Məhkəmə qərarları › İş №2-1(112)-3520/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3520/2023

01.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3520/2023 01.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, hərbçi, təqaüdçü), cavabdehin nümayəndəsi X1 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, hüquq şöbəsinin müdiri işləyir) iştirakı ilə, iddiаçı İddiaçı cаvаbdеh Bakı şəhəri Cavabdehnə qarşı “ailə üzvləri ilə birlikdə hərbi qulluqçu kimi mənzil uçotuna götürülməsi və mənzil kirayəsi xərclərinin ödənilməsi öhdəliyinin cavabdehin üzrəinə qoyulması” barədə iddia tələbinə dair işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq müəyyən etdi: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia qaldıraraq iddiaçının ailə üzvləri ilə birlikdə (iddiaçı, arvadı) hərbi qulluqçu kimi mənzil uçotuna götürülməsi və mənzil kirayəsi xərclərinin ödənilməsi öhdəliyinin cavabdeh Bakı şəhər Cavabdeh üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, hərbi qulluqçu kimi mənzil növbəsinə götürülməyi ilə bağlı cavabdehə müraciət etmiş, lakin müraciətinin təmin edilməsindən imtina edilmişdir.Halbuki iddiaçı 30 ildən artıq hərbi xidmət etmişdir və bu səbəbdən, habelə mənzili olmadığına görə qanunvericiliyin tələblərinə əsasən o mənzil uçotna götürülməli, habelə ona kirayə pulu verilməlidir. Cavabdeh Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamına əsasən iddiaya dair təqdim etdiyi etirazında göstərmişdir ki, iddiaçının müraciəti ilə bağlı araşdırma aparılan zaman müəyyən edilmişdir ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2002-ci il tarixli, 0607 №li əmrli ilə Silahlı Qüvvələrdən yaşa görə ehtiyata buraxılmışdır, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinin 2-ci bəndinə əsasən yaşa görə hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmasına 3 il qalmış komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerində yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə ehtiyacı olanların siyahısına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları göstərilən hərbi qulluqçuların mənzil almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Lakin qeyd edilən müddət ərzində komandanlıq tərəfindən yerli icra hakimiyyətinə müraciət daxil olmadığından iddiaçının mənzil növbəsinə götürülməsi mümkün olmamışdır. Cavabdeh göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi S.Abbasəliyev iddia tələbinə dair təqdim edilmiş etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İPM-nin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə iddia ərizəsində göstərdiyi tələblə bağlı müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. İddia ərizəsinə əlavə edilmiş: Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır; Nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən iddiaçı X6 ilə xx.xx.1976-cı ildə nikaha daxil olmuşdur; 018355 nömrəli müharibə veteranı vəsiqəsinə əsasən iddiaçı müharibə veteranıdır; Cavabdehin iddiaçıya ünvanlanmış imtina məktubuna əsasən “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş müddət ərzində iddiaçının komandanlığı tərəfindən yerli icra hakimiyyəti qarşısında iddiaçının mənzilə ehtiyacı olan hərbi qulluqçu kimi mənzil almaq üçün uçota götürülməsi barədə məlumat daxil olmadığından iddiaçının mənzil uçotuna götürülməsi barədə ərizəsi təmin edilməmişdir. Cavabdehin təqdim etdiyi iddiaçının mənzil növbəsinə götürülməsindən imtina edilməsinə dair inzibati icraat materiallarında olan: İddiaçının ərizələrinə əsasən iddiaçı xx.xx.2022-ci ildə və xx.xx.2022-ci ildə cavabdehə müraciət edərək ehtiyatda olan hərbi qulluqçu kimi 2 nəfər ailə tərkibi ilə (özü, arvadı) mənzil növbəsinə götürülməsini xahiş etmişdir; Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon idarəsinin xx.xx.2017-ci il tarixli arayışına əsasən iddiaçı xx.xx.1972-ci ildə Silahı Qüvvələrdə xidmətə başlamış və xx.xx.2002-ci ildə ehtiyata (yaşa görə) buraxılmışdır. Cavabdehin xx.xx.2013-cü il, xx.xx.2022-ci il tarixli imtina məktublarına əsasən iddiaçı iddia ərizəsində göstərilən məsələ ilə bağlı 2022-ci ildə və daha əvvəllər də cavabdehə müraciət etmişdir, lakin müraciətləri təmin edilməmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin verdiyi qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Naxçıvanski küçəsi, 22 nömrəli yaşayış evinin 24 nömrəli mənzili X2 adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmışdır, 3 otaqlı mənzildir. Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli arayışa əsasən iddiaçı və arvadı, habelə iki oğlu və nəvələri Bakı şəhəri, Naxçıvanski küçəsi, 22 nömrəli yaşayış evinin 24 nömrəli mənzilində qeydiyyatdadırlar. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən arayışlara əsasən İddiaçı və X5, X3, X4 adına Respublika ərazisi üzrə daşınmaz əmlak aşkar edilməmişdir. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, müharibə veteranıdır, 30 il hərbi xidmətdə olmuş, yaşa görə ehtiyata buraxılmışdır, arvadı və digər ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Naxçıvanski küçəsi, 22 nömrəli yaşayış evinin 24 nömrəli mənzilində qeydiyyatdadır, özünün və ailə üzvləri olan arvadının, iki oğlunun adına Respublika ərazisində daşınmaz əmlak qeydə alınmamışdır.İddiaçı 30 il hərbi xidmət edərək yaşa görə ehtiyata buraxılmış hərbçi olmasının, müharibə veteranı olmasının və özünün və ailə üzvlərinin Respublika ərazisində daşınmaz əmlaka malik olmamasının nəzərə alınaraq mənzil növbəsinə götürülməsi ilə bağlı cavabdehə müraciət etmiş, müraciəti təmin edilmədiyi üçün hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri hərbi qulluqçuların statusunu müəyyən edir. Hərbi qulluqçuların statusu Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarında müəyyən edilən hüquqlardan, vəzifələrdən, bunların həyata keçirilməsi üçün təminatlardan və məsuliyyətdən ibarətdir. Həmin qanunun 2-ci maddəsinin 1-ci bəndinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Həmin Qanunun 3-cü maddəsiniə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Bundan başqa “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinin 2-ci hissəsində göstərilir: “1..Hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) üçün yaşayış sahələrinin, o cümlədən xidməti mənzillərin tikintisi bu məqsədlər üçün hər il dövlət büdcəsindən ayrılan vəsait hesabına həyata keçirilir. 2. Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır...Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər...7. Yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilirlər)...10. Hərbi qulluqçuların, həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış şəxslərin və ailə üzvlərinin bu maddədə nəzərdə tutulan mənzil hüquqları pozulduqda onların hüququ var ki, qanuni hüquqlarının təmin edilməsi və zərərin ödənilməsi barədə müvafiq yerli icra hakimiyyəti başçısına qarşı iddia ilə məhkəməyə, hərbi idarəetmə orqanlarına və ya başqa dövlət orqanına müraciət etsinlər. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 1-ci bəndinə əsasən yaşayış yeri olmayan hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına müvəqqəti mənzilin kirayəsi üçün ayrı-ayrı yaşayış məntəqələri üzrə hər ay aşağıdakı qaydada kompensasiya ödənilir:Bakı şəhərində - 150 manat; Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat , başqa şəhər və rayon mərkəzlərində - 75 manat miqdarında; digər yaşayış məntəqələrində - 55 manat.Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, müəyyən edilsin ki, bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. Qeyd edilən qərarın 3-cü bəndinə Azərbaycan Respublikasının şəhər və rayon icra hakimiyyəti başçılarına tapşırılmışdır: 3.1. bir ay müddətində bu qərarın 1-ci hissəsində göstərilən şəxslər sırasından bilavasitə mənzil uçotuna götürülənlərin sayı və onlarla birlikdə yaşayan ailə üzvlərinin sayı haqqında 2012-ci il avqustun 1-nə olan məlumatı bu qərarın əlavəsinə uyğun olaraq Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməsini təmin etsinlər; İşin faktiki hallarına əsasən iddiaçı 20 ildən çox hərbi xidmət edərək yaşa görə ehtyata buraxılmış hərbçi olduğuna və özünün,arvadının, Respublika ərazisində daşınmaz əmlaka malik olmadıqlarına görə mənzillə təmin olunmaq üçün mənzil növbəsinə götürülmə və mənzillə təmin olunana qədər müəyyən edilmiş qaydada kirayə pulu almaq hüququna malikdir. Məhkəmə onu da qeyd edir ki, iddiaçı 2022-ci ildən bir neçə il əvvəllər də cavabdehə hazırki iddia tələbində göstərilən məsələlər ilə bağlı müraciət etsə də müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdehin iddia tələbinə etrazında göstərdiyi komandanlığın vəsatəti ilə hərbi qulluqçuların seçdikləri yaşayış yerində yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə ehtiyacı olanların siyahısına daxil edilmələri, iddiaçı barədə isə belə bir vəssatətin daxil olmadığı əsasına gəldikdə isə həmin əsaslarla iddiaçının daxil olduğu kateqoriya şəxslərin mənzil növbəsinə götürülməsindən və mənzil kirayəsi pulunun verilməsindən imtina edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdlr. Əksinə Respublikamızda son illərdə “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununda göstərilən sosial təminat tədbirləri ilə kifayətlənməyərək Azərbaycan Respublikası Prezidenti “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 569 №li, xx.xx.2011-ci il tarixli Fərman imzalamış və həmin Fərmanın 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçularının dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi qərara alınmışdır ki, iddiaçı da 20 ildən çox qüsursuz hərbi xidmət etmiş hərbçi olmaqla və mənzilə malik olmamaqla həmin Fərmanın təsir dairəsinə düşür. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinə əsasən, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, iddiaçının ailə üzvləri ilə birlikdə (iddiaçı, arvadı) hərbi qulluqçu kimi mənzil uçotuna götürülməsi və mənzil kirayəsi xərclərinin ödənilməsi öhdəliyi cavabdeh Bakı şəhər Cavabdeh üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələnişlər üzrə -tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İPM-nin 2, 33, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı ailə üzvləri (İddiaçı, arvadı X7) ilə birlikdə hərbi qulluqçu kimi mənzil uçotuna götürülməsi və mənzil kirayəsi xərclərinin ödənilməsi öhdəliyi cavabdeh Bakı şəhər Cavabdeh üzərinə qoyulsun. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar