Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3531/2021 17.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi ilə İddiaçı cavabdeh Binəqədi Rayon Polis İdarəsinə qarşı şəxsiyyət vəsiqəsində düzəliş edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək şəxsiyyət vəsiqəsində adının “Fatma” dan “Fatmanisə” yə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1935-ci il tarixdə Ermənistan Razdan rayonunda anadan olmuşdur. 1955-ci il tarixdə X9 ilə Ermənistan SSR Takarlu Sovetliyində 12 saylı qeydiyyat aparılmaqla rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur və soyadı İsmayılova soyadına dəyişdirilmişdir. Doğum haqqında şəhadətnamədə adı “Fatmanisə” olduğu halda şəxsiyyət vəsiqəsində adı səhvən “Fatma” kimi göstərilmişdir. Yaşadıqları evin sənədlərini qaydaya salmaq üçün Asan xidmət mərkəzinə müraciət etmişlər. Oradan bildirmişlər ki, doğum haqqında şəhadətnamədə qeyd edilən adla şəxsiyyət vəsiqəsində qeyd edilmiş adla fərqlilik olduğu üçün ərazi üzrə qeydiyyat şöbəsində yanlışlığı aradan qaldırdıqdan sonra ərizəyə baxıla bilər. Binəqədi Rayon Polis İdarəsinə adının “Fatma”dan “Fatmanisə”yə düzəliş edilməsi barədə müraciət etmişdir. Cavab olaraq bildirmişdir ki, düzəlişin edilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilir. İddiaçı məktubla məhkəməyə müraciət edərək məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilib iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi məktubla məhkəməyə müraciət edərək məhkəmə iclaslarının onların səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdirr. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən tərəflərin iştirakları olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1935-ci il tarixdə Ermənistan, Razdan rayonunda doğulmuşdur. - Axta rayon VVAQ Şöbəsi tərəfindən verilmiş xx.xx.1956-cı il tarixli, ZЖ 864663 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, atası X2 və anası X5 olan X1 XX.XX.1935-ci il tarixdə Axta rayonu, Təkərli kəndində doğulmuşdur. - Ermənistan SSR, Axta rayonu, Təkərli kənd sovetliyi tərəfindən verilmiş xx.xx.1956cı il tarixli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 ilə X1 arasında xx.xx.1955-ci il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə İsmayılov, arvada İsmayılova familiyası verilmişdir. - Göyçay rayonu, Qaraməryam kənd sovetliyi tərəfindən verilmiş xx.xx.1961-ci il tarixli, NE 073277 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X9 və anası İddiaçınisə Namaz qızı olan X3 xx.xx.1961-ci il tarixdə Göyçay rayonu, Qaraməryam kəndində doğulmuşdur. - Ermənistan SSR, Razdan rayonu, Təkərli qəsəbə sovetliyi tərəfindən verilmiş xx.xx.1965-ci il tarixli, ZJ 866426 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X9 və anası İddiaçınisə Namaz qızı olan X7 xx.xx.1965-ci il tarixdə Ermənistan SSR,Razdan rayonunun Təkərli kəndində doğulmuşdur. - Azərbaycan Respublikası vətəndaşının AZE 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1965-ci il tarixdə Ermənistan, Razdan rayonunda doğulmuşdur. - Ermənistan SSR, Razdan rayonu, Təkərli kənd sovetliyi tərəfindən verilmiş xx.xx.1973-cü il tarixli, CL 398861 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X9 və anası İddiaçınisə Namaz qızı olan X4 xx.xx.1973-cü il tarixdə Ermənistan SSR, Razdan rayonunun Təkərli kəndində doğulmuşdur. - Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin iddiaçıya ünvanladığı 059-44489/-3220 №-lı, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, şəxsiyyət vəsiqəsində adının "Fatma”dan "Fatmanısə”yə düzəliş edilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilir. Odur ki, məhkəməyə müraciət etmələri xahiş olunmuşdur. Məhkəmə iş materiallarını tədqiq edərək aşağıda qeyd olunanlara hüquqi məsələlərə əsasən hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı X1 1935-ci ildə Ermənistan Respublikasının Razdan rayonunda anadan olmuşdur. xx.xx.1956-cı il tarixdə X9 ilə nikaha daxil olmuş və bundan sonra soyadı Bayramovadan İsmayılovaya dəyişmişdir. İddiaçının X9 ilə nikahından Sahibə, Əmrah və Kamilə adlı uşaqları doğulmuşdur. İsmayılovanın (Bayramovanın) doğum haqqında akt qeydində adı “Fatmanisə” yazılsa da xx.xx.2005-ci il tarixdə cavabdeh inzibati orqan tərəfindən şəxsiyyət vəsiqəsi verilən zaman adı “Fatma” kimi qeyd edilmişdir. Hazırda iddiaçı şəxsiyyət vəsiqəsinin qeydində olan yanlışlığın aradan qaldırılmasını, şəxsiyyət vəsiqəsində adının “Fatmanisə” kimi qeyd edilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 26.1-ci maddəsinə görə hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Əsasnamənin 2.2-ci maddəsinə əsasən vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi üçün aşağıdakı sənədlər tələb olunur: şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anket (1 nömrəli əlavə); vətəndaşın doğum haqqında şəhadətnaməsi, yaxud fərdi identifikasiya kartı; Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə"nin 2-ci maddəsində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (əgər vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı yoxdursa); vətəndaşın qan qrupu, gözlərinin rəngi, boyu haqqında tibbi arayış; dövlət rüsumunun ödənilməsi barədə sənəd; ərizə vətəndaşı övladlığa götürən, vətəndaşın himayəçisi və ya qəyyumu tərəfindən verildikdə, onun hüquqlarını təsdiq edən sənəd. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyada təsbit edilmiş insan hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 71-ci maddəsinin İ hissəsi və 60-cı maddəsinin İ hissəsi). “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Məhkəmə hesab edir ki, iddiaçıya cavabdeh inzibati orqan tərəfindən şəxsiyyət vəsiqəsi verilən zaman səhvə yol verilərək iddiaçının adı doğum haqqında şəhadətnaməsində qeyd olunan ad kimi deyil, “Fatma” kimi qeyd olunduğundan həmin səhv cavabdeh inzibati orqan tərəfindən aradan qaldırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçıya məxsus xx.xx.2005-ci il tarixli, AZE 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində düzəliş edilərək doğum haqqında şəhadətnaməyə uyğun adının “Fatmanisə” kimi qeyd edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçıya məxsus xx.xx.2005-ci il tarixli, AZE 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində düzəliş edilərək Axta rayon VVAQ Şöbəsi tərəfindən verilmiş xx.xx.1956-cı il tarixli, ZЖ 864663 №-li doğum haqqında şəhadətnaməyə uyğun adının “Fatmanisə” kimi qeyd edilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə həvalə edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-3531/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3531/2021
17.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver