Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3525/2025 07.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X13 iştirakları ilə, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinə qarşı “mənzil kirayə müqaviləsinin bağlanması barədə sərəncamın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında yerləşən yaşadığı mənzilə dair İddiaçı ilə kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdeh Bakı şəhər İcra Hakimiyyəti,Səbail Rayon İcra Hakimiyyəti və Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, ünvan 2 ünvanında yerləşən yaşadığı mənzilin kirayə müqaviləsinin bağlanması barədə xx.xx.2023-cü il tarixli, **********986 nömrəli ərizə ilə Azərbaycan Respublikası Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyinə tərəfindən müraciət edilmişdir. Azərbaycan Respublikası Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən 31 Oktyabr 2023-cü il tarixli cavab məktubu verilmiş və həmin məktubda qeyd olunan siyahı üzrə sənədlərin verildiyi təqdirdə kirayə müqaviləsinin bağlanmasının mümkün olduğu bildirilmişdir. Azərbaycan SSR Sənaye Tikinti Birliyinin Bakı şəhərindəki,MKK-nun mənzil işləri üzrə komissiyasının 24 May 1990-cı il tarixli, 41 nömrəli qərarı ilə Bakı şəhəri,8-ci km qəsəbəsi(indiki Nizami rayonu) Babək prospekti 73 ünvanında yerləşən yaşayış binasının yaşyayış sahəsi 43,63 kv.62 metr olan 3 otaqlı 6 nömrəli mənzilinin kirayəçisi X8 qeydiyyatdan çıxması ilə əlaqədar olaraq onunla bağlanılmış mənzil kirayə müqaviləsi xitam edilmiş və həmin mənzilin kirayəçisi olaraq iki nəfər,atası X11 və onun arvadı,anası X20 qəbul edilməklə X9 ilə kirayə müqaviləsinin bağlanılmasına qərar verilib,X2 adına şəxsi hesab vərəqi açılıb. Bundan sonra "xxxx"Dövlət şirkəti nəzdində məzillərin özəlləşdirilməsi üzrə komissiyanın 05 Yanvar 1996-cı il tarixli qərarı ilə "xxxx" Dövlət şirkəti nəzdində yaradılmış mənzillərin özəlləşməsi və xüsusi mülkiyyətə verilmısi üzrə komissiya,vətəndaşların təqdim etdiyi ərizəyə və Azərbaycan Respublikasının 26 Yanvar 1993-cü il tarixli,’’Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanununa əsaslanaraq Bakı şəhəri,Babək Prospekti 73 ünvanında yerləşən yaşayış binasının üç otaqlı 06 nömrəli mənzili X2 xüsusi mülkiyyətə verilməsi qərara alınıb. X1 25 Oktyabr 2019- cu il tarixində vəfat etmişdir.Sözügedən mənzilə mülkiyyət hüququ dövlət reyestrində hələ də qeydiyyata ahnmayıb.Atamm vəfatından sonra anam X20 12 Sentyabr 2021-ci il tarixində vəfat etmişdir. Cavab məktubunda göstərilən bütün sənədlər artıq əldə edildikdən sonra yenidən cavabdeh idarəyə müraciət edilmişdir. Lakin Cavabdeh idarə 3-52-13/2M-xx-xx/2024 nömrəli,xx.xx.2021-ci il tarixli cavab məktubu verərək kirayə müqaviləsinin bağlanılmasından imtina etmişdir.Cavabdeh idarə imtinanın əsası kimi bildirmişdir ki, “mənzil fondu evlərində yaşayış sahəsinin kirayə müqaviləsi,yaşayış sahəsi orderi əsasında bağlanır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı xx.xx.2024-cü il tarixdə ərizə təqdim edərək, əsl olmayan cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əsl cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti ilə əvəz olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-14624/2024 nömrəli qərardadı ilə əsl olmayan cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi əsl cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti ilə əvəz olunmuşdur. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 149 saylı qərarı ilə təsdiq edilmiş siyahı üzrə Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1999cu il tarixli, 266 saylı sərəncamı ilə əvvəllər "Azərsənayetikinti” Dövlət Şirkətinə məxsus olmuş, Nizami rayonu, ünvan 5 ünvanda yerləşən yaşayış binası balansa qəbul edilmiş, hal-hazırda qeyd edilən bina və orada yerləşən 6 saylı mənzil dövlət mənzil fonduna aid olmaqla 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. İddiaçı yaşayış sahəsinə öz adına kirayə müqaviləsinin bağlanması barədə ərizəsinə Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2024-cü il tarixli, 3-52- 13/2-M-xx-xx/2024 saylı cavab məktubu ilə bildirilmişdir ki, "Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 73 ünvanında yerləşən 6 saylı mənzilin istifadənizə verilməsi barədə order təqdim edilmədiyindən xahişinizi təmin etmək mümkün olmamışdır.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan SSR Nazirlər Sovetinin (Azərbaycan Respublikası Nazirlər Kabinetinin) 14 oktyabr 1983-cü il tarixli, 418 nömrəli qərarı ilə təsdiq edilmiş "Mənzil şəraitinin yaxşılaşdırılmasına, ehtiyacı olan vətəndaşların uçota alınmasının və Azərbaycan SSR ərazisindəki yaşayış evlərinin bölüşdürülməsinin Nümunəvi qaydaları"nın 14-cü bəndinə görə, iş yerində uçota götürülmək haqqında vətəndaşların ərizələrinə və mənzil-məişət komissiyalarının apardığı yoxlamanın materiallarına müəssisə, idarə, təşkilat müdiriyyəti və həmkarlar ittifaqı komitəsi tərəfindən ərizənin daxil olduğu gündən bir ay müddətində baxılır və birgə qərar çıxarırlar. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna müdiriyyətin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə götürülmüş vətəndaşların siyahıları (2 nömrəli əlavə) və onların uçot işləri qərarın qəbul edildiyi vaxtdan 10 gündən çox olmayaraq, müdiriyyət və həmkarlar ittifaqı komitəsi tərəfindən yerli xalq deputatları Soveti İcraiyyə Komitəsinin təsdiqinə verilir. Eyni zamanda, "Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydalan"nm (XX çağırış Bakı Şəhər Xalq Deputatları Soveti 4-cü sessiyasının 1988-ci il 8 aprel tarixli qərarı ilə təsdiq edilmiş, sonrakı əlavə və dəyişikliklərlə) 21-ci bəndinə müvafiq olaraq vətəndaşların iş yerində mənzil növbəsinə uçota götürülməsi qaydaları təsbit edilmişdir. Bir daha bildiririk ki, "Nümunəvi qaydaları"n 32-ci bəndinin tələbinə görə, 'idarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə verilir". 01 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 48-ci maddəsinə görə, dövlət və ictimai mənzil fondu evində yaşayış sahəsinə köçmək üçün yeganə əsas verən sənəd order sayılır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Həmin Məcəlləsinin 51-ci maddəsinə görə, dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla-mənzil istismar təşkilatı (belə təşkilat olmadıqda isə, idarə, təşkilat) ilə icarədar- adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə, qanuna və ya digər normativ hüququ aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinə görə, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Həmin Məcəllənin 165.1-ci maddəsinə görə, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyması üçün iddia verə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Bu Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.4-cü maddəsində nəzərdə tutulmuş qaydada həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallarda, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şarnil olunur. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47.2, 48.2 və 68-69-cu maddələrini rəhbər tutaraq məhkəmədən, İddiaçı cavabdeh Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 73 ünvaninda yerləşən 6 saylı mənzilə dair hüquqmüəyyənedici sənəd təqdim olunmadığından kirayə müqaviləsinin bağlanmasına dair sərəncam verilməsi tələbinə dair iddiasının mümkün sayılmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinə dəqiqləşdirmə barədə ərizə təqdim edərək Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında yerləşən mənzilə dair kirayə müqaviləsinin bağlanması barədə sərəncamın verilməsi vəzifəsinin cavabdehi üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, eyni tarixli qərardadla iddia təlbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazı müdafiə edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, xx.xx.1993-cü il təvəllüdlü İddiaçı Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AZ-İİ seriyalı 050778 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.2019-cu il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 2113 nömrəli qeyd aparılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən görünür ki, xx.xx.2019-cu il tarixdə ölmüş X11 vərəsəsi arvadı X20 - Bakı şəhəri, Babək pr, ev 73, mən. 6 (AZE 09184892, xx/xx/2011 - BAKİ-NİZAMİ RPİ) və o miras əmlakdan 1/2 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak AR DİN BDYPİ QİŞ tərəfindən verilmiş xx/xx/2014 tarixli AC050825 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi XTA**********4441, mühərrikin nömrəsi ******* və buraxılış ili 2008 olan VAZ 21074 MİNİK markalı 90DP127 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. İş materiallarına əlavə edilmiş AZ-İİ seriyalı 199784 nömrəli “Ölüm haqqında Şəhadətnamədən” görünür ki, X20 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 730 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" Dövlət şirkəti nəzdində məzillərin özəlləşdirilməsi üzrə komissiyanın 05 Yanvar 1996-cı il tarixli qərarında göstərilmişdir ki, Bakı şəhəri, Babak qəsəbəsinin 73 saylı evin 3 otaqlı mənzili əvəzsiz olaraq X2 xüsusi mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan SSR Sənaye Tikinti birliyinin Bakı şəhərindəki MKK-nın mənzil işləri üzrə komissiyasının xx.xx.1990-cı il tarixli 4 nömrəli Qərarında göstərilmişdir ki, Bakı şəhəri Babək prospekti 73 nömrəli evdəki, yaşayış sahəsi 43.62 kv.m olan 3 otaqlı 6 nömrəli mənzilin kirayəsi X10 yaşayış yerini dəyişdiyinə görə xx.xx.1989-cu ildəqeydiyyatdan çıxmışdır. Həmin mənzildə yaşayan kirayəçinin kürəkəni X11 onunla mənzil kirayə müqaviləsi bağlanması haqqında MKK-na müraciət etmişdir. Ailənin digər üzvlərinin razılığı vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan SSR Mənzil Məcəlləsinin 85-ci maddəsinə müvafiq olaraq komissiya qərara alır: Bakı şəhəri, 8km qəsəbəsi, Babək prospekti 73 nömrəli evdəki yaşayış sahəsi 43.62 kv.m olan 3 otaqlı 6 nömrəli mənzilin kirayəşisi X4 qeydiyyatdan çıxması ilə əlaqədar olaraq onunla bağlanmış mənzil kirayə müqaviləsi xitam olunsun, həmin mənzilin kirayəçisi 2 nəfər(özü və arvadı) ilə birlikdə X11 hesab edilsin və onunla mənzil kirayə müqaviləsi bağlansın. Bu qərarın surəti icra üçün MKK-nın 2 nömrəli evlər idaarəsinə və vətəndaş X6 göndərilsin. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Tikinti Nazirliyi Mənzil Kommunal Kontorunun xx.xx.1990-cı il tarixli məktubundan görünür ki, Azərbaycan SSR Sənaye Tikinti Birliyinin Bakı şəhərindəki MKK-nın mənzil işlri üzrə komissiyasının xx.xx.1990-cı il tarixli 4 nömrəli qərarına əsasən Bakı şəhəri, ünvan 1-nın kirayəçisi X4 qeydiyyatdan çıxması ilə əlaqədar olaraq onunla bağlanmış mənzil kirayə müqaviləsi xitam olunmuş, həmin mənzilin kirayəçisi özü və arvadı ilə birlikdə X11 hesab edilsin və onunla mənzil kirayə müqaviləsi bağlansın. İş materiallarına əlavə edilmiş 1 saylı Xüsusi Təyinatlı Mənzil-X5 10 saylı Mənzil- Kommunal İstismar Sahəsinin xx.xx.2020-ci il tarixli 62 nömrəli Arayışında göstərilmişdir ki, Bakı şəhəri, ünvan 1-da yaşayırş. Mənzil 43.62 kv.m olan 3 otaqdan ibarrətdir. 5 mərtəbəli evin 2-ci mərtəbəsində yerləşir. Mənzil 1 saylı Xüsusi təyinatlı MKTB-yə məxsusdur. Mənzilin sahibi X7r. X20 və X15 ünvanda daimi qeydiyyatdadırlar. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli 18/2-36746/2024 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı xx.xx.2009-cu il tarixdən Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Qeyd olunan şəxsin qeydiyyata alınmasına əsas olmuş sənədlərin saxlanma müddəti bitdiyi üçün müvafiq qaydada məhv edildiyindən göndərilməsi mümkün olmamışdır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli 18/2-36746/2024 nömrəli məktubunda göstərilmişdir ki, Bakı şəhəri, ünvan 1 ünvanında xx.xx.1993-cü il təvəllüdlü İddiaçı və xx.xx.2021-ci il təvəllüdlü X21 yaşayış yeri üzrə qeydiyyatdadırlar. Məhkəmə sorğusuna cavab olaraq Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2024-cü il tarixli 3-52-13/2-982/2024 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999cu il tarixli, 149 saylı Qərarına əlavə edilmiş siyahı üzrə əvvəllər "xxxx" Dövlət Şirkətinə məxsus olmuş, Bakı şəhəri, Nizami rayonu, ünvan 1-da yerləşən yaşayış binası balansa qəbul edilmişdir. Hal-hazırda qeyd olunan yaşayış binası dövlət mənzil fonduna 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci 2025-ci il tarixli 3- 21-3-30/2-3344/2025 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı adına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 1 Saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyi xx.xx.2025-ci il tarixli 3-52-13-13/2-49/2025 nömrəli məktubunda göstərilmişdir ki, Birliyin balansında olan və Nizami rayonu ərazisində yerləşən Babək prospekti 73 saylı bina 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olmaqla Xüsusi Təyinatlı Fonda aiddir. Babək prospekti 73 saylı binanın 6-cı mənzili 1990-cı ildə əvvəlki kirayəçinin qeydiyyatdan çıxması ilə əlaqədar qızının həyat yoldaşı X2 müraciətinə əsasən Az SSR Sənaye Tikinti birliyinin MKX-nin komissiyasının xx.xx.1990-cı il tarixli 41 saylı mənzil kirayə müqaviləsi bağlanması barədə qərarı olub, lakin icrası barədə məlumat yoxdur. Ə.Məmmədov vəfat edib. Hal-hazırda sözügedən mənzilə dair heç bir hüquqmüəyyənedici sənəd yoxdur. Hazırda həmin mənzildə Ə.Məmmədovun oğlu İddiaçın tək qeydiyyatadır və yaşayır. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Komunal Təsərrüfat Departamentinin xx.xx.2024-cü il tarixli 3-52-13/3-M-xx-xx/2024 nömrəli məktubunda göstərilmişdir ki, dövlət mənzil fondu evlərində yaşayış sahəsinin kirayə müqaviləsi, yaşayış sahəsi orderi əsasında bağlanır. Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 73 ünvanında yerləşən 6 saylı mənzilin istifadənizə verilməsi barədə order təqdim edilmədiyindən xahişinizi təmin etmək mümkün olmamışdır. Beləliklə, işin hallarından müəyyən olunur ki, iddiaçı Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 73 ünvanında yerləşən 6 saylı mənzilin kirayə müqaviləsi üzrə kirayəçisinin atası mərhum atası X11 olduğunu, özünün mərhumun sağlığında və hazırda vəfatından sonra həmin mənzildə qeydiyyatda olmaqla yaşadığını, atası X2 və anası X14 vəfat etdiyini əsas gətirərək sözügedən mənzilə dair kirayə müqaviləsinin onunla bağlanması barədə sərəncam verilməsi ilə bağlı cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə müraciət etmiş, cavabdeh iddiaçının mənzilə dair orderinin olmadığına istinad edərək müraciətin təminindən imtina etmişdir. İddiaçı hazırkı tələbində cavabdehin qeyd edilən imtinasını əsasız hesab edərək mənzilə dair onunla kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını mübahisələndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Hazırkı iddiaçının tələbi kirayə müqaviləsinin bağlanması barədə sərəncamın - iddiaçı barəsində əliverişli inzibati aktın qəbul edilməsidir ki, qeyd edilən tələb məcburetmə haqqında iddia növünə aiddir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. Beləliklə, iddianın mümkünlük şərtləri ödənilir. İddia mahiyyət üzrə əsaslıdır. İş materiallarından görünür ki, Bakı şəhəri, Nizami rayonu, ünvan 5 bina dövlət mənzil fonduna aid olmaqla 1 saylı Xüsusi təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olmaqla sərəncamvericisi qismində Bakı Şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamenti çıxış edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 149 saylı qərarı ilə təsdiq edilmiş siyahı üzrə Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli, 266 saylı sərəncamı ilə əvvəllər "Azərsənayetikinti” Dövlət Şirkətinə məxsus olmuş, Nizami rayonu, ünvan 5 ünvanda yerləşən yaşayış binası balansa qəbul edilmiş, halhazırda qeyd edilən bina və orada yerləşən 6 saylı mənzil dövlət mənzil fonduna aid olmaqla 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. İş materiallarından müəyyən olunur ki, sözügedən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 73 ünvanında yerləşən mənzil 6-nın mənzilin ilkin kirayəçisi X3muş, onun yaşayış yerini dəyişdiyi və qeydiyyatdan çıxdıqdan sonra həmin mənzil barədə Azərbaycan SSR Sənaye Tikinti Birliyinin Bakı şəhərindəki MKK-nın mənzil işləri üzrə Komissiyasının xx.xx.1990-cı il tarixli 41 nömrəli qərarı əsasında X11 ilə kirayə müqaviləsi bağlanmışdır. Sözügedən sahəsi 43.62 kv.m olan 3 otaqlı mənzildə X11 arvadı X20 (qərarda arvadı da qeyd edilmişdir) və oğlu İddiaçı ilə birlikdə qeydiyyatda olmaqla birlikdə yaşamışlar. Mənzil Məcəlləsinin: -59.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. -59.2-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi müddətsiz (onun qüvvədə olma müddəti müəyyənləşdirilmədən) bağlanılır. -59.3-cü maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi almağa hüquq verən əsasların və halların dəyişməsi yaşayış sahəsinin sosial kirayə müqaviləsinin ləğv edilməsinə əsas deyil. -60.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi ilə verilən yaşayış sahəsindən bu Məcəlləyə və sosial kirayə müqaviləsinə əsasən istifadə edilir. -62.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır. -68.1-ci maddəsinə görə sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. -68.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. -69.1-ci maddəsinə görə kirayəçinin öz ailə üzvlərini (arvadını (ərini), uşaqlarını və valideynlərini) sosial kirayə müqaviləsi əsasında yaşadığı yaşayış sahəsinə köçürmək hüququ vardır. -69.2-ci maddəsinə əsasən kirayəçinin yetkinlik yaşına çatmış öz ailə üzvlərinin, o cümlədən müvəqqəti başqa yerə getmiş ailə üzvlərinin və kirayəyə verənin yazılı razılığı ilə digər vətəndaşları onunla birlikdə yaşayan ailə üzvləri kimi sosial kirayə müqaviləsi əsasında yaşadığı yaşayış sahəsinə köçürmək hüququ vardır. Kirayəyə verən vətəndaşların kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri kimi köçürülməsini o halda qadağan edə bilər ki, onların köçürülməsi nəticəsində müvafiq yaşayış sahəsinin ailə üzvlərinin adambaşına düşən ümumi sahəsi uçot normasından az olsun. -69.3-cü maddəsinə görə vətəndaşların kirayəçinin ailə üzvləri kimi yaşayış sahəsinə köçürülməsi yaşayış sahəsinin sosial kirayə müqaviləsində kirayəçinin yeni ailə üzvünün qeyd olunması zəruriliyi hissəsində dəyişikliyə səbəb olur -81.2-ci maddəsinə əsasən kirayəçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvü digər ailə üzvlərinin və kirayəyə verənin razılığı ilə əvvəl bağlanmış sosial kirayə müqaviləsi üzrə ilkin kirayəçi əvəzinə özünün kirayəçi kimi tanınmasını tələb etmək ixtiyarı vardır. Bu hüquq kirayəçinin vəfat etdiyi halda onun fəaliyyət qabiliyyətli bütün ailə üzvlərinə məxsusdur. -82.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi tərəflərin razılığı ilə istənilən vaxt ləğv edilə bilər -82.5-ci maddəsinə görə sosial kirayə müqaviləsinə yaşayış sahəsinin itirilməsi (sökülməsi), yaşayış sahəsində tənha yaşayan kirayəçinin vəfatı ilə bağlı xitam verilir. Sadalanan normalardan görünür ki, sosial kirayə müqaviləsi üzrə mənzilin kirayəçisi tanınmış şəxsin öz ailə üzvlərini və ya onunla birgə təsərrüfat aparan digər ailə üzvlərini kirayəçisi olduğu mənzilə köçürmək hüququ vardır. Kirayəçinin həmin mənzilə başqa şəxsin köçürməsi halı kirayə müqaviləsində kirayəçinin yeni ailə üzvünün qeyd olunması əsası ilə dəyişikliyə səbəb olur. Eyni zamanda kirayəçi vəfat etdiyi halda kirayəçinin ailə üzvləri vəfat etmiş kirayəçinin yerinə özlərinin mənzilin kirayəçi kimi tanınmasını və yaxud kirayə müqaviləsinin adına bağlanmasını tələb etmək hüququ vardır. Hazırkı iş üzrə müəyyən olunur ki, xx.xx.1990-cı il tarixli 4 nömrəli qərarla X11 arvadı ilə birlikdə mənzilin kirayəçisi kimi tanınmış, xx.xx.2019-cu ildə X11 və xx.xx.2021-ci ildə arvadı X20 vəfat etmişdir. Mənzilin kirayəçisi X2 vəfatından sonra da iddiaçı həmin mənzildə hazırki tarixədək faktiki yaşamaqla yetkinlik yaçına çatmayan qızı ilə qeydiyyatdadır. Göründüyü kimi mənzilin hazırkı balansaxlayıcısı da mənzil kirayəçisinin vəfatı ilə bağlı kirayə müqaviləsinə xitam verməmiş, mənzili geri tələb etməmiş, hazırkı halda mənzil iddiaçının yaşayış yeri olmaqla faktiki istifadəsindədir. Qeyd edilənlərə əsasən məhkəmə cavabdehin mənzilə dair orderin təqdim edilməməsini müraciətin təminindən imtinaya dair irəli sürdüyü dəlillərini formal mülahizə kimi qiymətləndirir. İddiaçının hazırkı halda qüvvədə olan Mənzil Məcəlləsinin tələbinə əsasən kirayə hüquq münasibətlərindən irəli gələn “qazanılmış hüququ” mövcuddur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının məhkəmə təcrübəsinin vahidliyini təmin edən 03/2020 nömrəli 08 oktyabr 2020-ci il tarixli Qərardadında qeyd edilmişdir ki, qazanılmış hüquq – yarandığı an hüquqa uyğun olan, şəxsin xeyrinə yeni hüquqi status yaratmaqla və ya dəyişməklə faktiki və hüquqi nəticələr doğuran, eləcə də fərdin özü üçün qətiləşmiş tələb etmə hüququ yaradan, lakin daha sonra qanunvericiliyin dəyişməsinə baxmayaraq hüquq nizamının qorumalı olduğu haqqdır. Hər hansı bir konkret halda qazanılmış hüququn varlığından söz edə bilmək üçün şəxsə aid artıq yaranmış (tamamlanmış) və hüquqi müdafiə altına alınmış bir vəziyyət mövcud olmalıdır. Qazanılmış hüququn mövcud olması üçün sözügedən hüquq müəyyən bir müddət üçün verilməməlidir. Çünki, həmin müddət ərzində istifadə edilmədikdə müddətin bitiməsindən sonra hüquqla bağlı müdafiə təminatı da ortadan qalxmış olur. Konvensiyaya əlavə 1 saylı Protokolun 1-ci maddəsi özündə qazanılmış daşınan və daşınmaz əmlakı, maddi və qeyri-maddi əmlakı birləşdirən mülkiyyət hüququnu qoruyur (İatridis Yunanıstana qarşı işi üzrə Böyük Palatanın qərarı, § 54; Beyeler İtaliyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § 100). Bu maddə, həmçinin şəxsin mülkiyyət hüququnun əldə edilməsinə dair “qanuni gözləntisi”ni də müdafiə edir (X19 S.A. və digərləri Belçikaya qarşı işi üzrə qərarı, § 31). Şəxsin ən azından mövcud (və ya qazanılmış) mülkiyyətinin və ya əmlakının, o cümlədən iddialarının reallaşacağına dair "qanuni gözləntisi" olduğunu iddia edə bildikdə, “qanuni gözləntilər” həmçinin mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər (X17-Adam İİ Almaniyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § 83). Sözügedən “gözlənti” mülkiyyətə dair qanunvericilik aktına və ya normalarına əsaslandıqda “qanuni” hesab olunur (Kopecký Slovakiyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, §§ 45-52). Mülkiyyət maraqlarına aid "gözlənti" "qanuni" hesab olunması üçün sadəcə ümidə yox, daha konkret bir xarakter daşımalı və hüquq normasına və ya məhkəmə qərarı kimi digər hüquqi akta əsaslanmalıdır (Kopecký Slovakiyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, §§ 49-50; Sentro Avropa 7 S.R.L. və di Stefano İtaliyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § 173; Béláné Naqi Macarıstana qarşı işi üzrə Böyük Palatanın qərarı, § 75). İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın iddia predmeti olan mənzilə dair kirayə müqaviləsinin bağlanmasından imtinası əsassız olmaqla iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Odur ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında yerləşən mənzilə dair İddiaçı ilə kirayə müqaviləsinin bağlanması öhdəliyi cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14, 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında yerləşən mənzilə dair İddiaçı ilə kirayə müqaviləsinin bağlanması barədə sərəncamın verilməsi vəzifəsi cavabdeh Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-3525/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3525/2025
07.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver