Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3532/2021 03.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 20 il, 05 ay, 24 gün güzəştli şərtlərlə işlədiyini nəzərə alaraq əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh tərəfindən icra olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 57 yaşdan, yəni hüququnun yarandığı 03.03.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən əmək pensiyasının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, xx.xx.1961-ci ildə anadan olmuşdur. 07.08.1978-ci ildən 31.08.1979-cu ilədək “xxxx”nin İstehsalat-Təmir müəssisəsində odadavamlı materiallar sexində fəlilə vəzifəsində işləmişdir. 31.08.1979-cu il tarixdə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun əyani şöbəsinə daxil olaraq, 16.08.1984-cü ildə elektrik stansiyaları ixtisası üzrə tam kursu bitirmişdir. “xxxx”nin İstehsalat-Təmir müəssisəsində Odadavamlı materiallar sexi üzrə 10.09.1984-cü ildən 01.02.1985-ci ilədək usta köməkçisi, 01.01.1985-ci ildən 10.06.1996-cı ilədək usta, 10.06.1996-cı ildən 01.11.1999-cu ilədək baş usta, 01.11.1999-cu ildən 15.05.2002-ci ilədək rəis müavini vəzifələrində, 16.05.2002-ci ildən 15.04.2003-cü ilədək qazan avadanlıqlarının təmiri və sazlanması sexində böyük usta vəzifəsində, 15.04.2003-cü ildən 10.02.2004-cü ilədək X1 təmiri və quraşdırılması sexinə qazan avadanlıqlarının təmiri üzrə 6-cı dərəcəli çilingər vəzifəsində, 01.04.2008-ci ildən 27.12.2008-ci ilədək “xxxx” MMC-də istehsalat sahəsinə quraşdırıcı vəzifəsində, 07.07.2015-ci ildən hal-hazıradək Heydər Əliyev adma Beynəlxalq Aeroportunda mühəndis vəzifəsində işləyir. 01.01.2006-cı il tarixinədək onun aldığı əyani təhsillə birlikdə iş stajı 25 il, 05 ay, 24 gün təşkil edir. Həmin 25 il, 05 ay, 24 gün əmək stajının 20 il, 05 ay, 24 günü ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. 07.08.1978-ci ildən 10.02.2004-cü il tarixinədək 20 il, 05, 24 gün işlədiyim odadavamlı materialla işləyən hörgüçü və avadanlığa xidmət edən çilingər vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın Xİİİ bölməsinə əsasən 2140000a-15416 və 2140000a-18455 saylı şifrələrə uygun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş sahələri və peşələridir. İşlədiyi dövlər üzrə güzəştli pensiya üçün stajı 20 il, 05 ay, 24 gün təşkil edir. O, cavabdehə güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün müraciət etsə də, imtina cavabı verilmişdir. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X4 izahatında bildirdi ki, Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşma çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşma çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.8-ci maddəsinə görə, Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Belə ki, İddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür, yəni 57 yaşı 01.07.2017-ci il tarixindən sonra tamam olmuşdur. Həmin tarixdən etibarən, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsi aşağıdakı redaksiyadadır: “Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşma çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşma çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimıım məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır”. Qanunim 9.8-ci maddəsinə görə, Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Yəni qeyd olunan maddə yalnız yaş və staj məsələlərində əvvəlki qanunvericiliyin tələblərinin tətbiqinə imkan yaradır, digər məsələlərdə isə sığorta hadisəsinin baş verdiyi andakı qanunvericiliyin tələblərinə riayət olunur. Yəni iddiaçıya münasibətdə yaş və staj tələbləri 01.01.2006-cı ilə qədərki qanunvericiliklə, digər tələblər isə pensiya hüququ qazandığı dövrün qanunvericiliyi ilə tənzimlənir və həmin tələblər sırasına fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi də daxildir. İddiaçı isə qeyd olunan tələbə cavab vermir. Hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 41600,00 manat hesablandığı halda, İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alman pensiya kapitalı cəmi 30000,89 manat məbləğindədir. Bundan əlavə, İddiaçı 01.01.2006-cı il tarixinədək ondan tələb olunan 12 il 6 ay güzəştli iş stajını toplamış olub-olmaması məsələsi də mübahisəlidir. İddiaçı tərəfindən 08.09.2020-ci il tarixli güzəştli arayış təqdim edilsə də, arayışdan iddiaçının məhz hansı dövrlərdə, hansı peşələrdə işləyərkən odadavamlı materiallarla işləmiş olması aydın olmur. İddiaçının güzəştli iş stajının ümumilikdə 20 il olduğu qeyd olunur. Deməli, iddiaçının rəis müavini işlədiyi dövrlər də “odadavamlı materiallarla işləyən fəhlə” kimi güzəştli stajına daxil edilib. Bu da arayışın etibarlılığına şübhə doğurur. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan AZE seriyalı ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 30.11.2020-ci il tarixli məktubda qeyd edilir: Ərizənizə və ona əlavə olunmuş sənədlərə baxaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanununun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Sizin fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə 41600,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 30000,89 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezdentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. İş materiallarında olan iddiçıya məxsus 19.07.1984-cü ildə verilmiş MB seriyalı 013463 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 1979-cu ildə M.Əzizəyov adına X6 Ordenli Azərbaycan neft və kimya İnstitutuna daxil olmuş və 1984-cü ildə Elektrik Stansiyaları ixtisası üzrə tam kursu bitirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası “xxxx" ASC-nin 08.09.2020-ci il tarixli işin xarakteri haqqında arayışından görünür ki, xx.xx.1961-cı il təvəllüdlü İddiaçı aid Arxiv arayışı 21 iyun 1993-cii il tarixli 320 №-li Qərara uyğun araşdırılaraq təqdim edilir. İddiaçı 07.08.1978-ci ildə (əmr № 92-ok, 04.08.1978-ci il) “Azbaşenerji”nin İstehsalat- Təmir müəssisəsinin Odadavamlı materiallar sexində 1-ci dərəcəli fəhlə peşəsinə işə qəbul edilib və 31.08.1979-cu ildə (əmr № 104-ok, 05.09.1979-cu il) Az. SSR Əmək Qanunlar Məcəlləsinin 36-cı maddəsinin 1-ci bəndinə (Ali Təhsil Müəssisəsinə daxil olduğuna görə öz xahişi ilə) əsasən işdən azad edilib. 10.09.1984-cü ildə (əmr №123-ok, 10.09.1984-cü il) “Azbaşenerji”nin İstehsalat-Təmir müəssisəsinin Odadavamlı materiallar sexinə usta vəzifəsinə təyin edilib, 10.06.1996-cı ildə (əmr № 30-ş, 10.06.1996-cı il) həmin sexdə baş usta vəzifəsinə keçirilib, 01.11.1996-cı ildə (əmr № 68-ş, 01.11.1996-cı il) həmin sexdə rəis müavini vəzifəsinə keçirilib və 15.05.2002-ci ildə (əmr №26-ş, 15.05.2002-ci il) Az.Res. Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə (öz xahişi ilə) əsasən işdən azad edilib. 16.05.2002-ci ildə (əmr № 10-kş, 16.05.2002-ci il) “xxxx” MMC-nin Qazan Avadanlıqlarının Təmiri və Sazlanması sexinə böyük usta vəzifəsinə təyin edilib, 15.04.2003-cü ildə (əmr № 50-kş, 15.04.2003-cü il) X1 Təmiri və Quraşdırılması sexinə Qazan avadanlıqlarının təmiri üzrə 6-cı dərəcəli çilingər peşəsinə keçirilib və 10.02.2004cü ildə (əmr №15-kş, 10.02.2004-cü il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə (öz xahişi ilə) əsasən əmək müqaviləsinə xitam verilib. Göstərilən vəzifələr, “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Az. Res-nın Nazirlər kabinetinin 21 iyun 1993-cü il tarixli 320 №-li Qərarının Xİİİ Fəslinin «Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatı»nın 2 nömrəli siyahısının 2140000a-15416 saylı şifrəsinə uyğun olaraq odadavamlı materialla işləyən hörgüçülərin və 2 nömrəli siyahısının 2140000a-18455 saylı şifrəsinə əsasən avadanlığa xidmət edən çilingərlərin işi bilavasitə xüsusi zərərli əmək şəraitində işlərə aid edildiyindən güzəştli şərtlərlə əmək pensiyası hüququ verir. Güzəştli pensiya üçün staj: 20 il, 05 ay, 24 gün təşkil edir. Məlumat üçün - “Azbaşenerji” nin 01.09.1978-ci il tarixli 401 №-li əmrinə əsasən “Azenerjitəmir” zavodu İstehsalat Təmir müəssisəsi adlandırılıb. “xxxx”ASC-nin 23.01.2002-ci il tarixli 13 №-li əmrinə əsasən İstehsalat-Təmir müəssisəsi ləğv edilmiş və yeni hüquqi şəxs kimi “xxxx” MMC yaradılmışdır. “xxxx”ASC-nin 12.02.2004-cü il tarixli AÜ 032 №-li əmrinə əsasən “xxxx”MMC “xxxx” MMC adlandırılmışdır. “xxxx”ASC-nin 04.03.2005-ci il tarixli AÜ 040 №-li əmrinə əsasən isə “xxxx”MMC adlandırılıb. Dövlət Əmlaklarının idarə edilməsi üzrə Dövlət Komitəsinin 09.10.2008-ci il 323 №-li sərəncamına əsasən “xxxx” ASC adlandırılıb. İş materiallarında olan Azərbaycan Respublikası “xxxx" ASC-nin 05.04.2021-ci il tarixli işin xarakteri haqqında arayışından görünür ki, xx.xx.1961-cı il təvəllüdlü İddiaçı həqiqətən “Azbaşenerji”nin İstehsalat-Təmir müəssisəsinin Odadavamlı materiallar sexində göstərilən peşələrdə işləmişdir. 07.08.1978-ci ildən 01.04.1979-cu ilədək 1-ci dərəcəli fəhlə (7 ay, 24 gün), 01.04.1979-cu ildən 31.08.1979-cu ilədək 2-ci dərəcəli fəhlə (5 ay), 10.09.1984-cü ildən 01.02.1985-ci ilədək usta köməkçisi (4 ay, 21 gün), 01.01.1985-ci ildən 10.06.1996-cı ilədək usta (11 il, 5 ay, 9 gün), 10.06.1996-cı ildən 01.11.1999-cu ilədək baş usta (3 il, 4 ay, 22 gün), 01.11.1999-cu ildən 15.05.2002-ci ilədək rəis müavini (2 il, 6 ay, 14 gün), 16.05.2002-ci ildən 15.04.2003-cü ilədək qazan avadanlıqlarının təmiri və sazlanması sexində böyük usta (10 ay, 29 gün), 15.04.2003-cü ildən 10.02.2004-cü ilədək X1 təmiri və quraşdırılması sexinə qazan avadanlıqlarının təmiri üzrə 6-cı dərəcəli çilingər ( 9 ay 26 gün). Yuxarıda göstərilən peşələr, yəni 07.08.1978-ci ildən 01.04.1979-cu ilədək Odadavamlı materiallar sexində işlədiyi (7 ay 24 gün) 1-ci dərəcəli fəhlə, 01.04.1979-cu ildən 31.08.1979-cu ilədək Odadavamlı materiallar sexində işlədiyi (5 ay) 2-ci dərəcəli fəhlə, 10.09.1984-cü ildən 01.02.1985-ci ilədək Odadavamlı materiallar sexində işlədiyi (4 ay 20 gün) usta köməkçisi, 01.01.1985-ci ildən 10.06.1996-cı ilədək Odadavamlı materiallar sexində işlədiyi (11 il 5 ay 9 gün) usta, 10.06.1996-cı ildən 01.11.1999-cu ilədək Odadavamlı materiallar sexində işlədiyi (3 il 4 ay 22 gün) baş usta, 01.11.1999-cu ildən 15.05.2002-ci ilədək Odadavamlı materiallar sexində işlədiyi (2 il 6 ay 14 gün) rəis müavini və 16.05.2002-ci ildən 15.04.2003-cü ilədək işlədiyi (10 ay 29 gün) böyük usta peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nın Xİİİ bölməsində Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatında şirf 2140000a-15416 odadavamlı materialla işləyənlərə, 15.04.2003-cü ildən 10.02.2004-cü ilədək işlədiyi (9 ay 24 gün) avadanlığa xidmət edən çilingər peşəsi isə şirf 2140000a-18455 qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri peşələrinə uyğundur və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş sahələri və peşələridir. İddiaçı əmək şəraitinə görə güzəştli şərtlərlə əmək stajı: 20 il, 05 ay, 24 gün təşkil edir. Məlumat üçun - “Azbaşenerji”nin 01.09.1978-ci il tarixli 401 №-li əmrinə əsasən “Azenerjitəmir” zavodu İstehsalat Təmir müəssisəsi adlandırılmışdır. “xxxx” ASC-nin 23.01.2002-ci il tarixli 13 №-li əmrinə əsasən İstehsalat-Təmir müəsssisəsi ləğv edilmiş və yeni hüquqi şəxs kimi “xxxx” MMC yaradılmışdır. “xxxx”ASC-nin 12.02.2004-cü il tarixli AÜ 32 №-li əmrinə əsasən “xxxx “MMC”xxxx” MMC adlandırmışdır. “xxxx” ASC-nin 04.03.2005-ci il tarixli AÜ 040 №-li əmrinə əsasən isə “xxxx” MMC adlandırılmışdır. Dövlət Əmlaklarının idarə edilməsi üzrə Dövlət Komitəsinin 09.10.2008-ci il 323№-li sərəncamına əsasən “xxxx” ASC adlandırılmışdır. İş materiallarında olan İddiaçı məxsus İT-İ seriyalı ******* saylı əmək kitabçasının tərcümə edilmiş və notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı “Azbaşenerji”nin İstehsalat-Təmir müəssisəsində 07.08.1978-ci ildə hörgü sexinə birinci dərəcəli fəhlə qəbul edilmişdir, 01.04.1979-cu ildə həmin yerdə ikinci dərəcəli hörgüçü keçirilmişdir, 31.08.1979-cu ildə öz xahişi ilə işdən azad edilmişdir, 31.08.1979-cu ildə M.Əzizbəyov adına Az.neft-kimya institutunun əyani şöbəsinin birinci kurs tələbəsi qəbul edilmişdir, 16.08.1984-cü ildə İnstitutun əyani şöbəsini bitirmişdir, 10.09.1984-cü ildə Azbaşenerji istehsalat təmir müəssisəsinə gənc mütəxəssis kimi hörgü sexinə usta köməkçisi qəbul edilmişdir, 01.02.1985-ci idə həmin yerdə İİ qrup usta keçirilmişdir, 10.06.1996-cı ildə həmin yerdə İİ qrup böyük usta keçirilmişdir, 01.11.1999-cu ildə həmin sexdə rəis müavini vəzifəsinə keçirilmişdir, 15.05.2002-ci ildə öz xahişi ilə işdən azad edilmişdir, 16.05.2002-ci ildə “xxxx” ASC “xxxx” MMC-də qazan avadanlıqlarının təmiri və sazlanması sexinə böyük usta vəzifəsinə qəbul edilmişdir, 15.04.2003-cü ildə QİAT və Q sexinə qazan avadanlıqlarının təmiri üzrə 6-cı dərəcəli çilingər peşəsinə keçirilmişdir, 10.02.2004-cü ildə öz xahişi ilə əmək müqaviləsinə xitam verilmişdir, 01.04.2008-ci ildə “xxxx” MMC-də ştat cədvəlinə uyğun olaraq istehsalat sahəsinə quraşdırıcı vəzifəsinə təyin edilmişdir, 27.12.2008-ci ildə öz xahişi ilə vəzifəsindən azad edilmişdir, 07.07.2015-ci ildə “xxxx” QSC Hava Limanlarının istismarı Baş İdarəsi Heydər X2 Terminal 1 uçuşların elektrik işıq texnikası təminatı xidməti ilə elektrik avadanlığının texniki istismarı qovşağına elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik mantyoru vəzifəsinə 5-ci dərəcə ilə qəbul edilmişdir, 09.10.2018-cı ildə başqa işəgötürənlə əmək müqaviləsi bağladığı ilə əlaqadar ləğv edilmişdir, 10.10.2018-ci il tarixli “xxxx” Aviaşirəti MMC-nin “SHC” filialında xüsusi texnika və yerüstü xidmət avadanlığı üzrə departamentin Təmir və texniki qulluq xidmətinin Elektrik avadanlığın texniki təminatı sahəsinin aparıcı mühəndis-elektriki vəzifəsinə qəbul edilmişdir, 26.11.2019-cu ildə başqa işə götürməklə əmək müqaviləsi bağlandığı üçün əmək müqaviləsinə xitam verilmişdir, 27.11.2019-cu ildə “xxxx”xxxx” MMC-nin SHC filialında xüsusi texnika və yerüstü xidmət avadanlığı üzrə departamentin Təmir və texniki qulluq xidmətinin Elektrik avadanlığın texniki təminatı sahəsinin aparıcı mühəndis-elektriki vəzifəsinə qəbul edilmişdir, 01.02.2021-ci ildə başqa işə götürməklə əmək müqaviləsi bağlandığı üçün əmək müqaviləsinə xitam verilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək qazanmış olsunlar. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı xx.xx.1961-ci ildə doğulmuşdur. İddiaçı 1979-cu ildə Azərbaycan neft və kimya İnstitutuna daxil olmuş və 1984-cü ildə Elektrik Stansiyaları ixtisası üzrə tam kursu bitirmişdir. O, “Azbaşenerji”nin İstehsalat-Təmir müəssisəsində 07.08.1978-ci ildə hörgü sexinə birinci dərəcəli fəhlə qəbul edilmişdir, 01.04.1979-cu ildə həmin yerdə ikinci dərəcəli hörgüçü keçirilmişdir, 31.08.1979-cu ildə öz xahişi ilə işdən azad edilmişdir, 10.09.1984-cü ildə Azbaşenerji istehsalat təmir müəssisəsinə gənc mütəxəssis kimi hörgü sexinə usta köməkçisi qəbul edilmişdir, 01.02.1985-ci idə həmin yerdə İİ qrup usta keçirilmişdir, 10.06.1996-cı ildə həmin yerdə İİ qrup böyük usta keçirilmişdir, 01.11.1999-cu ildə həmin sexdə rəis müavini vəzifəsinə keçirilmişdir, 15.05.2002-ci ildə öz xahişi ilə işdən azad edilmişdir, 16.05.2002-ci ildə “xxxx” ASC “xxxx” MMC-də qazan avadanlıqlarının təmiri və sazlanması sexinə böyük usta vəzifəsinə qəbul edilmişdir, 15.04.2003-cü ildə QİAT və Q sexinə qazan avadanlıqlarının təmiri üzrə 6-cı dərəcəli çilingər peşəsinə keçirilmişdir, 10.02.2004-cü ildə öz xahişi ilə əmək müqaviləsinə xitam verilmişdir, 01.04.2008-ci ildə “xxxx” MMC-də ştat cədvəlinə uyğun olaraq istehsalat sahəsinə quraşdırıcı vəzifəsinə təyin edilmişdir, 27.12.2008-ci ildə öz xahişi ilə vəzifəsindən azad edilmişdir, 07.07.2015-ci ildə “xxxx” QSC Hava Limanlarının istismarı Baş İdarəsi Heydər X2 Terminal 1 uçuşların elektrik işıq texnikası təminatı xidməti ilə elektrik avadanlığının texniki istismarı qovşağına elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik mantyoru vəzifəsinə 5-ci dərəcə ilə qəbul edilmişdir, 09.10.2018-cı ildə başqa işəgötürənlə əmək müqaviləsi bağladığı ilə əlaqadar ləğv edilmişdir, 10.10.2018-ci il tarixli “xxxx” Aviaşirəti MMC-nin “SHC” filialında xüsusi texnika və yerüstü xidmət avadanlığı üzrə departamentin Təmir və texniki qulluq xidmətinin Elektrik avadanlığın texniki təminatı sahəsinin aparıcı mühəndis-elektriki vəzifəsinə qəbul edilmişdir, 26.11.2019-cu ildə başqa işə götürməklə əmək müqaviləsi bağlandığı üçün əmək müqaviləsinə xitam verilmişdir, 27.11.2019-cu ildə “xxxx”xxxx” MMC-nin SHC filialında xüsusi texnika və yerüstü xidmət avadanlığı üzrə departamentin Təmir və texniki qulluq xidmətinin Elektrik avadanlığın texniki təminatı sahəsinin aparıcı mühəndis-elektriki vəzifəsinə qəbul edilmişdir, 01.02.2021-ci ildə başqa işə götürməklə əmək müqaviləsi bağlandığı üçün əmək müqaviləsinə xitam verilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. Lakin həmin Qanunun 21.2-ci maddəsinə sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə müddətlərin daxil edilməsi sadalanmış, təhsil müddətinin sığorta stajına daxil edilməsinin nəzərdə tutulduğu isə göstərilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən təhsil müddəti iş stajına daxil edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, şəxsin pensiya hüququ onun qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatdıqdan sonra yaranan hüququdur. Pensiya hüququ bu hüququn yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənsə də, lakin təhsil müddətinin əmək stajına daxil edilməsi məsələsi həmin təhsil alınan vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənməlidir. Təhsil müddətinin sığorta stajına daxil edilməsi məsələsi şəxsin pensiya hüququnun yaranması vaxtı ilə deyil, onun təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyin tələbləri ilə müəyyən edilməlidir. 01.10.1956-cı ildə qanuni qüvvəyə minmiş və 23.09.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiya hüququna malikdiklər. 23.09.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən, ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və ya yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının Azərbaycan neft və kimya İnstitutunda təhsil aldığı müddət də sosial sığorta stajına əlavə edilməlidir. Təhsil aldığı müddət də daxil olmaqla 01.01.2006-cı il tarixədək iddiaçı 25 il 5 ay 24 gün ümumi sığorta stajına malikdir. Göründüyü kimi, 01.01.2006-cı il tarixədək iddiaçının ümumi sığorta stajı 25 ildən artıqdır. Güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı ilə əlaqədar isə məhkəmə qeyd edir ki, iddiaçı “Azbaşenerji”nin İstehsalat-Təmir müəssisəsində (daha sonra “Azenerjitəmir” zavodu İstehsalat Təmir müəssisəsi, “xxxx” ASC-nin İstehsalat-Təmir müəsssisəsi, “xxxx” MMC, “xxxx” MMC və “xxxx” ASC adlandırılmışdır) 07.08.1978-ci ildə hörgü sexinə birinci dərəcəli fəhlə qəbul edilmişdir, 01.04.1979-cu ildə həmin yerdə ikinci dərəcəli hörgüçü keçirilmişdir, 31.08.1979-cu ildə öz xahişi ilə işdən azad edilmişdir, 10.09.1984-cü ildə Azbaşenerji istehsalat təmir müəssisəsinə gənc mütəxəssis kimi hörgü sexinə usta köməkçisi qəbul edilmişdir, 01.02.1985-ci idə həmin yerdə İİ qrup usta keçirilmişdir, 10.06.1996-cı ildə həmin yerdə İİ qrup böyük usta keçirilmişdir, 01.11.1999-cu ildə həmin sexdə rəis müavini vəzifəsinə keçirilmişdir, 15.05.2002-ci ildə öz xahişi ilə işdən azad edilmişdir, 16.05.2002-ci ildə “xxxx” ASC “xxxx” MMC-də qazan avadanlıqlarının təmiri və sazlanması sexinə böyük usta vəzifəsinə qəbul edilmişdir, 15.04.2003-cü ildə QİAT və Q sexinə qazan avadanlıqlarının təmiri üzrə 6-cı dərəcəli çilingər peşəsinə keçirilmişdir, 10.02.2004-cü ildə öz xahişi ilə əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11.12.2017ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İddiaçı tərəfindən ona güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası “xxxx" ASC-nin 05.04.2021-ci il tarixli işin xarakteri haqqında arayışına əsasən iddiaçı “Azbaşenerji”nin İstehsalat-Təmir müəssisəsinin Odadavamlı materiallar sexində göstərilən peşələrdə işləmişdir, işlədiyi peşələr - 07.08.1978-ci ildən 01.04.1979-cu ilədək Odadavamlı materiallar sexində işlədiyi (7 ay 24 gün) 1-ci dərəcəli fəhlə, 01.04.1979-cu ildən 31.08.1979-cu ilədək Odadavamlı materiallar sexində işlədiyi (5 ay) 2-ci dərəcəli fəhlə, 10.09.1984-cü ildən 01.02.1985-ci ilədək Odadavamlı materiallar sexində işlədiyi (4 ay 20 gün) usta köməkçisi, 01.01.1985-ci ildən 10.06.1996-cı ilədək Odadavamlı materiallar sexində işlədiyi (11 il 5 ay 9 gün) usta, 10.06.1996-cı ildən 01.11.1999-cu ilədək Odadavamlı materiallar sexində işlədiyi (3 il 4 ay 22 gün) baş usta, 01.11.1999-cu ildən 15.05.2002-ci ilədək Odadavamlı materiallar sexində işlədiyi (2 il 6 ay 14 gün) rəis müavini və 16.05.2002-ci ildən 15.04.2003-cü ilədək işlədiyi (10 ay 29 gün) böyük usta peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nın Xİİİ bölməsində Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatında şirf 2140000a-15416 odadavamlı materialla işləyənlərə, 15.04.2003-cü ildən 10.02.2004-cü ilədək işlədiyi (9 ay 24 gün) avadanlığa xidmət edən çilingər peşəsi isə şirf 2140000a-18455 qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri peşələrinə uyğundur və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş sahələri və peşələridir. İddiaçı əmək şəraitinə görə güzəştli şərtlərlə əmək stajı 20 il, 05 ay, 24 gün təşkil edir. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi həmin peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı»nda nəzərdə tutulmuşdur (07.08.1978-ci ildən 01.04.1979-cu ilədək Odadavamlı materiallar sexində fəhlə, 01.04.1979-cu ildən 31.08.1979-cu ilədək Odadavamlı materiallar sexində fəhlə, 10.09.1984-cü ildən 01.02.1985-ci ilədək Odadavamlı materiallar sexində usta köməkçisi, 01.01.1985-ci ildən 10.06.1996-cı ilədək Odadavamlı materiallar sexində usta, 10.06.1996-cı ildən 01.11.1999-cu ilədək Odadavamlı materiallar sexində baş usta, 01.11.1999-cu ildən 15.05.2002-ci ilədək Odadavamlı materiallar sexində rəis müavini və 16.05.2002-ci ildən 15.04.2003-cü ilədək böyük usta peşələri – Xİİİ bölmə Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı («a» fəhlələr), kod 2140000a— 15416 - odadavamlı materialla işləyənlər; 15.04.2003-cü ildən 10.02.2004-cü ilədək avadanlığa xidmət edən çilingər peşəsi - Xİİİ bölmə Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı («a» fəhlələr), kod 2140000a—18455 - qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri). Göründüyü kimi, iddiaçının işlədiyi həmin sahə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 saylı siyahıya uyğundur. İddiaçının təqdim etdiyi iş yerindən arayışda da iddiaçının işlədiyi həmin sahə və vəzifələrin qeyd olunan Siyahıda göstərilən sahə və vəzifələrə uyğun olduğu təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan dövr güzəştli şərtlə əmək pensiyası hüququ verən iş stajına hesablanmalıdır. Göründüyü kimi, 01.01.2006-cı il tarixədək iddiaçının güzəştli iş stajı 12 il 6 aydan çoxdur (cəmi 20 il 5 ay 24 gün). Beləliklə, iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 25 ildən artıq ümumi əmək stajı olduğuna və onun 12 il 6 aydan artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahı üzrə nəzərdə tutulan sahədə işlədiyinə görə onun 57 yaşından «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1 və 9.8-ci maddələrinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. İddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 25 ildən artıq ümumi əmək stajına malik olması və onun 12 il 6 aydan artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahıda nəzərdə tutulan sahə və peşələrdə işləməsi cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Cavabdeh orqan imtina məktubunda bildirmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının 25 ildən artıq ümumi iş stajına malik olması, o cümlədən 12 il 6 aydan artıq əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması iş materialları ilə öz təsdiqini tapmışdır. İddiaçının əlavə olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləği olan tələbə cavab verməsinin tələb edilməsi, onu digər şəxslərə, yəni ümumi qaydalarla yaşa görə pensiya hüququ olan şəxslərə münasibətdə daha ağır vəziyyətə salır və bu hal sosial ədalət prinsipinə ziddir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi, ümumi qaydalarla yaşa görə pensiya hüququ olan şəxslərin əmək pensiyası hüququnun yaranması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajının olması alternativi nəzərdə tutulmuşdur. Lakin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan şəxslərin əmək pensiyası hüququ həmin şəxslərin (kişilərin) 25 il sığorta stajına malik olması və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışması və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə yaranır, yəni qeyd edilən şəxslərin əmək pensiyası hüququn yaranması üçün göstərilən hər iki tələbin (sığorta stajı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı) mövcud olması nəzərdə tutulmuşdur. Bu isə həmin şəxsləri ümumi qaydalarla yaşa görə pensiya hüququ olan şəxslərlə müqayisədə daha ağır vəziyyətə salır. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanunun 8.0.8-ci maddəsinə əsasən normayaratma fəaliyyəti Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İ hissəsində göstərilən prinsiplərlə yanaşı insanların hüquq və azadlıqlarının, onların qanuni maraqlarının müdafiəsi və sosial ədalət prinsipi əsasında həyata keçirilir. Beləliklə, məhkəmənin qənaətinə görə iddiaçı 01.01.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, cavabdeh tərəfindən əlavə olaraq iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı tələb edilməsi, iddiaçını ümumi qaydalarla yaşa görə pensiya hüququ olan şəxslərə münasibətdə daha ağır vəziyyətə salır və bu hal sosial ədalət prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının təhsil aldığı müddət, yuxarıda qeyd olunan güzəştli şərtlərlə pensiya təyin edilməsinə əsas olan iş stajı da daxil olmaqla, işlədiyi bütün dövrlər nəzərə alınmaqla, ona 57 yaşdan, yəni hüququnun yarandığı 03.03.2018-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq həmin tarixdən əmək pensiyasının hesablanaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 57 yaşdan, yəni hüququnun yarandığı 03.03.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq həmin tarixdən əmək pensiyasının hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-3532/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3532/2021
03.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver