Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3537/2021 18.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialınə qarşı “pensiyaya əlavənin hesablanması və keçmiş dövr üçün yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, M ÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialınə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mərhum X1nun 16.10.2003-cü il tarixdən 01.07.2017-ci ilədək olan müddət ərzində aldığı pensiyanın qulluq stajına görə vəzifə və rütbə maaşına əlavələr və artımlar, pul təminatı və mükafatlara görə əlavələr nəzərə alınmaqla yenidən hesablanması və 16.10.2003-cü il tarixdən 01.07.2017-ci ilədək artımlar nəzərə alınmadan ödənilməmiş əskik əmək pensiyası məbləğinin birdəfəlik ödənilməsi, 01.07.2017-ci il tarixdən 01.10.2020-ci il tarixədək ona əmək pensiyası üzrə əskik ödənilmiş 24248.01 manat fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin vəzifəsinin DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı bildirir ki, o xx.xx.1952-ci il tarixində Göyçay rayonunda anadan olmuşdur. X5 ilə 19 iyul 1975-ci ildə nikaha daxil olmuşdur. X1 uzun illər Milli Təhlükəsizlik Naziriyində müxtəlif məsul vəzifələrdə xidmət etmişdir. Sonuncu iş yeri kimi 1994-cü ildən Milli Təhlükəsizlik Nazirliyinin Sumqayət şəhər şöbəsinin rəisi vəzifəsində xidmət etmişdir. Həmin vəzifədə xidmət etdiyi dövürdə yoldaşı X5 19 Sentyabr 1999-cu il tarixində rəhmətə getmişdir. Azərbaycan Respublikası Əmək Pensiyaları haqqında qanunun 14-cü maddəsinin tələblərinə uyğun olaraq 2003-cü ildən ərinin X4 təyin edilməli olan pensiya məbləğini almağa başlamışdır. Azərbaycan Respublikası Əmək və Əahalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondu tərəfindən mənə 500 manat məbləğində pensiya təyin edilmişdir. Lakin ona pensiya təyin olunarkən ərinin dövlət qulluğunda çalışmağı, işlədiyi vəzifə, vəzifə maaşlarının artırılması nəzərə alınmamışdır. Halbuki hal hazırda həmin vəzifədə qulluq edən dövlət qulluqçuları 3000 manatdan çox məvacib alırlar. Bundan başqa 1999-cu ildən hal-hazıradək mərhum X1nun işlədiyi vəzifə üzrə qulluq keçən dövlət qulluqçularının maaşlarında dəfələrlə artımlar olmuşdur. Əmək haqqından başqa əlavə ödəmələr və digər ödənişləri vardır. Lakin ona verilən pensiyada artımlar hesablanmamış və ödənilməmişdir. 1999-cu ildən bu günə qədər dövlət qulluğunun xüsusi növündə qulluq edən dövlət qulluqçularının vəzifə maaşlarında dəfələrlə artım olmuşdur. Lakin həmin artımlar onun pensiyasına əlavə edilməmişdir. Hesab edir ki, ərinin dövlət qulluğu vəzifəsində çalışmağı, vəzifə maaşına əlavənin edilməsi nəzərə alınmaqla, təyin edilmiş pensiya yenidən hesablanmalı, əvvəl hesablanmış pensiyaya əlavələr edilməli, pensiya məbləği yenidən hesablanaraq ona ödənilməlidir. Bununla bağlı o, 10.09.2020, 23.10.2020, və 16.11.2020-ci il tarixli ərizələrlə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmişdir. 16.11.2020-ci il tarixli müraciət ərizəsinə cavabdeh heç bir cavab verməmişdir. Müraciəti cavabdeh tərəfindən 21 oktyabr 2020-ci il tarixli məktubla aşağıdakı qaydada cavablandırılmışdır. “Müraciətinizə baxaraq bildiririk ki. mərhum həyat yoldaşınızın sonuncu xidmət etdiyi orqan tərəfindən 01 oktyabr 1998-ci il tarixdən hərbi qulluqçunun ailə üzvü kimi sizə ailə başçısını itirməyə görə pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələbinə uyğun olaraq 01 yanvar 2007-ci il tarixdən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən hərbi qulluqçunun ailə üzvü kimi sizə ailə başçısını itirməyə görə əmək pensiyası həmin tarixdən etibarən Mərkəzi Filial tərəfindən ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 20.17.2-ci maddəsinin 2017-ci il 01 iyul tarixdən qüvvədə olan tələblərinə uyğun olaraq əmək pensiyanız yenidən hesablanmaqla müvafiq təminat xərcliyinin (1565,20 manat) 80 faiz- 1252,16 manat məbləğində müəyyən edilmiş, eyni zamanda 01 iyul 2017-ci il tarixindən yenidən hesablanmışdır. Qeyd olunanları nəzərə alaraq, əmək pensiyanız üzrə keçmiş müddət üçün hesablanmış 24281.01 manat fərq məbləği cari ilin oktyabr ayından etibarən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1 maddəsinin ikinci cümləsinin tələbinə uyğun qaydada ötən dövrdəki ayların sayma bölünərək hissəhissə (622,59 manat) pensiyanız (1252,16 manat) üzərinə əlavə olunaraq (1252,16+622,59=1874,75 manat) müvafiq kart hesabınıza köçürülür. Ünvanlanmış cavab məktubunda yalnız son üç il üçün, 01 iyul 2017 - 01 oktyabr 2020 illər aralığında olan əskik ödənilməli olan pensiya məbləği barədə məlumat verilmişdir. Həmin illər üzrə hesablanmalı olan əskik pensiya məbləğinin yenidən hesablanaraq hissə-hissə ona ödəniləcəyi bildirilmişdir. Lakin 01.01.1998- 01.07.2017-ci illər arasında olan müddət ərzində ona əlavə hesablanmalı olan pensiya məbləği barədə məlumat verilməmişdir. Həmçinin əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 24281,01 manat fərq məbləğinin isə ötən dövrdəki ayların saylarına bölünərək mənə hissə-hissə ödəniləcəyi qeyd edimişdir. Halbu ki, o həmin əskik məbləğin hesablanaraq birdəfəlik ödənilməsini xahiş etmişdim. Cavabdeh ona 24281,01 manat fərq məbləğini Əmək Pensiyaları haqqında Azərbaycan Respublikası Qanunun 32.1-1 -ci maddəsinə əsasən 2020-ci ilin oktyabr ayından hissə-hissə pensiyanın üzərin əlavə olunmaqla ödənilməyə başlamışdır. Hesab edir ki, cavabdeh tərəfindən pensiyanın yalnız son 3 ilə görə əlavə və artımlar olmaqla artırılması və ödənilməmiş pensiya məbləğinin birdəfəlik deyil, hissə- hissə ödəməsi əsassızdır. Pensiyanın bu formada hesablanması və ödənişin birdəfəlik deyil hissə-hissə ödənilməsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin tələblərinə ziddir. Hesab edir ki, onun 01.10.1998-ci il tarixdən 01.07.2017-ci il tarixədək olan müddət ərzində aldığı pensiyanın mərhum X1nun, qulluq stajına vəzifə və rütbə masına görə əlavələr və artımlar, pul təminatı və mükafatlara görə əlavələr nəzərə alınmaqla yenidən hesablanması və 1998-ci il tarixdən 2017-ci ilədək artımlar nəzərə alınmadan ödənilməmiş əskik əmək pensiyası məbləğinin birdəfəlik mənə ödənilməsini və mənə əmək pensiyam üzrə əskik ödənilmiş 24281,01 manat fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməlidir. Cavabdeh iddia ərizəsinə qarşı etirazla məhkəməyə müraciət edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etiraza görə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialınə qarşı iddia tələbi qanunamüvafıq deyil və təmin edilməməlidir. Bildirirlər ki, iddiaçıya Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi tərəfindən 09.09.1998-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Bilindiyi kimi hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 495 və 499 nömrəli Fərmanlarının 2.2-ci və 4-cü bəndlərinə əsasən 2007-ci il 01 yanvar tarixdən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmişdir. Bu səbəbdən iddiaçıya aid “məlumat vərəqi” İdarəyə göndərilərək pensiya ödənişinin davam etdirilməsi tərəfimizdən həyata keçirilmişdir. İddiaçıya ailə başçısını itirməyə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsinə əsasən mərhum həyat yoldaşının təminat xərcliyinin 80 faizi məbləğində əmək pensiyası yenidən hesablanaraq 01.07.2017-ci il tarixdən hissə ilə pensiya məbləğinin üzərində ödənilməsi davam etdirilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1 maddəsinə əsasən “əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir”. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayma bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd edilənləri nəzərə alaraq cavabdeh iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X3 iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin verdiyi izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edib hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan, -AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1952-ci ildə ünvan 1 ünvanında qeydiyyatdadır. -MV seriyalı 0520 №li Vəsiqədən görünür ki, X4 güzəştli imtiyazlardan istifadə etmək hüququ verən vəsiqə verilmişdir. -V-ЖГ 340934 nömrəli 19 sentyabr 1998-ci il tarixli Ölüm haqqında Şəhadətnamədən görünür ki, X2 ölümü 19.09.1998-ci ildə 902 nömrə ilə akt qeydi aparılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin 21.10.2020-cu il tarixli, **********3 saylı imtina məktubundan görünür ki, iddiaçının pensiyanın yenidən hesablanması haqqında ərizəsinə baxılmış və müraciətin təmin edilməsindən imtina edilmişdir. İmtinaya əsas olaraq göstərilmişdir ki, mərhum həyat yoldaşınıın sonuncu xidmət etdiyi orqan tərəfindən 1 oktyabr 1998-ci il tanxındə hərbi qulluqçunun ailə üzvü kimi ona ailə başçısım itirməyə gorə pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 1 yanvar 2007-cl il tanxindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən hərbi qulluqçunun ailə üzvü kimi ona ailə başçısını itirməyə görə əmək pensiyası həmin tarixdən etibarən Mərkəzi Filial tərəfindən ödənilir. Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 20.17.2-cı maddəsinin 2017-cl d 1 iyul tarixindən qüvvədə olan tələblərinə uyğun olaraq əmək pensiyası yenidən hesablanmaqla müvafiq təminat xərclıyının (1565,20 manat) 80 faizı- 1252,16 manat məbləğində müəyyən edilmiş, eyni zamanda 1 İyul 2017-ci il tarixindən yenidən hesablanmışdır. Qeyd olunanları nəzərə alaraq əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 24281 01 manat fərq məbləği cari ilin oktyabr ayından etibarən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünərək hissəhissə (622.59 manat) iddiaçının pensiyanın (1252,16 manat) üzərinə əlavə olunmaqla (1252.16+622,59=1874.75 manat) müvafiq kart hesabına köçürülür. Məhkəmə araşdırması zamanı təqdim olunmuş pensiya işində müəyyən edilmişdir ki, 01 oktyabr 1998-ci il tarixində iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 49-cu maddəsinin tələblərinə uyğun olaraq, ailə başçısını itirməyə görə mərhum əri polkovnik X2 vəfatı ilə əlaqədar əmək pensiyası təyin olunmuşdur. Daha sonra iddiaçı, cavabdeh inzibati orqana müraciət edərək, ona ailə başçısının itirilməsinə görə 80% miqdarında pensiya təyin edilməsi və yığılmış borcun ödənilməsini xahiş etmiş, sonuncu “Əmək pensiyaları haqqında” Qanunun 20.17.2-ci maddəsinin 2017-ci il 01 iyul tarixdən qüvvədə olan tələblərə uyğun olaraq əmək pensiyasının yenidən hesablanması barədə qərar qəbul etmiş və pensiya məbləğini müvafiq təminat xərcliyinin (1.565,20 manat) 80 faiz – 1.252,16 manat məbləğində müəyyən etmişdir. İşin araşdırılan hallarından müəyyən edilmişdir ki, iddiaçıya ailə başçısını itirməyə görə 01.10.1998-cu il tarixdən pensiya təyin edilmiş, sonradan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa 01.07.2017-ci il tarixdən edilmiş dəyişikliklər iddiaçıya münasibətdə tətbiq edilmiş və 01.07.2017-ci il il tarixdən ona müvafiq təminat xərcliyinin 80% məbləğində müəyyən edilmişdir. İddia ərizəsinin məzmunundan görünür ki, iddia tələbi 2 hissədən ibarətdir:
1. “Əmək pensiyaları haqqında” Qanunun 20.17.2-ci maddəsinin 2017-ci il 01 iyul tarixdən qüvvədə olan tələbləri əsasənda əmək pensiyasının 16.10.2003-cü il tarixdən 01.07.2017-ci il tarixədək hesablanması:
2. Yaranmış fəq məbləğinin birdəfəlik ödənilməsidir. Məhkəmə iddia tələbinin birinci hissəsinə münasibət bildirirərək “Vətəndaşların pensiya təminatı”na və “Əmək pensiyaları haqqında” Qanunun müddəalarına istinad edir. Belə ki, həmin dövrə münasibətdə zamana görə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı” haqqında Qanunun 46-cı maddəsinə görə ailə başçısı əmək zədəsi, peşə xəstəliyi, bədbəxt hadisə və ya ümumi xəstəlik nəticəsində vəfat etmişsə, onun ailə üzvlərinə pensiya ailə başçısının vəfat etdiyi vaxtdan asılı olmayaraq ümumi əsaslarla təyin edilir.Əmək zədəsi və peşə xəstəliyi nəticəsində vəfat etmiş ailə başçısının ailə üzvlərinə pensiya ailə başçısının iş stajından asılı olmayaraq təyin edilir.Ümumi xəstəlik nəticəsində vəfat etmiş ailə başçısının itirilməsi ilə əlaqədar pensiyalar o halda təyin edilir ki, ölüm gününədək ailə başçısının əlilliyə görə pensiya təyin edilməsi üçün tələb edilən iş stajı olsun. Həmin Qanunun 47-ci maddəsinin 1-ci abzasına görə pensiyalar ailənin əmək qabiliyyəti olmayan (40-cı maddə) hər bir üzvü üçün ailə başçısının orta aylıq əmək haqqının 30 faizi məbləğində hesablanır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun (bundan sonra – Qanun): -1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası — bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədi ilə vətəndaşlara aylıq pul ödənişidir; -1.0.5-ci maddəsinə əsasən, təminat xərcliyi (pul təminatı)—hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir; -20.1-ci maddəsinə əsasən, qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.13. bu qanunun 17.2-ci maddəsinə (ailə başçısını itirməyə görə əmək pensiyası alan şəxslər) əsasən əmək pensiyaçısı olan şəxslər; -20.17-ci maddəsinə əsasən, bu qanunun 20.1.13-cü maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.17.2. hərbi xidmət vəzifələrinin (xidmət vəzifələrinin) yerinə yetirilməsi ilə bağlı olmayan bədbəxt hadisə zamanı alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya cəbhədə olmaqla, Azərbaycan Respublikasının müdafiəsi ilə və ya döyüş əməliyyatları aparan ölkələrdə beynəlmiləlçilik borcunu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində vəfat etmiş hərbi qulluqçuların və hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvlərinə-ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 35 faizi miqdarı ilə müəyyənləşdirilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər. Maddələrin tələblərinə görə, vəfat etmiş hərbi qulluqçuların ailə üzvlərinə ailə başçısını itirməyə görə pensiya hərbi qulluqçunun hərbi xidmətdən buraxıldığı günə aldığı məbləğin, yəni təminat xərcliyinin 35 faizi miqdarında təyin edilməlidir. Həmin məbləğ hərbi qulluqçunun ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədini daşımalıdır. 01.07.2017-ci il tarixdən qüvvəyə minmiş 10.03.2017-ci il tarixli 543-VQD nömrəli Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsinə «miqdarı ilə» sözlərindən sonra «(ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 fazindən az olduqda həmin məbləğə çatdırılmaqla)» sözləri əlavə edilmişdir (1.76-cı maddə). Göstərilən dəyişikliyə əsasən vəfat etmiş hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvlərinə – ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 35 faizi miqdarı ilə (ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla) müəyyənləşdirliən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər qulluq stajına görə əmək pensiyasına əlavələr ödənilir. Bu isə hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvlərinə təyin ediləcək ailə başçısını itirməyə görə pensiya məbləğinin təminat xərcliyinin 80 faizindən az olmamaqla təyin edilməli olmasına dair qanunvericinin iradəsini ifadə edir. Nəzərə alınmalıdır ki, iddiaçıya ailə başçısının itirməyə görə vəfat etmiş hərbi qulluqçu olan həyat yoldaşının aldığı təminat xərcliyinin 35 faizi miqdarında pensiya təyin edilmiş, Qanunda aparılmış dəyişikliyə uyğun olaraq ona 01 iyul 2017-ci il tarixindən həmin məbləğin təminat xərcliyinin 80 faiz miqdarına çatdırılmaqla pensiyası yenidən hesablnamışdır. Qeyd olunmalıdır ki, həqiqətən də, cavabdeh öz səlahiyyətləri çərçivəsində iddiaçıya pensiya təyin edərkən qanunun tələblərinə riayət etmişdir. İddiaçının hazırda 16.10.2003-cü il tarixdən 01.07.2017-ci il tarixədək təminat xərcliyinin 80% faiz miqdarına çatdırılmaqla pensiyanın ödənilməmiş hissəsinin ödənilməsini tələb edir ki, iddianın bu hissədə təmin olunması mümkün deyildir. Bunun əsasını isə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsi təşkil edir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 31.1ci maddəsinin 01.07.2017-ci il tarixədək olan redaksiyasına əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 37.7-ci maddəsinə müvafiq olaraq keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 01.07.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun hər iki redaksiyada olan maddələrini birgə təhlil etdikdə müəyyən olunur ki, 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə gətirilmiş yenilik ondan ibarət olmuşdur ki, 01.07.2017-ci il tarixə qədər qüvvədə olan müddəalara görə keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsində müddət məhdudiyyəti tətbiq edilmədiyi halda (bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla), 01.07.2017-ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsi müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 (üç) illə məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair 08.10.2020-ci il tarixli № 03/2020 nömrəli qərardadı ilə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməsi qərara alınmışdır. Həmin qərardadda qeyd olunmuşdur ki, “keçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Belə ki, müddətlər (qanunvericinin dairəsini konkret müəyyən etdiyi iddia müddətlərinin şamil edilmədiyi münasibətlər istisna olmlaqla) hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir. Bu mənada, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında da istər inzibati orqanlara, istərsə də vətəndaşlara münasibətdə konkret hərəkətlərin müəyyən edilmiş müddətlər daxilində edilməsini tələb edən normalar mövcuddur (məs; Vergi Məcəlləsinin 85-ci maddəsi, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi və s.). Odur ki, kollegiya hesab edir ki, yeni tənzimləmə həm də hüquqi müəyyənliyi və sabitliyi təmin etməyə dair əsaslı legitim məqsədə də xidmət edir.” Hazırda qüvvədə olan məhkəmə praktikasına görə hər bir vətəndaşın sosial təminat sahəsindəki olan hüquqlarının bərabərlik prinsipinin təmin edilməsi üçün əmək pensiyaçılarının pensiya hüququnun yaranma tarixindən asılı olmayaraq, ödənilməmiş pensiya məbləğinin yalnız müraciət olunan tarixdən geriyə 3 il ərzində ödənilməsi mümkün sayılır. İş üzrə araşdırma zamanı cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı əmək pensiyasının yenidən hesablanması ilə bağlı 18.09.2020-ci il tarixdə (imtina məktubunda olan tarix) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmişdir. Qeyd olunmalıdır ki, iddiaçıya mərhum ərinin aldığı təminat xərcliyinin 80% catdırmalqa pensiya məbləği müəyyən edilmiş və həmin məbləğin ödənilməsi 01.07.2017-ci il tarixdən başlanılmışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1 maddəsinin tələbləri əsasında məhkəmənin formalaşdırdığı hüquqi mövqeyi odur ki, iddiaçıya qanuni və əsaslı olaraq 01.07.2017-ci il tarixdən əmək pensiyası yenidən hesablandığından, həmin tarixdən əvvəlki dövr üçün pensiyanın yenidən hesablanması mümkün deyildir. Əlavə olaraq məhkəmə vurğulamağı zəruri hesab edir ki, iddiaçının ödənilməmiş fərq məbləğinin birdəfəlik ödənilməsi ilə bağlı irəli sürdüyü tələb də əsassızdır. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 01.07.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinin müddəalarından görünür ki, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. Belə olan halda, 16.10.2003-cü il tarixdən 01.07.2017-ci il tarixdən pensiyanın yenidən hesablanması nəzərdə tutulmadığından, həmçinin, hazırki qanunvericiliyin müddəaları əsasında 01.07.2017-ci il tarixdən 01.10.2020-ci il tarixədək müəyyən edilmiş fərq məbləğinin birdəfəlik ödənilməsi mümkün deyildir. Məhkəmə araşdırması ilə sübut olunmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM- 14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («inzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə) Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38ci maddəsində təsbit olunmuşdur Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada əksini tapan sosial təminat hüququ Əsas Qanunun 38-ci maddəsinin İİİ hissəsinə müvafiq olaraq qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Göstərilənlərə əsasən, Məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialınə qarşı “pensiyaya əlavənin hesablanması və keçmiş dövr üçün yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə
QƏRARA ALDİ:
İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fərid Mədətli