini xahiş etmişdir. Bundan sonra ona bildirilmişdir ki, Biləcəri stansiyasında belə bir vaqon yoxdur və o vaqona aid olan hər hansı bir sənəd də onlara gəlməyib. Bundan sonra iddiaçı bir neçə gün gözləmiş və heç bir nəticə olmadığını görüb 10 mart 2015-ci il tarixdə sözügedən vaqonun fotoşəkillərini də əlavə etməklə AR Dövlət Gömrük Komitəsinin rəhbərliyinə yazılı ərizə ilə müraciət edərək, bu qanunsuzluqlar haqda məlumat vermişdir və xahiş etmişdir ki, heç bir sənədi olmayan bir vaqonun Rusiya- Azərbaycan sərhədini necə keçməsi araşdırılsın, həmin vaqona aid olan sənədlərin ona verilməsi və vaqonda olan şüşə lövhələrin gömrük rəsmiləşdirilməsi üçün tabeçiliyindəki qurumlara göstəriş versin. Bundan sonra 13 mart 2015-ci il tarixdə bir daha Biləcəri stansiyasından müvafiq telefondan ona zəng edərək bildirmişlər ki, 67283283 saylı vaqona aid olan sənədlər artıq Biləcəri stansiyasındadır. İddiaçı dərhal Biləcəri stansiyasına gedib yük həyətinin kassasından həmin sənədləri götürmüş və oradan da Bakı Baş Gömrük İdarəsinə getmişdir. Orada Bakı Baş Gömrük İdarəsinin əməkdaşları ona bildirmişlər ki, şüşə lövhələr Sumqayıt Baş Gömrük İdarəsində rəsmiləşdirilir. Bundan sonra iddiaçı dərhal Sumqayıt Baş Gömrük İdarəsinə gedib həmin vaqonda olan şüşə lövhələrin rəsmiləşdirilməsi üçün müraciət etmişdir. Orada da müxtəlif bəhanələrlə vaqonla gətirilmiş şüşə lövhələrin gömrük rəsmiləşdirilməsini həyata keçirməkdən imtina edilmişdir. Bundan sonra iddiaçı 13 mart 2015-ci il tarixdə sözügedən vaqona aid olan bütün sənədlərin surətlərini əlavə etməklə AR Dövlət Gömrük Komitəsinin rəhbərliyinə müraciət edərək xahiş etmişdir ki, gömrük orqanlarında qarşılaşdığı qanunsuzluqların aradan qaldırılmasında ona köməklik etsin və müvafiq vaqonla gətirilmiş şüşə lövhələrin gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün tabeçilində olan müvafiq strukturlara göstəriş versin. Lakin bu günədək iddiaçı bu müraciətə də cavab almamışdır. Bundan əlavə o, 11 mart 2015-ci il tarixdə iddiaçı AR İqtisadiyyat və Sənaye Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin ***-**-** saylı qaynar xəttinə zəng vuraraq gömrük orqanlarında qarşılaşdığı qanunsuzluqlar barədə şikayətini bildirmişdir. Həmin Xidmətdən şikayət aidiyyəti üzrə baxılması üçün 13 mart 2015-ci il tarixdə AR Dövlət Gömrük Komitəsinə göndərilmişdir. Bu şikayətə də bu günədək cavab alınmamışdır. İddiaçının qeyd olunan məsələ ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, Azərbaycan Respublikasının baş prokuroruna, Azərbaycan Respublikasının Daxili İşlər nazirinə və digər qurumlara ünvanlanmış müraciətləri aidiyyəti üzrə baxılması üçün Dövlət Gömrük Komitəsinə göndərilsə də, müraciətlərə bu günədək cavab verilməmişdir. Yalama stansiyasında sözügedən vaqona aid olan sənədlər araşdırma məqsədi ilə götürülərkən gömrük əməkdaşları tərəfindən tərtib olunmuş 04 mart 2015-ci il tarixli 74 saylı protokolla bağlı bu günədək iddiaçıya heç bir açıqlama verilməmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin sorğusuna cavab kimi Bakı Baş Gömrük İdarəsi tərəfindən göndərilmiş 21 yanvar 2020-ci il tarixli məktubda AR Gömrük Məcəlləsinin 104.1-ci maddəsinə istinad edərək qeyd olunmuşdur ki, gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır. 67283283 saylı vaqonla idxal olunmuş malların Biləcəri stansiyasında yük vaqonunda saxlanılmasına idxalçı tərəfindən Bakı Baş Gömrük idarəsinə həmin mallar barəsində məlumatların əks olunduğu gömrük bəyannaməsi təqdim edilmədiyi üçün gömrük rəsmiləşdirilməsinin aparıla bilməməsi səbəb olmuşdur. Bu səbəbdən də 67283283 saylı vaqonun təyinatı 25 iyun 2015-ci il tarixdə Sumqayıt Baş Gömrük İdarəsinə dəyişdirilmişdir. 4 mart 2015-ci il tarixdə iddiaçı Bakı Baş Gömrük İdarəsinə gedərək ünvanına gəlmiş şüşə yükü ilə bağlı məlumatı şifahi qaydada bildirmişdir. Yazılı olaraq müvafiq sənədləri də təqdim etməklə 13 mart 2015-ci il tarixdə müraciət etmişdir. Çünki sənədləri həmin tarixdə əldə edə bilmişdir. 13 mart 2015-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində tərtib edilmiş bəyannamə də buna sübutdur. 22 iyun 2015-ci il tarixdə Bakı Baş Gömrük İdarəsinin rəisinə ərizə ilə müraciət edərək ünvanına gəlmiş 67283283 saylı vaqonda olan yükün gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün göstəriş verməsini xahiş etmişdir. Lakin 25 iyun 2015-ci il tarixdə həmin vaqonun təyinatı Sumqayıt Baş Gömrük İdarəsinə dəyişdirilir. Bu barədə nə Bakı Baş Gömrük İdarəsində, nə də Sumqayıt Baş Gömrük İdarəsində ona heç bir məlumat verilməmişdir. 29 iyun 2015-ci il tarixdə təkrar Bakı Baş Gömrük İdarəsinin rəisinə yazılı ərizə ilə müraciət edərək ünvanına gəlmiş 67283283 saylı vaqonda olan şüşə yükünün Azərbaycan Dəmir Yollan QSC-nin Biləcəri stansiyasının yük həyətinə məsul saxlanca boşaldılması üçün icazə verməsini xahiş etmişdir. Bu müraciətlərə də bu günədək cavab alınmamışdır. 17 noyabr 2020-ci il tarixdə Bakı Baş Gömrük İdarəsinin rəhbərliyinə yazılı məktubla müraciət edərək həmin İdarənin əməkdaşlarının qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində ona dəymiş ziyanın ödənilməsini xahiş etmişdir. Bakı Baş Gömrük İdarəsinin 10 dekabr 2020-ci il tarixli, 1400-011/004-24/009495 saylı cavab məktubu ilə bundan yayınmış, onun haqlı tələbini yerinə yetirməmişdir. AR Gömrük Məcəlləsinin preambulası, 8.0.5, 8.0.6, 8.0.8, 8.0.17, 8.0.27, 70.1, 70.2-ci maddələrinin tələblərindən görünür ki, qanunvericilikdə gömrük rəsmiləşdirilməsi həyata keçirilərkən fiziki şəxslərə məlumat vermək, gömrük rəsmiləşdirilməsi üzrə əməliyyatların həyata keçirilməsində onlara yardım etmək, bu prosesin sürətləndirilməsi üçün şərait yaratmaq, sənədlərdə çatışmazlıq olduqda isə yazılı bildiriş göndərməklə müvafiq sənədləri tələb etmək gömrük orqanlarının vəzifələrinə aid edilmişdir. Laxin yuxarıda qeyd edilən normaların tələblərini pozularaq iddiaçıya məxsus malların gömrük rəsmiləşdirilməsi vaxtında həyata keçirilməmiş və bunun səbəbləri ona bildirilməmişdir. İddiaçı dəfələrlə Dövlət Gömrük Komitəsinə müraciət edərək ünvanına gəlmiş 67283283 saylı vaqonda olan şüşə lövhələrin gömrükdən keçirilməsi üçün göstəriş verilməsini xahiş etsə də, müraciətləri cavablandırılmamışdır. Onun müraciətlərini cavabsız qoymaqla həm Gömrük Məcəlləsinin 48-ci maddəsinin, həm də «İnzibati icraat haqqında» AR Qanununun tələbləri gömrük orqanı əməkdaşları tərəfindən pozulmuşdur. AR Gömrük Məcəlləsinin 121.5-ci maddəsində gömrük nəzarəti zonasında saxlanılan malların ilkin yerlərinin dəyişdirilməsi, nəqliyyat vasitələrindən boşaldılması, yaxud onlara yenidən yüklənməsi, qablaşdırmaların açılması və yenidən qablaşdırma, eyniləşdirmə vasitələrinin (əlamətlərin, nişanların) dəyişdirilməsi, qoparılması və ya məhv edilməsi, sərnişinlərin düşürülməsi kimi əməliyyatlar yalnız gömrük orqanlarının icazəsi ilə aparıla bilər. Göründüyü kimi qanunvericilikdə malların boşaldılmasının yalnız gömrük orqanlarının icazəsi ilə həyata keçirildiyi təsbit edilmişdir. Yuxarıda qeyd olunanlar o nəticəyə gəlməyə əsas verir ki, gömrük orqanları əsassız olaraq öz vəzifəsindən - gömrük nəzarətini və rəsmiləşdirilməsini həyata keçirməkdən yayınmış, tərəfimdən gətirilmiş malların səbəbləri bildirilmədən rəsmiləşdirilməsi aparılmamış, bu isə öz növbəsində vaqonun dəmiryolu stansiyasında boş dayanmasına səbəb olmuş, nəticədə mənə cərimələr yazılmış və beləliklə də gömrük orqanlarının təqsiri üzündən qanunsuz zərər vurulmuşdur. Vurulmuş zərərin məbləği aşağıdakı kimidir: vaqonun 146 gün ərzində Biləcəri stansiyasında dayanmasına görə 19.486,32 manat pul vəsaiti Biləcəri stansiyasının yük həyətinin kassasına ödənilmişdir. Bu məbləğin 4.271 manatının ödənilməsi öhdəliyi məhkəmə qərarı ilə Sumqayıt Baş Gömrük İdarəsinin üzərinə qoyulmuşdur. Həmin məbləğ çıxıldıqda qalır: 19.486,32 – 4.271 = 15.215,32 manat. Bu pul vəsaitinə görə illik iyirmi faiz olmaqla beş il altı ay ərzində 5,5 x 20 = 110 faiz əlavə pul ödənilmişdir. Bu isə, 15.215,32 x 1,1 = 16.736,85 manat təşkil edir. 98.700 rubl pulu da "xxxx" ASC 6 avqust 2015-ci il tarixdə iddiaçıdan vaqonun dayanmasına görə əldən çıxmış mənfəət olaraq tələb etmiş və Milli Bankın həmin tarixə olan 1 rubl = 0,0166 manat məzənnəsi ilə 98.700 x 0,0166 = 1.638,42 manat pul vəsaiti ödənilmişdir. Ona dəyən mənəvi ziyan 10.000 manat qiymətləndirilir. Yuxanda qeyd olunanlara və Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İ və İİ hissələrinə, AR Gömrük Məcəlləsinin 90-cı maddəsinə, «İnzibati icraat haqqında» AR Qanununun 89.1-ci maddəsinə, AR Mülki Məcəlləsinin 1096, 1097, 1100, 1115-ci maddələrinə əsaslanaraq gömrük orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona dəymiş maddi zərər 15.215,32 manat, bu pula görə faiz şəklində banka ödənilmiş 16.736,85 manat, “Saratovstroysteklo" ASC-yə əldən çıxmış mənfəətə görə ödənilmiş 1.638,42 manat və 10.000 manat mənəvi zərər olmaqla ümumilikdə 43.590,59 manat pul vəsaitinin Bakı Baş Gömrük İdarəsindən iddiaçının xeyrinə tutulması barədə qərar çıxarılması xahiş olunur. İddia ərizəsi məhkəmə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh Bakı Baş Gömrük İdarəsinə təqdim olunmuşdur. Cavabdeh Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı etirazında aşağıdakılar bildirilir: - İddiaçı iddia ərizəsində bir çox ziddiyyətli məqamlar vardır və məhkəmə araşdırması zamanı qeyd edilən məsələlərə aydınlıq gətirilməlidir. Bunlar aşağıdakılardan ibarətdir: 1) İddiaçı iddia ərizəsində qeyd edir ki, Bakı Baş Gömrük İdarəsinin qanunsuz hərəkətləri nəticəsində ona 43.590,59 manat zərər vurulmuşdur və bu ziyan ona ödənilməlidir. Buna baxmayaraq iddiaçı "xxxx" MMC-nin əməkdaşı “Vidadi adlı şəxs”in qanunsuz hərəkətlərindən bəhs edir. Belə olan təqdirdə Bakı Baş Gömrük İdarəsi hansısa MMC-nin əməkdaşından edilmiş şikayətə görə niyə cavabdeh qismində tanınmalı və iddia təmin ediləcəyi təqdirdə Azərbaycan Respublikasının büdcəsindən iddiaçıya vəsait verilməlidir? 2) İddiaçı iddia ərizəsində qeyd edir ki, idxal olunmuş mallar barədə gömrük orqanına 4 mart 2015-ci il tarixdə şifahi şəkildə məlumat vermiş, daha sonra Bakı Baş Gömrük İdarəsində 13 mart 2021-ci il tarixli bəyannamə tərtib etmişdir. Bakı Baş Gömrük İdarəsi tərəfindən araşdırma aparılan zaman iddiaçının 2015-ci il ərzində İdarəyə heç bir gömrük bəyannaməsi təqdim etmədiyi müəyyən olunmuşdur. 67283283 saylı vaqonla idxal olunmuş malların Biləcəri stansiyasında yük vaqonunda saxlanılmasına, idxalatçı tərəfindən Bakı Baş Gömrük İdarəsinə həmin mallar barəsində məlumatların əks olunduğu gömrük bəyannaməsi təqdim edilmədiyindən, gömrük rəsmiləşdirilməsinin aparıla bilməməsi səbəb olmuşdur. Bu səbəbdən də, 67283283 saylı vaqonun təyinatı 25 iyun 2015-ci il tarixdə Sumqayıt Baş Gömrük İdarəsinə dəyişdirilmiş və gömrük rəsmiləşdirilməsi həmin gömrük orqanında həyata keçirilmişdir. Məlum olduğu kimi, gömrük rəsmiləşdirilməsinin aparılması iki tərəfli prosesdir. Qanunvericikdə şifahi bəyan etmə yalnız fiziki şəxslər tərəfindən şəxsi istifadəsində olan və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gətirilməsi zamanı nəzərdə tutulmuşdur (AR Nazirlər Kabinetinin 300 nömrəli qərarı). Kommersiya məqsədləri üçün gətirilmiş mallarla bağlı yazılı bəyan etmə olmazsa gömrük orqanı özbaşına gömrük rəsmiləşdirilməsinə başlaya bilməz. Belə olan təqdirdə Bakı Baş Gömrük İdarəsi niyə gömrük rəsmiləşdirilməsinin aparılmasından imtina edilməsi səbəbilə cavabdeh qismində göstərilməlidir? 3) İddiaçı ərizəsində gömrük rəsmiləşdirilməsi məsələsinə toxunmayaraq 2015-ci ildən 2020-ci ilə keçmiş və 2020-ci ildə Bakı Baş Gömrük İdarəsinə ünvanladığı məktubdan bəhs etmişdir. İddiaçı idxal etdiyi mallara görə Bakı Baş Gömrük İdarəsində bəyannamə tərtib etdiyini bildirsə də, həmin bəyannaməni niyə gömrük orqanına təqdim etmədiyini açıqlamamışdır. İddiaçı həmin mallara görə bəyan etdiyi və Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən təsdiqlənmiş gömrük bəyannaməsini sübut qismində məhkəməyə təqdim etməyərək məhkəməni yanıltmağa yönəlmiş hərəkət etmişdir. İddiaçı malların kim tərəfindən, hansı əsaslarla Sumqayıt Baş Gömrük İdarəsinə bəyan edildiyini, gömrük ödənişlərinin ödənildiyini və gömrük rəsmiləşdirilməsi aparıldığını açıq şəkildə məhkəməyə bildirməlidir. İnzibati iş üzrə tam araşdırma aparılması üçün iddia ərizəsində adıçəkilən və telefon nömrələri göstəriləni şəxslər şahid qismində məhkəməyə çağırılmalıdır; 4) İddiaçı ərizədə iddia etdiyi “ziyan”ın məbləğini də dəfələrlə artırmış, ödədiyini iddia etdiyi məbləğləri təsdiq edən sənədlərin əslini təqdim etməmiş, banka 5 il ərzində faiz ödədiyini yazaraq bunu təsdiq edən sənədləri məhkəməyə təqdim etməmiş, niyə 5 il ərzində məhkəməyə müraciət etmədiyini əsaslandırmamışdır. Bir daha qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 2.3-cü bəndində göstərilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub- olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İşə baxan məhkəmə tərəfindən yuxarıda göstərdiyim əsaslar təəssüf ki, yoxlanılmamışdır. İddiaçı tərəfindən inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırılmamışdır. Belə ki, AR Gömrük Məcəlləsinin 123.1-ci maddəsinin tələbinə əsasən gömrük ərazisinə gətirilərək, gömrük orqanlarına təqdim edilən mallar müvafiq gömrük proseduru altında yerləşdirilməlidir. Həmin Məcəllənin 176.2-ci maddəsinə əsasən xarici mallar saxlanc xüsusi gömrük proseduru altında idxal gömrük rüsumları, idxal üzrə əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük və müvəqqəti saxlanc anbarlarında gömrük nəzarəti altında yerləşdirilir. İdxalatçının idxal olunan mallar sərbəst dövriyyəyə buraxılanadək vaqondan boşaldılması və müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi üçün gömrük orqanına bəyannamə təqdim etmək hüququ olsa da, idxalçı tərəfindən bu hüquqdan istifadə edilməmişdir. Yuxarıda göstərilənləri əsas tutaraq, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 2.3cü və 9-cu bəndlərinin və İPM-in 35-ci maddəsinin tələblərinə əsasən iddianın mümkünlüyü məsələsinin bir daha yoxlanılmasını, əks təqdirdə İPM-in 68 və 69-cu maddələrinə əsasən iddia tələbinin rədd edilməsi məhkəmədən xahiş olunur. İddiaçı məhkəməyə aşağıdakı məzmunda “cavabdehin vəsatətinə etiraz” təqdim etmişdir: - Cavabdehin vəsatətində istinad etdiyi maddı hüquq normalarının dəlillilərini əsassız hesab edilir. Belə ki, cavabdeh «İnzibati icraat haqqında» AR Qanununun 67.11-ci maddəsinə istinad etmişdir. Həmin maddənin adı "Qanunsuz inzibati aktın ləğv olunmasıdır. Deməli, cavabdehin istinad etdiyi maddə qanunsuz inzibati aktı ləğv etmiş orqan tərəfindən həmin aktın ləğvi nəticəsində maraqlı şəxsə ödənilən kompensasiyadan bəhs edir. Halbuki hazırki mübahisədə nə qanunsuz aktın ləğvindən, nə də ki, qanunsuz aktın ləğvi nəticəsində tələb olunan kompensasiyadan söz gedir. Güman edilsə ki, hazırki mübahisə predmeti qanunsuz inzibati aktı ləğv etmiş orqan tərəfindən həmin aktın ləğvi nəticəsində maraqlı şəxsə ödənilən kompensasiya olsa belə, yenə 1 illik müddət tətbiq edilə bilməz. Belə ki, 1 illik müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə «İnzibati icraat haqqında» AR Qanunu ilə müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır. Cavabdeh belə hal varsa, subut etmək vəzifəsi ilə yükümlüdür. Cavabdeh bildirir ki, iddiaçı Bakı Baş Gömrük İdarəsinə idxal etdiyi mallar barəsində məlumatların əks olunduğu gömrük bəyannaməsi təqdim etməmişdir. AR Gömrük Məcəlləsinin preambulasında qeyd edilir ki, AR Gömrük Məcəlləsi Azərbaycan Respublikasında gömrük işinin hüquqi, iqtisadi və təşkilati əsaslarını, o cümlədən Azərbaycan Respublikasının ərazisinə gətirilən, bu ərazidən aparılan, tranzitlə keçirilən mallara və nəqliyyat vasitələrinə tətbiq edilən ümumi qaydaları və prosedurları, gömrük işi səhəsində şəxslərin hüquqlarını və vəzifələrini müəyyənləşdirir. Həmin Məcəllənin 8, 40.4, 70-ci maddələrinin tələblərindən görünür ki, qanunvericilikdə gömrük rəsmiləşdirilməsi həyata keçirilərkən fiziki şəxslərə məlumat vermək, gömrük rəsmiləşdirilməsi üzrə əməliyyatların həyata keçirilməsində onlara yardım etmək, bu prosesin sürətləndirilməsi üçün şərait yaratmaq, səhədlərdə çatışmazlıq olduqda isə yazılı bildiriş göndərməklə müvafiq sənədləri tələb etmək gömrük orqanlarının vəzifələrinə aid edilmişdir. Lakin yuxarıda qeyd edilən normaların tələbləri pozularaq ona (iddaçıya) məxsus malların gömrük rəsmiləşdirilməsi vaxtında həyata keçirilməmiş və bunun səbəbləri bildirilməmişdir. İddiaçı 4 mart 2015-ci il tarixdə Bakı Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən bütün idxal sənədləri götürülməklə tərtib olunmuş 74 saylı protokolla bağlı cavabdehə sual verərkən hətta o, bu barədə tam məlumatsız olduğunu bildirmişdir. Bundan başqa, cavabdeh yaxşı olardı ki, şablon xarakterli və əvvəlki proseslərdə dəfələrlə istifadə edilən eyni məzmunlu vəsatəti təqdim etməmişdən əvvəl, İPM-ın 2.2 və 2.2.7-ci maddələri, «İnzibatı icraat haqqında» AR Qanununun 89.1-ci maddəsi, AR Mülki Məcəlləsinin 1100cü maddəsini nəzərə alardı. Həmin maddənin tələblərinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibatı məhkəmə icraatı qaydasında baxılır. «İnzibati icraat haqqında» AR Qanununun 89.1-ci maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraq, şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan AR Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. AR Mülki Məcəllənin 1100-cü maddəsinə görə dövlət orqanlarının, yeriı özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Göründüyü kimi, mübahisə predmeti cavabdeh inzibati orqanın qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödəniıməsi ilə bağlıdır. Bundan əlavə, cavabdeh Ali Məhkəmənin Plenumunun 10 aprel 2015-ci il tarixil 2.3-cü bəndində qeyd olunan iddia müddəti anlayışına istinad edir. Halbuki həmin bənddə qeyd olunan iddia müddəti anlayışı mübahisələndirmə və məcburetmə haqqında iddialara şamil olunur və bu da öz növbəsində İPM-in 38-ci maddəsinə əsaslanır. Hazırki iddia nə mübahisələndirmə, nə də ki məburetmə haqqında iddiadır. Başqa sözlə, bu iddia kompensasiya tələbi ilə bağlıdır. Ona görə də iddia müddətinin tətbiqinə yol verilə bilməz. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. O, yazılı çıxış təqdim edərək bildirdi ki, Rusiya Federasiyasından onun ünvanına gəlmiş şüşə lövhələrlə dolu olan 67283283 saylı vaqona aid olan sənədlər 4 mart 2015-ci il tarixdə Azərbaycan Dəmir Yolları Yalama stansiyasında 74 saylı protokol tərtib edilməklə sənədlərin araşdırılması məqsədi ilə gömrük əməkdaşları tərəfindən götürülmüşdür. Həmin araşdırmanın nəticələri barədə bu günədək heç bir açıqlama verilməmişdir. Həmin sənədlər elə həmin gün gömrük orqanlarına heç bir aidiyyəti olmayan hansısa özəl şirkətin ofisində üzə çıxır və orada həmin malın gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün həmin şirkətin nümayəndəsi kimi özünü təqdim edən Vidadi adlı şəxslə razılaşmamışdır. Azərbaycan Dəmir Yolları Biləcəri stansiyasının gömrük postunun rəisinə yaxınlaşaraq ünvanına gəlmiş 67283283 saylı vaqona aid olan sənədləri tələb etmişdir. Sonuncu isə kobud şəkildə ona bildirmişdir ki, həmin stansiyaya belə bir vaqon gəlməyib və heç bir sənəd də yoxdur. Bundan sonra iddiaçı stansiyada həmin vaqonu taparaq özü də yanında dayanmaqla fotoşəkillərini çəkdirmişdir. Bu fotoşəkilləri də əlavə etməklə AR Dövlət Gömrük Komitəsinin rəhbərliyinə müraciət edərək "heç bir sənədi olmayan" vaqonun Rusiya – Azərbaycan sərhədini necə keçməsini araşdırmasını, sözügedən vaqona aid olan sənədlərin ona verilməsi və gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün tabeçiliyində olan müvafiq qurumlara göstəriş verməsini xahiş etmişdir. Yalnız bundan sonra 13 mart 2015-ci il tarixdə ünvanına gəlmiş vaqona aid olan sənədlər ona verilmişdir. Bu dəfə artıq müvafiq sənədləri də təqdim etməklə sözügedən vaqonda olan şüşə lövhələrin gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün Bakı Baş Gömrük İdarəsinə müraciət etmişdir. Orada əvvəlcə gömrük bəyannaməsini yazsalar da, sonra bundan imtina etmişlər. Səbəb olaraq bildirilmişdir ki, şüşə lövhələr Sumqayıt Baş Gömrük İdarəsində rəsmiləşdirilir. İddiaçı elə həmin gün Sumqayıt Baş Gömrük İdarəsinə müraciət etmişdir. Sumqayıt Baş Gömrük İdarəsində də sözügedən vaqonda olan şüşə lövhələrin gömrük rəsmiləşdirilməsini həyata keçirməkdən imtina etmişlər və bundan sonra intensiv olaraq bir sıra dövlət orqanlarına müraciət edərək bununla bağlı kömək istəmişdir. Bütün dövlət qurumları da onun müraciətlərini aidiyyəti üzrə baxılması üçün AR Dövlət Gömrük Komitəsinə ünvanlamışlar. Lakin nə Dövlət Gömrük Komitəsində, nə də Bakı Baş Gömrük İdarəsində buna heç bir məhəl qoyulmamışdır. Bakı Baş Gömrük İdarəsinin Sumqayıt Apelyasiya Məhkəməsinin sorğusuna yazdığı 10 dekabr 2020-ci il tarixli cavab məktubundan məlum olur ki, 67283283 saylı vaqonun təyinatı 25 iyun 2015-ci il tarixdə Sumqayıt Baş Gömrük İdarəsinə dəyişdirilmişdir. Halbuki, üç gün öncə 22 iyun 2015-ci il tarixdə iddiaçı Bakı Baş Gömrük İdarəsinə yazılı müraciət edərək 67283283 saylı vaqonda olan şüşə lövhələrin gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsini, 29 iyun 2015-ci il tarixdə isə başqa bir məktubla gömrük rəsmiləşdirilməsi həyata keçirilənədək 67283283 saylı vaqonda olan şüşə lövhələrin Biləcəri stansiyasında saxlanca boşaldılması üçün icazə verməsini xahiş etmişdir. İş materiallarındakı xəbərnamələrdən görünür ki, 22 iyun 2021-ci il tarixdə yazdığı məktub 24 iyun 2021-ci il tarixdə, 29 iyun 2021-ci il tarixdə yazdığı məktub isə elə həmin gün, 29 iyun 2021-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində qəbul edilmişdir. Lakin buna heç bir məhəl qoyulmamışdır və ümumiyyətlə müraciət alındıqdan bir gün sonra heç bir əsas olmadan sözügedən vaqonun Sumqayıt Baş Gömrük İdarəsinə yönləndirilməsi anlaşılan deyil. 11 iyun 2015-ci il tarixdə AR Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsimn rəisi ona (iddiaçıya) yazdığı məktubda bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının 29 aprel 2015-ci il tarixli 15/M- 2041-024 saylı, AR Nazirlər Kabinetinin 25 may 2015-ci il tarixli 22/Ə-32 saylı və AR Milli Təhlükəsizlik Nazirliyinin 27 may 2015-ci il tarixli M-2037 saylı məktublarına əlavə edilmiş 19 may 2015-ci il tarixli ərizəsinə AR Dövlət Gömrük Komitəsində baxılmışdır. 19 may 2015-ci il tarixli ərizədə qeyd olunan bir vaqon şüşə lövhələri barədə iş hazırda məhkəmə icraatında olduğu üçün həmin malın gömrük rəsmiləşdirilməsi qeyri-mümkündür. Yalqız 23 iyul 2015-ci il tarixdə mətbuat vasitəsi ilə ölkə başçısına müraciət etdikdən sonra onu özləri mobil telefonuna zəng edərək çağırıb, həmin vaqonda olan şüşə lövhələrin gömrük rəsmiləşdirilməsini həyata keçirmişlər. Bütün bunlar onu deməyə əsas verir ki, Bakı Baş Gömrük İdarəsi ilk gündən onun ünvanına gəlmiş 67283283 saylı vaqonda olan şüşə lövhələrin rəsmiləşdirilməsini istəməmişdir. Qərar qəbul edərkən qeyd olunanların nəzərə alınması məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətdə (etirazda) göstərilənləri təsdiqlədiyini bildirdi və qeyd etdi ki, İddiaçı 2015-ci ildə baş verdiyini iddia etdiyi “hüquqlarının pozulması”ndan 6 il keçdikdən sonra məhkəmədə iddia qaldırmışdır. «İnzibati icraat haqqında» AR Qanununun 67.11-ci maddəsinə əsasən maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Ümumilikdə, bu məsələ ilə bağlı Bakı Baş Gömrük İdarəsi tərəfindən gömrük orqanlarının X1 Sistemində (VAİS) araşdırma aparılarkən İddiaçı 2015-ci il ərzində Bakı Baş Gömrük İdarəsinə heç bir gömrük bəyannaməsi təqdim etmədiyi müəyyən olunmuşdur. Məlum olduğu kimi, gömrük rəsmiləşdirilməsinin aparılması iki tərəfli prosesdir. Qanunvericikdə şifahi bəyanetmə yalnız fiziki şəxslər tərəfindən şəxsi istifadəsində olan və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gətirilməsi zamanı nəzərdə tutulmuşdur. Kommersiya məqsədləri üçün gətirilmiş mallarla bağlı yazılı bəyanetmə olmazsa, gömrük orqanı özbaşına gömrük rəsmiləşdirilməsinə başlaya bilməzdi, iddiaçı Bakı Baş Gömrük İdarəsində bəyannaməni tərtib etdiyini bildirsə də, həmin bəyannamənin harada və nə zaman tərtib edildiyini və gömrük orqanına nəyə görə təqdim edilmədiyini əsaslandıra bilməmişdir. Belə ki, iddiaçı həmin bəyannaməni elektron üsulla, poçt vasitəsi ilə, yaxud əlbəəl gömrük orqanına təqdim edə bilərdi. Lakin etməmişdir. 67283283 saylı vaqonla idxal olunmuş malların Biləcəri stansiyasında yük vaqonunda saxlanılmasına, idxalatçı tərəfindən Bakı Baş Gömrük İdarəsinə həmin mallar barəsində məlumatların əks olunduğu gömrük bəyannaməsi təqdim edilmədiyindən, gömrük rəsmiləşdirilməsinin aparıla bilməməsi səbəb olmuşdur. İdxalatçının idxal olunan mallar sərbəst dövriyyəyə buraxılanadək vaqondan boşaldılması və müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi üçün gömmk orqanına bəyannamə təqdim etmək hüququ olsa da, idxalatçı tərəfindən bu hüquqdan da istifadə edilməmişdir və İddiaçı tərəfindən inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırılmamışdır. Belə ki, AR Gömrük Məcəlləsinin 123.1ci maddəsinin tələbinə əsasən gömrük ərazisinə gətirilərək, gömrük orqanlarına təqdim edilən mallar müvafiq gömrük proseduru altında yerləşdirilməlidir. Həmin Məcəllənin 176.2-ci maddəsinə əsasən xarici mallar saxlanc xüsusi gömrük proseduru altında idxal gömrük rüsumları, idxal üzrə əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük və müvəqqəti saxlanc anbarlarında gömrük nəzarəti altında yerləşdirilir. İddiaçı yalnız 24 iyun 2015-ci il tarixdə Bakı Baş Gömrük İdarəsinə müraciət etmiş, bu səbəbdən də 67283283 saylı vaqonun təyinatı 25 iyun 2015-ci il tarixdə Sumqayıt Baş Gömrük İdarəsinə dəyişdirilmiş və gömrük rəsmiləşdirilməsi həmin gömrük orqanında həyata keçirilmişdir. Məhkəmə iclası zamanı məlum olmuşdur ki, həmin mallar Sumqayıt Baş Gömrük İdarəsində "xxxx" MMC-nin adına rəsmiləşdirilmiş, lakin iddiaçı vurulduğunu iddia etdiyi ziyanı, "xxxx" MMC-nin adına rəsmiləşdirilmə aparılan zaman həmin cəmiyyətdən, yaxud gömrük orqanından niyə tələb etmədiyini əsaslandırmamışdır. İddiaçı qeyd etmişdir ki, maddi imkanı olmadığından, ərizə ilə Sumqayıt Baş Gömrük İdarəsinə müraciət edərək həmin malların gömrük rəsmiləşdirilməsinin aparılmasını "xxxx" MMC-yə həvalə etmişdir. Lakin həmin mallara görə "xxxx" MMC tərəfindən ödənilmiş gömrük ödənişlərinin necə əvəzləşdirildiyinə aydınlıq gətirməmişdir. İddiaçı həmin tarixədək Bakı Baş Gömrük İdarəsinə nəinki bəyannamə təqdim etməmiş, yazılı ərizə ilə də müraciət etməmişdir. Eyni zamanda iddiaçı həmin dövr ərzində Dövlət Gömrük Komitəsinə qarşı məhkəməyə müraciət etmiş, məhkəmə tərəfindən iddia mümkünsüz sayılmışdır. İddiaçı ərizədə iddia etdiyi “ziyan”ın məbləğini də dəfələriə artırmış, ödədiyini iddia etdiyi məbləğləri təsdiq edən sənədlərin əslini məhkəməyə təqdim etməmiş, banka 5 ərzində faiz ödədiyini yazaraq bunu təsdiq edən sənədləri məhkəməyə təqdim etməmiş, niyə 5 il ərzində məhkəməyə müraciət etmədiyini əsaslandırmamışdır. Göstərilənlərə və İPM-in 68, 69-cu maddələrinə əsaslanaraq, iddia tələbinin rədd edilməsi məhkəmədən xahiç olunur. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 1.0.1-ci maddəsinə görə bəyanetmə – Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən, gömrük nəzarəti altında yerləşdirilən mallar və nəqliyyat vasitələri barəsində məlumatların gömrük orqanına şifahi, kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilməsidir. Həmin Məcəllənin 1.0.11-ci maddəsinə əsasən gömrük bəyannaməsi – malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan məlumatları əks etdirən, şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada gömrük orqanına təqdim olunan sənəddir. Həmin Məcəllənin 1.0.19-cu maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi – bu Məcəllənin tələblərinə uyğun olaraq malların və nəqliyyat vasitələrinin müvafiq gömrük proseduru altında yerləşdirilməsi və bu prosedurun başa çatdırılması üzrə həyata keçirilən hərəkətlərdir. Həmin Məcəllənin 52.1-ci maddəsinə əsasən gömrük orqanlarının, onların vəzifəli şəxslərinin qərarlarından, hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət inzibati qaydada və (və ya) məhkəmə qaydasında verilir. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı ünvanına RF Saratov şəhərində yerləşən "xxxx" ASC tərəfindən göndərilmiş içərisində şüşə lövhələr olan 67283283 nömrəli vaqon Azərbaycan Dəmir Yolları QSC-nin Biləcəri stansiyasına çatdırılmış, lakin sözügedən şüşə məlumatları müvafiq gömrük proseduru altında ərazi üzrə hazırkı cavabdeh Bakı Baş Gömrük İdarəsində rəsmiləşdirilməmişdir. İddiaçının Bakı Baş Gömrük İdarəsinə rəsmi müraciəti 24 iyun 2015-ci il tarixdə daxil olmuş və onun ünvanına daxil olmuş şüşə lövhələrlə dolu vaqon sonradan Sumqayıt Baş Gömrük İdarəsində rəsmiləşdirildiyindən, hazırkı cavabdeh Bakı Baş Gömrük İdarəsində malların gömrük rəsmiləşdirilməsi həyata keçirilməmişdir. Hazırda iddiaçı ünvanına göndərilmiş şüşə lövhələr daşınan vaqonun dayanmasına görə 15.215,32 manat, həmin pul vəsaitinə görə 110% əlavə ödəniş kimi 16.736,85 manat, "xxxx" ASC-nin əldən çıxmış fayda kimi tələb etdiyi 1.638,42 manat və ona dəymiş 10.000 manat mənəvi ziyanın cavabdeh Bakı Baş Gömrük İdarəsindən onun xeyrinə tutulmasını tələb edir. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər (8.1.1 – 8.1.3-1-ci maddələrindən başqa) hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Qaradağ rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Cavabdeh Bakı Baş Gömrük İdarəsi iddiaçının ona kompensasiya ödənilməsi barədə müraciəti üzrə qaldlırılan məsələnin həllini təmin etmədiyindən, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Nəzərə alınmalıdır ki, hazırkı iddia İPM-in 2.2.7-ci maddəsi üzrə iddialara aiddr və bu qəbildən olan iddalara münasibətdə qanunvericilik iddia müddəti müəyyən etməmişdir. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisəyə baxılması üçün İPM-in 8.1.4-cü maddəsinin tələblərinə uyğun olaraq cavabdehin olduğu yer (Bakı şəhərinin Qaradağ rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə aşağıdakıları diqqətə çəkir: İddiaçı ünvanına gəlmiş şüşə lövhələrlə dolu vaqonun 143 gün ərzində Biləcəri stansiyanında dayanmasına görə ödədiyi 3.926,32 manat, vaqonun qorunmasına görə ödədiyi 15.560 manat, həmin məbləği ödəmək üçün bankdan götürdüyü kreditə görə ödədiyi 14.030,15 manat və "xxxx" ASC-nin tələb etdiyi 1.638,42 manat (98.700 rubl) əldən çıxmış faydanın, ona vurulmuş 5.000 manat məbləğində mənəvi ziyanın tutulması tələbini irəli sürərək cavabdeh Sumqayıt Baş Gömrük İdarəsinə qarşı Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırmışdır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)- 1001/2019 saylı iş üzrə 17 iyul 2019-cu il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı birinci instansiya məhkəməsinin sözügedən 27 iyul 2019-cu il tarixli qərarından apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-22/2020 saylı iş üzrə 24 iyun 2020-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 27 iyul 2019-cu il tarixli qərarı «4 mart 2015-ci il tarixdən 25 iyun 2015-ci il tarixədək olan müddət ərzində vaqondan istifadə və yükün qorunmasına görə ödənilmiş 15.215,60 manat, bankdan götürdüyü kreditə görə 4 il müddətinə faiz olaraq ödənilmiş 14.030,15 manat, mənəvi ziyanın əvəzi olaraq 5.000 manat və "xxxx" ASC-yə əldən çıxmış mənfəətin əvəzi olaraq ödənilmiş 1.638,42 manat pulun Sumqayıt Baş Gömrük İdarəsindən onun xeyrinə tutulması»na dair iddiasının rədd edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iddia mümkün sayılmamışdır. Qərardadda məhkəmə kollegiyası qənaətini əsaslandırarkən vurğulamışdır ki, iş üzrə məhkəmə araşdırılması zamanı iddia tələbində qeyd edilən «4 il müddətinə faiz olaraq ödədiyi 14.030,15 manat, mənəvi zərərin əvəzi olaraq 5.000 manat və "xxxx" ASC-yə əldən çıxmış mənfəətin əvəzi olaraq ödədiyi 1.638,42 manat zərərin tutulması»na dair ilkin ərizə ilə ilkin olaraq cavabdeh inzibati orqana müraciət etməmişdir, ona görə də iddianın həmin hissəsində mübahisə mövcud deyil. Digər tərəfdən, vaqondan istifadə və yükün qorunmasına görə 19.486,32 manat məbləğində zərərin ödənilməsi ilə bağlı tələb bütövlükdə hazırkı cavabdeh Sumqayıt Baş Gömrük İdarəsinə qarşı yönələ bilməz. Sumqayıt Baş Gömrük İdarəsinin məhkəməyə ünvanlanmış 27 may 2019-cu il tarixli məktubla bildirilmişdir ki, RF "xxxx" ASC tərəfindən göndərilmiş müvafiq şüşə lövhələr yükü 25 iyun 2015-ci il tarixdə Bakı Baş Gömrük İdarəsindən Sumqayıt Baş Gömrük İdarəsinə yönəldilmiş, 27 iyul 2015-ci il tarixdə isə "xxxx" MMC tərəfindən Sumqayıt Baş Gömrük İdarəsində bəyan edilərək 28 iyul 2015-ci il tarixdə gömrük ödənişləri ödənildikdən sonra yükü buraxılışı həyata keçirilmişdir. Gömrük nəzarət formasında malların qeydiyyat tarixi 12 mart 2015-ci il olaraq qeyd edilsə də, iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş 74 nömrəli protokoldan görünür ki, RF Saratov şəhəri "xxxx" şirkəti tərəfindən İddiaçı adına göndərilmiş şüşə lövhələrin sənədləri 4 mart 2020-ci il tarixdə araşdırma üçün götürülmüşdür, eyni zamanda iddiaçı tərəfindən AR Dövlət Gömrük Komitəsinə ünvanlanmış və sonuncu tərəfindən 10 mart 2015-ci il tarixdə imza edilməklə qəbul edilmiş ərizə də malların artıq 12 mart 2015-ci il tarixədək gəlməsi faktını təsdiqləyir. Beləliklə müəyyən olundu ki, 4 mart 2015-ci il tarixdə çatan mallar 25 iyun 2015-ci il tarixədək Bakı Baş Gömrük İdarəsində saxlanılmış, yalnız həmin tarixdən sonra cavabdehə (Sumqayıt Baş Gömrük İdarəsinə) yönləndirilmişdir. Eləcə də, Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-22/2020 saylı iş üzrə 24 iyun 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin 2-1(85)-1001/2019 saylı 17 iyul 2019-cu il tarixli qərarı «25 iyun 2015ci il tarixdən 27 iyul 2015-ci il tarixədək olan dövr ərzində vaqonların və yükün qorunmasına görə ödənilmiş 4.271 manat pulun Sumqayıt Baş Gömrük İdarəsindən tutularaq iddiaçıya ödənilməsi»nə dair iddianın rədd edilməsi hissəsində ləğv edilmiş və bu hissədə iddia təmin edilməklə iş üzrə yeni qərar qəbul olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1996/2020 saylı iş üzrə 6 oktyabr 2020-ci il tarixli qərarları ilə İddiaçı kassasiya şikayətləri təmin edilməmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-22/2020 saylı iş üzrə 24 iyun 2020-ci il tarixli qərarı və qərardadı dəyişdirilmədən saxlanılmışdır. «İnzibati icraat haqqında» AR Qanununun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 89-cu maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan AR Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. AR Mülki Məcəlləsinin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. AR Gömrük Məcəlləsinin 104.1-ci maddəsinə görə gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır. Həmin Məcəllənin 104.2-ci maddəsinə görə malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə gömrük rəsmiləşdirilməsi malları ixrac və ya idxal edənin, yaxud onların struktur bölmələrinin yerləşdiyi ərazi üzrə gömrük orqanlarının fəaliyyət zonasında, bu məqsədlər üçün ayrılmış yerlərdə aparılır. Həmin Məcəllənin 121-ci maddəsinə görə mallar gömrük ərazisinə gətirildikdən sonra dərhal gömrük nəzarətinə, onların sənədləri isə gömrük orqanlarına təqdim edilir. Mallar gömrük ərazisinə gətirildiyi andan etibarən 1 saatdan gec olmayaraq, gömrük orqanının iş vaxtından kənar vaxtda gətirildikdə isə iş vaxtı başlandıqdan sonra 1 saatdan gec olmayaraq gömrük orqanlarına məlumat verilməlidir. Mallar gömrük orqanına təqdim edildikdən sonra, mallar barəsində səlahiyyəti olan şəxslər və ya onların nümayəndələri malları müvafiq gömrük proseduru altında yerləşdirmək üçün gömrük orqanlarının icazəsi ilə onlardan prob və nümunələr götürə bilərlər. Mallar təyinat yerinə gömrük orqanının iş vaxtından kənar vaxtda gətirildikdə, onlar gömrük nəzarəti zonasında saxlanılmalıdır. Gömrük nəzarəti zonasında saxlanılan malların ilkin yerlərinin dəyişdirilməsi, nəqliyyat vasitələrindən boşaldılması, yaxud onlara yenidən yüklənməsi, qablaşdırmaların açılması və yenidən qablaşdırma, eyniləşdirmə vasitələrinin (əlamətlərinin, nişanlarının) dəyişdirilməsi, qoparılması və ya məhv edilməsi, sərnişinlərin düşürülməsi kimi əməliyyatlar yalnız gömrük orqanlarının icazəsi ilə aparıla bilər. Həmin Məcəllənin 162-ci maddəsinə görə bəyannaməçi, mallar barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri tərəfindən bu Məcəllənin 163cü maddəsi ilə müəyyən edilmiş şərtlər yerinə yetirildikdən, bəyan olunan mallarla əlaqədar qanunvericiliklə qadağaların və məhdudiyyətlərin olmadığı müəyyən edildikdən, gömrük bəyannaməsindəki məlumatlar yoxlandıqdan dərhal sonra gömrük orqanları malların buraxılışını həyata keçirirlər. Gömrük bəyannaməsindəki məlumatların düzgün olmadığını müəyyənləşdirdikdə, gömrük orqanları bəyannaməçidən müvafiq düzəlişlərin aparılmasını tələb edirlər. Buraxılış, həmin tələb yerinə yetirildikdən və müvafiq gömrük ödənişləri ödənildikdən dərhal sonra həyata keçirilir. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Göründüyü kimi, mövcud qanunvericilik normaları Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunan malların müvafiq gömrük proseduru altında yerləşdirilməklə rəsmiləşdirilməsini idxalatçının iradəsi və müraciəti ilə şərtləndirir. Həmin müraciətin yazılı və şifahi şəkildə təqdim olunmasına gəldikdə isə, qanunvericilik hər iki bu halı nəzərdə tutur. Lakin hazırkı işin hallarına görə İddiaçı RF-in Saratov şəhərindən onun ünvanına göndərilmiş “şüşə löhvələr”in müvafiq gömrük proseduru altında rəsmiləşdirilməsi ilə bağlı hazırkı cavabdeh Bakı Baş Gömrük İdarəsinə 24 iyun 2015-ci il tarixdə müraciət etmişdir. Onun həmin malların adıçəkilən gömrük orqanına gömrü rəsmiləşdirilməsi üçün təqdim olunması niyyətini şifahi bəyan etməsi məsələsinə gəldikdə isə, növbəti gün, yəni 25 iyun 2015-ci il tarixdə malların iddiaçının razılığı ilə Sumqayıt Baş Gömrük İdarəsinə yönəldilməsi, bu niyyətin həmin ərəfədə konkret şəkildə mövcud olmasını istisna edir. Belə olan halda, İddiaçı RF-in Saratov şəhərindən idxal etdiyi şüşə lövhələrin gömrük orqanlarında bəyan olunması üzrə inzibati icraat çərçivəsində 25 iyun 2015-ci il tarixədək cavabdeh Bakı Baş Gömrük İdarəsinin öz vəzifəsindən, yəni gömrük nəzarəti və rəsmiləşdirməsindən yayınması halları hazırkı inzibati məhkəmə icraatında müəyyən edilmir. Odur ki, cavabdeh Bakı Baş Gömrük İdarəsinin qanunsuz hərəkət və hərəkətsizliyi təsdiqini tapmadığından, məhkəmənin qənaətinə görə İddiaçı ona dəymiş maddi və mənəvi ziyanın cavabdeh Bakı Baş Gömrük İdarəsindən tutulması tələbinə dair iddiası əsaslı qiymətləndirilə bilməz. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı «iddiaçıya dəymiş maddi və mənəvi ziyanın cavabdehdən tutulması» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 58.7, 69, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı «iddiaçıya dəymiş maddi və mənəvi ziyanın cavabdehdən tutulması» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-3515/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3515/2021
26.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver