Məhkəmə qərarları › İş №2-1(112)-3527/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3527/2021

11.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3527/2021 11.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirаkı ilə, İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və dayandırılmış pensiya ödənişinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-4040/20217 saylı, 29.09.2017-ci il tarixli qərarı əsasında ona təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənişinin dayandırılmasına dair cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və dayandırılmış pensiya ödənişinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1959-cu ildə anadan olmuşdur. İşlədiyi müddətdə dənizdə neftçi olmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4040/2017 saylı, 29.09.2017-ci il tarixli qərarı ilə ona 24.03.2009cu il tarixdən, 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin əmək haqları nəzərə alınmaqla təyin edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin üzərinə qoyulmuşdur.Birinci İnstansiya Məhkəməsinin qəbul etdiyi qərardan apelyasiya şikayəti verilməmişdir. Məhkəmənin qərarı 29 sentyabr 2017-ci il tarixdən qanuni qüvvəyə minmiş və ona pensiya təyin edilmişdir.Lakin 2020-ci ilin oktyabr ayından ona təyin edilmiş pensiya məbləğinin ödənişi dayandırılmışdır. Pensiya ödənişinin dayandırılmasının səbəbi barədə ona rəsmi məlumat verilmir. Dəfələrlə müxtəlif orqanlara şikayət etmişdir. Lakin heç bir nəticəsi olmamışdır.Ona 2017-ci ildə məhkəmə qərarı əsasında təyin edilmiş pensiyanın dayandırılması özbaşınalıq və qanunsuzluqdur. Onun pensiyası tam qanunidir. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə qərarının icrası qanunsuz olaraq dayandırılmışdır. Pensiyasını dayandırmışlar və ona məlumat verməmişlər. Hal-hazırda öhdəsində xəstə yoldaşı, övladları, bir neçə banka kredit borcu var. Pensiyasının verilməməsi onu ağır vəziyyətə salmışdır. Dəfələrlə müraciət etməyinə baxmayaraq pensiya ödənişi bərpa edilmir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən Məhkəmə iş üzrə kifayət qədər araşdırmanın aparıldığı, lazimi sorğulara cavab məktublarının daxil olduğunu üçün şifahi məhkəmə baxışı iclasında iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X2 təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirdi və mübahisənin ədalətli həll olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, cavabdehin nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: - AZE 0******* saylı şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1959-cu il təvəllüdlüdür, ünvan 1 ünvanında qeydiyyatdadır. - 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 avqust 2017-ci il tarixli 2-1(82)- 4040/2017 nömrəli qərarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı “işlədiyi iş illərinin sosial sığorta stajına daxil edilməklə, 2004-2005-ci il illərin əmək haqları nəzərə alınmaqla 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iddiası təmin edilmiş, İddiaçı 25.06.1974-ci ildən 30.09.1976-cı ilədək işlədiyi, 21.10.1977-ci ildən 24.09.1979-cu ilədək Hərbi Xidmətdə olduğu müddətin, 23.11 1979-cu ildən 14.10.1981-cu il tarixədək "Xəzərdəniztəmirtikinti" Trestinin Tikintini Mexanikləşdirmə İdarəsində, 21.10.1981-ci ildən 16.05.1988-ci il tarixədək Avtobus Parkında, 17.05.1988-ci ildən 12.11.1993-cü ilədək "Zığ Avtokolonunda", 01.12.1993-cü ildən 01,09.1994-cü ilədək Suraxanı rayon İcra Hakimiyyəti Nəzdində Təmir Tikinti Sahəsində, 05.09.1994-cü ildən 01.01.2006-cı ilədək "Qum adası" NQÇİ-də, işlədiyi iş illərinin 1 (bir) nömrəli siyahı üzrə sosial sığorta stajına daxil edilərək ona 24.03.2009-cu il tarixindən 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 2004-2005-ci illərin əmək haqqları nəzərə alınmaqla təyin edilməsi və həmin vaxtdan yaranacaq fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinin üzərinə qoyulmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Suraxanı rayon şöbəsinin 12 oktyabr 2017-ci il tarixli18/045713 nömrəli məktubundan görünür ki, İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Suraxanı rayon şöbəsinə qarşı pensiyanın təyin edilərək ödənilməsi tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4040/17 saylı iş üzrə 29.09.2017-ci il tarixli qərarı tərəflərindən icra olmuşdur. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən İddiaçı ünvanlanmış 05 fevral 2021-ci il tarixli **********4 nömrəli və 16 fevral 2021-ci il tarixli **********2 nömrəli məktubların Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış 13 iyul 2021-ci il tarixli **********5 nömrəli “Pensiya ödənişinin dayandırılması haqqında” məktubun məzmununda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar olaraq İddiaçı vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Daxili nəzarət və audit şöbəsi tərəfindən araşdırılması məqsədilə adıçəkilən şəxsə əmək pensiyasının ödənişi 04.11.2020-ci il tarixindən dayandırılmışdır. İddiaçı pensiya ödənişinin bərpa edilməsi barədə bu günədək Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala hər hansı məlumat daxil olmamışdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 29 sentyabr 2021-ci il tarixli **********3 nömrəli məktubla təqdim olunnmuş “Pensiya işinə dair sənədlərin göndərilməsi haqqında” sənədlərdən görünür ki, İddiaçı əvvəlcə Suraxanı rayon şöbəsi tərəfindən 2016-cı ildə Qum adası NQÇİ-də və Bahar Enerji-də texnoloji qurğulara xidmət üzrə çilingər və maşinist peşəsinə görə 2 №-li siyahı ilə 57 yaşdan 24.03.2016-cı ildən 241,71 manat məbləğində güzəştli şərtlərlə pensiya təyin edilmişdir. 2017-ci ilin avqustunda 1 instansiya məhkəməsi vasitəsilə 24.03.2009-cu ildən 50 yaşından (2005-2005-ci illərin əməkhaqqı ilə) 1 №-li siyahıya əsasən əvvəlki dövrlərə fərq məbləği hesablanmaqla yüksək məbləğdə güzəştli şərtlərlə pensiya təyin olunmasına nail olunmuşdur. Qanuna əsasən onun pensiya hüququ əvvəlki təyinat zamanı olduğu kimi 57 yaşındadır, yəni onun 50 yaşdan hüququ yoxdur və 2004-2005-ci illərin əmək haqqından hesablanması qanunvericilikdə nəzərdə tutulmadığından aylıq məbləği hazırda 327,60 manat olmalıdır.Məhkəmə qərarı əsasında 2009-cu ildən hesablanmış pensiya məbləği hazırda 833,35 manat təşkil etmişdir. Ötən dövrlərə hesablanmış cəmi fərq məbləği tam müəyyən edilməsə də, PAS-da olan məlumatda vətəndaşa 01.11.2018-01.11.2020-ci il ərzində 16792,0 manat məbləğ hissə-hissə ödənilmişdir.Araşdırma ilə əlaqədar 01.11.2020-ci ildən ödəniş dayandırılmışdır. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etdi ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsi tərəfindən 57 yaşdan 24.03.2016-cı ildən 241,71 manat məbləğində güzəştli şərtlərlə pensiya təyin edilmişdir. 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 29 avqust 2017-ci il tarixli 2-1(82)-4040/2017 nömrəli qərarı ilə İddiaçı 25.06.1974-ci ildən 30.09.1976-cı ilədək işlədiyi, 21.10.1977-ci ildən 24.09.1979-cu ilədək Hərbi Xidmətdə olduğu müddətin, 23.11 1979-cu ildən 14.10.1981-cu il tarixədək "Xəzərdəniztəmirtikinti" Trestinin Tikintini Mexanikləşdirmə İdarəsində, 21.10.1981-ci ildən 16.05.1988-ci il tarixədək Avtobus Parkında, 17.05.1988-ci ildən 12.11.1993-cü ilədək "Zığ Avtokolonunda", 01.12.1993-cü ildən 01,09.1994-cü ilədək Suraxanı rayon İcra Hakimiyyəti Nəzdində Təmir Tikinti Sahəsində, 05.09.1994-cü ildən 01.01.2006-cı ilədək "Qum adası" NQÇİ-də, işlədiyi iş illərinin 1 (bir) nömrəli siyahı üzrə sosial sığorta stajına daxil edilərək ona 24.03.2009-cu il tarixindən 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 2004-2005-ci illərin əmək haqqları nəzərə alınmaqla təyin edilməsi və həmin vaxtdan yaranacaq fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinin üzərinə qoyulmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 avqust 2017-ci il tarixli 2-1(82)-4040/2017 nömrəli qərarı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsi tərəfindən icra edilmişdir. Lakin İddiaçı əmək pensiyasının ödənişi 04.11.2020-ci il tarixindən dayandırılmışdır. İddiaçı təyin edilmiş əmək pensiyasının bərpa edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, müraciəti təmin edilməmişdir. Məhkəmə hesab edir ki, bu imtina əsassızdır. Belə ki, iddiaçıya məhkəmə qərarı ilə 24.03.2009-cu il tarixindən 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 2004-2005-ci illərin əmək haqqları nəzərə alınmaqla təyin edilmiş, həmin qərarın yuxarı instansiya məhkəməsi tərəfindən ləğv edilməsi isə iş materialları ilə müəyyən edilməmişdir. Eyni zamanda qeyd olunan qərar icra olunmuşdur. Məhkəmə xüsusi əhəmiyyətlə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsi ilə müəyyən edilir ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Eyni zamanda İPM-nin 79-cu maddəsi ilə də müəyyən edilir ki, məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. Göründüyü kimi məhkəmə qərarının icrası məcburi şərt kimi müəyyən edilmişdir. Cavabdeh isə 2017-ci il tarixdən icra edilən məhkəmə qərarının icrasını heç bir əsaslı səbəb gətirmədən dayandırmış, 13 iyul 2021-ci il tarixli **********5 nömrəli məktubunda iddiaçıya pensiya ödənişinin ödənilməsindən imtinaya səbəb olaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinə istinad etsə də, iddiaçının əmək pensiyasının dayandırılmasına səbəb olan halları konkret olaraq göstərməmişdir. Bundan başqa, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həminaktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsiiddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunukonkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, beləşərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Beləliklə, iddiaçıya 2009-cu il tarixdən 55 yaşdan əmək pensiyası təyin edilməsi ilə bağlı məhkəmə qərarı qüvvədə olduğu, yuxarı instansiya məhkəməsi tərəfindən ləğv olunmadığı müddətdə təyin edilən pensiyanın qanuniliyi və əsaslılığı müzakirə edilə bilməz. Qeyd olunanları nəzərə alaraq Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinəçatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əməlik qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Göstərilənlərə əsasən, Məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı iddiası təmin edilməli, iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənişinin dayandırılmasına dair cavabdehin hərəkətləri qanunsuz hesab edilməli və dayandırılmış pensiya ödənişinin bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası təmin edilsin. İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənişinin dayandırılmasına dair cavabdehin hərəkətləri qanunsuz hesab edilsin və dayandırılmış pensiya ödənişinin bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar