Məhkəmə qərarları › İş №2-1(112)-3525/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3525/2021

16.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3525/2021 16.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Araz Firidun oğlunun sədrliyi ilə, Niyazlı Gülay Rəhim qızının katibliyi, cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı (Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və X2 üçüncü şəxs olduğu) müraciətə cavab verilməməsinin qanunsuz hesab edilməsi və müraciəti cavablandırmaq vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddiası üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı MMC cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı (Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və X2 üçüncü şəxs olduğu) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin qanunsuz hərəkətləri barədə 07 avqust 2020-ci il tarixli 507/20 saylı məktuba cavab verilməməsinin qanunsuz və əsassız hesab edilməsi və həmin məktubu cavablandırmaq vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə və üçüncü şəxslərə göndərilmiş, iddia üzrə məhkəmə icraatının müzakirəsi məqsədilə məhkəmə iclası təyin edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X7 iddia tələbinin hüquqi əsası olmadığını, X1 cavabdeh inzibati orqanda dəfələrlə qəbulda olduğunu, həmçinin onun müraciətinin rəsmi olaraq da cavablandırıldığını qeyd edərək, məhkəmədən iş üzrə müvafiq qərar qəbul edilməsini xahiş etdi. İddiaçıya və üçüncü şəxslərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi xx.xx.2021-ci il tarixli 2-383/21 nömrəli məktubunda məhkəmə iclasının Komitənin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının və üçüncü şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdehin nümayəndəsini dinləyib və iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasıdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi 4 apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir.Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür.Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir.Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ.Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır.Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır.Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Subyektiv hüquq və ya başqa sözlə «subyektin hüququ» - bu konkret şəxsə məxsus olan hüquq olur. Subyektiv hüquq şəxsiyyətin azadlığını, bu və ya digər davranışının mümkünlüyünü, sərbəstlik və təşəbbüskarlıq göstərmək imkanını hüquqi cəhətdən təmin edir. İddia ərizəsindən və iş materiallarından belə aydın olur ki, iş üzrə iddiaçı qismində çıxış edən İddiaçı MMC nümayəndəsi olduğu X1 hüquqlarının müdafiəsi məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə 07 avqust 2020-ci il tarixdə müraciət etmişdir. Komitə tərəfindən xx.xx.2020-ci il tarixli 2-712/20 nömrəli məktubla İddiaçı MMCnin müraciəti aidiyyəti üzrə Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə göndərilmişdir. Lakin Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti tərəfindən müraciətə cavab verilməmişdir. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, onun müraciətinə cavab verilməməsinin qanunsuz hesab edilməsini və müraciəti cavablandırmaq vəzifəsinin üzərinə qoyulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.1-ci maddəsinə əsasən, fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən, fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. Qanunun mənasına görə, tam fəaliyyət qabiliyyəti 18 yaşa çatmaqla əldə olunur. Məhz 18 yaşa çatdıqdan sonra şəxs müstəqil surətdə mülki hüquq müqavilələri bağlaya bilər, əmlakı üzərində sərəncam verə bilər, hüquqi əhəmiyyətli başqa hərəkətlər edə bilər və bu hərəkətlərin nəticələrinə görə müstəqil surətdə əmlak məsuliyyəti daşıya bilər. Beləliklə, məhkəmə qanunvericiliyinin müddəalarını, eləcə də işin hallarını nəzərə alaraq hesab edir ki, hazırki iddia ərizəsi ilə iddia qaldırmaq hüququ İddiaçı MMC-yə deyil, X3 aiddir və hazırkı mübahisə üzrə İddiaçı MMC-nin hər hansı bir subyektiv hüququ yaranmamışdır. Bundan əlavə, iddia ərizəsində İddiaçı MMC “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunun normalarına istinad edir. Məhkəmə qeyd edir ki, həmin Qanunun 5.2-ci maddəsində qeyd edilir ki, bu Qanunun müddəaları vətəndaşların məhkəmə icraatı və ya inzibati icraat çərçivəsində etdikləri müraciətlərə şamil edilmir. Həmin Qanunun 3.0.1-ci maddəsinə əsasən müraciət edən şəxs – fiziki və ya hüquqi şəxs;3.0.2-ci maddəsinə əsasən müraciət – müraciətə baxan subyektə və ya onun vəzifəli şəxsinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı (o cümlədən elektron) formada göndərilən (təqdim edilən) və ya şifahi formada edilən fərdi və ya kollektiv təklif, ərizə, şikayət; 3.0.5-ci maddəsinə əsasən şikayət – pozulmuş hüquq və azadlıqların bərpası və müdafiəsi ilə bağlı tələbləri nəzərdə tutan müraciətdir. Göründüyü kimi, hazırki iş üzrə şikayətçi X4 nümayəndə vasitəsilə inzibati orqana şikayətini ünvanlamışdır. İddiaçı MMC də nümayəndəsi olduğu şəxsin adından deyil məhz öz adından şikayət ərizəsini Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə ünvanlamışdır. Belə olan halda da, nümayəndə vasitəsilə şikayət ərizəsi ünvanlayan şəxsin ərizəsi təmin edilmədiyi, baxılmadığı halda şəxsən (şikayətlə müraciət edən şəxs) məhkəməyə iddia ərizəsi ilə müraciət edə bilər. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia buna müvafiq subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırıldığına görə iddia mümkün sayılmamalıdır. Həmçinin, cavabdeh Xətai rayon İcra Hakimiyyətindən daxil olmuş iddiaya etirazdan və təqdim edilmiş sənədlərdən məlum olur ki, müraciətində qeyd edilənlərlə bağlı X4 dəfələrlə Xətai rayon İcra Hakimiyyətində qəbulda olmuş və ona ətraflı izahat verilmişdir. Bundan başqa məsələ ilə bağlı X3 cavabdeh tərəfindən rəsmi olaraq xx.xx.2020-ci il tarixdə Ə-191/8-068/8-t/1 saylı ətraflı cavab məktubu ünvanına göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARAALDİ: İddiaçı MMC-nin cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı (Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və X2 üçüncü şəxs olduğu) Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin qanunsuz hərəkətləri barədə 07 avqust 2020-ci il tarixli 507/20 saylı məktuba cavab verilməməsinin qanunsuz və əsassız hesab edilməsi və həmin məktubu cavablandırmaq vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3 Hakim: Araz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar