Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3528/2024 19.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh oğlunun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş məbləğ fərqinin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı tərəfin ərizəsi nəzərə alınaraq məhkəmənin müvafiq qərardadı ilə iddia tələbi iddiaçının 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş məbləğ fərqinin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi kimi dəqiqləşdirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasinin təyin edilməsi ilə bağlı cavabdehə müraciət etsə də, imtina edilmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, 1979-1985-ci illərdə orta texniki peşə məktəbində (texnikomda) aldığı təhsil və hərbi xidmət keçməsi, eləcə də xx.xx.1985xx.xx.1987-ci illərdə əmək fəaliyyəti ilə məşğul olmağı, həmçinin, xx.xx.1996-xx.xx.2013-cü illər arasında zərərli sahədə, yəni rəngsaz peşəsində çalışmağı cavabdeh tərəfindən sosial sığorta stajı kimi nəzərə alınmamışdır. SOCAR tərəfindən verilmiş yuxarıda göstərilən hər iki güzəştli arayışda AR Nazirlər Kabinetinin 12 saylı Qərarına istinad edilərək bilavasitə zərərli sahədə çalışdığı üçün iddiaçıya işlədiyi peşələrin Nazirlər Kabinetinin 12 saylı Qərarında göstərilən peşələrlə uyğun gəldiyi barədə güzəştli arayış vermişdir. Həmçinin cavabdehin imtinasında qeyd etdiyi “17 iyul 2023-cü il tarixli SC-PS-2023-290 nömrəli arayışda isə rəngsaz vəzifəsində əmək fəaliyyəti ilə məşğul olduğunuz zaman tətbiq etdiyiniz maddələrin təhlükəlilik sinifi və həmin sinifin hansı sənədlərə əsasən müəyyən edildiyi barədə hər hansı məlumat qeyd olunmayıb. Göstərilən səbəblərdən də sizin güzəştli iş stajınız yoxdur” kimi münasibət bildirməsi də əsassızdır. Belə ki, sözügedən gözəştli arayışın “Qeyd” hissəsində buna açıq-aşkar aydınlıq gətirilmişdir. Arayışda qeyd edilmişdir ki, Qeyd: İddiaçı Firuddin oğlunun neft rezevuarlarında, gəmi bölmələrində, neft tanklarında, neft platformalarında yuxarıda qeyd edilmiş vəzifələrdə işləyərkən istifadə etdiyi təhlükəliliyi 3-cü dərəcəli aşağı olmayan zərərli maddələrdən ibarət boyaların tərkibi (l-metoksi-2-propanol, həlledici nafta (neft), ağır qoxu, ksilen, 2-metilpropan-l-ol, 3,6diazaoktanetilendiamin, epoksi qatran (700<MW<=1100), kristal silisium, nəfəs ala bilən toz (<10 mikron), barium sulfat, n-butil asetat və s.) göstərildiyi sənədlər bu arayışa əlavə edilmişdir (əsas "xxxx"in SC-PS-2023-290 saylı 17 iyul 2023-cü il tarixli şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair arayış)”. Həmçinin əmək kitabçasına əsasən xx.xx.1996-xx.xx.2013-cü il tarixlərində “STORK” (əvvəlki adı ”RİQBLAST”) şirkətində rəngsaz peşəsində çalışmışdır ki, bu da öz növbəsində güzəştli sayılmasına baxmayaraq cavabdeh buna ümumiyyətlə münasibət bildirməyərək sığorta stajını nəzərə almamışdır. Hansı ki, bu dövrləri sübut edən əmək kitabçası vardır. Bütün bunlara baxmayaraq cavabdeh əmək kitabçası ilə sübut olunan 11 il 05 ay güzəştli sosial sığorta stajını nəzərə almamışdır. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaçının tələbinə etiraz edilərək bildirilmişdir ki, İddiaçı müraciətinə baxılaraq xx.xx.2023-cü il tarixli 3-17-1/2-T- 219940/2023 nömrəli imtina məktubu ilə qanunvericiliklə tələb olunan güzəştli iş stajının və pensiya kapitalının olmaması səbəbindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün hesab edilmədiyi bildirilmişdir. Cavabdeh “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin hazırda qüvvədə olan redaksiyasına, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na (bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri (29) bölməsinin mütəxəssislər (b) bəndində tikinti və quraşdırma işləri üzrə ustalar və ümumi peşələr bölməsində (35) təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar) istinad edərək bildirmişdir ki, iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən SOCAR Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu tərəfindən verilmiş 24 iyul 2023-cü il tarixli, 14-2-8-T-1-42/2023-39 nömrəli arayışda İddiaçı xx.xx.1987-xx.xx.1991-ci il arasındakı dövr ərzində sözügedən müəssisənin keyfiyyətə nəzarət şöbəsində usta, xx.xx.1991-xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində Şelflayihətikinti LTSB-nin boru hazırlama zavodunda keyfiyyətə nəzarət şöbəsində baş usta, xx.xx.1992-xx.xx.1996-cı il tarixləri arasındakı dövr ərzində isə həmin müəssisənin texniki nəzarət şöbəsində baş usta, "xxxx" LLC-nin 17 iyul 2023-cü il tarixli SC-PS-2023- 290 nömrəli iddiaçıya dair arayışında isə xx.xx.2013-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində həmin müəssisənin dəniz platformalarında göyərtə işləri üzrə mütəxəssisrəngsaz vəzifəsində, xx.xx.2014-xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzində dəniz platformalarında çoxixtisaslı texnik-helikopter enişi üzrə işçi və xx.xx.2017-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində rəngsaz vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi iddiaçının işlədiyi usta və baş usta vəzifələri 24 iyul 2023-cü il tarixli, 14-2-8/2-T-1- 42/2023-39 nömrəli arayışda istinad edilən Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan tikinti və quraşdırma işləri üzrə usta vəzifəsinə uyğun deyil. Eyni zamanda 17 iyul 2023-cü il tarixli SC-PS-2023-290 nömrəli arayışda rəngsaz vəzifəsində əmək fəaliyyəti ilə məşğul olan zaman İddiaçı tətbiq etdiyi maddələrin təhlükəlilik sinifi və həmin sinifin hansı sənədlərə əsasən müəyyən edildiyi qeyd edilməmişdir. Göstərilən səbəblərdən də İddiaçı güzəştli iş stajı yoxdur. Belə olan halda İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün hesab edilməmişdir. Göstərilənlər nəzərə alaraq iddia tələbinin təmin edilməməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili dəqiqləşdirilmiş iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddiaçı hazırkı tələbi ilə bağlı iddia qaldırmamışdan əvvəl cavabdeh inzibati orqana müraciət etmiş, iddia aidiyyət qaydalarına əməl olunmaqla düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür. Azərbaycan Respublikasının vətəndaşıdır. -cavabdeh Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə müraciətinə aidiyyəti üzrə baxılmış və etiraza uyğun məzmunda cavab verilərək təmin edilməsindən imtina edilmişdir. -xx.xx.1975-ci ildən doldurulmağa başlanmış iddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, İddiaçı Neft istehsalat sahəsində xx.xx.1975-ci ildən xx.xx.1976-cı il tarixədək, xx.xx.1976-cı ildən xx.xx.1977-ci il tarixədək, təmirçi çlingər, çilingər-elektrik işləmiş, 1978-1982-ci illərdə Kirov adına Azərbaycan Dövlət Universitetində təhsil almış, xx.xx.1983-cü ildən xx.xx.1997-ci il tarixədək Xəzər dənizininin neft-qaz yerölçmə işlərinin aparılması üzrə 3-cü bölməsində geoloq, mühəndis, godezist-rəis müavini, xx.xx.1997-ci ildən-xx.xx.2005-ci ilədək "xxxx" Birgə Müəssisəsində mühəndis, xx.xx.2005-ci ildən xx.xx.2014-cü il tarixədək "xxxx" Birgə Müəssisəsində baş tədqiqatçı, xx.xx.2014-cü ildən xx.xx.2020-ci il tarixədək "xxxx" MMC-də baş tədqiqatçı vəzifəsində işləmişdir. -Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun 24 iyul 2024-cü il tarixli arayışında göstərilmişdir ki, İddiaçı Azərbaycan Respublikasının əmək pensiyası haqqında qanunvericiliyinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən usta və baş usta vəzifəsində: Bakı Stasionar Dərinlik Özülləri zavodunun Keyfiyyətə nəzarət şöbəsində (31 nömrəli sex) xx.xx.1987-ci il tarixindən (xx.xx.1987-ci il tarixli 364/k saylı əmr) xx.xx.1991-ci il tarixinədək (xx.xx.1991-ci il tarixli 74/k saylı əmr); "Şelflayihətikinti” LSTB-nin Boru hazırlama zavodunun Keyfiyyətə nəzarət şöbəsində xx.xx.1991-ci il tarixindən (xx.xx.1991-ci il tarixli 3/k saylı əmr) xx.xx.1992-ci il tarixinədək (xx.xx.1992-ci il tarixli 99/k saylı əmr); "Şelflayihətikinti” LSTB-nin Bakı dərin özüllər zavodunun Texniki nəzarət şöbəsində xx.xx.1992-ci il tarixindən (xx.xx.1992-ci il tarixli 162/k saylı əmr) xx.xx.1996-cı il tarixinədək (xx.xx.1996-cı il tarixli 29/k saylı əmr) işləmişdir (8 il 6 ay). İşlədiyi peşənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: Texnoloji avadanlığın təmirinin, istehsal proseslərinin və əl əməyinin mexanikləşdirilməsi və avtomatlaşdırılması ilə əlaqədar islərin qəbulunda iştirak etmək, əməyin mütərəqqi üsul və metodlarının tətbiqini, iş verlərinin səmərələsdirilməsini və peşələrin əvəz olunmasım təşkil etmək, fəhlələr tərəfindən istehsal normalarının verinə yetirilməsini, istehsal sahələrinin, maşın və avadanlığın gücündən istifadə olunmasını, sahənin ahəngdar işini təşkil etmək və sair islərdən ibarətdir. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin siyahısnın 29-cu bölməsinin “b” bəndində göstərilən “tikinti və quraşdırma işləri üzrə usta” vəzifəsi üzrə iş stajı 08 il 06 ay (səkkiz il altı ay) təşkil edir. -“Şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışması” barədə "xxxx" MMC tərəfindən verilmiş 17 iyul 2023-cü il tarixli arayışında bildirilmişdir ki, İddiaçı Firuddin oğlu "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) çalışmış, yəni 01 iyun 2013-cü il tarixində N 0438 saylı əmək müqaviləsinə əsasən dəniz platformalarında göyərtə işləri üzrə mütəxəssis/rəngsaz vəzifəsinə təyin edilib, off/0438/2140 nömrəli əmək müqaviləsinə əsasən 01 noyabr 2014-cü il tarixində dəniz platformalarında çoxixtisaslı texnik/helikopter enişi üzrə işçi vəzifəsinə, off/0438/3134 nömrəli əmək müqaviləsinə əsasən 01 noyabr 2017-ci il tarixində rəngsaz vəzifəsinə keçirilib, 14 iyul 2023-cü il tarixində 023/314 nömrəli əmrə əsasən əmək müqaviləsinə xitam verilib. “SOCAR Cape" MMC-də işlədiyi vəzifələr üzrə sosial sığorta (əmək) stajı 10 il 1 ay 13 gün təşkil edir. Neft rezervuarlarında, gəmi bölmələrində, neft tanklarında, neft platformalarında təhlükəliliyi 3-cü dərəcəli aşağı olmayan boyalardan istifadə və rəngsaz kimi işləməklə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli fərmanına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 1.3-cü yarımbəndinə və 35 ümumi peşələr vəzifə koduna uyğundur. Qeyd: İddiaçı Firuddin oğlunun neft rezevuarlarında, gəmi bölmələrində, neft tanklarında, neft platformalarında yuxarıda qeyd edilmiş vəzifələrdə işləyərkən istifadə etdiyi təhlükəliliyi 3-cü dərəcəli aşağı olmayan zərərli maddələrdən ibarət boyaların tərkibi (l-metoksi-2-propanol, həlledici nafta (neft), ağır qoxu, ksilen, 2-metilpropan-l-ol, 3,6 - diazaoktanetilendiamin, epoksi qatran (700<MW<=1100), kristal silisium, nəfəs ala bilən toz (<10 mikron), barium sulfat, n-butil asetat və s.) göstərildiyi sənədlər bu Arayışa əlavə edilmişdir. -Heydər Əliyev adına Bakı dərin özüllər zavodu tərəfindən tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş 17 yanvar 2024-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, müəssisə tərəfindən İddiaçı verilmiş xx.xx.2023-cü il tarixli, 14-2-8/2-T-1- 42/2023-39 nömrəli “Şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair” arayışda onun Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda yerinə yetirmiş olduğu işlər və işləmiş olduğu vəzifənin əmək funksiyaları barədə məlumat verilmişdir. -Cavabdehin xx.xx.2024-cü il tarixli Xidməti Məktubunda qeyd edilmişdir ki, İddiaçı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya sığorta kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq xx.xx.2023-cü il tarixinə ona münasibətdə 40320,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya sığorta kapitalı 172075,62 manat təşkil edirdi. Beləliklə işin faktiki hallarına əsasən, xx.xx.1961-ci il təvəllüdlü iddiaçı 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən “Əmək pensiyaları haqqında” Qanunun həmin dövrdə qüvvədə olmuş 9.1-ci maddəsinin redaksiyasına uyğun olaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Hazırda iddiaçı cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlıdır və cavabdehin imtinası qanunauyğun olmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (İİİ hissə). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: -1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Hazırkı halda iddiaçı ona xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş edir. Deməli, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin mübahisəli hüquq münasibəti yaranan zaman qüvvədə olan redaksiyasına əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün 4 şərt mövcud olmalıdır: a) 60 yaşına çatması; b) Azı 25 il ümumi iş stajının mövcud olması; c) Azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması d) əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalını toplaması. Məhkəmə qeyd edir ki, iddiaçının güzəştli şərtlərlə pensiya tələb etmək üçün yaş həddinə çatması, ümumi iş stajı və pensiya kapitalını yığması cavabdeh tərəfindən mübahisələndirilməmişdir. İş materiallarında olan sənədlərdən iddiaçının xx.xx.2021-ci il tarixdə 60 yaşının tamam olması, habelə əmək kitabçasındakı məlumatlardan onun qanunla tələb olunan 25 ildən də artıq ümumi iş stajına malik olduğu, eləcə də fərdi hesabının sığorta hissəsində xx.xx.2023-cü il tarixə qeydə alınan pensiya sığorta kapitalı 172075,62 manat təşkil edir (pensiya sığorta kapitalının aşağı həddi 40320,00 manat hesablandığı halda). Cavabdeh inzibati orqanın mübahisə açdığı məqam iddiaçının güzəştli iş stajının toplanmamasıdır. Cavabdehin əsas dəlilləri: -iddiaçının xx.xx.1987-xx.xx.1991, xx.xx.1991-xx.xx.1992 və xx.xx.1992xx.xx.1996-cı il tarixləri arasındakı dövr ərzində Şelflayihətikinti LTSB-nin boru hazırlama zavodunda keyfiyyətə nəzarət şöbəsində usta və baş usta vəzifəsinin güzəştli pensiya hüququ verən tikinti və quraşdırma işləri üzrə ustalar vəzifəsinə uyğun olamaması, -həmçinin "xxxx" MMC-nin iddiaçıya verdiyi xx.xx.2023-cü il tarixli arayışda onun xx.xx.2013-cü ildən xx.xx.2014-cü il tarixədək dəniz platformalarında göyərtə işləri üzrə mütəxəssis-rəngsaz, xx.xx.2017-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində işlədiyi rəngsaz vəzifəsinin tətbiq etdiyi maddələrin təhlükəlilik sinifi və həmin sinifin hansı sənədlərə əsasən müəyyən edildiyinin müəssisənin güzəştli arayışında qeyd olunmamasından ibarətdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1ci bəndində qeyd olunur ki, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.20. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən. Məhkəmə araşdırması dövründə iddiaçının işlədiyi rəngsaz vəzifəsi üzrə tətbiq edilən maddələrin təhlükəlilik sinfi və həmin sinfin hansı sənədlərə və meyarlara əsasən müəyyən edilməsi və vəzifə təlimatı əlavə edilməklə həmin peşənin əmək funksiyalarının nədən ibarət olması barədə məlumat verilməsi üçün "xxxx" MMC-yə, usta və baş usta vəzifələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 29-cu bəndində göstərilən hansı işlərin yerinə yetirilməsi ilə bağlı olması və keyfiyyətə nəzarət şöbəsində usta və baş usta vəzifəsinin əmək funksiyaları barədə sorğu göndərilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı icmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir. Sorğuya cavab məktubunda aşağıdakılar qeyd olunmuşdur: İddiaçı "xxxx" MMC-də (“Cəmiyyət”) rəngsaz vəzifəsində işləyərək istifadə etdiyi boyaların təhlükəliliyin 3-cü dərəcədən aşağı olduğunu materialların təhlükəsizlik məlumat cədvəllərinə (X3 Sheets - “MSDS”) əsasən müəyyən etmək olar. MSDS təhlükəli maddələrin və məhsulların təhlükəsizlik məlumatlarını təqdim edən standartlaşdırılmış sənəddir. Bu məlumatlar boyaların sağlamlıq və ətraf mühitə təsiri, yanğın və partlayış riski, toksik effektlər və digər təhlükələrlə bağlı olaraq verilir. MSDS maddələrin kimyəvi tərkibini, fiziki və kimyəvi xüsusiyyətlərini, təhlükəlilik səviyyəsini, təhlükəsiz saxlama və işləmə prinsiplərini, yanğın və partlama riskini və təhlükəsizlik məsləhətlərini təqdim edir. Bildirmək istəyirik ki, İddiaçı işlədiyi rəngsaz vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının” 35-ci bəndinə (təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar) və “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun, 1993-cü il tarixli, 320 nömrəli qərarının 1 №-li Siyahısında öz əksini tapmış 23200000—13450 bəndinə (təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar) uyğundur. Bu məktuba əlavə olunan sənədlərdən görünür ki, İddiaçı Cəmiyyətdə işlədiyi müddət ərzində istifadə etdiyi boyaların və onların tərkibi barədə ətraflı məlumat həmin sənədlərdə öz əksini tapmışdır. İşçinin həmin boyalardan istifadə etməsinin sübutu olaraq, Cəmiyyətin Sifarişçi tərəfindən alınmış boya təftiş hesabatlarda (X1) İddiaçı iş şəraiti və istifadə etdiyi boyaların adları göstərilmiş və işçi bunu öz imzası ilə təsdiq etmişdir. Eyni zamanda, Cəmiyyətdə təsdiq olunmuş iş yerlərində əmək şəraitinin yaxşılaşdırılması və sağlamlaşdırılması üzrə tədbirlər planına əsasən, əmək şəraiti üzrə yerlərin attestasiyası keçirilmiş və nəticədə onun vəzifə və peşəsi ağır və zərərli kimi müəyyən edilərək güzəştli pensiya təminatı kateqoriyasına əlavə edilmişdir. İddiaçı rəngsaz kimi yerinə yetirdiyi əmək funksiyaları əmək müqaviləsinə əlavə olan vəzifə təlimatında öz əksini tapmışdır. Qeyd edilən vəzifə ilə əlaqədar olaraq İddiaçı qapalı mühit, qapalı mühitə giriş (süni nəfəs aparatı ilə daxil olmaqla), ümumi sağlamlıq, əməyin mühafizəsi və texniki təhlükəsizlik, təhlükəsizlik kəmərinin istifadəsi və yoxlanılması, yüksəklikdə görülən işlər barədə ümumi anlayış və boyaların vurulması barədə təlimlər keçmişdir. Təlimlərin keçirilməsini təsdiq edən sertifikatlar, digər müvafiq sənədlərin surəti məktuba əlavə edilmişdir. Məktuba rəngsaz peşəsinin vəzifə təlimatının, Materialların təhlükəsizlik məlumat cədvəlləri (MSDS) sənədlərinin surətləri, tədbirlər planı, attestasiya sənədlərinin surətləri və sertifikatların surətləri əlavə edilmişdir. Göründüyü kimi işəgötrürən tərəfindən verilmiş arayışda iddiaçının işlədiyi maddələrin təhlükəlilik sinifi və həmin sinifin hansı sənədlər əsasında müəyyən edilməsi barədə ətraflı izah verilmiş, sənədlərin surətləri təqdim edilmişdir. Bu onu deməyə əsas verir ki, iddiaçının iş yerindən verilmiş arayışlara əsasən "xxxx" MMC-də işlədiyi rəngsaz vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 35-ci bəndinə (təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar) və “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun, 1993-cü il tarixli, 320 nömrəli qərarının 1 №-li Siyahısında öz əksini tapmış 23200000—13450 bəndinə (təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar) uyğundur. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçının Şelflayihətikinti LTSB-nin boru hazırlama zavodunun keyfiyyətə nəzarət şöbəsində xx.xx.1987-xx.xx.1991, xx.xx.1991-xx.xx.1992 və xx.xx.1992-xx.xx.1996-cı il tarixləri arasında usta və baş usta vəzifəsində işlədiyi dövrlər üzrə araşdırma aparmış, məhkəmənin sorğusuna cavab olaraq müəssisə tərəfindən verilmiş arayış əsasında qeyd olunan vəzifənin xüsusiyyətləri qeyd olunmuşdur ki, sözügedən xüsusiyyətlərdə texnoloji avadanlığın təmirinin, istehsal proseslərinin və əl əməyinin mexanikləşdirilməsi və avtomatlaşdırılması ilə əlaqədar islərin qəbulunda iştirak etmək, əməyin mütərəqqi üsul və metodlarının tətbiqini, iş verlərinin səmərələsdirilməsini və peşələrin əvəz olunmasım təşkil etmək, fəhlələr tərəfindən istehsal normalarının verinə yetirilməsini, istehsal sahələrinin, maşın və avadanlığın gücündən istifadə olunmasını, sahənin ahəngdar işini təşkil etmək və sair islərdən ibarət olduğu müəyyən edilmişdir. Belə olan halda məhkəmə İddiaçı işlədiyi vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin siyahısfnm 29-cu bölməsi “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsinin “b” bəndində göstərilən “tikinti və quraşdırma işləri üzrə ustalar” vəzifəsinə uyğun gədiyini qeyd edir. Göstərilənlərə əsasən, məhkəmə cavabdehin dəlilini əsaslı saymır və hesab edir ki, iddiaçıya məxsus əmək kitabçası və iş yerindən təqdim edilmiş arayışlarla iddiaçının işlədiyi usta və baş usta, həmçinin rəngsaz peşəsinin güzəştli staj verən vəzifə olduğu öz təsdiqini tapdığından və təqdim olunan arayışdakı məlumatların həqiqətə uyğun olmaması ilə bağlı cavabdeh inzibati orqan tərəfindən sübut təqdim olunmadığından həmin sənədlər mötəbər sübut kimi qəbul edilməlidir. Belə olan halda iddiaçının SOCAR “Heydər Əliyev adına Bakı dərin özülər zavodu’’nun Şelf layihə tikinti LTSB-nin boru hazırlama zavodunda keyfiyyətə nəzarət şöbəsində xx.xx.1987-xx.xx.1996-cı il tarixləri arasındakı dövr ərzində işlədiyi usta, baş usta, həmçinin "xxxx" MMC-də rəngsaz vəzifəsində işlədiyi xx.xx.2013-xx.xx.2014, xx.xx.2017-xx.xx.2023-cü il tarixləri arasındakı mübahisəli dövrlər onun güzəştli iş stajına daxil edilməlidir. Bu halda isə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmək üçün qanunla tələb olunan 12 il 6 ay müddətdən artıq güzəştli iş stajı yaranmış olur (08 il 06 ay+7 il 1 ay=15 il 7 ay). Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçının iş yeri üzrə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) istinad olunan Siyahılardakı vəzifələrlə eyniliyinin müəyyən olunması ilə bağlı hər hansı araşdırma aparmadan bilavasitə vəzifələrin adlarındakı uyğunsuzluq faktından çıxış edərək iddiaçının tələbinin təmin edilməsindən imtina etmişdir. Halbuki, inzibati orqan tərəfindən inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların hərtərəfli, tam və obyektiv araşdırılması, həmçinin maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtinanın yolverilməzliyi inzibati icraat haqqında qanunvericiliyin tələblərindən də irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsi). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər (11.2.). Həmin Qanunun 15.2-ci maddəsinə əsasən, Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz (24.2). İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir (24.3). Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur (24.4). “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Göründüyü kimi, qanunvericilikdə keçmiş müddət üçün alınmamış əmək pensiyasının ən çoxu üç il müddət üçün hesablanması nəzərdə tutulmuşdur. Göstərilənləri ümumiləşdirərək məhkəmə bu qənaətə gəlir ki, iddiaçıya 60 yaşının tamam olduğu xx.xx.2021-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi üçün qanunla tələb olunan şərtlər ödənildiyindən, cavabdehin imtinası “İnzibati icraat haqqında” Qanunun 11, 15, 17 və 24-cü maddəsinin tələblərinə uyğun olmamış, bununla da iddiaçının pensiya hüququnu məhdudlaşdırmışdır. Odur ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 60 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və qanunvericiliyin tələbləri nəzərə alınmaqla hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-3528/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3528/2024
19.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver