Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3518/2023 07.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı və onun vəkili Vəkil1, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X3, üçüncü şəxs X4 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X9 və X8 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “məxsusluq arayışı”nın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin inzibati binasında (Bakı N.Vəzirov küç. 56) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyətinin 20/396 saylı, xx.xx.1987-ci il tarixli sərəncamına əsasən “MONOLİT” bağçılıq cəmiyyətinin xx.xx.1988-ci il tarixdə ayrılaraq, 25 oktyabr 1988-ci il tarixində DİN-nin Bakı şəhəri Oktyabr rayonunun “MONOLİT” bağçılıq cəmiyyətinin 7 №-li orderinə əsasən Əzizbəyov rayonu Dübəndi qəsəbəsi “13”, cənub sahəsində 298 №-li 600 kv. metr torpaq sahəsinin reyestrdə qeydə alınmaqla müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi (tələbin dəyişdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən Bakı şəhər İcra Hakimiyyətinin 20/396, xx.xx.1987-ci il tarixli sərəncamına əsasən “MONOLİT” bağçılıq cəmiyyətinin xx.xx.1988-ci ildə ayrılaraq, 25 oktyabr 1988-ci il tarixində DİN-nin Bakı şəhəri Oktyabr rayonunun “MONOLİT” bağçılıq cəmiyyətinin 7 №-li orderinə əsasən Əzizbəyov rayonu Dübəndi qəsəbəsi “13”, cənub sahəsində 298 №-li 600 kv. metr torpaq sahəsinin reyestrdə qeydə alınmaqla müvafiq çıxarışın mərhum anası X1 adına verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı yenidən İPM-nin 54-cü maddəsinə əsasən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə (tələbin dəyişdirilməsi) dair ərizə təqdim edərək, məhkəmədən, Bakı şəhər X7 İcraiyyə Komitəsinin 27 oktyabr 1987-ci il tarixli 20/396 № qərarına və “Monolit” Bağçılıq Yoldaşlığının xx.xx.1988-ci il tarixli qərarında əsasən Bakı şəhər Oktyabr rayon daxili işlər şöbəsinin “Monolit” Bağçılıq Birliyi tərəfindən verilmiş 7 №li, 25 oktyabr 1988-ci il tarixli orderlə X2 Əzizbəyov rayonu, Dübəndi qəsəbəsi, “13”-cü Cənub küçəsində ayrılmış 600 kv. metrdən ibarət 298 №-li bağ torpaq sahəsinə dair mülkiyyət hüquqlarının mərhum X2 məxsus olması barədə arayışın (çıxarışın) ona yəni İddiaçı verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana göndərilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Məhkəmənin 2-1(112)-3518/2023 saylı xx.xx.2023-cü il tarixli və xx.xx.2023cü il tarixli qərardadları ilə X9 və X8 inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb olunmuşdur. Cavabdeh inzibati orqanın və üçüncü şəxs X4 iddia tələbinə dair yazılı etirazı məhkəməyə daxil olmuşdur. İddiaçı və onun vəkili Vəkil1 xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddiaçının və onun vəkilinin iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə ərizəsinə etiraz etmədiyini bildirdi. Üçüncü şəxs X4 nümayəndəsi və vəkili Vəkil2 iddiaçının və onun vəkilinin iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə ərizəsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməklə iş üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülməsi barədə ərizə verdikdə o, iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Həmin səbəbdən də iddiaçının iradəsinə uyğun olaraq məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul etməlidir. İPM-nin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Göstərilənlərə əsasən və İPM-nin 55.5, 80, 81.1, 85.1-cı maddələrinə əsasən məhkəmə, qərara aldı: İddiaçı və onun vəkili Vəkil1 ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X9 və X8 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “məxsusluq arayışı”nın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi barədə iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-3518/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3518/2023
07.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver