Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3534/2020 28.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədr--liyi, Emin Etibar oğlu Eminzadənin katibliyi, iddiaçının nümayəndəsi və vəkili X2, cavabdehin nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X7 Nazirliyinin tabeliyində Dövlət X12 publik hüquqi şəxsin X8 üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsinin cavabdehə həvalə edilməsi barədə» iddiası üzrə işə məhkəmənin bina-sın-da (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 6) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət X10 X8 İdarəsinəqarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xx xxxxxx 2013-cü il tarixdən, 47 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və əmək pensiyasının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2013-cü ildə qüvvədə olan tələbləri əsasında hesablanaraq birdəfəyə ona ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı xx.xx.2013-cü il tarixdən, yəni 47 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və əmək pensiyasının hesablanması zamanı yaranacaq fərq məbləğinin «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2013-cü ildə qüvvədə olan 37.7-ci maddəsinin tələbləri əsasında hesablanaraq birdəfəlik qaydada ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və X7 Nazirliyinin tabeliyində Dövlət X12 publik hüquqi şəxsin X8 üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1966-cı ildə anadan olmuş, xx.xx.1985-ci il tarixdən əmək fəaliyyətinə başlamışdır. xx.xx.2013-cü ildən ona güzəştli şərtlərlə əmək pensiyası təyin olunmalı idi. Həmin vaxtdan hazıra kimi dəfələrlə aidiyyəti orqanlara müraciət edilsə də, iddiaçıya xx.xx.2013-cü il tarixdən, 47 yaşının tamam olduğu vaxtdan güzəştli şərtlərlə əmək pensiyası təyin olunmamışdır. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun (xx xxxxxxxx 1992, № 305) 13-cü maddəsinin «a» bəndinə əsasən iddiaçı 47 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdir. Belə ki, 2006-ci ilin 01 yanvar tarixinə qədər iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli siyahısı”na əsasən 7 il 6 aydan çox zərərli əmək sahəsində əmək stajı və 15 ildən artıq ümumi əmək stajı toplamışdır. Əmək pensiyasının 47 yaşdan, xx.xx.2013-cü il tarixdən təyin olunması və həmin dövrün qanunvericiliyinə uyğun olaraq pensiya məbləğinin hesablanaraq iddiaçıya ödənilməsi barədə pensiya təyinatı orqanına birinci dəfə edilmiş müraciətə cavab olaraq ünvanlanmış imtina məktubunda göstərilənləri yerinə yetirəndən sonra yenidən xx.xx.2019-cu il tarixdə həmin orqana müraciət edilmiş, cavab olaraq xx.xx.2020-ci il tarixdə **********8 saylı, xx.xx.2020 il tarixli imtina məktubunu alınmışdır. Qeyd olunan imtina məktubuna əsasən iddiaçının «xxxxxxxxxxxxxxx» ASC-də işlədiyi vəzifə NK-nın xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq olunmuş 1 nömrəli siyahıda öz əksini tapmadığından və Göyçay rayonu Karl Marks adına kolxozda işləməyini təsdiq edən arxiv arayışı təqdim olunmadığı üçün iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasından imtina olunmuşdur. Hesab edilir ki, pensiya təyinatı orqanının cavab məktubu qeyri qanunidir. Cavab məktubu əsassız olduğundan iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçıya görə ona əmək pensiyası «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2013-cü il tarixdə qüvvədə olan tələbləri əsasında təyin edilib hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıl-dığın-dan, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdeh DSMF-nin X8 İdarəsinə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Cavabdeh nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya dair yazılı etirazda göstərilmişdir ki, iddiaçı X3 iddia ərizəsində göstəridiyi məzmunda İdarəyə heç bir müraciət etməmişdir və heç bir cavab almamışdır. Onun imtina cavabı kimi iddia ərizəsində istinad etdiyi İdarənin cavabı digər şəxsin ünvanladığı müraciətə cavabdır. Sonda qeyd edilənlərə əsasən iddianın mümkün sayılmaması xahiş edilmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazır-lıq icraatında işin halları və müba--hi-sə-nin vəziy-yə-ti müzakirə edilmiş, hüquqi mübahi-sə--nin barışıq yolu ilə niz-a-ma salmaq və iş ma-te---riallarında saxlanılması mümkün olan sənəd-lə-rin məhkəməyə təqdimolun-ması pro-ses işti-rak-çılarına tək-lif edilmiş, zəruri sənəd-lər toplan-mış və iş üzrə digər qanuna-müvafiq proses-sual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrəkeçirilmiş şifahi məhkəmə baxışı iclasında iddia-çının nümayəndəsidəqiqləşdirilmiş iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazda qeyd edilənlərə uyğun məzmunda izahat verdi və iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sənəd-----ləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş üzrə toplanmış sənəd-----ləri təd-qiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin2.2.2-ci maddə-sinə əsasən inzibati orqanın üzərinə inzi-bati aktın qəbul edil-məsi ilə bağlı müvafiq öhdəliyin qoyul--ma---sı-na dair iddialara və ya inzi-bati orqanın hərə-kət-sizliyindən müdafiəyə dair iddia-lara (məcburetmə haqqında iddia) inzi-bati məhkəmə icra-atı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqın-da iddia vasi--təsi ilə id-dia-çı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoy--mağı məh-kəmə-dən tələb edə bilər. Belə ki, iş materiallarına əlavə edilmiş: - ASAN 5 tərəfindən verilmiş AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, İddiaçı xx.xx.1966-cı il tarixdə Göyçay rayonunun Çaxırlı kəndində doğulmuşdur. - Bakı şəhər MKTD 117 saylı MKİS tərəfindən verilmiş 674 saylı, xx.xx.2019-cu il tarixli arayışdan aydın olur ki, İbrahimova X1 yerləşən 7 saylı evin 10 nömrəli mənzilində yaşayış yeri üzrə qeydiyyatdadır və həmin ünvanda faktiki olaraq yaşayır. - İddiaçıya məxsus olmaqla xx.xx.1988-ci ildə açılmış AZE seriyalı ******* saylı əmək kitabçasının Azərbaycan dilinə tərcümə edilməklə təsdiq edilmiş surətindən müəyyən olunur ki, iddiaçı xx.xx.1985-ci ildən (ümumi iclasın xx.xx.1985-ci il tarixli, 1 saylı protokolu) K.Marks adına kolxozun idarə heyətinin qərarına əsasən kolxozun üzvlüyünə qəbul edilmiş, xx.xx.1988-ci il tarixli protokola əsasən xx.xx.1988-ci il tarixdən kolxoz üzvlüyündən azad edilmiş, 61 saylı xx.xx.1989-cu il tarixli əmrlə həmin tarixdən Lyüminisent lampaları yığma sexinə quraşdırıcı şagirdi qəbul edilmiş, 109 saylı xx.xx.1989-cu il tarixli əmrlə ona Lyüminisent lampaları yığma sexində vakkumçu quraşdırıcının 2-ci dərəcəsi verilmiş, 96/k saylı xx.xx.1991-ci il tarixli əmrə əsasən xx.xx.1991-ci il tarixdən “İşıq” elmi-istehsalat müəssisəsinə köçürmə yolu ilə işdən azad edilmiş, 53 saylı xx.xx.1991-ci il tarixli əmrə əsasən xx.xx.1991-ci il tarixdən “İşıq” kiçik müəssisəsinə köçürmə yolu ilə 2-ci dərəcəli quraşdırıcı işinə qəbul edilmiş, 38 saylı xx.xx.1993-cü il tarixli əmrə əsasən “xxxxxxxxxxxxxxx” İXB baş zavoduna köçürmə yolu ilə xx.xx.1993-cü il tarixdən işdən azad edilmiş, 130 a/k saylı xx.xx.1993-cü il tarixli əmrlə xx.xx.1993-cü il tarixdən “xxxxxxxxxxxxxxx” İB “İŞTQ” KM-dən köçürmə yolu ilə 3 nömrəli Lyüminisent lampaları yığma sexinə 2-ci dərəcəli ştamplayıcı qəbul edilmiş, 69 saylı xx.xx.2007-ci il tarixli əmrə əsasən xx.xx.2007-ci il tarixdən işdən azad edilmişdir. - Məhkəmə sorğusuna əsasən Ləğvetmə prosesində olan “xxxxxxxxxxxxxxx” ASC tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli arayışdan müəyyən edilir ki, İddiaçı xx.xx.1989-cu il tarixindən “xxxxxxxxxxxxxxx” İB-nin Lyüminisent lampaları yığma sexində əmək fəaliyyətinə ştamplayıcı olaraq başlamış, müxtəlif peşələrdə çalışmış və istehsalat birliyinin bazasında “xxxxxxxxxxxxxxx” ASC yaradılanadək, yəni xx xxxxxx 2001-ci ilədək 12 il 8 ay 26 gün stajı vardır. Əmək kitabçasında İddiaçı ASC-nin xx.xx.2007-ci il tarixli 69 nömrəli əmrinə əsasən işdən azad edilməsinə dair qeyd öz əksini tapmışdır. Eyni zamanda, bildirilir ki, İddiaçı işlədiyi sexdə ətraf mühitə civə buxarının buraxıla bilən normadan yüksək olduğundan həmin sex zərərli iş sahəsi hesab edilirdi. Bu baxımdan, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nın 13-cü bölməsinin (elektron texnikası məmulatlarının və radio aparatlarının istehsalı) 1130000a-17531 (civə tətbiq etməklə cihaz və məmulatlar hazırlanan iş sahələrində məşğul olan fəhlələr) maddəsinə əsasən güzəştli pensiya hüququna malikdir. Qeyd: keçmiş İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının özəlləşdirilməsi departamentinin xx xxxxxx 2001-ci il tarixli, 257 saylı sərəncamı ilə “xxxxxxxxxxxxxxx” İB-nin bazasında “xxxxxxxxxxxxxxx” ASC yaradılmışdır. Bakı şəhərinin ekoloji vəziyyətinin yaxşılaşdırılmasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 41s saylı sərəncamına əsasən “xxxxxxxxxxxxxxx” ASC-nin müvafiq kommunikasiya və infrastruktura malik olan sənaye şəhərciyinin yaradılması məqsədilə daimi istifadə üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə ayrılmış Abşeron və Xızı rayonları ərazilərinə köçürülməsi nəzərdə tutulmuş və 2007-ci ildən fəaliyyətini tamamilə dayandırılmışdır. İş materiallarından məlum olur ki, iddiaçı ona 47 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və əmək pensiyasının heablanması zamanı yaranmış fərqin ödənilməsi barədə ərizə ilə cavabdeh pensiya təyinatı orqanına müraciət etmiş, sonuncunun xx.xx.2020-ci il tarixli, **********1 saylı cavab məktubu ilə bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən x xxxxxx 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. x xxxx 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 1 №-li siyahıya görə 15 il ümumi stajı olan və bu stajın ən azı 7 il 6 ayını güzəştli işlərdə çalışan 47 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda həmin Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısfnın elektron texnikası məmulatlarının və radio aparatların istehsalı bölməsinin (13) “a" bəndində civə tətbiq etməklə, cihaz və məmulatlar hazırlayan iş sahələrində məşğul olan fəhlələr nəzərdə tutulmuşdur. İdarəyə təqdim edilmiş “xxxxxxxxxxxxxxx” ASC-nin xx xxxxxx 2018-ci il tarixli 33/24 nömrəli arayışında xx.xx.1989 - xx.xx.2007-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə quraşdırıcı və ştamplayıcı vəzifələrində işlədiyi qeyd olunmuşdur. Lakin arayışda işlədiyi vəzifələrin yuxarıda qeyd olunan sahə və vəzifələrə aid olub-olmaması barədə məlumat göstərilməmişdir. Eyni zamanda, İdarəyə təqdim edilmiş xx xxxxxxx 1988-cü il tarixli AZE ******* nömrəli əmək kitabçasında xx.xx.1985-xx.xx.1988-ci il tarixləri arasındakı dövr ərzində Göyçay rayonu K. Marks adına kolxozda işləməyinə dair aparılmış qeydlər arxiv arayışları ilə təsdiq edilməmişdir. Qeyd olunanlara əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə İdarəyə təqdim etdiyi güzəştli arayışında işlədiyi sahənin siyahıda göstərilən sahə və vəzifəyə aid olub-olmaması barədə məlumatlar qeyd edildikdən, həmçinin, xx.xx.1985-xx.xx.1988-ci il tarixləri arasındakı dövr ərzində Göyçay rayonu K.Marks adına kolxozda işləməyinə dair aparılmış qeydlər arxiv arayışları əsasında təsdiq edildikdən sonra baxıla bilər. Məhkəmə cavabdehin nümayəndəsinin iddiaya dair yazılı etirazda qeyd etdiyi iddianın mümkün sayılmamasına dair mövqeyi ilə razılaşmır, ona görə ki, Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət X10 X8 İdarəsinin xx.xx.2020-ci il tarixli, **********1 saylı məktubundan da görünür ki, həmin cavab məktubu İddiaçı Mirəhməd qızının inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan pensiya hüququnun həyata keçirilməsi ilə bağlı inzibati orqana ünvanladığı xx.xx.2019-cu il tarixli yazılı müraciətinə və həmin ərizəyə əlavə edilmiş sənədlərə baxılmasının nəticəsi olaraq müraciət edən şəxsə (iddiaçıya) ünvanlanmış, həmçinin, iddianın mümkünlüyünü istisna edən sübut məhkəməyə təqdim edilmədiyindən və məhkəmə araşdırması gedişində belə bir hal aşkar edilmədiyindən işə mahiyyəti üzrə baxılması mümkün hesab edilmişdir. Məhkəmə hesab edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 2017-ci il iyul ayının 1-dən sonra qüvvəyə minən 9.1-ci maddəsinə əsasən qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün tələb edilən güzəştli və ümumi iş stajını toplaması ilə yanaşı 55 yaşına çatması tələb edildiyindən və bu normanın tətbiqi baxımından iddiaçının 55 yaşı iş materiallarında olan şəxsiyyət vəsiqəsinə əsasən hələ tamam olmadığından, habelə, xx.xx.2006-cı il tarixədək iddiaçı pensiya hüququnun yaranması üçün qanunvericiliklə tələb edilən iş stajını topladığından hazırkı mübahisəyə həmin qanunun 9.8-ci maddəsinə uyğun olaraq baxılmalı və hüquqi qiymət verilməlidir. Məhkəmə qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Mülki Prosessual Məcəllənin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 2006-cı il 1 yanvar tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 1992-ci ildə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: qadınlar — 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa...; Həmin Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixdə edilmiş dəyişikliyə görə, həmin maddədə nəzərdə tutulan yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Həmin normaların tələbləri nəzərə alındıqda, yuxarıda qeyd edilən 1 nömrəli Siyahıya (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmişdir) uyğun olaraq (qadınlara): - 45 yaşdan pensiya təyin edilməsi üçün, şəxs “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndində nəzərdə tutulmuş 15 illik ümumi və 7 il 6 ay xüsusi iş stajını 1997-ci il avqustun 1-dək qazanmış olmalıdır; - həmin stajların tam qazanılması 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək olan dövrə təsadüf etdikdə, yaş həddinin həmin dövrdə hər il 6 ay artırıldığı nəzərə alınır; - həmin stajlar 2000-ci ilin avqustun 1-dən 2006-cı il yanvarın 1-dək (“Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi tarixədək) olan dövrdə qazanıldıqda, güzəştli şərtlərlə yaşa görə pensiya 47 yaşdan təyin edilir. Beləliklə, iddiaçının tələbinin təmin edilməsi və ona 47 yaşının tamam olduğu xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun 2006-cı il 1 yanvar tarixədək azı 15 il ümumi iş stajı olmalı, bunun 7 il 6 ayını Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahıda nəzərdə tutulmuş işlərdə çalışmış olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nın 13-cü, yəni elektron texnikası məmulatlarının və radio aparatlarının istehsalı bölməsində 1130000a—17531 şifri altında a) civə tətbiq etməklə, cihaz və məmulatlar hazırlanan iş sahələrində məşğul olan fəhlələr peşəsi təsbit olunmuşdur. İddiaçı tərəfin məhkəməyədək cavabdeh pensiya təyinatı orqanına təqdim etdiyi 33/24 saylı, xx.xx.2018-ci il tarixli arayışda da göstərilmişdir ki, İddiaçı xx.xx.1989-ci il tarixdə (xx.xx.1989-ci il 61 saylı əmrlə) xx.xx.2007-ci il tarixə qədər (xx.xx.2007-ci, il 69 saylı əmr) “xxxxxxxxxxxxxxx “ Bakı İstehsalat Birliyinin (BİB) Lyumilampalar sexinə şagird qəbul edilmiş, işlədiyi müddətdə həmin sexdə müxtəlif vəzifələrdə işləmişdir. Azərbaycan Respublikası Nazirlər kabineti xx xxxx 1993-cü il 320 saylı qərarının 1-ci bəndinə əsasən: 1. Yeraltı işlərdə əmək şəraiti xüsusi ilə zərərli və xüsusi ilə ağır olan işlərdə çalışanları, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli siyahısı təstiq edilsin (1 nömrəli əlavə). İddiaçı 18 il 6 ay (on səkkiz il altı ay) NK-nın yuxarıda göstərilən qərarın 1-ci siyahısındakı 13-cü bölməsini 1130000a-17531 bəndinə əsasən xüsusi zərərli sahələrdə çalışmışdır. Məhkəmə, cavabdehin mübahisələndirilən məsələ ilə bağlı iddiaçıya ünvanlanmış yazılı cavabını və yuxarıda şərh edilən qanunvericiliyin güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edilməsi üçün əsasları müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciəti və təqdim etdiyi sənədlər əsasında ona güzəştli şərtlərlə yaşa görə pensiya təyinatını aparmaması qanunsuz və əsassız olmuşdur. Belə ki, «İnzibati icraat haqqında» Qanununun: 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. 23.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 32.3-cü maddəsinə əsasən inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz. Hazırki işin faktiki hallarından görünür ki, cavabdeh orqan prosessual qənaət prinsipinin tələblərinə zidd davranaraq ona təqdim edilmiş arayışda iddiaçının 7 il 6 aydan artıq müddətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 saylı siyahısı”na əsasən xüsusi zərərli sahələrdə çalışmasına dair aparılmış qeydiyyatı nəzərə almamış, hansı ki, bu qeydiyyat iddiaçının işlədiyi müvafiq sahənin məhz civə tətbiq etməklə, cihaz və məmulatlar hazırlanan iş sahələrinə aid olması qənaətinə gəlinməsi üçün kifayətdir, bununla da, formal mülahizələrlə iddiaçının haqlı tələbini təmin etməmişdir. Məhkəmə, həm də, hesab edir ki, K.Marks adına kolxozda işləməsinə dair iddiaçının əmək kitabçasında müvafiq qeydiyyat aparılmış olduğu halda, cavabdehin həmin qeydlərin əlavə olaraq arxiv arayışları ilə təsdiq edilməsinə dair iddiaçıdan əlavə sənədlər tələb etməsi əmək və sosial təminat qanunvericiliyinin tələblərinə uyğun olmamışdır. Yuxarıda qeyd edilənlərdən başqa “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 1-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Beləliklə, iddiaçının xx.xx.1985-ci ildən xx.xx.1988-ci il tarixədək K.Marks adına kolxozda işlədiyi müddət də onun ümumi iş stajına daxil edilməlidir. Azərbaycan Respublikasının Dövlət X10 xx.xx.2011-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür: 3.1.1. Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmçinin, xx xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də iş stajını sübut edən əsas sənəd kimi əmək kitabçası nəzərdə tutulurdu. Bundan başqa, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. «İşçilərin əmək kitabçasının forması və onun tərtibi qayda-ları» haqqında Azərbay-can Respublikası Nazir--lər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 saylı qərarının 1.1-ci maddəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. İddiaçının işlədiyi peşələr ona məxsus əmək kitabçasında qeyd olunmuş, həmin qeydlər işlədiyi müəssisələrin səlahiyyətli şəxsləri tərəfindən imza və möhür ilə təsdiq edilmiş, eləcə də müvafiq arayışlar iş materiallarına əlavə edilmişdir. Məhkəmə, işdə olan sənədlərə əsaslanaraq belə qənaətə gəlir ki, cavabdeh iddiaçının xx.xx.2006-cı il tarixədək 15 ildən artıq ümumi iş stajının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı” üzrə 7 il 6 aydan artıq güzəştli iş stajının olmasını və 47 yaşının xx.xx.2013-cü il tarixdə tamam olmasını nəzərə almamaqla onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair ərizəsini təmin etməməkdə haqlı olmamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 31.1-ci mad-də-sinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gün-dən heç bir müddət məhdu-diy-yəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olun-ması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu qanunun qüvvə-yə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Məhkəmə qeyd edir ki, iddiaçı əsas, yəni ona güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə tələbi ilə yanaşı, əlavə, yəni təyin ediləcək əmək pensiyasının hesablanması zamanı yaranacaq əmək pensiyası məbləğinin ödənilməsi tələbini də irəli sürmüşdür. “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş, başqa sözlə, iddiaçının əmək pensiyası hüququnun yarandığı xx.xx.2013-cü il tarixdə qüvvədə olmuş 37.7-ci maddəsinə görə isə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Məhkəmə hesab edir ki, təyin ediləcək əmək pensiyasının hesablanması zamanı yaranacaq əmək pensiyası məbləğinin ödənilməsi də, məhz yuxarıda göstərilmiş normanın tələblərinə uyğun həll edilməlidir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konsti-tusiya-nın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, dövlət pensiya sistemini yaratdıqda həmin sistemdən irəli gələn fərdi hüquqlar və maraqlar, bu sistemin maliyyələşdirilməsinə haqq ödənilib-ödənilməməsindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşür. 1 Saylı Protokolun 1-ci Maddəsinə əsasən işlərə ümumilikdə tətbiq olunan prinsiplər sosial yardıma gəldikdə eyni dərəcədə qüvvədə olur. Xüsusilə də, bu Maddə əmlak əldə etmək hüququ yaratmır. Bu, Razılığa gələn Dövlətlərin sosial sığorta sxeminin hər hansı formasını yaradıbyaratmaması barədə qərar vermək və ya hər hansı belə sxem altında təmin edilən yardımın növünü və ya məbləğini seçmək azadlığına hər hansı məhdudiyyət qoymur. Lakin əgər Razılığa gələn Dövlətin – ödənişlərin əvvəlcədən edilməsi şərti qoyulubqoyulmamasından asılı olmayaraq - sosial yardım hüququ əsasında belə ödənişi nəzərdə tutan qüvvədə olan qanunvericiliyi varsa, bu, onun tələblərindən faydalanan şəxslər üçün 1 Saylı Protokolun 1-ci Maddəsinin təsir dairəsinə düşən, əmlak maraqlarını yaradan qanunvericilik hesab olunmalıdır (Stek və digərləri Birləşmiş Krallığa qarşı iş üzrə Böyük Palatanın xx xxxxx 2006cı il tarixli Qərarı, §4753; Andreyeva Latviyaya qarşı iş üzrə Böyük Palatanın xx xxxxxx 2009cu il tarixli Qərarı, §7677, Karsonun işi (Carson), § 64). Göründüyü kimi, iddiaçı əmək fəaliyyətinin ilk dövründən əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləməklə müəyyən edilmiş yaşa çatdıqda gələcəkdə dövlət tərəfindən ona güzəştli şərtlərlə pensiya verilməsinə ümid etmiş, həmçinin, həmin işlərdə işləməklə əmək haqqının müəyyən hissəsini məcburi sığorta haqqı kimi ödəməklə əmək pensiyasının ödənilməsinə yönəldilən vəsaitlərin yaradılmasında iştirak etmiş və həmin vəsaitlərin yaradılması üçün iddiaçı tərəfindən ödənilmiş məbləğ onun mülkiyyəti hesab olunur. Beləliklə, məhkəmə araşdırması zamanı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanunu, 17ci maddə). Sadalanan normaların tələbinə görə məcburetmə haqqında iddianın əsaslı olması üçün aşağıdakı şərtlər birlikdə mövcud olmalıdır: inzibati orqan tərəfindən inzibati aktın qəbulundan imtina edilməli və ya inzibati orqanın hərəkətsizliyi nəticəsində inzibati akt qəbul edilməməli, həmin hərəkətlər qanuna zidd olmalı, həmçinin həmin hərəkətlər iddiaçının hüquqlarının pozulmasına səbəb olmalıdır. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirak-çıları-nın öz mülahizə-lərini bil-dir-mək imkanına malik olduqları faktlar və sübutlarla əsaslan-dırıl-malıdır. İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməmə-si-nin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanının üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia tələbi işdə olan sübutlara görə əsaslı və qanuni olduğuna görə təmin edilməli, İddiaçı xx.xx.2013-cü il tarixdən, yəni 47 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və əmək pensiyasının hesablanması zamanı yaranacaq fərq məbləğinin «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2013-cü ildə qüvvədə olan 37.7-ci maddəsinin tələbləri əsasında hesablanaraq birdəfəlik qaydada ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və X7 Nazirliyinin tabeliyində Dövlət X12 publik hüquqi şəxsin X8 üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllə-sinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2013-cü il tarixdən, yəni 47 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və əmək pensiyasının hesablanması zamanı yaranacaq fərq məbləğinin «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2013-cü ildə qüvvədə olan 37.7-ci maddəsinin tələbləri əsasında hesablanaraq birdəfəlik qaydada ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və X7 Nazirliyinin tabeliyində Dövlət X12 publik hüquqi şəxsin X8 üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkə-məsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540cı məhəllə) apelyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN: MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-3534/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3534/2020
28.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver