Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3515/2022 28.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirаkı ilə, iddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı əmrlərin ləğv edilməsi barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən еtdi: İddiаçı İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı iddiа qaldıraraq Azərbaycan Respublikasının “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 31.1.7-ci maddəsi ilə vəzifədən azad etmə haqqında 21/İ nömrəli, 08 iyun 2020-ci il tarixli əmrin və 14 saylı cəzaçəkmə müəssisəsinin rejim-nəzarət şöbəsinin inspektoru təyin olunması haqqında 516/K nömrəli, xx.xx.2020-ci il tarixli əmrin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2013-cü ildən xx.xx.2020-ci ilə qədər Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin müəssisələrində müxtəlif vəzifələrdə ədliyyə mayoru rütbəsinə qədər xidmət etmişdir. xx.xx.2019-cu ildən 9 saylı Cəzaçəkmə müəssisəsinin tərbiyə-təlim işinin təşkili bölməsinin rəisi vəzifəsində xidmət edən zaman 06 iyun 2020-ci ildə iddiaçı şəxsi problemi ilə əlaqədar Penitensiar Xidmətin rəhbərliyinə köməklik göstərilməsi üçün raportla müraciət etmiş və 02 gün sonra xx.xx.2020-ci ildə ona 9 saylı Cəzaçəkmə müəssisəsində iddiaçıya məlum olmayan səbəbdən tutduğu vəzifədən azad edilərək sərəncama götürülməsi bildirilmişdir. O həmin tarixdə özünə məxsus kitab və şəxsi əşyalarını götürərək müəssisəni tərk etmişdir. xx.xx.2020-ci ilə qədər müxtəlif yerlərdən bunun səbəbini soruşduqda bildirilmişdir ki, o əmrlə tanış ediləcəkdir, lakin xx.xx.2020-ci ildə Penitensiar Xidmətin Kadrlar İdarəsindən ona mobil telefon vasitəsilə 14 saylı cəzaçəkmə müəssisəsinin rejim-nəzarət şöbəsinin inspektoru vəzifəsinə təyin olunduğu bildirilmişdir, o bunun səbəbini soruşduqda ona bildirildi ki, rəhbərlik belə məsləhət görmüşdür. Sonradan bir neçə dəfə müraciət etməsinə baxmayaraq o 3 vəzifə aşağı salınması barədə əmrlə tanış edilməmişdir. Buna görə iddiaçı 2020-ci ilin iyul ayının sonlarında o öz arzusu ilə ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilməsi barədə raportla müraciət etmiş və xx.xx.2020-ci ildə onun ədliyyə oranlarında qulluq keçməsinə xitam verilmişdir. Çoxsaylı müraciətlərindən sonra xx.xx.2021-ci ildə Penitensiar Xidmətin Baş İdarəsində o, intizam tənbehi haqqında əmrlə tanış edilmiş və bir nüsxəsi imzalanmaqla ona təqdim edilmişdir. İddiaçı hesab edir ki, ona qarşı tətbiq edilmiş intizam tənbehi ağırlıq dərəcəsinə görə çox ağır, qanunsuz və səhvdir. İddiaçının qanunsuz fəaliyyət göstərən şəxs kimi göstərilməsinə baxmayaraq iddiaçıdan heç bir izahat alınmamış, qanunsuz fəaliyyəti ilə bağlı sübutlar toplanmamış, iddiaçının kimdənsə sələmə pul götürdüyünə dair heç bir sübut yoxdur, araşdırma materialları ilə iddiaçı tanış olmamışdır.Bununla da cavabdeh tərəfindən “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 32.5, 32.9,31.2-ci maddələrinin tələbləri pozulmuşdur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə uyğun olaraq verilmiş məhkəmə sərəncamına əsasən iddiaçının iddiasına dair etirazında göstərmişdir ki, Penitensiar Xidmətin sabiq əməkdaşı İddiaçı xx.xx.2013-cü ildən Penitensiar Xidmətin orta rəis heyəti qismində qulluğa qəbul edilmişdir.O, 9 saylı Cəzaçəkmə müəssisəsinin tərbiyə işinin təşkili bölməsinin rəisi vəzifəsində işləyərkən qulluqla bir araya sığmayan hərəkətlərə yol verərək fiziki şəxsdən sələmə pul götürərək digər əməkdaşa verməklə vasitəçilik etdiyinə görə xx.xx.2020-ci ildə tutduğu vəzifədən azad edilərək sərəncama götürülmüş, xx.xx.2020-ci ildə cəzaçəkmə müəssisəsinin rejimnəzarət şöbəsinin inspektoru vəzifəsinə təyin olunmuşdur. İddiaçı həmin vəzifədə işləyərkən xx.xx.2020-ci ildə öz arzusu ilə tutduğu vəzifədən azad edilərək ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Mübahisələndirilən əmrlər xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli olduğu halda iddiaçı hazırki iddiası ilə 2021-ci ilin noyabr ayında məhkəməyə müraciət etmişdir, bununla da qanunla müəyyən edilmiş iddia müddətini buraxmışdır. Cavabdeh göstərilənlərə əsasən iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, aşağıdakı əsaslara görə iddia ərizəsi mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia);... Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər, həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İşin faktiki hallarına əsasən iddiaçının mübahisəndirdiyi 21/İ nömrəli, xx.xx.2020-ci il tarixli əmr qulluqla bir araya sığmayan hərəkətlərə yol verərək qanunsuz fəaliyyət göstərən fiziki şəxsdən sələmə pul götürərək ədliyyə kapitanı Orxan İsmayılova verməklə vasitəçilik etdiyinə görə 9 saylı cəzaçəkmə müəssisəsinin tərbiyə işinin təşkili bölməsinin rəisi ədliyyə mayoru İddiaçı tutduğu vəzifədən azad edilməsi, 516/K nömrəli, xx.xx.2020-ci il taruxli əmr isə Penitensiar Xidmətin sərəncamında olan ədliyyə mayoru İddiaçı xx.xx.2020-ci ildən 14 saylı cəzaçəkmə müəssisəsinin rejim-nəzarət şöbəsinin inspektoru vəzifəsinə təyin edilməsi barədədir. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun Azərbaycan Respublikasının ədliyyə orqanlarında, idarələrində və təşkilatlarında, penitensiar xidmətdə qulluq keçmə (bundan sonra “ədliyyə orqanlarında qulluq keçmə” adlanacaq) qaydalarını və şərtlərini, bu orqanların işçilərinin hüquqi vəziyyətinin əsaslarını müəyyən edir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən əmək münasibətlərinə dair bu Qanunda nəzərdə tutulmayan məsələlər, həmçinin xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrdə işləyən şəxslərin qulluq keçməsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir. Belə olan halda iddiaçının hazırki iddia tələbinin əsasını onunla cavabdeh arasında mövcud olmuş əmək münasibətləri təşkil edir ki, həmin əmək münasibətlərini tənzimləyən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsində nəzərdə tutulmuşdur: “1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. 2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.” İddiaçının iddia ərizəsindən görünür ki, iddiaçıya xx.xx.2020-ci ildə xidmətdə olduğu 9 saylı Cəzaçəkmə Müəssisəsində ona tutduğu vəzifədən azad edilməsi bildirilmişdir (elan edilmişdir), yəni xx.xx.2020-ci ildə o, 21/i nömrəli, xx.xx.2020-ci il tarixli əmr barədə o məlumatlı olmuşdur, bundan başqa 516/K nömrəli, xx.xx.2020-ci il tarixli əmr əsasında iddiaçı özünün iddia ərizəsində göstərdiyinə görə həmin əmrlə təyin edildiyi inspektor vəzifəsində 2020-ci ilin iyul ayının sonlarına qədər xidmət etməklə sonuncu əmr barədə də həmin vaxt məlumatlı olmuşdur. Eyni zamanda məhkəmə qeyd edir ki, iş materiallarında olan iddiaçının özünün xx.xx.2021-ci ildə imzalayaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə ünvanlanmış şikayət ərizəsindən görünür ki, iddiaçı ən azı həmin tarixdə vəzifədən azad edilərək 14 saylı cəzaçəkmə müəssisəsinin rejim-nəzarət şöbəsinin inspektoru vəzifəsinə təyin edilməyi barədə əmrlər barədə məlumatlı olmuşdur. Belə olan halda iddiaçı məhkəməyə mübahisələndirmə növündə iddia ilə qanunvericilikdə - həm Azərbaycan Respublikasının İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulan 30 gün müddətini, həm də Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsində nəzərdə tutulmuş bir ay müddətini buraxmaqla xx.xx.2021-ci ildə müraciət etmişdir. Məhkəmə onu da qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə iddia müddətinin üzrlü səbəbdən buraxılması ilə bağlı bərpa edilməsi haqqında ərizə ilə müraciət etməmişdir. Azərbaycan Respublikasının İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 1.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır, 1.3-cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur, 1.4-cü bəndinə göstərilmişdir ki, ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüququ dəyərləndirmədir, 2.1-ci bəndinə əsasən mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır, 2.3cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə iddianın mümkünlük şərtlərini yoxlayarkən müəyyən etmişdir ki, iddiaçının cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı Azərbaycan Respublikasının “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 31.1.7-ci maddəsi ilə vəzifədən azad etmə haqqında 21/İ nömrəli, 08 iyun 2020-ci il tarixli əmrin və 14 saylı cəzaçəkmə müəssisəsinin rejim-nəzarət şöbəsinin inspektoru təyin olunması haqqında 516/K nömrəli, xx.xx.2020-ci il tarixli əmrin ləğv edilməsi – mübahisələndirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət buraxıldığından iddiaçının iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 32, 35, 38, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: İddiаçı İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı Azərbaycan Respublikasının “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 31.1.7-ci maddəsi ilə vəzifədən azad etmə haqqında 21/İ nömrəli, 08 iyun 2020-ci il tarixli əmrin və 14 saylı cəzaçəkmə müəssisəsinin rejim-nəzarət şöbəsinin inspektoru təyin olunması haqqında 516/K nömrəli, xx.xx.2020-ci il tarixli əmrin ləğv edilməsi barədə iddiası mümkün sayılmasın. Qərardaddan tərəfə rəsmi təqdim olunduqdan sonra 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (ünvan ünvan 2əyova
Məhkəmə qərarları › İş №2-1(112)-3515/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3515/2022
28.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver