Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3523/2022 01.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X4 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsinin X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 30 sentyabr 2021-ci il tarixli, **********5 nömrəli məktubunun (qərarının) qanunsuz hesab edilməsi, 23 sentyabr 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və həmin Qannununa xx.xx.1997-ci il tarixli, 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklik nəzərə alınmaqla, ona qanunla hüququ yarandığı gündən, yəni 57 yaşı tamam olduğu, xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin olunması öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1962-ci ildə anadan olmuş, orta məktəbi bitirdikdən sonra xx.xx.1980-cı il tarixdə Paris Kommunası adına “Xəzər dəniz gəmi təmiri” zavodunun taxta emalı sahəsində gəmiçi-dülgər şagirdi vəzifəsinə qəbul olunmuş və hərbi xidmətə getdiyinə görə xx.xx.1980-ci il tarixdə həmin işdən azad olunmuşdur (hərbi xidmətdə əmək stajı 10 ay 5 gün təşkil edir). xx.xx.1980-ci ildən xx.xx.1982-ci il tarixədək hərbi xidmətdə olmuşdur (2 il 22 gün). xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək “Xəzər dəniz gəmi təmiri” Zavodunun taxta emalı sahəsində gəmiçi-dülgər vəzifəsində (2 il 05 ay 13 gün), xx.xx.1985-ci il tarixdən xx.xx.1999-cu il tarixədək həmin zavodun elektromontaj sahəsində gəmi elektrik quraşdırıcısı (13 il 8 ay 23 gün), xx.xx.1999-cu il tarixdən bu günədək "xxxx" Şirkətində baş mühəndis vəzifəsində işləyir. Yuxarıda göstərilənlərdən göründüyü kimi, xx.xx.2006-cı il tarixədək onun ümumi iş stajı 25 il 9 ay 02 gün olmuşdur ki, həmin iş stajının 13 il 8 22 günü əmək şəraiti ağır olan peşələrdə gəmi elektrik quraşdırıcı işləmişdir. Həmin peşələrdə işləyən şəxslər 23 sentyabr 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququna malikdir. Bununla bağlı cavabdehə müraciət edərək, 23 sentyabr 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi nəzərə alınmaqla, ona qanunla hüququnun yarandığı gündən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsini xahiş etsə də, cavabdeh orqan ona ünvanladığı 30 sentyabr 2021-ci il tarixli, **********5 nömrəli məktubu ilə güzəştli şərtlərlə pensiya təyin olunmasından imtina etmişdir. Cavabdehin ona poçt vasitəsi ilə ünvanladığı məktubu (qərarı) aldığı gündən 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə şikayət etmək hüququ vardır. Ona görə də, bu hüquqdan istifadə edərək, həmin qərarın qanunsuzluğu ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət etməyi qərara almışdır. Cavabdehin ona güzəştli şərtlərlə pensiya təyin olunmasından imtinaya dair 30 sentyabr 2021-ci il tarixli, **********5 nömrəli məktubunu aşağıda göstərilənlərə əsasən qanunsuz və əsassız hesab edir. İddia ərizəsinə əlavə olumuş şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən göründüyü kimi, xx.xx.2019-cu il tarixdə 57 yaşı tamam olmuşdur. Əmək kitabçasının, hərbi biletinin notarial qaydada təsdiq olunmuş və azərbaycan dilinə tərcümə olunmuş surətlərindən göründüyü kimi, hazırda qüvvədə olan 7 fevral 2006-cı il tarixli “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minənədək onun ümumi iş stajı (hərbi xidmətdə olduğu nəzərə alınmaqla) 25 il 9 ay 02 olmuşdur ki, həmin iş stajının 13 il 8 ay 22 gün əmək şəraiti ağır olan peşələrdə gəmi elektrik quraşdırıcısı işləmişdir ki, həmin peşələrdə işləyən şəxslər 23 sentyabr 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququna malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarına əsasən “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısının XİV bölməsinin (Metal emalı bənd: ********) “gəmi elektrik quraşdırıcıları” 2150300a-1753a yarımbəndi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası verən istehsalat sahələri hesab olunur ki, o da, həmin sahələrdə 13 il 8 ay 22 gün işləmişdir. Cavabdeh inzibati orqanın ona ünvanladığı cavabdan bəlli olur ki, guya onun 01 yanvar 2006-cı iltarixinədək ümumi iş stajı 25 ildən azdır. Cavabdeh orqan onun xx.xx.1980-ci il tarixdən xx.xx.1999-cu il tarixədək həmin elektromantaj sahəsində gəmi elektrik quraşdırıcısı vəzifəsində işlədiyini son əmək stajı kimi hesablamış, xx.xx.1999-cu il tarixdən "xxxx" firmasında baş mühəndis vəzifəsinə qəbul olunmasını və halhazıradək olan əmək stajını ümumi əmək stajına hesablamamışdır. Qeyd olunan hal cavabdeh orqana təqdim etdiyi notarial qaydada təsdiq olunmuş əmək kitabçasının surətində də, öz əksini tapmışdır. Eyni zamanda, cavabdeh orqan ona ünvanladığı məktubda göstərir ki, “fərdi hesabın sığorta hissəsidnə qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına yol vermir.” Yuxarıda qeyd olunan qanunun tələbinə görə onun güzəştli şərtlərlə pensiya almaq hüququ yarandığından, penisya kapitalının minimum həddən aşağı və ya yuxarı olmasının aidiyyəti yoxdur. Məhkəmənin diqqətinə çatdırır ki, tərəfindən cavabdehə yazılı qaydada müraciət edilərək, şəxsiyyət vəsiqəsinin, əmək kitabçasıın, hərbi biletinin, dövlət sosial sığorta şəhadəntaməsinin notarial qaydada təsdiq edilmiş surətləri və iş yerindən güzəşti şərtlərlə arxiv arayışın əsli təqdim olunmuş və sonradan cavabdeh inzibati orqanın tələbi ilə xx.xx.1999-cu il tarixdən hal-hazıradək "xxxx" firmasında baş mühəndis vəzifəsində işləməsi barədə arayış təqdim olunmuşdur. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edərək iddianın əsassız olduğundan təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza əsasən, iddiaçı iddia ərizəsində xx.xx.1962-ci il tarixdə anadan olduğunu, xx.xx.1980-ci il tarixdən xx.xx.1980-ci il tarixədək Paris Kommunası adına “Xəzər dəniz gəmi təmiri” zavodunun taxta emalı sahəsində gəmiçi-dülgər şagirdi vəzifəsində qəbul olunduğunu və hərbi xidmətə getdiyinə görə xx.xx.1980-ci il tarixdə həmin işdən azad olunduğunu, 30.10.180-ci il tarixdən xx.xx.1982-ci il tarixədək hərbi xidmətdə olduğunu qeyd etmişdir. İddiaçı iddia etmişdir ki, xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək “Xəzər dəniz gəmi təmiri” zavodunun taxta emalı sahəsində gəmiçi-dülgər vəzifəsində, xx.xx.1985-ci il tarixdən xx.xx.1999-cu il tarixədək həmin zavodun elektromantaj sahəsində gəmi elektrik quraşdırıcısı vəzifəsində, xx.xx.1999-cu il tarixdən bu günədək "xxxx" Şirkətində baş mühəndis vəzifəsində işləmişdir. İddiaçı xx.xx.2006-cı il tarixədək ümumi iş stajının 25 il 9 ay 02 gün olduğunu, həmin iş stajının da, 13 il 8 ay 22 gününü əmək şəraiti ağır olan peşələrdə gəmi elektrik quraşdırıcısı işlədiyini bildirərək, 23 sentyabr 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququna malik olduğunu iddia edərək, hüqununun yarandığı tarixdən, yəni 57 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin olunması və ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı daha əvvəl ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün ərizəylə cavabdeh orqana müraciət etmişdir. Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı xx.xx.2021-ci il tarixli, **********5 nömrəli iddiaçıya ünvanlanmış məktubla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. İmtinanın əsasları kimi cavabdeh orqan iddiaçının Məzkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən ümumi sığorta stajının xx.xx.2006-cı il tarixədək 18 il 11 ay 24 gün olmaqla, tələb olunan müddətdən (25 ildən) az olduğunu bildirmişdir. Həmçinin, xx.xx.2006-cı il tarixdən pensiya hüququ yaranan tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyi qeyd edilmişdir. Bundan narazı qalan iddiaçı məhkəməyə müraciət etmişdir. Hesab edirlər ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlədrə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək, yəni 2006-cı il 1 yanvar tarixinədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-c il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin b bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın 12 il 6 ayını zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Nəzərdə tutulan Qanunun 1.0.8-ci maddəsinin tələbinə əsasən fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Adıçəkilən Qanunun 1.0.2-ci maddəsində isə qeyd olunur ki, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də, müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi xx.xx.1980-ci il tarixdə tərtib edilmiş ИТ-İ ******* saylı əmək kitabçasının surətində ə xx.xx.2021-ci il tarixli ərizəsinə əlavə etdiyi sənədlərə əsasən ümumi iş stajı 25 ildən az (18 il 11 ay 24 gün (xx.xx.1980-xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1983-xx.xx.1999-cu il tarixləri arasındakı dövrlər) təşkil edir. Bundan başqa onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyanının minimum məbləğindən az olmayan pensiya təminatı üün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 42600.00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 17371,09 manat təşkil edir. Beləliklə, iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün qanunla müəyyən olunmuş yaş həddinə çatmasına baxmayaraq, kifayət qədər sığorta stajı və fərdi hesabın sığorta hissəsidnə kifayət qədər pensiya kapitalı olmadığından onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi yaranmır. Cavabdeh etiraza əlavə təqdim edərək bildirmişdir ki, iddiaçının xx.xx.1999-cu il tarixdən hal-hazırki tarixədək işlədiyini iddia etdiyi halda həmin müəssisənin 1998-ci il 20 aprel tarixindən (https://www/e-taxes/gov/az/ebyn/commersialChecker.jsp saytı vasitəsilə əldə edilmiş məlumata əsasən) qeydiyyata alınmasına baxmayaraq, VÖEN-nin xx.xx.2005-ci ildə alınması (Sığorta Altsistemi (Monitornq)) vasitəsilə alınmış məlumat) iddiaçının həmin müəssisədə işlədiyi müddətin mötəbərliyini şübhə altına alır. Qanunvericiliyə əsasən, hüquqi şəxsin dövlət qeydiyyatına alınması hələ onun fəaliyyət göstərməsi demək deyil. Hüquqi şəxsin fəaliyyət göstərməsi üçün dövlət vergi orqanları tərəfindən vergi ödəyicisinin eyniləşdirmə nöməsi (VÖEN) verilməlidir. Sığorta Altsistemi (Monitorinq) vasitəsilə alınmış məlumata əsasən "xxxx" müəssisəsi VÖEN-i 07.0.12005-ci il tarixdə almışdır. Hazırda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı üçün tələb olunan əmək stajı 25 ildir. Lakin müəssisənin VÖEN alma tarixindən əvvəl əmək kitabçasında qeydlərin aparılması, müəssisəsnin arxiv sənədlərinin, əmək haqqı cədvəllərinin mövcud olmaması əmək kitabçasındakı 1993-cü ildə olan qeydləri şübhə altına alır. Həmçinin qeyd etmək istəyirlər ki, həmin müəssisə məcburi dövlət sosial sığorta haqqlarını 2007ci il mart ayından etibarən ödəməyə başlamışdır. İddiaçı məhz 1999-cu ildən hal-hazırki dövrədək həmin müəssisədə işlədiyini iddia edirsə, həmin müəssisənin həmin ildən faktiki fəaliyyət göstərdiyi, iddiaçının həmin tarixədək orada işlədiyi şübhələrdən azad sübutlarla təsdiq olunmalıdır. Belə ki, təkcə iddiaçının deyil, həm də, ümumiyyətlə müəssisənin fəaliyyətinə dair məlumatların iddiaçının onun əmək fəaliyyətinə dair təqdim etdiyi sənədlərdəki məlumatların mötəbərliyinin yoxlanılmasını zəruri edir. Yəni, iddiaçının işlədiyini iddia etdiyi illər şübhədən azad sübularla təsdiq olunmalıdır. Bundan başqa, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Beləliklə, iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün qanunla müəyyən olunmuş yaş həddinə çatmasına baxmayaraq, kifayət qədər sığorta stajı və fərdi hesabın sığorta hissəsində kifayət qədər pensiya kapitalı olmadığından onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, etiraza və etiraza əlavəyə uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak etmiş tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan notarial qaydada təsdiq edilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür. İşdə olan notarial qaydada ГЗ seriyalı, 040770 nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1980-xx.xx.1982-ci illərdə Sovet ordu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. İşdə olan notarial qaydada tərcümə və təsdiq edilmiş iddiaçıya məxsus ИТ-İ seriyalı, 037576 nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı zavoda işə qəbul olunanadək əmək stajı olmayıb, o, xx.xx.1980-ci ildə “Xəzər dəniz gəmi təmiri” SPO Paris Kommunası ad. Baş İstehsalat Vahidinə taxta emalı sahəsinə gəmiçi-dülgər şagirdi vəzifəsinə qəbul edilib, xx.xx.1980-ci il tarixdə taxta emalı sahəsində birinci dərəcəli gəmiçi dülgər peşəsinə keçirilmiş, xx.xx.1980-ci il tarixdə ordu sıralarına çağırılması ilə əlaqədar işdən azad edilmiş, xx.xx.1980xx.xx.1982-ci il tarixlərində ordu sıralarında xidmət etmiş, xx.xx.1983-cü il tarixdə taxta emalı sahəsidnə birinci dərəcəli gəmiçi dülgər vəzifəsinə qəbul edilib, xx.xx.1983-cü il tarixdə taxta emalı sahəsində ikinci dərəcəli gəmiçi dülgər keçirilmiş, xx.xx.1983-cü il tarixdə taxta emalı sahəsində üçüncü dərəcəli gəmiçi dülgər keçirilmiş, xx.xx.1985-ci il tarixdə taxta emalı sahəsində dördüncü dərəcəli gəmiçi dülgər keçirilmiş, xx.xx.1985-ci il tarixdə elektromontaj sahəsinə gəmi elektrik quraşdırıcısının şagirdi vəzifəsinə keçirilmiş, xx.xx.1985-ci il tarixdə elektromontaj sahəsində birincidərəcəli gəmi elektrik quraşdırıcısı, xx.xx.1986-cı il tarixdə elektromontaj sahəsində ikinci dərəcəli gəmi elektrik quraşdırıcısı, xx.xx.1987-ci il tarixdən elektromontaj sahəsində ikinci dərəcəli gəmi elektrik quraşdırıcısı keçirilmiş, xx.xx.1988-ci il tarixdə gəmi elektrik quraşdırıcısı üçüncü dərəcəsi verilmiş, xx.xx.1991-ci il tarixdə gəmi elektrik quraşdırıcısı dördüncü dərəcəsi verilmiş, xx.xx.1995-ci il tarixdə gəmi elektrik quraşdırıcı altıncı dərəcəsi verilmiş, xx.xx.1998-ci il tarixdə yükqaldırma vasitələri üzrə vəzifələr üzərinə qoyulmaqla kranlar üzrə 6-cı dərəcəli elektromontyor vəzifəsinə keçirilmiş, xx.xx.1999-cu il tarixdə öz ərizəsinə əsasən tutduğu vəzifədən tutduğu vəzifədən azad edilmiş, xx.xx.1999-cu il tarixdə "xxxx" şirkətinə baş mühəndis vəzifəsinə qəbul edilmişdir. İşdə olan "xxxx" QSC “Zığ” Gəmir Təmiri və Tikintisi Zavodu tərəfindən verilmiş RM01/138 nömrləi, xx.xx.2019-cu il tarixli güzəştli arayışdan görünür ki, İddiaçı Hacıablayeviç (xx.xx.1962-ci il təvəllüdlü) həqiqətən “Xəzərdənizgəmitəmiri” İstehsalat Birliyi “Paris Kommunası” adına Baş İstehsalat Vahidində işləmişdir. xx.xx.1980-ci ildən Ağac emalı sahəsində dülgər gəmi üzrə şagid peşəsinə işə qəbul edilmiş, xx.xx.1980-ci ildən Ağac emalı sahəsində birinci dərəcəli dülgər gəmi üzrə, xx.xx.1980-ci ildən sovet ordusunda xidmətlə əlaqədar olaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 36-cı maddəsinin 3-cü bəndinə əsasən işdən azad edilmiş, xx.xx.1983-cü ildən ağac emalı sahəsində birinci dərəcəli dülgər gəmi üzrə peşəsinə işə qəbul edilmiş, xx.xx.1983-cü ildən ağac emalı sahəsində ikinci dərəcəli dülgər gəmi üzrə, xx.xx.1983-cü ildən ağac emalı sahəsində üçüncü dərəcəli dülgər gəmi üzrə, xx.xx.1985-ci ildən ağac emalı sahəsində dördüncü dərəcli dülgər gəmi üzrə, xx.xx.1985-ci ildən elektrikquraşdırma sahəsidnə elektrik quraşdırıcı gəmi üzrə şagirdi üzrə peşəsinə işə qəbul edilmiş, xx.xx.1985-ci ildən elektrikquraşdırma sahəsində birinci dərəcəli elektrik quraşdırıcı, xx.xx.1986-cı ildən elektrikquraşdırma sahəsində ikinci dərəcəli elektrik quraşdırıcı, xx.xx.1988-ci ildən elektrikquraşdırma sahəsində üçüncü dərəcəli elektrik quraşdırıcı, xx.xx.1991-ci ildən elektrikquraşdırma sahəsində dördüncü dərəcəli elektrik quraşdırıcı, xx.xx.1995-ci ildən elektrikquraşdırma sahəsində altıncı dərəcəli elektrik quraşdırıcı, xx.xx.1999-cu ildən Kran avadanlıqlarının xidməti və təmiri üzrə elektrik mantyoru, xx.xx.1999-cu ildən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən işdən azad olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiqlənmiş əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li siyahısına əsasən bölmə XİV.Metal emalı şifr 2150300a-1753a gəmi elektrik quraşdırıcısı kimi güzəştli şərtlərlə pensiya hüquna malikdir. xx.xx.2011-ci il tarixli əmrə əsasən zavodun adı xx.xx.2011-ci il tarixindən ADXDG “Gəmi təiri və Gəmirqayırma” İB-nin Gəmir Təmiri İstehsalat Bazası adlandırılıb. Nazirlər Kabinetinin 24 yanvar 2014-cü il tarixli, 18 nömrəli qərarı ilə Cəmiyyətin strukturunun qurumlarının siyahsıı təsdiq edilmişdir. AXDG “QSC” xx.xx.2014-cü il tarixli, 08 saylı əmri ilə AXDG-nın “Zaqfederasiya” adına Gəmi Təmiri Zavodu və “Gəmi Təmiri İstehsalat Bazası” yenidən təşkil olunaraq əmlakı ötürülməklə “Zığ” Gəmi Təmiri Zavodunda birləşmişdir. AXDG “QSC”-nin xx.xx.2017-ci il tarixli 151 nömrəli əmri ilə “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodu adlandırılmışdır. İşdə olan "xxxx" tərəfindən verilmiş 01.KE-10.2021 nömrəli, 26 oktyabr 2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı "xxxx" firmasının həmtəsisçisidir və xx.xx.1999-cu il tarixindən bu günədək adıçəkilən firmanın baş mühəndisi vəzifəsində işləyir. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********5 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubun surətindən görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən aslı olmayaraq yeraltı, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli, 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı il təsdiq olunmuş 2 № siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (18 il 11 ay 24 gün (xx.xx.1980-xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1982ci il və xx.xx.1983-xx.xx.1999-cu il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 426000.00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 17371,09 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İş materiallarından müəyyən edilir ki, iddiaçı tərəfindən "xxxx" Firmasının 1998-2011-ci illərə dair fəaliyyəti ilə bağlı sənədlər təqdim edilmişdir. İşdə olan cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2022ci il tarixli, **********072900 nömrəli “məlumatın təqdim olunması barədə” məktubdan görünür ki, hüquqi şəxs "xxxx" firması (VÖEN:**********) xx.xx.1998-ci il tarixdə ********* nörməli VÖEN-lə vergi orqanında qeydiyyata alınmış və xx.xx.2005-ci il tarixdə inventarlaşdırmadan keçərək müəssisəyə vergi orqanı tərəfindən ********** nömrəli VÖEN verilmişdir. xx.xx.2022-ci il tarixinə olan uçot-baza məlumatlarına əsasən hüquqi şəxsin fəaliyyəti xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixədək dayandırılmış və vergi orqanına təqdim edilmiş hesabata əsasən fəaliyyəti xx.xx.2015-ci il tarixindən bərpa olunmuşdur. Hal-hazırda fəaliyyəti və digər vergi tutulan əməliyyatları aktiv vəziyyətdədir. Əlavə olaraq bildirilmişdir ki, vergi ödəyicisinin şxəsi hesab vərəqəsinin məlumatlarına əsasən vergi ödəyicisi tərəfindən xx.xx.2006-cı il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində dövlət büdcəsinə 681280,70 manat vergi məbləği ödənilmişdir. Eyni zaman vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində 17147,59 manat (o cümlədə, 16521,21 manat MDSS və 626,38 manat işsizlik üzrə) sosial sığorta haqları ödənilmişdir. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” 30 sentyabr 2021ci il tarixli, **********5 nömrəli imtina məktubu almışdır. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq iddianın mahiyyətinə gəlincə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı cavabdehə hazırki tələblə bağlı ərizə ilə müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətindən ümumi iş stajının 25 ildən az (18 il 11 ay 24 gün) təşkil etməsinə və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsinə istinad edilərək imtina edilmişdir. Halbuki, iş materiallarına əlavə edilmiş sənədlərlə (əmək kitabçası, hərbi bilet, arayış, şəxsiyyət vəsiqəsi) müəyyən edilir ki, iddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür və o, hazırda 01.01 2006-cı il tarixədək ümumi və xüsusi iş stajının tamamlandığına istinad edərək, ona 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. İddiaçının xx.xx.2017-ci il il tarixdə 57 yaşı olmuş, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq isə xüsusi əmək stajı olmuşdur. Belə ki, cavabdehin imtinasından və məhkəməyə təqdim edilmiş etirazından müəyyən edilir ki, iddiaçının ümumi iş stajının cavabdeh tərəfindən mübahisə edilən dövrü iddiaçının "xxxx" Firmasında xx.xx.1999-cu il tarixdən sonrakı fəaliyyət dövrüdür. Cavabdehin sözügedən dövrlərlə bağlı mövqeyi ondan ibarətdir ki, iddiaçı xx.xx.1999-cu il tarixdən hal-hazırki tarixədək işlədiyini iddia etdi halda, həmin müəsissənin 1998-ci il 20 aprel tarixindən qeydiyyata alınmasına baxmayaraq, VÖEN-nin xx.xx.2005-ci ildə alınması iddiaçının həmin müəssisədə işlədiyi müddətin mötəbərliyini şübhə altına alır. Sözügedən dövrlər məhkəmə tərəfindən araşdırılmış, müvafiq quruma müəsissənin fəaliyyəti ilə bağlı sorğu göndərilmiş və daxil olmuş cavab məktubuna əsasən müəyyən edilmişdir ki, "xxxx" Firması hüquqi şəxs kimi (VÖEN: **********) xx.xx.1998-ci il tarixdə ********* nömrəli VÖEN-lə vergi orqanında qeydiyyata alınmış və xx.xx.2005-ci il tarixdə inventarlaşdırmadan keçərək müəssisəyə vergi orqanı tərəfindən ********** nömrəli VÖEN verilmişdir. xx.xx.2022-ci il tarixinə olan uçot-baza məlumatlarına əsasən hüquqi şəxsin fəaliyyəti xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixədək dayandırılmış və vergi orqanınatəqdim edilmiş hesabata əsasən fəaliyyəti xx.xx.2015-ci il tarixindən bərpa olunmuşdur. Hal-hazırda fəaliyyəti və digər vergi tutulan əməliyyatları aktiv vəziyyətdədir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, mübahisəli dövrlərdə "xxxx" firmasının fəaliyyətinin olması öz təsdiqini tapdığından, həmin dövrlər də, iddiaçının əmək stajına daxil edilməklə, ümumi iş stajının 25 ildən artıq hesab edilməlidir. Məhkəmə eləcə də, qeyd edir ki, işin hallarından göründüyü kimi, iddiaçı cavabdehə müraciət edən zaman ərizəsinə həmçinin qoşma şəklində "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli güzəştli arayışı təqdim etmişdir. Lakin, cavabdeh sözügedən arayışı, iddiaçının güzəştli iş stajını təsdiq edən sənəd kimi qiymətləndirməmişdir. Bununla da məhkəmə hesab edir ki, iddiaçı, 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin 1-ci abzasının “b” yarımbəndinə əsasən güzəştli şərtlərlə pensiya hüququ qazanmışdır. Bu səbəbdən də, ona 57 yaşdan yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunan hüquq normasında “əvvəllər qüvvədə olmuş qanunvericiliklə müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktlar, o cümlədən 2006cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin 1-ci abzasının “b” yarımbəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəriciərin Siyahı”sı üzrə kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 06 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən isə həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılır. Həmin artırılma nəzərə alındıqda iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. İddiaçının güzəştli iş stajı isə cavabdeh tərəfindən mübahisələndirilməyərək, hazırki mübahisənin predmetini təşkil etmədiyindən, məhkəmə həmin hissəyə toxunmağı zəruri hesab etmir. Məhkəmə eləcə də, qeyd edir ki, cavabdeh tərəfindən imtina məktubunun əsası kimi iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatın imkan verməməsinə istinad edilsə də, məhkəmə cavabdehin həmin dəlilinə qiymət verməyi zəruri hesab etmir. Belə ki, hazırki mübahisənin predmetini iddiaçının 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin 1-ci abzasının “b” yarımbəndinə əsasən yaranmış güzəştli şərtlərlə pensiya hüququ təşkil edir. Bu səbəbdən də, iddiaçıya münasibətdə xx.xx.2017-ci il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinin tələblərinin araşdırılmasına ehtiyac yoxdur. Beləliklə göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək, 25 ildən çox ümumi, 12 il 6 aydan çox xüsusi əmək stajı olduğundan, bununla da, qanunvericiliklə nəzərdə tutulmuş qaydada onun pensiya hüququ yarandığından iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır və hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X2 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibat Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-3523/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3523/2022
01.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver