Məhkəmə qərarları › İş №2-1(112)-353/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-353/2020

14.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-353/2020 14.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı 31 oktyabr 2014-cü il tarixindən, 57 yaşdan əmək pensiyasının “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixinə qədər qüvvədə olmuş redaksiyasının tələblərinə uyğun olaraq güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hal-hazıra kimi yenidən hesablanaraq yaranmış fərqin ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onun 31 oktyabr 2014-ci il tarixinə kimi 25 ildən çox ümumi, 12 il 6 aydan çox güzəştli pensiya hüququ verən iş stajı olduğu üçün qeyd edilən tarixə kimi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 1-ci bəndinin 01 iyul 2017-ci il tarixinə qədər qüvvədə olmuş redaksiyasına əsasən ona güzəştli şərtlərlə pensiya təyin edilməsi və hal-hazıra kimi ona ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi xahişi ilə cavabdeh ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə rəsmən müraciət etmişdir. Lakin cavabdeh 03 sentyabr 2019-cu il tarixli **********2 nömrəli məktubla onun xahişini yerinə yetirməkdən imtina etmiş və bunu onunla əsaslandırmışdır ki, xx.xx.1988 - xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində N.Nərimanov adına NQQİnin Tikinti Quraşdırma sexində, həmçinin xx.xx.2008-ci il tarixindən bugünədək “NeftQazTikinti” Trestinin 5 saylı Tikinti Quraşdırma İdarəsində işlədiyi bənna peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında" nəzərdə tutulmamışdır.Eyni zamanda sözügedən Qərarın 29-cu bölməsində bənna peşəsi, bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna briqadalarında daim işləyənlərə aid edilir.Onun xahişi cavabdeh tərəfindən rədd edildiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31-ci maddəsinin 31.1-ci bəndinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. O, xx xxxxxx 1957-ci ildə Bakı şəhərində doğulmuş, hal-hazırda Bakı şəhəri, ünvan 1 ünvanında yaşayır. Orta təhsilimi başa vurduqdan sonra 16 sentyabr 1979-01 iyun 1980-ci il tarixində 3 saylı Tikinti İdarəsində fəhlə, yenə də orada 01 iyun 1980- 22 avqust 1981-ci il tarixində bənna, 01 sentyabr 1981 - 28 may 1982-ci il tarixində X2 yükləyici, 10 iyun 1982-16 yanvar 1984-sü il tarixində Bakı şəhər Yol-İstismar İdarəsində bənna, 22 iyun 1984- 01 oktyabr 1987-ci illərdə X2 mexaniki yükləmə və yükləmə-boşaltma sahələrində yükləyici, 14 oktyabr1987- 20 iyul 1988-ci illərdə N.Nərimanov adına NeftQazÇıxarma İdarəsində dəniz və qazma estakadalarının təmiri və quraşdırılması üzrə çilingər, 20 iyul 1988- 01 may 2008-ci ilə qədər N.Nərimanov adına NeftQazÇıxarma İdarəsinin Tikinti Quraşdırma Sexində bənna, 01 may 2008- hal-hazıra qədər Neftqaztikinti Trestinin 5 saylı Tikinti Quraşdırma İdarəsində bənna vəzifəsində çalışır.Əmək fəaliyyəti dövründə 31 oktyabr 2014-ci il tarixinə qədər 35 ildən çox ümumi, 12 il 6 ay güzəştli iş stajı toplamışdır ki, güzəştli iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli. 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısına” (sonradan - Siyahı) uyğun olaraq, 01 iyun 1980 - 22 avqust 1981-ci illərdə 3 saylı Tikinti-İdarəsində bənna (Siyahıda- 29, Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri- bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalar)- 1 il 2 ay 21 gün, 01 sentyabr 1981 - 28 may 1982-ci il tarixində X2 yükləyici (Siyahıda-1.2.1. Açıqda dağ-mədən işləri və yer səthində işlərkəsmələrdə, karxanalarda, axtarış mədənlərində, yuyucu cihazların, şaxtaların, mədənlərin və drenaj şaxtalarının səthində işlər, şaxtaların, mədənlərin, kəsmələrin, karxanaların, metropolitenlərin, daraqların, tunellərin, yeraltı arxlarınvə digər yeraltı qurğuların tikintisinin sənaye meydançalarında işlər - yuxarıda sadalanan qazmaların və süxurların yüklənməsi və boşaldılması ilə məşğul olan yükləyicilər) - 8 ay 27 gün, 22 iyun 1984 - 01 oktyabr 1987-ci illərdə X2 mexaniki yükləmə və yükləmə- boşaltma sahələrində yükləyici (Siyahıda- 1.2.1. Açıqda dağ-mədən işləri və yer səthində işlər kəsmələrdə, karxanalarda, axtarış mədənlərində, yuyucu cihazların, şaxtaların, mədənlərin və drenaj şaxtalarının səthində işlər. Şaxtaların, mədənlərin, kəsmələrin, karxanaların, metropolitenlərin, daraqların, tunellərin, yeraltı arxların və digər yeraltı qurğuların tikintisinin sənaye meydançalarında işlər - yuxarıda sadalanan qazıntıların və süxurların yüklənməsi və boşaldılması ilə məşğul olan yükləyicilər) - 3 il 3 ay 9 gün, 14 oktyabr 1987 - 20 iyul 1988-ci illərdə N.Nərimanov adına NeftQazÇıxarma İdarəsində dəniz və qazma estakadalarının təmiri və quraşdırılması üzrə çilingər (Siyahıda- 29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri - polad və dəmirbeton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar) - 9 ay 6 gün, 01 may 2008-ci ildən hal-hazıra qədər Neftqaztikinti Trestinin 5 saylı Tikinti Quraşdırma İdarəsində bənna (Siyahıda- 29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri- bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalar)- (12 il 6 aylıq güzəştli iş stajının toplanıb tamam olduğu 31 oktyabr 2014-cü ilə qədərki dövr üçün) - 6 il 5 ay 30 gün olmaqla yaranmışdır. Cavabdehin onun müraciətinə imtina məktubundakı qeydlərdə təzad vardır. Belə ki, cavabdeh həmin məktubda bildirir ki, „NeftQazTikinti” Trestinin 5 saylı Tikinti Quraşdırma İdarəsində işlədiyini bənna peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında” nəzərdə tutulmamışdır. Eyni zamanda sözügedən Qərarın 29-cu bölməsində bənna peşəsi, bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna briqadalarında daim işləyənlərə aid edilir. Cavabdeh onun xx.xx.1988 - xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində “N.Nərimanov” adına NQÇİ-nin Tikinti Quraşdırma Sexində və NefiQazTikinti Trestinin 5 saylı Tikinti Quraşdırma İdarəsində bənna vəzifəsində işləməsi arasında fərq qoymamişdır. N.Nərimanov adına NQÇİ-nin ona təqdim etdiyi güzəştli arayışda Tikinti Quraşdırma Sexində bənna işləməsinin də güzəştli staj sayılmasını təsdiqləmişdir, lakin cavabdeh üçün kompromis olaraq həmin güzəştli stajından imtina edərək, ümumi stajı kimi qəbul etsə də, digər bütün güzəştli stajı yenə də ona güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verməkdədir. O, NeftQazTikinti Trestinin 5 saylı Tikinti Quraşdırma İdarəsində bənna vəzifəsində işləməsinin niyə 29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri - bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalar vəzifəsinə uyğun olmadığını qeyd etməsini başa düşə bilmir, halbuki cavabdeh özü qeyd edir ki, bənna vəzifəsi - bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalar vəzifəsində çalışanlara aiddir. Məsələ burasındadır ki, NeftQazTikinti Trestinin 5 saylı Tikinti Quraşdırma İdarəsi adından da göründüyü kimi, bir neçə tikinti-quraşdırma idarəsinin birləşdiyi trestdir və aydındır ki, tikinti quraşdırma işləri ilə əlaqədar kompleks işləri görməklə məşğuldur. Elə isə cavabdeh niyə onunbu idarədə bənna işləməsini güzəştli staj kimi qəbul etmir. O, özünün xx.xx.1988 – xx.xx.2008-ci illərdə 20 ilə yaxın bir müddətdə N.Nərimanov adına NQÇİ-nin Tikinti Quraşdırma Sexində bənna işləməsinin mütləq güzəştli staj kimi qəbul edilməsində israr etmir. Çünki onun işi sex daxilində bənna işi idi və daim onun bənna işi görməyini ehtiva etməyə bilər. Çünki sex ayrıca olaraq neft hasilatı ilə məşğul olan bir idarənin vaxtaşırı olaraq inşa və təmir məqsədləri ilə bənnaya ehtiyacını təmin edə bilər və bu, həmin bənnanın daim məşğul olmasına dəlalət etməyə bilər. Lakin NeftQazTikinti Trestinin 5 saylı Tikinti Quraşdırma İdarəsində bənna işləməsi daim məşğul olmasını nəzərdə tutur. Tikinti Quraşdırma İdarəsinin sıra nömrəsindən aydın olur ki, bu Trestdə ən azı daha 4 tikinti quraşdırma idarəsi daxildir və həmin Trestin və onun tərkibinə daxil olan idarələrin əsas işi bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri işidir. Məgər bu, xüsusi ixtisaslaşmış istehsalat sahəsi deyilmi? Elə isə cavabdeh hansı sübut gətirə bilər ki, onun bu idarədə bənna vəzifəsində işləməsi daim bu işlə məşğul olması anlamına gəlmir? Əgər cavabdeh imtinasında haqlıdırsa, onda o, «qərarın 29-cu bölməsində bənna peşəsi, bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna briqadalarında daim işləyənlərə aid edilir» dedikdə hansı istehsalat və hansı xarakterli işi nəzərdə tutur? Onun «N.Nərimanov» adına NQÇİ-nin Tikinti Quraşdırma Sexində bənna vəzifəsində topladığı iş stajı güzəştli iş stajı kimi nəzərdə tutulmasa belə, onun 01 may 2006-cı ilə kimi, 01 iyun 1980 - 22 avqust 1981-ci illərdə 3 saylı Tikinti-İdarəsində bənna (1 il 2 ay 21 gün), 01 sentyabr 1981 - 28 may 1982-ci il tarixində X2 yükləyici - (8 ay 27 gün), 22 iyun 1984 - 01 oktyabr 1987-ci illərdə X2 mexaniki yükləmə və yükləmə-boşaltma sahələrində yükləyici (3 il 3 ay 9 gün), 14 oktyabr 1987 - 20 iyul 1988-ci illərdə N.Nərimanov adına NeftQazÇıxarma İdarəsində dəniz və qazma estakadalarının təmiri və quraşdırılması üzrə çilingər (9 ay 6 gün) olmaqla 6 il 2 gün güzəştli iş stajı toplamışdır. 12 il 6 ay güzəştli iş stajı üçün lazım olan əlavə 6 il 5 ay 30 günlük staj isə 01 may 2008-ci ildən 31 oktyabr 2014-cü il tarixinə kimi toplanmışdır. Onun güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun 31 oktyabr 2014-cü ildə yarandığını hesab edir.Hazırda qüvvədə olan və Azərbaycan Respublikasında pensiya hüququnu tənzimləyən əsas qanun olan „Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixinə qədər qüvvədə olmuş redaksiyasında deyilirdi:„Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər -57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır."İmtina kifayət qədər əsaslandırılmamış, mümkün hüquqi müdafiə məsələləri vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat öz əksini tapmamışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi vəvəkili X3 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, "Əmək pensiyaları haqqında" qanunun 9.1-ci maddəsi iddiaçıya münasibətdə tətbiq edilə bilməz.Belə ki, “Əmək pensiyaları haqqında” qanunun 9.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixinə qüvvədə olan redaksiyasına görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.Göründüyü kimi, “Əmək pensiyaları haqqında” qanunun 9.1-ci maddəsinin iddiaçıya şamil edilə bilməsi üçün onun 57 yaşı tamam olduğu01 yanvar 2014-cü il tarixinədək güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 3 şərtə riayət edilməklə yaranır: İddiaçının qanunla tələb edilən pensiya yaşma çatması, iddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması və iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarında göstərilməsi. Hazırki iş üzrə 2-ci və 3-cü şərtlərə əməl edilməmişdir.İddiaçının uzun müddət işlədiyi “bənna" peşəsi yuxarıda qeyd edilən Qərardakı peşələr ilə üst-üstə düşmür.Belə ki, həmin Qərarda peşələr aşağıdakı qaydada qeyd edilmişdir:29-cu bölmə. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texnikitəchizatı, bərpası və təmiri. 23100000-19827: bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalar.Bundan başqa iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, xx.xx.1984-cü ildən xx.xx.1987-ci ilədək X2 mexaniki yükləmə və yükləmə boşaltma sahələrində yükləyici işləmişdir. Halbuki,əmək kitabçasından görünür ki, xx.xx.1984-cü ildən iddiaçının işləmiş olduğu peşə (yükləyici) “yükləyicilərin briqadiri” peşəsi ilə əvəz edilmişdir. Həmin peşə isə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehslatların işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 23 yanvar 2007-ciil tarixli 12 nömrəli qərarında mövcud deyildir. Belə olan halda İddiaçının qeyd edilən peşələrdə işlədiyi müddətlər güzəştli iş stajına hesablanmamalıdır. Göründüyü kimi “Əmək pensiyaları haqqında” qanunun 9.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixinə qüvvədə olan redaksiyasına əsasən İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququna malik olmamışdır. Başqa sözlə, tələb edilən güzəştli iş stajı olan 12 il 6 ayı tamamlamamışdır. İddiaçının əmək kitabçasında qeyd edilmiş konkret peşə adının Siyahıda açıq şəkildə göstərilməsi güzəştli şərtlərlə pensiya hüququnun əldə edilməsi üçün əsas ola bilər. Həmçinin iddiaçı güzəştli şərtlərlə pensiya hüququnun yaranmasını təsdiq edəcək güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasını təsdiq edən arayışları təqdim etməmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan AZE seriyalı 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1957-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixli **********2 saylı İddiaçı ünvanlanmış məktubda qeyd olunur: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusı ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir.Təqdim etdiyiniz sənədlərdə qeyd olunan xx.xx.1988-xx.xx.2008-cı il tarixləri arasındakı dövr ərzində "N.Nərimanov” adına NQÇİ-nin Tikinti quraşdırma sexində, həmçinin xx.xx.2008-ci il tarixindən bugünədək Neftqaztikinti" Trestinin 5 saylı Tikinti Quraşdırma İdarəsində işlədiyiniz bənna peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı»nda nəzərdə tutulmamışdır. Eyni zamanda sözügedən Qərarın 29-cu bölməsində bənna peşəsi, bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyənlərə aid edilir. Qeyd olunanları nəzərə alaraq Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İB N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin 36 №-li xx.xx.2019-cu il tarixli güzəştli arxiv arayışından görünür ki, İddiaçı xx.xx.1987-ci ildən xx.xx.1988-ci il tarixinə qədər N.Nərimanov adına NQÇİ-nin Dəniz neft mədən qurğularının istismar təmir sexinin dəniz buruqları özüllərinin və estakadaların quraşdırılması və təmiri üzrə çilingər vəzifəsində işləmişdir (Əmr.73 15/X-1987-ci il). Azərbaycan Respublikası NK-nin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş bu ixtisas 10.2a bəndinə əsasən güzəştli saylılır. Güzəştli staj ixtisasa əsasən 09 ay 06 gün. xx.xx.1988-ci il tarixdən xx.xx.2008-ci il tarixinə qədər N.Nərimanov adına NQÇİ-nin Tikinti təmir sahəsində bənna peşəsində işləmişdir (Əmr 95-k xx.xx.1988-ci il). Arayışa əsasən güzəştli əmək stajı 09 ay 06 gün. Yuxarıda qeyd olunmuş bu ixtisas dəniz şəraitində neft və qazçıxarma stasionar özül obyektləri ilə əlaqədardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinın xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş bu ixtisas 10.2a bəndinə əsasən güzəştli sayılır. Arayış N.Nərimanov adına Neft və qazçıxarma idarəsinin arxivində saxlanılan T-2 formalı şəxsi kartoçka və kadr əmrlərinə əsasən verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Neft Şirkətinin Neftqaztikinti Trestinin 24 iyul 2019-cu il tarixli arayışından görünür ki, xx.xx.1957-ci il təvəllüdlü İddiaçı xx.xx.2008-ci il tarixində (əmr № 50/k, xx.xx.2008-ci il) "Neftqaztikinti” Trestinin 5 sayı Tikinti Quraşdırma İdarəsinə bənna peşəsinə işə qəbul edilib və xx.xx.2014-cü il tarixində (əmr № 250-k, xx.xx.2014-cü il) əmək müqaviləsinə xitam verilib. Əmək stajı 6 il 6 ay 14 gün (altı il altı ay on dörd gün) təşkil edir. İddiaçı xx.xx.2014-cü il tarixində (əmr № 711/k, xx.xx.2014-cü il) "Neftqaztikinti” trestinin 4 saylı Tikinti Quraşdırma İdarəsinə bənna peşəsinə işə qəbul edilmiş və xx.xx.2015-ci il tarixində (əmr № 65-k, xx.xx.2015-ci il) əmək müqaviləsinə xitam verilmişdir. Əmək stajı 3 ay (üç ay) təşkil edir.GCəbrayılov xx.xx.2015ci il tarixində (əmr № 31/k, xx.xx.2015-ci il) “Neftqaztikinti” trestinin 5 saylı Tikinti Quraşdırma İdarəsinə bənna peşəsinə işə qəbul edilib və xx.xx.2015-ci il tarixində (əmr № 243-k, xx.xx.2015-ci il) əmək müqaviləsinə xitam verilmişdir. Əmək stajı 5 ay 25 gün (beş ay iyirmi beş gün) təşkil edir. İddiaçı xx.xx.2015-ci il tarixində (əmr № SOCAR/15-2500/xxxx-000187, xx.xx.2015-ci il) “Neftqaztikinti” trestinin 5 saylı Tikinti Quraşdırma bölümünə bənna peşəsinə işə qəbul edilmiş və hal-hazıradək bu peşədə işləyir. Əmək stajı 3 il 11 ay 13 gün (üç il on bir ay on üç gün) təşkil edir. İddiaçının ümumi iş stajı 11 il 2 ay 22 gün (on bir il iki ay iyirmi iki gün) təşkil edir. İş materiallarında olan NZ seriyalı ******* saylı hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1976-cı ildən xx.xx.1978-ci ilədək həqiqi hərbi xidmət keçmişdir. İş materiallarında olan iddiaçıya məxsus İT-İ № ******* saylı əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, iddiaçı 16 sentyabr 1979-cu ildən 01 iyun 1980-cı ilədək 3 saylı Tikinti İdarəsində fəhlə, 01 iyun 1980-cı ildən 22 avqust 1981-ci ilədək həmin yerdə bənna, 01 sentyabr 1981-ci ildən 28 may 1982-ci ilədək X2 yükləyici, 10 iyun 1982-ci ildən 16 yanvar 1984-cü ilədək Bakı şəhər Yol-İstismar İdarəsində bənna, 22 iyun 1984-cü ildən 01 oktyabr 1987-ci ilədək X2 mexaniki yükləmə və yükləmə-boşaltma sahələrində yükləyici, 14 oktyabr1987-ci ildən 20 iyul 1988-ci ilədək N.Nərimanov adına “NeftQazÇıxarma” İdarəsində dəniz və qazma estakadalarının təmiri və quraşdırılması üzrə çilingər, 20 iyul 1988-ci ildən 01 may 2008-ci ilədək N.Nərimanov adına “NeftQazÇıxarma” İdarəsinin Tikinti Quraşdırma Sexində bənna vəzifəsində çalışmış, 01 may 2008-ci ildən hal-hazıra qədər Neftqaztikinti Trestinin 5 saylı Tikinti Quraşdırma İdarəsində bənna vəzifəsində çalışır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neftqaztikinti Trestitərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, Neftqaztikinti Trestinin struktur vahidlərində çalışan işçilər tikinti quraşdırma sahələrində fəaliyyət göstərirlər. Bənnalar ayrıca xüsusi bənna manqalarında işləmirlər. Tikinti quraşdırma sahələrində müxtəlif peşədən olan işçilər birlikdə fəaliyyət göstərirlər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin xx.xx.2017-ci ilədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə» xx.xx.2017-ci il tarixli Qanunun 1.16-cı bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsində “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmiş və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir və bu Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə minmişdir). Həmin Qanunun 9.8-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı xx.xx.1957-ci ildə doğulmuşdur, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısına” uyğun olaraq, 01 iyun 1980 - 22 avqust 1981-ci illərdə 3 saylı Tikinti-İdarəsində bənna - 1 il 2 ay 21 gün, 01 sentyabr 1981 - 28 may 1982-ci illərdə X2 yükləyici - 8 ay 27 gün, 22 iyun 1984 - 01 oktyabr 1987-ci illərdə X2 mexaniki yükləmə və yükləmə- boşaltma sahələrində yükləyici - 3 il 3 ay 9 gün, 14 oktyabr 1987 - 20 iyul 1988-ci illərdə N.Nərimanov adına NeftQazÇıxarma İdarəsində dəniz və qazma estakadalarının təmiri və quraşdırılması üzrə çilingər - 9 ay 6 gün, 01 may 2008-ci ildən 57 yaşının tamam olduğu 31 oktyabr 2014-cü ilədək Neftqaztikinti Trestinin 5 saylı Tikinti Quraşdırma İdarəsində bənna - 6 il 5 ay 30 gün, ümumilikdə 12 il 6 ay güzəştli iş stajı olduğu üçün ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci ilədək qüvvədə olmuş 9.1-ci maddəsinə əsasən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb edir. Məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.1988-ci ildən xx.xx.2008-ci ilədək N.Nərimanov adına NQÇİ-nin Tikinti Quraşdırma Sexində bənna vəzifəsində işlədiyi iş stajının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən staja aid olmadığını iddia ərizəsində qeyd etmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, həm həmin müddət, həm də 01 may 2008-ci ildən bu günə qədər iddiaçının çalışdığı Neftqaztikinti Trestinin 5 saylı Tikinti Quraşdırma İdarəsində bənna vəzifəsində işlədiyi müddəti güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən staja aid deyildir, həmin peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmamışdır. Həmin Siyahının 29-cu bəndində nəzərdə tutulmuş bənna peşəsinə bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalar aid edilmişdir. İddiaçının qeyd etdiyi bənna peşəsi isə bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənna peşəsi ilə eynilik təşkil etmir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neftqaztikinti Tresti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda qeyd olunmuşdur ki, Neftqaztikinti Trestinin struktur vahidlərində çalışan işçilər tikinti quraşdırma sahələrində fəaliyyət göstərirlər, bənnalar ayrıca xüsusi bənna manqalarında işləmirlər, tikinti quraşdırma sahələrində müxtəlif peşədən olan işçilər birlikdə fəaliyyət göstərirlər. Göründüyü kimi, iddiaçının çalışdığı bənna peşəsi qeyd olunan Siyahıda nəzərdə tutulmamışdır. Bundan başqa, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, xx.xx.1984-cü ildən xx.xx.1987-ci ilədək X2 mexaniki yükləmə və yükləmə boşaltma sahələrində yükləyici işləmişdir. İş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasından isə görünür ki, xx.xx.1984-cü ildən iddiaçı yükləyicilərin briqadiri vəzifəsinə keçirilmişdir. Həmin peşə isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulmamışdır. Göründüyü kimi, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan azdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar