Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3519/2021 24.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X11 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X6, 3-cü şəxs Bakı şəhəri Binəqədi rayon Binəqədi Bələdiyyəsinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxslər Bakı şəhəri Binəqədi rayon Binəqədi Bələdiyyəsi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzi işə cəlb edilməklə torpaq sahəsinə dair adına çıxarışın verilməsinə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxslər Bakı şəhəri Binəqədi rayon Binəqədi Bələdiyyəsi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzi işə cəlb edilməklə Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 25.12.2015-ci il tarixli, 107 saylı qərarı ilə ayrılmış 1000 kv.m torpaq sahəsinə dair onun adına çıxarışın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin inzibati ərazisi Goradil bağ massivində yerləşən torpaq sahəsi üzərində Binəqədi Rayon Məhkəməsinin qüvvəyə minmiş 2-49/2007 saylı, 29.10.2007-ci il tarixli qətnaməsinə əsasən 142 kv.m torpaq sahəsinin əvəzinə bələdiyyənin inzibati ərazisində müvafiq kəmiyyət və keyfiyyət göstəricilərinə uyğun olaraq 1000 kv.m torpaq sahəsində fərdi yaşayış evinin tikintisi üçün onun adına 25.12.2015-ci il tarixli, 107 saylı qərar ilə mülkiyyətinə ayrılmışdır. 08.09.2020-ci il tarixdə cavabdehə müraciət edərək, hüquqlarının qeydiyyata alınmasını xahiş etmişdir. Lakin, cavabdehin 24.12.2020-ci il tarixli, **********54 saylı məktubuna əsasən əsassız olaraq onun müraciətindən imtina edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər-hansı münasibət bildirilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin ediməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə 18.11.2021-ci il tarixli, 09/03-189 nömrəli məktubla müraciət edərək, işə onların iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını maddi və prosessual hüquq normalarına əsasən hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmş 24.12.2020-ci il tarixli, **********54 nömrəli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alımasından imtina edilməsi barədə” bildirişdən görünür ki, iddiaçıya bildirilmişdir ki, Binəqədi rayonu Binəqədi Bələdiyyəsi tərəfindən verilmiş qərar 01.12.2007-ci il tarixdən sonra verilmişdir. Belə ki, 2001-ci il tarixli yanvarın 1-dən sonra vətəndaşların mülkiyyətinə bələdiyyənin ehtiyat fondundan torpaq sahələri qanunvericiliylə müəyyən edilmiş qaydada satılır və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə 23.10.2007-ci il tarixdə edilmiş dəyişikliyə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Həmçinin, göstərilən torpaq sahəsinin 432.0 kv.m hissəsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş plan və ölçü sənədində göstərilən sahə ilə üst-üstə düşür. İşdə olan Binəqədi Rayon Məhkəməsinin 2-49/2007 saylı, 29.10.2007-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Bakı şəhər İcra Hakimiyyəti başçısına və "xxxx" MMCyə qarşı 27 iyul 2005-ci il tarixli, 203 saylı sərəncamını ləğv edilməsi, tikintinin qanunsuz hesab edilərək, dayandırılması, torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi və boşaldılması, dəymiş maddi və mənəvi zərərin kompensasiya edilməsi, təqsirkar şəxslər barəsində xüsusi qərardad çıxarılmasına dair iddia tələbi əsassız olduğu üçün rədd edilmiş, "xxxx" MMC-nin iddia tələbi qismən təmin edilmiş, Bakı şəhər Binəqədi Bələdiyyəsinin 145 saylı, 22 iyul 2005-ci il tarixli, Bakı şəhəri, 9-cu mkr, H.Babaşov küçəsində fərdi yaşayış evinin tikintisi üçün 192 kv.m torpaq sahəsinin X2 alğı-satqı yolu ilə ayrılması barədə qərarı, torpaq sahəsinin alğı-satqı yolu ilə A.S.Mehdiyevin mülkiyyətinə verilməsi barədə 22 iyul 2005-ci i tarixli müqavilə və həmin müqavilə əsasında rəsmiləşdirilmiş digər aktlar etibarısz hesab edilmiş, həmin sahədə qanunsuz inşa edilmiş tikililərin sökülməsi və A.S.Mehdiyevin həmin torpaq sahəsindən çıxarılması, sahə "xxxx" MMC-nin istifadəsinə qaytarılması, "xxxx" MMC-nin iddia tələbinin qalan hissədə təmin edilməməsi, mübahisəli torpaq sahəsinin əvəzinə İddiaçı Bələdiyyə mülkiyyətində olan ərazidən müvafiq kəmiyyət və keyfiyyət göstəricilərinə uyğun torpaq sahəsi ayrılması Bakı şəhər Binəqədi Bələdiyyəsinə həvalə edilmişdir. İşdə olan Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarından müəyyən edilir ki, Binəqədi Rayon Məhkəməsinin 29.10.2007-ci il tarixli, 2-49/2007 nömrəli qətnaməsinin uzun müddət icra edilməmiş qalması həmin məhkəmə tərəfindən pozuntu kimi tanınmışdır. İşdə olan Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 25.12.2015-ci il tarixli, 107 nömrəli qərarından müəyyən edilir ki, Binəqədi Rayon Məhkəməsi Binəqədi bələdiyyəsinin 145 saylı, 22.07.2005-ci il tarixli, Bakı şəhəri, 9 mkr, H.Babaşov küçəsində fərdi yaşayış evinin tikinitisi üçün 192 kv.m torpaq sahəsini İddiaçı alğı-satqı yolu ilə ayrılması barədə qərarı, torpaq sahəsinin alğı-satqı yolu ilə İddiaçı mülkiyyətinə verilməsi barədə 22.07.2005-ci il tarixli müqavilə və həmin müqavilə əsasında rəsmiləşdirilmiş digər aktların etibarsız hesab edilməsinə, həmin sahədə qanunsuz inşa edilmiş tikililərin sökülməsinə, A.S.Mehdiyevin həmin torpaq sahəsindən çıxarılaraq, sahəsinin "xxxx" tikinti MMC-nin istifadəsinə verilməsinə, mübahisəli torpaq sahəsinin əvəzinə İddiaçı bələdiyyə mülkiyyətində olan ərazidən müvafiq kəmiyyət və keyfiyyət göstəricilərinə uyğun torpaq sahəsinin ayrılmasının Binəqədi bələdiyyəsinə həvalə olunması ilə bağlı 2-49/2007 saylı. 29.10.2007-ci il tarixli qətnamə qəbul etmişdir. Qeyd olunan qətnamə qanuni qüvvəyə minmiş və bununla bağlı "İcra haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq Binəqədi İcra şöbəsi tərəfindən iş üzrə icraata başlanmış və bu məqsədlə Binəqədi bələdiyyəsinə 17/68 № 5605-1 saylı. 06 may 2011-ci il tarixli tələbin könüllü icrası haqqında İcra vərəqəsi 50 kv. metr torpaq sahəsi verilməklə icra edilmişdir. Qalan 142 kv metr torpaq sahəsinin verilməsi ilə bağlı İcra şöbəsindən növbəti 17/68-5307-9 saylı, 18 noyabr 2015-ci il tarixli icra vərəqəsi daxil olmuşdur. İcra vərəqəsində məhkəmə qətnaməsinin icrasının təcili icrası göstərilmişdir. Qətnamənin icrası ilə bağlı bələdiyyənin Mülkiyyətin İdarə edilməsi şöbəsi tərəfindən inzibati ərazi vahidinə baxış keçirilmiş və müvafiq kəmiyyət və keyfiyyət göstəricilərinə uyğun Binəqədi rayon, Goradil bağ massivində yerləşən 1000 kv. metr torpaq sahəsinin İddiaçı mülkiyyətinə ayrılmasına dair müvafiq tədbirlər görülmüşdür. Beləliklə, Binəqədi bələdiyyəsinin 25.12.2015-ci il tarixli. 22 saylı ümumi iclasında məhkəmənin qərarını müzakirə edərək, Binəqədi Rayon Məhkəməsinin qüvvəyə minmiş 2-49/2007 saylı mülki iş üzrə 29.10.2007-ci il tarixli qətnaməsinə əsasən 142 kv.m torpaq sahəsinin əvəzinə bələdiyyənin inzibati ərazisindən müvafiq kəmiyyət və keyfiyyət göstəricilərinə uyğun Binəqədi rayon Goradil bağ massivində yerləşən 1000 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün İddiaçı mülkiyyətinə ayrılmışdır. İşdə olan Binəqədi rayon Binəqədi Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış “Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ərazisində olan torpaq sahəsinin alğı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında” 09 nömrəli, 25 dekabr 2015-ci il tarixli müqavilənin surətindən görünür ki, müqavilənin mahiyyəti ondan ibarət olmuşdur ki, satıcı Binəqədi rayonu Binəqədi Bələdiyyəsi mülkiyyətində olan öz inzibati ərazisindən, Binəqədi rayonu Goradil bağ massivində 1000 kv.m torpaq sahəsini, fərdi yaşayış evinin tikilməsi üçün, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2-49/2007 saylı, 29.10.2007-ci il tarixli qətnaməsinə əsaslanaraq, İddiaçıun mülkiyyətinə verilir. Həmçinin, Binəqədi rayonu Binəqədi Bələdiyyəsi və X4 arasında 22.07.2005-ci il tarixli alğı-satqı müqaviləsində göstərilən (torpağın hər metr kvadratına-köhnə Azərbaycan manatı ilə 20.800 manat) məbləğin Binəqədi Bələdiyyəsi tərəfindən İddiaçı geri qaytarılmadığı səbəbinədn, verilən torpaq sahəsinə görə İddiaçı heç bir vəsait ödəmədən, ona əvəzsiz verilir. Belə ki, X4 tərəfindən verilən pul vəsaiti indiki torpağın dəyəri ilə əvəz edilmiş sayılır. Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ümumi iclasının 22 saylı, 25.12.2015-ci il tarixli qərarına əsaslanaraq fərdi yaşayış evinin tikintisi üçün bələdiyyənin inzibati ərazisi olan Goradil bağ massivindən 1000 kv.m torpaq sahəsini və həmin torpaq sahəsinin sərhədləri və dönmə nöqtələri göstərilməklə situasiya (cizgisi) planı hazırlanaraq X2 təklif edilmişdir. İşdə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-1179/2020 saylı, 16.06.2020-ci il tarixli qərarı təsvir hissəsində sadalanmış hallardan görünür ki, borclu Binəqədi Bələdiyyəsi tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 oktyabr 2007-ci il tarixli, 2-49/2007 nömrəli icra vərəqəsinin icrası üçün real olaraq heç bir iş görülməmiş, hazırki sədr M.Eminov 21 fevral 2020-ci il tarixli məktubla tələbkar İddiaçı Binəqədi Bələdiyyəsinin inzibati ərazisində kəmiyyət və keyfiyyət göstəricilərinə uyğun olaraq torpaq sahəsinin verilməsi üçün müvafiq sənədləşmə işlərinə başlanıldığından, Binəqədi rayon İcra və Probasiya Şöbəsinə rəsmi olaraq bildirsə də, ötən dörd ay müddətində tələbkar İddiaçı torpaq sahəsi verilməmişdir. Xüsusilə nəzərə alınmalıdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 okyabr 2007-ci il tarixli, 2-49/2007 nömrəli icra vərəqəsinin uzun müddət icra ediləməməsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən pozuntu kimi tanınmışdır. Məhkəmənin həmin qətnaməsinə əsasən inzibati xəta törətmiş borclu Binəqədi Bələdiyyəsinin sədri X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 1200 (min iki yüz) manat məbləğində cərimə edilmişdir. İşdə olan Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1184/2020 saylı, 29.07.2020-ci il tarixli qərarı ilə X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 1200 (min iki yüz) manat məbləğində cərimə edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16.06.2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş **********29 nömrəli, 10 iyun 2021-ci il tarixli məktubla təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, məhkəmə tərəfindən mütəxəssis qarşısında Binəqədi rayon Binəqədi Bələdiyyəsinin 25.12.2015-ci il tarixli, 1107 saylı Qərarı ilə X2 ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən 1000 kv.m torpaq sahəsinin Binəqədi və yaxud Abşeron rayonu ərazisinə düşməsi barədə sual qoyulmuş, araşdırma nəticəsi olaraq aşağıda qeyd edilənlər müəyyən edilmişdir: mübahisələndirilən İddiaçı iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinə cavabdehin nümayəndəsinin iştirakı ilə baxış keçirilərək, naturada koordinatları müəyyən edilməklə ölçülmüşdür. İddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin faktiki ölçüsü 1000 kv.m-dir. Araşdırmaya təqdim edilmiş sənədlərə, naturada müəyyən edilmiş koordinatlara əsasən "xxxx" MMC-də aparılmış, elektron kadastr baza məlumatlarını, ölçülmüş ərazinin koordinadlarını və digər texniki parametrlərini əks etdirən sxemlər təqdim edilmişdir. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində olan "xxxx" MMC-nin elektron kadastr məlumat bazasına əsasən İddiaçı iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsi Binəqədi rayonu, Binəqədi İnzibati Ərazi vahidinin hüdudları daxilində yerləşir. Dövlət mülkiyyəti torpağıdır. İşdə olan məhkəmə sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********36 nömrəli, 27.05.2021ci il tarixli cavab məktubundan görünür ki, qeyd olunan torpaq sahəsi Abşeron rayonunun istifadəçiliyində olan ərazidə yerləşir. İşdə olan məhkəmə tərəfindən “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********36 nömrəli, 27.05.2021-ci il tarixli cavab məktubunda göstərilən məlumatın dəqiqləşdirilməsi barədə” Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə ünvanlanmış sorğuya cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş **********11 nömrəli, 26.10.2021-ci il tarixli cavab məktubundan görünür ki, məhkəmə sorğusuna əlavə edilmiş Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi Bakı Layihə-Tədqiqat İdarəsi tərəfindən verilmiş sxemdə göstərilən döngə nöqtələrinin koordinatlarına əsasən torpaq sahəsi idarənin elektron baza məlumatlarında araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, sözügedən torpaq sahəsi Xidmətin 4 saylı Abşeron Ərazi İdarəsində qeydiyyatdan keçməmişdir. İşdə olan Bakı şəhər İcra Hakimiyyəti başçısının 809 nömrəli, 31.08.2000-ci il tarixli “Bələdiyyələrin torpaqları və mülkiyyətlərinin müəyyən edilməsi və onlara təhvil verilməsi haqqında” sərəncamının surətindən görünür ki, həmin Sərəncama əsasən 31.08.2000-ci il tarixli, 809 saylı sərəncamı ilə Binəqədi rayonu üzrə 295.73 ha torpaq sahəsi sərəncama əlavədə gösətriən sərhədlər daxilində Binəqədi Bələdiyyəsinə təhvil verilmişdir. Sərəncamın 4-cü bəndində qeyd edilmişdir ki, Binəqədi Bələdiyyəsinə təhvil verilmiş ərazilər və torpaqlarda dövlət və ya xüsusi mülkiyyətə aid olan torpaqlar aşkar olunarsa, bələdiyyə torpaqlarının sərhədləri yenidən dəqiqləşdirilsin. İşdə olan Bakı şəhər İcra Hakimiyyəti başçısının 393 saylı, 14.06.2002-ci il tarixli “Bələdiyyələrin torpaqları və mülkiyyətlərinin müəyyən edilməsi və onlara təhvil verilməsi haqqında” Bakı şəhər İcra Hakimiyyəti başçısının 31.08.2000-ci il tarixli, 809 saylı sərəncamına qismən dəyişiklik edilməsi barədə” sərəncamın surətindən müəyyən edilir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 31.08.2000-ci il tarixli, 809 saylı sərəncamı ilə Binəqədi rayonu üzrə 295.73 ha torpaq sahəsi sərəncama edilmiş əlavə göstərilən sərhədlər daxilində Binəqədi Bələdiyyəsinə təhvil verilmişdir. Mütəxəssislər tərəfindən yerində baxış keçirilərkən müəyyən edilmişdir ki, sərəncama edilmiş əlavədə göstərilən 37.2 ha olan 8-ci sahənin şərq hissəsində yerləşən Atatürk və Z.Bünyadov prospektlərinin, Ə.Naxçıvani küçəsinin kəsişməsindəki 3.02 ha torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahələrinə aiddir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 6 və 7-ci maddələrində istirahət təyinatlı torpaq sahələrinin dövlət mülkiyyətində olması göstərilmş və bu səbəbdən də, qeyd olunan torpaq sahələrinin bələdiyyə mülkiyyətinə verilməsi qanunsuzdur. Eləcə də, “Bələdiyyə torpaqları və mülkiyyətlərinin müəyyən edilməsi haqqında” Bakı şəhər İcra Hakimiyyəti başçısının 31.08.2000-ci il tarixli, 809 saylı sərəncamının 4-cü bəndində Binəqədi Bələdiyyəsinə təhvil verilmiş ərazilərdə və torpaqlarda dövlət və xüsusi mülkiyyətdə olan torpaq sahələri aşkar edilərsə, bələdiyyə torpaqlarının sərhədlərinin yenidən dəqiqləşdirilməsi göstərilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə İnzibati Ərazi Dairəsinin xəritəsi 2020-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin Aparatı tərəfindən təsdiq edilmiş və mübahisəli torpaq sahəsi həmin ərazidə yerləşir. Məhkəmə cavabdehin imtinasında əks olunan imtinanın əsasları ilə bağlı aparılmış məhkəmə araşdırması nəticəsində işin faktiki hallarına hüquqi qiymət verərək, aşağıdakıları qeyd edir: İlk öncə cavabdeh imtinasının birinci hissəsində göstərmişdir ki, Binəqədi rayonu Binəqədi bələdiyyəsi tərəfindən verilmiş qərar 01.12.2007-ci il tarixindən sonra verilmişdir. 2001-ci il tarixli yanvarın 1-dən sonra vətəndaşların mülkiyyətinə bələdiyyənin ehtiyat fondundan torpaq sahələri qanunvericiliklə müəyyən edilmiş qaydada satılır və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə 23.10.2007-ci il tarixdə edilmiş dəyişikliyə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Məhkəmə cavabdehin həmin qənaəti ilə bağlı qeyd edir ki, işin hallarından müəyyən edilmişdir ki, iş üzrə mübahisə predmeti olan Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 107 nömrəli, 25.12.2015-ci il tarixli qərarı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2-49/2007 saylı, 29 oktyabr 2007-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar qəbul edilmiş, qətnamənin icrası ilə bağlı bələdiyyənin Mülkiyyətin İdarə edilməsi şöbəsi tərəfindən inzibati ərazi vahidinə baxış keçirilmiş və müvafiq kəmiyyət və keyfiyyət göstəricilərinə uyğun Binəqədi rayonu, Goradil bağ massivində yerləşən 1000 kv.m torpaq sahəsinin əvəzsiz olaraq İddiaçı mülkiyyətinə ayrılmasına dair qərar qəbul edilmişdir. Hətta, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 oktyabr 2007-ci il tarixli, 2-49/2007 nömrəli qətnaməsinin uzun müddət icra edilməməsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən pozuntu kimi tanınmışdır. Göründüyü kimi, iddiaçıya torpaq sahəsi alğı-satqı qaydasında deyil, məhkəmə qərarının icrası ilə əlaqədar olaraq əvəzsiz qaydada ayrılmışdır. Belə olan halda isə, iddiaçıya torpaq sahəsi ayrılması zamanı torpaq sahəsinin onun mülkiyyətinə açıq hərrac və ya müsabiqə vasitəsilə ayrılmamasına istinad edilməsi əsassızdır. Cavabdeh imtinasının ikinci hissəsində göstərmişdir ki, göstərilən torpaq sahəsiniin 432.0 kv.m hissəsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş ölan və ölçü sənədində göstərilən sahə ilə üst-üstə düşür. Göstərilən halın araşdırılması məqsədilə məhkəmə tərəfindən aidiyyəti qurumlara sorğular göndərilmiş və iş üzrə mütəxəssis rəyi alınmışdır. Daxil olmuş sorğuya cavab məktubları və mütəxəssis rəyindən müəyyən edilmişdir ki, İddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin faktiki ölçüsü 1000 kv.m-dir. Araşdırmaya təqdim edilmiş sənədlərə, naturada müəyyən edilmiş koordinatlara əsasən "xxxx" MMC-də aparılmış, elektron kadastr baza məlumatlarını, ölçülmüş ərazinin koordinatlarını və digər texniki parametrlərini əks etdirən sxemlər təqdim edilmişdir. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində olan "xxxx" MMC-nin elektron kadastr məlumat bazasına əsasən İddiaçı iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsi Binəqədi rayonu, Binəqədi İnzibati Ərazi vahidinin hüdudları daxilində yerləşir. Sözügedən torpaq sahəsi Xidmətin 4 saylı Abşeron Ərazi İdarəsində qeydiyyatdan keçməmişdir. Məhkəmə eləcə də, qeyd etməyi zəruri hesab edir ki, iş üzrə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş mütəxəssis rəyində mübahisə predmeti olan torpaq sahəsinin dövlət mülkiyyətində olan torpaq sahəsi olması göstərilsə də, məhkəmə araşdırması zamanı, Bakı şəhəri Binəqədi rayon Binəqədi Bələdiyyəsi tərəfindən təqdim edilmiş Bakı şəhər İcra Hakimiyyəti başçısının 809 nömrəli, 31.08.2000ci il tarixli və 393 nömrəli, 14.06.2002-ci il tarixli sərəncamlarına, həmçinin 2020-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin Aparatı tərəfindən təsdiq edilmiş Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə İnzibati Ərazi Dairəsinin xəritəsinə əsasən müəyyən edilmişdir ki, iddiaçıya ayrılmış torpaq sahəsi Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ərazi hüdudları daxilindədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən «Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyani sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir». «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 4-cü abzasına əsasən «Fərdi yaşayış evlərinin, həyətyani sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir». Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr əsasında yaranır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən «Torpaq üzərində hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və reyestrdən çıxarışla rəsmiləşdirilir». Mülki Məcəllənin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 25.12.2015-ci il tarixli, 107 saylı qərarı ilə İddiaçı ayrılmış torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-3519/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3519/2021
24.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver