Məhkəmə qərarları › İş №2-1(112)-3523/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3523/2023

20.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3523/2023 20.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X2 kаtibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə pensiyasının təyin edilməsi və buraxılmış bütün müddətlərə qədər ödənlməmiş pensiya məbbləğinin birdəfəyə ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” bаrədə iddiа tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İ. Mübahisənin predmeti

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə pensiyasının təyin edilməsi və buraxılmış bütün müddətlərə qədər ödənlməmiş pensiya məbbləğinin birdəfəyə ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına əmək şəraiyinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası alma müraciəti cavabeh orqan tərəfindən xx.xx.2006-cı il tarixinə qədər ümumi əmək üzrə iş stajının 25 ildən az olması əsası ilə imtina verilmişdir. İddiaçının qeyd edilən tarixə qədər 25 ildən artıq ümumi iş stajı mövcuddur və cavabdeh orqan tərəfindən əmək kitabçasının qeyd edilən iş stajı 25 ildən artıq müddəti əhatə edir. Cavabdeh orqan iddiaçının əmək kitabçasında 1981-ci ildən 1985-ci ilə qədər işlədiyi Kəlbəcər rayonu M.F.Axundov adına kolxozda işlədiyi müddəti və 1985-ci ildə iddiaçının peşə məktəbində aldığı 3 illik təhsili və ümumillikdə iş stajına daxil olan heç bir hissəni doğru qiymətləndirmədən əsassız imtina vermişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

3. Cаvаbdеh Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, xx.xx.1964cü il təvəllüdlü İddiaçı 58 yaşı vardır. İddiaçının 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az təşkil edir. Belə ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 22 il 6 gün (xx.xx.1982-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1985ci il, xx.xx.1986-xx.xx.1986-cı il, xx.xx.1987-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. İddiaçının təqdim etdiyi xx.xx.2022-ci il tarixli 551 nömrəli arxiv arayışına əsasən M.F.iskəndərov xx.xx.1987-ci il tarixdən xx.xx.1990-cı il tarixədək Bakı Texniki Kollecində “texnik-mexanik” ixtisas dərəcəsi üzrə əyani təhsil almışdır. Həmin müddət isə sığorta stajına daxildir. Lakin iddia ərizəsində qeyd olunan 1981-1985-ci il və 1985-1988-ci il tarixədək olan müddətlərə münasibətdə iddiaçı tərəfindən hər hansı sübut təqdim edilməmişdir. İddiaçının təqdim etdiyi hərbi biletə əsasən xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək hərbi xidmətdə olmuşdur. İddaçı isə 1981-ci il tarixdən 1985-ci il tarixədək kolxozda işlədiyini iddia edir. Göründüyü kimi mübahisə edilən 1981-1985-ci il və 1985-1988-ci illər, iddiaçının sığorta stajına xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək hərbi xidmət illəri, xx.xx.1984xx.xx.1985-ci il tarixədək əmək fəaliyyəti və xx.xx.1987-xx.xx.1990-cı il tarixədək isə təhsil illəri olmaqla sığorta stajına daxil edilmişdir. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajının 25 ildən az təşkil etməsi səbəbindən, “Əmək pensiyaları haqqında” Qanunun tələbinə əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

İİ. İddianın növü və mümkünlüyü

4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

5. Azərbaycan Respublikasının İPM-nin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.

6. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur.

7. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

8. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun çıxış edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun çıxış edərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

9. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiaçının iddiа tələbi təmin edilməməlidir.

İİİ. Tədqiq edilmiş sənədlər

AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, iddiaçı xx.xx.1964-cü il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Texniki Universitetinin Nəzdində Bakı Texniki Kollecinin xx.xx.2022-ci il tarixli, 551 nömrəli arxiv arayışına əsasən göstərilmişdir ki, X3 xx.xx.1987-ci il, У-181 saylı əmrə əsasən keçmiş Bakı Maşınqayırma Texnikumunun gündüz (əyani) “Sənaye avadanlıqlarının quraşdırılması və təmiri” ixtisasına daxil olmuşdur. xx.xx.1990-cı il, УП- 187 saylı əmrə əsasən keçmiş Bakı Maşınqayırma Texnikumunun gündüz (əyani) şöbəsinin “Sənaye avadanlıqlarının quraşdırılması və təmiri” ixtisasını bitirmiş Dövlət ixtisas komissiyasının qərarı ilə ona “texniki-mexanik” ixtisas dərəcəsi və MT-İ 284957 nömrəli diplom verilmişdir. “X7 Company Limited” şirktəinin Azərbaycan Respublikasında nümayəndəliyinin BE/70 nömrəli, xx.xx.2022-ci il tarixli arayışına əsasən bildirilmişdir ki, 1964-cü ildə anadan olmuş X4 “BEOCL” şirkətinin Azərbaycan Respublikasında nümayəndəliyində xx.xx.2010cu il tarixdən (Əmr 01, xx.xx.2010) xx.xx.2014-cü il tarixinə kimi Qaz kompressor sexində kompressor stansiyasının rəisi, xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixinə kimi Əməliyyat departamentinin hasilat şöbəsinin kompressor stansiyası, qazın yığılması, hazırlanması və nəqli sahəsində 1 saylı kompressor stasiyasının rəisi və xx.xx.2017-ci il tarixdən hal-hazıra kimi əməliyyat departamentinin hasilat şöbəsinin Kompressor Stansiyası, Qazın yığılması, hazırlanması və nəqli sahəsində 1 və 2 saylı kompressor stansiyalarının rəisi vəzifəsində işləyir. M.F,İsgəndərovun tam iş günü ərzində bu peşədə işlədiyi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş 10.2 bəndinin “b” yarımbəndinin 1-ci abzasına əsasən onun güzəştli iş stajı xx.xx.2022-ci il tarixə kimi 11 il 07 ay 19 gün təşkil edir. Dövlət Neft Şirkətinin (SOCAR) 14 aprel 2022-ci il tarixli arxiv arayışına əsasən göstərilmişdir ki, xx.xx.1991-ci ildə (əmr № 112/k, xx.xx.1991-ci il) X9 Qaz İdarəsindən köçürülmə yolu ilə Serebrovski adına Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) qazkompressorları sexinə qaz-kompressor qurğusunun 4-cü dərəcəli maşinisti peşəsinə işə qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1991-ci il tarixli 106 saylı qərarına və “Xəzərdənizneftqaz” İB-nin xx.xx.1991-ci il tarixli 110 saylı əmrinə əsasən Serebrovski adına NQÇİ “Qum adası” NQÇİ adlandırılmışdır. 1993-cü ilin haqq-hesab cədvəlindəki qeydə əsasən (əmr № 15, xx.xx.1993-cü il) 5-ci dərəcə verilmişdir. xx.xx.1996-cı ildə (əmr №217/k, xx.xx.1996-cı il) kompressor qurğusunun 6-cı dərəcəli maşinisti peşəsinə keçirilmişdir. xx.xx.2008-ci ildə (əmr № 405, xx.xx.2008-ci il) peşəsi kompressor qurğularının 6-cı dərəcəli maşinisti adlandırılmışdır. xx.xx.2009-cu ildə (əmr № 557/k, xx.xx.2009-cu il) həmin sexdə 13-cü dərəcəli kompressor stansiyasının rəisi vəzifəsinə kemçirilmişdir. xx.xx.2010-cu ildə (əmr № 1264/k, xx.xx.2010-cu il) Azərbaycan Respublikası ƏM-nin 69.3-ccü maddəsinə əsasən, başqa işəgötürənlə əmək müqaviləsi bağladığı üçün bağlanmış əmək müqaviləsi ləğv edilmiş və işdən azad olunmuşdur. Dövlət Neft Şirkətinin (SOCAR) xx.xx.2022-ci il tarixli “iş stajı haqqında” arxiv arayışına əsasən bildirilmişdir ki, İddiaçı “Xəzərqazmaneftqazsənaye” İstehsalat Birliyinin “Primorsk" X10 İdarəsində işləmişdir. Dənizdə Neft və X1 30 iyun 1995-ci il tarixli 139 saylı əmrinə əsasən, idarə ləğv olunması ilə əlaqədar olaraq “Sahil" (“Primorsk") X10 idarəsi “Bulla" X10 İdarəsinin tərkibinə verilmişdir. “Azneft” İstehsalat Birliyinin 09 noyabr 2006-ci il tarixli 408 saylı əmrinə əsasən struktur təkmilləşdirilməsi ilə əlaqədar olaraq, “Bulla” DKQİ qazma sexi kimi “Bayıl Limam" X10 İdarəsinin tərkibinə verilmişdir. SOCAR-ın xx.xx.2007ci il tarixli, 51 saylı və xx.xx.2007-ci il tarixli, 60 saylı əmrləri ilə “Kompleks qazma işləri” tresti yaradılmışdır və “Bayıl Limanı" DKQİ trestin tabeliyinə verilmişdir. SOCAR-ın xx.xx.2012-ci il tarixli 65 saylı əmri ilə “Bayıl Limam” DKQl-nin adı dəyişdirilərək “Xəzər" X10 İdarəsi adlandırılmışdır. xx.xx.2012-ci il tarixdən SOCAR-ın 101 saylı və “Kompleks qazma işləri” trestinin strukturunun təkminlləşdirilməsi haqqında xx.xx.2012-ci il tarixli 82 saylı əmrinə əsasən “Xəzər" X10 İdarəsi iəğv edilib və onun arxivi “Sahil" Qazma İşləri idarəsinə verilib. “Azneft" istehsalat Birliyinin 09 noyabr 2006-ci il tarixli 408 saylı əmrinə əsasən struktur təkminləşdirilməsi ilə əlaqədar olaraq,“Bulla" DKQİ qazma sexi kimi “Bayıl Limam” X10 İdarəsinin tərkibinə verilmişdir. SOCAR-ın xx.xx.2013-cü il tarixli, SOCAR/13- 1000/01 /SM-05-000034 saylı əmrinə əsasən “Sahil“ Qazma işləri İdarəsi ləğv edilmiş və “Bulla, 8 Mart, Ümid “ istehsalat Bölümü kimi “Kompleks qazma işləri” trestinin tərkibinə verilmişdir. “Kompleks qazma işləri“ trestinin “Təşkilatı struktur və ştat cədvəlinin tətbiqi haqqında” xx.xx.2021-ci il tarixli, SOCAR **********00040020A00070 saylı əmrinə əsasən “Bulla, 8 Mart, Ümid“ istehsalat bölümü hal- hazırda “Sahil” İstehsalat bölümü kimi fəaliyyət göstərir. İddiaçı “Xəzərqazmaneftqazsənaye” İB “Primorsk” DKQİ-də xx.xx.1990-cı ildəm xx.xx.1990-cı ilədək Daxili yanma mühərrikləri sexinə 4-cü dərəcəli çilingər peşəsinə işə qəbul edilib, xx.xx.1990-cı ildən xx.xx.1990-cı ilədək 707 saylı buruğa qazma qurğusunun 4-cü dərəcəli motorçusu peşəsinə keçirilib, xx.xx.1990-cı ildən xx.xx.1991-cü ilədək Daxili yanma mühərriklər sexinə 4-cü dərəcəli çilingər peşəsinə keçirilib, xx.xx.1991-ci ildə işdən azad edilmişdir. Dövlət Neft Şirkətinin (SOCAR) 22 aprel 2022-ci il tarixli İddiaçı ünvanladığı “Ərizəyə cavab verilməsi haqqında” məktubuna əsasən bildirilmişdir ki, SOCAR-ın Baş ofisinin Mərkəzi arxivi tərəfindən verilmiş 14 aprel 2022-ci il tarixli SOCAR**********80020123X00116 nömrəli arxiv arayışından müəyyən olunur ki, iddiaçı «Qum Adası» NQÇİ-nin (keçmiş Serebrovski adına NQÇİ) Qaz kompressor sexində xx.xx.1991-ci il tarixdən xx.xx.1996-cı il tarixədək qaz- kompressor maşinisti və həmin sexdə xx.xx.1996-cı il tarixindən xx.xx.2009-cu il tarixədək kompressor qurğularının maşinisti peşəsində və xx.xx.2009-cu il tarixdən xx.xx.2010-cu il tarixədək kompressor stansiyasının rəisi vəzifəsində işləmişdir. xx.xx.1991-ci il tarixdən xx.xx.2009-cu il tarixədək (18 il 03 ay 21 gün) işlədiyi qaz-kompressor maşinisti və kompressor qurğularının maşinisti peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq etdiyi «Güzəşüi şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 35-ci «Ümumi peşələr» bölməsində qeyd edilmiş «qaz kompressorlarına (hava kompressorlarından başqa) xidmət ilə məşğul olan texnoloji kompressorların maşinistləri» peşəsi ilə eynilik təşkil edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı 04 oktyabr 2022-ci il tarixli, **********3 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubuna əsasən bildirilmişdir ki, mərkəzi filiala təqdim edilən sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (xx.xx.1982xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1985-ci il, xx.xx.1986-xx.xx.1986-cı il, xx.xx.1987xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçıya məxsus H3 ******* nömrəli hərbi biletin surətindən görünür ki, o, 01 iyul 1982-ci ildən 26 iyul 1984-cü ilədək hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsus əmək kitabçasının surətinə əsasən o, xx.xx.1981-ci il tarixində öz ərizəsi ilə kolxoza üzv qəbul olunmuş, xx.xx.1984-cü il tarixdə öz arzusu ilə kolxozun üzvlüyündən azad edilib, xx.xx.1984-cü il tarixdə Kəlbəcər təmir-tikinti sahəsinə üçüncü dərəcəli suvaqcı-rəngsaz qəbul edilmiş, xx.xx.1985-ci ildə ərizəsinə əsasən başqa işə getdiyi üçün suvaqşı-rəngsaz vəzifəsindən azad edilmiş, xx.xx.1986-cı ildə üçüncü dərəcəli fəhlə qəbul edilmiş, xx.xx.1986-cı ildə öz ərizəsi ilə işdən azad edilmiş, xx.xx.1986-cı ildə öz ərizəsi ilə kolxoza qəbul olunmuş, xx.xx.1987-ci ildə texnikuma qəbul edildiyinə görə kolxoz üzvlüyü və işdən azad edilmiş, xx.xx.1988-ci ildə binalara, tikililərə və avadanlıqlara xidmət göstərilməsi və cari təmiri üzrə fəhlə qəbul edilmiş, xx.xx.1988-ci ildə Azərbaycan SSR ƏHQM 37-ci maddəsinə əsasən işdən azad edilmiş, xx.xx.1990-cı ildə 4-cü dərəcəli qazma qurğusu motorçusu işinə keçirilmiş, xx.xx.1990-cı ildə 4-cü dərəcəli Daxili yanma mühərriyi təmirçi çilingəri işinə keçirilmiş, xx.xx.1991-ci ildə Azərbaycan SSR ƏHQM-nin 36-cı maddəsinin 5-ci bəndinə əsasən, Serebrovski adına X12 İdarəsinə keçirilmə qaydasında işdən azad edilmiş, xx.xx.1991-ci ildə “Xəzərdənizneftqaz” İB-nin Sahil kəşfiyyat qazıntısı dəniz idarəsindən köçürülməklə qaz kpmressor sexinə qaz kompressor qurğusunun maşinisti qəbul olunmuş, xx.xx.1991-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1991-ci il tarixli, 106 nömrəli Qərarına və “Xəzərdənizneftqaz” İB-nin xx.xx.1991-ci il tarixli 110 nömrəli əmrinə əsasən, Serebrovski adına X12 İdarəsinin adı dəyişdirilərək, “Qum adası” NQÇİ olmuşdur. xx.xx.1993-cü ildə həmin sexdə beşinci dərəcə təyin edilmiş, xx.xx.1996-cı ildə həmin sexdə 6-cı dərəcə təyin edilmişdir. İddiaçıya məxsus MT-İ 284957 nömrəli diplomun surətinə əsasən, iddaçı 1987-ci ildən 1990-ci ilədək sənaye avadanlığının təmiri və quraşdırılması peşəsi üzrə Bakı Maşınqayırma texnikumunda təhsil almışdır. Məhkəmə sorğusu əsasında cavabdeh inzibati orqan tərəfindən 16 dekabr 2022-ci il tarixli, **********1 nömrəli məktub ilə inzibati icraat materialları məhkəməyə təqdim olunmuşdur. İV. Məhkəmənin mövqeyi

10. Məhkəmə cavabdehin iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin etməsindən imtinasını əsaslı hesab edir.

11. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

12. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

13. Vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilir.

14. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.

16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minməmişdən əvvəl qüvvədə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu olmuşdur.

17. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa.

18. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır.

19. Qanunvericiliyin sözügedən müddəalarının tətbiqi ilə bağlı olaraq məhkəmə qeyd edir ki, sözügedən normaların tələblərindən göründüyü kimi, iddiaçıya 57 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun xx.xx.2006-cı il tarixədək 25 il ümumi iş stajı olmalı və bu stajın 12 il 6 ay Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir.

20. Аzərbаycаn Rеspublikаsının Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

21. Аzərbаycаn Rеspublikаsının Nаzirlər Kаbinеtinin 1996-cı il 26 dеkаbr tаriхli, 186 nömrəli qərаrı ilə təsdiq еdilmiş «İşçilərin əmək kitаbçаsının fоrmаsı və оnun tərtibi qаydаlаrı»nın 1.1-ci bəndinə əsаsən əmək kitаbçаsı işçinin əmək fəаliyyətini və əmək stаjını təsdiq еdən əsаs sənəddir.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası“ nın 4.1.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir.

23. İddiaçının təqdim etdiyi əmək kitabçasına əsasən onun xx.xx.2006-cı ilə qədər ümumi əmək stajı cəmi 22 il 6 gün təşkil edir. İddiaçı iddia tələbini əsaslandıraraq bildirmişdir ki, hərbi xidmətdə olduğu dövr ilə kolxozda işlədiyi dövr eyni olsa da, ayrı-ayrılıqda hesablanmalı və nəzərə alınmalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinə görə, əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən, sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. Göründüyü kimi iddiaçının 1981-ci il tarixdən 1985-ci il tarixədək kolxozda işlədiyi dövr ilə xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək hərbi xidmətdə olduğu dövr üstüstə düşən hissədə 1 dəfə, yəni 2 il 6 ay kimi hesablanmalıdır.

24. Məhkəmə hesab edir ki, iddiaçının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qüvvəyə mindiyi günə xx.xx.2006-cı il tarixə qədər ümumi iş stajı 25 ildən az olduğu üçün onun 57 yaşı tamam olduğu tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmamışdır.

25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

26. Göstərilənlərə əsasən, məhkəmə qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə pensiyasının təyin edilməsi və bütün müddətlərə qədər ödənlməmiş pensiya məbbləğinin birdəfəyə ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi haqqında iddiası təmin edilməməlidir.

27. Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

28. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 33, 68, 69, 85 və 110-cu mаddələrini rəhbər tutаrаq

QƏRАRА АLDİ:

İddia tələbi təmin edilməsin. Qərаrdаn apellyasiya şikayəti qərar tərəfə təqdim edildiyi gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv küç, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər.

Hаkim Miminаt Hаcıbəyоvа

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar