Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3523/2020 17.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Emin Etibar oğlu Eminzadənin katibliyi İddiaçı Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı «müharibə veteranı adının və vəsiqəsinin verilməsi barədə» iddiası üzrə işə məhkəmənin binasında (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi barədə” iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, döyüş bölgələrində yaralılara ixtisaslaşdırılmış tibbi yardım səviyyəsinin artırılması məqsədilə Azərbaycan Tibb Universitetinin Rektorunun 210/N- saylı əmrinə əsasən xx.xx.1989-cu ildən xx.xx.1989-cu il tarixinə qədər Xankəndi rayonuna, rektorun 39/E saylı əmrinə əsasən xx.xx.1992-ci ildən xx.xx.1992-ci il tarixə qədər Ağdam rayonuna, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.1994-cü il tarixli 1 saylı əmrinə görə rektorun 3/E saylı əmrinə əsasən Beyləqan rayonuna xidməti ezamiyyətə göndərilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə “müharibə veteranı” statusu verilməsinə dair etdiyi müraciətlərə 2 dəfə baxılmış, həmin qurumun xx.xx.2019-cu il tarixli, R/4301 saylı və xx.xx.2020-ci il tarixli, R/102 saylı eyni məzmunlu məktubları ilə imtina cavabı verilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli 216 saylı qərarına istinad etmiş və həmin qərarın yanlış interpretasiyası səbəbindən imtina qərarı qəbul etmişdir. Komitəyə təkrar müraciətində Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli 216 nömrəli qərarına xx.xx.2016-cı tarixli 438 saylı qərarla dəyişikliklər edilməsi barədə məlumat vermiş və barəsində qəbul edilmiş imtina qərarına yenidən baxılmasını xahiş etmişdir. Lakin həmin müraciətinə də əsaslandırılmayan imtina qərarı verilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə göndərilmiş, cavabdehə iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi təklif olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya dair yazılı etirazda göstərilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən, veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Göstərilən qanunvericilik aktının tələblərinə əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən şəxsin müharibə veteranı hesab edilməsi üçün yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılarla birgə döyüşlərdə iştirakı sübut edən sənədlər təqdim edilməlidir. Döyüşlərdə iştirakı sübut edən sənədlər dedikdə - silahların təhkim edilməsi barədə əmrlərdən çıxarışlar, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, arxiv arayışlar, əmrlərdən çıxarışlar, döyüşlərdə iştirakı sübut edən başqa sənədlər nəzərdə tutulur. İddiaya əsasən, İddiaçı müxtəlif vaxtlarda Xankəndi, Ağdam və Beyləqan rayonlarına döyüş bölgələrində yaralılara ixtisaslaşdırılmış tibbi yardım səviyyəsinin artırılması məqsədi ilə ezamiyyətə göndərilməsinini bildirmiş və məhkəmə işinə bu barədə arayışlar əlavə etmişdir. Lakin həmin arayışlarda İddiaçı həqiqətən həmin rayonlara getməsi və yaralılara tibbi yardım göstərməsi, həmçinin onun bilavasitə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunması barədə məlumat qeyd olunmamışdır. Hesab edir ki, İddiaçı özünümüdafiə dəstələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakını, həmçinin döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunması barədə sübut edən sənədlər olmadığından, iddia tələbi təmin edilə bilməz. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdimolunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrəkeçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verib, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazda qeyd edilənlərə uyğun məzmunda izahat verdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - İddiaçıya məxsus seriya AZE № 0******* nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, İddiaçı xx.xx.1961-ci ildə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun, Mahmudova kəndində doğulmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universitetinin 630 nömrəli xx.xx.2019-cu il tarixli arayışından müəyyən edilir ki, İddiaçı həqiqətən döyüş bölgələrində yaralılara ixtisaslaşdırılmış tibbi yardım səviyyəsinin artırılması məqsədilə 39/E saylı əmrə əsasən 10.05.-xx.xx.1992-ci ildə Ağdam rayonuna ezamiyyətə göndərilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universitetinin 631 nömrəli xx.xx.2019-cu il tarixli arayışından müəyyən edilir ki, İddiaçı həqiqətən döyüş bölgələrində yaralılara ixtisaslaşdırılmış tibbi yardım səviyyəsinin artırılması məqsədilə 3/E saylı əmrə əsasən 06.01.-xx.xx.1994-cü ildə Ağdam rayonuna ezamiyyətə göndərilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universitetinin 627 nömrəli xx.xx.2019-cu il tarixli arayışından müəyyən edilir ki, İddiaçı həqiqətən döyüş bölgələrində yaralılara ixtisaslaşdırılmış tibbi yardım səviyyəsinin artırılması məqsədilə 210/N saylı əmrə əsasən xx.xx.1989-cu ildən xx.xx.1989-cu il tarixinə kimi Xankəndi rayonuna ezamiyyətə göndərilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universitetinin 630 nömrəli xx.xx.2019-cu il tarixli arayışından müəyyən edilir ki, İddiaçı həqiqətən döyüş bölgələrində yaralılara ixtisaslaşdırılmış tibbi yardım səviyyəsinin artırılması məqsədilə 39/E saylı əmrə əsasən xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə qədər Ağdam rayonuna ezamiyyətə göndərilmişdir. İddiaçı 43/E saylı əmrə əsasən 01.06-xx.xx-1992-ci ildə Ağdam rayonuna ezamiyyətə göndərilmişdir. - İddiaçıya məxsus olan ГP № 051236 saylı hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ona xx xxxxxx 1979-cu ildə tibb sahəsi üzrə leytenant hərbi rütbəsi verilmişdir. - Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X1 daxil olan 19.0.2020-ci il tarixli məktubdan müəyyən edilir ki, xx.xx.1961-ci ildə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda anadan olmuş İddiaçı məhkumluğu yoxdur; - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2020-ci il tarixli 1/R-6011 saylı məktubundan görünür ki, İddiaçı 2017-2020 ci il tarixdə Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya müraciəti olmayıb. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universiteti tərəfindən xx-xx/1333 saylı xx.xx.2020-ci il tarixli məktubla daxil olmuş N. Nərimanov adına X5 Ordenli Azərbaycan Tibb Universiteti üzrə 39/E № li xx xxxx 1992-ci il tarixli əmrindən müəyyən edilir ki, cərrahi xəstəliklər kafedrasının aspirantı, hərbi-səhra hospitalında yaralılara tibbi yardım göstərmək məqsədilə xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə kimi Ağdam şəhərində ezamiyyətdə hesab edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 3/E saylı 05.01.94 –cü il tarixli əmrinə əsasən döyüş bölgələrində yaralılara ixtisaslaşdırılmış tibbi yardım səviyyəsinin artırılması məqsədilə qeyd edilən universitetin əməkdaşları sırasında olan İddiaçı 06.01xx.xx.1994-cü ilə kimi 15 gün müddətinə Beyləqan rayonuna ezamiyyətə göndərilmişdir. - N. Nərimanov adına X5 Ordenli Azərbaycan Dövlət Tibb İnstitutu üzrə 210/H saylı xx xxxxxx 1989-cu il tarixli əmrə əsasən İddiaçı cərrahiyyə xəstəlikləri kafedrasının klinik ordinatoru tibbi xidmət göstərmək üçün 22.09.89-cu ildən 09.11.89-cu ilə kimi Stepanakert şəhərində ezamiyyət xərci ödənilmək şərti ilə ezamiyyətdə hesab edilmişdir; - Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2020-ci il tarixli məktubun surətindən müəyyən edilir ki, iddiaçının Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş ‘‘Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair müraciətinə baxılmış və bildirilmişdir ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə “Müharibə veteranı” statusu hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nəzdındə fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi komissiyası”nın rəyi ilə verilir. İddiaçının nəzərinə çatdırılmışdır ki, döyüş əməliyyatlarında iştirakını sübut edən sənədlər və ya hüquqi qüvvəsi olan sənədlər əsasında yazılmış arayışlar olduğu təqdirdə (sənədlərin (arayışların) imza və möhürlə təsdiq olunmuş əsli və ya notarial qaydada təsdiq edilmiş surəti), “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məsələsinə aidiyyəti komissiyada baxıla bilər. İşin faktiki hallarından və tədqiq edilən sənədlərdən məlum olur ki, İddiaçı ona müharibə veteranı statusunun verilməsi ilə bağlı cavabdeh inzibati orqana ərizə ilə müraciət etmiş, lakin cavabdeh tərəfindən yuxarıda qeyd edilən əsaslara görə ona imtina edilmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə görə, müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1991-ci il oktyabrın 9- dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçularamüdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltifolunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Normanın məzmunundan da göründüyü kimi, müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və ya istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə müvafiq orqan tərəfindən verilir. Şərh olunduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin tələblərinə əsasən, Müharibə Veteranı o şəxslər hesab edilir ki, onlar döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş olsunlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “X3 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” x xxxx 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə kollegiyasının araşdırması zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Göründüyü kimi, istər “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununda, istər “Müharibə veteranı adının verilməsini tənzimləyən Əsasnamə”də, istərsə də istinad olunan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında təşəkkül tapmış hüquqi mövqe ondan ibarətdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışa və məzmuna aid edilə biləcək əməllərdə iştirak etmiş şəxs Müharibə veteranı hesab edilir. İşin faktiki hallarından və tədqiq edilən sənədlərdən məlum olur ki, iddiaçının Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universitetinin (keçmiş N. Nərimanov adına X5 Ordenli Azərbaycan Tibb Universiteti) müvafiq əmrləri əsasında cərrahi xəstəliklər kafedrasının aspirantı, hərbi-səhra hospitalında yaralılara tibbi yardım göstərmək məqsədilə xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə kimi Ağdam şəhərində, daha sonra isə döyüş bölgələrində yaralılara ixtisaslaşdırılmış tibbi yardım səviyyəsinin artırılması məqsədilə xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi Beyləqan rayonuna, yəni qanunvericilikdə qeyd olundugu kimi döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunması iş materialları ilə sübuta yetirilmişdir. Bunu təkzib edən hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” öhdəliyi cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” öhdəliyi cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həvalə edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN: MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-3523/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3523/2020
17.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver