Məhkəmə qərarları › İş №2-1(112)-3519/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3519/2020

18.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3519/2020 18.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Qarabağ müharibəsi veteranı” adı və vəsiqəsinin verilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Qarabağ müharibəsi veteranı” adı və vəsiqəsinin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi əsasən onunla əsaslandırılmışdır ki, N990-cı illərdə erməni silahlı birləşmələrinin ölkəyə silahlı hücumları zamanı yaşadığı Laçın rayon hərbi komissarlığına gedərək könüllü olaraq ordu sıralarına vətəni düşməndən qorumaq üçün qeydiyyata düşmüş və Laçın rayon hərbi komissarlığı tərəfindən iddiaçını N saylı hərbi hissəyə göndərmişlər. Hərbi hissə tərəfindən bütün növ təminatlarla təmin edilərək N saylı hərbi hissənin dislokasiyası üzrə sərhəd kəndlərdə xidmətə başlamışdır. Erməni silahlı birləşmələrinin rayonun sərhəd kəndlərinə silahlı hücumları zamanı bütün döyüş əməliyyatlarında iştirak etmişdir. Xidmətilə əlaqədar uzun illərdir Müdafiə Nazirliyinə müharibə veteranı adının və vəsiqəsinin verilməsi barədə müraciət etsə də, heç bir müsbət qərar qəbul edilməmişdirr. Bununla əlaqədar Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə müraciət etsə də, 24 oktyabr 2002-ci ildə Mərkəzi Arxiv İdarəsi tərəfindən ona verilmiş və Laçın rayon hərbi komissarlığına göndərilmiş cavabda göstərilir ki, N saylı hərbi hissə komandirinin N noyabr N99N -ci il tarixli 8 nömrəli əmri ilə İddiaçı qeyd edilmiş (atasının adı göstərilməmişdir) hərbi hissəyə qəbul edilmişdir. XN xx.xx.2020-ci il tarixli arayışında göstərilir ki, N saylı hərbi hissə komandirinin may N992-ci il tarixli nizami hissə üzrə əmrlərində xidmətiniz barədə məlumat aşkar olunmamışdır. Eyni zamanda, N saylı hərbi hissə komandirinin iyul N99N-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinə daxil olmamışdır. Burada da hər iki göstərilən tarixdə verilmiş cavablar bir-biri ilə ziddiyyətlidir. Eyni zamanda qeyd edir ki, Müdafiə Nazirliyinin Arxiv İdarəsi tərəfindən ona verilmiş cavablarda xx.xx.2020-ci il tarixli məktubunda göstərilən hal, yəni onun adı yazılmış, lakin ata adı qeyd edilməmişdir. Onda burada yeni bir hal yaranır ki, onun adı yazılsa da, ata adı yazılmadığı halda xx.xx.2004-cü ildə qaldırılmış cinayət işi kimin barəsində araşdırılma aparılmışdır. Eyni zamanda, onun xidməti N99N-ci ilin noyabr ayında olmuş və N3 ildən sonra hərbi prokurorluq tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. N99N-ci ildə Azərbaycanın müdafiəsinə könüllü olaraq qoşulmuşdur. N8 may N992-ci ildə rayonları errməni silahlı birləşmələri tərəfindən işğal olunub, işğaldan sonra hərbi hissə tərəfindən verilmiş bütün təminatları silah-sursatı təhvil vermiş və xidmətdə heç bir nöqsanı olmamışdır. Yuxarıda qeyd edilən faktlara bir əsas gətirərək Azərbaycanın müdafiəsinə durmuş bir əsgərin xidmətlərinə Müdafiə Nazirliyi həm vətəndaş hüquqlarını pozmaqla, hal-hazırda qüvvədə olan “Veteranlar haqqında” qanunla onların ədalətsiz qərarları arasında ziddiyyət təşkil edir. Belə ki, hərbi qanunvericiliyə görə, hərbi xidmətin həqiqi hərbi xidmət və ehtiyatda olan xidmət növləri vardır. Hər hansı şəxs həqiqi hərbi xidmətə könüllü daxil olma, çağırış və ya səfərbərlik üzrə qəbul oluna bilər. Hərbi xidmətin keçməsi yalnız hərbi hissələrin və ya hərbiləşdirilmiş qurumların tərkibində mümkündür. 25 dekabr N99N-ci il tarixli, 36 nömrəli “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin birinci hissəsinə görə “Bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. 28 iyun N994-cü il tarixli, 84N nömrəli “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə, digər kateqoriyalı şəxslərlə yanaşı, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. 28 iyun N994-cü il tarixdə qəbul olunmuş 84N nömrəli “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin əvvəlki redaksiyasında nəzərdə tutulurdu ki, Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnaməni və müvafiq vəsiqələrin nümunəsini Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir. Müharibə və Silahlı Qüvvələrin veteranlarına müvafiq veteran adını və sənədləri uyğun olaraq Azərbaycan Respublikasının Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik Nazirlikləri verirlər. Azərbaycan Respublikası Müdafiə Nazirinin N998-ci il 06 yanvar tarixli 4 nömrəli əmrinə N nömrəli Əlavə kimi qəbul edilmiş “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsinin qayda və şərtləri haqqında Əsasnamə”nin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimat”ın N.9-cu bəndinə əsasən, hərbi qulluqçulara “Müharibə veteram” adı və vəsiqəsi hərbi hissə komandirləri və ya hərbi hissə kimi fəaliyyət göstərən hərbi müəssisə və təşkilatların rəisləri tərəfindən komanda üzrə təqdim edilmiş sənədlər arasında Müdafiə Nazirliyinin mərkəzi aparatlarının nəzdində yaradılmış komissiyasının rəyi ilə verilir. N yanvar N997-ci il tarixinədək tərxis olunmuş hərbi qulluqçulara “Müharibə veteranı" adı və vəsiqəsi rayon (şəhər) hərbi komissarlğı tərəfindən təqdim edilmiş sənədlər əsasında Respublika hərbi komissarlığının nəzdində yaradılmış komissiyanın, N yanvar N997-ci il və sonrakı tarixlərdə tərxis olunmuş hərbi qulluqçulara isə hərbi hissə komandirləri və ya hərbi hissə kimi fəaliyyət göstərən hərbi müəssisə və təşkilatların rəisləri tərəfindən komanda üzrə təqdim edilmiş sənədlər əsasında Müdafiə Nazirliyinin mıərkəzi aparatının nəzdində yaradılmış komissiyanın rəyi ilə verilir. N yanvar N997-ci il və sonrakı tarixlərdə Hərbi hissənin ləğv olunması ilə əlaqədar tərxis olunmuş hərbi qulluqçulara “Müharibə veteram" adının və vəsiqəsinin verilməsi (həmin hərbi qulluqçuya Müdafiə Nazirliyinin mərkəzi aparatının nəzdində yaradılmış komissiya tərəfindən “Müharibə veteram” adının və vəsiqəsinin verilməsi dəqiqləşdirildikdən sonra) rayon (şəhər) hərbi komissarları tərəfindən təqdim edilmiş sənədlər əsasında Respublika hərbi komissarlığında yaradılmış komissiyasının rəyi ilə verilir. Həmin Təlimatın N.6-cı bəndinə əsasən, N99N -ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə “Müharibə veteram” adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orderin və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. 7 aprel 2006-cı il tarixdə “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə edilmiş dəyişikliklərə əsasən bu maddəyə aşağıdakı ikinci hissə və qeyd edilmişdir: “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir”. Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2006-cı il tarixli 396 saylı Fərmanı ilə belə siyahıların təsdiqi səlahiyyəti Azərbaycan Respublikasının Nazirlər Kabinetinə verilmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun ilkin redaksiyasının icrasını təmin etmək üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti 22 sentyabr N995-ci il tarixli 2N6 saylı Qərarla “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə təsdiq edilmişdir. Əsasnamənin N-ci bölməsinin 9-cu abzası nəzərdə tutulurdu ki, Müharibə veteranı adı Azərbaycan Respublikasının Ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə, Müdafiə, Daxili işlər, Milli Təhlükəsizlik orqanı və hərbi hissələri tərəfindən verilmiş arayışlar, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma haqqında arayışlar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Əsasnamənin N0-cu abzası isə, nəzərdə tutulurdu ki, Müharibə veteranı adı, müvafiq veteran vəsiqəsi, Azərbaycan Respublikasının Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik Nazirlikləri tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Bundan sonra əsasnamə bir neçə dəfə dəyişdirilmişdir. O cümlədən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 may N997-ci il tarixli 53 saylı qərarı ilə Əsasnamənin bir sıra müddəaları ilə yanaşı, müharibə veteranı adının verilməsi ilə bağlı məsələlərə də dəyişiklik edilmişdir. Nəticədə Əsasnamənin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adının verilməsi ilə bağlı hissəsi 3 noyabr 20N6-cı il tarixli 438 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə aşağıdakı redaksiyada verilmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Beləliklə, “Veteranlar haqqında” Azərbaycan Respublikasının qanunun 3-cü maddəsi Müharibə veteranı adı və vəsiqəsinin verilməsi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə qüvvədə olan əsasnaməyə uyğun olaraq verilməlidir. Bakı şəhəri Səbail rayon məhkəməsi N2 yanvar 20NN-ci il tarixdə eyni tələbli iddia ərizəsinə baxaraq iddianı təmin etmişdir. Bununla əlaqədar olaraq hesab edir ki, Müharibə veteranı adı verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Qeyd olunanlara əsasən iddiaşə onun N99N-ci ilin iyul ayından N992-ci ilin may ayı tarixinədək döyüş əməliyyatlarında iştirak etməyi ilə əlaqədar Qarabağ Müharibəsi veteranı adının və vəsiqəsinin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iş üzrə hər iki tərəfin nümayəndəsi məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdehin «müharibə veteranı adının verilməsi haqqında» vəsatətin təmin edilməməsinə dair cavabdeh inzibati orqanın gəldiyi qərarla razılaşmır və məhkəmədən ona müharibə veteranı adının verilməsi haqqında» öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərlə onun Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda aparılmış döyüşlərdə iştirak etməsi müəyyən edilmir. İş materiallarına əlavə edilmiş: - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən Laçın rayon Hərbi Komissarlığının 05 sentyabr 2002-ci il tarixli 4/388 saylı sorğusuna cavab olaraq ünvanlanmış 24 oktyabr 2002-ci il tarixli məktubda qeyd olunmuşdur ki, N saylı hərbi hissə komandiri N noyabr N99N-ci il tarixli 8 №li Əmrilə İddiaçı (atasının adı sənədlərdə göstərilməyib) hərbi hissəyə qəbul edilmişdir. Onun sonrakı xidmətləri barədə sənədlərdə heç bir məlumat yoxdur. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxiv tərəfindən vətəndaş İddiaçı sorğusuna cavab olaraq ünvanlanmış 3N yanvar 2020-ci il tarixli 9/2-N408 saylı məktubda qeyd olunmuşdur ki, N saylı hərbi hissə komandirinin may N992-ci il tarixli nizami hissə üzrə əmrlərində onun xidməti barədə məlumat aşkarlanmamışdır. Məktubda qeyd olunmuşdur ki, 8NN №li hərbi hissə komandirinin iyul N99N-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən N4 avqust 20N9-cu il tarixli 9/2- NN3N0 №li məktubla İddiaçı ünvanına və N4 avqust 20N9-cu il tarixli 9/2-NN326 №li məktubla SHXÇDX-nın Laçın rayon bölməsinə cavab göndərilmişdir. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Laçın rayon Polis Şöbəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq ünvanlanmış N52-N376-N220 saylı N3 mart 2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Laçın rayon Pircahan kəndində qeydiyyatda olan xx xxxx N973-cü il təvəllüdlü İddiaçı məhkumluğunun olub-olmamasının müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin məlumat bazası vasitəsilə yoxlanılaraq İddiaçı məhkumluğu barədə heç bir məlumat aşkar edilməmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon Bölməsinin rəisinin sorğusuna cavab olaraq ünvanladığı N8 fevral 2020-ci il tarixli 9/2- 2368 №-li məktubda bildirilmişdir ki, 8NN nömrəli hərbi hissə komandirinin N noyabr N99N -ci il tarixli 8 №-li əmrində (əsas: səh-2, §- N, sıra-9, əmrdə atasının adı yazılmamışdır) sıravi əsgər İddiaçı həqiqi hərbi xidmətə qəbul edilməsi barədə məlumat vardır. Qeyd edirlər ki, 8NN nömrəli hərbi hissə komandirinin Müdafiə Nazirliyinin Mərkəz Arxivində olan xx.xx.N99N-xx.xx.N992, xx.xx.N992-xx.xx.N993-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə əlavə məlumat aşkar olunmamışdır. 7N3 nömrəli hərbi hissə komandirinin N8 iyul N992-ci il tarixli N0 №-li əmrilə (əsas səh-9, §-2, sıra-28) sıravi İddiaçı şəxsi heyətin siyahısına bütün növ təminatlara daxil edilərək snayper vəzifəsinə təyin olunmuşdur. 70N nömrəli hərbi hissə komandirinin N iyul N993-cü il tarixli NN8 №-li əmrində (əsas: səh-42, §-5, sıra-N07, əmrdə atasının adı yazılmamışdır) 7N3 №-li hərbi hissənin hərbi qulluqçusu İddiaçı silahla qaçdığı üçün hərbi hissənin tərkinindəı çıxarılaraq bütün növ təminatlardan azad edilməsi barədə məlumat vardır. Qeyd edirlər ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən İddiaçı xidməti barədə xx.xx.20N9-cu il tarixli 9/2-NN326 №-li məktubla SHXÇX-nın Laçın rayon bölməsinə və xx.xx.20N9-cu il tarixli 9/2-NN3N0 №-li, xx.xx.2020-ci il tarix 9/2- N408 №li məktublarla ünvanına cavab göndərilmişdir. -Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon Bölməsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq ünvanlanmış 278 saylı 30 mart 2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı N saylı hərbi hissədə hərbi xidmət dövrünü dəqiqləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası MN-nin Mərkəzi Arxivinə xx.xx.2020-ci il tarixdə sorğu edilmişdir. Arxivdən alınan xx.xx.2020-ci il tarixli 9/2-2368 saylı arayışa əsasən 8NN nömrəli hərbi hissə komandirinin xx.xx.N99N-ci il tarixli 8 saylı əmrinə əsasən sıravi İddiaçı həqiqi hərbi xidmətə qəbul edildiyi, sonraki xidməti barədə məlumat aşkar edilmədiyi bildirilmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, 7N3 (70N) saylı hərbi hissə komandirinin xx.xx.N992- ci il tarixli N0 nömrəli əmri ilə sıravi İddiaçı şəxsi heyətin siyahısına daxil edilərək snayper vəzifəsinə təyin olunmuşdur. xx.xx.N993-cü il tarixli NN8 nömrəli hərbi hissə komandirinin əmri ilə hərbi qulluqçu N.Q. Ağakişiyev silahla qaçdığı üçün hərbi hissənin tərkibindən çıxarılmışdır. İşin araşdırılan hallarından müəyyən edilir ki, İddiaçı ona müharibə veteranı və adının verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. Lakin iddiaçı iddia ərizəsində qeyd olunan xüsusatlara əsasən cavabdehin imtinasını əsassız hesab edir. İddiaçının qənaətinə görə onun N99N-ci ilin uyul ayından N992-ci ilin may ayına kimi döyüş əməliyyatlarında iştirak etdiyindən ona «Müharibə Veteranı» adı vəsiqəsi verilməlidir. Halbuki iş materiallarında olan sənədlər əsasında iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi öz təsdiqini tapmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı 8NN nömrəli hərbi hissə komandirinin xx.xx.N99N-ci il tarixli 8 saylı əmrinə əsasən həqiqi hərbi xidmətə qəbul edildiyi, sonraki xidməti barədə məlumat aşkar edilmədiyi, o cümlədən şəxsi heyətin siyahısına daxil edilərək snayper vəzifəsinə təyin olunduğu, lakin xx.xx.N993-cü il tarixli NN8 nömrəli hərbi hissə komandirinin əmri ilə silahla qaçdığı üçün hərbi hissənin tərkibindən çıxarıldığı müəyyən edildiyindən, beləliklə iddiaçının qanuni əsaslarla tərxis olunması iş materialları ilə sübut edilmədiyindən ona “müharibə veteranı” adı və vəsiqəsi verilməsi mümkün deyildir. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin normalarına əsasən hesab edir ki, cavabdeh orqanın imtinası əsaslıdır və iddiaçının hər hansı hüququnu pozmur. “Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən müharibə veteranı adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünüX dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - X , daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar planları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Bundan əlavə, Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.N998-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı» və «Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimat»ın N.6-cı bəndinə əsasən N988-ci il fevralın N-dən N99N-ci il oktyabrın 9-dək erməni milliyyətçi quldur dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - keçmiş DQMV ərazisində ... aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə ... - N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili işlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarə etmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. Azərbaycan Respublikası İPM-nin N4.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bu normanın tələbləri baxımından iddiaçı “Müharibə veteranı” statusunu almaq üçün onun hərbi xidmətdən qanuni əsaslarla tərxis olunduğunu sübut etməlidir. Çünki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (7 oktyabr N997-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” sözləri hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir). “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun N4-cü maddəsinə əsasən, hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Beləliklə, məhkəmənin mövqeyinə görə, iddiaçının hərbi hissədən qanuni əsaslarla tərxis olunması, o cümlədən sözügedən döyüşlərdə iştirak etməsi barədə sübut olmadığından inzibati orqan tərəfindən iddiaçıya müharibə veteranı adının və vəsiqənin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.N-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.N-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddiaçıya Müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.N-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar